Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-221/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Vətən müharibəsi iştirakçısı, məhkum olunmamış, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 11 aprel 2023-ci il tarixdə, saat 11:55də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs ilə ailə-məişəti münasibətlər zəminində, yəni sonuncunun ona dostları ilə görüşməyə icazə verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən boğaz nahiyyəsindən tutub sıxdıqdan sonra təpiklə sol ayaq nahiyyəsinə vurmaqla ona sol diz oynağı-baldır nahiyyələrindəki yumşaq toxumalarının əzilməsi-hematoması, boyun nahiyəsində qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Natavan Abbasova onun anasıdır. Evə gec gəlmələri ilə əlaqədar ara-sıra anası ilə aralarında münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadıqları Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evlərində olduqları zaman, saat 20 radələrində anasından sosial yardım kartını istəmiş, anası ona həmin kartı verdikdən sonra dostlarının yanına getmək istədiyini və onların yanından gec qayıdacağını bildirmişdir. Anası buna etiraz etmiş, bu səbəbdən də aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı o, anasının boğazından yapışaraq onu sıxmış, daha sonra isə təpiklə ayağını vurmuşdur. Həmin vaxt anası yerə yıxılmış və o, bundan istifadə edərək evi tərk etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, anası ilə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə yaşadıqları Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evlərində olduqları zaman, saat 20 radələrində oğlu ona dostlarının yanına getmək istədiyini və onların yanından gec qayıdacağını bildirmişdir. Samir yeganə övladı olduğu və başına hər hansı bir hadisə gəlməməsi üçün buna etiraz etmiş, bu səbəbdən də aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı Samir onun boğazından yapışaraq onu sıxmış, daha sonra isə təpiklə ayağını vurmuşdur. Həmin vaxt o yerə yıxılmış və bundan istifadə edən Samir evlərini tərk etmişdir. Samir evdən çıxdıqdan sonra o, anası Gülnaza zəng etmiş, anası onun yanına gəldikdən sonra başına gələn hadisəni anasına söyləmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, oğluna qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və oğlunun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsi, Zərərçəkmiş şəxs isə qızıdır. Nəvəsinin evə gec gəlmələri ilə əlaqədar ara-sıra onunla anası arasında münaqişələr olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində qızı ona zəng edərək bildirmişdir ki, oğlu onu döymüşdür. Buna görə də o, yaşadığı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evindən çıxıb həmin kənddə olan qızının evinə gəlmişdir. Qızının evinə gəldikdən sonra sonuncunun halsız vəziyyətdə olduğunu və yeriyə bilmədiyini görmüşdür. Sorğu-sual zamanı qızı ona bildirmişdir ki, oğlu ona dostlarının yanına getmək istədiyini və onların yanından gec qayıdacağını bildirdikdə, o, buna etiraz etmiş, buna görə də onunla oğlu arasında münaqişə baş vermiş, münaqişə zamanı Samir anasının boğazından yapışaraq onu sıxmış, daha sonra isə təpiklə ayağını vurmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 212 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol diz oynağı-baldır nahiyyələrindəki yumşaq toxumalarının əzilməsi-hematoması, boyun nahiyyəsində qançır bərk küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, hadisə Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. İş materialında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından hərbi hissədə xidməıt etmiş və xidmət etdiyi zaman müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №1(049)-221/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-221/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver