Məhkəmə qərarları › İş №1(049)-230/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-230/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-230/2024 24.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Narbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, DOST iş Mərkəzində fəhlə işləyən, məhkum olunmamış, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 24 sentyabr 2024-cü il tarixdə saat 12.55-də baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməklə (götürməklə) təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2024-cü ilin yanvar ayında meşə fonduna daxil olmayan, Lənkəran rayonu Narbağı kəndində yerləşən, onun istifadəsində olan torpaq sahəsində bitmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasfna 1 nömrəli əlavəyə və əlavənin qeyd hissəsinin 2-ci bəndinə uyğun olaraq 1 ədəd 4 santimetr diametrli, qiyməti 80 manat olan yalanqoz cinsli, bir ədəd 6 santimetr diametrli, qiyməti 100 manat olan tut cinsli, bir ədədinin qiyməti 100 manat, ümumi qiyməti 600 manat olan 4 ədəd 7 santimetr diametrli qızılağac cinsli, bir ədəd 7 santimetr diametrli söyüd cinsli, bir ədəd 7 santimer diametrli yalanqoz cinsli, bir ədəd 8 santimetr diametrli yalanqoz cinsli, qiyməti 120 manat olan 12 santimer diametrli bir ədəd yalanqoz cinsli, qiyməti 150 manat olan bir ədəd 14 santimetr diametrli yalanqoz cinsli, bir ədədinin qiyməti 80 manat, ümumi qiyməti 240 manat olan 3 ədəd nar kolunu şəxsi məqsədi üçün motorlu mişarla qanunsuz olaraq kəsməsi (götürməsi) nəticəsində təbiətə xeyli miqdarda 1390 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Narbağı kəndində yaşamaqla uzun müddətdir ki, istifadə etdiyi torpaq sahəsində müxtəlif növ ağaclar əkmişdir. O, ağac kəsməmişdir, yalnız onları budamışdır. Belə ki, qış ayı olduğundan həddindən çox qar yağıb onun agaclarınin üstünə asmışdı. Ağac budaqları onun sitruz ağaclarının üstünə aşdığı üçün onları budamışdır. Bunadığı ağaclar arasında tut, gavalı ağacları olmuş, onlar hazırda qol ataraq yenidən uzanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, 1995-ci ildən sitrus ağacları olan torpaq sahəsindən istifadə edir. Hazırda həmin torpaq sahəsi 1 illik icarəsindədir. Torpaq sahəsi və orada yetişən ağaclar bələdiyyəyə məxsusdur. Budamanı Ekologiya İdarəsinin əməkdaşları aktlaşdırmış, özü də həmin aktı imzalamışdılr. Ziyanın ödənilməsi ilə bağlı ona heç kim bir söz deməyib. Əlavə olaraq Rvo Bələdiyyəsinə vurduğu ziyandan 450 manatını ödədiyini, qalan hissəni isə hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldiklərini, zərəçəkmiş hüquqi şəxslə barışdığını, sonuncunu ondan şikayətçi və tələbkar olmadığını nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Lənkəran rayonu Narbağı kənd ərazisində bələdiyyə mülkiyyətində, lakin onun istifadəsində olan, təxminən, 0,3 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsindən 1995-ci ildən istifadə etməyə başlamışdır. Həmin torpaq sahəsindən istifadə etməyə başlayan zaman torpaq sahəsi tikanlıq ərazi imiş, orada heç bir əkin yox imiş. O, həmin torpaq sahəsini götürüb təmizləmiş və orada çəltik əkməyə başlamışdır. İslahatlardan sonra torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçmiş, lakin o, həmin torpaq sahəsindən istifadəni davam etdirmişdir. Torpağın bələdiyyənin mülkiyyətinə keçdiyini bildikdən sonra o, bir neçə dəfə bələdiyyəyə müraciət edərək torpağı özəlləşdirmək istəmiş, lakin həmin zaman bələdiyyə sədri olan şəxs həmin torpaq sahəsini qazıb oranın torpağını satmaq istədiyindən sədr onun istəyini müxtəlif bəhanələr gətirərək yerinə yetirmirmiş. 2005-ci ildən həmin torpaq sahəsində feyxoa, narıngi kimi sitrus ağacları əkməyə və həmin ağacların meyvələrini toplayıb satmağa başlamışdır. Sonradan isə bələdiyyələr birləşmiş, 2018-ci ildə torpaqların elektron qeydiyyatı aparılmağa başlamışdır. Onun istifadəsində olan torpaq da bələdiyyə mülkiyyətində olan zəbt kimi qeydiyyata alınmışdır. Bundan sonra o, yenidən bələdiyyəyə müraciət edib torpaq sahəsini özəlləşdirmək istədiyimi bildirmiş, bələdiyyədən ona bildirmişlər ki, elektron qeydiyyat tam şəkildə tamamlandıqdan sonra o, özəlləşdirməni apara bilər. O, torpaq sahəsinin ödənişini tam yox, hissə-hissə ödəyə biləcəyini demiş, lakin ona tam şəkildə bir cavab verilməmiş, həmçinin özəlləşdirmə məsələsi də qalmışdır. Orada onun əkdiyi ağaclardan əlavə yabanı halda yalanqoz və söyüd ağacları, həmçinin nar kolları bitmişdir. Həmin ağac və kollar onun əkdiyi ağacların günəşlənməsinə mane olurmuş. 2024-cü ilin yanvar ayında qar yağmış və yabanı halda bitən həmin ağacların budaqları sınmışdır. O da 2024-cü ilin yanvarında həmin ağacları hissə-hissə, müxtəlif günlərdə özü ağackəsən matorla budamışdır. Sonradan isə onun bağına polis əməkdaşları və X8 Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və müvafiq akt, həmçinin protokol tərtib edilmişdir. O, həmin ağacları qar yağdıqdan sonra budaqları sındığı üçün, həmçinin onun əkdiyi sitrus ağaclarının günəşlənməsininin qarşısını aldığı üçün budamışdır. Ondan başqa ağacları budamamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə bərabər, dindirmə protokolları, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, hadisə yerinə baxış protokolu və akt, bir ədəd DVD disk, eləcə də, digər istintaq materialları ilə tam sübuta yetirilir. Belə ki, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ibtidai sitintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirlən şəxsi tanıyır, onunla münasibətləri yaxşıdır. Hadisə ilə bağlı Ekologiya İdarəsinin əməkdaşları hadisə yerinə gəldikdə baxışda iştirak etmiş, onlardan soruşduqda, ona önəmli bir hadisə baş vermədiyini bildirmişlər. O, polis şöbəsində ifadə verdikdən sonra ona narahat olmamağını bildirmişlər. Lakin, iş artıq məhkəməyə gəlib çıxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvələr Rvo Bələdiyyəsinin sədri olmuşdur. Onlar təqsirləndirlən şəxsdən şikayətçi deyildir. Əlavə olaraq məhkəməyə ərizə təqdim edib təqsirləndirlən şəxsin Rvo Bələdiyyəsinə vurduğu ziyandan 450 manatını ödədiyini, qalan hissəni isə hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldiklərini, təqsirləndirlən şəxslə barışdığını, ondan şikayətçi və tələbkar olmadığını göstərib təqsirləndirlən şəxsə ən aşağı həddə cəza verilməsini xahiş etmişdir. Nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, Rvo kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Lənkəran rayonu Narbağı kəndində yerləşən, Təqsirləndirilən şəxs istifadəsində olan kənd təsərrüfatlı təyinatlı, bələdiyyə mülkiyyətindəki 0,14 hektar torpaq sahəsində mövcud olan müxtəlif növ ağacların yaş halda kök dibindən kəsilərək doğranması faktı ilə bağlı Ekologia və Təbii Sərvətlər İdarəsinə daxil olmuş məlumat əsasında onlar 14 fevral 2024-cü il tarixdə əraziyə baxış keçirmişlər. Baxış zamanı həmin ərazidə 4 ədəd 7 santimetr diametrli qızılağac, 1 ədəd 4 santimetr, 1 ədəd 7 santimetr, 1 ədəd 8 santimetr, 1 ədəd 12 santimetr, 1 ədəd 14 santimetr diametrli yalanqoz, 1 ədəd 6 santimetr diametrli tut, 1 ədəd 7 santimetr söyüd və bir ədəd nar kolunun kəsilərək torpaq sahəsində qalaqlandığı müəyyən olunmuşdur. 14 fevral 2024-cü il tarixdə aparılan araşdırma zamanı təbiətə dəymiş ziyanın miqdarı Nazirlər Kabinetinin 421 saylı qərarı rəhbər tutularaq 1390 (min üç yüz doxsan) manat olaraq hesablanmışdır. Qeyd edilən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. 30 yanvar 2003-cü il tarixli müqaviləyə əsasən qeyd edilən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi 1 illik istifadəsi üçün Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Lakin həmin müqavilənin müddətinin 30 yanvar 2004-cü il tarixdə bitmişdir. 06 yanvar 2024-cü il tarixdə tərəfimdən tərtib edilmiş aktla həmin torpaq sahəsi yenidən 1 il müddətinə Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ETSN 1 saylı regional Ekologiya idarəsində məsləhətçisi Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 tərəfindən müvafiq orqanlara verilmiş şikayətlə bağlı onun izahatı alınmış, təqsirləndirlən şəxsin istifadəsində olan əraziyə və ətrafa baxış keçirmişlər. Daha sonra Rvo Bələdiyyəsinə məxsus əraziyə gedərək oradada ağacların, nar kollarının kəsilməsini müəyyən etmişlər. Bununla bağlı akt tərtib olunub, nazirliyə və Baş prokurorluğa göndərilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şikayət Şahid2 tərəfindən verilmiş, bundan sonra hadisə yerinə getmiş, vurulmuş ziyanı aşkar etmişlər. 1193 manat ziyan təbiətin mühafizə ehtiyat fonduna ödənilməlidir, bu iş üzrə Ekologiya İodarəsi zərərçəkmişdir. Budama ilə ağac kəsmə arasında fərq ondadır ki, budama – bir budağın, zədələmə - bütün budaqların, kəsmə isə, ağaçın budaqlara qədər kəsilməsidir. Ağaclar kəsilmiş torpaq sahəsi Rvo Bələdiyyəsinə məxsusdur. Şahid1 ibtidai istintaq zamanı isə göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Lənkəran rayonu Narbağı kəndi ərazisinə, X2 istifadəsində olan torpaq sahəsinə baxış keçirmək üçün oraya getmişlər. Onunla birlikdə idarənin sabiq məsləhətçi-müfəttişi Mircavid Məcidli də olmuşdur. Əraziyə baxış keçirən zaman Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində 4 ədəd 7 santimetr diametrli qızılağac, 1 ədəd 4 santimetr, 1 ədəd 7 santimetr, 1 ədəd 8 santimetr, 1 ədəd 12 santimetr, 1 ədəd 14 santimetr diametrli yalanqoz, 1 ədəd 6 santimetr diametrli tut, 1 ədəd 7 santimetr söyüd və bir ədəd nar kolunun qanunsuz kəsilməsi faktı aşkar edildi. Həmçinin bağ sahəsinin kənarında 2 ədəd nar kolunun məhv edilməsi, nar kollarının qırıntılarının bağ sahəsinin hasarlanmasında istifadə edilməsi müəyyən edilmişdir. Bağ sahəsinin arxa hissəsində kəsilmiş ağacların qalaqlanmış budaqları aşkar edilmişdir. Bununla bağlı həmin tarixdə 84070 saylı akt tərtib edilmiş, hadisə yerinin şəkilləri çəkilərək akta əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs dayısıdır və ona qarşı ədavət və düşmənçiliyi yoxdur. Tarixi yadında deyil, bu il görmüşdür ki, ağaclar kəsilib, buna görə də, Ekologiya İdarəsinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra Ekologiya İdarəsinin əməkdaşları ağaclar kəsilən yerə gəlmişlər, daha sonra ona bildirmişlər ki, ifadə vermək üçün İdarəyə gəlsin. Sonradan iş gəlib məhkəməyə çıxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, yəqin ki, ağacı təqsirləndirlən şəxs kəsmişdir. O, ibtidai istintaq zamanı isə göstərmişdir ki, Lənkəran rayonu Narbağı kəndində yaşayır. Təqsirləndirilən şəxs Əzizağa oğlu onun atasının dayısıdır. Təxminən, 3 ay bundan əvvəl o, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində ağac kəsdiyini görmüşdür. Təqsirləndirilən şəxs nar kolları və yalanqoz ağaclarını matorla kəsirmiş. Təqsirləndirilən şəxs ağacları kəsdikdən sonra torpaq sahəsində olan hasarın düzəldilməsində istifadə etmişdir. O da bu barədə X8 Sərvətlər Nazirliyinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ağac kəsdiyini bir dəfə görmüşdür. Ağacları həm matorla, həm də balta ilə kəsirmiş. Ağacları kəsdikdən sonra torpağın hasarının düzəldilməsində istifadə etmişdir. İşdə olan X8 Sərvətlər Nazirliyinin 1 saylı Regional X8 Sərvətlər İdarəsinin 14 fevral 2024-cü il tarixli, 84070 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı qeyd edilən ağacları kəsdiyini və həmin ağaclardan torpaq sahəsini hasara almaq üçün istifadə etdiyini bildirmişdir. Yaş halda kəsilmiş ağacların gövdə və çətir hissələri Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsində, qalaqlanmış vəziyyətdə aşkar edilmişdir. Baxış zamanı 4 ədəd 7 santimetr diametrli qızılağac, 1 ədəd 4 santimetr diametrli, 1 ədəd 7 santimetr diametrli, 1 ədəd 8 santimetr diametrli, 1 ədəd 12 satimetr diametrli, 1 ədəd 14 santimetr diametrli yalanqoz, 1 ədəd 6 santimetr diametrli tut, 1 ədəd 7 santimetr diametrli söyüd cinsli ağacın kəsildiyi aşkar edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən 4 ədəd 7 santimetr diametrli qızılağac, 1 ədəd 4 santimetr diametrli, 1 ədəd 7 santimetr diametrli, 1 ədəd 8 santimetr diametrli, 1 ədəd 12 satimetr diametrli, 1 ədəd 14 santimetr diametrli yalanqoz, 1 ədəd 6 santimetr diametrli tut, 1 ədəd 7 santimetr diametrli söyüd cinsli ağacın və 2 ədəd nar kolunun qanunsuz kəsildiyi müəyyən edilmişdir. İşdə olan ETSN-nin 1 saylı Regional Ekologiya İdarəsində tərtib edilmiş cədvəldən görünür ki, bir ədəd 4 santimetr diametrli ağacın qiyməti 80 manat, bir ədəd 6 santimetr diametrli ağacın qiyməti 100 manat, bir ədəd 7 santimetr diametrli ağacın qiyməti 100 manat, bir ədəd 8 santimetr diametrli ağacın qiyməti 100 manat, bir ədəd 12 santimetr diametrli ağacın qiyməti 120 manat, bir ədəd 14 santimetr diametrli ağacın qiyməti 150 manatdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi Dairəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi yeni uçota əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyəti olmaqla örüş (kolluq) torpaq sahəsidir. İşdə olan Lənkəran rayonu Rvo bələdiyyəsi tərəfindən tərtib edilmiş 06 yanvar 2024cü il tarixli aktın surətindən görünür ki, Lənkəran rayonu Rvo bələdiyyəsinin mülkiyyətində olan, Lənkəran rayonu Narbağı kəndində yerləşən 0,5 ha torpaq sahəsi bir il müddətində müvəqqəti olaraq Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qəraradan görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntünü əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tələbnamədən görür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 19441 nömrəli qəbzdən görünür ki, təqsirləndirlən şəxs Rvo Bələdiyyəsinə vurduğu ziyandan 450 manatını ödəmişdir. İşə əlavə edilmiş Lənkəran rayonu, Qurumba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12-35/169 nömrəli arayışından görünür ki, təqsirləndirlən şəxsin bacısı oğlu X3, İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, hərbi biletin, veteran vəsiqəsinin və medal vəsiqələrinin surətlərindən görünür ki, X3, İİ Qarabağ müharibəsinin veteranı olmaqla, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bərabər məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlərlə meşə fonduna daxil olmayan, Rvo kənd bələdiyyəsinin mülkiyyətində olan ağacı qanunsuz kəsməklə xeyli miqdarda ziyan vurma cinayətini törətməsi tamamilə sübuta yetirilir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası 259.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ağacları budadığını, kəsmədiyini, budamağa səbəbin isə ağacların onun əkdiyi meyvə ağaclarının günəşlənməsinə mane olması və qar yağdıqdan sonra sınmasını göstərsə də, onun göstərdiyi bu hal, işdə olan fotoşəkillər və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təkzib olunur və özünü müdafiə kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası 59.1.14-cü maddəsinə əsasən vurduğu ziyanı qismən ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cəzasını əsas iş yeri üzrə çəkməli, cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tətbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Zərərçəkmiş hüquqi şəxs, Lənkəran rayonu, Rvo Bələdiyyəsinə maddi ziyanın qalan hissəsi ilə bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə madi sübut olan bir ədəd DVD disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş hüquqi şəxs, Lənkəran rayonu Rvo Bələdiyyəsinə maddi ziyanın qalan hissəsi ilə bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə madi sübut olan bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar