Məhkəmə qərarları › İş №1(049)-225/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-225/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-225/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran rayonu, Avrora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Lənkəran rayonu, Hirkan kəndində qeydiyyatda olmaqla Parakənd kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 15 oktyabr 2024-ci il tarixdə, saat 11:25 Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən otlaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncuya qəsdən üz və baş nahiyələrinə yumruq zərbələri endirməklə yerə yıxmış və ona - baş beyin silkələnməsi, üst dodaq nahiyəsində əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəməiclasından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda zərərşəkmiş şəxsə qismən zərər vurduğunu bildirərək özünü qismən təqsirli bilir. O, zərərçəkmiş şəxsi tanıyır və əvvəllər münasibətləri yaxşı olmuşdur. Məlum hadisədən əvvəl o, Şahmirzədən xahiş etmişdir ki, çəpəri sökməsin, çünki, həmin şəpərə görə çox mübahisələri olmuşdur. Hadisə günü, axşam saat 19 radələrində çəpərin söküldüyünü aşkar etmiş və bu zaman Şahmirzə ilə rastlaşmışdır. Çəpərin onun tərəfindən söküldüyünü başa düşüb sonuncuya öz iradını bildirəndə Şahmirzə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də əsəbiləşərək Şahmirzəyə bir yumruq vurmuşdur. Əvvələr onun arvadını təhqir etdiyinə görə Şahmirzə 7 gün müddətində inzibati həbsdə olub, yumruqla Şahmirzənin üzünə və ayağına 3 dəfə vurmuşdur. Hadisə parakənddə baş vermiş və həmin vaxt orada heçkəs olmamışdır. Hadisə 5-10 dəqiqə çəkmişdir. Səs-küyə heç kim gəlməmişdir. Şahmirzəyə taxta, bıcaq xəsarəti yetirməmişdir. Şahmirzə onunla barışmamışdır. Ona xəstəxanada zərərçəkmişin müalicəsi üçün pul ödəməyə imkan verməmişlər. Aralarında mübahisə vaxtı orada dəryaz olmamışdır. Yumruq vurma nəticəsində Şahmirzənin taxma dişləri sınmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, evlidir, 4 övladı vardır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin etməyə çalışır. Heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Barəsində şikayətçi olan Zərərçəkmiş şəxs tanıyır. Sonuncu onun həmkəndlisi, həmçinin qonşusudur. Onun müraciəti ilə tanış olmuş, bu barədə onu deyə bilər ki, sonuncu ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin son zamanlar münasibətləri pozulmuşdur. Buna səbəb aralarında mütamadi baş verən mübahisələr olmuşdur. Belə ki, fərdi yaşayış evindən təxminən 700- 800 metr məsafədə Təqsirləndirilən şəxs məxsus bağ sahəsi vardır. Həmin bağa o iki baş iribuynuzlu heyvanımı otlamaq üçün buraxır. Sözü gedən bağ sahəsi tikanlı məftil ilə çəpərlənmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs evdən çıxaraq heyvanları bağdan evə gətirmək məqsədi ilə bağ sahəsinə yollanmışdır. Heyvanları evə gətirən zaman çəpərin söküldüyünü aşkar etmiş və həmin an həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Çəpərin onun tərəfindən söküldüyünü başa düşüb sonuncuya öz iradını bildirmişdir.Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına xoşa gəlməz nalayiq ifadələr işlətmişdir. Buna görə o qəzəblənmiş və Zərərçəkmiş şəxs üzərinə gedərək əlləri ilə onu tutaraq yerə yıxmışdır. Hər ikisi yerdə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz və baş nahiyələrinə bir neçə yumruq zərbələri endirmişdir. Yaranan mübahisəni kənardan eşidən həmkəndlisi Şahid dərhal hadisə yerinə yaxınlaşmışdır. Onu Zərərçəkmiş şəxs üzərindən götürərək kənara çəkmiş və əlləri ilə onu qucaqlamışdır. Buna görə o heç bir hərəkət edə bilməmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ayağa qalxmış və hadisə yerindən uzaqlaşmışdır. Şahid müdaxiləsinə görə Təqsirləndirilən şəxs hirsi soyumuşdur. Sonda baş verən mübahisə sovuşmuş və hər ikisi oradan uzaqlaşaraq evlərinə yollanmışlar. Bildirir ki, Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı o hər hansı bir kəsici-deşici və yaxud digər bir əşyadan, predmetdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs müraciətində qeyd etdikləri həqiqətə uyğun deildir. Baş vermiş mübahisə 3-4 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər olmamış, heç bir əşya zədələnməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası rəyi və digər təhqiqat sənədləri ilə də təsdiq edilərək sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qulağından ağır eşitdiyindən, nümayəndəsi olan oğlu Nümayəndə yardımı ilə təhqiqatda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, təhqiqatda verdiyi ifadələri təsdiq etmir. Hadisə zamanı, axşam vaxtı bağdan gələndə Ələkbər əli belində qabağına çıxaraq ona “niyə burdan keçirsən” dedikdə, cavabında bildirmişdir ki, “yol olmadığına görə keçir”. Bu zaman, o, arxası üzü ona çöndükdə, onun belindən vurmuş, yerə uzatmış, sinəsi üstə oturub bıcaqla yaralamışdır onu. Bərk qışqırıq səsinə Ramin gələrək onları ayırmışdır. Ələkbər paya, armaturla onun başını vurmuşdur. Payanın hadisədən sonra harada olmasını bilmir. Payanın uzunluğu yarım metrə idi. Pıcaq isə qara şlanga keçirilmiş idi. Ələkbər onun başını kəsmək istəyirdi. O, Əlkbərin əlini tutmuş, Ramin gəlib onları ayırmışdır. Xəstəxanaya gedəndə özündə olmamışdır. Tədqiqatdakı izahatı onun dilindən qızı Məmmədli Samirə yazıb. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə, eləcə də Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayətçi olmuşdur. Bu barədə onu deyə bilər ki, sonuncu onun həmkəndlisi həmçinin qonşusudur. Lakin buna baxmayaraq münasibətləri soyuqdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs kənd ərazisində yerləşən bağ sahəsinə yollanmışdır. Orada bir qədər işlər gördükdən sonra geri qayıtmaq qərarına gəlmişdir. Qayıdan zaman gediş-gəliş yolunun çəpərləndiyini görmüşdür. Həmin çəpəri kənara ataraq yoluna davam etmək istədikdə Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Onlar arasında sözü gedən çəpərin üstündə söz mübahisə yaranmışdır. Mübahisə zamanı sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Sonra üzərinə hücum edərək əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Zərbə nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Sonra Təqsirləndirilən şəxs əlində olan taxta parçanı kənara ataraq Zərərçəkmiş şəxs üzərinə oturmuşdur. Sonuncunu boğmağa çalışmış və başım kəsəcəyi ilə hədələmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz, baş və bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməyə davam etmişdir. Yaranan səs-küyə həmkəndlisi Şahid hadisə yerinə gəlmişdir. Dərhal mübahisəyə müdaxilə edərək Təqsirləndirilən şəxs onun üzərində götürərək kənara çəkmiş, ona isə köməklik göstərərək yerdən qaldırmış və evinə yola salmışdır. Zərərçəkmiş şəxs evdə olan zaman onun ailə üzvləri DİN-nin 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Sonra isə ünvanına TTYS-nı çağırtdırmış və xidməti avtomobil ilə Zərərçəkmiş şəxs Lənkəran RMX-na yolla salmışlar. Baş vermiş mübahisə 7-8 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ekspert rəyi ilə razılaşmayaraq göstərmişdir ki, hadisə nəticəsində atasının taxma dişləri sınmış, qularları kar olmuş, eşitmə qabiliyyətini itirmiş, buna baxmayaraq ekspert atasına vurulmuş zərəri yüngül yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət və vəsatətinə əlavə etdiyi fotoşəkilləri təqdim edərək vəsatətini onunla əsaslandırmışdır ki, o, təhqiqatçı Coşqun Qasımovun qərarı və cinayət işinə prosessual rəhbərlik edən prokurorun yekun protokolundan tam narazıdır. Belə ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq və ağır bədən xəsarətləri kəllə beyin silkələnməsi, dişlərin sındırılması, üst dodağına tikiş dəyməsi, açıq kəllə yarası, başına dəyən yumruq zərbələrindən qulaqların ağır eşitməsi, omba hissəsinə dəyənəklə vurulmasına, bıçaqla qorxu gəlməsinə baxmayaraq onun əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Halbuki Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 127 və 223-cü maddələrinin tərkibinin olmasına baxmayaraq həm təhqiqatçı, həm də prokuror buna göz yummuşlar. Bu etirazla bağlı xx.xx.2024-cü il tarixində cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsmanı Şəbinə xanım Əliyevaya rəsmi məktub ünvanlamışdır. Cinayət işinin tam və obyektiv araşdırılması üçün onun prokurorluğa geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, zərəşəkmiş şəxs qonşusudur. Təhqiqatda verdiyi ifadəsini təsdiq edir. Hadisə günü bağda ot daşıdığıl zaman səs gəldiyini eşitmiş və səs gələn yerə gəldikdə görmüşdür ki, Şahmirzə və Ələkbər dalaşırlar. Ələkbərin Şahmirzənin yaxasından tutmuş və ikisi də yıxılmış vəziyyətdə yanbayan görmüşdür. O, Ələkbərdən Şahmirzənin yaxasının buraxmasını xahiş etmiş, Ələkbər buraxdıqdan sonra Şahmirzəni ondan ayırıb evlərinə aparmışdır. Onlar meşənin içərisində dalaşırdılar və ətrafda kimsə olmamışdır. Səhv etmirsə 10-15 metr məsafədə olan iki qonşu gəlini həmin hadisəni görmüş, lakin onlar həmin hadisəyə müdaxilə etməmişlər. Özü hadisə yerinə gəldiyi zamanadək kimin kimi vururdunu bilmir. Onun yanında kimsə kimi vurmamışdır. X3 üzündə, gözlərində qan ləkəsi görmüşdür. Ələkbərin əlində bıcaq, bel və ya taxta olmamışdır. O, Şahmirzəni evlərinə apardığı zaman ondan nə səbəbdən Ələkbərlə dalaşdıqlarını soruşmamışdır. Əslində hadisə günü Şahmirzənin əlində dəryazın ya da ki, payanın olduğunu bilmir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, heç kimlə düşmənçiliyi və şəxsi ədavəti yoxdur. Belə ki, aralarında mübahisə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Adı çəkilən şəxslərin hər ikisi onun həmkəndliləridir. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuş, bu barədə onu deyə bilər ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində otlaq sahəsində işlərini yekunlaşdırıb evinə yollanmışdır. Hamam otağına girib yuyunmaq istədikdə araldan səs-küy gəldiyini eşitmiş, dərhal əynini geyinib səs gələn yerə yollanmışdır. Evindən üzü yol tərəfə bir qədər getmişdir ki, yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs və yanında oturaraq sonuncunun yaxasından yapışan Təqsirləndirilən şəxs görmüşdür. Dərhal onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs üz və baş nahiyəsində qan ləkələrini görüb anlamış ki, sonuncu Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Dərhal onların mübahisəsinə müdaxilə etmiş və hər ikisini hadisə yerindən uzaqlaşdıraraq evlərinə ötürmüşdür. Baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq və yaxud taxta parçası olmamış, qeyd olunan predmetlərin heç birini görməmiş, kənarda ancaq Zərərçəkmiş şəxs məxsus dəryaz olmuş, onu da sonuncu hadisə yerindən uzaqlaşan zaman özü ilə evinə aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin rəisi, ekspert X4 göstərmişdir ki, zərəçəkmiş şəxsin kompüter tomoqrafiya müayinəsi olub və onda aşkar olunmuş xəsarətlər yüngül xəsarətlər kateqoriyasına aiddir. Taxma dişlər insan orqaniziminə aid olan bir şey deyil. Onların sınması xəsəratlərin dərəcəsinin müəyyən olunmasına təsiq göstərmir. Zərəçəkmiş şəxsdə baş beyin əzilməsi olduqda, həmin xəsarət az ağır hesab olunur. Lakin hazırki iş üzrə zərəçəkmiş şəxsdə bu xəsarət aşkar olunmamışdır. Əgər zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə onun rəyindən narazıdırsa, onda təkrar ekspertizsa keçirilsin. Bərk küt əşya dedikdə uclu tərəfi olmayan bərk əşya nəzərdə tutulur. Baş beynin sirkələnməsi-ümumi anlayışdır. Yenidən ekspertiza keçirilərsə belə yenə də ilkin kompüter tomoqrafiyası müayinəsinin nəticələrindən istifadə ediləcəkdir. Materialda olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Parakənd kəndində yerləşən otlaq sahəsində baş vermişdir. Materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 690 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- baş beyin silkələnməsi, üst dodaq nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materialda olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materialda olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayətlərin daxil olmamışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə- Hüquq Şurasından məhkəməyə daxil olmuş məktublara əlavə olunmuş teleqramların surətlərindən görünür ki, zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 – ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar