Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-227/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi4 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1990-cı ildə Cəlilabad rayonu Musalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 2 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan – barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1984-cü ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, Lənkəran rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2024-cü ilin mart ayının sonlarında əslən Lənkəran rayonu, Liman şəhərindən olan tanışı Təqsirləndirilən şəxs3 sahibkarlıq fəaliyyəti ilə məşğul olan maddi imkanlı həmyerlisi Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhərində yerləşən evində saxladığı pul vəsaitini oğurlayaraq aralarında bölmək barədə təklifini qəbul edib, sonuncunun pulun gizli olaraq ələ keçirilməsində məsləhətləri və məlumatları ilə ona yardım etməyi qabaqcadan vəd etməklə köməkçilik etməsini Təqsirləndirilən şəxs3la razılaşdıqdan sonra 14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 məsləhəti ilə birlikdə idarə etdiyi “Kia forte” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin yaxınlığına gəlib, pulun evin ikinci mərtəbəsindəki yataq otağında şkafda saxlanılması barədə məlumatı Təqsirləndirilən şəxs3 alaraq yenidən Bakı şəhərinə qayıdıb, digər tanışı Təqsirləndirilən şəxs2 özünün də tanıdığı Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə qeyd olunan yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağı təklif edib, razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək evə daxil olmaq üçün alət, əlcək və maska ilə təmin olunub Təqsirləndirilən şəxs3 məsləhəti ilə 23 aprel 2024-cü il tarixdə idarə etdiyi “Kia forte” markalı avtomobildə qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə Lənkəran şəhərinə gələrək, Təqsirləndirilən şəxs3 məlumat gözləmiş, sonuncu 24 aprel 2024-cü il tarixdə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ev sahibi Zərərçəkmiş şəxs həmin gün axşam ailə üzvləri ilə birlikdə qohumunun toy şənliyində olacağı, evdə kimsənin olmayacağı və əmlakın ələ keçirilməsi üçün əlverişli şəraitin yarandığı barədə məlumat verdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısına gələrək hər ikisi maskalanıb, əvvəlcədən aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edərək özü şübhəli hal olduqda dərhal qrup üzvünə məlumat vermək üçün evin hasarının üstündə dayanaraq müşahidə aparmış, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs2 daş hasardan evin həyətinə, oradan da, evə bitişik yardımçı tikilinin üzərinə çıxaraq evin ikinci mərtəbəsindəki mətbəxin pəncərəsini əli ilə itələyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin həmin mərtəbəsində yerləşən yataq otağına girib paltar şkafında saxlanılan qara rəngli əl çantasının içərisindən sellofana bükülmüş halda 24 aprel 2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 13600 (on üç min altı yüz) manatla ifadə olunan 8000 (səkkiz min) ABŞ dolları və 16926 (on altı min doqquz yüz iyirmi altı) manatla ifadə olunan 930 000 (doqquz yüz otuz min) Rus rublu olmaqla, Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına münasibətdə ümumilikdə xeyli miqdar təşkil edən 30526 (otuz min beş yüz iyirmi altı) manat məbləğində pul vəsaitini götürüb həyətə atmış, bu vaxt özü qeyd olunan məbləğdə pul vəsaitini ələ keçirib, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerini tərk edərək Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 2024-cü ilin mart ayının sonlarında əslən Lənkəran rayonu, Liman şəhərindən olan tanışı Təqsirləndirilən şəxs3 sahibkarlıq fəaliyyəti ilə məşğul olan maddi imkanlı həmyerlisi Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhərində yerləşən evində saxladığı pul vəsaitini oğurlayaraq aralarında bölmək barədə təklifini qəbul edən və sonuncunun pulun gizli olaraq ələ keçirilməsində məsləhətləri və məlumatları ilə yardım etməyi qabaqcadan vəd etməklə köməkçilik etməsini razılaşan tanışı Təqsirləndirilən şəxs1 14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 məsləhəti ilə birlikdə idarə etdiyi “Kia forte” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin yaxınlığına gəlib, pulun evin ikinci mərtəbəsindəki yataq otağında şkafda saxlanılması barədə məlumatı Təqsirləndirilən şəxs3 alaraq yenidən Bakı şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 ona özünün də tanıdığı Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə qeyd olunan yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağı təklif edib, razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək evə daxil olmaq üçün alət, əlcək və maska ilə təmin olunub Təqsirləndirilən şəxs3 məsləhəti ilə 23 aprel 2024-cü il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia forte” markalı avtomobildə hər ikisi birlikdə Lənkəran şəhərinə gələrək, Təqsirləndirilən şəxs3 məlumat gözləmiş, sonuncu 24 aprel 2024-cü il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ev sahibi Zərərçəkmiş şəxs həmin gün axşam ailə üzvləri ilə birlikdə qohumunun toy şənliyində olacağı, evdə kimsənin olmayacağı və əmlakın ələ keçirilməsi üçün əlverişli şəraitin yarandığı barədə məlumat verdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısına gələrək hər ikisi maskalanıb, əvvəlcədən aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edərək qrup üzvü Təqsirləndirilən şəxs1 şübhəli hal olduqda dərhal ona məlumat vermək üçün evin hasarının üstündə dayanaraq müşahidə aparmış, bu vaxt özü daş hasardan evin həyətinə, oradan da, evə bitişik yardımçı tikilinin üzərinə çıxaraq evin ikinci mərtəbəsindəki mətbəxin pəncərəsini əli ilə itələyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin həmin mərtəbəsində yerləşən yataq otağına girib paltar şkafında saxlanılan qara rəngli əl çantasının içərisindən sellofana bükülmüş halda 24 aprel 2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 13600 (on üç min altı yüz) manatla ifadə olunan 8000 (səkkiz min) ABŞ dolları və 16926 (on altı min doqquz yüz iyirmi altı) manatla ifadə olunan 930 000 (doqquz yüz otuz min) Rus rublu olmaqla, Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına münasibətdə ümumilikdə xeyli miqdar təşkil edən 30526 (otuz min beş yüz iyirmi altı) manat məbləğində pul vəsaitini götürüb həyətə atmış, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan məbləğdə pul vəsaitini ələ keçirdikdən sonra birlikdə hadisə yerini tərk edərək Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində tanışı Təqsirləndirilən şəxs1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan maddi imkanlı həmyerlisi Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhərində yerləşən evində saxladığı pul vəsaitini oğurlayaraq aralarında bölməyi təklif edib, pulun gizli olaraq ələ keçirilməsində məsləhətləri və məlumatları ilə ona yardım etməyi qabaqcadan vəd etməklə köməkçilik edəcəyini əvvəlcədən Təqsirləndirilən şəxs1 ilə razılaşdıqdan sonra 14 aprel 2024-cü il tarixdə məsləhəti ilə sonuncunun idarə etdiyi “Kia forte” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin yaxınlığına gəlib, evi göstərərək pulun evin ikinci mərtəbəsindəki yataq otağında şkafda saxlanılması barədə Təqsirləndirilən şəxs1 ətraflı məlumat verib, yenidən Bakı şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 onun köməkçiliyi ilə qeyd olunan yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağı təklif edib, razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək evə daxil olmaq üçün alət, əlcək və maska ilə təmin olunub onun məsləhəti ilə qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə 23 aprel 2024-cü il tarixdə idarə etdiyi “Kia forte” markalı avtomobildə Lənkəran şəhərinə gələrək, qrup üzvləri ondan məlumat gözləmiş, o, 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ev sahibi Zərərçəkmiş şəxs həmin gün axşam ailə üzvləri ilə birlikdə qohumunun toy şənliyində olacağı, evdə kimsənin olmayacağı və əmlakın ələ keçirilməsi üçün əlverişli şəraitin yarandığı barədə məlumat verdikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qeyd olunan tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısına gələrək hər ikisi maskalanıb, əvvəlcədən aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun hərəkət edərək qrup üzvü Təqsirləndirilən şəxs1 şübhəli hal olduqda dərhal qrup üzvünə məlumat vermək üçün evin hasarının üstündə dayanaraq müşahidə aparmış, bu vaxt digər qrup üzvü Təqsirləndirilən şəxs2 daş hasardan evin həyətinə, oradan da, evə bitişik yardımçı tikilinin üzərinə çıxaraq evin ikinci mərtəbəsindəki mətbəxin pəncərəsini əli ilə itələyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evin həmin mərtəbəsində yerləşən yataq otağına girib paltar şkafında saxlanılan qara rəngli əl çantasının içərisindən sellofana bükülmüş halda 24 aprel 2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 13600 (on üç min altı yüz) manatla ifadə olunan 8000 (səkkiz min) ABŞ dolları və 16926 (on altı min doqquz yüz iyirmi altı) manatla ifadə olunan 930 000 (doqquz yüz otuz min) Rus rublu olmaqla, Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına münasibətdə ümumilikdə xeyli miqdar təşkil edən 30526 (otuz min beş yüz iyirmi altı) manat məbləğində pul vəsaitini götürüb həyətə atmış, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 qeyd olunan məbləğdə pul vəsaitini ələ keçirib, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerini tərk etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətinin törədilməsinə məsləhətləri və göstərişləri ilə yardım etməyi qabaqcadan vəd etməklə köməkçilik etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanıyır. Rahimi 2018-ci il tarixdən Memar Əcəmi metrostasiyasının yaxınlığında yerləşən çayxanaların birində olarkən tanımışdır. 2024-cü il tarixdə, mart ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “rentacar”-dan özünə idarə etmək üçün “Kia forte” markalı 77XP712 dövlət nömrə nişanlı avtomobil götürmüşdür. Həmin ərəfələrdə Bakı şəhərində 9-cu MKR ərazisində Rahimin yaşadığı evin yaxınlığında, məhəllədə olarkən Rahim ona söhbət əsnasında vəziyyətinin pis olduğunu, Lənkəran rayonu Liman şəhərində yaşayan Fuad adlı şəxsin evində çoxlu pul olduğunu deyərək Fuadın evindən pulları oğurlamağı ona təklif etmişdir. O, Rahimə həmin evdə nə qədər pulun olmasını soruşmuşdur. Rahim ona ev sahibinin mağaza işlətdiyini, ev almaq istədiyini və evində çoxlu pul olduğundan əmin olduğunu demişdir. Zərərçəkmiş şəxs evindən pulları oğurlamaqda və oğurlanmış pulları aralarında bölməyə razılaşmışlar. Bundan başqa ilk vaxtlar Rahim ona ev sahibinin qohumu olduğunu deməmişdir. Həmçinin sonralar Rahim ona demişdir ki, “bir nəfər var, ona da bu işlə bağlı”, yəni evin “namyokunu” verdiyi üçün həmin şəxsə pul verməlidir. O, da Rahimlə razılaşmışdır. 2024-cü ilin aprel ayının ortalarında axşam saatlarında evin ünvanını göstərməsi üçün Rahimlə birlikdə Lənkəran rayonuna gəlmişlər. Rahim aparılacaq evin yerini ona göstərmişdir. Onların ilk əvvəl razılaşmalarında Rahim özü də oğurluqda iştirak etməliymiş. Lakin sonradan Rahim ona demişdir ki, özü oğurluğa gəlməsin, əgər oğurluğa gələrsə Rahimdən şübhələnərlər. Buna görə də, Rahim Bakı şəhərində qalmalı, “Bolt”u açmalı, yəni şübhələnməmələri üçün taksidə işləməli, əgər Rahimi tapmazlarsa oğurluqda heç kim onlardan şübhələnməyəcəklərini ona bildirmişdir. Həmin ərəfələrdə o, tanışı Təqsirləndirilən şəxs2 oğurluğu təklf etmişdir. Rövşən onunla razılaşmışdır. Rahim özü Rövşəni tanımışdır. Onlar üçü oğurluqdan sonra pulları aralarında bölməyə razılaşmışlar. Bundan başqa Rahim onlara demişdir ki, O, və Rövşən Lənkəran rayonuna getsinlər, dediyi vaxtda, yəni evdə heç kim olmadığı vaxtı onlara deyəcək, onlar da evə həmin vaxtı girəcəkmişlər. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Rövşənlə birlikdə Bakı şəhərindən onun idarə etdiyi Kia forte markalı avtomobillə Bakı şəhərindən çıxmışlar. Onun avtomobilinin yük yerində bir ədəd dəmir montirovka olmuşdur. Həmçinin Bakı şəhərindən çıxarkən hər ikisi üçün mağazadan əlcək almışdır. Lənkəran rayonuna çatan zaman tanışı Nurlan adlı şəxslə görüşmüşlər. Səhər tezdən Nurlan qalmaq üçün onları Sütəmurdov kəndində “Aysberq” otelə aparmışdır. Özü isə evinə getmişdir. Bir neçə saat dincəldikdən sonra səhər saatlarında Nurlan onları oteldən götürüb Lerik rayonuna gəzməyə aparmışdır. Nurlana gəzmək üçün Lənkəran rayonuna gəldiklərini demişdir. Nurlana oğurluq barədə heç bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında təkrar otelə gəlib gecəni yatmışlar. Səhər tezdən oteldən çıxmışlar. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Rahim onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsapına zəng edərək həmin günü Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə qohum toyunda olacağını, evdə heç kimin olmayacağını, həmin günü evə girməli olduqlarını demişdir. Buna görə də, o və Rövşən həmin günü, saat 21 radələriində idarə etdiyi “Kia forte” markalı avtomobillə Fuadın yaşadığı məhəlləyə getmişlər. Avtomobili Fuadın evindən təxminən 50 metr aralıda, dalanın başlanğıcında saxlamışlar. Onların hər ikisinin əlində əlcək olmuşdur. Rövşənin üzündə maska, onun isə başında papaq olmuşdur. Onlar Rövşənlə razılaşmışlar ki, Rövşən evə girib pulları götürməli, o, isə çöldə qalıb ətrafa nəzarət etməliymiş. Əgər hər hansı bir şəxs və ya şübhəli məqam olduqda Rövşənə məlumat verməli və oradan uzaqlaşmalı imişlər. Həyətə saat 21 radələrində ilk əvvəl evin sağ tərəfində olan hasarı aşmaqla Rövşən daxil olmuşdur. Rövşənin arxasıyca isə o, həyətə daxil olmuşdur. Onlar evdə adamın olub-olmamasını dəqiqləşdirmək üçün həyətin qarşısına keçib, oradan da evin digər tərəfinə, sol tərəfdə olan qaraj tərəfə keçmişlər. Evdə heç kimin olmadığına əmin olmuşlar. Həmin vaxtı birlikdə olduğu Rövşən anidən geri dönüb gəldikləri yolla qaçmağa başladığı üçün o, da qorxub Rövşənlə birlikdə hasardan tullanıb küçəyə doğru qaçmışdır. Yolda Rövşənə nə üçün qaçdığını soruşduqda Rövşən qulağına səs gəldiyini, həyətə kiminsə gəldiyini zənn etdiyi üçün qaçdığını demişdir. Təxminən 5 dəqiqə sonra onlar təkrar eyni yerdən hasardan həyətə daxil olmuşlar. Rövşən hasara oradan da sol tərəfdə olan bir mərtəbəli tikilinin üzərinə çıxmışdır. Onlar evdə müşahidə kamerası olduğunu bilmirmişlər. Rövşən tikilinin üzərinə çıxıb evin sağ tərəfində, plastik materialdan olan mətbəxin pəncərəsini əli ilə vurub açmışdır. Sonra evə daxil olmuşdur. O, isə həmin vaxtı hasarın kənarında dayanıb Rövşəni gözləmişdir. Təxminən 5-10 dəqiqədən sonra Rövşən evə daxil olduğu pəncərədən göy rəngli sellofan torbanı yerə atmışdır. O, hasardan həyətə düşüb pulları götürmüşdür. Rövşən evə girən zaman əlində manterovka olmuşdur. Lakin sonradan manterovkanı haraya tulladığını görməmişdir, çünki avtomobilə oturanda Rövşənin əlində olmamışdır. Yolda gedərkən o, avtomobili idarə etmişdir. Pullar isə Rövşəndə olmuşdur. Rövşən ona göy rəngli sellofanın içərisində olan pulların 8.000 dollar və 5 paçka rus pulu, ümumilikdə təxminən 30.000 manata yaxın pul olduğunu demişdir. Cəlilabad rayonu ərazisindən keçərkən Rövşən ona Bakı şəhərinə getməmələrini, əgər Bakı şəhərinə gedərlərsə tutula biləcəklərini, bir müddət rayonda qalmalarını istəmişdir. Lakin o, ailəsində problemin olacağını bildirib Bakıya getməli olduğunu demişdir. Rövşənlə birlikdə borclu olduqları 3.000 manatı rus rublundan ayırıb götürmüşdür. Qalan 27.000 manat pulu Rövşənlə aralarında bölmüşlər. Həmin puldan 4.000 dollar və xatırlamadığı məbləğdə rubl götürmüşdür. Qalanını da Rövşənə vermişdir. Rövşəni Cəlilabad rayonu Ocaqlı kəndi ərazisində avtomobildən düşürüb Bakıya getmişdir. Səhərə yaxın, saat 05 radələrində Bakı şəhərinə çatmışdır. Bakı şəhərində özünə yeni telefon almışdır, Orxan və Baba adlı tanışlarına borcunu vermişdir. Evdə olan qızılları satdığı üçün evə 4500 manat dəyərində qızıl zinyət əşyaları almışdır. Bakı şəhərinə gəldikdən sonra o, Rahimlə telefonla danışmışdır. Rahim ondan pul istəsə də o, Rahimə pulların Rövşəndə olduğunu, bir neçə gündən sonra, ara sakitləşdikdən sonra Rövşənlə görüşüb pulları aralarında böləcəklərini demişdir. Rahim də ona “birinci “namyoku” verənə 3.000 manatı verməli” olduqlarını demişdir. Buna görə də, o, Rövşənin mobil nömrəsinə zəng edib pul verməli olduqlarını demişdir. Rövşən ona narahat olmamağını, Bakı şəhərinə gəlib pulları böləcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında evdə olduğu zaman tanışlarından biri ona zəng edərək polis işçilərinin onu axtardığını, onu axtaran polislərin yanında olduğunu demişdir. O, da həmin şəxslə Bakı şəhəri Xətai rayonu ərazisində görüşmüşdür. Həmin vaxtı tanışının yanında Lənkəran ŞRPŞ-nin işçiləri olmuşdur. O, polis işçiləri ilə birlikdə Lənkəran rayonuna gəlmişdir. O, oğurluğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə etmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsla barışmışlar və Fuadın ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istntaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 14-15 ildir ki, tanıyırmış. Elşənlə heç bir qərəzli münasibəti olmamışdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs3 isə bir dəfə Elşənin yanında görmüşdür. Rahimi sadəcə olaraq sifətdən tanıyır. Toy şənliyi ilə bağlı onun ayrı-ayrı şəxslərə təxminən 8.000 manat pul borcu olmuşdur. Yəni maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də, ona pul lazım olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, Lənkəran rayonunda bir nəfərin evindən pul oğurlamaq fikri var, ona da oğurluqda iştirak etməyi təklif etmişdir. Elşən ona bildirmişdir ki, “evdə çoxlu pul var, biz üç nəfərik, Rahim adlı ev sahibinin qohumu ona bu məlumatı vermişdir, pulları oğurladıqdan sonra aramızda üç yerə böləcəyik”. Onun da maddi vəziyyəti yaxşı olmadığı üçün Elşənlə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Elşənlə Bakı şəhərindən görüşüb Lənkəran rayonuna çıxmışlar. Lənkəran rayonuna xx.xx.2024-cü il tarixdə, gecə saatlarında çatmışlar. Lənkəran rayonuna Elşənin idarə etdiyi Kia markalı nömrəsini xatırlamadığı sonu 712 olan avtomobillə gəlmişlər. Elşən Lənkəran rayonundan olan tanışı Nurlan adlı şəxs ilə görüşmüşdür. O, Nurlanı tanımır. Nurlan Sütəmurdov kənd sakinidir. Onlar birlikdə həmin kənddə yerləşən “aysberq” adlı otelə gəlmişlər. Həmin otelə onları Nurlan aparmışdır. Nurlanın oğurluq barədə məlumatı olmamışdır. Onlar xx.xx.2024-cü il tarixdə, səhər saatlarında həmin otelə gələn zaman otel bağlı olmuşdur. Bir nəfər cavan oğlan onları qarşılamışdır. Həmin cavan oğlana Nurlan onların qonağı olduqlarını, evdə şərait olmadığı üçün üçün orada saxlamalı olduğunu demişdir. Həmin oteldə onlar bir neçə saat yatdıqdan sonra Nurlan onların arxasınca gəlib Lənkəran və Lerik rayonlarına gəzməyə aparmışdır. Onlar həmin günü axşam saatlarına qədər gəzmişlər. Elşən ona bildirmişdir ki, Elşənə zəng gəlməli və onlar bundan sonra evə girməliymişlər. Elşən günorta saatlarında ona demişdir ki, Rahim zəng eləmiş və bildirmişdir ki, axşam evdə heç kim olmayacaq, evdə yaşayanlar hamısı toyda olacaq və axşam evə girə bilərlər. O, da qala biləcəyini Elşənə demişdir. Axşam saat təxminən 20 radələrində Elşənin idarə etdiyi Kia markalı avtomobillə Lənkəran rayonu Liman şəhərində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gəlmişlər. Saat təxminən 21 radələrində Elşən avtomobili dalanın başlanğıcında saxlamışdır. Birlikdə avtomobildən düşmüşlər və evin arxa hissəsinə keçmişlər. Evdə işıqlar yanmırmış. Elşən ona demişdir ki, pul evin sol tərəfində olan yataq otağında, şkafın içərisində olmalıdır. Oğurluğa gedərkən Elşən avtomobildən maska, əlcək və içəri daxil olmaq mantirovkanı ona vermişdir. O, evə daxil olub pulu götürməli, Elşən isə onu həyətdə gözləməli imiş. Onlar evin sağ tərəfindən qaz borusunun üzərinə çıxıb hasardan birlikdə həyətə daxil olmuşlar. Evə girmək üçün münasib yer axtarmışlar. Bunun üçün evin qarşısına, oradan da sol tərəfdə açıq qaraj olan hissəyə keçmişlər. Elşən də onun yanında olmuşdur. Həmin vaxtı onun qulağına avtomobil səsi gəldiyi üçün o, qəflətən gəldikləri hissədən hasardan tullanıb küçəyə tərəf qaçmışdır. Elşən də onunla birlikdə qaçmışdır. Bir neçə dəqiqədən sonra onlar təkrar həyətə hasardan daxil olmuşlar. Həmin vaxtı onun üzündə maska, əlində isə əlcək olmuşdur. Mantirovka da əlində olmuşdur. O, hasarın üzərinə çıxıb sol tərəfdə olan bir mərtəbəli tikilinin üzərinə çıxıb evin ikinci mərtəbəsində olan plastik pəncərəyə yaxınlaşmışdır. Plastik pəncərəni əli ilə itələmiş və pəncərə açılmışdır. Buna görə də, o, əlində olan mantirovkanı tikilinin üzərindən küçəyə tullamışdır. Cibində olan alışqanı çıxarıb işığı ilə evə daxil olmuşdur. Daxil olduğu otaq mətbəx olmuşdur. Sol tərəfdə divarda mətbəx mebeli düzülmüşdür. Mətbəxin qapısını açdıqda bir zal olmuşdur. Elşən ona pulların yan tərəfdə olan yataq otağında olduğunu dediyindən o, birbaşa soldan ikinci qapını açıb evin küncündə olan yataq otağına daxil olmuşdur. Yataq otağından girişdən sol tərəfdə olan şkafı açıb paltarların altından bir neçə çantanı açıb içərisinə baxmışdır. Qara rəngli çantanın içərisindən ağ-göy rəngli paketdə dollar və rus pulu olduğunu görüb pulları oradan götürmüşdür. Pulları saymamışdır. Həmin çantanın içərisində sellofan paketdə bir neçə qızıl zinyət əşyaları olduğunu görsə də qızıllaı götürməmişdir. Pula ehtiyacı olduğundan qızıllara dəyməmişdir. Gəldiyi yolla mətbəxə keçmişdir. Elşən onu hasarın üzərində gözləmişdir. O, mətbəxin pəncərəsindən sellofan paketdə olan pulları həyətə tullamış, Elşən hasardan düşüb pulları yerdən götürmüş və birlikdə hasardan tullanıb avtomobilə tərəf gedərək avtomobilə əyləşib yola düşmüşlər. Evə gələrkən və gedərkən onları görən olmamışdır. O, evdə müşahidə kameralarının olduğunu bilməmiş və görməmişdir. Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsindən keçərkən o, Elşənə birlikdə Bakı şəhərinə getmək istəmədiyini bildirmişdir. Elşən pulu saydıqdan sonra təxminən 30.000 manat məbləğində pulun olduğunu demişdir. Həmin puldan 3.000 manatını rus rublundan ayırıb birlikdə borclu olduğu şəxsə verəcəyini demişdir. Qalan 27.000 pulu isə yarıya bölmüş, yəni 4.000 dollar və bir qədər rublu ona vermişdir. Qalanını isə özünə götürmüşdür. Elşən ona demişdir ki, Bakı şəhərində görüşüb 3-cü şəxsə Rahimə də həmin puldan verəcəkmiş. Yəni, onlar Bakı şəhərində görüşüb puldan Rahimə də birlikdə verəcəkmişlər. Cəlilabad rayonu ərazisində o, avtomobildən düşmüşdür. Elşən getdikdən sonra yoldan keçən tanımadığı, nömrəsini və markasını xatırlamadığı taksi ilə Bakı şəhərinə evə gəlmişdir. Səhərə yaxın Bakı şəhərinə çatmışdır. Taksiyə 50 manat pul vermişdir. Evə girən zaman hamı evdə yatmış, o, paltarını dəyişib küçəyə çıxmışdır. Pulları Azərbaycan manatına çevirmişdir. Təxminən 13.000 manata yaxın pul olmuşdur. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsla barışmışlar və Fuadın ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması zamanı törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, təxminən 7-8 il qabaq Bakı şəhərində yaşadığı ərəfələrdə Təqsirləndirilən şəxs1 tanımışdır. Elşənlə heç bir qərəzli münasibəti olmamışdır. Münasibətləri həmişə normal olmuşdur. Bakı şəhərində olduqları zaman Elşənlə söhbət əsnasında Elşənə övladının dünyaya gəldiyini, maddi vəziyyətinin pis olduğunu, Lənkəran rayonu Liman şəhərində yaşayan arvadının dayısı Zərərçəkmiş şəxs evində çoxlu pul olduğunu demişdir. Belə ki, pula ehtiyacı olduğundan Elşənə həmin evdən oğurluq etməsini, oğurladığı puldan ona da verməsini istəmişdir. Elşənə Zərərçəkmiş şəxs Liman şəhəri ərazisində mağaza işlətdiyini, imkanlarının yaxşı olduğunu, ev almaq istədiyini demişdir. Elşənlə söhbət əsnasında razılaşmışlar ki, evdə olan pulu oğurladıqdan sonra həmin pulları aralarında bölsünlər və ya müəyyən miqdarda ona versin. Belə ki, 2024-cü ilin aprel ayının ortalarında o, Elşənə evi göstərmək üçün birlikdə Elşənin idarə etdiyi Kia markalı avtomobillə axşam saatlarında Lənkəran rayonuna gəlmişlər. Həmin günü tam olaraq xatırlamır. Axşam saatlarında Fuadın Liman şəhəri M.İbayev küçəsində yerləşən evini Elşənə göstərmiş və pulların evin sol tərəfində yerləşən Fuadın yataq otağında, şkafda olduğunu Elşənə təxmini bildirmişdir. Yanında heç kim olmamışdır. Həmin günü də Elşənlə birlikdə Bakı şəhərinə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Elşən onun istifadəsində olan mobil nömrəyə zəng edərək Lənkəran rayonunda olduğunu, oğuqluq üçün Lənkəran rayonuna gəldiyini, Lənkəran rayonunda qalmağa yer tapmağını istəmişdir. Lakin kiminlə Lənkəranda olduğunu deməmişdir. O, da Elşənə Lənkəran rayonunda olmadığını, Bakı şəhərində olduğunu deyib Elşən üçün yer tapa bilməyəcəyini bildirmişdir. Ertəsi günü o, Fuadın qohumunun Lənkəran şəhərində toy şənliyi keçirildiyini evdən eşitmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Elşənlə danışığında Fuadın və ailə üzlərinin evdə olmayacağını, hamının toyda olacağını, evə oğurluğa girə biləcəklərini demişdir. O, Elşənlə bəzən Whatsappla, bəzən də normal öz mobil nömrəsi ilə danışmışdır. xx.xx.2024-cü il tarixdə arvadı Xədicə ilə telefonla danışarkən arvadı ona dayısı Fuadın evindən oğurluq edildiyini bildirmişdir. Arvadı ona evdən oğurluq edildiyini desə də nə qədər məbləğdə pulun oğurlandığını deməmişdir. O, da Elşənin ona zəng edəcəyini, Elşənlə görüşüb oğurladığı puldan ona da verəcəyini gözləmişdir. Ertəsi günü Bakı şəhərində 9-cu MKR ərazisində olarkən Elşənlə telefonla danışmışdır. Elşəndən oğurladıqları puldan ona da verməsini istəmişdir. Lakin Elşən zəng edib onunla görüşəcəyini demişdir. O, da Elşəndən pul almaq üçün yalandan Elşənə “adam var mənə evi namyok verən, ona 3.000 manat pul verməliyəm, heç olmasa 3.000 manatı ver” demişdir. Lakin Elşən ona görüşüb söhbət edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu küçədə saxlamışlar. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsla barışmışlar və Fuadın ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. Lənkəran rayonu Liman şəhəri Həzi Aslanov küçəsində yerləşən özünə məxsus ərzaq mağazasını çalışdırır. Mağazada alver yaxşı getmədiyi üçün 2024-cü ilin fevral ayında Respublika Bankının Lənkəran rayon filialından 50.000 manat kreditə pul götürmüşdür. Həmin pulu alver etmək üçün dollara və rus puluna çevirib arvadına vermişdir. Arvadı pulları onların yataq otağındakı dolabda paltarların alt hissəsində, qara rəngli əl çantasının içərisində üzəri göy-ağ rəngli Bank Respublikaya aid sellofan paketə qoyub saxlamışdır. Bundan başqa həmin çantada şəffaf sellofanın içərisində arvadına məxsus bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl sep və bir ədəd qızıl beşlik klon olmuşdur. O və arvadının yataq otağı ikinci mərtəbəyə girişdən üzbəüz sağ tərəfdə olan otaqdır. Arvadı digər qızıl zinyət əşyalarını isə girişdən sağ tərəfdə olan yataq otağında şkafda saxlamışdır. xx.xx.2024-cü il tarixdə qohumu Lənkəran rayonu Boladi kənd sakini Rasim Əkbərovun qızının Lənkəran şəhəri “Sultan” şadlıq sarayında toy şənliyi keçirilirmiş. Həmin toy şənliyinə o, ailə üzvləri ilə birlikdə dəvət almışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində o və arvadı evdən çıxıb özünə məxsus “Hundai İ30” markalı avtomobillə toy şənliyinə getmişlər. Övladlarını isə Liman şəhəri R.Rza küçəsində yerləşən anasının evində qoymuşlar. Təxminən saat 22:30 radələrində o, arvadı ilə toy məclisindən çıxıb anasının yanına gəlmişdir. Orada bir qədər qalıb çay içdikdən sonra uşaqları da götürüb evə gəlmişdir. Saat təxminən 24 radələrində evə daxil olan zaman evin ikinci mərtəbəsində, girişdən sağ tərəfdə olan yataq otağının və həmin otaqda olan şkafın qapısının açıq olduğunu, şkafda olan paltarların və əl çantalarının yerdə və çarpayının üzərində olduğunu görmüşlər. Onun evi iki mərtəbəlidir. Evin birinci mərtəbəsində zal və mətbəx, girişdən sağ tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün pilləkan, ikinci mərtəbədə sol tərəfdə hamam-tualet, girişdə qonaq otağı, qonaq otağından sol tərəfdə mətbəx, üzbəüz qarşıda və sağ tərəfdə ona və övladlarına aid yataq otaqları yerləşir. Evinin ətrafını görüntüləyən səkkiz ədəd müşahidə kamerası mövcuddur. O, həmin vaxt evdən oğurluq olunmasından şübhələnib digər otaqlara baxmışdır. İkinci mərtəbədə olan mətbəxin pəncərəsinin açıq olduğunu, yataq otağında, şkafın içərisindəki çantanın içərisində olan 8.000 abş dolları və 930.000 rublun yerində olmadığını görmüşdür. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edib evindən 30.000 manat pulun oğurlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra evinə Lənkəran ŞRPŞ-nin və Liman PB-nin əməkdaşları gəlmişlər. Evinə baxış keçirib mətbəxin pəncərəsindən, yataq otağından əl barmaq izləri götürmüşlər. Həmin vaxtı onlara məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində evdə heç kimin olmadığı vaxtda, üzündə maska, əlində əlcək olan naməlum iki şəxs yaşadığı evin həyətinə evin sağ tərəfindən hasarı aşmaq yolu ilə daxil olub evə bitişik olan tikilinin üzərinə çıxıb ikinci mərtəbədə olan mətbəxin pəncərəsini açmaqla evə daxil olub yataq otağından pulları sellofan paketlə birlikdə oğurlamışlar. Oğurluq edən şəxslərdən biri evə daxil olmuş, digəri isə hasarın üzərində gözləmişdir. Evə daxil olan şəxs pulu pəncərədən həyətə, yerə tullamış, digəri həyətə düşüb yerdə olan pulları götürərək evi tərk etmişdir. Həmçinin məlum olmuşdur ki, həmin şəxslər evinə evin arxa hissəsi tərəfdən gəlmişlər. Hava qaranlıq olduğu üçün evin müşahidə kamerasındakı görüntülərdə həmin şəxslərin üzləri tam olaraq görünmürmüş. Bundan başqa pulların oğurlandığı əl çantasının içərisində sellofan paketdə arvadına aid bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl sep və bir ədəd klon yerində olmuşdur. Yəni qızılları və digər yataq otağında olan qızılları oğrular götürməmişlər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, o, həmin şəxslərlə barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiqləniş ərizə də təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində əri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təxminəm bir il yarım əvvəl Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində Xətai rayonu ərazisində avtomobil təmiri sexində tanış olmuşdur. Elşən onun nömrəsini götürərək özünə və ailəsinə taksi lazım olduğunda ona zəng edəcəyini bildirmişdir. Bir neçə dəfə Elşən ona zəng edərək taksi lazım olduğunu bildirmişdir. O, da Elşəni Bakı şəhərində müxtəlif ünvanlara aparmışdır. xx.xx.2024-cü il tarixdə Elşən ona zəng edərək Lənkəran rayonuna gəldiyini, qabağına çıxıb çıxa bilməyəcəyini ondan soruşmuşdur. O, da Elşəni Ələt-Astara avtomobil yolunun Lənkəran rayonundan keçən hissəsində “Şilavar dörd yolu” adlanan ərazidən götürmüşdür. Həmin vaxtı Elşənin yanında Rövşən adlı birisi də olmuşdur. Elşən ona Lənkəran rayonuna gəzmək üçün gəldiyini bildirmişdir. O, Elşənlə Rövşəni “bu gün pullu sabah pulsuz” adlı çayxanaya aparmışdır. Orada səhər yeməyini yedikdən sonra Elşənlə Rövşəni qalmaları üçün rayonun Sütəmurdov kəndinə yerləşən “Aysberq” adlı otelə aparmışdır. Otel çalışmasa da orada çalışan Tərlan adlı şəxsdən o, xahiş etmişdir ki, qonaqlarını oteldə yerləşdirsin, evdə yer olmadığı üçün qonaqları bir neçə saat yatmalarından ötrü oraya gətirmişdir. Onun sözündən sonra X18 bir otaq vermişdir. O, da evinə getmişdir. Bir neçə saatdan sonra o, Elşənlə Rövşənin arxasınca otelə gəlib oteldən götürmüşdür. Elşəngili Xanbulana və başqa yerlərə aparıb gəzdirmişdir. Xanbulana gedərkən Elşənin Kia markalı avtomobilini o, idarə etmişdir. Həmin gün axşam saatlarında Elşənlə Rövşəni evinə aparmışdır. Axşam yeməyini evdə yedikdən sonra Elşən ona Bakı şəhərinə gedəcəklərini deyib onunla sağollaşmışdır. Daha sonra o, Elşəngili görməmişdir. Bir neçə gündən sonra o, Elşənin Rövşən və daha bir nəfər şəxslə birlikdə Lənkəran rayonu Liman şəhəri ərazisindən oğurluq etdiklərini televizordan görmüşdür. Ona məlum olmuşdur ki, Elşən Lənkəran rayonuna oğurluq etmək üçün gəlmişdir. Lakin bu barədə ona heç bir söz deməmişdir. Onun Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Lənkəran rayonuna oğurluq etmək üçün gəldiklərindən məlumatı olmamışdır. Elşən ona dostu ilə Lənkəran rayonuna gəzmək üçün gəldiyini demişdir. İşin məhkəmə baxışında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində çay qırağında həmin kənd sakini X5 məxsus “aysberq” adlı oteldə gözətçi kimi çalışır. Belə ki, otel iki mərtəbəli olmaqla ümumilikdə 12 otağı vardır. Otelin həyətində restoranı da vardır. Lakin təxminən 2 aydır ki, otel və restoranı fəaliyyət göstərmir. Bahaddin Abbasov oteli satışa çıxarmışdır. Oteldə bəzi mebel və məişət əşyaları olduğundan oteldən oğurluq edilməməsi üçün onu gözətçi tutmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışam. Onları xx.xx.2024cü il tarixdə otelə gələrkən tanımışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 06 radələrində “Aysberq” oteldə olarkən otelin həyətindən səs gəlmişdir. O, səsə çıxan zaman Sütəmurdov kənd sakini Şahid2 iki nəfərlə birlikdə nömrəsini xatırlamadığı Kia markalı avtomobillə otelin həyətində olduğunu görmüşdür. Sonradan həmin iki nəfərin adlarının Elşən və Rövşən olduğunu bilmişdir. Belə ki, Elşənlə Rövşənin aralarında olan söhbətindən adlarını eşitmişdir. Həmin vaxtı Nurlan ona iki nəfəri göstərərək qonağı olduqlarını, lakin evində şərait olmadığından yatmaları üçün otelə gətirdiyini bildirmişdir. O, Nurlana otelin çalışmadığını bildirsə də Nurlan ona həmin şəxslərin 2-3 saat yatıb gedəcəklərini, bir neçə saatdan sonra gəlib onları götürəcəyini, qonaq olduqlarını bildirib ondan həmin şəxslərə bir otaq verməyini xahiş etmişdir. O, da Nurlanı tanıdığı üçün Elşən və Rövşən adlı şəxsə bir otaq vermişdir. Nurlan isə orada qalmayıb Kia markalı avtomobillə getmişdir. Təxminən saat 11 radələrində Nurlan otelə gəlmiş və Elşənlə Rövşəni oteldən aparmışdır. Həmin gün saat 23 radələrində Nurlan təkrar Elşən və Rövşənlə otelə gəlib onları gecəni oteldə saxlamağını istəmişdir. O, yenə də məcbur qalıb Elşənlə Rövşənə otaq vermişdir. Nurlan yenə avtomobillə oteli tərk edib getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində həmin şəxslər oteldən çıxarkən təkrar gələcəklərini və ona hörmət edəcəklərini demişlər. X24 təkrar otelə gəlməmişlər. Bir neçə gündən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Liman şəhər sakininin evindən oğurluq etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onun həmin şəxslərin oğurluq etmək üçün Lənkəran rayonuna gəldiklərindən məlumatı olmamışdır. Ondan sadəcə olaraq tanışı Şahid2 xahiş etdiyi üçün o, həmin şəxsləri otelə bir neçə saat yatmaları üçün buraxmışdır. Bundan başqa o, həmin şəxslərdən heç bir məbləğdə ödəniş almamışdır. Elşən və Rövşən ona konkret məbləğ deməsələrdə, “hörmət” edəcəklərini demişlər, lakin ona heç bir ödəniş ödəməmişlər. İşin məhkəmə baxışında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəəəsində işləyir və polis baş leytenantıdır. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ünvan 12 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək evdə olmadığı vaxt naməlum şəxsin evinə pəncərəni açmaqla daxil olması, təxminən 30.000 manat pulunu oğurlaması barədə məlumat vermişdir. Faktla bağlı qeyd edilən ünvana əməliyyat istintaq qrupunun tərkibində getmiş və evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ev köhnə Ələt-Astara avtomobil yolunun Astara rayonu istiqamətində yolun sağ tərəfində olan küçəyə döndükdən sonra təxminən 800 metr məsafədə yerləşmişdir. Baxış keçirilən evə qədər bir neçə yaşayış evi olsa da, evdən sonra boş torpaq sahələri, bir qədər sonra isə yeni Ələt-Astara magistral avtomobil yolu yerləşmişdir. Evin arxasında boş torpaq sahəsi, bir qədər arxada yaşayış evləri olmuşdur. Zərərçəkmiş şəxs evi küçədən 50 metr sağ tərəfdə dalanda yerləşmişdir. Baxış keçirilən ev 2 mərtəbəli olmaqla qarşı tərəfi ağ lay daşdan, digər tərəfləri isə suvaqdan olmuşdur. Pəncərələri isə qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Evin sağ tərəfində, həyətdə, bir mərtəbəli tikili, sanitar qovşaq, sol tərəfində isə üzəri şiferlə örtülmüş bir mərtəbəli açıq qaraj olmuşdur. Həyətə giriş qapısından daxil olduqda sağ və sol tərəflərdə bağ, sol tərəfdəki bağda bir mərtəbəli tikili olmuşdur. Evin birinci mərtəbəsinə daxil olduqda zal, qarşı sağ tərəfdə açıq mətbəx, girişdən sağ tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün dairəvi pilləkən olmuşdur. İkinci mərtəbəyə pilləkənlə qalxdıqdan sonra solda pəncərəsi və qapısı plastik materialdan olan balkon, qarşı tərəfdə sanitar qovşaq və hamam otağı olmuşdur. Sağ tərəfdə olan qonaq otağına daxil olduqda qarşı sol tərəfdə mətbəx, qarşı, qarşı sağ və sağ tərəfdə üç yataq otağı olmuşdur. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhərində yerləşən “Sultan” şadlıq sarayında qohumunun toy şənliyi keçirildiyi üçün ailə üzvləri ilə birlikdə toya getmiş, evdən çıxan zaman arvadı evin bütün pəncərə və qapılarını bağlamışdır. Saat təxminən 23 radələrində toydan çıxıb evə gələn zaman evin ikinci mərtəbəsində mətbəxin pəncərəsinin açıq olduğunu, özünə məxsus girişdən qarşı-sağ tərəfdə olan yataq otağındakı şkafın qapısının açıq olduğunu, şkafın içərisində olan paltar və əşyaların dağınıq vəziyyətdə yerdə olduğunu görmüşdür. Evindən oğurluq edildiyindən şübhələnib həmin dolabda arvadına məxsus çantada saxladığı 8.000 abş dolları və 930.000 rus rublunun yerində olmadığını görmüşdür. Lakin həmin çantanın yan cibində olan bir ədəd qızıl klonlu sep, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa sellofanın içərisinə qoyulmuş halda yerində olmuşdur. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evə keçirilən baxış zamanı evin ətrafını görüntüləyən səkkiz ədəd müşahidə kamerasının olması müəyyən edilmişdir. Həmin kameraların yaddaşında olan görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, blokun yaddaşında olan vaxta əsasən saat 21:28də 2 nəfər üzü görünməyən, üzündə maska, başında papaq olan naməlum şəxs evin arxa hissəsindən evin sağ tərəfinə doğru piyada gələrək evin sağ tərəfində, tikilinin yanında olan hasarı aşmış, həmin şəxslərdən biri hasarın üzərində dayanaraq gözləmiş, digəri isə tikilinin üzərinə, oradan da evin ikinci mərtəbəsində olan mətbəxin pəncərəsini açmaqla evə daxil olmuş, saat 21:36-da həmin pəncərədən bükülünü həyətə tullamış, hasarın üzərində dayanmış şəxs həyətə düşərək yerdə olan bükülünü götürüb, evin pəncərəsindən çıxan digər şəxslə birlikdə hasardan aşaraq getmişlər. Hər iki şəxsin üzləri görünmürmüş. Həmçinin görüntü qaranlıq hava şəraitində qeydə alındığı üçün həmin şəxslərin üzərlərində olan paltarların rəngi aydın görünmürmüş. Bundan başqa müşahidə kameralarının yaddaşında olan vaxtın 31 dəqiqə öndə olduğu məlum olmuşdur. Yəni naməlum şəxslər xx.xx.2024-cü il tarixdə, saat 20:57-də evə pəncərədən daxil olmuş, həmin tarixdə, saat 21:05-də pəncərədən bağlamanı tulladıqdan sonra evi tərk edib digər şəxslə birlikdə hasarı aşmaqla oradan uzaqlaşmışlar. Hadisə yerinin müayinəsi zamanı evin ikinci mərtəbəsində olan mətbəxin pəncərəsindən bir ədəd əl-barmaq izi fraqmenti, naməlum şəxslərin həyətə daxil olduqları tərəfdən, hasarın digər tərəfindən beş ədəd siqaret kötükləri və bir ədəd dəmir parçası(mantirovka) əhəmiyyət kəsb edə biləcəyindən götürülərək qablaşdırılmışdır. Həmçinin müşahidə kameralarının yaddaş görüntüləri diskə köçürülməsi üçün götürülmüşdür. Fakt təsdiqini tapdığından Lənkəran ŞRPŞ-nin istintaq bölməsində cinayət işi başlanılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evindən xx.xx.2024-cü il tarixdə ümumilikdə 30.000 manat məbləğində abş dolları və rus rublunu oğurlamış şəxslər Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2dur. Belə ki, əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yeri xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində müəyyən edilərək saxlanılmış və Lənkəran ŞRPŞ-nə gətirilərək aidiyyəti üzrə istintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, ona Zərərçəkmiş şəxs evindən oğurluq barədə təklifi tanışı və Zərərçəkmiş şəxs bacısı yeznəsi olan Təqsirləndirilən şəxs3 2024-cü ilin mart ayının sonlarında vermiş, həmin evdə çoxlu pul olması və həmin pulları oğurlayıb aralarında bölmək barədə razılaşmışlar. Daha sonra 2024-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə Lənkəran rayonuna gəlmiş, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evinin ünvanını və pulların olduğu yataq otağını Təqsirləndirilən şəxs1 göstərmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurluq etmək barədə təklif etmiş və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ilə razılaşaraq xx.xx.2024-cü il tarixdə birlikdə Lənkəran rayonuna gələrək rayonun Sütəmurdov kəndi ərazisində “Aysberq” adlı oteldə qalmışlar. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 zəng edərək həmin günü Zərərçəkmiş şəxs qohumunun toyu olduğunu, ailə üzvlərinin toy şənliyində olacaqlarını, evdə heç kimin olmayacağını və evə oğurluq üçün girə biləcəklərini demişdir. Buna görə də, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən evə qanunsuz girərək oradan ümumilikdə 30.000 manat məbləğində abş dolları və rus rublunu oğurlamışlar. Evə Təqsirləndirilən şəxs2 daxil olmuş, Təqsirləndirilən şəxs1 hasarın üzərində qalaraq Təqsirləndirilən şəxs2 gözləmişdir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 oğurluqda iştirak etmək istəmədiyini, Bakı şəhərində qalıb taksidə çalışacağını və bu yolla onlardan heç kimin şübhələnməyib polisin onları tapa bilməyəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlanmış pulları öz aralarında bölmüşlər. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 yeri xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR ərazisində müəyyən edilərək saxlanılmış və aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nə təqdim edilmişdir. Təqsirləndirilən şəxs3 da şöbəyə gətirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 Saatlı rayonu Şirinbəyli kəndi ərazisində, dayısının evində gizləndiyi müəyyən edilmiş və həmin gün saat 15 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən onları görüb evin arxa tərəfinə, tikanlı kolların olduğu hissəyə girib qaçmışdır. Lakin onlar Rövşənin arxasınca qaçıb saxlaya bilmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs2 oğurladıqları puldan üzərində 5400 manat qaldığını bildirmiş və həmin pulu onlara təqdim etmişdir. Zərərçəkmiş şəxs Liman PB-də olduğundan onlar 5400 manat pulu Zərərçəkmiş şəxs təhvil vermişlər. Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nə gətirilib aidiyyəti üzrə istintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 da törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs2 oğurladığı pulların bir qismini borclu olduğu ayrı-ayrı şəxslərə verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də pulları borclu olduğu ayrı-ayrı şəxslərə verdiyini bildirmişdir. Lakin həmin şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluqda heç kimin köməklik etmədiyi məlum olmuşdur. İşin məhkəm baxışında dindirilmiş şahidlər - Liman PB-nin polis sahə rəisi, polis kapitanı Şahid6 Cəmaləddin oğlu və Liman PB-nin sahə polis nəfəri, polis serjantı Şahid7 iş üzrə analoji ifadələr verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev 2 mərtəbəli olmaqla qarşı tərəfi ağ lay daşdan, digər tərəfləri isə suvaqdır. Evin damı şiferlə örtülmüşdür. Pəncərələri isə qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Evin birinci mərtəbəsinə daxil olduqda zal, qarşı sağ tərəfdə açıq mətbəx, girişdən sağ tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün dairəvi pilləkən vardır. İkinci mərtəbəyə pilləkənlə qalxdıqdan sonra solda pəncərəsi və qapısı plastik materialdan olan balkon, qarşı tərəfdən sanitar qovşaq və hamam otağı vardır. Sağ tərəfdə olan qonaq otağına daxil olduqda qarşı sol tərəfdə mətbəx, qarşı, qarşı sağ və sağ tərəfdə üç yataq otağı vardır. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrindən saat 23 radələrinə qədər olan müddət ərzində naməlum şəxslər evin 2-ci mərtəbəsində olan özünə məxsus yataq otağındakı dolabdan arvadına məxsus çantada saxladığı 8.000 abş dolları və 930.000 rus rublunu oğurlamışlar. Hadisə yerinin müayinəsi zamanı evin ikinci mərtəbəsində olan mətbəxin pəncərəsindən bir ədəd əl-barmaq izi fraqmenti, naməlum şəxslərin həyətə daxil olduqları tərəfdən, hasarın digər tərəfindən beş ədəd “LD” markalı siqaretə aid kötüklər və bir ədəd dəmir parçası(mantirovka) DİN-nin kriminalistik tədqiqatlar idarəsinin “ADİS” və “DNT” məlumat bazasında eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülərək qablaşdırılılmışdır. Həmçinin müşahidə kameralarının yaddaş görüntülər(DVR) diskə köçürülməsi üçün götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında”27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 12 ünvanına baxış keçirilən zaman videomüşahidə kameralarının yaddaş blokundan götürülərək bir ədəd CD diskə köçürülmüş görüntülərə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Diskdə “Kamera1_**********0035”, “Kamera2_**********0035”,Kamera3_**********0035”,“Kamera4_**********0035”,“Kamera5_* *********0035”,“Kamera6_**********0035”, “Kamera7_**********0035” və “Kamera8_**********0035” adlı fayllarda 40 dəqiqə 11 saniyəlik videogörüntülər vardır. Görüntülər kameranın yaddaş blokunda olan vaxta əsasən xx.xx.2024-cü il, saat 21:00:36-da başlayır, xx.xx.2024-cü il, saat 21:40:46-da başa çatır. Görüntülərin saat 21:04-cü dəqiqəsində iki nəfər, başında papaq, əlində əlcək, digərinin isə üzündə maska, əlində əlcək olan naməlum şəxsin evin arxa hissəsindən evin sağ tərəfində olan hasara piyada yaxınlaşaraq hasarı aşıb həyətə daxil olmaları, daha sonra həyətdə evin qarşı hissəsinə, oradan da evin sol tərəfinə keçmələri, saat 21:21-də evin sağ tərəfinə qaçaraq gəldikləri hissədən hasarı tullanıb keçmələri, daha sonra saat 21:25-də həmin şəxslərin təkrar həmin hissədən hasarın üzərinə çıxmaları, əlində əlcək, üzündə maska olan şəxsin hasarın həmin hissəsinə bitişik, evin sağ tərəfində olan bir mərtəbəli tikilinin üzərinə çıxıb ikinci mərtəbədə olan mətbəxin pəncərəsini açmaqla saat 21:28-də evə daxil olması, digər şəxsin isə hasarın üzərində dayanıb onu gözləməsi, saat 21:36-da evin içərisində olan şəxsin pəncərədən bağlamanı həyətə tullaması, hasarın üzərində olan şəxsin isə həyətə düşərək bağlamanı götürüb təkrar hasarı tullanıb küçəyə keçməsi, evdə olan şəxsin isə pəncərədən çıxıb gəldiyi formada hasarı aşması və getmələri müşahidə olunur. Baxış keçiriləndən sonra disk zərfə qoyulub cinayət işinin materiallarında saxlanılmışdır. “Baxış keçirilməsi haqqında”15 may 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin üzərində “Verbatim”, CD-Rcompact disc Recordable”, “700MB, 52xspeed vitesse velocidad 80min” yazıları yazılmışdır. Diskə baxış zamanı diskdə “Trayektoriya” adlı qovluq vardır. Qovluğa daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində istifadəsində olmuş **-XP-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət trayektoriyasının 61 ədəd fotoşəkli screen olunmuş formada diskə köçürüldüyü müəyyən olunur. “İMG-20240514- WA0025” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 03:05-də Xəqani Rüstəmov küçəsi Azərbaycan, saat 03:24-də Üzeyir Hacıbəyov küçəsi Azərbaycan, saat 04:07-də Mir Cəlal küçəsi Azərbaycan, Biləcəri, saat 04:39-da Salyan Şosesi, Sahil, Azərbaycan, saat 06:50-də Kələntərlilər küçəsi, Lənkəran, Azərbaycan saat 07:46-da X25 Hüseyn küçəsi, Lənkəran anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0026” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 07:46-da X25 Hüseyn küçəsi, Lənkəran, saat 10:56-da Dadaş Bünyatzadə küçəsi Azərbaycan, saat 12:51-də Xəqani küçəsi Azərbaycan, saat 13:21-də Mikayıl Müşfiq küçəsi Azərbaycan, saat 14:12-də Yavər Əliyev küçəsi, Azərbaycan, saat 15:06-da Rixard Zorqe küçəsi Azərbaycan anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0027” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 15:43-də Səttar Bəhlulzadə küçəsi, Azərbaycan, saat 16:14-də Dadaş Bünyatzadə küçəsi Azərbaycan, saat 17:05-də Salyan Şosesi, Sahil, Azərbaycan, saat 19:29-da Ələt-Astara-İran yolu, saat 20:20-də X25 Hüseyn küçəsi, Lənkəran, saat 20:37-də Ələt-Astara-İran yolu anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0028” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 17:05-də Salyan Şosesi, Sahil, Azərbaycan, saat 19:29-da Ələt-Astara-İran yolu, saat 20:20-də X25 Hüseyn küçəsi, Lənkəran, saat 20:37də Ələt-Astara-İran yolu, saat 23:24-də X25 Hüseyn küçəsi, Lənkəran anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0029” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 00:49-da Liman, Azərbaycan, saat 01:35də X25 Hüseyn küçəsi, Lənkəran, saat 03:24-də Yeni Ələt-Astara-İran yolu, Azərbaycan, saat 05:36-da Xəqani küçəsi, Azərbaycan, saat 06:03-də Şərifzadə küçəsi Azərbaycan anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0052” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 00:22-də Salyan şosesi, Sahil, Azərbaycan, saat 00:39-da Salyan şosesi, Sahil, Azərbaycan, saat 02:06-da Yeni Ələt-Astar-İran yolu Azərbaycan, saat 04:03-də X25 Hüseyn küçəsi, Lənkəran, saat 06:01də Astara-Bakı şosesi, Velədi, Azərbaycan anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0053” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 06:59-da Vağzal, 40, Lənkəran, Azərbaycan, saat 07:12-də Ələt-Astara-İran yolu, saat 07:51-də Ələt-Astara-İran yolu, saat 08:15-də Şirəli Axundov küçəsi, Lənkəran, Azərbaycan, saat 08:23-də Ələt-Astara-İran yolu, saat 09:07-də X25 Hüseyn küçəsi, Lənkəran anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514- WA0054” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 09:07-də X25 Hüseyn küçəsi, Lənkəran, saat 10:30-da Cavanşir, döngə 1, 7, Lənkəran, Azərbaycan, saat 11:17-də Mir Mustafaxan küçəsi, Lənkəran, Azərbaycan, saat 11:39-da Vağzal 40, Lənkəran, Azərbaycan, saat 12:13-də Ələt-Astara-İran yolu, saat 13:24-də Ələt-Astara-İran yolu anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514- WA0056” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 13:47-də Daşdatük, Azərbaycan, saat 15:07-də Ələt-Astara-İran yolu, saat 15:19-da Ələt-Astara-İran yolu, saat 16:25-də Heydər Əliyev prospekti, Lənkəran, Azərbaycan, saat 17:17-də Ələt-Astara-İran yolu, saat 17:37-də Ələt-Astara-İran yolu anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0055” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 17:37-də Ələt-Astara-İran yolu, saat 18:15-də Astara-Bakı şosesi, Velədi, Azərbaycan, saat 18:28-də Ələt-Astara-İran yolu, saat 19:00-da İmadəddin Nəsimi küçəsi, döngə 1 Lənkəran, saat 20:04-də Ələt-Astara- İran yolu, saat 20:47-də Liman, Azərbaycan anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0010” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 21:36-da X25 Hüseyn küçəsi Lənkəran, saat 22:14-də Zərifə Əliyeva küçəsi Lənkəran, saat 22:29-da Həzi Aslanov küçəsi Lənkəran, saat 23:00-da X25 Hüseyn küçəsi Lənkəran, saat 23:17-də X25 Hüseyn küçəsi Lənkəran anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0069” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 00:28-də Ələt-Astara-İran yolu, saat 01:08-də X25 Hüseyn küçəsi, Lənkəran, saat 10:46-da Şəhidlər Xiyabanı küçəsi, döngə 7, Lənkəran, saat 11:58-də Ələt-Astara-İran yolu, saat 12:37-də X25 Hüseyn küçəsi, Lənkəran anten dairəsində olması əks olunmuşdur. “İMG-20240514-WA0011” adlı faylda **-XP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 18:07-də Liman Azərbaycan, saat 19:01-də Liman Azərbaycan, saat 19:33-də Yeni Ələt-Astara-İran yolu, saat 20:18-də Liman Azərbaycan, saat 22:27-də Alar yolu, Alar Azərbaycan, saat 22:49da Ocaqlı Azərbaycan anten dairəsində olması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı **-XP-*** dövlət nömrə nişanlı avtomobilin 13-14 aprel və 23-24 aprel 2024-cü il tarixlərində Lənkəran rayonu ərazisində müxtəlif anten dairələrində olması müəyyən edilmişdir. Disk bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə “Azercell MMC”dən 10406 saylı xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin üzərində “Verbatim”, “CD-R, 700, 52*80 6924/xx.xx.2024” yazıları yazılmışdır. Diskdə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid məlumatların olduğu məlum olur. Diskə baxış zamanı diskdə “505510151_SMS”, “**********_SMS”, “514161616_SMS”, “**********51.txt”, “**********.txt”, “5********.txt”, “abunecilər.xlsk” və “antenna.xlsk” adlı fayların olması görünür. “Antenna.xlsk” adlı faylda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin bir biriləri ilə mütəmadi telefon danışıqlarının olması aşkarlanır. Həmin faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə, saat 07:13-də “Lenkeran r-nu Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 11:43-də “Lenkeran r-nu Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 14:06-da “Lenkaran r.Dashtatuk kendi”, saat 16:21-də “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayı”, saat 17:58-də “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayı”, saat 21:10-da “Lenkeran r-nu ,Liman”, xx.xx.2024-cü il tarixdə, saat 10:10-da “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayı”, saat 12:02-də “Lenkeran r-nu "Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 13:35-də “Lerik r-nu,Piran”, saat 18:15-də “Lenkeran ray., Liman”, xx.xx.2024-cü il tarixdə, saat 01:22-də “Celilabad r-nu” anten dairələrində olması müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə, 19:18-də “Lenkeran r-nu ,Liman”, saat 19:34 “Lenkeran r-nu ,Liman” anten dairələrində olması müəyyən edildi. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə, saat 19:19-da “Lenkaran r-nu”, saat 19:59-da “Lenkeran r-nu "Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 23:52-də “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayı”, xx.xx.2024-cü il tarixdə, saat 00:21-də “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayı”, saat 01:13-də “Lenkeran r-nu, Liman” anten dairələrində, xx.xx.2024-cü il tarixdə, saat 04:18-də “Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayı”, saat 11:47-də “Lenkeran r-nu "Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 11:48-də “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayı”, saat 16:28-də “Lenkeran r-nu.”, saat 18:17-də “Lenkeran r-nu Aeroportun yani Kerpic zavodu”, saat 21:33-də “Lenkeran r-nu.”, saat 22:24-də “Lenkeran r-nu.”, xx.xx.2024-cü il tarixdə, saat 00:46-da “Lenkeran r-nu "Lenkaran stadionun yanindaki Bakcell qullesi", saat 12:02-də “Lenkeran sh., Fuzuli kucesi 50 " Cenub" shadliq sarayı”, xx.xx.2024-cü il tarixdə, saat 01:19-da “Celilabad r-nu,Allar” anten dairələrin olması müəyyən edilmişdir. Disk bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət iş üzrə “Azerfon MMC”dən 443/24 saylı xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş 1 ədəd CD diskə yuxarıda göstərilən müddət ərzində baxış keçirilmişdir. Lənkəran ŞRPŞ-nə daxil olmuş məktubda ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin şəbəkəsindən "xxxx" MMC-nin şəbəkəsinə, xx.xx.2024-cü il tarixdə isə yenidən "xxxx" MMC-nin şəbəkəsindən "xxxx" MMC-nin şəbəkəsinə daşındığı, ***-***-**-** saylı mobil nömrənin isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Azerfon şəbəkəsində istifadə edilmədiyi göstərilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində “nar”, “240620096”, “Sənə ən yaxın” yazıları yazılmışdır. Baxış zamanı diskdə “Mushteri zenglerinin detallashmasi_505510151” adlı 38KB həcmində faylın olması görünür. Faylda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə aid məlumatların olduğu məlum olur. Həmin faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə, saat 23:44-də və xx.xx.2024-cü il tarixdə, saat 12:24-də iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə telefon danışıqlarının olması aşkar edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Disk bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət iş üzrə “Bakcell MMC”dən 9386/24 saylı xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş 1 ədəd CD diskə yuxarıda göstərilən müddət ərzində baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin üzərində “bakcell”, BKC/LGL-9386.24” yazıları yazılmışdır. Diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid məlumatların olduğu məlum olur. Diskdə “zənglərin detallaşması” və “zənglərin məxsusluq tarixçələri” adlı fayların olması görünür. “Zənglərin məxsusluq tarixçələri” adlı faylda ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs3 adına olması aşkar olunur. Həmçinin “zənglərin detallaşması” adlı faylda xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında telefon danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Disk bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmişdir. DİN-nin kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 5999/2024 saylı məktubunda xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş və KTİ-yə təqdim edilmiş 01 ədəd ling üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 (xx.xx.1987-ci il, Bakı ş.) məxsus olduğu müəyyən edilmişdir. İnternet çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixinə 1 rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi 0,0182 manat, 1 abş dollarının Azərbaycan manatına olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. Əməliyyat tapşırığının cavabından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 12 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 8000 abş dolları və 930.000 rus rublunu Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamışdır. Oğurluq barədə məlumatları isə onlara Zərərçəkmiş şəxs qohumu Təqsirləndirilən şəxs3 vermişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onların hər üçü saxlanılaraq istintaq bölməsinə təqdim edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan oğurluq hadisəsini törədərkən onlara başqa heç kim köməklik etməmiş, oğurluq barədə heç kimin məlumatı olmamış, həmçinin Lənkəran rayonu Sütəmurdov kənd sakini Şahid2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran rayonunda yerləşən “Aysberq” adlı oteldə qalmaları üçün yerləşdirərəkən sonuncuların nə məqsədlə Lənkəran rayonuna gəldiklərindən onun məlumatı olmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 aprel 2024-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2008-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20% dövlət hesabına tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti təyin edilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs3 təyin edilmişsınaq müddəti bitdiyi üçün barəsində olan nəzarət işi başlanılaraq xx.xx.2009-cu il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından, hökmdən, ƏN PX-nin 6 saylı Cəzaçəkmə müəssusəsinin məktubundan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 2 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1526 nömrəli arayışından məlum olur ki, Əkbərov X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1527 nömrəli arayışından məlum olur ki, Nuruşov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Respublikası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 6247 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/057771-24 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi: həyat yoldaşı -xx.xx.1990cı il təvəllüdlü X10, qızı – xx.xx.2012-ci il təvəllüdlü X11 və qızı – xx.xx.2016-cı il təvəllüdlü X3 ibarətdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 749 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Əkbərov X6 rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ev 8 ünvanında həyat yoldaşı – X9, oğlu – xx.xx.2013-cü il təvəllüdlü X15 və qızı – xx.xx.2024-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayışyeri üzrə müsbət xarakterizə edilir. Cəlilabad RİHB-nın Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1839 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Nuruşov X1 rayonu, Musalı kəndində anası – 1959-cu il təvəllüdlü X12, qardaşı - 1992ci il təvəllüdlü X7 və qardaşı – 1994-cü il təvəllüdlü X8 ilə birlikdə qeydiyyatdadır və həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamadığına görə xasiyyətnamə verilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd ling, oğurluq hadisəsinin video görüntüsü olan bir ədəd disk, Azercell, Baksel və Azərfon MMC-yə aid mobil operatorlarından götürülmüş təqsirləndirilən şəxslərə aid mobil nömrələrin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 03 ədəd disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən görüntülərin köçürüldüyü iki ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 27 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 29 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Lənkəran regional “ASAN xidmət” mətkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-17528 reyestr nömrəsi ilə təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam həcmdə ödənilmişdir və təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri yanaşı, şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, hadisə yerlərinə keçirilmiş baxış, oğurluq hadisəsinin qeydə alındığı bir ədəd CD diskdə olan videogörüntülər, ifadələrin yerində yoxlanılması barədə protokollar, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı CD disklərə köçürülmüş videogörüntülər, CD disklərə baxış keçirilməsi haqqında protokollar, DİN-nin KTİ-dən daxil olmuş məktub və götürülmüş maddi sübut, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7, 11,12, 17 və 18-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 177.2.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4-cü maddəsinə əsasən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli CM-nin 32.5. 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-nin 32.5. 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 etdiyi cinayət əməlini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində azyaşlı uşaqlarının olması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və barışmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 aprel 2024-cü il tarixdən 05 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrə münasibətdə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 etdiyi cinayət əməlini etiraf etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və barışmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 etdiyi cinayət əməlini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində azyaşlı uşaqlarının olması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və barışmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 29 aprel 2024-cü il tarixdən 05 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrə münasibətdə icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış – oğurluq hadisəsinin video görüntüsünün köçürüldüyü bir ədəd disk, Azercell, Baksel və Azərfon MMC-yə aid mobil operatorlarından götürülmüş təqsirləndirilən şəxslərə aid mobil nömrələrin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 03 ədəd disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələri yerində yoxlanılarkən görüntülərin köçürüldüyü iki ədəd CD disk (cəmi: 07 (yeddi) ədəd CD disk) iş materiallarında saxlanılmalı və bir ədəd ling məhv edilməlidir. İş üzrə məhkəmə xərcinin, müsadirə ediləsi əmlak və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 aprel 2024-cü il tarixdən 05 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrə münasibətdə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsini 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 29 aprel 2024-cü il tarixdən 05 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrə münasibətdə icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış – oğurluq hadisəsinin video görüntüsünün köçürüldüyü bir ədəd disk, Azercell, Baksel və Azərfon MMC-yə aid mobil operatorlarından götürülmüş təqsirləndirilən şəxslərə aid mobil nömrələrin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 03 ədəd disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələri yerində yoxlanılarkən görüntülərin köçürüldüyü iki ədəd CD disk (cəmi: 07 (yeddi) ədəd CD disk) iş materiallarında saxlanılsın və bir ədəd ling məhv edilsin. İş üzrə məhkəmə xərcinin, müsadirə ediləsi əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-227/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-227/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver