Məhkəmə qərarları › İş №1(049)-228/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-228/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-228/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx xxxx 1986-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiy elan edilməsi haqqında” Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarın 4-cü bəndinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən, yaşayış sahəsi hesab edilən evə, anbara və başqa saxlanc yeri hesab edilən toyuq hininə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamış, habelə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarında,saat 21-22 radələrində Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən evə, pəncərənin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq,evdən 300 manat qiymətində 1 ədəd preparator aparatını,200 manat qiymətində 1 ədəd laqonda aparatını,45 manat qiymətində 1 ədəd kiçik laqonda aparatını,50 manat qiymətində 1 ədəd tozsoranı,200 manat qiymətində 1 ədəd kişi paltosunu,25 manat qiymətində 1 dəst çay servisini,50 manat qiymətində 1 ədəd gecə işığını (noçnik) və 40 manat qiymətində 1 ədəd odeyalı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 cəmi 910 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən X3 məxsus evin həyətində yerləşən başqa saxlanc yeri hesab edilən toyuq hininə, evin həyətinin dəmir setkadan olan çəpərindən tullanıb keçərək qanunsuz daxil olmaqla, toyuq hindən bir ədədin qiyməti 50 manat olmaqla, cəmi 100 manat qiymətində 2 ədəd hind quşlarını, 10 manat qiymətində bir ədəd toyuğu və 10 manat qiymətində 1 ədəd toyuq xoruzunu gizli olaraq talamaqla,zərərçəkimiş şəxs Babək Rüstəmova cəmi 120 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən X3 məxsus yaşayış sahəsi hesab edilən evə,evin həyətinin dəmir setkadan olan çəpərindən tullanıb keçərək açıq olan qapısından qanunsuz daxil olmaqla, evdən 30 manat qiymətində 1 ədəd "EUROLUX" markalı tozsoranı, sonra isə evin həyətində olan anbara,qapısını əli ilə açmaqla qaunsuz daxil olaraq,anbardan 250 manat qiymətində 1 ədəd qaynaq aparatını, 150 manat qiymətində 1 ədəd laqonda aparatını,140 manat qiymətində 1 ədəd preparator aparatını və 150 manat qiymətində 1 ədəd drel aparatını gizli olaraq talamaqla,zərərçəkimiş şəxs Babək Rüstəmova cəmi 720 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 01 fevral 2023-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi-0,777 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 01 fevral 2023-cü il tarixdə, saat 15 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 15:10 dəqiqədə Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə narkotik vasitə olan heroin 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə dəfə oğurluq və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. 2022-ci ilin oktyabr ayının ortalarında narkotik vasitə almaq məqsədilə pul əldə etmək üçün Qumbaşı kəndində saat 21-22 radələrində bir sahibsiz evin pəncərəsinin şüşəsini sındırıb evə daxil olaraq oradan 1 ədəd preparator aparatını, 1 ədəd laqonda aparatını,1 ədəd kiçik laqonda aparatını,1 ədəd tozsoranı,1 ədəd kişi paltosunu, 1 dəst çay servisini, 1 ədəd naçniki və 1 ədəd odeyalı oğurlamış, onları yaşadığı Nərimanabad qəsəbəsinə gətirmiş, səhərisi gün onları Lənkəran şəhər bazarına apararaq tanımadığı şəxsə 100 manata satmışdır. Həmin şəxs əşyaların oğurluq olduğunu bilməmişdir. O, həmin 100 manat pula heroin alıb bir müddət istifadə etmiş və yerdə qalan pulu da özü üçün yeyib-içməyə xərcləmişdir. 31 dekabr 2022-ci il tarixdə, axşam saatlarında qərara gəlmişdir ki, Nərimanabad qəsəbəsində yaşayan Babək və Taleh qardaşlarına məxsus evdən oğurluq edib pul qazansın, çünki bilmişdir ki, həmin gün qardaşlar evdə olmayacaqlar. Buna görə də, o, həmin günü saat 22 radələrində Babəkin toyuq hinindən 2 ədəd hind quşunu, bir ədəd toyuq və bir ədəd toyuq xoruzunu oğurlayıb onları həmin günü Liman şəhərinə aparmış və tanımadığı şəxsə cəmi 50 manata satmışdır. Oğurluqdan qazandığı 50 manat pulu yeni il gecəsi yeyib-içməyə xərcləmişdir. 27 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində isə yenə də Babəkin evdə olmadığını bildikdən sonra onun evindən tozsoranı, həyətində olan anbardan bir ədəd qaynaq aparatını, bir ədəd laqondanı, bir ədəd preparatoru və bir ədəd drel aparatını oğurlayıb öz həyətinə gətirmiş və ailə üzvüləri bilməsin deyə həyətdə gizlətmişdir. Səhərisi günü, saat 08 radələrində oğurladığı əşyaları Lənkəran şəhər bazarında tanımadığı şəxsə cəmi 130 manata satmışdır. Həmin şəxsə əşyaların oğurluq olduğunu deməmişdir. Tozsoranı isə saat 17 radələrində qonşusu Zakirin oğlu Elmidara, öz evinin əşyası adi ilə 22 manata satmışdır. Tozsoranı oğurladığını Elmidara deməmişdir. Oğurluqdan qazandığı pulları özü üçün xərcləmişdir. 01 fevral 2023-cü il tarixdə saat 13 radələrində istifadə etmək üçün heroin almaq məqsədilə Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan əraziyə getmişdir. Həmin gün saat 14 radələrində adını bilmədiyi şəxsə 10 manat verib, ondan bir bükümdə heroin almış və avtobusa əyləşib Liman şəhərinə gəlmişdir. Liman şəhərinin mərkəzində avtobusdan düşmüş və heroindən istifadə etmək üçün piyada gəzərək münasib yer axtarmağa başlamışdır. Həmin günü saat 15-16 radələrində Liman şəhəri H.Aslanov küçəsində piyada gəzdiyi zaman polis işçiləri onu tutub Liman polis bölməsinə gətirmişlər. Orada onun üzərində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının cibindəki olan bir bükümdə heroini çıxardıb təqdim etmişdir. Onunla bu barədə sorğu sual edildikdə, üzərində aşkar olumuş heroinin özünə məxsus olduğunu, heroinin həmin gün günorta saatlarında böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Bundan əlavə o, yuxarıda göstərdiyi oğurluqları da etdiyini etiraf edərək oğurluqda məqsədi oğurladığı əşyaların satışından əldə etdiyi pula narkotik vasitə alamaq olduğunu bildirmişdir. Hazırda etdiyi əməldən çox peşman olmuşdur. Məhkəmədən barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq o, məhkəməyə yazılı surətdə ərizə təqdim edərək özünü tam təqsirli olduğunu bildirib barəsində olan cinayət işini yekunlaşdırıb ona yüngül cəza verilməsini xahiş edərək zərəçəkmiş şəxslər və şahidlərin dindirilmələrinə ehtiyacının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, şəxsi axtarış və götürmə barədə protokol, həmin protokola əlavə edilmiş videogörüntü, məhkəmə-kimyəvi və ambulator-məhkəmə narkoloji ekspertizalarının rəyləri, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər, Lənkəran ŞRPŞ-nin, Liman PB-nin 31 yanvar 2023-cü il tarixli, 3-13-96-1/2-169/2023 nömrəli məktubu, təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, maddi sübut, tanınmaya təqdim etmə protokolu, ifadənin yerində yoxlanılması barədə protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, mütəxəssis (arayış) rəyi, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs1 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirlən şəxsdən şikayətçi və tələbkar olmaqla ona ağır cəza verilməsini bildirərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə o, 24 sentyabr 2020-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək üç uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonunda kirayədə yaşamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında adını xatırlamadığı Qumbaşı kəndindəki qonşusu ona zəng edərək, evinin pəncərəsinin şüşəsinin sındığını bildirmişdir. Buna görə də o, 29 noyabr 2022-ci il tarixdə Qumbaşı kəndindəki evinə gəlmiş və evində olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal anlamışdır ki, kimsə pəncərənin şüşəsini sındırıb evdən ona məxsus əşyaları oğurlayıb aparmışdır. O, evində olan əşyalara baxmış və 300 manat qiymətində olan bir ədəd preparator aparatının, 200 manat qiymətində olan bir ədəd laqonda aparatının, 45 manat qiymətində olan bir ədəd kiçik laqonda aparatının, 50 manat qiymətində olan bir ədəd tozsoranın, 200 manat qiymətində olan bir ədəd kişi paltosunun, 25 manat qiymətində olan bir dəst çay servisinin, 50 manat qiymətində olan bir ədəd gecə işığının və yataq taxtının üzərinə sərdiyi 40 manat qiymətində olan bir ədəd odeyalın oğurlandığını görmüşdür. Buna görədə o, DİNnin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Evində baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 910 manat ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər zərərçəkmiş şəxs X3 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iclasa gəlməməyinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümükün hesab edir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, subay bibisi Şahid3 ilə birlikdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayır. 2022-ci ilin yay aylarından etibarən 15-20 günlük fəhlə işləmək üçün Bakı şəhərinə gedibqayıtmışdır. 2022-ci ilin dekabr ayının 31-də Bakı şəhəridə olduğu zaman, saat 24 radələrində bibisi ona zəng edərək, naməlum şəxsin həyətdə olan toyuq hinindən 2 ədəd hind quşunu, bir ədəd toyuğu və bir ədəd toyuq xoruzunu oğurladığını bildirmişdir. İşi çox olduğu üçün rayona qayıdarq polisə məlumat verə bilməmişdir. 27 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində bibisi yenə də ona zəng edərək, naməlum şəxsin evdən bir ədəd tozsoranı və həyətdə olan anbardan 1 ədəd qaynaq aparatını, 1 ədəd laqonda aparatını, 1 ədəd preparator aparatını və 1 ədəd drel aparatını oğurladığını apardığını bildirmişdir. Buna görə də o, 29 yanvar 2023-cü il tarixdə Nərimanabad qəsəbəsinə qayıtmış və bibisinin ona dediyi əşyaların oğurlandığını görmüşdür. Bundan sonra, o, DİNnin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisələri barədə məlumat vermişdir. 02 fevral 2023-cü il tarixdə polis işçisi ona zəng edərək, oğurluqları Təqsirləndirilən şəxs törətdiyini bildirmişdir. Oğurluq nəticəsində ona cəmi 840 manat ziyan dəymişdir. Belə ki, Rəşadın onun evindən oğurladığı bir ədəd tozsoranın qiyməti 30 manat, toyuq hinindən oğurladığı 2 ədəd hind quşunun bir ədədinin qiyməti 50 manat olmaqla 100 manat,bir ədəd toyuğun qiyməti 10 manat,bir ədəd toyuq xoruzunun qiyməti 10 manat, anbardan oğurladığı bir ədəd qaynaq aparatının qiyməti 250 manat, bir ədəd laqonda aparatının qiyməti 150 manat,bir ədəd preparatorun qiyməti 140 manat və bir ədəd drel aparatının qiyməti 150 manat olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində Şahid1 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iclasa gəlməməyinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümükün hesab edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır. Rəşadın yaşadığı evlə onun yaşadığı evin araməsafəsi təxminən 50-60 metrdir. 27 yanvar 2023-cü il tarixdə, saat 17-18 radələrində yaşadığı evin həyət qapısının qarşısında dayanıb siqaret çəkdiyi zaman Rəşad əlində olan tozsoranla ona yaxınlaşmış və pula ehtiyacı olduğu üçün evinin əşyası olan tozsoranı satmaq istədiyini ona bildirmişdir. O Rəşadla 22 manata razılaşaraq tozsoranı Rəşaddan almışdır .02 fevral 2022-ci il tarixdə onu Liman polis bölməsinə çağıraraq Rəşaddan tozsoran alıb-almadığını soruşmuşlar. O da Rəşaddan tozsoran aldığını bildirmişdir. Orada ona bildirmişlər ki, Rəşadın ona satdığı tozsoranı Rəşad Babəkin evindən oğurlamışdır. O da, Rəşadın həmin tozsoranı ona satarkən oğurluq olduğunu demədiyini bildirmişdir. Daha sonra o, həmin tozsoranı polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə məlumat əldə etmiş, buna görə də onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Liman polis bölməsinin polis sahə rəisi Şahid4 və Liman polis bölməsinin polis nəfəri Şahid5 da cəlb edilmişdir. 01 fevral 2023-cü il tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri, H.Aslanov küçəsində görüb onu polis bölməsində gətirmişlər. Daha sonra isə təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmiş, video çəkilişlə onun üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs həmin əynində olan şalvarının cibindən bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Rəşad bildirmişdir ki, həmin bükümdəki kütlə heroindir və ona məxsusdur. Həmin bükümü Lənkəran şəhərində yerləşən "Böyük bazar" deyilən ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkildi və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər hər hansı bir cinayətin törədilməsində iştirakının olub-olmadığını və yaxud da hər hansı bir cinayət əməlini törədib-törətmədiyini soruşmuşdur.Təqsirləndirilən şəxs bir neçə ay əvvəl Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən yaşayış olmayan evdən laqonda, qabqacaq və sair əşyaları, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən Taleh və Babək qardaşlarına məxsus evdən isə tozsoran, laqonda, direl, qaynaq və preparator aparatları oğurladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid, Liman polis bölməsinin polis sahə rəisi Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində Şahid3 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iclasa gəlməməyinin səbəbini üzrsüz sayara işə onun iştirakı olmadan baxılmasını mümükün hesab edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, o, qardaşı oğlu Babəklə birlikdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayır. Həmin ev Babəkə məxsusdur. Hər gün saat 06 radələrində evdən çıxıb işə gedir, saat 16 radələrində evə qayıdır. Babək 2022-ci ilin yay aylarından etibarən 15-20 günlük fəhlə işləmək üçün Bakı şəhərinə gedib-qayıtmışdır. O, 31 dekabr 2022-ci il tarixdə, saat 24 radələrində həyətə çıxıb göz gəzdirəndə toyuq hininin qapısının açıq vəziyyətdə, toyuqların isə həyətə dağılmış vəziyyətdə olduğunu görmüşdür.O, toyuqları hinə yığan zaman 2 ədəd hind quşunun, bir ədəd toyuq və bir ədəd toyuq xoruzunun olmadığını görmüşdür. Buna görə də o, Babəkə zəng edib bu barədə məlumat vermişdir. Babək də Bakı şəhərindən qayıdan kimi oğrunu tapacağını ona bildirmişdir. O, 26 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində işdən çıxıb yaşadığı evə gəlmişdir. Səhərisi günü, xəstəliyi ilə bağlı işə getməmiş və evdən həyətə çıxan zaman həyətdə olan anbarın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür.O, tez anbara daxil olmuş və anbarda olan 1 ədəd qaynaq aparatının, 1 ədəd laqonda aparatının, 1 ədəd preparator aparatının və 1 ədəd drel aparatının yerində olmadığını görmüşdür. Həmin vaxtı anlamışdır ki, yenə də kimsə anbara daxil olaraq həmin əşyaları oğurlayıb aparmışdır.O, evə qayıtmış və evi təmizləmək üçün otaqdan tozsoranı götürmək istəyərkən, tozsoranın da qoyduğu yerdə olmadığını görmüşdür. Buna görə də o, yenə də Babəkə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Babək 29 yanvar 2023-cü il tarixdə evinə qayıtmış və DİN-nin 102 xidmətinə zəng edib, evdə baş vermiş oğurluq hadisələri barədə məlumat vermişdir. 02 fevral 2023-cü il tarixdə Babək ona bildirmişdir ki,, onların evindən 2 ədəd hind quşunu, bir ədəd toyuğu, bir ədəd toyuq xoruzunu və anbardan məişət avadanlıqlarını Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət işində olan 29 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus ev Lənkəran rayonunun Qumbaşı kəndində yerləşir və Zərərçəkmiş şəxs1 evinin pəncərəsinin şüşəsinin sındırıldığı və özünə məxsus 1 ədəd preparator aparatı,1 ədəd laqonda aparatı,1 ədəd kiçik laqonda aparatı,1 ədəd tozsoran,1 ədəd kişi paltosu,1 dəst çay servisi,1 ədəd gecə işığı və 1 ədəd odeyalın evindən oğurlandığı yerləri göstərir. Cinayət işində olan 29 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X3 məxsus ev Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşir və Babək Rüstəmov, özünə məxsus 2 ədəd hind quşlarının,1 ədəd toyuğun,1 ədəd toyuq xoruzunun,1 ədəd "EUROLUX" markalı tozsoranın,1 ədəd qaynaq aparatının,1 ədəd laqonda aparatının,1 ədəd preparator aparatının və 1 ədəd drel aparatının evindən oğurlandığı yerləri göstərir. Cinayət işində olan şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq etmişdir. Cinayət işində olan "xxxx" MMC-nin direktoru Miri Ağayevin 03 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, təqdim olunmuş 01 ədəd tozsoran "EUROLUX" markalıdır, Çin istehsallıdır, üst hissəsi sarı, alt hissəsi isə qara rənglidir. Həmin tozsoranın 27 yanvar 2023-cü il tarixə orta bazar qiyməti 30 manatdır. Cinayət işində olan ekspertizanın 02 fevral 2023-cü il tarixli, 19/148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm......" sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,777 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,727 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının ekspertizasının 02 fevral 2023-cü il tarixli, 111 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatdadır. Cinayət işində olan şübhəli şəxs qismində tutulma haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il, saat 15.10-dan hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, aparılmış istintaq zamanı öz müdafiəsi üçün dəlillər gətirməsə də, 03 fevral 2023-cü il tarixdə barəsində "həbs" qismində qətimkan tədbirinin seçilməsinə dair Lənkəran rayon məhkəməsinin inzibati binasında keçirilən qapalı məhkəmə iclasında öz müdafiəsi üçün dəlillər gətirərək, Zərərçəkmiş şəxs1 evindən 1 ədəd laqonda aparatı,1 ədəd preparator aparatı və 1 dəst cay servisindən başqa, 1 ədəd kiçik laqonda aparatını,1 ədəd tozsoranı,1 ədəd kişi paltosunu,1 ədəd gecə işığını və 1 ədəd odeyalı oğurlamadığını, X2 evindən isə 1 ədəd tozsoran,1 ədəd laqonda aparatı,1 ədəd preparator aparatı və 1 ədəd drel aparatından başqa, 2 ədəd hind quşlarını,1 ədəd toyuğu, 1 ədəd toyuq xoruzunu və 1 ədəd qaynaq aparatını oğurlamadığını göstərsə də, onun yuxarıda göstərilən əşyaları və ev quşlarını gizli olaraq talayıb oğurlaması, özünün etirafedici ifadələri ilə yanaşı, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər, Lənkəran ŞRPŞ-nin, Liman PB-nin 31 yanvar 2023-cü il tarixli, 3-13-96-1/2-169/2023 nömrəli məktubu, ifadənin yerində yoxlanılması barədə protokol,həmin protokola əlavə edilmiş fotoşəkillər, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirildiyindən, 23 mart 2023-cü il tarixli qərarımla həmin xüsusatlar özünü müdafiə kimi qiymətləndirilərək rədd olunmuşdur. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, iş üzrə maddi sübut və qalıq çəkisi 0,727 qram olan narkotik vasitə heroin saxlanılması üçün Lənkəran rayon Şəhər Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasina təhvil verilməsi, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD diskin isə iş materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən, eləcə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İbadov X4 Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 305-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirimiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə ilə təqsirli bilinib cəzası 03 ilə endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərən cəzası 01 il 03 aya endirilmiş, xx.xx.2017-ci ildə cəzasının sonun ilə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhrum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzanın əvvəli xx.xx.2021-ci il tarixdə hesablanmaqla 01 il 09 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsinin 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, CM-nin 18 və 83-cü maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd "EUROLUX" markalı tozsoran zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməninn yekun qərarınadək saxlanılması üçün təhvil alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməsi və peşiman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bundan əvvəl təqsirləndirilərək məhkum olunmuş CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı xx.xx.2022-ci il tarixdən 02 il müddət keçməmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2020-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdılr. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və və Lənkəran rayon Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,727 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarına saxlanılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan 1 ədəd "EUROLUX" markalı tozsoran zərərçəkmiş şəxs X3 verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 dəymiş ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutularaq, Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2020-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,727 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarına saxlanılsın. Maddi sübut olan 1 ədəd "EUROLUX" markalı tozsoranın zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspertiza xərci dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 dəymiş ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar