Məhkəmə qərarları › İş №1(049)-23/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-23/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-23/2024 31.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Cabbarov X15 şəhər Mədəniyyət və Turizm şöbəsinin rəisinin 01 aprel 2016-cı il tarixli 26 nömrəli əmri ilə X6 İdarəsinin Qəni Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Mədəniyyət Evinin (2017-ci ilin may ayından isə Gərmətük qəsəbə sənətkarlıq klubunun) müdiri vəzifəsinə təyin edilməklə 01 aprel 2016-cı il tarixdən 15 dekabr 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinin Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin klub filialları işçilərinin vəzifə bölgüsü”nə əsasən klub müdiri kimi işçilərin işə davamiyyətinə, vəzifəsinin icrasına nəzarət etmək, işə davamiyyət tabel jurnallarının, inventar kitablarının toplanması, qorunması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qazanc əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinə məxsus olmaqla ona etibar olunmuş özgənin xeyli miqdarda əmlakını mənimsəmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktorunun 30 aprel 2016-cı il tarixli 22 nömrəli əmr ilə müdiri olduğu kluba xadiməçi vəzifəsinə işə götürülmüş tanışı Şahid1 01 may 2016-cı il tarixdən işdən azad edildiyi 25 aprel 2022-ci il tarixədək olan müddət ərzində iş yerinə getmədiyi və əmək funksiyalarını icra etmədiyi halda, sonuncunun adına "xxxx" və "xxxx" ASC-dən verilmiş plastik əmək haqqı kart hesabından 2016-cı ildə 909,92 manat, 2017-ci ildə 1252,08 manat, 2018-ci ildə 1608,20 manat, 2019-cu ildə 2262,07 manat, 2020-ci ildə 2817,99 manat, 2021-ci ildə 2738,50 manat, 2022-ci ildə 1021,08 manat əmək haqqı olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 12609,84 manat məbləğində pul vəsaitini vahid niyyətlə hissə-hissə Lənkaran rayonu, Bakı-Astara şossesində yerləşən “Favorit” marketdə və Lənkəran şəhəri, Ş.Axundov 16 ünvanında quraşdırılmış "xxxx" ASC-yə məxsus bank terminallarından (bankomatlardan) çıxarıb şəxsi ehtiyaclarına sərf edərək həmin məbləğdə dövlət büdcə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Bundan başqa o, X6 İdarəsinin Qəni Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə sənətkarlıq klubunun müdiri vəzifəsində işlədiyi müddətdə, 2022-ci ilin oktyabr ayının əvvəllərində təkrar öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinə məxsus ona etibar olunmuş özgənin əmlakını mənimsəmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə klubun inventarında olub dəyəri 600,00 manat təşkil edən 1 ədəd kalonka mikrafon və dəyəri 300,00 manat təşkil edən 1 ədəd musiqi mərkəzini 2022-ci ilin oktyabr ayının əvvəllərində Lənkəran şəhəri “Mərkəzi Bazar” adlanan ərazidə istintaqa məlum olmayan mənbəyə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, dəyəri 384,00 manat olan 3 yerlik oturacağı isə həmin tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində şəxsi əmlakı kimi istifadə edərək ümumilikdə ona etibar edilmiş 1284 (min iki yüz səksən) manat məbləğində əmlakı təkrar öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2005-ci ildən Gərmətük qəsəbə sənətkarlıq klubunda (keçmiş Gərmətük qəsəbə mədəniyyət evi) işləmişdir. 16 may 2005ci ildən 01 aprel 2016-cı ilədək həmin mədəniyyət evində bədii rəhbər vəzifəsində işləmişdir. 01 aprel 2016-cı ildən 25 may 2023-cü il tarixədək isə Gərmətük qəsəbə Mədəiyyət Evinin (2017-ci ildən Gərmətük qəsəbə sənətkarlıq klubunun) müdiri vəzifəsində işləmişdir. Təxminən 2014-2015-ci ildə Gərmətük mədəniyyət evinin adı Gərmətük qəsəbə sənətkarlıq evinə çevrilmiş, 2017-ci ilin aprel ayından etibarən isə sənətkarlıq klubu adlandırılmışdır. Bir sıra klubların ləğv edilməsi ilə bağlı 2019-cu ildə X6 idarəsi tərəfindən təkliflər göndərilsə də, Mədəniyyət Nazirliyi tərəfindən daxil olmuş məktubda bu təkliflərin məqsədmüvafiq olmadığı bildirilmişdir. Ona görə Gərmətük və bir sıra klubların inzibati binaları yararsız olduğundan, maddi cəhətdən keçirilmiş mədəni tədbirlərin keyfiyyətinin aşağı olduğundan Gərmətük qəsəbə Mədəniyyət Evi kluba çevrilmişdir. Gərmətük qəsəbə Mədəniyyət Evinin kluba çevrilməsi ilə bağlı Lənkəran Regional İdarəsinin sabiq rəisinin göstərişi olsa da, bununla bağlı sonuncunun hər hansı maddi marağı olmamış, əksinə dövlət büdcəsinə, əməkhaqqı fonduna qənaət edilmişdir. Klub müdiri olaraq hər gün işə çıxıraraq əmək funksiyalarını icra etmişdir. O, aylıq əmək haqqını "xxxx" ASC-dən adına verilmiş plastik kart vasitəsi ilə alınmışdır. Klub müdiri olaraq onun vəzifəsi kluba rəhbərlik etmək, işçilərin işə davamiyyətinə nəzarət etmək, klubda tədbirlər keçirtmək, dərnəklərin fəaliyyətinə nəzarət etmək, Mərkəzin tədbirlərində iştirak etmək və digər vəzifələrdən ibarət olmuşdur. X7 Lənkəran rayonu, Gərmətük qəsəbə sakini kimi tanıyır. Gərmətük qəsəbə sənətkarlıq evi, icra nümayəndəliyi və qəsəbə bələdiyyəsinin inzibati binası Gərmətük qəsəbəsində eyni həyətdə yerləşirlər. Gərmətük qəsəbə sənətkarlıq evinin inzibati binası 04 noyabr 2012-ci ildən qəzalı vəziyyətdə olduğuna görə bina faktiki fəaliyyət göstərmir. Sənətkarlıq evi üçün eyni həyətdə yerləşən icra nümayəndəliyinin 2 mərtəbəli inzibati binasının 1-ci mərtəbəsində yerləşən bir otağı ayrılmışdır. O, həmin otağı iş otağı olaraq istifadə etmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunun inzibati binası 04 noyabr 2012-ci ildən qəzalı vəziyyətdə olduğuna və həmin binada hər hansı tədbir keçirtmək mümkün olmadığına görə eyni həyətdə yerləşən Gərmətük qəsəbə icra nümayəndəliyinin 1 otağı klub üçün ayrılmış və o, həmin otağı iş otağı olaraq istifadə etmişdir. O, klub müdiri kimi işə başlayanda metodist vəzifəsində Şahid2 və mədəni təşkilatçı vəzifəsində Şahid3 işləmişdir. 2016-cı ilin may ayında isə Şahid1 xadimə işinə götürülmüşdür. O, 2016-cı ilin may ayında Mədəniyyət Mərkəzinə müraciət edərək, klubda xadimə vəzifəsinin vakansiya olduğunu bildirmiş və Şahid1 həmin vəzifəyə işçi götürülməsini xahiş etmişdir. Şahid1 onun bacısı Afət Cabbarovanın sinif yoldaşı, habelə Sədaqətin qızı onun xalasının gəlinidir. Sədaqətlə münasibətləri yaxşıdır. Sədaqət orta ixtisas təhsilli mühasibdir. Mədəniyyət Mərkəzinin sabiq direktoru Şahid16 Sədaqətin sənədlərini təqdim etmiş və xadimə işinə götürülməsini xahiş etmişdir. Sədaqət Mərkəzin direktoru Şahid16 əmri ilə 2016-cı ilin may ayında Gərmətük qəsəbə sənətkarlıq klubuna xadimə işinə götürülmüşdür. Lakin Sədaqət ona xəstə olduğuna və böyrək nayihəsindən əməliyyat olunduğuna görə xadimə işində işləyə bilməyəcəyini və fiziki iş görmək iqtidarında olmadığını bildirmişdir. Sədaqətə xadimə işində işləyə bilməyəcəyinə görə pensiya yaşına çatmaq üçün əmək stajı yazılmasını, əmək haqqı kartının ona verməsini təklif etmişdir. Sədaqətin adı 2016-cı ilin may ayından 23 aprel 2022-ci il tarixədək Gərmətük qəsəbə sənətkarlıq klubunda getmiş, lakin işə gəlib-getməmiş və əmək funksiyalarını icra etməmişdir. Sədaqətin əməkhaqqı kartının onda olmasını Sədaqətdən başqa hər hansı işçinin məlumatı olmamışdır. Yoxlamalar olarkən Sədaqəti işə çağırmışdır. Sədaqətin adının klubda getdiyi 2016-cı ilin may ayından 23 aprel 2022-ci il tarixədək olan dövr ərzində Sədaqətin adına olan Beynəlxalq Bankdan verilmiş plastik əmək haqqı kartı onda olmuş və həmin dövr ərzində plastik kartdan əmək haqqı məbləğlərini o, çəkmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid1 23 aprel 2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Şahid1 işdən çıxandan sonra klubda xadimə işi bir müddət vakansiya olmuş və 2022-ci ilin avqust ayında Gərmətük qəsəbəsinin Vətən müharibəsində şəhid olmuş sakini Emil Şıxəlizadənin anası Azadə Şıxəliyeva xadimə işinə götürülmüşdür. Azadə işə götürüldükdən sonra daim klubda işə çıxmış və təmizlik işlərini yerinə yetirmişdir. Azadənin aylıq əmək haqqı kartı özündə olur və hər ay aylıq əmək haqqını özü almışdır. Klubun üç yerlik oturacağını, bir ədəd kolonka mikrofon, bir ədəd musiqi mərkəzini 2022-ci ilin oktyabr ayının əvvəllərində xatırlamadığı vaxtda şəxsi ehtiyaclarına sərf etmişdir. Bir ədəd kolonka mikrofon, bir ədəd musiqi mərkəzini 2022-ci ilin oktyabr ayının əvvələrində Lənkəran şəhəri Mərkəzi Bazar adlanan ərazidə tanımadığı şəxsə xatırlamadığı məbləğə satmışdır. Əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Klubun inzibati binasında olan üç yerlik oturacağı isə dəfələrlə müxtəlif yerlərdə keçirilmiş tədbirlərdə istifadə etmişdir. Həmin oturacaqları yaşadığı evdə 2022-ci ilin oktyabr ayından istifadə edərək yararsız vəziyyətə gətirmişdir. Yoxlamalar zamanı həmin inventarlar yerində olmuşlar. Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Şahid16 və onun əməkdaşları tərəfindən 2016-2022-ci illərdə klubda monitorinqlər keçirilmişdir. Həmin monitorinqlərin nəticəsində bütün klubların keçirdikləri tədbirlər qiymətləndirilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubu tərəfindən keçirilmiş tədbirlər aşağı qiymətləndirilmişdir. Monitorinqlər samanı Şahid1 həmişə iş yerinə çağırmışdır. Şahid1 məxsus "xxxx" və "xxxx" ASC-yə məxsus plastik kartı 2016-2022-ci illərdə müxtəlif tarixlərdə Lənkəran şəhəri, Ş.Axundov 16 ünvanında və Lənkaran rayonu, Bakı Astara şossesində yerləşən Favorit marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bank terminallarından çıxarıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa X18 31 avqust 2016-cı il tarixdə Mədəniyyət Mərkəzinin direktoru Şahid16 əmri ilə Gərmətük qəsəbə sənətkarlıq klubunun metodisti vəzifəsinə təyin edilmiş, 31 yanvar 2017-ci il tarixdə işdən azad edilmişdir. Belə ki, klubda şərait iş otağı olmadığı üçün Aytən Mərkəzdə işləmiş, əmək funksiyasını icra etmişdir. X11 01 aprel 2016-cı ildə Gərmətük qəsəbə sənətkarlıq klubunun metodisti vəzifəsinə təyin edilmiş, 31 may 2016-cı il tarixdə işdən azad edilmişdir. Sərxan Tahirzadə müharibə qazisi olduğundan onun hər iki ayağı olmamışdır. Ona görə Sərxan Mərkəzdə əmək funksiyalarını icra etmişdir. X12 31 may 2016-cı ildə Mərkəzin direktorunun əmri ilə Gərmətük qəsəbə sənətkarlıq klubunun metodisti vəzifəsinə təyin edilmişdir. 30 iyul 2016-cı ildə işdən azad edilmişdir. İlahə Məmmədzadə də Aytən kimi əmək funksiyalarını Mərkəzdə icra etmişlər, keçirilmiş tədbirlərdə kluba köməklik göstərmişlər. X8 30 iyul 2016-cı ildə Mərkəzin direktorunun əmri ilə Gərmətük qəsəbə sənətkarlıq klubunun metodisti vəzifəsinə təyin edilmiş, 31 avqust 2016-cı ildə işdən çıxarılmışdır. Aysel də əmək funksiyasını Mərkəzdə icra etmişdir. Aysel plastik kartla əmək haqqı almışdır. X9 2022-ci ilin avqust ayında Gərmətük qəsəbə sənətkarlıq klubuna xadiməçi vəzifəsinə işə qəbul edilmiş, hazırda da işləyir. Azadənin plastik kartı özündədir və aylıq əmək haqqın özü əldə edir. Gülzaman, Teymur hər gün işə çıxmış, iş yerində olmuşlar. Gülzaman ssenarilərin yazılmasında, Teymur tədbirin təşkil edilməsində mənə köməklik göstərmişlər. Klubun keçirdiyi mədəni tədbirlərin keyfiyyət göstəriciləri maddi cəhətdən zəif olsa da hər bir halda hər kəs əlindən gələninin artığını etmiş və bu sahədə işləmişlər, əmək funksiyalarını icra etmişlər. Hazırda etdiyi əməldən çox peşmandır. Həmçinin etdiyi cinayət əməli nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxs Lənkəran – X13 İdarəsinə tam olaraq ödəmişdir, zərərçəkmiş şəslə barışmışdır. Eyni zamanda maddi ziyanın 25 faizi məbləğində pul vəsaitini də dövlət nəfinə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs Lənkəran – X13 İdarəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2016-2022-ci illərdə idarənin tabeçiliyində olan müəssisələrdə monitorinqlər aparılmış, işçilərin davamiyyəti yoxlanılmışdır. Aparılan monitorinqlər nəticəsində işçilərin iş davamiyyəti artmış, 200-ə yaxın işçi ərizə ilə müraciət etdiyindən işdən azad edilmişdir. Klubun işçilərinin davamiyyətinə müəssisə rəhbərləri, yəni klub rəhbərləri cavabdehlik daşıyırlar. Klub müdirləri davamiyyətə cavabdeh şəxslər kimi tabellər tərtib edərək mühasibatlığa, yəni ona təqdim etmişlər. Həmin tabellər əsasında əməkhaqlarının hesablanmasını və vaxtında köçürülməsini təmin edir. Klubun işçilərinin davamiyyətinə əsasnaməyə əsasən klub müdiri məsuliyyət daşıyır. Gərmətük qəsəbə sənətkarlıq klubu uzun müddətdir ki, fəaliyyət göstərir. Klubun müdiri Təqsirləndirilən şəxs həmişə əmək funksiyalarını icra etmiş, vaxtı-vaxtında tabellər tərtib edərək mühasibatlığa təqdim etmişdir. İdarə Lənkəran şəhərində yerləşdiyindən Gərmətük qəsəbəsində olan işçilərin gündəlik fəaliyyətindən məlumatsız olmuşdur. Lakin 2016-2022ci illərdə Kamilin öz işçiləri ilə birlikdə Mərkəzin keçirdiyi bir sıra tədbirlərdə iştirak etdiyinin şahidi olmuşdur. Gərmətük qəsəbə sənətkarlıq klubunun xadiməçisi işləmiş Şahid1 faktiki olarq işə gəlib-getməməsindən məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Kamil tabelləri Sədaqətə imzalatsa da, sonuncu iş yerinə gəlib-getməmiş, əməkhaqqı kartı Kamildə olmuşdur. Gərmətük qəsəbə sənətkarlıq klubunun inventarına maddi məsul şəxs klub müdiridir. 2021-2022-ci illərdə komissiya üzvləri tərəfindən inventarizasıya aparılan zaman hər hansı çatışmazlıq müəyyən edilməmiş və bu barədə akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Kamil yoxlamalar zamanı həmin inventarları yerinə qoymuş, daha sonra isə onları şəxsi ehtiyacları üçün istifadə etmişdir. Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Sənətkarlıq klubunun ərazisi və həyəti süpürüldüyü üçün xadiməyə tam stavka əmək haqqı ödənilmişdir. Hər aylıq büdcə sifarişi əməkhaqlarına uyğun açılmış və dövlət büdcəsindən idarəyə ayrılmış pullar əməkhaqqı fonduna yönəldilmişdir. Gərmətük şəhər tipli qəsəbə hesab edildiyindən ona görə orada metodist vəzifəsi müəyyən edilmişdir. Hər aylıq büdcə sifarişi əməkhaqlarına uyğun açılmış və dövlət büdcəsindən idarəyə ayrılmış pullar əməkhaqqı fonduna yönəldilmişdir. Əlavə metodist ştatında işləyən şəxslər özləri əmək haqlarını kartları vasitəsilə əldə etmişlər. Gərmətük qəsəbə Mədəniyyət evinin 2017-ci ilin may ayından isə Gərmətük qəsəbə sənətkarlıq klubuna çevrilməsi ilə hər hansı məbləğdə artıq ödənişlər olmamış, işçilərin ştat vəzifəsinə uyğun əməkhaqqı köçürülmüşdür. Bir sra klubların ləğv edilməsi ilə bağlı 2019-cu ildə təkliflər göndərilsə də, Mədəniyyət nazirliyi tərəfindən daxil olmuş məktubda bu təkliflərin məqsədmüvafiq olmadığı bildirilmişdir. Ona görə Gərmətük və bir sıra klubların inzibati binaları yararsız olduğundan, maddi cəhətdən keçirilmiş mədəni tədbirlərin keyfiyyətinin aşağı olduğundan Gərmətük qəsəbə Mədəniyyət Evi kluba çevrilmişdir. Gərmətük qəsəbə Mədəniyyət Evinin kluba çevrilməsi ilə bağlı Lənkəran Regional İdarəsinin sabiq rəisinin göstərişi olsa da, bununla bağlı sonuncunun hər hansı maddi marağı olmamış, əksinə dövlət büdcəsinə, əməkhaqqı fonduna qənaət edilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxsə dəyən zərər tam ödənilmişdir, onlar barışmışlar, ona qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Bu səbəbdən də işin icraatına xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuluyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayından Gərmətük qəsəbə sənətkarlıq klubunun müdiri vəzifəsində işləyir. Əmək stajı az olduğuna görə 2016-cı ilin may ayında Təqsirləndirilən şəxs müraciət edərək onu klubda ixtisası üzrə işə götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona klubda yalnız xadimə yerinin vakansiya olduğunu və başqa iş olmadığını bildirmişdir. Kamilə xəstə olduğuna və böyrək nahiyəsindən əməliyyat olduğuna görə səhəti ilə əlaqədar xadimə işləyə bilməyəcəyini bildirmişdir. Kamil ona xadimə vəzifəsinə işə götürərək ona staj yaza biləcəyini və əvəzində adına ödəniləcək əmək haqqı məbləğləri ona verilməsini təklif etdikdə Kamilə ona pul lazım olmadığını, yalnız əmək stajınının yazılmasını bildirib razılaşmışdır. Kamilə xadimə kimi işə götürüldüyü halda heç vaxt xadimə işləməyəcəyini demişdir. Kamil isə ona xadimə kimi onu işə götürdükdən sonra yalnız çağırdığı vaxtlarda kluba gələcəyini və işə davamiyyət kitabına imza edəcəyini demişdir. Kamillə razılaşmışdır. Həmin klubun inzibati binası uzun müddətdir ki, qəzalı və istifadəyə yararsız haldadır. 2016-cı ilin may ayında sənədlərini Kamilə təqdim etmiş və kluba xadimə işinə götürülməyilə bağlı Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə müraciət etmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubuna xadimə işinə götürmüşlər. Onun adı xadimə olaraq 2016-cı ilin may ayından 2022-ci ilin aprel ayının sonuna qədər olan müddətdə Gərmətük qəsəbə sənətkarlıq klubunda getmişdir. Onun adı Gərmətük qəsəbə sənətkarlıq klubunda xadimə kimi getsə də, o klubda xadimə kimi bir gün belə işləməmiş və xadimə olaraq əmək funksiyalarını heç bir halda icra etməmişdir. İşə götürüldüyü ilk vaxtlar "xxxx" ASC-dən adına plastik kart verildiyi üçün o, bir neçə ay "xxxx" ASC-dən adına verilmiş kartı Kamilə vermiş və karta yüklənmiş əməkhaqqı məbləğlərinin hamısını razılaşdıqları kimi Kamil özü terminaldan çıxarmışdır. Kamillə razılaşdığı kimi onun adına yüklənmiş əmək haqqı məbləğlərindən ona verilməmiş, əvəzində onun əmək stajı yazılmışdır. Onun adı klubda xadimə kimi getdiyi müddətdə onun adına 2 dəfə əmək haqqı kartı verilmişdir. Birinci kartın istifadə müddəti bitdiyi üçün ikinci dəfə onun adına plastik kart sifariş verilmişdir. Onun adına olan plastik kart "xxxx" ASC-yə məxsus olmuş və o iki halda adına olan plastik əmək haqqı kartını həmin bankın Lənkəran filialından təhvil alıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Kamillə razılaşdığı kimi ayda bir dəfə kluba gedərək işə davamiyyət kitabında adı qarşısında imzanı icra etmişdir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ona gündəlik olaraq işə çıxmalı olduğunu və xadimə kimi işləməyini bildirmişdir. Kamilə işləyə bilməyəcəyini demiş və əgər işə getmədən staj yazılması alınmırsa onu işdən çıxartmasını xahiş etmişdir. Kamil ona əgər işə çıxa bilməyəcəyəksə, onu işdən çıxartmağın məsləhət olduğunu demişdir. Kamillə razılaşmış və ərizə ilə müraciət etdikdən sonra 2022-ci ilin aprel ayının sonunda işdən çıxmışdır. 2016-cı ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna qədər olan müddətdə Gərmətük qəsəbə sənətkarlıq klubunda xadimə kimi adı getsə də, o heç vaxt klubda xadimə işləməmiş və əmək funksiyalarını icra etməmişdir. Bu müddət ərzində ona ödənilməli olan əmək haqqı məbləğlərini Təqsirləndirilən şəxs özü götürmüşdür. Təqsirləndirilən şəxs onun adına olan plastik kartdan götürdüyü əmək haqqı məbləğlərindən ona hər hansı miqdarda pul verməmişdir. Ayda bir dəfə Kamilin çağırışı ilə kluba ayrılmış otağa gedərək davamiyyət jurnallarına özü imza çəkmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2004-cü ildən Gərmətük qəsəbə sənətkarlıq klubunda metodist işləyir. Klubun müdiri 2016-cı ilin aprel ayından Təqsirləndirilən şəxsdur. Klubda ondan başqa 3 nəfər işləyir. Klub 2012-ci ilin noyabr ayından qəzalı və istifadəyə qismən yararsız vəziyyətdədir. Klubun tavanı çökmüş, şiferləri və pəncərələri sınmış vəziyyətdədir. Klubun inzibati binası Gərmətük qəsəbəsində yerləşir. Klubun inzibati binası ilə eyni həyətdə qəsəbə icra nümayəndəliyi və bələdiyyəsinin binaları yerləşir. Klubda iş şəraiti olmadığına görə həmin vaxtdan klubla eyni həyətdə yerləşən Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birinci mərtəbəsindən 1 otaq ayrılmışdır. Klub müdiri Təqsirləndirilən şəxs həmin otağı iş otağı kimi istifadə edir. Aylıq əmək haqqını "xxxx" ASC-dən adına verilmiş plastik əmək haqqı kartı vasitəsi ilə alır. Onun aylıq əmək haqqı 325 manat təşkil edir. Hər ay aylıq əmək haqqını adına olan plastik əmək haqqı kartı vasitəsi ilə əldə edir və öz şəxsi ehtiyaclarına sərf edir. Metodist olaraq onun vəzifəsi klubda tamaşaların hazırlanması, ssenarilərin yazılması, konsert proqramlarının, anım mərasimlərinin klubda keçirilməsi, sərgilərin hazırlanması, ictimai-siyasi və xalq yaradıcılığı mövzularında tədbirlərin keçirilməsidir. 2016-2022-ci illərdə Gərmətük sənətkarlıq klubunda Kamil, Gülzaman, Teymur və digər işçilər əmək funksiyalarını icra etmişlər. Klub 2020-2022-ci illərdə koronovirus pandemiyası ilə əlaqədar virtual tədbirlər keçirmişdir. Həmin dövrlərdə pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər olduğundan işə gəlib-getmək olmasa da, mədəni tədbirlərin keçirilməsi ləngidilməmişdir. Lakin Gərmətük qəsəbə sənətkarlıq klubunun qismən yararsız binasının olması, işçilərin əməkhaqlarının aşağı olması, maddi vəsaitlərin ayrılmaması ilə əlaqədar müəyyən tədbirlərin, dərnəklərin fəaliyyətinin keyfiyyəti qənaətbəxş olmamışdır. Lakin buna baxmayaraq ssenarilər yazılmış, bacardıqları qədər tədbirlərin keyfiyyətli keçirilməsini təmin etmişlər. Kamil, Teymur və o, öz işinə səhlənkar yanaşmamışlar. Şahid1 məxsus əməkhaqqı kartının Kamildə olmasından sonradan məlumatı olmuşdur. Bundan başqa Şahid1 faktiki olaraq əmək funksiyalarını icra etməmişdir. Kamil özü bir sıra hallarda təmizlik işlərini görmüşdür. Lakin o, Kamil və digər işçilər əmək funksiyalarını icra edərək əməkhaqlarını özləri almış, kimsəyə hər hansı məbləğdə pul verməmişlər. Bundan başqa o, Dram dərnəyinin rəhbəridir. Dərnəyin rəhbəri kimi 2016-2022-ci illərdə Gərmətük qəsəbisində müxtəlif proqramlar keçirilmişdir. Dərnəyə məktəbdən şagirdlər cəlb edilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunda dərnək və tədbirlərin keyfiyyət göstəricisi Mərkəz tərəfindən aşağı qiymətləndirilsə də, faktiki olaraq mədəni tədbirlər üçün tərəfindən ssenarilər yazılmış, tədbirlər keçirilmiş, dərnəklər üçün proqramlar təşkil edilmişdir. Gərmətük icra nümayəndəliyinin inzibati binasında da müəyyən tədbirlər keçirilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2004-cü ildən Gərmətük qəsəbə sənətkarlıq klubunda işləmişdir. Onun vəzifəsi mədəni-təşkilatçı olmuşdur. Klubun müdiri 2016-cı ilin aprel ayından Təqsirləndirilən şəxs olmuşdur. Klubda ondan başqa 3 nəfər işləmişdir. Klub 2012-ci ilin noyabr ayından qəzalı və istifadəyə yararsız vəziyyətdə olmuşdur. Klubda iş şəraiti olmadığına görə həmin vaxtdan klubla eyni həyətdə yerləşən Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birinci mərtəbəsindən 1 otaq ayrılmışdır. Klub müdiri Təqsirləndirilən şəxs həmin otağı iş otağı kimi istifadə etmişdir. Aylıq əmək haqqını "xxxx" ASC-dən adına verilmiş plastik əmək haqqı kartı vasitəsi ilə almışdır. Onun aylıq əmək haqqı 300 manat təşkil etmişdir. O, hər ay aylıq əmək haqqını adına olan plastik əmək haqqı kartı vasitəsi ilə əldə etmiş və öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, işlədiyi müddətdə kluba gedib əmək funksiyasını icra etmişdir. Onun vəzifəsi tamaşaçıların tədbirə dəvət olunması, səhnəyə, zala, nəzarət, tədbirlərdə ifaçıların iştirakını təmin etmək, klubun aylıq iş planlarının icrasında iştirak etmək, klub müdirinin tapşırıqlarını icra etməkdən və digər işlərdən ibarətdir. Klubda aylıq iş planlarının surətlərini toplamış, gündəlik iş jurnallarını, müəssisənin əhatə dairəsində yaşayan musiqi ifaçılarının siyahılarını toplamış, geyim vasitələrini qorumuşdur. Onun işi ssenari yazmaq, tədbir təşkil etmək deyil, daha çox texniki işlərdən ibarət olmuşdur. 2016-2022-ci illərdə Kamil, Gülzaman və o, hər gün işə gəlib əmək funksiyalarını icra etmişlər. Klubun inzibati binası uzun müddət təmirsiz vəziyyətdə olduğu üçün qış, payız aylarında mədəni tədbirlər Gərmətük qəsəbə icra nümayəndəliyinin inzibati binasında keçirilməsi üçün şərait olmadığından tədbirlər bir çox vaxtlarda icra nümayəndəliyinin binasında keçirilmişdir. Yaz-yay aylarında tədbirlər klubun inzibati binasında keçirilmişdir. Lənkəran rayon prokurorluğunda araşdırma aparılan müddətdə xadiməçi kimi işə götürülmüş Şahid1 əməkhaqqı kartının Kamildə olmasını öyrənmişdir. Sədaqət işə gəlib getməmişdir. Kamilin Sədaqətin əməkhaqqı kartını özündə saxlamasından məlumatsız olmuşdur. Hər gün işə gedib öz vəzifə öhdəliyini icra etmişdir. Gərmətük sənətkarlıq klubunun inzibati binası istifadəyə qismən yararsız olduğundan klubun mədəni tədbirlərin keçirilməsi ilə bağlı çətinlikləri olmuşdur. Klubun fəaliyyəti hər zaman Mərkəz tərəfindən aşağı qiymətləndirilmişdir. 2016-2022-ci illərdə klub fəaliyyətini davam etdirmiş, mədəni tədbirlər keçirilmişdir. Maddi texniki bazanın zəif olması, klubun binasının təmirsiz olması müəyyən çətinliklər yaratsa da, o, Kamil, Gülzaman hər zaman işə gedib, əmək funksiyalarını icra etmişlər.Hər gün səhər saat 09:00-da işə getmiş saat 18 radələrində işdən çıxmışdır. Şahid2 təcrübəli işçidir və əmək funksiyalarını düzgün icra edir. Gülzaman ssenarilərin yazılmasında Kamilə böyük köməklik etmişdir. Bundan başqa Mərkəz tərəfindən dəfələrlə yoxlamalar aparılmış, bütün işçilərin davamiyyəti yoxlanılmışdır. O, bir neçə il dülgərlik dərnəyinin rəhbəri olmuşdur. O, usta kimi müxtəlif yerlərdə boş vaxtlarında işlədiyi üçün dülgərliyi bacarır. Klub səviyyəsində əllərində olan maddi texniki imkanlara uyğun olaraq dülgərlik dənəyini təşkil etmişlər. Mədəni tədbirlərin, dərnəklərin keçirilməsi ilə bağlı hər hansı məbləğdə pul ayrılmamışdır. Klub müdiri və digər işçilər əllərində olan maddi imkanlara uyğun olaraq dərnəklər təşkil etmiş, mədəni tədbirlər keçirmişlər. Hər bir işçi öz əmək funksiyalarını icra etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Lənkəran rayonu Mədəniyyət Mərkəzinə ərizə ilə müraciət edərək vakant iş ştatı olduğu təqdirdə onu işlə təmin etmələrini xahiş etmişdir. 2022-ci ilin avqust ayında əmrlə Gərmətük qəsəbə sənətkarlıq klubuna xadiməçi vəzifəsinə təyin edilmişdir. İşə düzəlməklə bağlı kimsəyə hər hansı məbləğdə pul və ya maddi nemət verməmişdir. O 2022-ci ilin avqust ayından etibarən hər gün səhər saat 09:00-da işə gəlir, 15 radələrində evə gedir. O, Gərmətük qəsəbə sənətkarlıq klubunun qismən yararsız vəziyyətdə olan inzibati binasını, həyətini təmizləyir, daha sonra Gərmətük qəsəbə icra nümayəndəliyinin inzibati binasında klub üçün ayrılmış otaqları təmizləyir və digər işləri görür. X26 ASC-yə məxsus plastik kart verilmişdir. O, həmin kart vasitəsi ilə əməkhaqqı alır. 2022-ci ilin avqust ayından 312 manat əməkhaqqı alır. Əməkhaqqını özü alır və kiməsə hər hansı məbləğdə pul verməmişdir. Əmək funksiyalarını işlədiyi gündən bəri hər gün icra edir. Bundan başqa işlədiyi gündən bəri icra nümayəndəliyinin binasında mədəni tədbirlərin Kamil, Gülzaman tərəfindən keçirildiyini dəfələrlə görmüşdür. Kamil, Gülzaman və orada işləmiş digər işçilər əmək funksiyalarını icra etmişlər. Şahid1 Gərmətük qəsəbə sakini kimi tanımışdır. Onun işə çıxmadığını Kamildən və digər işçilərdən eşitmişdir. Lakin Kamil, Gülzaman və digər işçilər əmək funksiyalarını icra etmişlər. Hazırda da Gərmətük qəsəbə sənətkarlıq klubunun inzibati binası qismən yararsız vəziyyətdədir. Bununla bağlı dəfələrlə Nazirliyə müraciətlər edilmişdir. Lakin buna baxmayaraq mədəni tədbirlər keçirilmişdir. Özü işlədiyi gündən dəfələrlə mədəni tədbirlərin Kamil tərəfindən keçirildiyinin şahidi olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2016-cı ildən X6 İdarəsinin Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində işləyir. Onun əsas vəzifəsi illik planın əsasında aylıq iş planlarının formalaşdırılmasında iştirak etmək, dərnəklərin yaradılması, dərnəklərin məşğələ proqramlarının tərtibi, dərnəklərin fəaliyyətinin təşkili və işinə nəzarət, Mərkəzdə mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə bilavasitə cavabdehlik və digər işlərdən ibarətdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Gərmətük qəsəbə sənətkarlıq klubunun müdiri vəzifəsində işləmişdir. Kamildən başqa orada mədəni təşkilatçı kimi Teymur, metodist kimi Gülzaman işləmişdir. Həmin klubun 2016-2022-ci illər ərzində fəaliyyəti auditor tərəfindən yoxlanılmışdır. 2016-2022-ci illərdə nəinki Gərmətük qəsəbə sənətkarlıq klubunda, həm də Mərkəzin tabeçiliyində olan digər klublarında hər ay mədəni kütləvi tədbirlərin keçirilməsi ilə bağlı formal sənədləşmə işləri aparılmamışdır. Maddi texniki təminat aşağı olduğundan bir sıra klubların fəaliyyətinin göstəriciləri zəif olmuş və Mərkəz tərəfindən bu xüsusatlar qiymətləndirilmişdir. Hər ayın sonunda Mərkəzin tabeçiliyində olan klublar keçirdiyi mədəni kütləvi tədbirlərlə bağlı hesabatları Şahid16 təqdim etmişlər. 2016-2022-ci illərdə dəfələrlə bir neçə klub birləşib müxtəlif tədbirlər keçirilmişdir. Lakin Mərkəzin tabeçiliyində olan bir sıra klublarda mədəni kütləvi tədbirlərin bir qisminin göstəriciləri zəif olmuş, tamaşaçıların təşkil edilməsi, tədbir iştirakçılarının aktivliyi zəif olmuşdur. 2018-2020-ci illər koronovirus pandemiyası ilə əlaqədar tədbirlər virtual olaraq həyata keçirilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunun müdiri Kamil, işçiləri Teymur, Gülzaman daim iş yerlərində olmuş, əmək funksiyalarını icra etmişlər. Hazırda isə Mərkəzin direktoru Nümayəndə2dir. 2022-ci ilin mart ayında Şahid16 vəzifəsindən pensiyaya çıxdığı üçün bir müddət həmin vəzifəni o, icra etmişdir. Mərkəzin tabeçiliyində olan müəssisələr öz işlərini vaxtı vaxtında icra etmişlər. Gərmətük klubunun müdiri Kamil hər ay Mərkəzə gəlib tabelləri və aylıq planları gətirib Mərkəzin direktoru Şahid16 təqdim etmişdir. 2016-2022-ci illər ərzində həmin klubda mədəni-kütləvi tədbirlər keçirilmiş bununla bağlı sənədləşmələr aparılmışdır. Aysel, İlahə, Sərxan Mərkəzdə bir müddət işlədikdən sonra ərizələri əsasında işdən çıxmışlar. Gərmətük klubunun binası həmin qəsəbənin icra nümayəndəliyində yerləşir və həmin işçilər üçün işləməyə şərait olmadığından Mərkəzin inzibati binasında işləmişlər. Şahid1 gündəlik işinə nəzarət isə klub müdirindən asılı olmuşdur. İllik iş planına əsasən Gərmətük qəsəbə sənətkarlıq klubunun fəaliyyətini 2016-2022-ci illərdə bir neçə dəfə Mərkəzin direktoru Şahid16 ilə birlikdə yoxlamışlar. Bundan başqa Gərmətük və bir sıra klubların binaları təmirsiz və qismən yararsız vəziyyətdə olduqlarından onların ləğv edilməsi ilə bağlı da Nazirliyə müraciətlər olunmuşdur. Lakin klubların ləğvi mümkün olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-2021-ci illərdə hazırki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləmişdir. Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi 2017-ci ilin yanvarından Regional Mədəniyyət İdarəsinə çevrilmişdir. 2021-ci ilin aprel ayında ərizəsi əsasında işdən çıxmışdır. Regional idarəsinin rəisi kimi onun əsas vəzifəsi idarənin tabeçiliyində olan müəssisələrə nəzarət etmək, əməkdaşlar arasında vəzifə bölgüsünü aparmaq, Mərkəzin ayrı-ayrı filiallarının plan və hesabatlarını təsdiq etmək, Mərkəzin maddi texniki bazasının lazimi səviyyədə saxlanılmasına, inkişaf etdirilməsinə nəzarət etmək, Mərkəzin ştat cədvəli barədə təkliflər hazırlamaq və digər işlərdən ibarət olmuşdur. Gərmətürk qəsəbə sənətkarlıq klubunun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş mütəxəssis tərəfindən yoxlanılaraq müəyyən maliyyə pozuntuları aşkar edilmişdir. İdarə müdiri olduğu müddətdə 2017-ci ildə Azərbaycan Repsublikası Mədəniyyət Nazirliyindən daxil olmuş məktuba əsasən Region üzrə madditexniki bazası zəif olan, fəaliyyəti müasir tələblərə cavab verməyən, binası qeyriqənaətbəxş olan, balans mənsubiyyəti Mədəniyyət Nazirliyinə aid olmayan və özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin ləğv edilməsi ilə bağlı təkliflərin tərtib edilməsi ilə bağlı cədvəl hazırlanması və bu barədə məlumat verilməsi göstərilmişdir. 09 aprel 2019-cu il tarixli 62 nömrəli müşayiət məktubu ilə ləğv edilməsi təklif olunan müəssisələr barədə cədvəl tərtib edərək Nazirliyə göndərmişdir. 05 avqust 2019-cu il tarixli 168 saylı məktubla sabiq X17 Qarayevə müraciət edərək X6 İdarəsinin tabeliyində olan bəzi müəssisələrin maddi-texniki bazası və ümumi iş göstəriciləri qüvvədə olan mövcud əsasnamələrin tələblərinə cavab vermədiyinə görə həmin müəssisələrin ləğv edilməsi məsələsinə baxılması üçün müvafiq müəssisələrin siyahısı göndərilmişdir. Belə ki, həmin müəssisələrin inzibati binaları yararsız vəziyyətdə olmuş, vakant yerləri olmuş, ixtisaslı kadrlar olmamışdır. Həmin məktubuna xx.xx.2019-cu il tarixli 2512/06 tarixli məktubla cavab verilərək qaldırdığı məsələyə baxılacağını və islahatlar aparılacağı bildirilmişdir. Bundan başqa Lerik rayonu Hovil kənd klubu faktiki olaraq fəaliyyət göstərmədiyi üçün, klubun fəaliyyətinin dayandırlıması ilə bağlı əmr imzalamışdır. Lakin klubun fəaliyyəti 4 ay dayandırıldığı üçün barəsində edilən şikayət ərizəsi əsasında Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati cərimə növündə cəza təyin edilmişdir. Koronovirus pandemiyası vaxtı idarənin tabeçiliyində olan mərkəzlər və klublar internet səhifələrində virtual fəaliyyət göstərmişlər. Lənkəran, Lerik, Astara rayonlarında yerləşən mədəniyyət müəssiələri Lənkəran Regional İdarəsinin tabeçiliyində olmuşdur. Təqribən X6 İdarəsinin tabeçiliyində üç Mərkəz, yüzdən çox klub olmuşdur. Həmin Mərkəzlərə və klublara nəzarət etmək fiziki cəhətdən mümkün olmamışdır. Gərmətük klubunun müdiri Təqsirləndirilən şəxs olmuşdur. Kamil hər ay Mərkəzə gəlib tabelləri və aylıq planları gətirib Mərkəzin direktoru Şahid16 təqdim etmişdir. Bundan başqa Mədəniyyət Mərkəzi klubların keçirdiyi mədəni-kütləvi tədbirləri ümumiləşdirərək illik hesabatlar təqdim edir. Təqdim edilmiş illik hesabatları ümumiləşdirdikdən sonra Nazirliyə göndərmişdir. Klubun işçilərinin davamiyyəti klub müdiri tərəfindən yoxlanılmış və tabeli tərtib etmişdir. İşçilər əmək funksiyalarını icra etmişlər. O, X10 İdarəsinin rəisi olduğu müddətdə bir neçə dəfə monitorinq keçirilmiş və işçilərin yerində olduğu müəyyən edilmişdir. Klubun inzibati binasının təmirsiz və qəzalı vəziyyətdə olması işlərinin icrasında müəyyən axsaqlıqlara gətirib çıxara bilsə də, ümumilikdə klubun işçiləri əmək funksiyalarını icra etmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 məxsus əməkhaqqı kartını ələ keçirib istifadə etmişdir. Bundan onun məlumatı olmamışdır. Bir sıra işçilər əmək funksiyalarını Gərmətük klubunda deyil Mərkəzdə icra etmişlər. Gərmətük klubunda faktiki şərait olmadığından Mərkəzdə əmək funksiyalarını icra etmişlər. Aytən, İlahə, Sərxan əmək funksiyalarını Mərkəzdə icra etmişlər. Gülzaman və Teymur daim işdə olmuşlar. Sədaqətin əmək funksiyalarını icra etməməsindən məlumatsız olmuşdur. Klubların fəaliyyətlərinin daimi olaraq yoxlanılması Mərkəzin səlahiyyətindədir. Lakin o, işlədiyi müddətdə bir neçə dəfə Gərmətük qəsəbə sənətkarlıq klubunda və digər klublarda monitorinq aparmışdır. 2020-2022-ci illərdə pandemiya ilə əlaqədar mədəni tədbirlər internet resursları vasitəsilə həyata keçirilmişdir. Lakin 2016-2020-ci illərdə Gərmətük klubu tərəfindən daim mədəni tədbirlər hazırlanmış, dərnəklər fəaliyyət göstərmişdir. Lakin keçirilən tədbirlərin hamısının qiymətləndirilməsi yüksək səviyyədə olmamışdır. Bununla bağlı Mərkəzin direktoru cədvəli tərtib edərək keçirilmiş tədbirlər ssenari və proqramları qiymətləndirilmişdir. Belə ki, keçirilən tədbirlərin keyfiyyətinin aşağı səviyyədə olması, zəif keçirilməsi əmək funksiyalarını icra etməmələri demək deyildir. Təkcə Gərmətük qəsəbə sənətkarlıq klubu deyil, digər müəssisələrdə də oxşar hallar baş vermiş və fəaliyyətləri qiymətləndirilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunun inventarına maddi məsul şəxs klub müdiridir. Onun inventarları yoxlamaq səlahiyəti olmadığı üçün bu barədə məlumatı yoxdur. Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Sənətkarlıq klubunun ərazisi və həyəti süpürüldüyü üçün xadiməyə tam stavka əmək haqqı ödənilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 30 iyun tarixli, 284 nömrəli qərarı ilə təsdiq edilmiş “Rayon, şəhər və kənd mədəniyyət evlərinin, şəhər və kənd klublarının Nümunəvi ştatları”nın tələblərindən fərqli olaraq Gərmətük qəsəbə olduğundan ona kəndin struktur cədvəli aid edilmir. Qeyd edilən Nazirlər Sovetinin qərarında qəsəbələrdə yerləşən klublarla bağlı ştat cədvəli müəyyənləşdirilməmişdir. Gərmətürk qəsəbəsinin ərazisi böyük olduğundan əlavə metodist ştatı verilmişdir. Metodist ştatına təyin edilmiş şəxslər öz vəzifə öhdəliklərini icra etmişlər. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ildən Mədəniyyət Nazirliyində işləyir. 27 aprel 2021-ci il tarixdə X6 İdarəsinə rəis təyin edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Mədəniyyət İdarəsinin rəisi olaraq onun vəzifəsi regional idarənin tabeliyində olan Lənkəran, Lerik və Astara rayonlarında mədəniyyət siyasətini həyata keçirtmək, mədəni-kütləvi tədbirlərin təşkili, mədəniyyət sahəsində qəbul olunmuş dövlət proqramlarının icrasının təmin olunması və digər vəzifələrdən ibarətdir. Onun əvvəllər məhkumluğu olmamışdır. İdarə rəisi təyin olunduqdan sonra 2021-2022-ci illərdə idarənin tabeçiliyində olan müəssisələrdə monitorinqlər aparılmış, işçilərin davamiyyəti yoxlanılmışdır. Belə ki, aparılan monitorinqlər zamanı komissiya üzvlərini müxtəlif rayonların mədəniyyət işçilərindən təyin etmişdir ki, obyektiv gerçəkliyi müəyyən edə bilsin. Yoxlamalar nəticəsində müəssisələrdə işçilərin iş davamiyyəti artmış, 200-ə yaxın işçi ərizə ilə müraciət etdiyindən işdən azad edilmişdir. Regional İdarənin rəisi kimi eyni vaxtda tabeçiliyində olan yüzlərlə müəssisənin davamiyyətini yoxlamaq qeyri mümkündür və onun vəzifə öhdəliyi deyildir. Belə ki, işçilərin davamiyyətinə müəssisə rəhbərləri, yəni klub rəhbərləri cavabdehlik daşıyırlar. Bundan başqa bir sıra müəssisələrin ləğv edilməsi ilə bağlı Nazirliyə təkliflər göndərilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunun müdiri Təqsirləndirilən şəxs iş fəaliyyətində yol verdiyi nöqsanlara görə 2022-ci ildə intizam tənbehi almışdır. Gərmətük klubunun müdiri Təqsirləndirilən şəxs olmuşdur. Kamil hər ay Mərkəzə gəlib tabelləri və aylıq planları gətirib Mərkəzin direktoru Şahid16 təqdim etmişdir. Bundan başqa Mədəniyyət Mərkəzi klubların keçirdiyi mədəni-kütləvi tədbirləri ümumiləşdirərək illik hesabatlar təqdim edir. Təqdim edilmiş illik hesabatları ümumiləşdirdikdən sonra Nazirliyə göndərilir. Gərmətük sənətkarlıq klubu 2021-ci ilin iyun ayında komissiya üzvləri tərəfindən yoxlanılmışdır. Belə ki, yoxlama zamanı Gərmətük sənətkarlıq klubunda hər hansı mal-material çatışmazlığı müəyyən edilməmiş, işçilərin davamiyyəti yerində olmuşdur. Gərmətük qəsəbə sənətkarlıq klubunun inventarına maddi məsul şəxs klub müdiridir. 2021-ci ildə komissiya üzvləri tərəfindən inventarizasıya aparılan zaman hər hansı çatışmazlıq müəyyən edilməmiş və bu barədə akt tərtib edilmişdir. Gərmətük qəsəbə sənətkarlıq klubunun inventarına maddi məsul şəxs klub müdiridir. Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Sənətkarlıq klubunun ərazisi və həyəti süpürüldüyü üçün fikrincə ona görə xadiməyə tam stavka əmək haqqı ödənilmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, işin məhkəmə baxışı zamanı və ibtidai araşdırma dövründə verdiyi izahat və ifadələr, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Lənkəran şəhər Psixiatriya xəstəxanasından daxil olmuş 11 aprel 2023-cü il tarixi 33 saylı cavab məktubundan görünür ki, Cabbarov X15 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair tərtib edilmiş 03 fevral 2023-cü il tarixli akta və ona əlavə edilmiş sənədlərə əsasən yoxlama zamanı Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Sənətkarlıq klubunun xadiməsi Şahid1 verdiyi 19 yanvar 2023-cü il tarixli izahatında 01 may 2016-cı il tarixdən 01 may 2022-ci il tarixə kimi olan dövrdə Sənətkarlıq klubunda xadimə vəzifəsində əmrdə olduğu halda işə gəlmədiyini, əməkhaqqı almaqdan ötrü ona verilmiş plastik ödəniş kartı klubun direktoru Təqsirləndirilən şəxs verdiyindən, həmin dövrlər üçün ona hesablanmış 12609,84 manat məbləğində əməkhaqlarını Gərmətük qəsəbə Sənətkarlıq klubunun direktoru Təqsirləndirilən şəxs tərəfindən alınaraq xərclədiyini bildirmişdir. Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə Sənətkarlıq klubunda işçilərin mütəmadi olaraq işə gəlmələrini və onların öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən müəyyən olundu ki, xadimə Şahid1 2016-cı il 01 may tarixdən 2022-ci ilin 23 aprel tarixinə kimi olan dövrdə Mədəniyyət evində və sonralar Klubda xadimə kimi əmrləşdiyinə baxmayaraq işə çıxmamışdır. X6 İdarəsi tərəfindən verilmiş və həmin dövr üzrə maddi-məsul şəxs, klubun direktoru Təqsirləndirilən şəxs öhdəsində olan mal-material qiymətlilərinin faktiki varlığı başdan-başa yoxlanıldıqda cəmi 1284,00 manat məbləğində inventar çatışmazlığı, o cümlədən 2 ədədin dəyəri 384,00 manat olan 3 yerlik oturacaq, dəyəri 600,00 manat olan 1 ədəd kalonka mikrafon və dəyəri 300,00 manat olan 1 ədəd musiqi mərkəzi müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cabbarov X15 şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Şahid7 01 aprel 2016-cı il tarixli 26 nömrəli əmrinə əsasən Gərmətük qəsəbə sənətkarlıq klubunun müdiri vəzifəsinə təyin edilmiş, Q.Vəliyev adına Ləmkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Nümayəndə2 25 may 2023-cü il tarixli 30 nömrəli əmrinə əsasən işdə azad edilmişdir. Bundan başqa Ağayeva X5 şəhər Mədəniyyət və Turizm şöbəsinin Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Şahid16 30 aprel 2016-cı il tarixli 22 saylı əmri ilə Gərmətük qəsəbə sənətkarlıq klubuna xadiməçi vəzifəsinə işə təyin edilmiş, X6 İdarəsinin Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktor əvəzi Şahid5 25 aprel 2022-ci il tarixli 18 nömrəli əmri ilə işdən azad edilmişdir. Cinayət işi üzrə "xxxx" ASC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən müşayət məktubu ilə birlikdə daxil olmuş bir ədəd CD diskin içərisindəki məlumatlara baxmaq üçün kompyuterə daxil etdikdə üç ədəd yarlıq aşkar edildi. Hər bir yarlıqda tarixlər üzrə sıralanmış içərisində fotoşəkillər olan pəncərələr vardır. Diskin içərisində olan “4127--- 9819- maxaric” adlı word faylına daxil olduqda Şahid1 məxsus **********159819 saylı bank kartından xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Lənkəran şəhəri ərazisində olan müxtəlif bankomatlardan pul vəsaitlərinin nəğdləşdirilməsi barədə məlumatlar öz əksini tapmışdır. “Bankomatlarin unvani –“ adlı fayla baxış keçirdikdə Lənkaran rayonu, Bakı Astara şossesi, Favorit market, Lənkəran şəhəri, Ş.Axundov 16 (Lənkəran filialının inzibati binası), Lənkəran şəhəri, Ş.Axundov 16 (Lənkəran filialının inzibati binası) ünvanlarından olan 948, 1881, 1981 saylı ATM-lərdən pul vəsaitlərinin nəğdləşdirildiyi müəyyən edilir. “Bankomat 948” adlı yarlıqa daxil olduqda 17 ədəd sıralanmış içərisində fotoşəkillər olan yarlıqlar aşkar edildi. Həmin yarlıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs Lənkaran rayonu, Bakı Astara şossesində yerləşən Favorit marketdəki "xxxx" ASCyə məxsus bank terminalından xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2021-ci il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdə 229 manat, xx.xx.2021-ci il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdə 229 manat, xx.xx.2021-ci il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdə 214 manat, 26.08.21-ci il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdə 230 manat, xx.xx.2022-ci il tarixdə 270 manat, xx.xx.2022-ci il tarixdə 270 manat, xx.xx.2021-ci il tarixdə 229 manat məbləğində pul çıxardığı müəyyən edilir. “Bankomat 1881” adlı yarlıqa daxil olduqda 06 ədəd sıralanmış içərisində fotoşəkillər olan yarlıqlar aşkar edildi. Həmin yarlıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Axundov 16 (Lənkəran filialının inzibati binası) ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bank terminalından xx.xx.2019-cu il tarixdə 234 manat, xx.xx.2019-cu il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 235 manat, xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2021-ci il tarixdə 230 manat məbləğində pul çıxardığı müəyyən edilir. “Bankomat 1981” adlı yarlıqa daxil olduqda 04 ədəd sıralanmış içərisində fotoşəkillər olan yarlıqlar aşkar edildi. Həmin yarlıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Axundov 16 (Lənkəran filialının inzibati binası) ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bank terminalından xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2021ci il tarixdə 229 manat, xx.xx.2022-ci il tarixdə 269 manat, xx.xx.2022-ci il tarixdə 212 manat məbləğində pul çıxardığı müəyyən edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “Bankomat 948”,“Bankomat 1881”, “Bankomat 1981” adlı yarlıqlarda olan fotoşəkillərdəki şəxsin özü olduğunu təsdiq edərək yuxarıda qeyd edilən məbləğləri Lənkəran şəhəri, Ş.Axundov 16 (Lənkəran filialının inzibati binası) ünvanında və Lənkaran rayonu, Bakı Astara şossesində yerləşən Favorit marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bank terminallarından Şahid1 məxsus bank kartından pulları nəğdləşdirdiyini bildirmişdir. X6 İdarəsindən daxil olmuş 23 iyun 2023-cü il tarixli 30 saylı məktuba əsasən Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin monitorinq komissiyası tərəfindən aparılmış monitorinqlər zamanı Gərmətük qəsəbə Sənətkarlıq klubuna məxsus kolonka mikrofon (500 manat), musiqi mərkəzi (300 manat), 2 ədəd 3 yerlik oturacaq (384 manat) inventarlar klub müdiri tərəfindən yerinə qoyulmuşdur. Ödəniş qəbzlərinin surətindən və Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, onun tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 3600 manat (üç min altı yüz) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 iyun 2023-cü il tarixli 9/4464 saylı rəyindən görünür ki, cinayət işi materiallarında olan ifadələr, sənədlər, Azərbaycan Respublikası Maliyyə Nazirliyi mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair tərtib edilmiş 03 fevral 2023-cü il tarixli akta əsasən X6 İdarəsinin Q.Vəliyev adına Lənkəran şəhər X4 qəsəbə sənətkarlıq klubunda yaranmış çatışmazlığın ümumi məbləği 13.893.84 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Azərbaycan Republikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Lənkəran – X13 İdarəsinə vurulmuş ümumilikdə 13.893,84 manat maddi ziyan Regional Mədəniyyət İdarəsinə tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar və ona qarşı hər hansı şikayət və tələbi və mülki iddiası yoxdur. Kabil Cabbarov barəsində olan cinayət işininin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 22520 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 9020 (doqquz min iyirmi) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X6 İdarəsinin hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli 1986 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3474 (üç min dörd yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X2 AZ11CTRE******************** nömrəli hesabına ödənilmişdir. 04 iyul 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart 1932 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə 23 fevral 2023-cü il tarixli 3776 nömrəli Sərəncamına əsasən X6 İdarəsi əsasında Lənkəran - X13 İdarəsi yaradılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadə və ərizəsinə, şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13.893.84 manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3474 manat miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs da özünü ona elan edilmiş maddələrlə təqsirli bilmiş, cinayət nəticəsində dəymiş maddi ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etməklə hazırda barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından X1 İdarəsinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilməli, həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərini əlaqələndirmə idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə sektoruna həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından X1 İdarəsinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərini əlaqələndirmə idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə sektoruna həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar