Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-231/2024 17.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, xx.xx.2024-cü il tarixdə, saat 12.28-də baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 25 dekabr 2013-cü il tarixli 1866/Ş nömrəli əmri ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin rəisi vəzifəsinə təyin olunmaqla 13 sentyabr 2023-cü il tarixədək həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası fövqəladə hallar naziri müavininin 08 iyul 2019-cu il tarixli 20/04- 005 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi» haqqında Əsasnaməyə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisinin 08 fevral 2021-ci il tarixli «Müfəttişliyin işinin daha səmərəli təşkil edilməsi məqsədilə mütəxəssislərin Bakı şəhəri, eyni zamanda Respublikanın şəhər və rayonları üzrə təhkim edilməsi barədə» əmrinə əsasən, Lənkəran şəhəri, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonları üzrə tikinti işlərinin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi prosesində obyektin inşası və ya əsaslı təmiri, yenidən qurulması, bərpası yaxud sökülməsi işlərinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinin struktur bölməsinin rəhbəri olmaqla, həmin Əsasnamənin 8-ci və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi» Qaydalarının 3-cü bəndlərinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə, habelə məlumatlandırma icraatı çərçivəsində inşa olunan obyektlərin tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsinə uyğun aparılmasına nəzarət etmək, tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına, tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin və tikinti layihəsinin tələblərinə əməl edilməsinə nəzarət etmək, tikintidə aşkarlanmış pozuntuların qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda, tikinti- quraşdırma işlərinin müvafiq qaydada dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə podratçı təşkilatın lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada Tikintidə X2rşısında məsələ qaldırmaq, tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək, inzibati tənbeh vermə haqqında qərarın çıxarılması üçün müvafiq qaydada Agentliyə təqdim etmək və Baş Dövlət Tikinti Müfəttişliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi fəaliyyət göstərdiyi dövrdə - Şahid3, Şahid2 və X17 tərəfindən eskiz layihəsi 2021-ci ilin mart ayında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsində təsdiq olunmuş yarımzirzəmi, birinci, ikinci, üçüncü və mansarda mərtəbəsindən ibarət fərdi yaşayış evinin tikintisi zamanı, 2021-ci ilin iyul ayında onların Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 79 və 80-ci maddələrinin tələblərini pozaraq, təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olan çoxmərtəbəli binanın tikintisi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almadan, mansarda mərtəbəsinin yerinə əlavə mərtəbənin tikintisini aparmalarına görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 -ci maddəsinə əsasən tikinti- quraşdırma işlərinin dayandırılması və tikintiyə icazə sənədinin 30 gün müddətində Agentliyə təqdim edilməsinə dair məcburi göstəriş verilmişdir. Lakin, o, vəzifəli şəxs kimi qeyd olunan şəxslər tərəfindən Azərbaycan Respublikasının tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti- quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər, yəni yaxın münasibətdə olduğu Şahid2 və onun biznes ortaqları üçün qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək, yəni «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi» haqqında Əsasnamənin 8.8, 8.9 və 8.20-ci və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi» Qaydalarının 3.1.6-cı maddələrinin tələblərinə görə birbaşa vəzifə funksiyası olduğu halda, qanunu pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarının qərəzli olaraq icra edilməməsinin qarşısını almamış, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2 və 95.3-cü maddələrinin tələblərinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən bir il ərzində tikintiyə icazə alınmadığı üçün tikintisi başa çatmış tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşısında məsələ qaldırılmasını təmin etməmişdir. Nəticədə Şahid3, Şahid2 və X17 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarı qərəzli olaraq