Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-222/2023 14.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Saat:16:45 xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olmaqla rayonun Digah kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə, xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 1(049)-546/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Lənkəran rayonu Veravul kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edib xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində rayonun Veravul kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla orada olan xırda buynuzlu, 16 kq çəkidə, 200 manat qiymətində bir baş qoyun heyvanını – saxlanc yerinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri Sabir küçəsində istintaqa məlum olmayan mənbədən, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,188qram, 0,242qram, 0,222qram və 0,155 qram, ümumi təmiz çəkisi -0,807 qram olan ağ rəngli kristal formada olan eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 13 yanvar 2023-cü il tarixdə, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 11:40-da Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazidə, küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən qeyd olunan bükümlərdə psixotrop maddə metamfetamin və gödəkçəsinin sol yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Lənkəran rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edib xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində rayonun Veravul kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla orada olan xırda buynuzlu, 16 kq çəkidə, 200 manat qiymətində bir baş dişi qoyun heyvanını – saxlanc yerinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Digah kəndində atası Yalçın Məmmədova məxsus evdə yaşayır. X7 atasından ayrılmış və Veravul kəndində nənəsi Zərxanıma məxsus evdə qardaşı Yusiflə birlikdə yaşayır. O, bəzən Veravul kəndində yaşayan anasına və qardaşına baş çəkmək üçün gedir. Həmçinin bəzən Bakı şəhərinə gedib orada rəngsaz kimi çalışır. Təxminən 1 ilə yaxındır ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkməklə istifadə edir. Psixotrop maddəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Veravul kəndində anasına baş çəkmək üçün getmişdir. Daha sonra qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus tövləyə girib oradan qoyun oğurlamaq qərarına gəlmişdir. Gecə saat 02 radələrində Vüqara məxsus evin həyətinə hasardan daxil olmuş, oradan da sağ tərəfdə yerləşən tövlənin qapısını açıb qoyunların içərisindən təxminən 15 kiloqram çəkidə bir baş qoyunu götürüb həyətdən çıxmışdır. Həyətdən çıxdıqdan sonra tanışı taksi sürücüsü Əli Abbaszadəyə zəng etmiş, Əlidən arxasıyca Veravul kəndinə gəlməsini istəmişdir. Küçəyə çıxıb Əlini gözləməyə başlamışdır. Həmin vaxt onu heç kim görməmişdir. Təxminən yarım saatdan sonra Əli kəndə gəlmiş və avtomobilin yük yerinə qoyunu qoyub rayonun Digah kəndinə gəlmişdir. Əliyə qoyunun oğurluq olmasını bildirməmişdir. Əliyə qoyunun özünə aid olduğunu demişdir. Təxminən saat 05 radələrində Digah kəndinə çatmışlar. Daha sonra rayonun Şiləvar kəndində 4 yol adlanan, qoyun satılan ərazidə tanımadığı taksi sürücüsü ilə qoyunu 110 manata adını “Qənbər” kimi bildiyi şəxsə satmışdır. Taksi sürücüsünə və qoyunu alan şəxsə qoyunun özünə aid olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bir baş qoyunu oğurlamağını heç kimə deməmişdir. Qeyd etdiyi oğurluqdan başqa o, başqa oğurluq etməmişdir. Oğurluq cinayətini tək törətmişdir. 2023-cü ilin yanvar ayının 10-da Anar adlı dayısının mobil telefonu ilə onunla danışan Nəvai adlı polis əməkdaşı onu Lənkəran ŞRPŞ-yə dəvət etmiş, o da səbəbini soruşduqda polis işçisi şöbəyə gəldikdən sonra məsələnin aydınlaşdırılacağını ona demişdir. O, həmin vaxt Bakı şəhərində olmuş, qeyd olunan telefon danışığından sonra Bakı şəhərindən Lənkəran şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə özü gəlmiş, şöbədə Nəvai, Səbuhi və adlarını bilmədiyi polis işçiləri onu döyərək üzərində metamfetamin və tərəzi qoymuşlar. Şöbəyə gələrkən üzərində heç bir psixotrop maddə və elektron tərəzi olmamışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddə və elektron tərəzinin ona heç bir aidiyyəti yoxdur, polis işçiləri onu döyə-döyə qeyd olunan psixotrop maddə və elektron tərəzini onun üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs1 son sözündə oğurluq cinayətini tək törətdiyini, dəymiş ziyanı zərər çəkmiş şəxsə ödədiyini, özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, həmin hissədə ona bəraət verilməsini, dəymiş ziyanı ödədiyini nəzərə alıb yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Digah kəndində atası Yalçın Məmmədova məxsus evdə yaşayır. X7 atasından ayrılmış və Veravul kəndində nənəsi Zərxanıma məxsus evdə qardaşı Yusiflə birlikdə yaşayır. O, bəzən Veravul kəndində yaşayan anasına və qardaşına baş çəkmək üçün gedir. Həmçinin bəzən Bakı şəhərinə gedib orada rəngsaz kimi çalışır. Təxminən 2 ilə yaxındır ki, heroini və metamfetamini yandırıb tüstüsünü çəkməklə istifadə edir. Narkotik vasitə istifadə etmədiyi vaxtlarda bədənində ağrılar olur. Narkotik vasitəni və psixotrop maddəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alıb istifadə edir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində anasına baş çəkmək üçün getmişdir. Axşam saatlarında kənddə tanışı Təqsirləndirilən şəxs2 ilə küçədə görüşüb söhbət etməyə başlamış, söhbət əsnasında Hüseyn təklif etmişdir ki, kənddə, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus tövləyə girib oradan qoyun oğurlasınlar. Hüseyn bildirmişdir ki, Vüqarın yaşadığı evin həyətində tövlə vardır. Tövlə həyətə giriş hissədədir, lakin Vüqarın yaşadığı ev isə təxminən 70-80 metr tövlədən aralıdadır. Yəni tövləyə girib oradan oğurluq etsələr heç kim onları görməz. O və Hüseyn razılaşıb gecə saat 02 radələrində Hüseynlə Vüqara məxsus evin həyətinə hasardan daxil olmuşlar, oradan da sağ tərəfdə yerləşən tövlənin qapısını açıb qoyunların içərisindən təxminən 15 kiloqram çəkidə bir baş qoyunu götürüb həyətdən çıxmışlar. Həyətdən çıxdıqdan sonra tanışı taksi sürücüsü Əli Abbaszadəyə zəng etmiş, Əlidən arxasıyca Veravul kəndinə gəlməsini istəmişdir. Küçəyə çıxıb Əlini gözləməyə başlamışlar. Həmin vaxtı onları heç kim görməmişdir. Təxminən yarım saatdan sonra Əli kəndə gəlmiş və avtomobilin yük yerinə qoyunu qoyub rayonun Digah kəndinə gəlmişlər. Əliyə qoyunun oğurluq olmasını bildirməmişdir. Əliyə qoyunun özünə aid olduğunu demişdir. Təxminən saat 05 radələrində Digah kəndinə çatmışlar. Daha sonra rayonun Şiləvar kəndində 4 yol adlanan, qoyun satılan ərazidə tanımadığı taksi sürücüsü ilə qoyunu 110 manata adını Qənbər kimi bildiyi şəxsə satmışdır. Taksi sürücüsünə və qoyunu alan şəxsə qoyunun özünə aid olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bir baş qoyunu oğurlamağını heç kimə deməmişdir. Qeyd etdiyi oğurluqdan başqa o, başqa oğurluq etməmişdir Onu heç kim oğurluq etməyə vadar etməmişdir, ona oğurluq əşya alacağı ilə bağlı qabaqcadan vəd verən olmamışdır. O, oğurluğu Təqsirləndirilən şəxs2lə birlikdə etmişdir. Başqa şəxslərin oğurluqdan məlumatı olmamışdır. Etdiyi əməldən peşmandır. Daha sonra, 12 yanvar 2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri Böyük bazar ərazisində, Astara marşrut qazelləri dayanan yerdə, Sabir küçəsində olarkən orada adını və soyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 35 manata dörd bükümdə “şüşə” deyilən psixotrop maddə metamfetamin almış və həmin metamfetamin bükümlərini cibinə qoymuşdur ki, istifadə edər. Daha sonra oradan yaşadığı evə gəlmişdir. Ertəsi gün, saat təxminən 11 radələrində Lənkəran şəhəri, “Ləvəngi” dairəsi ətrafında, küçədə olarkən yanında avtomobil dayanmış və həmin avtomobildən bir neçə nəfər şəxs düşərək ona üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər-rayon polis şöbəsində olan otaqların birində polis işçisi Məhəmməd adlı şəxs ona müdafiəçi siyahısını təqdim etmiş və o, həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üstündə axtarış aparılmış, axtarış aparılmazdan əvvəl polis işçisi Məhəmməd üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi Məhəmməd ona hüquq və vəzifələrini izah etmiş, daha sonra təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O, da əynində olan gödəkcənin sağ yan cibindən bir gün qabaq mərkəzi bazarda tanımadığı şəxsdən aldığı və öz istifadəsi üçün üzərində saxladığı dörd büküm metamfetamini, həmçinin gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb polis işçilərinə təqdim edib, həmin kütlələrin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetaminləri saxlanıldığı gündən bir gün qabaq Lənkəran şəhərində, mərkəzi bazarda tanımadığı şəxsdən 35 manata aldığını, metamfetamindən istifadə etdiyini və satışı ilə məşğul olmadığını, elektron tərəzidən isə narkotik vasitə alarkən çəkidə onu aldatmamaları üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis işçisi Məhəmməd üzərində axtarış aparmağa başlamış, axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Polis işçisi Məhəmməd içərisində metamfetamin olan həmin dörd ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxanda görmüşdür ki, içərisində metamfetamin olan 4 ədəd bükülünün çəkisi 1 qramdır. Bundan sonra, polis işçisi Məhəmməd içərisində metamfetamin olan dörd ədəd bükülünü və bir ədəd elektron tərəzini ayrı-ayrı zərflərə qoymuş və zərflərin üzərinə möhür vurmuşdur. O, vəkili İntiqam Hüseynov birlikdə həmin zərflərin üzərinə imza etmişlər. Daha sonra axtarış zamanı özü etiraf etmişdir ki, 2022-ci ilin noyabr ayında Lənkəran rayonu Veravul kəndində Zərərçəkmiş şəxs məxsus tövlədən bir baş qoyunu oğurlamışdır. Bundan sonra vəkili İntiqam Hüseynovun ona verdiyi suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı hər hansı bir formada zor və ya təzyiq göstərilməmiş, polis əməkdaşlarından heç bir şikayəti yoxdur. Aşkar olunmuş kütlələr ona məxsusdur. Bundan sonra videoçəkiliş dayandırılmış, polis işçisi Məhəmməd Abdullazadə protokol tərtib etmiş və o, vəkili İntiqam Hüseynov və polis əməkdaşları tərəfindən protokol imzalanmışdır. Üzərindən aşkar edilən 4 bükümdə psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə, axşam saat 20 radələrində Lənkəran şəhəri mərkəzi bazarda olarkən, Astara marşrut qazelləri dayanan yerdə, Sabir küçəsində, tanımadığı, adını və soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən əldə etmişdir. Həmin şəxs barəsində məlumatı yoxdur. Həmin şəxs 40-45 yaşlarında, qaraşın, arıq birisi olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Veravul kəndində babası Səxavət Fərzullayevin himayəsində yaşayır. 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 28 gün müddətində azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə kənddə, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus tövləyə girib oradan qoyun oğurlamaq qərarına gəlmişlər. O Sahillə razılaşıb gecə saat 02 radələrində Vüqara məxsus evin həyətinə qapıdan daxil olmuşlar. Həyətə daxil olub sağ tərəfdə yerləşən tövlənin qapısını açıb qoyunların içərisindən təxminən 15 kiloqram çəkidə bir baş dişi qoyunu götürüb həyətdən çıxmışlar. Həyətdən çıxdıqdan sonra Sahil tanışı, taksi sürücüsü Əli adlı şəxsə zəng etmişdir. Sahil Əlidən arxasınca Veravul kəndinə gəlməsini istəmişdir. Onlar küçəyə çıxıb Əlini gözləməyə başlamışlar. Həmin vaxtı onları heç kim görməmiş, təxminən yarım saatdan sonra Əli Veravul kəndinə gəlmiş və avtomobilin yük yerinə qoyunu qoyub rayonun Digah kəndinə gəlmişlər. Sahil Əliyə qoyunun oğurluq olmasını deməmiş, Əliyə qoyunu babasının verdiyini bildirmişdir. Təxminən saat 05 radələrində Digah kəndinə çatmışlar. Digah kəndində “Bazarstore” marketin qarşısında Sahil Əlidən avtomobili saxlamasını istəmiş, birlikdə avtomobildən düşmüşlər. Sonra o, nənəsinin evdə olmamağından şübhələnməməsi üçün Veravul kəndinə, yaşadığı evə qayıtmışdır. Sonradan eşitmişdir ki, Sahil oğurladıqları qoyunu Ələt-Astara magistral avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində yolun kənarında qoyun satan şəxsə satmışdır. Zərərçəkmiş şəxs dəymiş 200 manat ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs2 son sözündə ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Veravul kəndində babası Səxavət Fərzullayevə məxsus evdə nənəsi Xatirə Fərzullayeva ilə birlikdə yaşayır. Anası Şabacı atasından ayrılmış və Bakı şəhərində yaşayır. Atası Samir isə Rusiya Federasiyasındadır. Valideynləri ondan imtina etdiyinə görə o, babası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə özünü dolandırır. Bir neçə ildir ki, narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alıb istifadə edir. 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda ayağında elektron daşıyıcı vardır. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2022-ci il tarixdə, saat təxminən 11 radələrində yaşadığı kənddə məhəllədə olarkən orada tanışı Təqsirləndirilən şəxs1 görmüş, Sahillə küçədə söhbət etməyə başlamış, söhbət əsnasında Sahilə təklif etmişdir ki, kənddə, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus tövləyə girib oradan qoyun oğurlasınlar. Sahilə bildirmişdir ki, Vüqarın yaşadığı evin həyətində tövlə vardır. Tövlə həyətə giriş hissədədir, lakin Vüqarın yaşadığı ev isə təxminən 70-80 metr tövlədən aralıdadır. Yəni tövləyə girib oradan oğurluq etsələr heç kim onları görməz. O Sahillə razılaşıb gecə saat 02 radələrində Vüqara məxsus evin həyətinə qapıdan daxil olmuşlar. Həyətə daxil olub sağ tərəfdə yerləşən tövlənin qapısını açıb qoyunların içərisindən təxminən 15 kiloqram çəkidə bir baş dişi qoyunu götürüb həyətdən çıxmışlar. Həyətdən çıxdıqdan sonra Sahil tanışı, taksi sürücüsü Əli adlı şəxsə zəng etmişdir. Sahil Əlidən arxasınca Veravul kəndinə gəlməsini istəmişdir. Onlar küçəyə çıxıb Əlini gözləməyə başlamışlar. Həmin vaxtı onları heç kim görməmiş, təxminən yarım saatdan sonra Əli Veravul kəndinə gəlmiş və avtomobilin yük yerinə qoyunu qoyub rayonun Digah kəndinə gəlmişlər. Sahil Əliyə qoyunun oğurluq olmasını deməmiş, Əliyə qoyunu babasının verdiyini bildirmişdir. Təxminən saat 05 radələrində Digah kəndinə çatmışlar. Digah kəndində “Bazarstore” marketin qarşısında Sahil Əlidən avtomobili saxlamasını istəmiş, birlikdə avtomobildən düşmüşlər. Sonra o, nənəsinin evdə olmamağından şübhələnməməsi üçün Veravul kəndinə, yaşadığı evə qayıtmışdır. Sonradan eşitmişdir ki, Sahil oğurladıqları qoyunu Ələt-Astara magistral avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində yolun kənarında qoyun satan şəxsə satmışdır. Qoyunu neçiyə satmasını bilmir. Qoyunun pulunu isə Sahil ona xərclədiyini demişdir. Qeyd etdiyi oğurluqdan başqa o, oğurluq etməmiş, onu heç kim oğurluq etməyə vadar etməmiş, oğurluq əmlak alacağı ilə bağlı qabaqcadan ona vəd verən olmamışdır. O, oğurluğu Təqsirləndirilən şəxs1la birlikdə etmişdir. Başqa şəxslərin oğurluqdan məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs məxsus tövləyə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində küçə qapısını itələyib açmaqla daxil olmuşdur. Tövlənin qapısı isə örtülü olmuş, yəni kilidli olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonu Veravul kəndində ailəsi ilə birlikdə yaşayır. Təsərrüfatla məşğul olur. Təsərrüfatında 30 baş xırda buynuzlu qoyun heyvanı, 5 baş iri buynuzlu inəyi vardır. Hər gün özünə məxsus qoyun və inəkləri səhər sübh tezdən otarmaq üçün tövlədən çıxarıb örüş sahəsinə aparır. Axşam saatlarında isə tövləyə salır. Tövlə yaşadığı evin həyətində, həyətə girişdən sağ tərəfdədir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında heyvanları tövləyə salmış, tövlənin qapısını örtmüşdür, lakin kilidləməmişdir. Ertəsi gün səhər saatlarında bir baş qoyununun əksik olmasını görmüşdür. Əvvəlcə ona məxsus bir baş qoyunun axşam saatlarında itdiyini fikirləşmişdir. Çünki qoyunları bir gün qabaq tövləyə salarkən saymamışdır. Bunun üçün də kənddə itmiş qoyunu ilə bağlı maraqlanmışdır. Təxminən bir aydan da artıq müddətdə kənddə qoyununu axtarsa da tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə kənddə eşitmişdir ki, ona məxsus qoyun itməmiş, oğurlanmışdır və qoyununu oğurlayan Sahil adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bunun üçün də, Lənkəran ŞRPŞ-yə gəlib 200 manat qiymətində bir baş qoyununun 1 ay qabaq Veravul kəndində yerləşən tövləsindən oğurlandığını bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 200 (iki yüz ) manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış bir baş qoyun dişi, 2 yaşlı, ətinin çəkisi 16 kq olmuşdur. Polis şöbəsində ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus tövləyə girərək oradan bir baş qoyununu oğurlamışlar. Hazırda ona dəymiş 200 manat ziyan tam şəkildə ödənilmişdir. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olmaqla rayonun Digah kəndində yaşayan 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, qəbulu, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş, məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişdir. Həmin tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərək Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazinin ətrafında müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların intensiv hərəkətini nəzərə alıb Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 müdafiəçi siyahısı təqdim edilmiş və həmin siyahıdan Təqsirləndirilən şəxs1 özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən dörd ədəd bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən, ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi dörd ədəd bükülüdə olan psixotrop maddə metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin ümumilikdə 1,00 qram olması müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi ayrı-ayrı zərflərə yerləşdirilərək, zərflərin üstü möhürlə möhürlənmiş və üzərlərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs1la aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetaminləri xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri mərkəzi bazar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 35 manat verərək almış, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldatmasınlar deyə üzərində saxlamışdır. Daha sonra təhqiqatçının verdiyi əvvəllər hər hansı bir cinayətdə iştirakının olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs1 cavab olaraq bildirmişdir ki, 2022-ci ilin noyabr ayında Lənkəran rayonu Veravul kəndində yaşayan tanımadığı şəxsin tövləsindən bir baş qoyunu oğurlamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisinin suala cavab olaraq bildirmişdir ki, aşkarlanmış psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluq və ya zor tətbiq edilməmiş, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Daha sonra Lənkəran ŞRPŞ-nin İB-də aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının 26-da tanışı rayonun Veravul kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus tövlədən bir baş qoyunu oğurlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 oğurlanmış qoyunu Şiləvar kəndində qoyun alveri ilə məşğul olan Şahid5 110 manata satmışdır. Təqsirləndirilən şəxs1 oğurlanmış qoyunu Şahid5 satarkən qoyunun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Veravul kəndində qeydiyyatda olmaqla rayonun Digah kəndində yaşayan 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, qəbulu, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla şöbənin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, qrupun tərkibində onunla birlikdə polis əməkdaşı Şahid3 da iştirak etmişdir. Həmin tarixdə, saat 11:40-da Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərək Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazinin ətrafında müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların intensiv hərəkətini nəzərə alıb Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 müdafiəçi siyahısı təqdim edilmiş və həmin siyahıdan Təqsirləndirilən şəxs1 özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha təhqiqatçı Məhəmməd Abdullazadə tərəfindən hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən dörd ədəd bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən, ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi dörd ədəd bükülüdə olan psixotrop maddə metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin ümumilikdə 1,00 qram olması müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi ayrı-ayrı zərflərə yerləşdirilərək, zərflərin üstü möhürlə möhürlənmiş və üzərlərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs1la aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetaminləri xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri mərkəzi bazar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 35 manat verərək almış, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldatmasınlar deyə üzərində saxlamışdır. Daha sonra təhqiqatçı Məhəmməd Abdullazadənin verdiyi əvvəllər hər hansı bir cinayətdə iştirakının olubolmaması barədə sualına Təqsirləndirilən şəxs1 cavab olaraq bildirmişdir ki, 2022-ci ilin noyabr ayında Lənkəran rayonu Veravul kəndində yaşayan tanımadığı şəxsin tövləsindən bir baş qoyunu oğurlamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi İntiqam Hüseynovun verdiyi suala cavab olaraq bildirmişdir ki, aşkarlanmış psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluq və ya zor tətbiq edilməmiş, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Daha sonra Lənkəran ŞRPŞ-nin İB-də aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının 26-da tanışı rayonun Veravul kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus tövlədən bir baş qoyunu oğurlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 oğurlanmış qoyunu Şiləvar kəndində qoyun alveri ilə məşğul olan Şahid5 110 manata satmışdır. Təqsirləndirilən şəxs1 oğurlanmış qoyunu Şahid5 satarkən qoyunun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsində kömək etmiş və yaxud oğurluq qoyunu alacaqlarına vəd vermiş şəxslərin olub-olmadığını müəyyən etmək məqsədilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, oğurluq hadisəsində onlara heç kim kömək etməmiş, oğurluq qoyunu onlardan alacaqlarına heç kim vəd verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlanmış bir baş qoyunla Digah kəndinə aparan taksi sürücüsü Əli Abdullazadənin və qoyunu Şahid5 satarkən Təqsirləndirilən şəxs1 taksi ilə aparan avtomobilin sürücüsü Şahid6 qoyunun oğurluq olmasından məlumatları olmamış, onların qabaqcadan əlbir olub qrup şəklində razılaşmaları müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa oğurluq cinayətində iştirakları barədə məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs1 üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Taksi sürücüsü kimi çalışır. Özünə məxsus ağ rəngli “Hyundai Accent” markalı avtomobili idarə edir. Lənkəran rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır. Normal münasibəti vardır. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, telefona cavab verdikdə onunla danışanın Sahil olduğunu görmüşdür. Sahil ona rayonun Veravul kəndində babası evində olduğunu, babasının ona bir baş qoyun verdiyini, onu Veravul kəndindən Digah kəndinə gətirməyini istəmişdir. O da Sahilə arxasıyca gələ biləcəyini demişdir. Sahillə mobil telefonla danışa-danışa Sahilin olduğu yerə, Veravul kəndinə gəlmişdir. O, həmin yerə çatan zaman Sahil küçədə dayanmışdır. Sahilin yanında tanımadığı bir nəfər cavan oğlan da olmuşdur. Həmin vaxtı Sahillə digər şəxs bir baş qoyunu yerdə qoymuşlar. Sahil qoyunu avtomobilin yük yerinə qoymuş, daha sonra birlikdə Lənkəran rayonu Digah kəndinə gəlmişlər. O, Sahili rayonun Digah kəndində, Ələt-Astara magistral avtomobil yolunun “Bazarstore” adlanan marketin qarşısında düşürmüşdür. Sahil və Sahillə olan cavan oğlan “Bazarstore”la üzbəüz olan dalan yola girmişlər. Onun başqa olanlar barədə məlumatı yoxdur. O, Sahil və digər şəxsin avtomobilinə qoyduqları qoyunun oğurluq olmasını bilməmiş, ona bu barədə Sahil və digər şəxs heç nə deməmişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Lənkəran rayonu Şiləvar kəndində Astara-Ələt magistral yolunun kənarında qoyun alveri ilə məşğul olur. 2022-ci ilin noyabr ayının sonlarında adını Siyavuş kimi bildiyi ağ rəngli “VAZ 21074” taksi sürücüsü səhər saatlarında işlədiyi qoyun heyvanı satılan yerə gələrək ona demişdir ki, avtomobildə bacısı uşağına məxsus bir baş dişi qoyun heyvanı vardır. Həmin qoyunu satmaq istəyir. O, həmin vaxt avtomobilə nəzər saldıqda avtomobildə iki cavan oğlanın olduğunu görmüşdür. Biri avtomobilin ön oturacağında, digəri isə arxada əyləşmişdir. O, Siyavuşu tanıdığından Siyavuşa inanıb, yəni qoyunun oğurluq olmamasından əmin olub qoyunu Siyavuşdan almışdır. Lakin qoyunun pulunu tam verməmişdir. Siyavuşla qoyunu 110 manata razılaşmışlar. Həmin vaxtı üzərində 20 manat pul olmuşdur. 20 manatı Siyavuşa verib 2 günə qalan 90 manatı da gəlib aparmasını istəmişdir. Siyavuş da onunla razılaşmışdır. O, üzərində olan 20 manatı Siyavuşa vermiş, 2 gün sonra Siyavuş təkrar işlədiyi yerə gələrək qalan 90 manatı da ondan almışdır. O, Siyavuşun ona satdığı qoyunun oğurluq olmasını bilməmiş, Siyavuş ona qoyunun bacısı oğlunun özünün qoyunu olduğunu bildirmişdir. O da Siyavuşu tanıdığı üçün Siyavuşdan qoyunu almışdır. O, Sahil adlı şəxsdən qoyun heyvanı almamışdır. Ümumiyyətlə o, əldən tək-tək qoyun almır. Təkcə bir dəfə Siyavuşdan almışdır. O, qoyunları Masallı və Cəlilabad rayon bazarlarından alır. Başqa heç bir yerdən qoyun almır. Şahidlər Şahid6 və Şahid7 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bir övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran rayonu ərazisində ağ rəngli “VAZ 21074” markalı **-CA-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Lənkəran rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “VAZ 21074” markalı **-CA-*** nömrə nişanlı avtomobil ilə Lənkəran şəhərində M.M.Axund küçəsi ilə üzü Şiləvar kəndi istiqamətində hərəkətdə olarkən 5 saylı orta məktəbi keçdikdən sonra yolun kənarında bir nəfər şəxs avtomobilə əl etmiş, həmin vaxtı onun avtomobilində qabaq sağ oturacaqda baldızının oğlu Şahid7 oturmuşdur. O, avtomobilini saxlayıb həmin şəxsi öz avtomobilinə götürmüşdür. Həmin şəxs avtomobilinə əyləşdikdən sonra baldızı oğlu Elxanla tanış çıxmışlar. Həmin şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 Digah kəndinə yaşadığı ünvana aparırmış. Yolda söhbət əsnasında Sahil Elxana demişdir ki, bir baş qoyunu vardır. Dağda 4 baş qoyun ona pay vermişlər. Digərlərini kəsmiş lakin bir ədədini satmaq istəyirmiş. Adam olsa həmin şəxsə sata biləcəkdir. Həmin vaxt Elxan ondan qoyun alıb satan tanışının olub-olmadığını soruşmuşdur. O da Sahilə Şiləvar kəndində yolun kənarında qoyun alveri ilə məşğul olan adını “Qənbər” kimi çağırdıqları, lakin adı Fuad olan şəxsin tanışı olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə Sahilin yaşadığı Digah kəndində olan evinə gedib oradan bir baş qoyunu götürüb Şiləvar kəndində, yolun kənarında qoyun alveri edən “Qənbər”in yanına gəlmişlər. “Qənbər”ə qoyunun baldızı oğluna aid olduğunu demişdir. “Qənbər” də ona inanıb qoyunu 110 manata alacağını bildirmişdir. Lakin üzərində 20 manat pulunun olduğunu deyib 20 manatı ona vermişdir. Qalan 90 manatı isə 2 günə gəlib onun almağını istəmişdir. O, Qənbərdən aldığı 20 manatı aparıb avtomobildə əyləşən Sahilə vermiş, Sahil 20 manatdan 10 manatını ona qaytarmışdır. Qənbərin dediklərini Sahilə demiş və bildirmişdir ki, “Qənbər məni tanıdığı üçün qoyunu aldı və dedi ki, 2 gündən sonra qalan 90 manatı da gəlib mən özüm götürüm.” Onun sözlərindən sonra Sahil də onunla razılaşıb pulu aldıqdan sonra Elxana verməyini, Elxanın 90 manat pulu Sahilə çatdıracağını demişdir. Oradan uzaqlaşıb getmişlər və Sahil biraz getdikdən sonra evinə getməyib yolda düşmüşdür. İki gün sonra o, təkrar “Qənbər”in yanına gedib qalan 90 manatı “Qənbər”dən alıb Elxana vermişdir. Elxan da ona tanışı Sahilə pulu çatdıracağını demişdir. O, Sahil adlı şəxsin satdığı qoyunun oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Digah kəndində ailəsi ilə birlikdə yaşayır. İki övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə ailəsini dolandırır. Şahid6 onun xalası əridir. Siyavuşun ağ rəngli “VAZ 21074” markalı **-CA-*** nömrə nişanlı avtomobili vardır. Lənkəran rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır. Normal münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri M.M.Axund küçəsində yerləşən “Refem” marketin yaxınlığında olarkən yoldan xalası əri idarə etdiyi “VAZ 21074” markalı **-CA-*** nömrə nişanlı avtomobil ilə küçədən keçərkən yanında saxlayıb onu evinə aparmaq üçün avtomobilinə götürmüşdür. Lənkəran şəhərində M.M.Axund küçəsi ilə üzü Şiləvar kəndi istiqamətində hərəkətdə olarkən 5 saylı orta məktəbi keçdikdən sonra yolun kənarında dayanmış Təqsirləndirilən şəxs1 avtomobilə əl etmişdir. Həmin vaxtı avtomobilin qabaq sağ oturacağında o, əyləşmişdir. Siyavuş avtomobili saxlayıb Sahili avtomobilinə götürmüşdür. Sahil avtomobilə əyləşdikdən sonra Sahillə söhbət etməyə başlamışdır. Sahil Digah kəndinə yaşadığı ünvana aparmağını Siyavuşdan istəmişdir. Yolda söhbət əsnasında Sahil ona bir baş qoyunu olduğunu, dağ kəndində 4 baş qoyun ona pay verdiklərini, digərlərini kəsdiyini, lakin bir ədədini satmaq istədiyini, adam olarsa həmin şəxsə sata biləcəyini demişdir. Həmin vaxtı o, Siyavuşdan qoyun alıb satan tanışının olub- olmadığını soruşmuşdur. Siyavuş da ona Şiləvar kəndində yolun kənarında qoyun alveri ilə məşğul olan adını “Qənbər” kimi çağırdıqları, lakin adı Fuad olan şəxsin tanışının olduğunu bildirmişdir. O, Siyavuşa Sahili tanıdığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sahilin yaşadığı Digah kəndində olan evinə gedib oradan bir baş qoyunu götürüb Şiləvar kəndində, yolun kənarında qoyun alveri edən “Qənbər”in yanına gəlmişlər. Siyavuş “Qənbər”ə qoyunun baldızı oğluna aid olduğunu demişdir. “Qənbər” də Siyavuşa inanıb qoyunu 110 manata alacağını bildirmişdir. Lakin üzərində 20 manat pulunun olduğunu deyib 20 manatı Siyavuşa vermişdir. Qalan 90 manatı isə 2 günə gəlib Siyavuşun almağını istəmişdir. Siyavuş Qənbərdən aldığı 20 manatı aparıb avtomobildə əyləşən Sahilə vermişdir. Sahil 20 manatdan 10 manatını Siyavuşa qaytarmışdır. “Qənbər”in dediklərini Sahilə deyib bildirmişdir ki, “Qənbər məni tanıdığı üçün qoyunu aldı və dedi ki, 2 gündən sonra qalan 90 manatı da gəlib mən özüm götürüm.” Siyavuşun sözlərindən sonra Sahil də razılaşıb pulu aldıqdan sonra ona verməyini, onun 90 manat pulu Sahilə çatdıracağını demişdir. Oradan uzaqlaşıb getmişlər və Sahil biraz getdikdən sonra evinə getməyib yolda düşmüşdür. İki gün sonra Siyavuş Qənbərdən qalan 90 manatı alıb ona vermiş, o, da həmin günü kənddə Sahillə görüşüb 90 manatı Sahilə vermişdir. O, Sahilin satdığı qoyunun oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: a) Təqsirləndirilən şəxs1 münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2023-cü il tarixdə saat 11:40-da saxlanılmış, saat 12:10-da isə şübhəli şəxs qismində tutulmuşdur. 13 yanvar 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Lənkəran rayonu Digah kənd sakini Təqsirləndirilən şəxs1 həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən 04 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunmuş, aşkarlanmış 04 ədəd bükümdə kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,00 qram olması müəyyən edilmiş, həmin kütlələr və elektron tərəzi ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərflərə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 04 bükümdə kütlənin psixotrop maddə metamfetamin olduğunu, istifadəsi üçün üzərində saxladığını, həmin bükümləri saxlanılan gündən bir gün qabaq mərkəzi bazarda tanımadığı şəxsə ümumilikdə 35 manat verməklə aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə onu aldatmamaları üçün üzərində saxladığını bildirmişdir. Həmçinin 2022-ci ilin noyabr ayında Lənkəran rayonu Veravul kəndində yaşayan tanımadığı şəxsin tövləsindən bir baş qoyunu oğurlamışdır. Məhkəmə kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 19/44 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən psixotrop maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,188qr; -0,242qr; -0,222qram, - 0,155qram: ümumi təmiz çəkisi: -0,807qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən psixotrop maddənin çəkdiyini qeyd etdiyi elektron tərəzi......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 24 saylı məktubundan görünür ki, Məmmədov X2 rayon hərbi komissarlığının göndərişi əsasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Lənkəran şəhər psixiatriya xəstəxanasında “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünükəsmələr” diaqnozu ilə müayinə olunmuşdur. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 649 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertäzası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarına və emosional vəziyyətinə görə hadisə vaxtı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 31 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X2 rayonu Digah kəndində atası X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. b) Təqsirləndirilən şəxs2 Yalçın oğluna münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki Təqsirləndirilən şəxs2 Yalçın oğlu 14 yanvar 2023-cü il tarixdə 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan Təqsirləndirilən şəxs2 Yalçın oğlu törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Yalçın oğlunda KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Lənkəran Rayon Məhkəməsinin 1(049)-546/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-546/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Yalçın oğlu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 92 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2023cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 saat 17:00-da tutmadan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viravul KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Viravul kəndində babası və nənəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran rayonu Veravul kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşən tövlədir. Tövlə həyətin kənarında yerləşir. Tövlə təxminən 10 metr uzunluğunda, 5 metr enliliyindədir. Tövlənin içərisində bir neçə xırda buynuzlu qoyun heyvanı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs tövləni təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə keçən gecə naməlum şəxs və ya şəxslər tövləyə daxil olaraq oradan bir baş qoyun heyvanını oğurlamışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 14 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: Təsvir edilmiş, bir baş xırda buynuzlu, dişi cinsli, ət çəkisi 16 kq olan qoyunun qiyməti 200 manatdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(049)-16/2023 saylı qərarına əsasən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 təxirəsalınmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 13 yanavr 2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. Maddi sübut kimi tanınmaq haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 0,807 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qaytarılmış təmiz çəkisi 0,607 qram metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Lənkəran Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X8 tərəfindən 170C-23 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Lənkəran Rayon və İcra və Probasiya Şöbəsindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 139 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Rayon Məhkəməsinin 1(049)-546/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam şəkildə çəkib qurtarmış və xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci, Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» psixotrop maddələr siyahısının 67-ci bəndində psixotrop maddə metamfetaminin 0,15 qramından artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi dəyəri 200 manat təşkil edən 1 ədəd qoyun heyvanı oğurlamışlar ki, bu əməllər onların oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ifadələrinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərində hər hansı psixotrop maddə və elektron tərəzi olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə psixotrop maddə və elektron tərəzi qoyulması, Təqsirləndirilən şəxs2 Yalçın oğlunun polis tərəfindən döyülərək etirafedici ifadələr verməsi, habelə Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci, Təqsirləndirilən şəxs2 Yalçın oğluna isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri üzrə onlara bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 Yalçın oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməsi cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntüləri, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılma protokolları, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi, onların barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslərin onlara polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülmələri ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X8 tərəfindən 170C-23 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 31 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı onlara verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, üzərində aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün mərkəzi bazar ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişlər. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə onlara bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci, Təqsirləndirilən şəxs2 isə əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri və yaxud həmin maddə ilə onlara bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. a) Təqsirləndirilən şəxs1 münasibətdə: Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsiini və barışmasını CM-nin 59.1.2 və 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 68.1.1-1-ci maddəsinə əsasaən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməlidir. Bu baxımdan məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağı, vurulmuş ziyanı ödəməsi, habelə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla, eləcə də CMnin 60-cı maddəsinin hazırkı halda tətbiq edilməsi mümkünlüyünü əsas götürməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.1-ci maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla toplandıqdan sonra qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. b) Təqsirləndirilən şəxs2 münasibətdə: İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilməməsi CM-nin 18.4 və 18.4.4-cü maddələrinin tələbləri baxımından cinayətin resdivini yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və barışmasını CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağı, vurulmuş ziyanı ödəməsi, habelə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla, eləcə də CM-nin 60-cı maddəsinin hazırkı halda tətbiq edilməsi mümkünlüyünü əsas götürməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il saat tarixdək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 1(bir) 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 1(bir) 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 09(doqquz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3(üç) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1(bir) 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixdək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,607 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında əlavə edilmişdir saxlanılsın. Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ******************** hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-222/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-222/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver