Məhkəmə qərarları › İş №1(049)-228/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-228/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-228/2024 28.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx.xx.1960-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, təqaüdçü, Lənkəran şəhəri Yalçın Həsənov küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmin ünvanda yerləşən fərdi yaşayış evinin küçəyə açılan qapısının qarşısına qoyulan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 250 manat dəyərində 3x4 metr ölçüdə “Təbriz” xalçası, 1 ədəd 150 manat dəyərində 2x3 metr ölçüdə “Kaşmir” xalçası və 1 ədəd 200 manat dəyərində 2.5 x 5 metr ölçüdə “Kaşmir” xalçasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində fərdi yaşayış evlərindən birinin qapısının açıq olduğunu, yolun kənarında darvazanın qarşısında 3 ədəd xalçanın olduğunu görmüş və həmin xalçaları oradan götürüb yaşadığı ünvana aparmaq qərarına gəlmişdir. Həmin vaxt o, ətrafa baxmış, ətrafda kimsənin olmadığını gördükdən sonra yoldan keçən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili saxlatmışdır. Həmin 3 ədəd xalçanı Lənkəran şəhəri Yalçın Həsənov küçəsi ev 13 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə aparmaq üçün yanında saxlayan taksi sürücüsünə həmin xalçaları öz xalçaları kimi təqdim etmiş və həmin xalçaları yerlə sürüyərək avtomobilin yük yerinə yerləşdirmiş və yaşadığı ünvana aparmışdır. Evində xalça olmadığına görə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsində yolun kənarından 3 ədəd xalçanı istifadə etmək məqsədilə oğurlamış və yaşadığı ünvana aparmışdır. Əməlindən peşmandır. Zərərçəkmişə dəyən ziyanı ödəmişdir və onunla barışmışdır. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 17 radələrində özünə məxsus 3 ədəd xalçanı yudurtmaq üçün ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin çölündə yolun kənarına qoymuşdur. Həmin xalçalardan biri “Kaşmir” digər iki ədəd xalça isə “Təbriz” xalçası olmuşdur. “Təbriz” xalçasının eni 3 metr, uzunluğu isə 4 metr olmuşdur. Kaşmir xalçasının birinin eni 2 metr 50 sm, uzunluğu isə 5 metr, digər Kaşmir xalçasının eni 2 metr, uzunluğu isə 3 metr olmuşdur. Həmin xalçalar 2 il olar ki, istifadəsindədir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində həmin 3 ədəd xalça ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin çölündə, yolun kənarından oğurlanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən ona məxsus 3 ədəd xalçanı oğurlayan şəxsin şəxsiyyəti müəyyən olunaraq Lənkəran ŞRPŞ-nə gətirildi. Lənkəran ŞRPŞ-də ona məxsus xalçaları oğurlayan şəxsin Lənkəran şəhəri Y.Həsənov küçəsində yaşayan Təqsirləndirilən şəxs olması ona məlum oldu, o, əvvəllər həmin şəxsi tanımırdı xx.xx.2024-cü il tarixdə axşam saatlarında Balayeva X3 ŞRPŞ-in inzibati binasının həyətində oğurladığı ona məxsus eni 3 metr, uzunluğu 4 metr 1 ədəd “Təbriz” xalçasını, eni 2 metr 50 sm, uzunluğu isə 5 metr 1 ədəd “Kaşmir” xalçasını və eni 2 metr, uzunluğu isə 3 metr olan 1 ədəd “Kaşmir” xalçasını polis əməkdaşlarının iştirakı ilə ona təqdim etdi, həmin xalçalara baxış keçirtmişlər, həmin xalçaları tanımış, xalçalar ona məxsus xalçalardır, həmin xalçalar qəbzlə ona təhvil verilmişdir. Oğuluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir, belə ki, eni 3 metr, uzunluğu 4 metr “Təbriz” xalçasının qiyməti 250 manat, eni 2 metr 50 sm, uzunluğu isə 5 metr “Kaşmir” xalçasının qiyməti 200 manat, eni 2 metr, uzunluğu isə 3 metr olan digər “Kaşmir” xalçasının qiyməti isə 150 manat təşkil edir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. O, Rəyasat Balayeva ilə barışmışdır və ona dəymiş ziyan tam olaraq ödənilmiş, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 05 avqust 2024-cü il tarixli baxış protokolundan görünür ki, oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə üzbəüz küçədə, fərdi yaşayış evinin qarşısında baş vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə üzbəüz küçədə yolun kənarından oğurladığı 1 ədəd “Təbriz” xalçası və 2 ədəd “Kaşmir” xalçası ondan götürülmüş, götürmədə iştirak edən Zərərçəkmiş şəxs özünə məxsus olan 1 ədəd “Təbriz” xalçası və 2 ədəd “Kaşmir” xalçasını dəqiqliklə tanımışdır. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, eni 3 metr, uzunluğu 4 metr olan 1 ədəd “Təbriz” xalçasının qiymətinin 250 manat, eni 2 metr 50 sm, uzunluğu isə 5 metr olan 1 ədəd “Kaşmir” xalçasının qiyməti 200 manat, eni 2 metr, uzunluğu isə 3 metr olan digər 1 ədəd “Kaşmir” xalçasının qiyməti isə 150 manat olmaqla 3 ədəd xalçanın ümumi qiymətinin 600 manat olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. ünvan 2 ünvanında tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X4 yaşadığı dövrdə məhəllə sakinləri və qonşularla yaxşı və səmimi münasibətdə olmuşdur. Məhəllədə keçirilən ictimai tədbirlərdə həmişə yaxından iştirak etmiş, ağsaqqal və ağbirçəklərə yaxından köməklik etmiş və onların dərin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və götürülmüş olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 3x4 metr ölçüdə “Təbriz” xalçası, 1 ədəd 2x3 metr ölçüdə “Kaşmir” xalçası və 1 ədəd 2.5 x 5 metr ölçüdə “Kaşmir” xalçalar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qəbzlə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd 3x4 metr ölçüdə “Təbriz” xalçası, 1 ədəd 2x3 metr ölçüdə “Kaşmir” xalçası və 1 ədəd 2.5 x 5 metr ölçüdə “Kaşmir” xalçalar Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X6 Hidayət qəzı ilə barışmışdır, ona dəyən maddi ziyan tam ödənilmişdir və şikayət və tələbi yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, X1 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdirdir. Belə ki, təqsirləndirilən şəxs X1 həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Ona görə də X4 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 177.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə X4 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlini səmimi etiraf edib peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində isah işləri növündə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Arzuman Əliyev ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün icrası Rəyasər Balayevanın yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut 1 ədəd 3x4 metr ölçüdə “Təbriz” xalçası, 1 ədəd 2x3 metr ölçüdə “Kaşmir” xalçası və 1 ədəd 2.5 x 5 metr ölçüdə “Kaşmir” xalçaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X4 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. İslah işləri cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X4 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut 1 ədəd 3x4 metr ölçüdə “Təbriz” xalçası, 1 ədəd 2x3 metr ölçüdə “Kaşmir” xalçası və 1 ədəd 2.5 x 5 metr ölçüdə “Kaşmir” xalçaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar