Məhkəmə qərarları › İş №1(049)-227/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-227/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-227/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 10:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 16 avqust 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Lənkəran şəhəri Füzuli küçəsi ev 2/4-də qeydiyyatda olmaqla yaşamış və barəsində Lənkəran rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarında, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,179 qram, 0,219 qram, 0,266 qram, 0,161 qram ümumi təmiz çəkisi 0,825 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 14 yanvar 2023-cü il tarixdə saat 17:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşmiş inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində paltosunun sol yan cibindən 4 ədəd sellofan bükümlərin içərisindən həmin çəkidə narkotoik vasitə heroin və narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. Lənkəran şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. O, taksi fəaliyyəti ilə məşğul olarkən polis əməkdaşları onu Lənkəran şəhəri mikrorayon ərazisində saxlamışlar və Lənkəran şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə və elektron tərəzi ona məxsus olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir və döyülmüşdür. Polis əməkdaşları tərəfindən döyülərək təhdid edilmişdir ki, o, narkotik vasitəni və tərəzini boynuna alsın, əks təqdirdə həmin narkotik vasitəni evinə qoyacaqlarını bildirmişlər. Heç zaman narkotik vasitə istifadə etməmişdir və satışı ilə məşğul olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Bədənində və başında ağrılar olduğu üçün narkotik vasitə heroin qızıdırıb tüstüsün çəkməklə qəbul edir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 80 manata 4 büküm heroin almışdır. Həmin heroinin qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 17 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində olarkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərinin təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş. Hüquq və vəzifələri izah edilərək vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt üzərində saxladığı 4 bükümdə heroini polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində aşkar ediləcəyini bildiyi üçün əynində olan paltosunun sol yan cibindən içərisində 4 büküm heroini və elektron tərəzini çıxardıb təqdim edərək, təhqiqatçıya sellofan bükümlərin içərisində heroin olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Bahəddin oğlu ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini X1 narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və satışı ilə məşqul olması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Şahin Baxşıyevin cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 14 yanvar 2022-ci il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra polis əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, və Şahid1 də cəlb edilmişlər. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Şahin Baxşıyevin ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17:40-da X7 şəhəri Z.Əliyeva küçəsində tərəflərindən saxlanılmışdır. Şahin Baxşıyevə özlərinin təqdim etdikdən sonra ona narkotik vasitələrin satışı ilə məşqul olmaqda və üzərində narktoik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə polis bölməsinə getməyi bildirilmişdir. Şahin Baxşıyevdə onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmiş və Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Məhəmməd Abdullazadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişlə Şahin Baxşıyevin üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahin Baxşıyevə üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Şahin Baxşıyevdə həmin vaxt əynində olan paltosunun sol yan cibindən içərisində 4 büküm heroini və elektron tərəzini çıxardıb təqdim edərək, təhqiqatçıya sellofan bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şahin Baxşıyevin üzərindən aşkar edilmiş 4 bükümdə heroini elektron tərəzidə çəkilmiş, heroin bükümlərinin ümumi çəkisi 1,10 qram olmuşdur. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saxlanılarkən, polis şöbəsinə aparılarkən və polis şöbəsində olarkən ona heç bir polis əməkdaşı tərəfindən heç bir təzyiq göstərilməmiş, ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 Bahəddin oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahin Baxşıyevə üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Şahin Baxşıyevdə həmin vaxt əynində olan paltosunun sol yan cibindən içərisində 4 büküm heroini və elektron tərəzini çıxardıb təqdim edərək, təhqiqatçıya sellofan bükümlərin içərisində heroin olduğunu bildirdi. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış aparıldıqda Şahin Baxşıyevin üzərindən başqa hər hansı predmet, əşya aşkar edilmədi. Şahin Baxşıyevin üzərindən aşkar edilmiş 4 bükümdə heroini elektron tərəzidə çəkilmiş, heroin bükümlərinin ümumi çəkisi 1,10 qram olmuşdur. Təhqiqatçı tərəfindən Şahin Başıyevdən təqdim etdiyi heroin barədə soruşulduqda ona təqdim etdiyi 4 ədəd büküm heroini Lənkəran şəhər Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı adını ünvanın bilmədiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, elektron tərəzini isə heroin alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxladığını demişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 15 yanvar 2023-cü il tarixli 19/53 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən narkotik vasitəyə bənzər heroin...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,179 qram; -0,219qram, -0,266qram, -0,161qram, ümumi təmiz çəkisi -0,825 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertizanın dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli 37 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,825 qram təşkil edən narkotik vasitə - heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından təmiz çəkisi 0.625 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd elektron tərəzi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən DVD disk-dən müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahin Baxşıyevə üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Şahin Baxşıyevdə həmin vaxt əynində olan paltosunun sol yan cibindən içərisində 4 büküm heroini və elektron tərəzini çıxardıb təqdim edərək, təhqiqatçıya sellofan bükümlərin içərisində heroin olduğunu bildirdi. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış aparıldıqda Şahin Baxşıyevin üzərindən başqa hər hansı predmet, əşya aşkar edilmədi. Şahin Baxşıyevin üzərindən aşkar edilmiş 4 bükümdə heroini elektron tərəzidə çəkilmiş, heroin bükümlərinin ümumi çəkisi 1,10 qram olmuşdur. Təhqiqatçı tərəfindən Şahin Başıyevdən təqdim etdiyi heroin barədə soruşulduqda ona təqdim etdiyi 4 ədəd büküm heroini Lənkəran şəhər Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı adını ünvanın bilmədiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, elektron tərəzini isə heroin alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxladığını demişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon prokurorunun köməkçisi X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Lənkəran rayon məhkəməsində AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, Təqsirləndirilən şəxs onun saxlanılması zamanı polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsini bildirmiş və həmin məlumat Lənkəran rayon məhkəməsi tərəfindən Lənkəran rayon prokurorluğuna göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Lənkəran ŞRPŞ-nin əməkdaşlarının ona polis şöbəsində işgəncə verdiklərini bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi Lənkəran ŞRPŞ-nin bir neçə polis əməkdaşı tərəfindən polis şöbəsində döyülməsi və işgəncəyə məruz qalması faktı alınmış izahatlar, məhkəmətibbi ekspertizasının rəyi və materiala əlavə edilmiş sənədlərlə təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə rədd edilməlidir.” Sözügedən Qərarın təsviri hissəsində göstərilənlərə əsasən həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Baxşiyev X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində qeyd edilən əməli törətməkdə təqsirli bilinmiş və zərərçəkmişlə barışdığı üçün cinayət məsuliyyətindən azad edilərək, barəsində olan sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 4(049)-19/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 5(049)-18/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 14 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası, həyat yoldaşı və üç övladı – 2007-ci il təvəllüdlü X4, 2009-cu il təvəllüdlü X5 və 2017-ci il təvəllüdlü X6 ilə birlikdə Lənkəran şəhəri, Fizuli küçəsi 2/26 saylı evdə yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmaması və şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilərək narkotik vasitənin və tərəzinin ona verildiyini və təhdid nəticəsində narkotik vasitənin və eletron tərəzinin ona məxsus olmasını etiraf etməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,625 qram təşkil edən narkotik vasitə – heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,625 qram təşkil edən narkotik vasitə – heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar