Məhkəmə qərarları › İş №1(049)-224/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-224/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-224/2024 05.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 20 radələrində Lənkəran şəhəri, Havzava kəndində yerləşən yaşadıqları fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətləri zəminində yəni Zərərçəkmiş şəxs övladı Şahid indiyədək kompüter almamasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sol bud nahiyəsinə kərpic parçası ilə vurmaqla ona-sol bud nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematomasıdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs arvadıdır, 2003-cü ildə ailə həyatı qurmuşlar, birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə normal olmuşdur, lakin son vaxtlar işləməsinə icazə vermədiyi üçün evdə narazılıqlar yaratdığına görə aralarında tez-tez münaqişə baş verir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Havzava kəndində yerləşən fərdi yaşayış evinin həyətində nanə dərən zaman övladı Şahid da anasının yanında başqa işlə məğul idi. Aralarında söhbət etmişlər, həmin vaxt o, Ruhiyyənin yanına yaxınlaşmış, bu zaman Ruhiyyə ona qızı üçün nə səbəbə indiyədək kompüter almamağını irad bildirdikdə o da Ruhiyyənin üzərinə gələrək yerdə olan gildən hazırlanmış kərpic parçasını yerdən götürmüş və əsəbi halda Ruhiyyənin sol ayağının bud nahiyəsinə çırparaq xəsarət yetirmişdir. Həmin vaxt Ruhiyyə zərbənin təsirindən yerə yıxılmış, daha sonra ayağa qalxmış və oradan qaçaraq uzaqlaşmışdır. Münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Münaqişə yaşadıqları Lənkəran rayonu Havzava kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, 2003-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onu döyməsi barədə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Havzava kəndində yerləşən fərdi yaşayış evinin həyətində nanə dərən zaman övladı Şahid da yanında başqa işlə məğul olmuşdur. Aralarında söhbət etmişlər, həmin vaxt yanlarına əri Təqsirləndirilən şəxs yaxınlaşmış, o da Süleymana qızı üçün nə səbəbə indiyədək kompüter almamasını irad bildirdikdə Süleyman əsəbi halda üzərinə gələrək yerdə olan kərpic parçasını götürmüş və onun sol ayağının bud nahiyəsinə çırparaq xəsarət yetirmişdir. Həmin vaxt o, zərbənin təsirindən yerə yıxılmış daha sonra ayağa qalxmış və oradan qaçaraq uzaqlaşmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 32-33-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayon Havzava kəndində yerləşən Təqsirləndirilən şəxs na məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 19-21-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 668 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəsol bədəni üzərində- sol bud nahiyəsindəki mşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk t əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 39-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2963 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Havzava kənd sakini Təqsirləndirilən şəxs Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcimdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar