Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-226/2023 04.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurmaya səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 31 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, X1 məxsus “Vaz-2345” markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Boradigah-Lənkəran avtomobil yolunun Lənkəran rayonun Separadi kəndində keçən hissəsində Boradigah istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamaqla, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamaqla avtomobili öz hərəkət yolu ilə hərəkət etdirməli, avtomobili qarşı əks hərəkət zolağına çıxatmamalı və hərəkət üçün təhlükə yaratamamqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddələrin tələblərini pozaraq, idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə deyil, əks hərəkət zolağı ilə hərəkət etdirərək göstərilən vəziyyətdə diqqətini daim dəyişən yol şəraitindən yayındıraraq onunla qarşı əks istiqamətdə hərəkətdə olmuş Zərərçəkmiş şəxs idarə etdiyi Vaz-21074 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin hərkət zolağına çıxmaqla həmin avtomobilin sola istiqamətlənib qarşı hərəkət zolağına çıxartması, yenidən öz hərəkət zolağına qayıdaraq Sərvin Nzəərovun idarə etdiyi Vaz- 21074 markalı avtomobillə toqquşmasına, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozmaqla ehtiyatsızlıqdan Vaz-21074 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik– döş qəfəsin küt travması, sol kürək sümüyünü sınığı, iki tərəfli hemopnevmatoraks, alt dodaq nahiyyəsində əzilmiş-cırılmış yara kimi xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Masallı rayonun Xıl kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus Vaz-2345 markalı ** BK *** qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu ərazisində yerləşən kəndlərdən süd toplayıb Lənkəran rayonun Boladı kəndində yerləşən süd qəbulu məntəqəsinə təhvil verməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə, 11 radələrində idarə etdiyi süd maşını ilə Boradigah- Lənkəran kəndlərarası avtomobil yolu ilə Boradigah istiqamətinə yola düşmüş, avtomobilinin yük yerində ümumlikdə 930 litr süd olmuşdur. O hərəkətdə olarkən avtomobili saatda 30-40 km sürətlə idarə etmişdir. O yolun Lənkəran rayonu, Separadi kəndində yolun üzərində yerləşən körpünü keçdikdən sonra yolun enişli həmdə sağ tərəfə döngəli olduğunu görmüşdür. Həmin vaxt yolun öz hərəkət istiqaməti ilə hərəkətdə olduğu zaman qəfildən onunla əks istiqamətdə hərəkətdə olan avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu görmüşdür. Həmin avtomobilin sürəti yüksək olduğuna görə döngəni yaxşı dönə bilmədiyi üçün onun hərəkət zolağına çıxaraq döngəni dönməyə çalışmışdır. Bu zaman həmin avtomobil ilə toqquşmanın baş verəcəyini görüb öz idarə etdiyi avtomobili yolun özünə aid olan sağ tərəfinə istiqamətləndirmiş, lakin buna baxmayaraq həmin avtomobil yolun ona aid hissəsində onunla toqquşmuşdur. Bundan sonra avtomobildən düşərək digər avtomobilə yaxınlaşmış və oraya təcili tibbi yardım avtomobili çağırmışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra toqquşduğu Vaz-2107 markalı avtomobildə olan sərnişinləri xəstəxanaya yola salmışdır. Özü isə orada qalıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ev təmiri rəngsazlıqla məşğul olur. İstifadəsində olan Vaz-2107 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi avtomobil ilə Boradigah-Lənkəran avtomobil yolu ilə hərəkət etmişdir. Həmin vaxt avtomobilin arxa sərnişin yerində arxasında qaynanası Şahid1 və onun yanında arvadı Aytac Nəzərova əyləşmişdir. Avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Yolun Lənkəran rayonu, Separadi kəndindən keçən hissəsində “Ulum” şadlıq sarayının qarşısına çatanda ondan təxminən 30 metr qabaqda yolun əks istiqamətdə hərəkətdə olan süd maşını yolu döngəli hissəsində onun yoluna çıxdığını gördüyündən, qəzadan yayınmaq üçün əyləci basıb yolun əks hərəkət hissəsinə çıxmışdır. Çünki avtomobilin əks hərəkət hissəsində olan yolun sol ehtiyat hissəsi sağ ehtiyat hissəsindən daha geniş olmuşdur. Lakin həmin süd maşını yenidən öz yoluna qayıtdığı üçün toqquşma baş vermişdir. Onun avtomobilinin ön sol tərəfi ilə süd başının ön orta hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı özü, qaynanası və arvadı xəsarət almışdır. Hazırda ona dəyən ziyan ödənilməmişdir. Təsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı X4 iki ildir ki, həmkəndlisi Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında o kürəkəni Sərvinlə birlikdə qızı Aytacı Lənkəran rayon Mərkəzi xəstəxanasına müayinəyə gətmək üçün saat 11 radələrində Sərvinin idarə etdiyi avtomobil ilə Lənkəran şəhərinə yola düşmüşlər. O avtomobilin arxa oturacağın sol tərəfində yəni sürücünün arxasında, qızı isə yanında arxa sağ tərəfdə oturmuşdur. Separadi kəndində yerləşən Ulum şadlıq sarayına yaxınlaşanda qarşıdan bir Vaz-2107 markalı yük tipli avtomobilin onların yoluna çıxmışdır. Sərvin həmin vaxt qışqıraraq bu nə edir belə demiş, toqquşma baş verməsin deyə avtomobilin əyləci basıb avtomobili getdikləri istiqamətdə yolun əks hərəkət zolağına çıxartmışdır, lakin qarşıdan gələn həmin avtomobil yenidən öz yoluna qayıtdığı üçün sərnişin olduğu avtomobilldə toqquşmuşdur. Toqquşma zamanı o sol qolundan, sol ayağından, qızı Aytac isə alnından, sağ dirsəyindən və hər iki ayaqalarından xəsarət almışdır. Sərvin isə həmin vaxt dodağı partlasa da, sonradan xəstəxanada məlum olmuşdur ki, onun çiyni və qabırğa sümükləri sınmışdır. Hadisədən dərhal sonra oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə onları avtomobildən çıxartmışlar. Sonra oraya gələn təcili yardım avtomobili onları xəstəxanaya gətirmişdir. O və qızı tibbi yardım aldıqdan sonra evə buraxılsa da Sərvin isə xəstəxanada qalmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Sərvin nəqliyyat vasitəsi kimi özünə məxsus Vaz-2107 markalı avtomobildən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sərvin idarə etdiyi avtomobil ilə Lənkərana gedərkən yolun Separadi kəndindən keçən hissəsində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs, idarə etdiyi süd daşıyan avtomobillə onun hərəkət hissəsinə çıxdığı üçün toqquşma baş vermişdir. O hadisə barədə öyrəndikdən sonra dərhal hadisə yerinə getmişdir. O hadisə yerinə çatarkən xəsarət alan şəxslər xəstəxanaya aparılmışdır. Sonra Sərvindən hadisə barədə soruşduqda, Sərvin ona yol ilə gedərkən onunla toqquşmuş süd maşını onun hərəkət zolağı ilə ona tərəf gəldiyini gördüyünü, o da qəzadan yayınmaq üçün əks hərəkət zolağına çıxaraq avtoqəzanın qarşısını almaq istəsədə, lakin həmin avtomobil yenidən öz yoluna qayıdaraq onunla toqquşduğunu bildirmişdir. Avtoqəza zamanı gəlini Aytac, onun anası Aytən müxtəlif dərəcələri xəsarətlər alsa da, oğlu Sərvinin qabırğa sümküləri sınmışdır. Avtomobilinə ciddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsin qardaşı onların evinə gəlib pul təklif etsə də, onlar qəbul etməmişlər. Cinayət işinin 22-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 31 oktyabr 2022-ci il tarixli, 002420 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:05-də ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 23-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 31 oktyabr 2022-ci il tarixli, 002698 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 15:00-da ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 4-20-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, üfüqi, hadisə zamanı quru olmuşdur. Avtomobillərin toqquşma yeri yolun Lənkəran şəhəri istiqamətində yolun sağ kənarından yolun içərisinə doğru 4 metr məsafədə yerləşir. Hadisə zamanı Vaz- 2345 markalı furqon tipli avtomobilin sürəti 30-40 km/saat, Vaz-2107 markalı avtomobilin sürəti isə 70-80km/saat olmuşdur. Hadisə yeri yaşayış məntəqəsi ərazisindədir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Vaz-21074 markalı avtomobilin ön sol hissəsi, Vaz- 2345 markalı furqon tipli avtomobilin ön orta hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı Vaz- 2107 markalı **-BR-*** markalı avtomobilin arxa sərnişin oturacağında iki sərnişin, Vaz- 2345 markalı furqon tipli avtomobilin yük yerində 750 litr tutumlu südlə dolu olan plastik çən və onun ətrafında 6 ədəd hər birində 30 litr olan sud bidonu ümumlikdə avtomobilin yük yerində 930 litr süd olmuşdur. Vaz-2345 markalı furqon tipli avtomobil Vaz-2107 markalı avtomobilin hərəkət hissəsinə qarşı hərəkət zolağına çıxmaqla təhlükə yaratdığı anda avtomobillər arasında 30-40 metrədək məsafə olmuşdur. Araşdırma zamanı avtomobillərin hadisəyə qədər texniki vəziyyəti saz olmuşdur. Cinayət işinin 60-62-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli 1279 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində - doş qəfəsin küt travması, sol kürək sümüyünü sınığı, iki tərəfli hemopnevmatoraks, alt dodaq nahiyyəsində əzilmiş-cırılmış yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəratidə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 56-59-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 8/3226 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan andan, yəni VAZ-2345 markalı avtomobil qarşı əks hərəkət zolağına çıxdığı anda nəqliyyat vasitələri aralarında olan 30- 40 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Reallıqla həmin məsafəda 30-40 metrdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindən təhlükə yaranan andan VAZ-21074 markalı avtomobil VAZ-2345 markalı avtomobil arasında olan məsafə real hadisə mexanizminə uyğun olmadığından Vaz-21074 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs Babakşi oğlunun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqata aparılmır. Sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 70/80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-2345 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 92-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş 23 fevrl 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına AE 420535 seriyasında “BC” katiqoriyalı sürücülük vəsiqəsi olması və hadisədən öncə Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməməsi müəyyən edilmişdir. Cinayət işinin 121-126-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə material göndərilmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Lənkəran ŞRPŞnin DYPB-nə material göndərilmiş, maddi sübut kimi götürülmüş Təqsirləndirilən şəxs məxsus «VAZ 2345» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 69-70-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və oğlu ilə birlikdə Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə ictimai işlərdə, abadlıq işlərində fəal iştirak etmişdir, onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 117-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsin istifadəsində olan nəqliyyat vasitəsinin onun hərəkət yoluna çıxması nəticəsində yol nəqliyyat hadisənin baş verməsi barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və məhkəmə istintaqında tədqiq edilmiş yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası mərkəzinin 12 dekabr 2022-ci il tarixli rəyi, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işinin materiallarında olan digər sənədlərlə təkzib olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir.Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi «VAZ 2345» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut «VAZ 2345» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-226/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-226/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver