Məhkəmə qərarları › İş №1(049)-222/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-222/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-222/2024 14.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1956-cı ildə Lənkəran rayonu Seydəkəran kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, təqaüdçü, məhkum olunmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu Seydəkəran kəndində yaşadığı evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni küçə qapısının açıq olması üstündə aralarında baş vermiş mübahisə zamanı sillə ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ göz almasına yayılmış qansızmadan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Lənkəran rayonu Seydəkəran kəndində bacıları Akifə, Şifayət, Gülmirə, qardaşları Bağır və İbrahim ilə birlikdə, qardaşı Bağıra məxsus evdə yaşayır. Yaşadıqları evin həyətində olan digər yaşayış evində mərhum qardaşı Səxavətin arvadı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşayır. Digər qardaşı Məhərrəməli vəfat etdikdən sonra ondan miras qalan evə iddiaları ilə bağlı onlarla Zərərçəkmiş şəxs arasında xeyli vaxtdır ki, məhkəmə mübahisələri mövcuddur. xx.xx.2024-cü il tarixdə, təxminən, saat 11 radələrində qardaşı İbrahim ilə qardaşı oğlu yəni, Zərərçəkmiş şəxs oğlu İlham küçə qapısının açıq olması üstündə mübahisə etmişlər. Həmin vaxt qardaşı arvadı Xırda da həyətdə olmuş və onun qardaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün onunla aralarında mübahisə yaranmışdır. Lakin, o, həmin vaxt Xırdanı vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadəsində də o, Xırdanı döyməsini deməmiş, verdiyi ifadəsini imzası ilə təsdiq edərkən orada nə yazılmasını oxumamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, ailəsi ilə yəni, bacıları Akifə, Şifayət, Gülmirə və qardaşları Bağır və İbrahim ilə birlikdə qardaşı Bağıra məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı evin həyətində üç ev vardır. Həmin evlərdən birində o, qardaşları və bacıları ilə birlikdə yaşasa da, digər köhnə evdə heç kim yaşamır. Həyətdəki digər təzə evdə qardaşı arvadı Xırda öz ailəsi ilə birlikdə yaşayır. Həyətdə olan köhnə ev atasının vəsiyyəti ilə əvvəllər Bakı şəhərində yaşayan və təxminən, 5-6 il əvvəl vəfat edən qardaşı Məhərrəməliyə vəsiyyət olunmuşdur. Məhərrəməli vəfat etdikdən sonra o, qardaşları və bacıları ilə ona vəsiyyət olunmuş köhnə evə iddia etdikdə həyətdə öz evi olan Xırda da həmin evə iddia etməyə başlamışdır. Artıq beş ildir ki, həmin ev üstündə onların Xırda ilə məhkəmə mübahisləri davam edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində o, bacıları Şifayət, Akifə və Gülmirə, qardaşları İbrahim və Bağır ilə yaşadığı evin həyətində üzüm tənginin altında oturub söhbət edərkən qardaşı İbrahim həyətin qarşısına getmiş və bir neçə dəqiqə keçəndən sonra onlar İbrahim ilə qardaşı oğlu yəni, Xırdanın oğlu İlhamın mübahisə etdiklərini eşidib hamısı oraya yollanmışlar. Küçə qapsının yaxınlığında həyətdə İlham ilə İbrahimin mübahisəsindən başa düşmüşdür ki, İlham qapını açıq qoymuş, İbrahim isə qapını bağladığına görə onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı İlhamın anası Xırda kənardan durub İbrahimin və onların ünvanına nalayiq sözlər deyəndə bacısı Şifayət Xırdaya acıqlanmış, Xırda Şifayətə nalayiq söz dediyi üçün o, Xırdaya yaxınlaşıb onun sifətinə bir sillə zərbəsi vurduqda silləsi Xırdanın sağ gözünə dəymişdir. Xırda sifətini tutub başını əydikdə qardaşı Bağır Xırdanın başının arxasına bir neçə yumruq zərbəsi vurmuş, sonra onlar hamısı oradan evlərinin qarşısına qayıtmışlar. Sonradan eşitmişdir ki, Xırda ondan və qardaşı Bağırdan polis şöbəsinə şikayət etmişdir. O, Xırdanın sağ gözünə sillə zərbəsi vurarkən, ola bilsin ki, dırnağı onun gözünə batmış və xəsarət yetirmişdir. Mübahisə onların yaşadığı evin həyətində baş vermiş və təxminən, 3-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı ətrafda o, qardaşları İbrahim, Bağır və Tərlan, bacıları Akifə, Şifayət, qardaşı arvadı Xırda, onun oğlu İlham orada olmuşlar. Həmin yerdə başqa heç kim olmamış, ətrafdan da heç kim toplaşmamışdır. O, Xırdaya zərbə vurduqda, Xırda ona hər hansı cavab zərbəsi vurmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və Şahid2 məhkəmə istintaqında verdikləri ifadələr, digər şahidlərin isə ibtidai araşdırma zamanı verdikləri ifadələr, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır. Mübahisə baş verən gün Təqsirləndirilən şəxs onu döyməmiş, ancaq üzündən bir sillə vurmuşdur. Həmin gün onu Bağır döymüşdür. İbtidai araşdırma zamanı o, Rəşqəndə tərəfindən döyülməsi barədə ifadə verməmiş, ifadəsinin sonunu özü imza etsə də, onu oxumamış və orada nə yazıldığını bilməmişdir. xx.xx.2024-cü il tarixdə yaşadıqları həyətdə baş verən mübahisə zamanı o, Rəşqəndə tərəfindən döyülməsə də, Rəşqəndə ona sillə vurduğu üçün həmin vaxt, ola bilər ki, Rəşqəndənin dırnağı onun gözünə toxunmuşdur. O, Rəşqəndə ilə barışmır, həmin gün onu döyən hər kəs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonu Seydəkəran kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı evin həyətində üç ev vardır. Əvvəllər o, həyətdəki köhnə evdə yaşamış, sonra həmin həyətdə ayrıca bir ev tikib ailəsi ilə birlikdə oraya köçüb yaşamağa başlamışlar. Həyətdə olan üçüncü evdə isə mərhum ərinin qardaşları Bağır və İbrahim, bacıları Rəşqəndə, Akifə, Şifayət və Gülmirə ilə yanaşı Bağırın arvadı Zafirə də yaşayır. Artıq 5 ildir ki, onun ailəsi ilə mərhum ərinin onlarla bir həyətdə yaşayan qardaş və bacıları arasında həyətdə olan köhnə ev üstündə məhkəmə mübahisələri gedir. Məhkəmədə onların işlərinə baxan hakim xx.xx.2024-cü il tarixdə həmin mübahisəli evə baxmaq üçün həyətlərinə gələcəyinə görə həmin gün saat 10 radələrində kiçik oğlu İlham həyətə düşüb küçə qapısını açmışdır ki, hakim gələndə öz avtomobilini həyətə salsın. Bu zaman İbrahim küçə qapısını bağlamış, bununla bağlı oğlu İlham ilə aralarında mübahisə başlamışdır. Mübahisəyə Bağır, həmçinin Şifayət, Rəşqəndə və Akifə də qatıldıqları üçün o, həmin yerə yaxınlaşan zaman Şiyaət ona nalayiq söz demişdir. O, Şifayətə cavab qaytardığı üçün Rəşqəndə də müdaxilə edib onlara yaxınlaşmış və gözlənilmədən onun sağ gözünə sillə ilə vurmuşdur. Bu zaman Rəşqəndənin dırnağı onun gözünə batmışdır. O, əyilib sifətini tutduqda Bağır ona yaxınlaşıb boynunun ardına və sağ qulağına bir neçə yumruq zərbəsi vurmuş, o, zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. Bu zaman Akifə onunla Bağırı ayırmış, bundan sonra o öz evinə daxil olmuşdur. Lakin bir neçə saat keçdikdə onun sağ gözü qanla dolub qızardığı üçün o, oğlu İlham ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına gedib həkim tərəfindən tibbi yardım almış, sonra isə Lənkəran şəhər-rayon Polis Şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Mübahisə yaşadıqları evin həyətində, təxminən, 3-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı ətrafda o, oğlu İlham, mərhum ərinin qardaşları Bağır, İbrahim, Tərlan, Sədaqət, bacıları Rəşqəndə, Şifayət və Akifədən başqa heç kim olmamış, kənardan da gələn olmamışdır. Mübahisə zamanı Rəşqəndə və Bağır onu vursalar da, o nə Bağıra, nə də Rəşqəndəyə hər hansı cavab zərbəsi vurmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da məhkəmə iclasında ibtidai araşdırma zamanı verdiyi ifadəsinin, həmçinin, Zərərçəkmiş şəxs verdiyi ifadənin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən, saat 10 radələrində bacısı Rəşqəndə ilə Xırdanın bir-birini döyməsini görməmişdir. Təhqiqatçı tərəfindən ifadəsi alındıqdan sonra o, həmin ifadəni oxumadan imzalamışdır və ona görə də həmin ifadəsində nə yazılmasından xəbəri yoxdur. Şahid1 ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, o, ailəsi ilə yəni, bacıları Akifə, Rəşqəndə, Gülmirə və qardaşı İbrahim ilə birlikdə Lənkəran rayonu Seydəkəran kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadıqları evin həyətində üç ev vardır. Həmin evlərdən birində o, qardaşı İbrahim və bacıları ilə birlikdə yaşasa da, digər köhnə evdə heç kim yaşamır. Həyətdəki təzə evdə isə qardaşı arvadı Xırda öz ailəsi ilə birlikdə yaşayır. Xırdanın əri yəni, onun qardaşı Səxavət 2022-ci ilin iyun ayında vəfat etmişdir. Həyətdə olan köhnə ev atasının vəsiyyəti ilə əvvəllər Bakı şəhərində yaşayan və sonra vəfat edən qardaşı Məhərəməliyə vəsiyyət olunmuşdur. Lakin, təxminən, 5-6 il əvvəl Məhərrəməli vəfat etdikdən sonra o, qardaşları və bacıları ilə Məhərrəməliyə vəsiyyət olunmuş köhnə evə iddia etdikləri üçün həyətdə öz evi olan Xırda da həmin evə iddia etməyə başlamış və artıq 5 ildir ki, həmin ev üstündə onların Xırda ilə məhkəmə mübahisələri davam edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində o, bacıları Şifayət, Akifə və Rəşqəndə, qardaşları Tərlan və İbrahim ilə yaşadıqları evin həyətində üzüm tənginin altında oturub söhbət edərkən bu zaman küçə qapısının açıq olduğunu uzaqdan görmüşlər və qardaşı İbrahim həmin qapını bağlamaq üçün getmişdir. Təxminən, 1-2 dəqiqə keçəndən sonra X1 ilə qapını bağlamaq üstündə mübahisə etdiklərini eşitmişlər. Onlar hamısı həmin şəxslərə tərəf getmiş, İlhamın anası Xırda da oraya gəlmişdir. X4 İlhamı sakitləşdirən zaman Xırda kənardan durub qardaşı İbrahimin və onların hamısının ünvanına nalayiq sözlər deyəndə bacısı Şifayət Xırdaya acıqlanmışdır. Bu zaman Xırda Şifayətə nalayiq söz dediyi üçün bacısı Rəşqəndə Xırdaya yaxınlaşıb onun sifətinə bir sillə zərbəsi vurmuşdur. Xırda sifətini tutub başını əydikdə o da Xırdanın onlara qarşı kobud danışmasından əsəbi olduğu üçün əyilmiş vəziyyətdə olan Xırdanın boynunun arxasına bir-iki yumruq zərbəsi vurmuşdur. Bu zaman bacıları onu və Rəşqəndəni Xırdadan ayırıb evlərinin qarşısına qayıtmışlar. Ondan sonra eşitmişdir ki, Xırda ondan və bacısı Rəşqəndədən polis şöbəsinə şikayət etmişdir. Mübahisə yaşadıqları evin həyətində, təxminən, 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, qardaşı arvadı Xırda, Xırdanın oğlu İlham, qardaşları İbrahim və Tərlan, bacıları Akifə, Şifayət, Rəşqəndə orada olmuş, həmin yerdə başqa heç kim olmamış, ətrafdan da heç kim toplaşmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 Rəzzaq oğlu da məhkəmə iclasında verdikləri ifadələrində ayrı-ayrılıda göstərdilər ki, xx.xx.2024-cü il tarixdə, təxminən, saat 10 radələrində Rəşqəndə ilə Xırdanın bir-birini döyməsini görməmişlər. Təhqiqatçı tərəfindən ifadələri alındıqdan sonra onlar həmin ifadəni oxumadan imzalamışlar və ona görə də həmin ifadələrdə nə yazılmasından xəbərləri yoxdur. Şahid3 ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayır. 2024-cü ilin may ayında ailəsi Rusiya Federasiyasında qalmaqla, o özü dincəlmək üçün Azərbaycan Respublikasına, Lənkəran rayonu Seydəkəran kəndinə qayıtmışdır. Seydəkəran kəndində ata evində bacıları və qardaşları ilə birlikdə, hazırda qardaşı Bağıra məxsus evdə qalır. Qardaşı Bağıra məxsus evin həyətində onların birlikdə yaşadıqları evdən əlavə iki ev də vardır. Həmin evlərdən birində o, qardaşı Bağır, digər qardaşı İbrahim və bacıları birlikdə yaşasalar da, həyətdəki digər köhnə evdə heç kim yaşamır. Həyətdə təzə bir ev də vardır, həmin evdə isə mərhum qardaşının arvadı Xırda öz ailəsi ilə birlikdə yaşayır. Xırdanın əri yəni, qardaşı Səxavət 2022-ci ilin iyun ayında vəfat etmişdir. Həyətdə olan köhnə ev atasının vəsiyyəti ilə əvvəllər Bakı şəhərində yaşayan və sonra vəfat edən qardaşı Məhərəməliyə vəsiyyət olunmuşdur. Lakin, təxminən, 5-6 il əvvəl Məhərrəməli vəfat etdikdən sonra qardaşları və bacıları Məhərrəməliyə vəsiyyət olunmuş köhnə evə iddia etdikləri üçün həyətdə öz evi olan Xırda da həmin evə iddia etməyə başlamış və artıq 5 ildir ki, həmin ev üstündə onların Xırda ilə məhkəmə mübahisələri davam edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində o, bacıları Akifə və Rəşqəndə, qardaşları Bağır, Tərlan və İbrahim ilə yaşadıqları evin həyətində üzüm tənginin altında oturub söhbət edərkən bu zaman küçə qapısının açıq olduğunu uzaqdan görmüşlər və qardaşı İbrahim həmin qapını bağlamaq üçün getmişdir. Təxminən, 1-2 dəqiqə keçəndən sonra İbrahim ilə İlhamın mübahisə və hay-küy səslərini eşidib hamısı küçə qapısına tərəf getmişlər. İbrahim ilə İlhamın mübahisəsindən başa düşmüşlər ki, onların arasında mübahisələri İbrahimin küçə qapısını bağlamaq istəməsi ilə əlaqədardır. Bu zaman qardaşı Tərlan onları sakitəlşdirərkən o, Xırdanın İbrahimin ünvanına nalayiq ifadə işlətdiyini görüb Xırdaya acıqlanmışdır. Xırda ona da kobudluq etdiyi üçün Rəşqəndə Xırdaya yaxınlaşıb onun sifətinə bir sillə zərbəsi vurduqda silləsi Xırdanın sağ gözünə dəymişdir. Xırda üzünü tutub başını əydiyi zaman qardaşı Bağır Xırdanın başının arxasına bir neçə yumruq zərbəsi vurmuş, sonra onlar hamısı oradan evin qarşısına qayıtmışlar. Bundan sonra eşitmişdir ki, Xırda bacısı Rəşqəndə və qardaşı Bağırdan polis şöbəsinə şikayət etmişdir. Mübahisə qardaşı Bağıra məxsus evin həyətində baş vermiş və təxminən, 3-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı o, qardaşı arvadı Xırda, Xırdanın oğlu İlham, qardaşları Bağır, Tərlan, İbrahim, bacıları Akifə və Rəşqəndə orda olmuş, həmin yerdə başqa heç kim olmamış, ətrafdan da heç kim toplaşmamışdır. Şahid4 ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, o, bacıları Akifə, Şifayət, Gülmirə və qardaşı Bağır ilə birlikdə qardaşı Bağıra məxsus fərdi yaşayış evində yaşayır. Yaşadıqları evin həyətində üç ev vardır. Həmin evlərdən birində o, qardaşı İbrahim və bacıları ilə birlikdə yaşasa da, digər köhnə evdə heç kim yaşamır. Həyətdəki təzə evdə isə qardaşı arvadı Xırda öz ailəsi ilə birlikdə yaşayır. Xırdanın əri yəni, onun qardaşı Səxavət 2022-ci ilin iyun ayında vəfat etmişdir. Həyətdə olan köhnə ev atasının vəsiyyəti ilə əvvəllər Bakı şəhərində yaşayan və sonra vəfat edən qardaşı Məhərəməliyə vəsiyyət olunmuşdur. Lakin, təxminən, 5-6 il əvvəl Məhərrəməli vəfat etdikdən sonra o, qardaşları və bacıları ilə Məhərrəməliyə vəsiyyət olunmuş köhnə evə iddia etdikləri üçün həyətdə öz evi olan Xırda da həmin evə iddia etməyə başlamış və artıq 5 ildir ki, həmin ev üstündə onların Xırda ilə məhkəmə mübahisələri davam edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində o, bacıları Şifayət, Akifə və Rəşqəndə, qardaşları Tərlan və Bağır ilə yaşadıqları evin həyətində üzüm tənginin altında oturub söhbət edərkən küçə qapısının açıq olduğunu uzaqdan görmüşlər. O, həmin qapını bağlamağa getmiş və qapını bağlamaq istəyən zaman qardaşı oğlu yəni, Xırdanın oğlu İlham ona qapını bağlamamağını deyəndə ondan səbəbini soruşmuşdur. İlham demişdir ki, həyətə bir nəfər gələcəkdir, yoldadır. Bu zaman o, demişdir ki, həmin bir nəfər nə vaxt gəlsə, qapını açar. O, qapını yenidən bağlamaq istəyəndə İlham imkan vermədiyi üçün onunla İlham arasında mübahisə başlamış və mübahisə səsinə İlhamın anası Xırda, onun öz bacıları Rəşqəndə, Şifayət, Akifə, qardaşları Tərlan və Bağır həmin yerə gəlmişlər. Tərlan onunla İlhamı sakitləşdirən zaman Xırda kənardan durub onun və hamısının ünvanına nalayiq sözlər deyəndə bacısı Şifayət Xırdaya acıqlanmışdır. Xırda Şifayətə nalayiq söz dediyi üçün digər bacısı Rəşqəndə Xırdaya yaxınlaşıb onun sifətinə bir sillə zərbəsi vurduqda silləsi Xırdanın sağ gözünə dəymişdir. Xırda sifətini tutub başını aşağı əydikdə qardaşı Bağır Xırdanın başının arxasından bir neçə yumruq zərbəsi vurmuş, sonra onlar hamısı oradan evlərinin qarşısına qayıtmışlar. Sonradan eşitmişdir ki, Xırda bacısı Rəşqəndə və qardaşı Bağırdan polis şöbəsinə şikayət etmişdir. Mübahisə qardaşı Bağıra məxsus evin həyətində baş vermiş və təxminən, 3-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı o, qardaşı arvadı Xırda, Xırdanın oğlu İlham, qardaşları Bağır, Tərlan, bacıları Akifə, Şifayət və Rəşqəndə orda olmuş, həmin yerdə başqa heç kim olmamış, ətrafdan da heç kim toplaşmamışdır. Şahid5 Rəzzaq oğlu ibtidai araşdırma zamanı verdiyi, təhqiqatçı X6 tərəfindən alınmış ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunda özünə məxsus mənzildə yaşayır. Məzuniyyətdə olarkən ailəsini də götürüb ata evinə, yəni hazırda qardaşı Bağırın adında olan evə qonaq gələrək, təxminən, 30 gün onlarda qonaq qalıb yenidən Bakı şəhərinə qayıdır. Qardaşı Bağıra məxsus evin həyətində qardaşları Bağır, İbrahim, bacıları Akifə, Rəşqəndə, Gülmirə qardaşı Bağıra məxsus evdə yaşayır. Qardaşları və bacıları yaşadığı evdən başqa həmin həyətdə əlavə iki ev də vardır. Həmin evlərdən birində qardaşı Bağır digər qardaşı İbrahim və bacıları ilə birlikdə yaşasa da, digər köhnə evdə heç kim yaşamır. Həyətdəki təzə evdə isə mərhum qardaşının arvadı Xırda öz ailəsi ilə birlikdə yaşayır. Xırdanın əri, yəni onun qardaşı Səxavət 2022-ci ilin iyun ayında vəfat etmişdir. Həyətdə olan köhnə ev atasının vəsiyyəti ilə əvvəl Bakı şəhərində yaşayan və sonra vəfat edən qardaşı Məhərrəməliyə vəsiyyət olunmuşdur. Lakin Məhərrəməli, təxminən, 5-6 il əvvəl vəfat etdikdən sonra qardaşı Bağır digər qardaşları və bacıları ilə ona vəsiyyət olunmuş köhnə evə iddia etdiyi üçün həyətdə öz evi olan Xırda da həmin evə iddia etməyə başlamışdır. Bu səbəbdən qardaşları ilə bacılarının Xırda ilə artıq beş ildir ki, həmin ev üstündə məhkəmə mübahisləri davam edir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində o, qardaşı Bağırın evində qonaq olduğu vaxt bacıları Şifayət, Akifə, Rəşqəndə, qardaşları İbrahim və Bağır ilə evin həyətində üzüm tənginin altında oturub söhbət edərkən qardaşı İbrahim küçə qapısına tərəf getmiş və 1-2 dəqiqə keçmiş İbrahim ilə Xırdanın oğlu İlhamın mübahisə və hay-küy səslərini eşitmişlər. Onlar küçə qapısına tərəf getdikdə mübahisədən başa düşmüşdür ki, onların arasında İbrahimin küçə qapısını bağlamaq istəməsi üstündə mübahisə gedir. Bu zaman o, İbrahim ilə İlhamı sakitləşdirərkən Xırda İbrahimin ünvanına nalayiq ifadələr işlətdiyinə görə Şifayət Xırdaya acıqlanmışdır. Xırda Şifayətə kobudluq etdiyi üçün Rəşqəndə Xırdaya yaxınlaşıb onun sifətinə bir sillə zərbəsi vuruqda silləsi Xırdanın sağ gözünə dəymişdir. Xırda sifətini tutub başını aşağı əydikdə qardaşı Bağır Xırdanın başının arxasından bir neçə yumruq zərbəsi vurmuş, sonra onlar hamısı oradan evlərinin qarşısına qayıtmışlar. Sonradan eşitmişdir ki, Xırda Rəşqəndə və Bağırdan polis şöbəsinə şikayət etmişdir. Lənkəran şəhər-rayon X5 Bölməsinin təhqiqatçısı X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, icraatında olmuş hazırki işlə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərdən ifadələri alınarkən onların ifadələri komputerdə yazılsa da, həmin ifadələr adı çəkilən şəxslərin hər birinə oxunub elan edilməklə onlar qeyd olunan ifadələrin məzmunu ilə tanış olmuşlar və ifadələrini öz imzaları ilə təsdiq etmişlər. Adı çəkilən şəxslərin heç birinə təzyiq və təsir göstərilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 643 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində - sağ göz almasına yayılmış qansızma, sağ qulaqarxası nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. Həmin xəsarətlərdən sağ göz almasına yayılmış qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 2948 nömrəli arayışından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 12-39/180 nömrəli arayışdan müəyyən edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Bağırova X2 rayonu Seydəkəran kəndində bacıları X3 və Şahid3 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 12-42/07 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X5 Bölməsinin təhqiqatçısı Murad Adilzadənin sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şahid1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə qərarın surəti Lənkəran şəhər-rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmiş, baş vermiş mübahisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə şahidlərin məhkəmə iclasında ibtidai araşdırmadan fərqli şəkildə, hadisənin baş vermə şəraiti ilə əlaqədar ziddiyyətli ifadələr verməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlər məhkəmə iclasında ibtidai araşdırmadan fərqli və ziddiyətli ifadələr vermələrinin səbəbini inandırıcı şəklidə, mötəbər sübutlarla əsaslandıra bilmədilər. Əksinə, iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin və digər şahidin ifadələri xx.xx.2024-cü il tarixdə münaqişə baş verən gün hadisələrin axarının şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələrinə uyğun şəkildə cərəyan etməklə, hazırki ittihamda qeyd edilən hallarla nəticələndiyini, hadisənin baş vermə şəraiti ilə bağlı ibtidai araşdırma zamanı verilən ifadələrin reallığa uyğun olmaqla, işin faktiki halları ilə vəhdət təşkil etdiyini deməyə kifayət qədər əsas verir. Şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5 Rəzzaq oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə yaxın qohumluq münasibətlərində olmaqla, məhkəmə onların məhkəmə iclasında veridikləri ifadələrini cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi müdafiə etmək niyyəti ilə verilmiş, ədalət mühakiməsini yanıltmağa yönəlmiş yalan ifadələr kimi qiymətləndirir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs vurmadığı, sonuncuya hər hansı xəsarət yetirmədiyi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş və ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə təkzib edildiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar da müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu Seydəkəran kəndində yaşadığı evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni küçə qapısının açıq olması üstündə aralarında baş vermiş mübahisə zamanı sillə ilə Xıda Bağırovanın sağ gözünə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ göz almasına yayılmış qansızmadan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əsaslara görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, həm də ona təyin ediləcək cəzanın özünün və ailəsinin həyat tərzinə göstərəcəyi təsiri nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia tələbi və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut, mülki iddia tələbi və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar