Məhkəmə qərarları › İş №1(049)-226/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-226/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-226/2024 11.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 26 avqust 1974-cü ildə Lənkəran rayonunun Separadi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan,16 iyun 2024-cü il tarixli qərarla barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarından,2022-ci ilin oktyabr ayının son günlərinədək onun evində 700 manat zəhmət haqqı qarşılığında lambirinə oxşar taxta işləri görən Lənkəran rayonu Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 nitqində qüsur olduğunu görüb,sonuncudan nə üçün belə danışdığını soruşmuş və Zərərçəkmiş şəxs3 10 il bundan əvvəl "insult" xəstəliyi keçirdiyi üçün nitqində qüsur yarandığını və xəstəliyi ilə bağlı 2-ci qrup əlillik dərəcəsi alaraq,buna görə ona 260 manat pensiya verildiyini,amma təxminən 1 ildir ki, 2-ci qrup əlillik dərəcəsinin ləğv edildiyini öyrəndikdən sonra,Zərərçəkmiş şəxs3 güya pul müqabilində 2-ci qrup əlillik dərəcəsini bərpa etdirib ona yenidən pensiya təyin edilməsində köməklik edəcəyinə dair yalan vədlər verib,Zərərçəkmiş şəxs3 aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra,Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, 2022-ci ilin oktyabr ayının axırlarında, saat 11 radələrində Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs3 məxsus zəhmət haqqı olaraq verməli olduğu 700 (yeddi yüz) manat,2022-ci ilin noyabr ayının axırlarında,saat 12 radələrində Lənkəran rayonu Xarxatan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin həyət qapısının qarşısında, sonuncudan 900 (doqquz yüz) manat,2023-cü ilin mart ayının axırlarında,saat 17 radələrində Lənkəran rayonu Şağlaser kəndi ərazisindən keçən asfalt yolun kənarında Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat və 21 iyul 2023-cü il tarixdə,saat 12:18 dəqiqədə Lənkəran rayonu Şağlaser kəndi ərazisində yerləşən "Ay işığı market" mağazasında olan MilliÖN elektron ödəmə sistemi terminalı vasitəsilə Şahid6 məxsus 416973******8699 nömrəli "Kapital Bank" plastik kart hesabına köçürülmüş 400 (dörd yüz) manat olmaqla , cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini qəbul etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən,özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Lənkəran rayonu Şağlaser kənd sakini Zərərçəkmiş şəxs2 arvadı Şahid1 Lənkəran rayonu Şağlaser kəndində yerləşən tibb məntəqəsinə güya pul müqabilində xadimə düzəldəcəyinə dair yalan vədlər verib,Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək,12 may 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran Mərkəzi rayon xəstəxanasının inzibati binasının həyətində 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 qəbul etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 nəvəsi X14 Lənkəran şəhəri X26 Stansiyasına güya pul müqabilində sürücü düzəldəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, 25 avqust 2023-cü il tarixdə, saat 13 radələrində 3000 (üç min) manat və 29 avqust 2023cü il tarixdə,saat 12 radələrində 700 (yeddi yüz) manat olmaqla, cəmi 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini hər iki halda Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən çay evində Zərərçəkmiş şəxs1 qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonu Separadi kəndində yaşayır.O, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur.Lənkəran rayonu Şağlaser kənd sakini Zərərçəkmiş şəxs2 2020-ci il tarixdən etibarən tanıyır. Xanmadla qohumluğu yoxdur,ədavəti və ziddiyyəti də olmamışdır.Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs1 onun qaynanası Səriyyə Məmmədovanın xalası qızıdır.Minayə ilə ədavəti və ziddiyyəti olmamışdır.Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs3 təxminən 20 ildir ki, tanıyır. Canəlinin baldızı qızı Cəmilə onun bibisi oğlu Şaiqin arvadıdır.Onun Canəli ilə ədavəti və ziddiyyəti olmamışdır.Canəli evlərdə taxta işləri görür və Canəli taxta ustasıdır.Canəli onun evində bir neçə dəfə taxta işləri görmüşdür.2022-ci ilin dekabr və yaxud da 2023-cü ilin yanvar ayında Canəli onun evində tavana taxta işləri görən zaman ona,boğazında bəlğəm probleminin olduğunu və buna görə də boğazında xərçəng şişi olmasından şübhələndiyini bildirib,əgər tanışları varsa onu həkimə göstərməyini xahiş etmişdir.O da Canəlidən oğlu Elçinin nə üçün onu həkimlərə göstərmədiyini soruşmuşdur. Canəli də Elçinin işləri çox olduğuna görə ona vaxt ayıra bilmədiyini söyləmişdir.O da Canəliyə narahat olmamağını və onu Bakı şəhərinə aparıb həkimlərə göstərəcəyini bildirmişdir.Canəli işini yekunlaşdırıb qutardıqdan sonra ona "gördüyüm işə görə mənə 1950 manat pul verməlisən,50 manatı sənə görə çıxıram,mənə 1900 manat verəcəksən" bildirmişdir. O da hazırda pulunun olmadığını və onun pulunu sonra verəcəyini Canəliyə bildirmişdir. Canəli də onunla razılaşmışdır.2023-cü ilin fevral ayının əvvəllərində Canəlini Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzinə aparmış və Canəlini həkimlər müayinədən keçirmişlər. Sonra isə onlar Lənkəran rayonuna qayıtmışlar.O, Canəlini Bakı şəhərinə aparıb-gətirmək üçün özündən 200 manat pul xərcləmişdir.Təxminən 1 həftədən sonra Onkologiya xəstəxanasına zəng etmiş və hazırda adını xatırlamadığı həkim ona,Canəlinin bir dəfə də müayinədən keçməli olduğunu bildirmişdir.O,Canəlini yenə də Bakı şəhərinə aparmış və həkimlər Canəlini müayinədən keçirdikdən sonra onlar Lənkəran rayonuna qayıtmışlar.O, yenə də özündən 180 manat pul xərcləmişdir.O, təxminən 5-6 gündən sonra xəstəxana ilə əlaqə saxlamış və Canəlinin boğazında xərçəng şişinin olmadığı barədə ona məlumat verilmişdir.O, bu barədə Canəliyə bildirmiş və Canəli sevinmişdir.Bir neçə gündən sonra Canəli ondan, onu Bakı şəhərində yerləşən X22 da aparıb müayinədən keçirməyini xahiş etmişdir. O da əvvəlcə onu Lənkəran şəhərində yerləşən X16 müayinədən keçirmək lazım olduğunu Canəliyə bildirmişdir. Canəli də ona köməklik etməyini ondan xahiş etmişdir.21 iyul 2023-cü il tarixdə,saat 11 radələrində ona vacib pul lazım olduğu üçün Canəliyə zəng edib ondan 300-400 manat borc pul istəmişdir.Canəli də ona "narahat olma sənin telefonunu oğlum Elçinə verəcəm, o, sənə pul göndərər" bildirmişdir. Bundan sonra, o, xalası oğlu Amilə zəng edib "kart nömrəni mənə göndər sənin kartına pul atacaqlar həmin pulu mənə verərsən" bildirmişdir. Amil də "Kapital Bank" kart nömrəsini mesaj vasitəsilə ona göndərmişdir. Həmin günü saat 12 radələrində Elçin onun mobil telefonuna zəng etmiş və o, Amilin kart nömrəsini Elçinə vermişdir. Təxminən 1 dəqiqədən sonra Elçin ona zəng edərək göndərdiyi karta 400 manat pul köçürdüyünü bildirmişdir. Amilə zəng etmiş və Lənkəran şəhərində onu gözlədiyini Amilə bildirmişdir. Amil də uzaqda olduğunu Lənkəran şəhərinə gec gələcəyini ona bildirmişdir. O da Amilə "sən mənə əvvəlcədən desəydin,sənin kart nömrəni almazdım" bildirmişdir. Bundan sonra, o, bibisi nəvəsi Şahid8 telefon nömrəsini Amilə vermiş və Amil də 400 manat pulu Vüsala göndərmişdir. O da həmin 400 manat pulu Vüsaldan almışdır. O, 2020-ci ilin yanvar ayınında oğlu X12 Mərkəzi rayon xəstəxanasının Nevrologiya şöbəsində palatada yatıb müalicə alarkən Xanmadla tanış olmuşdur. Həmin ərəfələrdə Xanmad da Nevrologiya şöbəsində müalicə almışdır.2023-cü ilin may ayının təxminən 10-12-də,saat 11-12 radələrində Xanmadla Lənkəran MRX-nın Poliklinika şöbəsinin qarşısında görüşmüşdür. Xanmad, ondan oğlu Nahidin vəziyyətini soruşmuş və o da oğlu Nahidin səhətinin normal olduğunu bildirmişdir.O da Xanmaddan pensiyaya çıxıb-çıxmadığını soruşmuş və Xanmad da pensiyaya çıxdığını ona bildirmişdir. O, həmin vaxtı Xanmada zarafatla "eşitmişəm faizə pul verirsən" bildirmişdir. Xanmad da gülə-gülə ona "sənə kim deyib, mən faizə pul verirəm?" bildirmişdir. O da gülə-gülə Xanmada "özünü artisliyə qoyma mənə bir az pul lazımdır" bildirmişdir.Xanmad da ona nə qədər pul lazım olduğunu soruşmuşdur. O da 5000 manat pul lazım olduğunu Xanmada bildirmişdir. Xanmad da 5000 manat pulunun olmadığını ona bildirmişdir.O da heç olmasa 4000 manat ona faizə pul verməyini Xanmada bildirmişdir. Xanmad da 2-3 gün ərzində ona məlumat verəcəyini bildirmişdir.O da 2 gündən sonra Xanmada zəng edib,ondan məlumat gözlədiyini bildirmişdir. Xanmad da 4000 manat pul düzəldə bilmədiyini,ona 3500 manat pul verə biləcəyini bildirmişdir. Xanmadla razılaşmış və həmin günü saat 12 radələrində Xanmadla Poliklinika şöbəsinin qarşı tərəfində yerləşən çayxananın yanında görüşmüşdür. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Xanmad ona 3500 manat pul vermiş və bu pulu hər aya görə 10 faizə ona verdiyini bildirmişdir. O da Xanmadla razılaşmışdır.Amma pulu olmadığına görə Xanmada faizə aldığı 3500 manat pulla bağlı hər aya görə 350 manat verə bilməmişdir. 2023-cü ilin təxminən avqust ayında Xanmada 250 manat pul vermiş və Xanmada pulu olmadığı üçün ona faiz verə bilməyəcəyini,ancaq ona 3250 manat pulunu bir neçə ay ərzində qaytaracağını bildirmişdir.Xanmad isə ona "bilərəm sən 3250 manat pulu mənə qaytara bilməyəcəksən, əmim arvadı Şağlaser kənd xəstəxanasında xadimə işləyirdi, indi işdən çıxıb, səndə olan pulumu səndən istəmirəm, bunun əvəzinə köməklik elə arvadım Günay Şağlaser kənd xəstəxanasına xadimə kimi işə düzəlsin" bildirmişdir.O da Xanmadan "dəqiq bilirsən Şağlaser kənd kəstəxanada iş yeri vardır?" soruşmuşdur.Xanmad da Şağlaser kənd xəstəxanasında xadimə yerinin boş olduğunu ona bildirmişdir.O da maraqlanıb ona məlumat verəcəyini Xanmada bildirmişdir.Amma, o, heç kimlə maraqlanmamış və Xanmada da heç nə deməmişdir.Xanmad bir neçə dəfə ona zəng edib,arvadının işə düzəlməsi ilə bağlı tanış tapıb-tapmadığını soruşmuş və o da tanışının olmadığını,ancaq onun pulunu qaytaracağını Xanmada bildirmişdir.Lakin hazırkı günədək pulu olmadığı üçün Xanmadın pulunu qaytara bilməmişdir.Minayə, əri Elşadla birlikdə Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən çay evini icarəyə götürüb işlədir.O, əvvəllər hər gün həmin çayxanaya gedib çay içmişdir.2023-cü ilin avqust ayının ortalarında,saat 12 radələrində çay içmək üçün Minayənin işlətdiyi həmin çay evinə getmiş və masa arxasında oturub çay sifariş etmişdir.Minayə ona bir stəkan çay vermiş və ona "sən mənim yeznəmsən,səni çox istəyirəm" bildirmişdir.O da gülə-gülə Minayəyə "elə mənə yeznə-yeznə deyirsən, eşitmişəm faizə pul verirsən, sənə atırlar, mənə də faizə pul ver, sənin pulunu yemərəm" bildirmişdir.Minayə də hazırda pulunun olmadığını, amma ona pul verəcəyini bildirmişdir.Təxminən 20 gündən sonra çay evində oturub çay içdiyi zaman Minayəyə "qaynana nə oldu, mənə pul verəcəkdin?" bildirmişdir.Minayə də ona nə qədər pul lazım olduğunu soruşmuşdur.O da nə qədər çox verərsə, bir o qədər yaxşı olacağını Minayəyə bildirmişdir.Minayə də 4000 manat pulu olduğunu,300 manatını özünə saxlayacağını, 3700 manat pulunu isə ona 5 faizə verəcəyini bildirib, səhər gəlib pulu götürməyini söyləmişdir.O da səhərisi günü, saat 15 radələrində çay evinə gəlmiş və Minayə ona 3700 manat pul vermişdir.O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir.Amma pulu olmadığı üçün Minayəyə 3700 manat pulun aylıq faizini verə bilməmişdir.Hər dəfə, o, çay evinə gələndə Minayə ondan pulunu istəsə də, o, pulunun olmadığını,ona faiz verə bilməyəcəyini ,amma ondan aldığı 3700 manat pulu qaytaracağını bildirmişdir.Lakin hazırkı günədək Minayədən aldığı 3700 manat pulu qaytara bilməmişdir. O, Xanmaddan arvadı Günayı Şağlaser kənd xəstəxanasına işə düzəltmək adı ilə 3500 manat pul almamışdır.O, 3500 manat pulu Xanmaddan faizə almış və həmin pulun da 250 manatını ona özü qaytarmışdır.O,Lənkəran Mərkəzi rayon xəstəxanasında işləyən Aybəniz adlı qadını tanımır və onun vasitəsi ilə də Xanmadla tanış olmamışdır.Aybəniz adlı qadın da ona Xanmadın arvadını işə düzəltmək barədə heç nə deməmişdir.Həmçinin Aybənizin vasitəsi ilə Xanmada 250 manat pul göndərməmişdir.O, Minayənin nəvəsi Ülvini X26 şöbəsinə işə düzəltmək adı ilə aldadaraq, Minayənin 3700 manat pulunu almamışdır.O, həmin pulu Minayədən faizə almış,amma pulu olmadığına görə Minayənin pulunu qaytara bilməmişdir.O, Natiq və Yunsur adlı şəxsləri tanımır.O, Minayədən faizə 3700 manat pul alanda həmkəndlisi və qohumu Amil də onun yanında olmuşdur.O, Minayəyə "mənə müraciət edən adamları işə düzəldirəm" sözlərini deməmiş və Minayə də nəvəsi Ülvini işə düzəltmək istədiyini ona deməmişdir.O,Lənkəran şəhər Konsultativ Poliklinika şöbəsində tibb bacısı işləyən Aybəniz adlı qadını tanımır və Xanmadı onunla Aybəniz tanış etməmişdir. Aybəniz adlı qadın ona Xanmadın arvadını işə düzəltmək barədə heç nə deməmişdir. Həmçinin, o, Aybənizə saxlamaq məqsədilə 250 manat pul verməmişdir.O, Canəlinin əlillik dərəcəsini bərpa etdirmək adı ilə ondan 2300 manat pul almamışdır.Onun Canəliyə cəmi 2300 manat borcu vardır və pulu olan kimi Canəlinin borcunu qaytaracaqdır.Təxminən 10-12 gün bundan əvvəl Canəli onun mobil telefonuna zəng edərək, Lənkəran şəhərində bir nəfər tanışı ilə görüşdüyünü və söhbət əsnasında həmin tanışı onun kimi xəstə olduğunu bildirib ona Bakı şəhərində yerləşən özəl klinikaların birində müalicə almağını məsləhət gördüyünü,amma onun özəl kilinikanın pulunu ödəməyə imkan olmadığını və müalicə olunmağı üçün onu Bakı şəhərinə özəl kilinikaların birinə aparmağını ondan xahiş etmişdir.O da bir neçə gün ərzində borc pul tapıb onu müalicəyə aparacağını Canəliyə bildirmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2-ci qrup əlildir və heç bir yerdə işləmir. Şahid1 onun arvadıdır və o da heç bir yerdə işləmir.O, Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərindən etibarən tanıyır.O, Namiqi Lənkəran MRX-nın poliklinika şöbəsində işləyən Aybəniz adlı tibb bacısının vasitəsilə tanımışdır. Hər ayın əvvəllərində poliklinikaya gedir və dövlət tərəfindən ona ayrılmış dərmanları pulsuz alır. Aybənizlə poliklinikada tanış olmuşdur. Aybəniz istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömələrini ona demişdir. Ailə vəziyyəti ağır olduğu üçün 2023-cü ilin təxminən yanvar-fevral-mart aylarında arvadı Günaya məktəbdə, ya da xəstəxanaların birində xadimə kimi işə düzəlməsi üçün Lənkəran şəhər Məşğulluq mərkəzinə müraciət etmişdir. X6ra, hazırda fakant iş yerinin olmadığını və olan kimi onlara məlumat verəcəklərini bildirmişlər. X9 arvadı Günayı işə düzəltmək üçün 2023-cü ilin mart ayının ortalarında "Kapital bank"ın Lənkəran şəhər filialından 3500 manat kreditə pul götürüb ona vermişdir.O və qaynanası Səriyə razılaşmışlar ki, hər ay kreditin pulunu, o, ödəyəcəkdir. Lakin,o, şifahi olaraq Lənkəran şəhərində bir neçə idarəyə müraciət etsə də, arvadı Günay üçün iş tapa bilməmişdir. 11 may 2023-cü il tarixdə,saat 10 radələrində dərmanlarımı almaq üçün poliklinikaya getmiş və alacağı dərmanların reseptini yazdırmaq üçün Poliklinikanın 2-ci mərtəbəsində yerləşən 30 nömrəli kabinetə daxil olmuşdur. Aybənizdə həmin kabinetdə oturub sənədləşdirmə işləri ilə məşğul olur. Anketini hazırda adını xatırlamadığı tibb bacısına vermiş və Aybənizlə salamlaşıb görüşmüşdür. Həmin tibb baçısı onun anketini yazıb, ona resept verdikdən sonra otaqdan çıxmışdır. Həmin vaxtı,o,Aybənizə xəstəxanada tanışı olarsa, bir qadını işə düzəltmək lazım olduğunu bildirib,buna görə pul da verəcəyini söyləmişdir. Aybəniz də tanışının olduğunu və ona məlumat verəcəyini bildirmişdir. Amma o, utandığından arvadını işə düzəltmək istədiyini əvvəlcədən Aybənizə deməmişdir. Aybəniz onun istifadəsində ***-***- **-** "whatsapp" nömrəsinin olduğunu əvvəlcədən bilmişdir. Poliklinikanın aptekindən dərmanlarını aldıqdan sonra poliklinikadan çıxıb, küçənin qarşı tərəfində olan çayxanada oturub çay içməyə başlamışdır.Təxminən 40-50 dəqiqədən sonra Aybənizə tanışı ilə danışıb danışmadığı barədə "whatsapp" vasitəsi ilə mesaj göndərmişdir. Aybəniz də ona "bildim" mesajını göndərmişdir.Həmin günü günorta saatlarında Aybəniz istifadəsində olan ***-***-**-** "whatsapp" nömrəsindən onun həmin "whatsapp" nömrəsinə mesaj göndərmişdir.O, mesajı açıb oxuyan zaman Aybəniz ona "sabah 5 dənə hazırla qadını da götür gətir mən sənə deyərəm neçədə gəlməyivi" mesajını göndərdiyini görmüşdür.O da Aybənizə " xadimə kimi işə düzəlmək üçün 3500 manat vardır" mesajını göndərmişdir.Aybəniz də ona "axşam sənə məlumat verərəm" mesajını yazmışdır.Həmin günü axşam saatlarında Aybəniz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng edib "səhər sənə nə vaxt zəng etsəm,adamını da götürüb gələrsən" bildirmişdir. 12 may 2023-cü il tarixdə,saat 12 radələrində Aybəniz onun mobil telefonuna zəng edərək, tanışının yanında olduğunu və tez adamını götürüb onun yanına gəlməyini bildirmişdir. O, arvadı Günayı götürüb poliklinikaya getmişdir.O, 12 may 2023-cü il tarixdə, saat 13 radələrində poliklinikada Aybənizlə görüşmüş və Aybəniz onu Namiqlə tanış etmişdir.O, Namiqi əvvəllər görsə də, Namiqlə əlaqə və münasibəti olmamışdır. Həmin vaxtı Aybəniz, ondan yanında olan qadının kimliyini soruşmuş və o da Aybənizə "arvadımdır, adı da Günaydır" bildirmişdir.Aybəniz ona "sən nə üçün mənə əvvəlcədən demədin ki,arvadımı işə düzəltmək istəyirəm" bildirmişdir.O da utandığını Aybənizə bildirmişdir.Bundan sonra,Namiq ona "belə işləri mən görürəm, sənin arvadını Şağlaser tibb məntəqəsinə xadimə işinə düzəldərəm" bildirmişdir.O da Namiqə inanmışdır. Namiq xəstəxananın həyətində söhbət etməyi ona təklif etmişdir. Bundan sonra, o, arvadı Günay və Namiq xəstəxananın həyətinə düşmüşlər. Xəstəxananın həyətində arvadı Günayın yanında 3500 manat pulu Namiqə vermiş və Namiqə, həmin pulları "Kapital" bankdan qaynanası Səriyənin götürüb, ona verdiyini bildirib, "Günayın işini tez düzəlt ki,krediti hər ay ödəyə bilək" söyləmişdir.Namiq də ona, narahat olmamağını, arvadını tez işə düzəldəcəyini və iş düzələndən sonra ona 500 manat da əlavə verməli olduğunu bildirmişdir.O da Namiqə inanıb razılaşmışdır.Bundan sonra,o, arvadı Günayla birlikdə yaşadıqları evə qayıtmışdır. Lakin 1 (bir) ay keçsə də, Namiqdən xəbər çıxmamışdır.O, Namiqin ***-***-**-** mobil telefon nömrəsinə zəng edib, arvadının işinin nə vaxt düzələcəyini soruşmuşdur. Namiq də ona, xəstəxanada yoxlama olduğunu və buna görə də bir az səbirli olmağını, arvadının işinin düzələcəyini bildirmişdir.O da Namiqə inanmışdır. Lakin 2 ay da keçsə də Namiq onun arvadı Günayı işə düzəltməmişdir.O, bir neçə dəfə Namiqə zəng edərək ondan arvadının işinin nə vaxt düzələcəyini soruşsa da, Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək, yaxın vaxtlarda arvadını işə düzəldəcəyini bildirmişdir.Təxminən 1-2 aydan sonra, o, Namiqə zəng edib,krediti ödəyə bilmədiyini, əgər arvadını işə düzəldə bilmirsə pulunu qaytarmağını bildirmişdir.Namiq də ona, əgər arvadının işə düzəlməsini istəmirsə, onun pulunu 1 həftəyə qaytaracağını bildirmişdir.O da Namiqə inanıb razılaşmışdır. Amma 2023-cü ilin oktyabr ayının əvvəllərinədək Namiq onun pulunu qaytarmamışdır. Buna görə də, o, 11 oktyabr 2023-cü il tarixdə 102 xidmətinə zəng edib Namiqin, onu arvadı Günayı işə düzəltmək adı ilə aldadaraq, 3500 manat pulunu aldığı barədə məlumat vermişdir. Sonra isə Lənkəran polis şöbəsinə gedib Namiqdən şikayət etmişdir.Namiqin bu dələduzluq hərəkəti nəticəsində ona dəymiş 3500 manat ziyanın 250 manatı ödənmişdir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini 09 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs təxminən 9-10 ildir ki, qonşu kənd sakini kimi tanıyır.Namiqlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.O, təxminən 10 il bundan əvvələdək fərdi yaşayış evlərində xarrat kimi işləmişdir.O, təxminən 10 il bundan əvvəl "insult" xəstəliyi keçirmiş və buna görə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir.O, 2-ci qrup əlilliyinə görə 260 manat pensiya almışdır.O, əlil olduğu üçün hərdən bir evlərdə xarrat kimi işini davam etdirmişdir.O, 2021-ci ilin sentyabr ayında Bakı şəhərində tibbi komissiyadan keçmiş və onun əlilliyi dayandırılmışdır.Buna görə də pensiyası kəsilmişdir.Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır.2022-ci ilin oktyabr ayının ortalarında Namiq istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək,hazır lambirinə oxşar taxtalar aldığını bildirib,həmin taxtaları evinin tavanına vurmağını ondan xahiş etmişdir.O da Namiqlə razılaşmış və Namiqin yaşadığı evə getmişdir.O, həmin taxtaları evin tavanına vurmaq üçün Namiqlə 700 manat zəhmət haqqıya razılaşmışdır.O, səhərisi gündən etibarən təxminən 7 gün ərzində Namiqin evində işləyərək lambirinə oxşar taxtaları Namiqin evinin tavanına vurmuşdur.O, Namiqin evində oktyabr ayının axırlarında,yəni sonuncu günü saat 11 radələrində işlərini görüb qurtardıqdan sonra Namiq onun danışığında olan qüsura görə ondan "sən niyə belə danışırsan?" soruşmuşdur.O da 10 il bundan əvvəl "insult" xəstəliyi keçirdiyi üçün dilində qusur yarandığını və yüksək təzyiqlə gəzdiyini,sinir xəstəliyinə görə xəstəxanalarda yatıb çox müalicə aldığını Namiqə bildirmişdir.Namiq də ondan pensiya alıb-almadığını soruşmuşdur.O da "2-ci qrup əlil idim,buna görə mənə 260 manat pensiya verirdilər,amma 1 ildir ki, 2-ci qrup əlilliyimi ləğv ediblər,pensiyamı da kəsiblər" Namiqə bildirmişdir.Namiq də ona "mənim həkim dostlarım çoxdur, mən çox adamı əlilliklə pensiyaya çıxarmışam, tanışlarımın vasitəsi ilə sənin 2-ci qrup əlillik pensiyanı bərpa etdirərəm,pensiya alarsan və buna görə sən mənə pul verərsən,mən də həmin pulları həkim tanışlarıma göndərərəm,4-5 ay ərzində sənin pensiya işini düzəldəcəm, sən pensiya sənədlərini mənə ver" bildirmişdir.O da Namiqə inanıb razılaşmışdır.Səhərisi günü Namiq onun yaşadığı evin həyət qapısının qarşısına gəlmiş və o, pensiyaya aid sənədlərini Namiqə vermişdir.Həmin vaxtı Namiq ona "sənə zəhmət haqqı olaraq 700 manat pul verməliyəm, amma həmin pulu sənin pensiya işinə verəcəm" bildirmişdir.O da Namiqlə razılaşmışdır.Amma Namiq onun pensiya işi ilə bağlı pulu kimə verəcəyini ona deməmiş və o da Namiqdən soruşmamışdır.2022-ci ilin noyabr ayının axırlarında Namiq onun mobil telefonuna zəng edərək,pensiya işini danışdığını, buna görə 900 manat da pul lazım olduğunu və səhər onun evinə gəlib pulu götürəcəyini bildirmişdir.O da Namiqlə razılaşmışdır.Səhərisi günü,saat 12 radələrində Namiq onun mobil telefonuna zəng edərək "evin qarşısına çıx, gəlirəm" bildirmişdir.Təxminən 10-15 dəqiqədən sonra Namiq onun yaşadığı evin həyət qapısının qarşısına gəlmiş və o, təklikdə 900 manat pulu Namiqə vermişdir. Namiq pulu alandan sonra,onun əlillik işinin bərpa olunmasının tam razılaşdırıldığını və 2-3 ay ərzində düzələcəyini ona bildirmişdir.O da Namiqə inanmışdır.O, 2023-cü ilin mart ayının əvvəllərində Namiqin mobil telefon nömrəsinə zəng edərək,ona söz verdiyi vaxtın çatdığını bildirib, "mənim pensiya işimdən nə xəbər vardır?" soruşmuşdur. Namiq də narahat olmamağını,bir az səbirli olmağını və onun pensiya işinin düzələcəyini ona bildirmişdir.Lakin 1 həftə keçməsinə baxmayaraq Namiqdən xəbər çıxmamışdır.O, bir neçə dəfə Namiqin həmin mobil telefon nömrəsinə zəng etsə də, Namiqin mobil telefonuna zəng çatmamışdır.2023-cü ilin mart ayının son günlərində, saat 10-11 radələrində Namiq axır rəqəmləri 40-44 olan mobil telefon nömrəsi ilə ona zəng etmiş və o, Namiqə "sənə neçə dəfə zəng etsəm də, telefonun bağlı idi,pensiya işim nə oldu" bildirmişdir.Namiq də ona "səbirli ol, yaxın günlərdə sənə zəng edib, şad xəbər verəcəm, amma sənin pensiya işinin düzəlməsi ilə bağlı 300 manat da pul lazımdır, səni bu gün saat 17 radələrində Şağlaser kəndində asfalt yolun kənarında gözləyəcəm,300 manat pulu mənə təcili çatırdır" bildirmişdir.O da Namiqə inanmış və həmin günü saat 17 radələrində piyada Şağlaser kəndindən keçən asfalt yola çıxmışdır.Bir neçə dəqiqədən sonra Namiq hazırda xatırlamadığı bir maşınla onun dayandığı yerə gəlmiş və maşından düşüb ona yaxınlaşmışdır.O, 300 manat pulu Namiqə vermiş və pensiya işini tez düzəltməyini Namiqdən xahiş etmişdir.Namiq də ona "arxayın ol, tez sənin işinin dalınca getməliyəm,sənə məlumat verəcəm" bildirmişdir.Namiq həmin maşına oturub harasa getmişdir.O, həmin maşının sürücüsünün kimliyini bilməmişdir.O, yaşadığı evə qayıtmışdır. Lakin 10-15 gün keçsə də, Namiqdən xəbər çıxmamışdır.O, Namiqin həmin mobil telefon nömrələrinə dəfələrlə zəng etsə də, Namiqin telefonuna zəng çatmamışdır.21 iyul 2023-cü il tarixdə, saat 09-10 radələrində Namiq onun mobil telefonuna zəng etmiş və o, telefonu açıb Namiqə "sən nə üçün telefonlarını söndürmüsən,sən məni aldatdın, tez ol pullarımı qaytar" bildirmişdir.Namiq də onu aldatmadığını, onun işinin düzəldiyini, işini düzəldən həkimə 400 manat da pul göndərməli olacağını və ona deyəcəyi kart hesabına 400 manat pul göndərməyini bildirmişdir.O, yenə də Namiqə inanıb razılaşmışdır.Həmin vaxtı pulu olmadığına görə oğlu Elçinə, pensiya almağı üçün Lənkəran rayonunun Separadi kəndindən olan Namiqin onun əlilliyini bərpa etdirəcəyini və buna görə Namiqə cəmi 1900 manat pul verdiyini bildirib, Namiqə verməyi üçün Elçindən 400 manat borc pul istəmişdir.Elçin də nə üçün bu barədə ona məlumat vermədiyini ondan soruşmuşdur.O da Elçinə "sənlik deyil, sən mənə 400 manat borc pul ver" bildirmişdir.Elçin də onunla razılaşmış və ona "onda gedək Şağlaser kəndi ərazisində yerləşən "Ay işiğı market" mağazasına Namiqlə danışıb göndərərəm" bildirmişdir.O, oğlu Elçinlə birlikdə həmin mağazaya getmiş və Namiqin mobil telefon nömrəsini oğlu Elçinə vermişdir.Elçin də Namiqlə telefonda danışdıqdan sonra mağazada olan ödəmə terminalı vasitəsilə Namiqin ona verdiyi kart hesab nömrəsinə 400 manat pul göndərmişdir.Həmin gündən etibarən Namiqlə dəfələrlə telefon əlaqəsi saxlayıb pensiya işinin nə vaxt düzələcəyini ondan soruşsa da, Namiq müxtəlif bəhanələr gətirərək, onun işinin yaxın günlərdə düzələcəyinə söz vermişdir.O, müayinədən keçmək üçün Namiqlə birlikdə Bakı şəhərində yerləşən Milli Ankologiya Mərkəzinə gedəndə yol xərcini özü ödəmişdir.İkinci dəfə isə Namiqin özünün Bakı şəhərində işi olduğu üçün onu da müayinə olunmaq məqsədi ilə Milli Ankologiya Mərkəzinə aparmış,amma ondan yol xərci almamışdır.Milli Ankologiya Mərkəzində onun müayinəsi pulsuz və sığorta hesabına olmuşdur.2024-cü ilin may ayının əvvəllərində Namiq onun yaşadığı evin həyət qapısının qarşısına gəlmiş və o, Namiqlə təklikdə görüşmüşdür.Namiq onun pensiya sənədlərini özünə qaytarmış və ona "sənə söz verirəm, may ayının axırlarına kimi sənin 2300 manat pulunu qaytaracam" bildirmişdir. Amma Namiq onun pullarını qaytarmadığına görə 02 iyun 2024-cü il tarixdə Namiqdən Lənkəran polis şöbəsinə şikayət etmişdir.Namiq onun əlillik dərəcəsini bərpa edib, onu pensiyaya çıxardacağı adı ilə aldadaraq 2300 manat pulunu almışdır. Ona dəymiş ziyan hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs, onun mərhum xalası Nipyənin nəvəsi Həbibənin əridir.Onun Namiqlə ədavəti və ziddiyyəti olmamışdır.O və əri Heydərov X4 şəhəri H.Abdullayev küçəsində yerləşən çay evini icarəyə götürüb işlədirlər.Namiq, hərdən bir onların icarəyə götürüb işlətdikləri həmin çay evinə gəlib çay içmişdir.O, bir dəfə Namiqdən nə işlə məşğul olduğunu soruşmuş və Namiq də ona "mənə müraciət edən adamları işə düzəldirəm" bildirmişdir.X15 Ülvi Səfail oğlu 2-ci Qarabağ müharibəsinin veteranıdır. X23 şəhər X26 şöbəsində sürücü kimi işə düzəlmək istəmişdir. O, buna görə 20 avqust 2023-cü il tarixdə,saat 11-12 radələrində Namiq çay evinin həyətində olan bir masa arxasında tək oturub çay içdiyi zaman ona yaxınlaşmış və Namiqə" nəvəsi Ülvi müharibədən qayıdandan sonra işsizdir və X26 şöbəsinə sürücü kimi işə düzəlmək istəyir,əgər tanışın varsa Ülvini sürücü kimi işə düzəlt" bildirmişdir.Namiq də xəstəxanada tanışlarının olduğunu və onların vasitəsi ilə Ülvini işə düzəldəcəyini bildirmişdir.O da Namiqə inanmışdır.24 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Namiq çay evinə gəlmiş və masa arxasında əyləşmişdir.Həmin vaxtı Ülvi də çay evində olmuşdur.Namiq onu yanına çağırmış və Ülvini göstərərək ona "bu uşağı işə düzəltmək istəyirsən" bildirmişdir.O da həmin uşağın adının Ülvi olduğunu və Ülvinin TTYŞ-nə sürücü kimi işə düzəlmək istədiyini Namiqə bildirmişdir.Həmin vaxtı Ülvi onların yanına gəlməmiş və harasa çıxıb getmişdir. Namiq ona "mən,tanışımla danışmışam və Ülvinin sürücü kimi işə düzəlməsi üçün 6.000 manat pul istəyirlər" bildirmişdir.Həmin vaxtı əri Elşad da onların yanında olmuşdur. Namiqə 6.000 manat pulunun olmadığını bildirmişdir.Namiq də ona "onda mən tanışımdan xahiş edərəm, Ülvini 4.000 manata işə düzəldər, siz əvvəlcədən mənə 3.000 manat pul verin, Ülvi işə çıxandan sonra, Ülvi maaşından hər ay mənə 500 manat verər, mən də həmin pulu tanışıma verərəm" bildirmişdir. Namiqə inanıb onunla razılaşmışdır. Amma Namiq, Ülvini Lənkəran şəhər X26 şöbəsinə sürücü kimi işə düzəldəcək tanışının adını onlara deməmişdir. O, həmin günü,axşam saatlarında Ülviyə, Namiqin onu X26 şöbəsinə sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Ülvi də sevinmişdir. 25 avqust 2023-cü il tarixdə, saat 12 radələrində əri Elşad X26 şöbəsində sürücü işləyən qonşuları Natiqi çay evinə dəvət etmiş və bir neçə dəqiqədən sonra Natiq çay evinə gəlmişdir.X31,nəvəsi Ülvini X26 şöbəsinə sürücü kimi işə düzəltmək istədiklərini bildirib,həmin şöbədə vakant sürücü ştatının olub-olmadığını soruşmuşdur.Natiq də, işlədiyi X26 şöbəsində vakant sürücü ştatının olmadığını Elşada bildirmişdir. Təxminən 15 dəqiqədən sonra Namiq çay evinə gəlmiş və zalda masa arxasında əyləşmişdir. Əri Elşad və Natiq, Namiqin oturduğu masaya yaxınlaşmışlar və masa arxasında əyləşmişlər. O da onlara yaxınlaşmış və ayaqüstə dayanmışdır. Həmin vaxtı əri Elşad Namiqə, Natiqin deməsinə görə TTY şöbəsində vakant sürücü ştatının olmadığını bildirmişdir.Namiq də "mən xəstəxanada işləyən tanışımla danışmışam, X26 şöbəsinə bir sürücü ştatı verəcəklər və Ülvidə sürücü kimi işə düzələcəkdir" bildirmişdir.Natiq də Namiqə "elə şey yoxdur, bir nəfər sürücü var, o da bu ilin dekabr ayında təqaüdə çıxacaqdır" bildirmişdir. Namiq də Natiqə "sən nə üçün mənim işimə qarışırsan,imkan ver Ülvini işə düzəldim" bildirmişdir. Bundan sonra Natiq Namiqə heç nə deməmişdir. Həmin vaxtı Namiq, onu gözlədiklərini bildirib, tez gedib pulu gətirməyini ona söyləmişdir. O da çay evindən çıxıb yaşadıqları evə getmiş və evindən 3.000 manat pul götürüb tez çay evinə qayıtmışdır. O, həmin günü saat 13 radələrində çay evinin zalında əri Elşadın və Natiqin yanında 3000 manat pulu Namiqə vermişdir.Həmin vaxtı zalda oturmuş X7 da onun pulu Namiqə verdiyini görmüşdür.Həmin vaxtı zalda ondan, Elşaddan, Natiqdən, Yunsurdan və Namiqdən başqa heç kim olmamışdır. Namiq ondan 3000 manat pulu alandan sonra çay evindən çıxıb getmişdir. Səhərisi günü,saat 12- 13 radələrində Namiq çay evinə gəlmiş və masa arxasında əyləşmişdir.O, Namiqə çay vermişdir.Namiq ona "Ülvi sağlamlıq haqqında arayış və yaşayış yeri üzrə arayış alsın və şəxsiyyət vəsiqəsinin kserosurəti ilə birlikdə bu ilin sentyabr ayının 19-da mənə verər, 20 sentyabrda da işə çıxacaqdır.O da Namiqə inanmışdır.29 avqust 2023-cü il tarixdə,saat 11 radələrində Namiq çay evinə gəlmiş və ona "sən Ülvinin işinə görə 1000 manat da pul verməli idin, həmin pulun 300 manatını sənə hədiyyə edirəm,tez 700 manat pulu gətir" bildirmişdir.O da Namiqə, belə razılaşmadıqlarını,1000 manatı Ülvi işə düzələndən sonra maaşından iki ay ərzində ona verəcəyini bildirmişdir.Namiq də ona "pulu tez istəyirlər, sən 700 manat ver,300 manatı da sənə hədiyyə edirəm" bildirmişdir.Elşad da Namiqə,hazırda pullarının olmadığını bildirmişdir. O da Elşada "Ülvinin xətrinə 700 manat pulu verək onun işi düzəlsin" bildirmişdir.Bundan sonra, o, evə getmiş və 700 manat pulu çay evinə gətirib həmin günü saat 12 radələrində Namiqə vermişdir.Namiq pulu ondan alandan sonra 10 gündən sonra onunla əlaqə saxlayacağını bildirmişdir.O, 10 gündən sonra Namiqin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və ondan Ülvinin işini soruşmuşdur. Namiq də hələlik işin düzəlmədiyini ona bildirmişdir.Həmin gündən etibarən bir neçə dəfə Namiqə zəng etsə də, onun telefonu söndürülmüşdür.Bundan sonra anlamışdır ki, Namiq, onu nəvəsi Ülvini işə düzəltmək adı ilə aldadaraq, onun 3700 manat pulunu ələ keçirmişdir.Bundan sonra, o, bu barədə Lənkəran rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir.Namiqin dələduzluq hərəkətləri nəticəsində ona 3700 manat ziyan dəymişdir. Ona dəymiş ziyan hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini,22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir və onların üç azyaşlı uşaqları vardır.Əri Xanmad 2-ci qrup əlildir və heç bir yerdə işləmir.O da heç bir yerdə işləmir.Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərindən etibarən tanıyır. Əri Xanmad 2-ci qrup əlil olduğu üçün ona istifadə etdiyi dərmanları pulsuz verirlər.Əri Xanmad dərmanlarını Lənkəran şəhərində yerləşən Poliklinikadan alır.Ailə vəziyyətləri ağır olduğu üçün əri Xanmadla qərara gəlmişdir ki, ya məktəbdə, ya da xəstəxanada xadimə işləsin.Buna görə də 2023-cü ilin təxminən yanvar-fevral-mart aylarında, ya məktəbdə, ya da xəstəxanaların birində xadimə kimi işə düzəlməyi üçün Lənkəran şəhər Məşğulluq mərkəzinə müraciət etmişdir.X2, hazırda fakant iş yerinin olmadığını və olan kimi onlara məlumat verəcəklərini bildirmişlər.X8 işə düzəlməyi üçün 2023-cü ilin mart ayının ortalarında "Kapital bank"ın Lənkəran şəhər filialından 3500 manat kreditə pul götürüb əri Xanmada vermişdir.Onlar anası Səriyə ilə razıllaşmışlar ki, hər ay kreditin pulunu onun əri Xanmad ödəyəcəkdir.Əri Xanmad onun işə düzəlməyi üçün Lənkəran şəhərində bir neçə idarəyə müraciət etsə də, ona iş tapa bilməmişdir.11 may 2023-cü il tarixdə,saat 18 radələrində əri Xanmad yaşadıqları evə gəlmiş və ona,Lənkəran şəhər xəstəxanasının Poliklinika şöbəsində işləyən Aybəniz adlı tanışının olduğunu və Aybənizin, onu Şağlaser xəstəxanasına xadimə kimi işə düzəldəcək tanışı ilə onları görüşdürəcəyini və buna görə Aybənizin tanışına 3500 manat pul verməli olduqlarını bildirmişdir.O da Xanmadla razılaşmışdır.Səhərisi günü, yəni 12 may 2023-cü il tarixdə,saat 12 radələrində Xanmad ona, "Aybəniz bizi xəstəxanada həmin şəxslə görüşdürəcəkdir və biz indi xəstəxanaya getməliyik" bildirmişdir.Bundan sonra, o, əri Xanmadla birlikdə Lənkəran şəhər xəstəxanasına getmiş və xəstəxananın Poliklinika şöbəsinin 2-ci mərtəbəsində yerləşən bir kabinetdə Aybəniz adlı qadınla görüşmüşlər.Həmin vaxtı Aybənizin yanında bir kişinin oturduğunu görmüş və Aybəniz əri Xanmada "bu şəxsin adı Namiqdir, o, Lənkəran rayonunun Separadi kəndində yaşayır,sənin dediyin qadını Namiq işə düzəldəcəkdir" bildirmişdir.Həmin vaxtı Aybəniz, əri Xanmaddan onun kimliyini soruşmuş və Xanmad da ona "arvadımdır, adı da Günaydır" bildirmişdir.Aybəniz də Xanmadan, nə üçün arvadını işə düzəltmək istədiyini əvvəlcədən ona demədiyini soruşmuşdur.Xanma da Aybənizə utandığını bildirmişdir.Bundan sonra,Namiq adlı şəxs onun əri Xanmada "belə işləri mən görürəm, sənin arvadını Şağlaser tibb məntəqəsinə xadimə işinə düzəldərəm, düşək xəstəxananın həyətində söhbət edərik" bildirmişdir.Bundan sonra, o, əri Xanmad və Namiq xəstəxananın həyətinə düşmüşlər.Əri Xanmad xəstəxananın həyətində onun yanında 3500 manat pulu sayıb Namiqə vermiş və Namiqə həmin pulları "Kapital" bankdan qaynanası Səriyənin götürüb ona verdiyini bildirib, "Günayın işini tez düzəlt ki,krediti hər ay ödəyə bilək" söyləmişdir.Namiq də əri Xanmada "sən arxayın ol, arvadını tez işə düzəldəcəm və iş düzələndən sonra sən mənə 500 manat da verərsən" bildirmişdir.Əri Xanmad da Namiqə inanıb razılaşmışdır.Bundan sonra, o və əri Xanmad yaşadıqları evə qayıtmışlar.Lakin 1 ay keçsə də, Namiqdən xəbər çıxmamışdır.Əri Xanmad onun yanında Namiqə zəng edib "arvadımın işi nə vaxt düzələcəkdir" soruşmuşdur.Namiq də Xanmada telefonda,xəstəxanada yoxlama olduğunu, bir az səbirli olmağını və arvadının işinin düzələcəyini bildirmişdir.Onlar da Namiqə inanmışlar. Lakin 2 ay da keçsə də Namiq onu işə düzəltməmişdir.Xanmad bir neçə dəfə Namiqə zəng edərək, Namiqdən, onun işinin nə vaxt düzələcəyini soruşsa da, Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək,yaxın vaxtlarda onu işə düzəldəcəyini bildirmişdir.Təxminən 1-2 aydan sonra Xanmad onun yanında Namiqə zəng edib "mən krediti verə bilmirəm, arvadımı işə düzəldə bilmirsənsə pulumu qaytar" bildirmişdir. Namiq də əri Xanmada,əgər arvadının işə düzəlməsini istəmirsə,onun pulunu 1 həftəyə qaytaracağını bildirmişdir.Əri Xanmad da Namiqə inanıb razılaşmışdır. Amma Namiq,əri Xanmadın pulunu qaytarmamışdır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o və arvadı Zərərçəkmiş şəxs1 ilə Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən çay evini icarəyə götürüb işlədirlər.Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır.Namiq onun arvadı Minayənin mərhum xalası Nipyənin nəvəsi Həbibənin əridir.Onun Namiqlə ədavəti və ziddiyyəti olmamışdır. Namiq, hərdən bir icarəyə götürüb işlətdikləri həmin çay evinə gəlib çay içmişdir.Bir dəfə Namiq çayxanada olarkən Minayə, Namiqdən nə işlə məşğul olduğunu soruşmuş və Namiq də "mənə müraciət edən adamları işə düzəldirəm" bildirmişdir.X15 Ülvi Səfail oğlu 2-ci Qarabağ müharibəsinin veteranıdır.X23 şəhər X26 şöbəsində sürücü kimi işə düzəlmək istəmişdir.20 avqust 2023-cü il tarixdə,saat 11-12 radələrində Namiq çay evinin həyətində olan bir masa arxasında tək oturub çay içdiyi zaman, o və arvadı Minayə, Namiqə yaxınlaşmışlar və Minayə Namiqə, nəvəsi Ülvinin müharibədən qayıdandan sonra işsiz olduğunu və X26 şöbəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirib, əgər tanış varsa Ülvini sürücü kimi işə düzəltməyini Namiqdən istəmişdir. Namiq də xəstəxanada tanışlarının olduğunu və onların vasitəsi ilə Ülvini işə düzəldə biləcəyini söyləmişdir.Onlar da Namiqə inanmışlar.24 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Namiq çay evinə gəlmiş və masa arxasında əyləşmişdir.Həmin vaxtı Ülvi də çay evində olmuşdur.Namiq Minayəni yanına çağırmış və Ülvini göstərərək "bu uşağı işə düzəltmək istəyirsən" soruşmuşdur.Minayə də Namiqə, həmin uşağın adının Ülvi olduğunu və Ülvinin TTYŞ-nə sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir.Həmin vaxtı Ülvi harasa çıxıb getmişdir.Namiq, onun yanında arvadı Minayəyə, Ülvinin işi ilə bağlı tanışı ilə danışdığını və Ülvinin sürücü kimi işə düzəlməsi üçün 6.000 manat pul istədiklərini bildirmişdir.Minayə də Namiqə 6.000 manat pulunun olmadığını bildirmişdir.Namiq də Minayəyə "onda mən tanışımdan xahiş edərəm,Ülvini 4.000 manata işə düzəldər, siz əvvəlcədən mənə 3.000 manat pul verin, Ülvi işə çıxandan sonra, Ülvi maaşından hər ay mənə 500 manat verər, mən də həmin pulu tanışıma verərəm" bildirmişdir.Onlar da Namiqə inanıb razılaşmışlar.Amma Namiq, Ülvini Lənkəran şəhər X26 şöbəsinə sürücü kimi işə düzəldəcək tanışının adını onlara deməmişdir.Həmin günü,saat 18 radələrində Ülvi çaxanaya gəlmiş və Minayə Ülviyə, Namiqin onu X26 şöbəsinə sürücü kimi işə düzəldəcəyini bildirmişdir.Ülvi də sevinmişdir.O,25 avqust 2023-cü il tarixdə, saat 12 radələrində X26 şöbəsində sürücü işləyən qonşuları Natiqə zəng edib onu çay evinə dəvət etmiş və bir neçə dəqiqədən sonra Natiq çay evinə gəlmişdir.O, Natiqə bir stəkan çay vermiş və Natiqə, nəvəsi Ülvini X26 şöbəsinə sürücü kimi işə düzəltmək istədiklərini bildirib,X26 şöbəsində vakant sürücü ştatının olub-olmadığını soruşmuşdur.Natiq də işlədiyi X26 şöbəsində vakant sürücü ştatının olmadığını bildirmişdir.Təxminən 15 dəqiqədən sonra Namiq çay evinə gəlmiş və zalda masa arxasında əyləşmişdir.O və Natiq, Namiqin oturduğu masaya yaxınlaşmışlar və masa arxasında əyləşmişlər.Həmin vaxtı arvadı Minayə də onların oturduqları masaya yaxınlaşmış və ayaqüstə dayanmışdır.O, Namiqə "tanış ol bu mənim qonşum Natiqdir, Natiq X26 şöbəsində sürücü işləyir,onun deməsinə görə TTY şöbəsində vakant sürücü ştatı yoxdur" bildirmişdir.Namiq də, xəstəxanada işləyən tanışı ilə danışdığını, X26 şöbəsinə bir sürücü ştatının veriləcəyini və Ülvinin də sürücü kimi işə düzələcəyini onlara bildirmişdir.Həmin vaxtı Natiq də Namiqə "elə şey yoxdur, bir nəfər sürücü var, o da bu ilin dekabr ayında təqaüdə çıxacaqdır" bildirmişdir.Namiq də Natiqə "sən nə üçün mənim işimə qarışırsan,imkan ver Ülvini işə düzəldim" bildirmişdir. Bundan sonra Natiq sakit dayanmışdır.Həmin vaxtı Namiq Minayəyə,onu gözlədiklərini və tez gedib pulları gətirərək ona verməyini bildirmişdir.Minayə də yaşadıqları evə getmiş və 3.000 manat pulu götürüb tez çay evinə qayıtmışdır.Minayə həmin günü saat 13 radələrində çay evinin zalında onun və Natiqin yanında 3000 manat pulu Namiqə vermişdir.Həmin vaxtı zalda oturmuş Yunsur kişi də Minayənin pulu Namiqə verdiyini görmüşdür.Həmin vaxtı zalda ondan, arvadı Minayədən, Natiqdən,Yunsurdan və Namiqdən başqa heç kim olmamışdır. Namiq 3000 manat pulu arvadı Minayədən aldıqdan sonra çay evindən çıxıb getmişdir.Səhərisi günü,yəni 26 avqust 2023-cü il tarixdə, saat 12-13 radələrində Namiq çay evinə gəlmiş və masa arxasında əyləşmişdir.Minayə Namiqə çay vermiş və Namiq Minayəyə "Ülvi sağlamlıq haqqında arayış və yaşayış yeri üzrə arayış alsın və şəxsiyyət vəsiqəsinin kserosurəti ilə birlikdə bu ilin sentyabr ayının 19-da mənə verər, 20 sentyabrda da işə çıxacaqdır" bildirmişdir.Onlar da Namiqə inanmışlar.29 avqust 2023-cü il tarixdə,saat 11 radələrində Namiq çay evinə gəlmiş və onlara, "Ülvinin işinə görə 1000 manat da pul verməli idiniz,həmin pulun 300 manatını sizə hədiyyə edirəm,tez 700 manat pulu gətirin" bildirmişdir.Minayə də Namiqə,belə razılaşmadıqlarını, 1000 manatı Ülvi işə düzələndən sonra maaşından iki ay ərzində ona verəcəyini bildirmişdir. Namiq də Minayəyə, pulu tez istədiklərini və buna görə də tez 700 manat pulu gətirib ona verməyini bildirmişdir.O da Namiqə, hazırda pullarının olmadığını bildirmişdir.Minayə də ona "Ülvinin xətrinə 700 manat pulu verək onun işi düzəlsin" bildirmişdir.O da Minayə ilə razılaşmışdır.Bundan sonra, Minayə yaşadıqları evə getmiş və 700 manat pulu çay evinə gətirib həmin günü saat 12 radələrində Namiqə vermişdir.Namiq pulu almış və onlara 10 gündən sonra onunla əlaqə saxlamaqlarını bildirmişdir.10 gündən sonra Minayə Namiqin istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə zəng etmiş və ondan Ülvinin işini soruşmuşdur. Minayə Namiqlə telefonda danışıb qurtardıqdan sonra ona, Namiqin deməsinə görə hələlik işin düzəlmədiyini bildirmişdir.Həmin gündən etibarən Minayə bir neçə dəfə Namiqə zəng etsə də onun telefonu söndürülmüşdür. Bundan sonra onlar anlamışlar ki, Namiq onların nəvəsi Ülvini işə düzəltmək adı ilə aldadaraq, onların 3700 manat pullarını ələ keçirmişdir.Bundan sonra, arvadı Minayə bu barədə Lənkəran rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərini, 22 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqaüdçüdür.Lənkəran şəhər sakinləri Şahid2 və Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır.Elşad və Minayə ər-arvaddırlar. Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.Onlar Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən çay evini icarəyə götürüb işlədirlər.O, çay içmək üçün tez-tez onların işlətdiyi çay evinə gedir.Həmin çay evində dörd ədəd masa vardır.25 avqust 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxıb Elşad və Minayənin icarəyə işlətdikləri çay evinə getmiş və masa arxasında tək oturub çay sifariş etmişdir.Minayə ona bir stəkan çay gətirib vermiş və o, çay içməyə başlamışdır.Bir neçə dəqiqədən sonra bir nəfər şəxs çayxanaya daxil olmuş və Elşad həmin şəxslə görüşüb masa arxasında əyləşmişlər.Bir neçə dəqiqədən sonra, sonradan adını bildiyi Namiq adlı şəxs çay evinə daxil olmuş və o da başqa bir masa arxasında əyləşmişdir.Elşad və onunla bir masa arxasında əyləşmiş şəxsin masadan qalxaraq,Namiqin oturduğu masaya yaxınlaşdıqlarını görmüşdür.Elşad və həmin şəxs Namiqlə bir masa arxasında əyləşmişlər.Minayə də onlara yaxınlaşmış və ayaq üstə dayanmışdır.Həmin vaxtı Namiqin arxası ona tərəf olmuş və ondan, qeyd etdiyi şəxslərdən başqa çay evində heç kim olmamışdır.Onlar Namiqlə söhbət etməyə başlamışlar.Amma onun quluqları yaxşı eşitmədiyi üçün onların nə barədə söhbət etdiklərini bilməmişdir.Minayə çay evindən çıxıb harasa getmiş və bir neçə dəqiqədən sonra çay evinə qayıtmışdır.Həmin vaxtı Minayənin Namiq adlı şəxsə pul sayıb verdiyini görmüşdür.Namiq adlı şəxs pulu Minayədən alıb çay evindən çıxıb getmişdir.Bundan sonra, Elşadın yanında olan şəxs də çay evindən çıxıb getmişdir.O da çay evindən çıxıb yaşadığı evə getmişdir.Təxminən 4-5 gündən sonra çay içmək üçün çay evinə gəlmiş və masa arxasında əyləşmişdir.Minayə ona bir stəkan çay vermiş və o,Minayədən bir neçə gün bundan əvvəl pul verdiyi adamın kim olduğunu soruşmuşdur. Minayə də ona,həmin adamın adının Namiq və Namiqin Separadi kəndindən olduğunu,o, nəvəsi Ülvini X26 şöbəsinə sürücü kimi işə düzəltməsi üçün Namiqə 3000 manat pul verdiyini və dünəndə 700 manat pul verdiyini bildirmişdir.Təxminən 15-20 gündən sonra çay evində oturub çay içdiyi zaman Elşaddan nəvəsi Ülvinin işə düzəlib-düzəlmədiyini soruşmuşdur.Elşad da Ülvinin hələ işə düzəlmədiyini ona bildirmişdir.2023-cü ilin oktyabr ayının axırlarında çay evində oturub çay içdiyi zaman Minayədən nəvəsi Ülvinin işə düzəlib-düzəlib düzəlmədiyini soruşmuşdur.Minayə də ona, Ülvinin işinin düzəlmədiyini, Namiqin də onların telefon zənglərinə cavab vermədiyini bildirmişdir.2023-cü ilin dekabr ayının ortalarında çay evinə getmiş və masa arxasında oturmuşdur.Minayə ona bir stəkan çay vermişdir.Həmin vaxtı Minayənin çox dilxor olduğunu görmüşdür.O, Minayədən nə baş verdiyini soruşmuşdur. Minayə də ona, Namiqin onun nəvəsi Ülvini işə düzəltmək adı ilə onu aldaraq 3700 manat pulunu aldığını və Ülvini işə düzəltmədiyini bildirmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran şəhəri X26 staniyasında sürücü işləyir.O, bir gün işdə,iki gün isə evdə olur.Lənkəran şəhər sakinləri Şahid2 və Zərərçəkmiş şəxs1 uzun müddətdir ki,tanıyır.Elşad və Minayə ər-arvaddırlar. Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.Onlar Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən çay evini icarəyə götürüb işlədirlər.O, çay içmək üçün hədən bir onların işlətdiyi çay evinə gedir.Həmin çay evində dörd ədəd masa vardır.25 avqust 2023-cü il tarixdə, saat 12 radələrində Elşad onun mobil telefonuna zəng edərək, onunla işi olduğunu bildrib,onu çay evinə dəvət etmişdir.O da evdən çıxıb çay evinə getmiş və Elşadla görüşmüşdür.Sonra isə Elşadla birlikdə masa arxasında əyləşmişdir.Elşad ona, nəvəsi Ülvini X26 stansiyasına işə düzəltmək istədiyini bildirib,X26 stansiyasında vakant sürücü ştatının olub-olmadığını soruşmuşdur.O da işlədiyi X26 stansiyasında vakant sürücü ştatının olmadığını ona bildirmişdir.Təxminən 15-20 dəqiqədən sonra bir nəfər çayxanaya daxil olmuş və onlara salam verdikdən sonra başqa bir masa arxasında əyləşmişdir. Həmin vaxtı çay evində Yunsur kişinin də masa arxasında oturub çay içdiyini görmüşdür.Elşad həmin şəxsi ona göstərərək, həmin şəxsin adının Namiq və Separadi kənd sakini olduğunu,Namiqin onun nəvəsi Ülvini X26 stansiyasına sürücü kimi işə düzəldəcəyinə söz verdiyini bildirərək,Namiqin yanına gedib söhbət etməyi ona təklif etmişdir.O və Elşad oturduqları masadan qalxıb, Namiq adlı şəxsin oturduğu masaya yaxınlaşmışlar və masa arxasında əyləşmişlər.Həmin vaxtı Elşadın arvadı Minayə də onların oturduqları masaya yaxınlaşmış və ayaqüstə dayanmışdır.Elşad Namiqə onu təqdim edərək, "tanış ol bu mənim qonşum Natiqdir, Natiq X26 şöbəsində sürücü işləyir,onun deməsinə görə TTY şöbəsində vakant sürücü ştatı yoxdur" bildirmişdir.Namiq də, xəstəxanada işləyən tanışı ilə danışdığını, X26 şöbəsinə bir sürücü ştatının veriləcəyini və Ülvini də sürücü kimi işə düzəldəcəyini bildirmişdir.O da Namiq adlı şəxsə "elə şey yoxdur, bir nəfər sürücü var, o da bu ilin dekabr ayında təqaüdə çıxacaqdır, onun da yerinə adam vardır" bildirmişdir.Namiq də hirslənərək masa arxasından qalxmış və ona "sən nə üçün mənim işimə qarışırsan, imkan ver Ülvini işə düzəldim" bildirmişdir.Bundan sonra, o, sakit dayanmışdır.Həmin vaxtı Namiq Minayəyə, onu gözlədiklərini və tez pulu gətirib ona verməyini bildirmişdir.Minayə də çay evindən çıxıb getmiş və bir neçə dəqiqədən sonra onların yanına qayıtmışdır.Sonra isə Minayə, onun və Elşadın yanında 3000 manat pulu sayıb Namiq adlı şəxsə vermişdir.Həmin vaxtı zalda ondan, Minayədən, Elşaddan, Yunsurdan və Namiq adlı şəxsdən başqa heç kim olmamışdır.Namiq 3000 manat pulu Minayədən aldıqdan sonra çay evindən çıxıb getmişdir.O da çay evindən çıxıb getmişdir.Təxminən 10 gündən sonra çay evinə gəlmiş və masa arxasında oturub çay içməyə başlamışdır. O,Elşaddan nəvəsi Ülvinin işinin düzəlib-düzəlmədiyini soruşmuşdur.Elşad da ona, səhərisi günü Namiqin yenə də çay evinə gəldiyini və arvadı Minayənin Namiqə 700 manat da pul verdiyini, Namiqin deməsinə görə 19 sentyabr 2023cü il tarixdə Ülvinin işə əmrinin veriləcəyini bildirmişdir.O, çay içdikdən sonra çay evindən çıxıb getmişdir.Həmin gündən etibarən bir neçə dəfə çay evinə gəlsə də, Elşaddan nəvəsi Ülvinin işinin düzəlib-düzəlməməsi ilə maraqlanmamışdır.2023-cü ilin oktyabr ayının axırlarında çay evində oturub çay içdiyi zaman Elşad ona,Namiqin Ülvinin işini uzatdığını,zənglərinə də cavab vermədiyini bildirmişdir.O da Elşada "Namiq adlı şəxs kimdirsə,səni aldadır" bildirmişdir.Elşad da ona, Namiqin onun arvadı Minayənin uzaq qohumu olduğunu və buna görə də Namiqin onları aldatmayacağını bildirmişdir.O, çay içdikdən sonra çay evindən çıxıb getmişdir.Təxminən 1 aydan sonra çay evində Elşad ona, Namiqin onun nəvəsi Ülvini işə düzəltmək adı ilə onları aldadaraq 3700 manat pullarını aldığını və Ülvini işə düzəltmədiyini bildirmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran şəhər Konsultativ Poliklinika şöbəsində 1989-cu il tarixdən etibarən tibb bacısı işləyir.O, Poliklinika şöbəsində 30 №-li kabinetdə əyləşir.Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır.Namiqlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır.Namiq oğlunun pensiya sənədləri ilə bağlı Poliklinika şöbəsinə gəlib-getmiş və o, həmin ərəfələrdə Namiqlə tanış olmuşdur. Onun mərhum atası Separadi kəndindəndir.Mərhum anası Fəridə isə Şağlaser kəndindəndir. Lənkəran rayonu Şağlaser kənd sakini Zərərçəkmiş şəxs2 da təxminən 2 ildir ki, tanıyır.Xanmadla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.Xanmad 2-ci qrup əlildir və o, hərdən bir onun əyləşdiyi kabinetə gəlib, resept yazdıraraq,aptekdən pulsuz dərmanlar alır.11 may 2023-cü il tarixdə, saat 10 radələrində Xanmad 30 №-li kabinetə daxil olmuş və onunla, həkim Mehbarə və tibb baçısı Samirə ilə salamlaşıb görüşmüşdür.Samirə Xanmadın anketində qeydiyyat apardıqdan sonra, pulsuz dərmanlarını almaq üçün ona resept yazıb vermişdir.Samirə və Mehparə kabinetdən çıxıb harasa getmişlər.Həmin vaxtı Xanmad ona,"xəstəxanada tanışın varsa,bir qadını işə düzəltmək lazımdır" bildirmişdir.Həmin vaxtı onun yadına Namiq düşmüş, çünki Namiq ona bir dəfə "mənim əlim hər yerə çatır,tanışın olarsa, mənə de tanışını istədiyi yerə işə düzəldərəm" bildirmişdir.Buna görə də Xanmada, tanışının olduğunu və bu barədə ona məlumat verəcəyini bildirmişdir.Bundan sonra, Xanmad kabinetdən çıxıb getmişdir.Təxminən 30 dəqiqədən sonra Xanmadın istifadəsində olan ***-***-**-** "whatsapp" nömrəsindən onun istifadəsində olan ***-***-**-** "whatsapp" nömrəsinə mesaj gəlmişdir.O, mesajı açıb oxuyan zaman Xanmadın ondan tanışı ilə danışıb-danışmadığını soruşduğunu görmüşdür.Həmin vaxtı işi çox olduğu üçün Xanmada "bildim" mesajını göndərmişdir.Təxminən 1-2 saatdan sonra istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Namiqin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib, "Xanmad adlı bir nəfər tanışım var, Şağlaser kəndində yaşayır, o, bir nəfər qadını xəstəxanada işə düzəltmək istəyir,sən göməklik edə bilərsənmi?" bildirmişdir.Namiq də telefonda ona "mən çox adamı işə düzəltmişəm,həmin qadını da xəstəxanaya işə düzəldərəm, ona de 5.000 manat pul versin düzəldim" bildirmişdir. Namiqin istifadəsində hazırda xatırlamadığı digər bir "sim" nömrəsi də vardır.O da Namiqin sözünü Xanmada çatdırmaq üçün,Xanmadın ***-***-**-** "whatsapp" nömrəsinə "sabah 5 dənə hazırla qadını da götür gətir mən sənə deyərəm neçədə gəlməyivi" mesajını göndərmişdir. Xanmad da onun istifadəsində olan ***-***-**-** "whatsapp" nömrəsinə həmin qadının xadimə kimi işə düzəlmək üçün 3500 manat pulu olması barədə mesaj göndərmişdir.O da Xanmada "danışıb, axşam sənə məlumat verərəm" mesajını göndərmişdir.O, həmin günü saat 16 radələrində işdən çıxıb evə getmiş və təxminən 2 saatdan sonra Namiqin istifadəsində olan iki mobil telefon nömrələrindən birinə zəng edib "Xanmadın deməsinə görə həmin qadının 3500 manat pulu var,düzəldə biləcəksənsə, deyim səhər səninlə görüşsün" bildirmişdir.Namiq də telefonda ona "düzəldərəm,səhər sənin iş yerinə gəlsin, orada görüşərik" bildirmişdir. Bundan sonra, o, Xanmada zəng edib, səhər ona nə vaxt zəng edərsə,adamını da götürüb gəlməyini bildirmişdir.12 may 2023-cü il tarixdə,saat 11 radələrində Namiq onun iş yerinə gəlmiş və o, Xanmada zəng edib, onu iş yerinə çağıracağını Namiqə bildirmişdir.Namiq dəhlizdə qalmış,o isə kabinetə daxil olmuşdur.Sonra isə o, Xanmada zəng edib, Namiqin gəldiyini və tez adamını götür onun yanına gəlməyini bildirmişdir.Təxminən 1 saatdan sonra Xanmad bir qadınla onun iş yerinə gəlmiş və o, onlarla dəhlizdə görüşmüşdür.Xanmad Namiqi görən kimi tanımış və Namiq "bu mənim qohumumdur" bildirmişdir.O, Xanmaddan yanında olan qadının kimliyini soruşmuş və Xanmad da "arvadımdır, adı da Günaydır,onu işə düzəltmək istəyirəm" bildirmişdir.Bundan sonra,Namiq Xanmada "belə işləri mən görürəm, sənin arvadını Şağlaser tibb məntəqəsinə xadimə işinə düzəldərəm,düşək xəstəxananın həyətinə söhbət edərik" bildirmişdir.Bundan sonra, onlar xəstəxananın həyətinə getmişlər,o isə kabinetə daxil olaraq, işi ilə məşğul olmağa başlamışdır.Təxminən 3-4 gündən sonra Namiqlə xəstəxananın dəhlizində görüşmüş və Namiq ona "elə sənin yanına gəlirdim, sənə 250 manat pul verəcəm, saxlayarsan, həmin pulu Xanmadın arvadının işi ilə bağlı səndən götürüb Müqəddəsə verəcəm" bildirmişdir.Amma, o, Müqəddəs adlı şəxsi tanımır.Bundan sonra Namiq ona təklikdə 250 manat pul vermişdir.Təxminən 1 ay keçdikdən sonra Xanmad pulsuz dərmanlarını almaq məqsədi ilə resept yazdırmaq üçün kabinetə gəlmiş və reseptini yazdırdıqdan sonra onu dəhlizə çağırıb "Aybəniz hələ gözləyirəm,Namiqdən xəbər yoxdur, arvadımın işindən hələ xəbər yoxdur" bildirmişdir.O da Namiqi görərsə və yaxud da Namiqə zəng edərsə, onun arvadının işi barəsində Namiqdən soruşacağını Xanmada bildirmişdir. Təxminən 5-6 gündən sonra Namiqi xəstəxanada görmüş və Namiqə, "Xanmad arvadını işə düzəltməyin üçün sənə nə qədər pul verdi?, sən elə et ki, onun işi düzəlsin, mən biyabır olmayım" bildirmişdir.Namiq də ona, Xanmadın ona 3500 manat pul verdiyini və Xanmadın arvadını işə düzəldəcəyini bildirmişdir. O da Namiqə inanmış və Xanmada zəng edib,Namiqlə görüşdüyünü,onun arvadının işini düzəldəcəyini bildirmişdir.İyul ayının təxminən ortalarında Xanmad ona "Namiqdən bir xəbər yoxdu, mənə demişdi ki, arvadımın işi iki günə düzələr bir həftə keçib,sən Namiqlə bu barədə maraqlan" mesajını göndərmişdir.O da Namiqə zəng edərək,Xanmadın arvadının işini nə üçün ləngitdiyini,əgər işi düzəldə bilmirsə,Xanmadın pulunu qaytarmağını bildirmişdir.Namiq də telefonda onu təhqir edərək "Xanmad qələt edir, ona demişəm axı arvadını işə düzəldəcəm" bildirmişdir.O da qorxusundan Namiqə heç nə deməmişdir.Bundan sonra, Xanmada zəng edib "mən Namiq zəng etməcəm, sən özün ona zəng elə, işi düzəltmirsə pulunu al" bildirmişdir.Təxminən 10-15 gündən sonra Xanmad ona zəng edərək,Namiqin onu aldatdığını,müxtəlif bəhanələr gətirərək arvadının işini düzəltmədiyini, ona verdiyi 3500 manat pulu da qaytarmadığını bildirmişdir.Bundan sonra, o, Namiqə zəng edərək "sən utanmırsan, Xanmadı aldadırsan, saxlamaq üçün mənə verdiyin 250 manat pulu Xanmada verəcəm, sən də ondan aldığın pulları qaytar" bildirmişdir.Namiq də ona "sənlik deyil, özüm bilərəm" bildirmişdir.O, Xanmadı iş yerinə çağırmış və 250 manat pulu Xanmada verib "Namiq yalançıymış, mən də ona inandım,sən pullarını ondan geri al" bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Namiq Xanmadın pullarını qaytarmamış və Xanmad da Namiqdən polisə şikayət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadələrində göstərdiklərini, 22 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə-dindirmə zamanı bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran rayonu Separadi kənd sakini Təqsirləndirilən şəxs onun xalası oğludur. Lənkəran rayonu Şağlaser kənd sakini Zərərçəkmiş şəxs2 tanımır.Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs1 da tanımır.2023-cü ilin avqust ayının axırlarında, saat 10 radələrində Namiq onun mobil telefonuna zəng edərək, ondan harada olduğunu soruşmuşdur.O da kənddə evdə olduğunu Namiqə bildirmişdir.Namiq də ona, Lənkəran şəhərinə gedərsə, işi olduğu üçün onu da aparmağını bildirmişdir.Həmin günü təxminən saat 11 radələrində Namiqə zəng edib "həyət qapınızın qarşısına çıx, gəlib səni götürəcəm" bildirmişdir.O, idarə etdiyi maşınla yaşadığı evdən çıxıb,Namiqin yaşadığı evin həyət qapısının qarşısına gəlmişdir.Namiq onun idarə etdiyi maşına əyləşmiş və onlar, idarə etdiyi maşınla Lənkəran şəhərinə gəlmişlər.Yolda Namiq ona,Hərbi Komissarlığın binasının qarşı tərəfində olan çayxananın yanında maşından düşəcəyini bildirmişdir.O da Namiqdən çay içməyə gedəcəyini soruşmuşdur.Namiq də ona,çayxanaya çay içməyə getmədiyini,qaynanasının qohumu Minayənin həmin çayxananı işlətdiyini və Minayədən faizə pul götürməyə getdiyini bildirmişdir.O, maşını Hərbi Komissarlığın binasının qarşısında saxlamış və Namiq maşından düşüb yolu keçərək çayxanaya daxil olmuşdur.O isə öz şəxsi işlərinin arxasınca getmişdir. Namiq ona Minayə adlı qadından hansı məbləğdə pul götürəcəyini deməmiş və o da Namiqdən soruşmamışdır.Namiq Minayə adlı qadından faizə pul götürərkən, o, Namiqin yanında olmamışdır.Ona təqdim olunmuş qəbzin kserosurətində göstərilən "Kapital Banka" məxsus 416973******8699 nömrəli plastik kart hesabı ona məxsusdur.Hazırda həmin "Kapital Banka" məxsus **********808699 nömrəli plastik kart hesabı onun istifadəsindədir.O, Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs3 və onun oğlu Şahid7 tanımır.Qohumu Təqsirləndirilən şəxs da Canəlini pensiyasını bərpa etdirəcəyi adı ilə aldaraq 2300 manat pulunu ələ keçiməsi barədə məlumatı olmamışdır.O, 21 iyul 2023-cü il tarixdə,saat 11 radələrində Bakı şəhərində olduğu zaman Namiq onun mobil telefonuna zəng edərək "xaloğlu kart nömrəni mənə göndər sənin kartına pul atacaqlar həmin pulu mənə verərsən" bildirmişdir.O da Namiqlə razılaşmış və "Whatsapp" vasitəsilə istifadəsində olan həmin "Kapital Banka" məxsus **********808699 nömrəli plastik kart hesabını Namiqə göndərmişdir.Bir neçə dəqiqədən sonra həmin kart hesabına 400 manat pul köçürüldüyünü görmüşdür.Təxminən 15-20 dəqiqədən sonra Namiq ona zəng edərək, Lənkəran şəhərində onu gözlədiyini bildirmişdir.O da Bakı şəhərində olduğunu,səhər rayona qayıdacağını və pulu kartından çıxardıb ona verəcəyini Namiqə bildirmişdir.Namiq də ona "sən mənə əvvəlcədən desəydin,sənin kart nömrəni almazdım,sən 400 manat pulu bibim nəvəsi Vüsalın kartına göndər, mən ondan götürərəm" bildirmişdir.O, həmin 400 manat pulu mobil telefonunda olan köçürmə proqramı vasitəsilə Vüsalın kart nömrəsinə göndərmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X24 rayon fililalında fiziki şəxslər üzrə böyük mütəxəssis işləyir. Zərərçəkmiş şəxs3 onun doğma atasıdır.O, Lənkəran rayonunun Xarxatan kəndində yaşayır.Atası Canəli uzun illərdir ki, nevroz xəstəsidir və təxminən 10 il bundan əvvəl "insult" xəstəliyi keçirdiyi üçün ona 2-ci qrup əlillik verilmişdir.Atası Canəli evlərdə dülgər və xarrat işləri görmüşdür.Atası Canəli insul xəstəliyi keçirdikdən sonra hərdən bir işləyir.O, hər ilin yay fəslində ailə üzvülərilə birlikdə Xarxatan kəndinə gedib ata evində qalır.Atası Canəlini 2021-ci il tarixdə Bakı şəhərində tibbi komissiyadan keçirmişlər və onun əlilliyini dayandırmışlar.2023-cü ilin iyul ayının ortalarında ailə üzvülərilə birlikdə Xarxatan kəndinə gedib atası Canəlinin evində qalmağa başlamışdır.Onun atası Canəliyə məxsus evin yaxınlığında yerləşən torpaq sahəsi vardır.21 iyul 2023-cü il tarixdə, saat 12 radələrində öz həyətində iş gördüyü zaman atası Canəli onu yanına çağırmış və ona, pensiyasını bərpa edəcək adama 400 manat pul göndərməli olduğunu bildirib, ondan 400 manat borc istəmişdir.O da atası Canəlidən pensiya işini kimin düzəldəcəyini soruşmuşdur.Atası Canəli də pensiya işini Separadi kəndindən olan Namiqin düzəldəcəyini ona bildirmişdir.O da evdən pul götürüb gələcəyini atası Canəliyə bildirmişdir.O evə daxil olmuş və paltarlarını dəyişib həyətə düşmüşdür.O, atası Canəlinin maşınına əyləşib, onunla birlikdə Şağlaser kəndi ərazisində yerləşən "Ay işığı market" mağazasının qarşısına getmişdir.O və atası Canəli maşından düşüb mağazaya daxil olmuşlar.Atası Canəli istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Namiqə zəng etmiş və telefonu ona vermişdir.O, telefonda Namiqə " mən Canəlinin oğlu Elçinəm, atam Canəlidən 400 manat pul istəmisən,həmin pulu hansı kart hesabına göndərim" bildirmişdir.Namiq də bir neçə saniyə telefonda gözləməyini və ona Kapital banka məxsus kart hesab nömrəsi verəcəyini, 400 manat pulu həmin kart hesabına köçürməyini bildirmişdir. O, telefonda gözləmiş və Namiq ona hazırda xatırlamadığı hesab nömrəsinin rəqəmlərini bir-bir dedikcə, həmin rəqəmləri MilliÖN ödəniş terminalının monitoruna yazmışdır.Sonra isə o, 400 manat pulu həmin kart hesabına köçürmüşdür.O, köçürdüyü 400 manat pulun qəbzini götürmüş və mobil telefonu vasitəsi ilə həmin qəbzin şəklini çəkmişdir.Sonra isə həmin qəbzin şəklini ***-***-**-** "whatsapp" nömrəsi ilə Namiqin istifadəsində olan ***-***-**-** "whatsapp" nömrəsinə göndərmişdir ki,Namiq istədiyi 400 manat pulun onun tərəfindən həmin kart hesabına köçürüldüyünü görsün.Bundan sonra, o, atası Canəli ilə birlikdə yaşadıqları evə qayıtmışdır.O, 2024-cü ilin yanvar ayının axırlarında ailə üzvülərilə birlikdə Xarxatan kəndinə getmişdir.O, evdə atası Canəlinin kefinin olmadığını görmüşdür.O, atası Canəlidən nə baş verdiyini soruşmuşdur.Atası Canəli də ona "Namiq məni aldadır,pensiya işimin düzəlməsini yubadır,deyəsən, o, dələduzdur, sənin ona göndərdiyin 400 manat və onun evində işlədiyim 700 manat zəhmət haqqımla birlikdə ayrı-ayrı vaxtlarda cəmi 2300 manat pul vermişəm" bildirmişdir.O, bu sözləri eşidəndən sonra atası Canəlidən nə üçün bu barədə ona əvvəlcədən məlumat vermədiyini soruşmuşdur.Atam Canəli də ona "mən nə biləydim, Namiq məni aldadıb pullarımı alacaqdır" bildirmişdir.O da atası Canəliyə, narahat olmamağını və Namiqlə danışıb,onun pullarını Namiqdən alacağını bildirmişdir.O, 2024-cü ilin fevral ayının əvvəllərində bir neçə dəfə Namiqin həmin "whatsapp" nömrəsinə zəng etsə də, Namiq telefonunu açmamışdır.Bundan sonra,o,atası Canəliyə zəng edib,Namiqin ***-***-**-** "whatsapp" nömrəsinə bir neçə dəfə zəng etsə də,Namiqin telefonu açmadığını bildirib, əgər Namiqin başqa nömrəsi varsa ona verməyini atası Canəlidən istəmişdir.Atası Canəli də ona Namiqin ***-***-**-** mobil telefon nömrəsini vermişdir.O, həmin mobil telefon nömrəsinə zəng etmiş və Namiq telefonu açmışdır.O, Namiqə, onunla danışanın Canəlinin oğlu Elçin olduğunu və onunla atası Canəlinin işi ilə bağlı görüşmək istədiyini bildirmişdir.Namiq də onunla nə vaxt istəsə görüşə biləcəyini bildirmişdir.O da bu gün axşam görüşməyi Namiqə təklif etmişdir.Namiq də bu gün vacib işinin olduğunu və səhər axşam telefonla danışıb görüşməyi ona təklif etmişdir.O, səhərisi günü,günorta saatlarında Namiqə zəng etmiş və bu gün axşam saatlarında Lənkəran şəhərində yerləşən veteranlar parkında görüşməyi Namiqə təklif etmişdir.Namiq də onunla razılaşmışdır.O, həmin günü təxminən 17 radələrində Namiqə zəng edərək, veteranlar parkında onu gözləyəcəyini bildirmişdir.Namiq də bu gün vacib işi çıxdığını və başqa vaxtı onunla görüşəcəyini bildirmişdir.Təxminən 3-4 gündən sonra Namiqə zəng etmiş, amma, Namiq Bakı şəhərindən Lənkərana qayıtmadığını və qayıdan kimi ona zəng edib,onunla görüşəcəyini bildirmişdir.Təxminən 7-8 gün keçsə də, Namiqdən xəbər çıxmamış və o, yenidən Namiqə zəng etmişdir.Namiq yenə də hələ Bakı şəhərindən qayıtmadığını ona bildirmişdir.Namiq telefonda onunla atası Canəlinin pensiya işi ilə bağlı danışmaq istəsə də, o, Namiqə "bu söhbətlər telefon söhbəti deyil, üzbə-üz səninlə danışmaq istəyirəm" bildirmişdir.Bundan sonra,Namiq ona,Bakı şəhərindən qayıdan kimi onunla görüşüb söhbət edəcəyini, atası Canəlinin pensiya işi ilə bağlı çalışdığını və bu yaxın günlərdə Canəlinin pensiya işinin düzələcəyini bildirmişdir.O, 2024-cü ilin mart ayının əvvəllərində Namiqə zəng edərək "axı, mən sənin zəngini gözləyirəm,sən mənimlə nə üçün görüşmək istəmirsən" soruşmuşdur.Namiq də ona, heç bir yerə qaçmadığını, işi ilə bağlı tez-tez ora-bura getdiyini və onunla tezliklə görüşəcəyini bildirmişdir.Nəhayət 15 mart 2024-cü il tarixdə, saat 11-12 radələrində Namiqə zəng edərək "səni mən çox gözləyəcəm, konkret vaxt de görüşək, yoxsa birdə sənə zəng etməyəcəm" bildirmişdir.Namiq də istəyirsə bu gün görüşməyi ona təklif etmişdir.O, Namiqlə həmin günü saat 14 radələrində Lənkəran şəhərində yerləşən veteranlar bağında ayaqüstü görüşmüş və Namiqə "atam Canəlinin pensiya işini konkret olaraq, nə vaxt həll edəcəksən, əgər bacarmırsansa,atam Canəlinin 2300 manat pulunu qaytar" bildirmişdir.Namiq də ona, pensiyanı bərpa etdirməyin çox vaxt apardığını, səbr etmək lazım olduğunu, bu yaxın günlərdə atası Canəlinin pensiya işinin düzələcəyini bildirmişdir.O da Namiqə "atam iki ildir ki,sənin yalanlarına inanıb səbr edir,mənə konkert vaxt de" bildirmişdir.Namiq də ona,martın axırlarında Bakı şəhərinə gedəcəyini,atası Canəlinin pensiya işinin düzəlib-düzəlməyəcəyini ona deyəcəyini, əgər alınmasa atası Canəlinin 2300 manat pulunu qaytaracağını bildirmişdir.O da Namiqlə razılaşmışdır.O, 2024-cü ilin mart ayının axırlarında Namiqin telefonlarına zəng etsə də,Namiqin telefonlarına zəng çatmamışdır. Səhərisi günü atası Canəli ona zəng edərək "Namiq mənə zəng edərək dedi ki,sən bir az da səbrli ol, sənin işinin çox hissəsini görmüşəm,1-2 ay ərzində sənin pensiya işin düzələcəkdir" bildirmişdir.O da atası Canəliyə,Namiqin dələduz olduğunu və onu aldatdığını bildirmişdir. Atası Canəli də ona "bu qədər gözləmişəm,1-2 ay da gözləcəm" bildirmişdir.2024-cü ilin may ayının axırlarında ona məlum olmuşdur ki,Namiq konkert olaraq onun atası Canəlini aldatmış və pullarını qaytarmaq istəməmişdir.Buna görə də,o,02 iyun 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib Namiqin onun atası Canəlini təqaüdünü bərpa etdirəcəyi adı ilə aldadaraq onun pullarını ələ keçirmişdir.O, həmin məlumatda Namiqin onun atası Canəlini aldadaraq 2400 manat pulunu ələ keçirdiyini səhv göstərmişdir.Namiq onun atası Canəlinin 2300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir.O, mobil telefonunun yaddaşında qalan köçürmə qəbzini çıxardıb təqdim etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran rayonu Təqsirləndirilən şəxs onun anası Tofiqənin dayısı oğludur. Namiqlə ədavəti və ziddiyyəti yoxdur.Lənkəran rayonu Xarxatan kənd sakini Zərərçəkmiş şəxs3 tanımır.Həmçinin Zərərçəkmiş şəxs3 oğlu Şahid7 da tanımır.2023-cü ilin iyul ayının axırlarında Namiq onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, Amilin onun kartına 400 manat pul göndərəcəyini və həmin pulu çıxardıb ona verməyini bildirmişdir.O da Namiqlə razılaşmışdır.Bir neçə dəqiqədən sonra Amil onun mobil telefonuna zəng edərək "kart nömrəni mənə göndər, sənin kartına 400 manat pul köçürdəcəm və həmin pulu Namiqə verərsən" bildirmişdir.O da istifadəsində olan "Kapital Bank"a məxsus 4169 7377 0001 1576 palastik kart nömrəsini Amilə demiş və Amil də 400 manat pulu həmin kart hesabına göndərmişdir.O da 400 manat pulu Lənkəran şəhər ərazində yerləşən "Kapital bank"a məxsus olan bankomantdan çıxartmış və həmin günü Lənkəran şəhərində 400 manat pulu Namiqə vermişdir.Sonradan ona məlum olmuşdur ki, həmin 400 manat pulu Xarxatan kənd sakini Elçin adlı şəxs Namiqin ona dediyi Amilə məxsus kart hesabına göndərmiş və Amil də Bakı şəhərində olduğu üçün həmin pulu Namiqə verməyi üçün ona göndərmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etməsinə və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsinə baxmayaraq onun müvafiq cinayət əməllərini törətməsi faktı zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran şəhər Psixiatriya xəstəxanasının 28 fevral 2024-cü il tarixli, 366 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X25 27 may 2024-cü il tarixli,18-1-58/2- 678/2024 nömrəli məktubundan görünür ki, Şahid1 "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X25 Şağlaser Ailə Sağlamlıq Mərkəzinə "Xadimə" vəzifəsinə işə qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs müraciəti Lənkəran RMX PHŞ-yə daxil olmamışdır. Vətəndaş Şahid1 işlə təmin olması ilə əlaqədar onun əri Zərərçəkmiş şəxs2 TƏBİB-ə müraciət etmişdir. Həmin müraciətlə əlaqədar olaraq vətəndaş Şahid1 "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X25də qeydiyyata alınmışdır. "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X25 27 may 2024-cü il tarixli,18-1-58/2- 679/2024 nömrəli məktubundan görünür ki,nə X20, nə də ki Təqsirləndirilən şəxs "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X25 Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "Sürücü" vəzifəsi üzrə işə qəbulla bağlı müraciət etməmişdir. Şahid7 təqdim etdiyi, 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs telefon vasitəsilə ona dediyi "Kapital bank"a məxsus kart hesabına köçürdüyü 400 manat pulun qəbzinin kserosurətinin üzərində aşağıdakılar yazılmışdır: 17:50,67% Siz 21.07.23 12:23 "xxxx"MMC VÖEN ********** MilliÖN elektron ödəmə sistemi Terminal No 01706 Lənkəran r.Şağlaser k.Ay işığı market xx/xx/2023 12:18:00 "Kapital Bank" xidmətinin nağd ödənişi A.S.A.:M***** A***** İ***** OĞLU Kartın nömrəsi:416973******8699 Məbləğ: 400.00 (AZN) Əməliyyat No:********** KapitalKart8-********** 24/7 Çağrı Mərkəzi:*0010 Qəbul:5 gün,09:00-18:00,şənbə:09:00-14:00 Elektron ünvan www.million.az Məhkəmə-tibbi ekspertizasının 17 iyun 2024-cü il tarixli,543 nömrəli rəyindən görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində-boyun nahiyyəsində sıyrıqlarcızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı alətin təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilən tarixə,yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər əl çatan nahiyyəsində yerləşdiyindən şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunmur. İş Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 14 iyun 2024-cü il tarixdə, saat 20:30 dəqiqədə Lənkəran şəhər ərazisində saxlanılarkən, mətbəx bıçağı ilə özünə boyun nahiyyəsində sıyrıqlarcızıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmaya aid xəsarətlər yetirməsi faktı ilə bağlı 16 iyul 2024-cü il tarixli qərarımla cinayət işindən material ayrılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs3 məxsus 168372 №-li əlillik vəsiqəsinin kserosurətindən görünür ki,Zərərçəkmiş şəxs3 22 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertizası tərəfindən 2-ci qrup əlillik dərəcəsi verilmiş və 01 oktyabr 2021-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi ləğv edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzası təyin edilmiş və cəriməni tam ödəmişdir. “Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. "Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Separadi kəndi ərazisində xx.xx.2024-cü il tarixdə, saat 13:20-də yaxalanaraq Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-93/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə Lənkəra rayon prokurorunun təqdimatı təmin edilməyərək, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 14 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli Raportdan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış, Lənkəran ŞRPŞ-yə gətirilərək ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-108/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə Lənkəra rayon prokurorunun təqdimatı təmin edilməyərək, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, 16 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 may 2024-cü il tarixli yaşayış yerindən arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri: anası 1943-cü il təvəllüdlü X1, həyat yoldaşı 1978-ci il təvəllüdlü X3 və oğlu 1997-ci il təvəllüdlü X10 ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində yaşayır və və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il və 14 iyun 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü ildən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclası zalında dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübutun, xüsusi müsadirə edilməli əmlakın, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək və 14 iyun 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üüzərində 02 (iki) ik 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqadar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar