Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-223/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: xx xxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, şəhid ailəsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib barəsində 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 05 il 05 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən residiv müddəasi çıxarılmış və cəzası 02 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri, X7 küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metodon həbini xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin aprel ayında Masallı rayonu ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq həblərin təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda, 0,16 qram olan 04 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həblərini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 30 aprel 2024-cü il tarixdə, saat 1 l:35-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin sayda və çəkidə narkotik vasitə olan metadon həbləri aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri M.N.Nəccar küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-nin dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da əynində olan əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı və əynində olan şalvarın sağ yan cibindən içərisində 3 ədəd dərman tabletkası olan üzərində “Methadon” sözləri yazılmış dərman list təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və əynində olan cins şalvarının arxa sol cibindən bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinazları və əynində olan şalvarının sağ yan cibindən üzərində M-40 yazısı yazılmış narkotik vasitə olan metodona bənzər həb aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun üzərində qanunla qadağan edilən əşya və yaxud predmet aşkar olunmamışdır. Həmin tabletkaya baxış keçirildikdə onun metedona bənzər həb olması müəyyən edildi. Həmin həblər elektron tərəzidə çəkilmiş və çəkisi 2.34 qram müəyyən olunmuşdur. Həmin həblər zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və onun tərəfindən imzalanmışdır. Sonda üzərindən çıxan pul əskinazları iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmış, bir ədəd “iphone” markalı və bir ədəd “redmi” markalı telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin şəxsi axtarış videoçəkiliş ilə çəkilmişdir. O, metadona bənzər maddəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. O, polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün cinayəti etiraf ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD disk, məhkəmə-kimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertiza üzrə rəylər və digər ibtidai araşdırma sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatıma daxil oldu. Əməliyyat məlumatının doğruluğu tərəfimdən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edildi, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildi və əməliyyat qrupu yaradıldı. Qrupa rəhbərliyi mən edirdim, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 da qrupun üzvləri idi. 30 aprel 2024-cü il tarixdə, saat 11:35-də tərəfimizdən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məcidov X3 şəhəri, M.N.Nəccar küçəsində saxlanılaraq polis şöbəsinə gətirildi. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Baxşəli Rufullayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutuldu, ona hüquq və vəzifələri izah edildi, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edildi, bundan sonra videoçəkiliş vasitəsiylə və müdafiəçi Hüseynov İntiqamın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı, 1 ədəd “Redmi” markalı və əynində olan şalvarın sağ yan cibindən içərisində 3 ədəd dərman tabletkası olan üzərində “Methadon” sözləri yazılmış dərman list təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının arxa sol cibindən bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinazları və əynində olan şalvarının sağ yan cibindən üzərində M-40 yazısı yazılmış narkotik vasitə olan metodona bənzər həb aşkar olundu. Həmin tabletkaya baxış keçirildikdə onun metedona bənzər həb olması müəyyən edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd metedona bənzər həb elektron tərəzidə çəkildi. Narkotik vasitə olan metedonabənzər 4 ədəd həbin çəkisi 2.34 (iki tam yüzdə otuz dörd) qram müəyyən olundu və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürləndi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “iphone” markalı və 1 ədəd “redmi” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Pul əskinasları isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Təqsirləndirilən şəxs ilə apardığımız şifahi sorğu zamanı bildirdi ki, üzərində aşkar edilmiş həmin kütlələr metadondur. Həmin kütlələri 5 gün əvvəl Masallı rayonunda məclislərin birində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən ümumilikdə 20 manat verərək almışdır. Şəxsi istifadə üçün üzərində saxlamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu, “İphone” markalı telefonunu isə qonşusunun ona düzəltmək üçün verdiyini bildirdi. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edildi, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxsda heç bir təzyiq altında olmadan protokola imza etdi. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan 30 aprel 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan metadona bənzər 04 ədəd həb aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd psixotrop maddə olan metadonun çəkisi 2.34 (iki tam yüzdə otuz dörd) qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metadondur, həmin kütlə ona məxsusdur. Həmin kütlələri 5 gün əvvəl Masallı rayonunda məclislərin birində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən ümumilkidə 80 manat verərək almışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/378 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,16 qramdır, həblərin təsiredici maddələrinin miqdarına görə bir-birləri ilə eynidirlər (hər həb- 0,04 qr). Tədqiqatdan sonra 3 ədəd həb -olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 08 may 2024-cü il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələr əldə edərək istifadə etməyə başlamışdır. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2024-cü il tarixli Qəraradan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd metadon həbi və 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış 03 ədəd metadon həbi saxlanması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, hökmün kserosurətindən, qərardan, təqsirləndirlən şəxsin təqdim etdiyi “Forma B”-dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib barəsində 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 05 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən residiv müddəasi çıxarılmış və cəza çəkmə rejimi ciddidən ümumiyə dəyişdirilmiş, cəzası 02 ay azaldılmış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarili qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Masallı rayonunda yerləşən 11 saylı MTCÇM-də cəza çəkmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İşdə olan arayış, doğum şəhadətnamələrin surətləri və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Aysu, xx.xx.2011 və xx.xx.2023-cü il təvəllüdlü Məhəmməd və Nihad adlı uşaqları vardır. Barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11.35-də saxlanılaraq polis şöbəsinə gətirlmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı saat 11.35-dən hesablanmışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçiləməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, təqsirləndirlən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 202 nömrəli arayışından görünür ki, təqsirləndirlən şəxsin atası X2 xx.xx.1994-cü il tareixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İşə əlavə edilmiş 11 saylı MTCM-mn böyük inspektoru Elnur Səfərovun imzaladığı arayışdan görünür ki, təqsirləndirlən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.4.1, 234,4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib ona 4 ay müddətinə azadlıqda məhrum etmə cəzası təyin edilmiş, CM -nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü tarixli hökmü ilə təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2016-cı il tarixə çəkilməmiş 5 il 2 ay 27 gün hissəsi sonuncu hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 5 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması hökm edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019 -cu il tarixli qərarı il Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2017-ci il tarixli qanununu tətbiq edilməsi ilə bağlı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarix hökmündən Təqsirləndirilən şəxs əməlində residivin olması müddəası çıxarılmış və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının 2 ay yüngülləşdirilərək cəzası 5 il 3 aya endirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs cəzasının çoxunu 17 saylı cəza çəkmə müəssisəsində çəkdikdən sonra Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli çəza çəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdən Masallı rayonunda yerləşən 11 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin qeydiyyatına götürülmüş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə 11 saylı məntəqə tipli cəza çəkmə müəssisənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirlən şəxsin təqdim etdiyi “Forma B” adlanan arayışdan görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdək 11 saylı məntəqə tipli cəza çəkmə müəssisəndə cəza çəkmiş və cəzanı tam çəkib azad olunmuşdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metodon həbini xeyli miqdarda əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, şəhid ailəsi olduğunu, törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə ondan şikayət daxil olmamasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məcidov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib barəsində 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 05 il 05 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən residiv müddəasi çıxarılmış və cəza çəkmə rejimi ciddidən ümumiyə dəyişdirilmiş, cəzası 02 ay azaldılmış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd oluna Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan hər birinin çəkisi 0,04 qram olan 3 ədəd metadon həbbi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan hər birinin çəkisi 0,04 qram olan 3 ədəd metadon həbbi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(049)-223/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-223/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver