Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-23/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: 24 avqust 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 206.2 və 234.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə 01 il 20 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 7-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki o, 2024-cü ilin iyul ayında, Bakı şəhərində, istintaqa məlum olmayan mənbədən, satış məqsədilə qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 1,348 qram olan psixotrop maddə metafetamin, xeyli miqdarda, təmiz çəkisi 0,383 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, ünvan 1 ünvanında yerləşən evinə gətirmiş, əvvəlcədən əldə etdiyi elektron tərəzidən istifadə etməklə psixotrop maddə metamfetamini 0,434 qram, 0,434 qram və 0,48 qram çəkiyə malik üç ədəd bükümə, narkotik vasitə heroini isə 0,031 qram, 0,034 qram, 0,041 qram, 0,035 qram, 0,026 qram, 0,028 qram, 0,025 qram, 0,026 qram, 0,044 qram, 0,036 qram, 0,026 qram, 0,016 qram, 0,015 qram çəkiyə malik 13 ədəd bükümə bölərək yaşadığı ünvanda saxlamış, 24 iyul 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə Lənkəran şəhəri Koroğlu küçəsi ev 62də yaşayan Şahid5 30 manat qarşılığında bir ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop madə metamfetamin, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram və 0,034 qram, ümumi təmiz çəkisi 0,065 qram olan narkotik vasitə heroin satmış, daha sonra onun evində olan narkotik vasitə istifadəçisi olan qohumu - Lənkəran şəhəri Nizami küçəsi ev 29-da yaşayan Şahid4 bir ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metamfetamin, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,076 qram olan narkotik vasitə heroini istifadə etməsi üçün pay vermiş, bir ədəd bükümdə, təmiz çəkisi 0,48 qram olan psixotrop maddə metamfetamin, doqquz ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,028 qram, 0,025 qram, 0,026 qram, 0,044 qram, 0,036 qram, 0,026 qram, 0,016 qram, 0,015 qram, ümumi təmiz çəkisi 0,242 qram olan narkotik vasitə heroini plastmas qaba qoyaraq həmin qabı, həmçinin üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzini əynində olan şalvarın sağ yan cibində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid5 24 iyul 2024-cü il tarixdə, saat 17:30 dəqiqədə Lənkəran şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 3rilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüş, keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı nəticəsində o, 24 iyul 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə ünvan 4 ünvanında yerləşən yaşadığı evin qarşısında qohumu Şahid4 ilə birlikdə saxlanılaraq polis şöbəsinin ünvanı Lənkəran şəhəri T.İsmayılov küçəsi 26 olan inzibati binasına gətirilmiş, Şahid4 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibində olan qabın içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş qablaşdırılaraq götürülmüş, onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan plastmas qabın içərisindən qeyd edilən çəkidə bükümdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, həmçinin həmin cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən, narkotik vasitəni satmadığını bildirib, buna görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirib göstərmişdir ki, polis əməkdaşları və əməliyyatçılar onu evlərinin qapısının ağzından, küçədən deyil, evin içərisindən, xx.xx.2024-cü il tarixdə, saat 14.00-15.00 radələrində polis əməkdaşları Babək, Şahmar və Zamir döyərək, boğazını cızaraq, şortik-maykada sürüyə-sürüyə bayıra çıxarıb polis şöbəsində aparmışlar. Polis əməkdaşları 15 nəfər olmuşlar. Həmin vaxt evlərində olan bacısı hadisəni gördüyündən, ürəyi getmişdir. Polis şöbəsinə aparıldığı zaman üzərində 13 “çet” heroin olsa da, metamfetamin olmamışdır. Çünki metamfetamin qəbul etmir. Metamfetamindən ikisini polis əməkdaşları Azərlə Elvinin üstlərinə qoymuş, doqquzunu isə onun üzərində olduğunu yazmışlar. Sonradan üstünə tərəzi də qoyaraq döyüb bildirmişlər ki, çəkiliş zamanı hər şeyi boynuna alsın. Həmin vaxt o, özündə olmamış, onu polis əməkdaşları Ramin, Şahmar və Əlvan döymüşlər. Ondan aşkar olunmuş narkotok vasitə, evlərində stolun üstündə, sadə plastmas qabın içərisində olmuş, sonradan onu onun cibinə əməliyyatçı Əlvan qoymuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni o, özünün istifadəsi üçün Bakı şəhərindən, büküm şəklində almışdır. Həmin narkotik vasitəyə görə nə qədər pul verdiyini xatırlamır. Bükümləri özü bölməmişdir. Üzərindən aşkar olunmuş tərəzi evində olmuş, onu özü aldığı narkotik vasitəsinin çəkisini bilmək üçün almışdır. Onun Azər və Elvinlə düşmənçiliyi yoxdur. O, onlara narkotik vasitədən pay verməmiş, sadəcə dayısı oğlu Elvinlə aldığı narkotik vasitədən qəbul etmək istəmiş, hətta bir neçə “tüstü”də vurmuşlar, lakin, polislər evə daxil olaraq onlara bunu etməyə imkan verməmişlər. Azər və Elvin polislərdən qorxduqlarına və onların təziqlərinə dözmədiklərinə görə narkotik vasitəni ondan aldıqlarını bildirmişlər. Gündə 1, hərdən 2-3 büküm narkotik vasitə qəbul edir. Üzərində olan 13 büküm narkotik vasitəni 13 gün müddətində qəbul etməli idi. Narotik vasitəni zər üstə qəbul edir. Şəxsi axtarış vaxtı yanında müdafiəçi olmuş, lakin əməliyyatçılar ona bildirmişlər ki, cinayəti boynuna almasa, onu “külli miqdarla” məhkəməyə verəcəklər, elədə də Elvinlə Azəri “sroka” göndərəcəklər. Evlərində tutulduğu zaman onunla birlikdə dayısı oğlu Elvin, o biri otaqda xəstə bacısı, anası isə işdə olmuşdur. Bacısının narkotik vasitədən istifadə etdiyindən xəbəri olmamışdır. Tərəzi çoxdan ondadır, əvvəllər ondan istifadə etsə də, hazırda tərəzi işləmir. Onu Elvin və Azərlə üzləşdirlməyiblər. Ona qarşı fiziki zor işlədilib. Onu məhkəməyə, sanksiyasya təzid və hədə qorxu altında gətirdiklərindən, qorxudan hakimə əməliyyatçılar tərəfindən döyüldüyünü deməmişdir. Ağlı olmadığına görə Bakı İstintaq Təcridxanasında olduğuna baxmayaraq döyülməyi barədə heç bir yerə şikayət etməmişdir. O, məhkəmə iclasından fərqli olaraq xx.xx.2024-cü il tarixdə, ibtidai istintaq zamanı göstərmişdir ki, anası və bacısı ilə birlikdə yaşayır. Dayısı oğlu olan Şahid4 da 5 aya yaxındır ki, onlarla qalır. Elvin də narkotik vasitə aludəçisidir. Təxminən, 10 ilə yaxın müddətdir ki, narkotik vasitələr qəbul edir. İstifadə etdiyi narkotik vasitəni çox vaxt Bakı şəhərində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə hər hansı bir məlumata malik olmadığı şəxslərdən alır. Aldığı narkotik vasitə və psixotrop maddə - metamfetamini xırda bükümlərə ayırır, daha sonra həmin bükümləri Lənkəran şəhəri ərazisində tanıdığı bəzi şəxslərə sataraq yenidən istifadəsi üçün narkotik vasitə almaqdan ötrü pul əldə edir. Təxminən, 4-5 gün əvvəl Bakı şəhərində olduğu zaman “Kubinka” deyilən əraziyə gedib orada əvvəllər gördüyü və narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, üzdən tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış, narkotik vasitə aludəçisi olduğunu demiş və ona narkotik vasitə heroin, həmçinin psixotrop maddə metamfetamin satmasını istəmişdir. Həmin şəxs də ona etiraz etməmişdir. Həmin şəxsə 60 manat verib ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını demişdir. Həmin şəxs də ona, təxminən, 1 qram heroin və 2 qrama yaxın metamfetamin vermişdir. O, Lənkəran şəhərinə qayıtdıqdan sonra yaşadığı evdə aldığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özündə olan elektron tərəzidən istifadə etməklə çəkmiş, xırda bükümlərə bölmüşdür. Aldığı narkotik vasitə heroindən və metamfetamindən özü də istifadə etmişdir. 24 iyul 2024-cü il tarixdə saat 16 radələrində, əvvəl də ondan narkotik vasitə almış Lənkəran şəhər sakini, uzun illərdir ki, tanıdığı Şahid5 yaşadığı ünvana gəlmişdir. Ona 30 manat pul verib həmin məbləğ müqabilində Azərə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməyini istəmişdir. O da Azərə bir büküm metamfetamin və 2 büküm heroin vermişdir. Azərə əvvəllər də narkotik vasitə və psixotrop maddə satmışdır. Onların arasında olan alış-veriş bir ildir ki, davam edir. Azər ondan heroin və metamfetamin aldıqdan sonra yaşadığı ünvandan çıxıb getmişdir. Azərdən sonra dayısı oğlu Elvin də ondan istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməyini istəmişdir. Elvin onlarda qaldığı müddətdə ona narkotik vasitə və psixotrop maddəni o verirmiş. O da ona 1 büküm metamfetamin və 2 büküm heroin vermiş, lakin pay vermiş, pul almamışdır. Təxminən, saat 19 radələrində Elvinlə birlikdə yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istədiyi zaman mülki geyimdə olan üç şəxs onlara yaxınlaşmış, özlərini təqdim edib Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Həmin şəxslər onlara narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmaqları barədə məlumatları olduğunu deyib onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib vəkillərin siyahısını ona təqdim etmişlər, daha sonra seçdiyi Müdafiəçi şöbəyə dəvət edilmişdir. Daha sonra müdafiəçilərin iştirakı ilə o və Şahid4 üzərinə axtarış həyata keçirməyə başlamşlar. Üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etsin. O da əynində olan şalvarın sağ yan cibindən istifadə etdiyi elektron tərəzini, içərisində heroin və metamfetamin bükümləri qoyduğu kiçik ölçülü plastmas qabı, 3 ədəd plastik kartı, sol yan cibindən isə istifadə etdiyi “Redmi” markalı mobil telefonu və pulunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi plastmas qabın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin bükümləri olduğunu, onları istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin plastmas qaba baxış keçirilərkən içərisində metamfetamin olan 1 ədəd sellofan büküm və içərisində narkotik vasitə heroin olan 9 ədəd sellofan büküm olması müəyyən edilmişdir. Elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisini təyin etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri “Kubinka” adlanan ərazidə, üzdən tanıdığı şəxsdən 60 manat qarşılığında aldığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 0,54 qram, 9 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə çəkisi 0,29 olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümlər ekspertizaya təqdim olunması məqsədilə ilə 2 ədəd ayrı zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Elektron tərəzi də ayrıca zərfdə qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar edilmiş 3 ədəd 10 manatlıq, 13 ədəd 1 manatlıq pul əskinasları isə ona qaytarılmışdır. “Redmi” markalı mobil telefon və 3 ədəd plastik kart isə götürülmüşdür. Bundan sonra Şahid4 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya varsa, təqdim etsin. Şahid4 əynində olan şalvarın sol yan cibindən 1 ədəd kiçik ölçülü oyuncaq qabı, sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon və arxa cibindən isə 1 ədəd plastik bank kartı çıxarıb təqdim etmiş, təqdim etdiyi oyuncaq qabın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin qaba baxış keçirilən zaman içərisində 1 ədəd psixotrop maddə metamfetamin və 2 ədəd narkotik vasitə heroin bükümü olması müəyyən edilmişdir. Elvin həmin heroin və metamfetamin bükümlərini öz istifadəsi üçün yaşadığı ünvanda ondan aldığını bildirmişdir. Elvindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisinin 0,48 qram, 2 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,10 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə iki ədəd ayrı zərfdə qablaşdırılmış və möhürlənmişdir. Elvindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və 1 ədəd plastik kart götürülmüşdür. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Sonda isə protokl tərtib edilmiş və imzalanmışdır. Həmin predmetləri həm istifadə etmək, həm də satmaq məqsədilə əldə etmişdir. Satmağında məqsəd isə yenidən narkotik vasitə və psixotrop maddə almaq üçün pul əldə etmək olmuşdur. Saxlanılan gün Lənkəran şəhər sakini, tanışı olan Şahid5 yaşadığı evdə narkotik vasitə və psixotrop maddə satmış, həmçinin qohumum Şahid4 yaşadığı evdə narkotik vasitə və psixotrop maddə vermişdir. Elektron tərəzini bir ilə yaxın müddətdir ki, Lənkəran şəhəri mərkəzi bazarında almışdır. Almaqda məqsədi narkotik vasitə və psixotrop maddəni satmaq üçün xırda bükümlərə bölmək olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində qismən təqsirli bilsə də, onun təqsiri özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərilən dəlillərinə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə tam, hərtərəfli və obyektiv münasibət bildirmək üçün ilk olaraq ibtidai araşdırma orqanın əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi və nəhayət əməlin hüquqi tövsifi həll olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamla bağlı gəldiyi yekun nəticəni təsdiq edən sübutların dairəsi aşağıdakılardır:
1. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qəbul etməsi və satışı ilə məşğul olması, həmçinin həmişə onun yanında olan Şahid4 qanunsuz narkotik vasitələri üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.
2. “Təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.
3. «Şəxsi axtarışın keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, həmin cibində olan plastmas qabın içərisindən ilkin çəkisi 0,29 qram 9 ədəd bükümdə narkotik vasitə heroin, ilkin çəkisi 0,54 qram olan bir büküm psixotrop maddə metamfetamin, Şahid4 üzərindən isə ilkin çəkisi 0,48 qram olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin, ilkin çəkisi 0,10 qram olan iki ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 60 manat qarşılığında, Şahid4 isə üzərindən aşkar edilmiş predmetləri Təqsirləndirilən şəxs yaşadığı ünvanda aldığını bildirmişdir. Hər iki şəxsin üzərindən aşkar edilmiş mobil telefonlar, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş plastik kartlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.
4. Məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2024-cü il tarixli, 19/575 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə ”sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,48 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 9 ədəd bükümlər…” sözlər və imzalar olan bir ədəd zərfdəki, 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,028 qram, 0,025 qram, 0,026 qram, 0,044 qram, 0,036 qram, 0,026 qram, 0,016 qram, 0,015 qram, ümumi təmiz çəkisi 0,242 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir- biriləri ilə eynidirlərlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi…” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəkilli olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metmafetaminə bənzər kütlə”, “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 9 ədəd bükümlər…” və “Şahid5 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin və 2 büküm heroin Rəy №-19/573…” sözlər və imzalar olan zərflərdəki, ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; ümumilikdə 11 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə…”, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 9 ədəd bükümlər…” və “Şahid4 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin və 2 büküm heroin Rəy №- 19/574…” sözlər və imzalar olan zərflərdəki, ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, ümumilikdə 11 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,43 qram, heroinin qalıq çəkisi isə - 0,152 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir.
5. Məhkəmə narkoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli, 614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.
6. Məhkəmə – tibbi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 692 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi.
7. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli izahatında, xx.xx.2024-cü ildə şübhəli və xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində xx.xx.2024-cü ildə ondan aşkar olunmuş narkotik vasitə - heroin bükümlərinin, psixotrop maddə metafetaminin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri və metamfetamini satış və şəxsi istifadəsi üçün 19/xx.xx.2024-cü ildə Bakı şəhərində, “Kubinka” deyilən ərazidən aldığını və elekton tərəzini isə aldığı narkotik vasitələrin dəqiq çəkisini müəyyən etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir .
8. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş nartkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib üzərində saxladığı müəyyən edilsə də onun həmin qanunsuz predmetləri əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır. Onun Şahid4 və Şahid5 əvvəllər dəfələrlə narkotik vasitə və psixotrop maddə satması, həmçinin verməsi, bundan başqa qeyd edilən şəxslərin üzərindən aşkar edilmiş predmetləri də Təqsirləndirilən şəxs almaları müəyyən edilmişdir.
9. Şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər - metamfetamin, heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olmasını etiraf etmişdir. Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 30 manata iki büküm heroin və bir büküm metamfetamin almışdır. Şahid4 isə ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, çox vaxt Təqsirləndirilən şəxs narkotik vasitələr almış, xx.xx.2023-cü il tarixdə onların evində gedib orada qalaraq Cavidlə birlikdə narkotik vasitədən istfadə etmiş, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində onların evində olduğu zaman ondan metamfetamin və heroin istəmiş, heç yerdə işləmədiyinə görə Cavid ona iki büküm heroin və yarım qram metamfetamin vermişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitə – heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirsə də, metamfetaminin ona məxsus olmadığını, sonuncunun məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və psixotrop maddə və narkotik vasitəni satmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət hadisəsi ilə əlaqəsinin təsdiqinə dair müdafiə hüququ təmin olunmaqla ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli izahatının, xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs kimi verdiyi ifadələrinin sübut qismində qəbul olunmasının yolverilməzliyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, məhz polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada, metamfetaminin özünə məxsus olması və psixotrop naddə ilə narkotik vasitələrin satması barədə ibtidai araşdırma zamanı əleyhinə izahat və ifadələr vermişdir. Məhkəmə ilk olaraq həmin dəlilə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşı tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusat məhkəmə-tibbi ekspertizasını rəyi ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilmiş və bununla bağlı tərtib olunmuş həmin tarixli 692 nömrəli rəylə müəyyən olunur ki, onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı ekspertə məlumat verməmişdir. X8 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və bunun nəticəsində boğazında cızığın əmələ gəlməsi ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan xx.xx.2024-cü il tarixli izahatının, xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işə əlavə edilmiş məhkumun tibbi kitabçasının surəti və Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavabları ilə təkzib olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmiş, sol saidin ön səthində köhnə çapıq toxuması qeyd olunur. Göründüyü kimi, təqsirləndirlən şəxs döyüldüyünü və boğazına cızıq yetirildiyini göstərsə də, onun göstərdiyi xüsusatlar yuxarıda göstərilmiş sənədlərlə inkar olunur. Bundan əlavə təqsirləndirlən şəxsin göstərdiyi hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə bir daha təkzib olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. xx.xx.2024-cü il tarixdə polis həmkarı hazırki iş üzrə Şahid5 narkotik vasitələrinin üzərində daşıması ilə bağlı saxlamış, üzərindən aşkar olunmuş vasitənin kimdən əldə etdiyini soruşduqda, sonuncu onu Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin gün, saat 20.00 radələrində onlar Cavidlə Şahid4 Lənkəran şəhəri, Hacı Nasir küçəsində, həyədən küçəyə çıxdıqdan sonra, qapının ağzında aşkar edib polis şöbəsinə aparmışlar. Polis şöbəsində Cavidin üzərində şəxsi axatarış aparılmış, nəticədə onun üzərində plastik qab və içərisində bükümlər və metamfetamin aşakar olunmuşdur. Elvinin də cibindən plastik qab aşkarlanmış, onun içərisində olan narkotik vasitəni ona Cavidin verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Cavidlə Elvinə qarşı zor tətbiq edilməmiş, əvvəl Azər saxlanılmış, Cavidlə Elvinin saxlanılmasında onunla bərabər Şahid2 və Şahid3 Baləddin oğlu iştirak etmiş, həmin vaxt Babək və Şahmar iştirak etməmişlər. Cavid ondan aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddənin “Kubinka”dan aldığını, lakin satmadığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı isə bildirmişdir ki, 24 iyul 2024-cü il tarixdə Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bu səbəbdən də həm Təqsirləndirilən şəxs, həm də onunla birlikdə narkotik vasitələrin qanunsuz saxlanılmasında iştirak edən Şahid4 Şəməssdin oğlu ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 olmuşdur. 24 iyul 2024cü il tarixdə, saat 20 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, Hacı Nəsir küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin küçədə yaşayan Təqsirləndirilən şəxs və Şahid4 aşkar etmək olmuşdur. Qısa bir müddət həmin küçədə hərəkət etdikdən sonra qeyd edilən şəxsləri ünvan 7 ünvanından çıxan zaman, qapının qarşısında aşkar edərək saxlamışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də barələrində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə gəlməli olduqlarını bildirmişlər. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 onlarla razılaşmış və yolda həmin şəxsləri nəzarətdə saxlayaraq şöbənin inzibati binasına gəlmişlər. Şöbədə araşdırmanın davam etdirilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Vurğun Məmmədova yaxınlaşmışlar. Təhqiqatçı tərəfindən hər iki şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri onlara izah edilmiş, daha sonra həmin şəxslər tərəfindən seçilən müdafiəçilər - Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və Ədalət Muradov şöbəyə dəvət edilmişlər. Daha sonra videoçəkiliş müşayiəti ilə üzərlərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Cavid də əynindəki şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, 1 ədəd kiçik ölçülü plastmas qab, 3 ədəd plastik kart, sol yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefon və pul əskinaslarını təqdim etmişdir. Cavidin təqdim etdiyi plastmas qaba baxış keçirilən zaman içərisindən, ümumilikdə, 10 ədəd büküm aşkar edilmişdir. Cavid həmin bükümlərin metamfetamin və heroin bükümləri olduğunu, şəxsi istifadəsi üçün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 60 manat qarşılığında aldığını bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman onlardan birinin kristal şəkilli metamfetaminəbənzər kütlə, qalanlarının narkotik vasitə heroinəbənzər kütlələr olması müəyyən edilmişdir. Metamfetaminə bənzər büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,54 qram, heroinəbənzər bükümlər elektron tərəzidə çəkildikdə isə ümumi çəkilərinin 0,29 qram olması müəyyən edilmişdir. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cavidin üzərindən aşkar edilmiş əskinazlar iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmış, mobil telefon və plastik kartlar isə iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Sonra isə Şahid4 üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Elvinə təklif edilmişdir ki, üzərində qanunsuz predmet varsa, təqdim etsin. Elvin də əynindəki şalvarın sol yan cibindən bir ədəd kiçik ölçülü qab, sağ yan cibindən isə bir ədəd “Redmki” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Qabın içərisinə baxış keçirilən zaman qabdan içərisində metamfetaminəbənzər kütlə olan 1 ədəd, içərisində heroinəbənzər kütlə olan 2 ədəd büküm aşkar edilmişdir. Elvin həmin bükümləri şəxsi istifadəsi üçün bibisi oğlu olan Təqsirləndirilən şəxs aldığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən Elvinin üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Elvinin üzərindən aşkar edilmiş metamfetaminəbənzər büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,48 qram, 2 ədəd heroinəbənzər kütlə elektron tərəzidə çəkildikdə isə çəkiləri 0,1 qram olmuşdur. Həmin bükümlər də ekspertizaya göndərilməsi üçün qablaşdırlaraq möhürlənmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 Baləddin oğlu ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əlavəsi yoxdur. Şahid5 ibtidai istintaq zamanı bildirmişdir ki, bir ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin vasitələri çox zaman Lənkəran şəhəri Qala Xiyabanı ərazisində, “Ağ çiçəyim” gül mağazasının yaxınlığında yaşayan, öz evində narkotik vasitə satan Təqsirləndirilən şəxs alır. Cavidlə uzun illərdir ki, münasibəti var. Bir ilə yaxın müddətdir ki, narkotik vasitəni ondan alır. Sonuncu dəfə 24 iyul 2024-cü il tarixdə Cavid adlı şəxsin evinə getmiş, ona 30 manat pul verib öz istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin almışdır, qəbul etmək üçün üzərində olan boş siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu da şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində hərəkətdə olan zaman tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumatı olduğunu demiş, üzərində şəxs axtarış aparılacağını bildirmiş və bu səbəbdən də onu Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. O razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, Vurğun Məmmədov adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da Ədalət Muradov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil şöbəyə gələndən sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O üzərində hər hansı bir qanunsuz predmet olmadığını bildirmişdir. Bunu bildirdikdən sonra Vurğun adlı polis əməkdaşı üzərində şəxsi axtarış həyata keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı şalvarının sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə istifadəsində olan “Redmi” markalı mobil telefon aşkar edilmiş və götürümüşdür. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində olan iki büküm heroin və bir büküm metamfetamin götürülmüşdür. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulmuş, o da iki bükümdə heroin, bir bükümdə metamfetamin olduğunu, Caviddən aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqi olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs bibisi oğludur. xx.xx.2024-cü il tarixdə, saat 16-17 radələrində bibisi oğlu ilə sonuncunun evində olduqları zaman, otağa 10 nəfər polis əməkdaşı daxil olmuş və onları polis şöbəsinə aparıb ayrı-ayrı otaqlara salmışlar. Ondan “mal hanı” deyərək soruşduqda, bildirmişdir ki, nə olubsa, o da stolun üstündə olmuşdur. Bundan sonra onu döymüşlər, lakin Cavidi döyüb-döymədiklərini bilmir. Əməliyyatçılar yarım qram ona və yarım qram da narkotik vasitəni Cavidə verib ona demişlər ki, çəkiliş zaman desin ki, ondan aşkar olunmuş narkotik vasitəni ona Cavid verib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Cavidin narkotik vasitəni haradan aldığını bilmir. O, bibisi oğlunun evində olduğu zaman narkotik vasitəndən Cavidlə birlikdə istifadə etmək istədikləri zaman polislər otağa daxil olmuş, buna görə də istifadə edə bilməmiş, hazırda onun barəsində də cinayət işi vardır və onun cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, istintaq zamanı ifadə verdiyi zaman narkomaniya xəstəsi olduğuna görə özündə olmamış, hazırda isə özünə gəlmiş, 05 aydır ki, narkotik vasitə qəbul etmir, lakin gələcəkdə nə olacağını deyə bilmir, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakıda yaşayan dostlarından əldə etmiş, Cavidin evində, stolun üstündə 10 ədəd bükümdə narkotik vasitə olmuş, o biri otaqda Cavidin bacısı olmuş, sanksiyaya çıxarılmamış, çünki prokuror sanksiyanı təsdiq etməmiş, Bakıya gedərək orada müalicə almış, savadsız olduğundan polislərin hərəkətlərindən heç bir yerə şikayət etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini azdan-çoxdan xatırlayır, üzərində şəxsi axtarış aparılan zaman yanında müdafiəçi olmuşdur. Şahid4 ibtidai istintaq zamanı isə göstərmişdir ki, təxminən 5-6 ildir ki, anası Elmira Abbasova və bacısı Susanna Kərimova ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayə ev tutub yaşayırlar. Bəzən Lənkəran şəhəri Nizami küçəsində yerləşən evlərinə gəlib baş çəkirlər. Əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Daha sonra istifadə etməmişdir, çünki işləmişdir. Bakı şəhərində onu sürücülük hüququndan 6 ay müddətinə məhrum etdikləri üçün, iş olmadığından 2023-cü ilin noyabr ayında Lənkərana gəlmişdir. Gələndən sonra özünə iş tapa bilmədiyi üçün narkotik vasitə heroin və “şüşə” adlanan metamfetamindən istifadə etməyə başlamışdır. Yaşadığı evdə tək olduğu üçün bəzən bibisi oğlu Təqsirləndirilən şəxs evinə gedib onunla birlikdə qalmışdır. Cavid orada ailə üzvləri ilə birlikdə yaşayır. Cavid özü də narkotik vasitə aludəçisidir və birlikdə narkotik vasitədən də istifadə etmişlər. Çox zaman narkotik vasitəni Cavidin özündən almışdır. Cavidin narkotik vasitəni kimdən almasını bilmir. 23 iyul 2024-cü il tarixdə bibisi oğlu Cavidin yaşadığı ünvan 8 ünvanına getmişdir. Gecə orada qalmışdır. Həmin axşam Cavidlə birlikdə narkotik vasitədən istifadə etmiş, axşam da orada qalmışdır. 24 iyul 2024-cü il tarixdə, saat təxminən, 17 radələrində Caviddən xahiş etmişdir ki, ona metamfetamin və narkotik vasitə heroin versin. O, heç bir yerdə işləmədiyi üçün Cavid ona, təxminən, yarım qram metamfetamin və iki büküm heroin vermişdir. Həmin metamfetamini və heroini şalvarının sol cibində sarı rəngli plastik qaba qoymuşdur ki, sonra istifadə etsin. Lakin Cavidə pul verməmişdir. Cavid onları ona hədiyyə kimi vermişdir. Həmin gün saat 19 radələrində Cavidlə birlikdə evdən birlikdə həyət qapısından çıxmaq istəyən zaman, bir neçə şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib Lənkəran ŞRPŞ-nın əməkdaşı kimi təqdim etmişlər, üzərlərində narkotik vasitə olduqlarından şübhəli olduqlarını deyib onları Lənkəran şəhərində yerləşən şöbəyə dəvət etmişlər. Onlar heç bir etiraz etməmişlər. Daha sonra polis əməkdaşları onları Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra üzərlərində videoçəkiliş müşayiəti ilə axtarış keçirmişlər. Çəkiliş zamanı təhqiqatçı ilk növbədə Cavidə üzərində narkotik vasitə olub-olmadığını, əgər varsa təqdim etməsini demişdir. Cavid şalvarının cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd plasmas qab, 3 ədəd plastik kart, 1 ədəd mobil telefon və pulu çıxarıb təqdim etmişdir. Plasmas qabda 1 büküm metamfetamin, 9 büküm narkotik vasitə heroin aşkarlanmışdır. Cavid demişdir ki, həmin predmetləri Bakı şəhərində Kubinka deyilən yerdə 60 manata almışdır. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, metamfetamin 0,54 qram, narkotik vasitə heroin isə 0,29 qram olmuşdur. Sonra həmin bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdür. Telefonu da götürmüş, pulu Cavidə qaytarmışlar. Sonra ona təklif olunmuşdur ki, üzərində nə varsa, təqdim etsin. O da əynində olan şalvarının sol yan cibindən plasmas qaba qoyduğu bir büküm metamfetamini və iki büküm heroini, şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının arxa cibindən 1 ədəd plastik bank kartını təqdim etmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmişdir. Aşkar edilmiş plastmas qabda olan metamfetamin və iki büküm heroin elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 0,48 qram, heroinlərin çəkisi isə 0,1 qram olmuşdur. Həmin bükümlər qablaşdırılmış və götürülmüşdür. Məhkəmə yuxarıda qeyd etdi ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs verdiyi ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Artıq bu hallar Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddəni satmamasına münasibətdə məhkəmədə verdiyi ifadəsinin məntiqli və ardıcıl olmadığını təsdiq edir, ümumiyyətlə onun məhkəmədə verdiyi müvafiq məzmunlu ifadəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu izahat və ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübutlardır. Beləliklə ibtidai araşdırma orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş və məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə Təqsirləndirilən şəxsin üzərindən ümumi təmiz çəkisi 0,48 qram psixotrop maddə olan –metamfetamin, ümumi təmiz çəkisi 0,242 qram narkotik vasitə – heroinin və bir ədəd elektron tərəzinin aşkar olunması, həmin predmetlərin məhz sonuncuya məxsus olması təsdiq olunur. Əməlin hüquqi tövsifinin qiymətləndirilməsinə gəldikdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin normanın dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, “satış məqsədi” maddənin dispozisiyasında dəqiq göstərilməklə, həmin cinayət əməlinin tərkibinin əlaməti kimi təzahür edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “satış məqsədi” Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətini təşkil etdiyindən belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməlin düzgün hüquqi tövsif edilməsi üçün sübutetmə predmeti, yəni müəyyən edilməli olan halların dairəsi dəqiqləşdirilməlidir. Təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş psixotrop maddə olan –metamfetamin və narkotik vasitə – heroinə münasibətdə məqsədinin satış olub-olmasının müəyyən edilməsi üçün sübutetmə predmetini aşağıdakı hərəkətlərin məntiqi və hüquqi qiymətləndirilməsi təşkil edir:
1. Təqsirləndirilən şəxsin ittihamda qeyd olunan psixotrop maddə – metamfetamin və narkotik vasitə – heroini əziyyət çəkdiyi narkomaniya xəstəliyi ilə əlaqədar olaraq 19/xx.xx.2024-cü il tarixlərdə “Kubinka” adlandırılan ərazidə əldə edib yaşadığı evə gətiribgətirməməsi;
2. Təqsirləndirilən şəxsin ittihamda qeyd olunan psixotrop maddə – metamfetamin və narkotik vasitə – heroin bükümlərinin və elektron tərəzinin xx.xx.2024-cü ildə hansı zərurətlə hamısını cibinə qoymaqla yaşadığı evdən çıxdığı zaman üzərində olması. Təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkdiyi və özünün etiraf etdiyi kimi gün ərzində bir “çet” heroin qəbul etdiyi üçün, 13 bükümdə heroini əldə edib yaşadığı evə gətirməkdə məqsədinin şəxsi istifadə olması istisna olunmur. Lakin gün ərzində bir “çet” heroin qəbul etdiyi halda Təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə heroinin çöx hissəsini şəxsi istifadə məqsədilə cibinə qoyub, elekton tərəzi ilə birlikdə evindən çıxdığı zaman, həyətinin qapısı ağzında saxlanılması ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş elektron tərəzi ilə bağlı qeyd etmişdir ki, məhz narkotik vasitə alarkən çəkidə aldanılmamaq üçün tərəzini özü ilə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs heroin bükümlərini “Kubinka”da ölçərək artıq aldığı halda, xx.xx.2024-cü ildə həmin bükümlərlə yanaşı elektron tərəzini üzərində nə məqsədlə daşımasıni hər hansı bir halla əsaslandıra bilməmiş və bu da öz növbəsində onun müvafiq maddələri satış məqsədilə üstündə daşıdığını təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin içərisində heroin olan bükümləri ailə üzvlərindən gizli saxlamaq kimi imkanı olduğu və gündə bir “çet” heroin qəbul etdiyi halda, çox hissəsini şəxsi istifadə məqsədilə cibinə qoyub küçəyə çıxması, onun həmin maddəyə münasibətdə niyyətinin satış olması halını şərtləndirir. Təqsirləndirilən şəxsin həmin heroini, eləcə də inkar etdiyi metamfetamini satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşıması işin müəyyən olunmuş faktiki hallarının yuxarıda qeyd olunan məntiqi və hüquqi təhlili ilə sübuta yetirilməklə yanaşı, iş üzrə şahidlərin dindirmə protokolları və əməliyyat tapşırığına cavab məktubu ilə də təsdiq olunur. Belə ki, həmin sübutlarla Təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş heroin və metamfetamin bükümlərinə münasibətdə niyyətinin satış olması müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. X9 Hüquqları Məhkəməsinin və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin işığında işin müəyyən olunmuş faktiki hallarının təhlili ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan narkotik vasitə – heroin və psixotrop maddə- metamfetamini əziyyət çəkdiyi narkomaniya xəstəliyi ilə əlaqədar olaraq 19/xx.xx.2024-cü ildə əldə etdiyini göstərsə də, hamısını özünün istifadəsi üçün saxlamamış, xx.xx.2024-cü ildə bükümlərin çox hissəsini cibinə qoymaqla elektron tərəzi ilə birlikdə yaşadığı evdən küçəyə çıxdığı zaman, qapılarının ağzında saxlanılması, onun məqsədinin satış olmasını təsdiq edir. Buna görə də, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2024-cü il tarixli Qəraradan görünür ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 0,48 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,43 qram qalığı, 09 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,028 qram, 0,025 qram, 0,026 qram, 0,044 qram, 0,036 qram, 0,026 qram, 0,016 qram, 0,015 qram, ümumi təmiz çəkisi 0,242 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,152 qram qalığı, bir ədəd işlək vəziyyətdə, üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi, Şahid5 götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metamftaminin ekspertizadan qaytarılmış 0,384 qram qalığı, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,034 qram, ümumi təmiz çəkisi 0,065 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,035 qram qalığı, Şahid4 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,384 qram qalığı, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,076 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,046 qram qalığı, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 barələrində aparılan şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk, Şahid5 üzərində həyata keçirilən şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskin surəti olmaqla, ümumilikdə iki ədə DVD disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefonmaddi sübut qismində tanınmışdır. İşdə olan DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqdim edilmiş hökm surətindən və Qaradağ rayon məhkəməsi tərəfindən təqdim edilmiş qərar surətindən görünür ki, Nağızadə X6 Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 1(089)-50/2020 nömrəli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarı ilə 01 il 20 gün vaxtından əvvəlk şərti azad edilmiş, 01 sentyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatda çıxarılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İşdə olan Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 30 iyul 2024-cü il tarixli, 557 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2011 -ci il tarixdən Lənkəran SHXÇDX-nin göndərişi ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında müayinə olunub və “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur (səthi dəri çapığı)” diaqnozu qoyulub. İşdə olan “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” protokol və həmin orotokola əlavə edilmiş 06 ədəd fotoşəkildən görünür ki, baxış zamanı telefonun “Fotolar” bölməsində Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş, elektron tərəzi üzərində qoyulmuş narkotik vasitə heroinəbənzər və psixotrop maddə metamfetaminəbənzər kütlələrin şəkilləri aşkar edilmiş, ümumilikdə 6 ədəd şəklin 2024-cü ilin fevral ayından aprel ayına qədər olan müddət ərzində çəkilməsi müəyyən edilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs anası və 2-ci qrup əlil bacısı ilə bir yerdə yaşayaraq müsbət xarakterizə olunur və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.10-da saxlanılaraq polis şöbəsinə gətirlmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbirinin seçilmişdir. İşə əlavə edilmiş və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(049)-267/2024 № li hökmün surətindən görünür ki, hazırki iş üzrə şahid qismində dindirlmiş Şahid5 təqsirləndirlən şəxs qismində ifadə verərək göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə və və psixotrop maddələrdən istifadə edir. Həmin vasitələri çox zaman Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində, “Ağ çiçəyim” gül mağazasının yaxınlığında yaşayan, öz evində narkotik vasitə satan Təqsirləndirilən şəxs alır. Cavidlə uzun illərdir ki, münasibəti var. Bir ilə yaxın müddətdir ki, narkotik vasitəni Caviddən alır. Sonuncu dəfə 24.07. 2024-cü il tarixdə Cavidin evinə getmiş, Cavidə 30 manat pul verib öz istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin almış, qəbul etmək üçün üzərində olan boş siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu da şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Lənkəran şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı iki şəxs ona yaxınlaşaraq özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim edib polis şöbəsinə dəvət etmişlər. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin psixotrop maddə - metamfetaminin ona məxsus olmaması, eləcə də psixotrop maddə və narkotik vasitənin satmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də yuxarıda qeyd olunmuş iş materiallarında olan sənədlərlə tam təkzib olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirlmiş X5 göstərmişdir ki, təqsirləndirlən şəxs onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə hava isti olduğundan evlərinin qapıları açıq vəziyyətdə olmuş, bu zaman evlərinə 5-6 nəfər daxil olub qışqıraraq qardaşını tutmuşlar. Həmin vaxt orada Elvin və 11 yaşında olan xalası qızı da olmuşlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı onun yanında narkotik vasitədən istifadə etməmiş, polis əməkdaşları təkrar olaraq evlərinə gəlib baxış keçirmiş, özü polislər birinci dəfə gələndə qardaşının olduğu otaqda deyil, zalda olmuş, Elvinlə qardaşı yataq otağında olmuş, onlara çay-çörək verməmiş, yataq otağı ilə zal arasında pərdə asılmış, narkotik vasitənin iyini ayıra bilmir, qardaşı narkotik xəstəsidir, stolun üstündə narkotik vasitə görməmişdir. Məhkəmə X3 ifadəsinə qiymət verərək qeyd edir ki, onun göstərdiyi xüsusatlar, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid3 Baləddin oğlu, Şahid5 ifadələri və sonuncu barəsində çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs bundan əvvəl CM-nin 234.1-ci və 206.2-ci maddələri ilə məhkum olunduğu CM-nin 206.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 07 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,43 qram olan metamfetaminin və qalıq çəkisi 0,152 qram olan heroinin müvafiq qaydada məhv edilməli, “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,43 qram olan metamfetaminin və qalıq çəkisi 0,152 qram olan heroin müvafiq qaydada məhv edilsin, “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X11