icra edilmədən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) alınmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tikintisinə icazə tələb olunduğu halda, belə icazə alınmadan insanların həyatı və sağlamlığı üçün real təhlükə yaradan ümumi sahəsi 4.060,1 kvadratmetr təşkil edən, yeddi mərtəbə və mansarda mərtəbəsindən ibarət çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının özbaşına tikintisi həyata keçirilmiş, habelə aparılan tikintiquraşdırma işləri zamanı Lənkəran şəhəri, ünvan 3 ünvanında həmin tikintialtı sahəsindən 1,5-6 metr məsafədə yerləşən X7 məxsus mənzilə 11.988 manat məbləğdə xeyli miqdarda, 5,4 metr məsafədə yerləşən X15 və X9 məxsus mənzilə isə 15.145 manat məbləğdə xeyli miqdarda ziyan vurulmaqla həmin fərdi yaşayış evləri ehtiyatsızlıqdan zədələnmiş, eləcə də qeyd edilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 38 ədəd yaşayış və 02 ədəd isə qeyri-yaşayış sahəsini notariat qaydada alqısatqı və bağışlama yolu ilə özgəninkiləşdirib dövlətə külli miqdarda - 203.420 manat 89 qəpik məbləğdə ziyan vurmuşlar. Təqsirləndirilən şəxs bu əməli ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyin təmin olunması sahəsində dövlət siyasətinin tənzimlənməsi, bu sahələrdə idarəetmənin, əlaqələndirmənin və nəzarətin həyata keçirilməsi, tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra - tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi, tikinti-quraşdırma işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsi və aradan qaldırılması, tikinti obyektlərinin etibarlılığının (dayanıqlılığını və möhkəmliyini) təmin edilməsi sahəsində fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ailəlidir, 2 qız övladı var və tələbədirlər. İttiham aktında qeyd olunmuş sözügüdən obyektin tikintisi Tikinti Məcəlləsinin 92.1, 92.2-ci maddələrinin tələbləri pozulmaqla tikilmiş, həmin tikinti lahiyədən kənar olmuşdur. Onun funksiyalarına tikintiyə nəzarət, istismara hazırlıqdan ibarət olmuşdur. Tikintidəki pozuntuları onunla işçisi Ağababa aktlaşdıraraq FHN-ə göndərmişlər. Həmin aktın bir nüsxəsini də rayon İHB-na, Polis şöbəsinə göndərmişlər. Lakin, sonradan görmüşdür ki, tikinti davam edir. Buna görə də, tikintini aparan şəxs Hünər barəsində inzibati protokol tərtib edib onu cərimələşdirmişlər. Bundan sonra onlar rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə həmin tikintini lentə almışlar. Lakin, məlum pandemiya dövrünə düşdüyündən, həmin tikintiyə lazımınca nəzarət edə bilməmişlər. Bundan sonra dəfələrlə sahibkarla telefon əlaqəsi saxlayaraq ona tikintini sənədləşdirmək lazım olduğunu bildirmişdir. Cavabında ona bildirmişlər ki, iş məhkəmədədir və yekun məhkəmə aktı çıxan kimi, onu FHN-ə təqdim edəcəklər. Lakin məhkəmə istismar aktı olmadan həmin tikiliyə dövlət qeydiyyatına alınması üçün Çıxarış verilməsi ilə bağlı qərar vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verməmişdir. Düşünmüşdür ki, məhkəmə Ali orqandır, onun qərarı dəyişilməzdir. Əvvələr belə hallarla rastlaşmamışdır. Apellyasiya şikayət verməməkdə hər hansı bir marağı olmamışdır. Sadəcə sahibkarı ziyarətdən tanıyır. Qeyd olunan tikinti ilkə bağlı bütün məlumatları ona işçisi Ağababa vermişdir. Titiktinin dayandırılmasına dair göstərişi özü vermiş, tikintiyə lent çəkilmiş, lakin, tikinti yenə də davam etmişdir. Əyər tikintinin damı örtülməyibsə, onun söküntüsü barədə qərarı özləri qəbul edirlər, dam örtürülübsə - məhkəmə. Həmin tikilinin söküntüsü ilə bağlı yuxarı orqana rəsmi müraciət edilməmişdir, lakin şifahi olaraq məlumat verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və cinayət işinin başqa materialları ilə tam sübuta yetiriir. Belə ki, Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi 2019-cu ildən tanıyır. Həc ziyarətindən qayıtmış ortaq dostları vasitəsilə tanış olmuşlar. Binanın tikintisi ilə bağlı təqsirləndirlən şəxs tərəfindən sahibkar Hünərə zəng olunmuş, buna görə də o, təqsirləndirlən şəxsin yanına gələrək bildirmişdir ki, bina ilə bağlı məsələyə məhkəmədə baxılır, onun nəticəsini gösləmək lazımdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, bunun müqabilində təqsirləndirlən şəxsə pul verməmişlər. Şahid2 ibtidai istintaq zamanı isə göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının sonlarında binanın rəhbəri olan tanışı Şahid3 işləri ilə əlaqədar başqa yerdə olduğundan sonuncunun xahişi əsasında binaya gəlmiş Şahid1la görüşmüş, Şahid1 ondan tikintinin dayandırılması barədə qərar olduğu halda nə üçün tikintinin davam etdirildiyini soruşmuş, o, həmin vaxt Şahid1 bu məsələdən rəisi Təqsirləndirilən şəxs xəbəri olduğunu demişdir. Çünki həqiqətən də bu hadisədən əvvəl bir neçə dəfə Təqsirləndirilən şəxsla görüşmüş və aralarında telefon danışıqları olmuş, sonuncu ondan tikintinin dayandırılmasını tələb etdikdə, bir qədər vaxt verməsini xahiş etmiş, qısa müddət ərzində bu məsələnin məhkəməyə veriləcəyini və binaya dair Şahid3 mülkiyyət hüququnun məhkəmə yolu ilə tanınacağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aralarında münasibət olduğuna görə qısa müddət ərzində bu məsələni həll etmələrini, yoxsa məhkəməyə müraciət etmək üçün Agentliyə məlumat verməli olacağını demişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs belə deməsini ona Şahid3 tapşırmış, məhkəmə qərarını necə alacağını soruşduqda sonuncu tikintinin tam başa çatmasından sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin aidiyyəti qurumunun binaya dair çıxarış verməkdən imtina edəcəyini qabaqcadan ehtimal etdiyini, ona görə də əvvəlcə həmin quruma müraciət edib imtina almağı və həmin imtinadan məhkəməyə şikayət etməyi planlaşdırdığını bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında artıq tikintinin başa çatdırılmasına az vaxt qalmış, Təqsirləndirilən şəxsla aralarında yaxşı münasibət olduğuna görə Şahid3 ona Təqsirləndirilən şəxs bir qədər gözləməsini, tikintinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməməsini, qısa müddət ərzində özünün məhkəməyə müraciət edəcəyəni və məhkəmənin tikintinin qanuni və qanunsuz olmasına münasibət bildirəcəyini deməsini tapşırmışdır. O da belə də etmiş, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onsuz da pandemiya vaxtıdır, işçiləri də tam tərkibdə işə çıxmır, məhkəməyə müraciət etmək məsələsində bir qədər gözləsə, pandemiya olduğuna görə ona heç kim heç nə deməz. Təqsirləndirilən şəxs da onun xahişini nəzərə almış, amma buna baxmayaraq tez-tez onunla əlaqə saxlayıb məhkəməyə müraciət edib-etmədiyini soruşmuş və o da hər dəfəsində Şahid3 nə deyəcəyini maraqlandıqda sonuncu Təqsirləndirilən şəxs bir qədər də səbrli olmağı, məhkəməyə tezliklə müraciət edəcəyini bildirməyi tapşırmışdır. Nəhayət 2022-ci ilin ortalarında artıq Şahid3 məhkəməyə müraciət etdiyini ona dedikdə bu barədə dərhal Təqsirləndirilən şəxs məlumat vermişdir. O, Təqsirləndirilən şəxs pul və ya başqa bir maddi nemət verməmiş, yaxud da bunu vəd etməmiş, Təqsirləndirilən şəxsla onun arasında uzun müddət münasibət olmuş, sonuncu 2014-cü ilin əvvəllərindən həmin vəzifədə işlədiyinə görə onlar bir neçə dəfə təsadüfən xeyir-şər məclislərində görüşmüş, həmin vaxt ortaq tanışları vasitəsilə tanış olmuşlar. Tanış olduqdan sonra Təqsirləndirilən şəxs da onun kimi dindar olduğunu və Kərbala ziyarətində olduğunu bilmiş, buna görə də münasibətləri yaxşı alınmış, bayramlarda da Təqsirləndirilən şəxs zəng edib təbrik etmişdir. Bu hadisələr binanın tikintisi başlamazdan əvvəl olmuş, Cənub zonasının adətinə görə Həcc ziyarətindən qayıdan şəxsin evinin qarşısında çadır qurulmuş və şəhər sakinləri üç gün ziyarətdən qayında şəxsi ziyarət etmiş, təxminən 2019-cu ilin yay aylarında Həcc ziyarətindən gəlmiş, hansısa Lənkəran sakininin ziyarətində olarkən Təqsirləndirilən şəxs da ora gəlmiş və onlar həmin yerdə daha da yaxından tanış olmuşlar. O, Təqsirləndirilən şəxs aralarında olan məhz bu münasibətləri nəzərə alıb onlara güzəştə getdiyini düşünmüşdür. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi tanıyır. Təqsirləndirilən şəxs binanın tikintisinə görə onu bir dəfə xəbərdar edib, sonra isə cərimələndirmişdir. Həmin binaya lent vurulduqdan sonra tikinti işini davam etdirməmiş, yalnız dam örtüyünü bağlamışdır. Məhkəməyə müraciət etdikdən sonra, müddət udmaq üçün təqsirləndirlən şəxsə pul verməmişdir. Şahid3 ibtidai istintaq zamanı isə göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının sonlarında işləri ilə əlaqədar tikinti aparılan ərazidən kənarda olmuş, bir neçə gün əraziyə gələ bilməmiş, həmin vaxt Şahid2 ona Təqsirləndirilən şəxs əraziyə gəlib tikintinin dayandırılması barədə qərara əməl etmələrini tələb etdiyini demiş, bu zaman Şahid2 demişdir ki, Təqsirləndirilən şəxs qısa müddət ərzində məhkəmədən binaya dair mülkiyyət hüququnun tanınması ilə bağlı qərar alınacağını, bir qədər səbrli olmasını bildirsin. O, Təqsirləndirilən şəxsla Şahid2 tikinti işləri başlamazdan əvvəl bir-birlərini tanıdıqlarını və yaxşı münasibətlərinin olduğunu bilmiş, onların aralarında olan münasibətə görə Təqsirləndirilən şəxs Şahid2 xahişini nəzərə alacağını hesab etmişdir. Belə də olmuş, Təqsirləndirilən şəxs Şahid2 qısa müddət ərzində məhkəmədən qərar almalarını, əks təqdirdə bu məsələ ilə bağlı Tikintidə X6 Agentliyinə müraciət edəcəyini bildirmişdir. Həmçinin, Şahid2 ona demişdir ki, 2021-ci ilin oktyabr ayının sonlarında Şahid1 məzuniyyətdən qayıdıb tikinti ərazisinə gəldiyi vaxt sonuncu ilə aralarında sözlə mübahisə olmuş, Şahid1 bu məsələ ilə bağlı Təqsirləndirilən şəxsla danışdığını söyləmiş, bundan sonra Şahid1 çıxıb getmiş, bir qədər sonra Təqsirləndirilən şəxs ilə birlikdə yenidən qayıtmış, həmin vaxt da onlara qısa müddət ərzində məhkəməyə müraciət ediləcəyini və məhkəmə qərarının alınacağını demişdir. O, əlavə olaraq göstərmişdir ki, məhkəmə qərarının 14 oktyabr 2022-ci il tarixdə çıxarıldığı halda 2021-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs qısa müddət ərzində məhkəməyə müraciət ediləcəyini demələrinə səbəb o olmuşdur ki, bu məsələ ilə bağlı bir neçə nəfər hazırda adlarını unutduğu hüquqşünaslarla danışmış, binanın tikintiyə icazə sənədi alınmadan inşa edilməsinə görə Daşınmaz Əmlakın Dövlət Reyetri və Kadastrı publik hüquqi şəxsinin binaya dair çıxarış verilməsindən imtina edəcəyinə və həmin imtinanı məhkəmə qaydasında mübahisələndirəcəyinə əmin olmuş, məhkəmənin isə onun xeyrinə qərar çıxaracağına və binaya dair mülkiyyət hüququnun tanınacağına inanmışdır. O, atacağı addımlar ilə bağlı əvvəlcədən Şahid2 da məlumatlandırmış, ona görə də məhkəməyə müraciət etməsələr də, Şahid2 onun xahişi əsasında yaxın münasibəti olduğu Təqsirləndirilən şəxs belə demiş, Təqsirləndirilən şəxs da Şahid2 xahişini nəzərə almışdır. Təqsirləndirilən şəxs onlara bu güzəşti Şahid2 ilə aralarında olan münasibətə görə təmənnasız etmiş, bunun müqabilində Təqsirləndirilən şəxs nə onun, nə Şahid2, nə də ki, başqa şəxs tərəfindən pul və ya başqa maddi nemət verilməmiş və belə vəd edilməmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun Rövşənlə ədavət və düşmənçiliyi yoxdur. Özü baş müfəttiş işləyir və onun əhatə etdiyi rayonlar Lənkəran və Cəlilabad rayonlarıdır. Qanunsuz tikili pandemiya dövründə aparılmış və o, həmin vaxt xəstə olmuşdur. Əraziyə Bəhruzla bərabər çıxdığı zaman hündür binanın olduğunu görmüşdür. Ora yaxınlaşanda, Hikmət iradını bildirdikdə, cavabında onlara bildirmişdir ki, onlar artıq onların idarələri ilə danışmışlar. Bunu telefonla zəng edib Rövşənə dedikdə, sonuncu onu idarəyə dəvət edib bildirmişdir ki, o da onlara öz iradını bildirmiş, lakin tədbir görə bilməmişlər. Şahid1 ibtidai istintaq zamanı isə göstərmişdir ki, 2014-ci ilin dekabr ayında fövqəladə hallar nazirinin əmri ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müffətişliyinin Cənub regional tikinti müfəttişliyinə baş məsləhətçi vəzifəsinə qəbul olunmuş, 2013-cü ilin dekabr ayından 2023-cü ilin sentyabr ayının 13-dək Cənub regional tikinti müfəttişliyinin rəisi vəzifəsində Təqsirləndirilən şəxs işləmiş, həmin tarixdə fövqəladə hallar nazirinin əmri ilə öz xahişi əsasında sonuncunun dövlət qulluğuna xitam verilmişdir. Sözügedən binanın yarımzirzəmi, birinci, ikinci, üçüncü və mansarda mərtəbəsi kimi tikilməsinə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilmiş və tikinti işləri 2021-ci ilin mart ayında başlamışdır. Bu tikinti həmin vaxt məlumatlandırma icraatı çərçivəsində həyata keçirilsə də, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən həmin tikintilərə də Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyi tərəfindən nəzarət həyata keçirilməli olduğuna görə, 2021-ci ilin mart ayında tikinti işləri başlayarkən, tərəfindən həmin yerə baxış keçirilmiş, layihə sənədləri nəzərdə keçirildikdən sonra, tikinti obyekti tərəfindən Tikintidə X6 Agentliyinin «Müfəttişlik» proqramına işlənilmişdir. Belə ki, ilk dəfə həmin yerə getdikdə onu Şahid2 qarşılamış, Şahid3 də orada olmuş, onların danışığından tikintiyə Şahid2 və Şahid3 hər ikisinin rəhbərlik etməsi və hər ikisinin rəhbər kimi eyni statusda olmasını başa düşmüş, çünki söhbətlərindən hər ikisinin binanın tikintisindən gəlir götürmək istəməsi açıq şəkildə görünmüşdür. Həmin vaxt Şahid2 hər şeyin qanunauyğun aparılacağını, təsdiq olunmuş eskiz layihəsinə uyğun tikinti işlərinin həyata keçiriləcəyini bildirmiş, həmin vaxt sənədlərdə hər hansı bir problem aşkar etməmiş və idarəyə qayıtdıqdan sonra tikinti obyektini «Müfəttişlik» proqramında qeydiyyata almışdır. Bundan sonra mart ayından iyul ayınadək sözügedən tikintiyə bir neçə dəfə tərəfindən baxılmış və tikintinin layihəyə uyğun aparılması səbəbindən hər hansı pozuntu aşkar edilməmişdir. Bundan sonra 18 avqust 2021-ci il tarixdə əraziyə yenidən baxış keçirildikdə müəyyən edilmişdir ki, mansarda mərtəbəsinin yerinə əlavə mərtəbə tikilmiş, həmin vaxt başqa ərazidə olduğu üçün rəis Təqsirləndirilən şəxs tapşırığı əsasında başqa bir əməkdaş qeyd edilən binaya baxış keçirmiş, layihədən kənara çıxma hallarınının, yəni mansarda mərtəbəsinin yerinə əlavə bir mərtəbənin tikilməsinin müəyyən edildiyinə görə 18 avqust 2021-ci il tarixli baxış aktı tərtib edilmiş, bundan sonra həmin akt, ərazinin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən Baş Dövlət Tikinti Müfəttişliyinə göndərilmişdir. Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi tərəfindən həmin sənədlər qərar qəbul edilməsi üçün Tikintidə X6 Agentliyinə təqdim edilmiş, Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə tikinti işlərinin dayandırılması və tikintiyə icazə sənədinin 30 gün müddətində təqdim edilməsi ilə bağlı göstəriş verilmiş və həmin qərar Şahid3 və tikintiyə nəzarət edilməsi üçün ərazi üzrə Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər Polis Şöbəsinə göndərilmişdir. Baş Dövlət Tikinti Müfəttişliyinin rəisinin 19 avqust 2021-ci il tarixli 0200/E nömrəli əmri ilə 23 avqust 2023-cü il tarixdə 36 təqvim günü müddətində növbəti əmək məzunuyyətində olmuş, məzuniyyəti 27 sentyabr 2021 -ci il tarixdə başa çatmışdır. 23 sentyabr 2021-ci il tarixdə o, Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs ona zəng edib sözügedən əraziyə yenidən baxış keçirildiyini və tikintinin dayandırılması barədə Agentlik tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli qərara əməl olunmadan tikinti işlərinin davam etdirilməsinin müəyyən edildiyini və torpaq sahəsinin mülkiyyətçisi Şahid3 İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən inzibati qaydada cərimə edildiyini bildirmişdir. Həmin dövrdə koronavirus infeksiyasının ölkə ərazisində yayılması ilə əlaqədar şifahi göstəriş əsasında hər işçi 2 həftədən bir işə çıxmış, ona görə də, o, məzuniyyətinin başa çatdığı gün deyil, bundan təxminən bir ay sonra sonra işə çıxmışdır. İşə çıxdıqdan sonra, yəni təxminən 2021-ci ilin oktyabr ayının sonlarında müfəttişliyinin sürücüsü Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi «Niva Chevrolet» markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 4 ünvanına sürməsini demiş, Şahid4 həmin yerə sürmüş, oraya çatanda artıq yeddi mərtəbə və mansarda qatından ibarət binanın dam örtüyündə işlərin aparıldığını görmüş, həmin vaxt avtomobili saxlayıb, binanın ofisinə yaxınlaşmışdır. Onu yenə də Şahid2 qarşılamış, sonuncuya iradını bildirmiş, nə üçün tikintinin dayandırılması barədə Agentliyin qərarı olmasına baxmayaraq, tikinti işlərinin davam etdirildiyini və qanunvericiliyə uyğun olaraq tikintisinə icazə almadan yeddi mərtəbə və mansarda qatından ibarət çoxmərtəbəli yaşayış binasının inşa edildiyini soruşmuşdur. Şahid2la həmin an aralarında sözlə mübahisə baş vermiş, sonuncu ona «Ağababa müəllim, bu məsələdən Təqsirləndirilən şəxs məlumatı var» sözlərini demiş, buna görə də, o, dərhal Təqsirləndirilən şəxs zəng etmiş, nə üçün belə tikintiyə göz yumduğunu söylədikdə, Təqsirləndirilən şəxs idarəyə gəlməsini, telefon söhbətinin olmadığını bildirmişdir. Dərhal sürücü Şahid4 ilə birlikdə idarəyə qayıtmış, Təqsirləndirilən şəxs otağına daxil olmuş, orada aralarında söhbət olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, ortada pul söhbəti olmamış, pandemiya olduğuna görə nəzarət apara bilməmiş, işçilər də olmamış, Şahid2la sənədləşmə ilə bağlı özü danışmış, sonuncu da bir az səbrli olmasını, yaxın vaxtlarda məhkəmədən öz xeyrinə qərar alacağını söyləmişdir. O, buna inanmamış, çünki tikinti bir mərtəbə deyil, bir neçə mərtəbə əlavə qaldırılmış, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığına görə belə hərəkətə yol verəcəyini, yəni ərazini nəzarətsiz qoyacağını düşünməmiş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs gedib Şahid2 danışmağı təklif etmiş, o razılaşmış və Təqsirləndirilən şəxsla birlikdə Şahid2 yanına getmişlər. Yenə də, Şahid2 onları qarşılamış, onlar sonuncunun ofisində oturmuş, üçü də söhbət etmişlər. Söhbət zamanı o, bu tikintinin qanunsuz olmasını, Fövqəladə Hallar Nazirliyinin Ekspertiza Baş İdarəsində dayanıqlılığı ilə bağlı ekspertizadan keçirilmədiyini və bundan sonra binanı ekspertizadan keçirtməyin mümkün olmayacağını, əgər ekspertizadan keçirilməsə Tikintidə X6 Agentliyi tərəfindən istismara hazırlıq aktı verilə bilməyəcəyini və bu tikintinin dayanıqlı olub-olmamasını müəyyən etməyin qeyri-mümkün olacağını demişdir. Şahid2 ona tikintinin dayanıqlı olduğunu, ekspertizanın keçirilməsinə ehtiyac olmadığını, bu məsələni məhkəmə qaydasında həll edəcəyini söyləmiş, o, həmin vaxt gülmüş, binanın dayanıqlılığı yoxlanılmadan ona dair sənəd almağın necə mümkün olacağını, hansı yolla məhkəmənin belə bir qərar verə biləcəyini soruşmuşdur. Şahid2 narahat olmamasını, bu məsələnin həll olunacağını demiş, bu vaxt Təqsirləndirilən şəxs Şahid2 bu məsələni qısa müddət ərzində həll etməsini, əks halda tikintinin sökülməsi üçün Agentliyin qarşısında məsələ qaldırılacağını bildirmişdir. Bundan sonra onlar idarəyə qayıtmış, yenə də o, Təqsirləndirilən şəxs bununla bağlı Agentliyə məlumat verməli olmasını, lazımi tədbirləri görməsini dedikdə, sonuncu cavabında məhkəmə qərarını gözləmələrini, əgər həqiqətən də qərar onların xeyrinə olsa, heç bir problem olmayacağını, amma qərar ala bilməsələr sökülmə ilə bağlı Agentlik qarşısında məsələ qaldıracağını söyləmişdir. Lakin, o, Təqsirləndirilən şəxs buna yol verməyəcəyini demiş və 24 noyabr 2021-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq rəisi Elgün Abdullayevə zəng etmiş, sonuncuya Füzuli küçəsi 7 ünvanında aparılan tikinti işlərini dayandırmaq və möhürləmək məqsədilə işçi ayırmasını xahiş etmiş, X20 Səmidovu ayırmış, onlar həmin tarixdə Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən tikintiyə baxış keçirmiş, lent və möhürlə möhürləmişlər. Lakin, buna baxmayaraq pandemiya dövrü olduğuna görə onlar ərazidə ciddi nəzarət apara bilməmiş və hadisədən uzun müddət keçdikdən sonra, yəni 14 oktyabr 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin qərarı qəbul olunmuş, 2021 -ci ilin noyabr ayının 24-dən 2022-ci ilin oktyabr ayının 14-dək olan müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxs və Şahid2 ilə danışıb nə üçün dedikləri kimi məhkəmə qərarının alınmadığını soruşmuş, onlar hər dəfəsində qısa müddət ərzində qərarın çıxarılacağını demişlər. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Şahid1 sürücüsü olmuş və sürücü olaraq Şahid1 ilə bir hündür binanın yanından keçdikləri zaman, Şahid1 avtomobili həmin binanın yanına sürməyi xahiş etmiş, o da, avtomobili həmin yerə sürmüşdür. Bundan sonra Şahid1 avtomobildən düşmüş, özü isə avtomobildə qalmışdır. O, binanı tikənləri tanımır, sadəcə Hünərin adını eşitmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, binadan Şahid1 hisli halda qayıdıb avtomobilə əyləşmiş, bundan sonra onlar Rövşənin yanına gəlib onunla görüşüb yenidən həmin binanın yanına qayıtmışlar. Bağqa heç nə eşitməmiş və görməmişdir. Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, 2014-cü ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin sürücüsü vəzifəsində işləmiş, işi ona təhkim olunmuş «Niva Chevrolet» markalı **-PF-*** nömrəli avtomobil ilə müfəttişliyinin əməkdaşlarını lazımi ünvanlara çatdırmaqdan ibarət olmuşdur. Sözügedən bina inşa edilməyə başladığı ilk gündən etibarən, yəni 2021-ci ilin mart ayında həmin dövrdə Müfəttişliyinin məsləhətçisi vəzifəsində işləyən Şahid1 ilə birlikdə tikinti obyektinə getmiş, Şahid1 avtomobildən enib, tikinti obyektinə yaxınlaşmış, sənədləri yoxlayıb obyekti qeydiyyata almışdır. Bundan sonra həm Şahid1la, həm də digər məsləhətçilər ilə birlikdə həmin tikinti obyektində gedən prosesləri nəzarətdə saxlamaq məqsədilə bir neçə dəfə əraziyə getmiş, obyektdə tikinti qanunvericiliyinin tələbləri pozulduğu üçün torpaq sahəsinin mülkiyyətçisi inzibati məsuliyyətə cəlb edilmiş və Tikintidə X6 Agentliyinin qərarı ilə obyektdə tikinti işləri dayandırılmışdır. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında Şahid1 məzuniyyətdən qayıtdıqdan sonra sonuncu ilə birlikdə idarə etdiyi avtomobil ilə ünvan 5 ünvanına sürməyi tapşırmış, Şahid1 göstərişi əsasında qeyd edilən ünvana hərəkət etmiş, oraya çatdıqda Şahid1 avtomobildən enib binanın ofisi istiqamətində getmiş, o isə həmişə olduğu kimi avtomobildə qalmış, lakin avtomobili düz obyektin qarşısında saxladığı üçün baş verənləri görmüş və eşitmişdir. Şahid1 binanın ofisinə tərəf yaxınlaşanda sonuncunu Şahid2 adlı şəxs qarşılamış, Şahid2 obyektin sahiblərindən biri olmuş, bir də obyektin sahibi kimi Hünər adlı şəxsin adını da eşitmişdir. Həmin vaxt Şahid1 Şahid2 etirazını bildirmiş, nə üçün tikintinin dayandırılması barədə Agentliyin qərarı olmasına baxmayaraq, tikinti işlərinin davam etdirildiyini soruşmuş, Şahid2la həmin an aralarında sözlə mübahisə baş vermiş, sonuncu «Ağababa müəllim, bu məsələdən Təqsirləndirilən şəxs məlumatı var» sözlərini demişdir. Buna görə də, Şahid1 avtomobilə əyləşmiş, onun yanında dərhal Təqsirləndirilən şəxs zəng edib, nə üçün belə tikintiyə göz yumduğunu soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs «idarəyə gəl, telefon söhbəti deyil, burada danışarıq» sözlərini demişdir. Bundan sonra o, avtomobili idarəyə sürmüş, yolda olarkən Şahid1 bu tikintini əvvəllər görüb-görmədiyini ondan maraqlandıqda görmədiyini demişdir. Çünki, həqiqətən də həmin dövrdə pandemiya olduğu üçün işçilər növbəli qaydada işə çıxmış, ərazidə monitorinqlər az-az aparılmışdır. O, Şahid1 işə apardıqdan sonra sonuncu Təqsirləndirilən şəxs yanına getmiş, o isə öz işləri ilə məşğul olmuşdur. Bir neçə dəqiqədən sonra onların hər ikisini yenidən həmin obyektə qaytarmış, orada Şahid1 və Təqsirləndirilən şəxs binanın ofisinə daxil olub kiminləsə danışmışlar. Onlar təxminən 10-15 dəqiqədən sonra çıxıb yenidən onun avtomobilinə minmiş, ümumi söhbətlərindən belə başa düşmüşdür ki, Şahid2 onlara qısa müddət ərzində məhkəmədən qərar alacaqlarını, sənədlərini qaydasına qoyacaqlarını demiş və bir qədər səbrli olmalarını xahiş etmişdir. Yolda olarkən Şahid1 təkidlə Təqsirləndirilən şəxs məhkəmə qərarının alınmasını gözləməyin düzgün olmadığını, qanunvericiliyə uyğun olan lazımi tədbirləri görməli olduqlarını, əks halda buna göz yummuş olacaqlarını dedikdə, Təqsirləndirilən şəxs məhkəmə qərarım gözləmələrini, əgər həqiqətən də qərar onların xeyrinə olsa, heç bir problem olmayacağmı, amma qərar ala bilməsələr sökülmə ilə bağlı Agentlik qarşısında məsələ qaldıracaqlarını bildirmişdir. Lakin, buna baxmayaraq 24 noyabr 2021-ci il tarixdə Şahid1 ona yenidən həmin ünvana sürməyi demiş, orada Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşı Elvin Səmidov ilə birlikdə tikintiyə baxış keçirtmiş, tikinti obyektini lent və möhürlə möhürləmiş, o da bu işlərdə Şahid1 köməklik göstərmişdir. Bundan sonra həmin əraziyə getdiyini xatırlamamış, bu hadisədən təxminən bir il sonra binaya dair məhkəmə qaydasında çıxarış alınmasını eşitmiş, Təqsirləndirilən şəxs hansı səbəbdən sahibkarlara köməklik göstərdiyini bilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə 29 iyun 2024-cü il tarixli ittiham aktının surətindən görünür ki, həmin cinayət işi Şahid3 qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməməsi faktı üzrə 19 aprel 2023- cü il tarixdə Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Taryel Ələkbərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3 və 308.1-ci maddələri ilə başlanılmış, 30 avqust 2023-cü il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilməklə, iş üzrə ibtidai istintaqın davam etdirilməsi mənə həvalə edilmişdir. Həmin iş üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Şahid3, Şahid2 və X17 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarı qərəzli olaraq icra edilmədən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) alınmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tikintisinə icazə tələb olunduğu halda, belə icazə alınmadan insanların həyatı və sağlamlığı üçün real, təhlükə yaradan ümumi sahəsi 4.060,1 kvadratmetr təşkil edən, yeddi mərtəbə və mansarda mərtəbəsindən ibarət çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının özbaşına tikintisi həyata keçirilmiş, habelə aparılan tikintiquraşdırma işləri zamanı Lənkəran şəhəri, ünvan 3 ünvanında həmin tikintialtı sahəsindən 1,5-6 metr məsafədə yerləşən X7 məxsus mənzilə 11.988 manat məbləğdə xeyli miqdarda, 5,4 metr məsafədə yerləşən X15 və X9 məxsus mənzilə isə 15.145 manat məbləğdə xeyli miqdarda ziyan vurulmaqla həmin fərdi yaşayış evləri ehtiyatsızlıqdan zədələnmiş, eləcə də qeyd edilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 38 ədəd yaşayış və 02 ədəd isə qeyri-yaşayış sahəsini notariat qaydada alqısatqı və bağışlama yolu ilə özgəninkiləşdirib dövlətə külli miqdarda - 203.420 manat 89 qəpik məbləğdə ziyan vurmuşlar. 08 iyun 2024- cü il tarixdə Şahid3 17 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 222-1.1 və 222-3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222-1.1 və 222-3-cü maddələri ilə ittiham elan edilmiş, 10 iyun 2024-cü il tarixdə Şahid2 və X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222-1.1 və 222-3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 29 iyun 2024-cü il tarixdə Şahid3, Şahid2 və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222- 1.1 və 222-3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 27 mart 2023-cü il tarixli 10/7489 nömrəli rəyindən görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yeddi mərtəbə və mansardalı çoxmənzilli yaşayış binasının inşa edildiyi müəyyən edilmiş, həmin ünvanda görülmüş işlər Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən tikinti-quraşdırma işlərinə aidddir. Həmin ünvanda Şahid3 xüsusi mülkiyyətində olan torpaq sahəsində layihələndirilən üç mərtəbə və mansardalı fərdi yaşayış evinin Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Memarlıq-planlaşdırma bölməsində yarımzirzəmi, birinci, ikinci, üçüncü və mansarda mərtəbəsi kimi nəzərdə tutulmasına baxmayaraq, faktiki vəziyyətdə yeddi mərtəbə və mansardalı çoxmənzilli yaşayış binası inşa edilmişdir. Həmin binanın bütün bölmələrini (tikinti ərazisinin baş planı; memarlıq-planlaşdırma və konstruksiya bölməsi; tikinti işlərinin təşkili bölməsi və s.) əks etdirən layihə sənədləri olmadığından binanın tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında layihələndirilən üç mərtəbə və mansardalı fərdi yaşayış evinin Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Memarlıq-planlaşdırma bölməsində yarımzirzəmi, birinci, ikinci, üçüncü və mansarda mərtəbəsi kimi nəzərdə tutulmasına baxmayaraq, faktiki vəziyyətdə yeddi mərtəbə və mansardalı çoxmənzilli yaşayış binası inşa edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması» Qaydalarının 4.1 və4.2-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İnşa edilmiş yeddi mərtəbə və mansarda mərtəbəsindən ibarət çoxmənzilli yaşayış binasının barəsində icazə tələb olunan tikintilərə aid olmasını, tikiliyə dair bütün bölmələrini (tikinti ərazisinin baş planı; memarlıq-planlaşdırma və konstruksiya bölməsi; tikinti işlərinin təşkili bölməsi və s.) əks etdirən layihə sənədlərinin olmadığını nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75, 83, 88 və 90-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İş materiallarında olan kompleks məhkəmə-mühasibatlıq və əlavə tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının 29 yanvar 2024-cü il tarixli 3-16-16/2- 10/10028- 9/10178 nömrəli rəyindən görünür ki, aparılan əməliyyatlara görə iş materiallarında olan mövcud sənədlər və 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyi istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda, fiziki şəxs Şahid3 tərəfindən araşdırılan dövr üzrə bina tikintisi fəaliyyəti üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin məbləğinin notariusda ödənilmiş 18.700 manat 92 qəpik sadələşdirilmiş vergi çıxılmaqla ümumilikdə 203.420 manat 89 qəpik məbləğində olması müəyyən olunur. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında arayışda və yaşayış binasının mövcud vəziyyəti haqqında texniki rəyində qeyd olunanlara əsasən, yaşayış binasının mövcud vəziyyətdə istismarının təhlükəli olmasını, binanın zirzəmili 3 + mansarda mərtəbəsi kimi nəzərdə tutulduğu halda, yerində 7 + mansarda mərtəbəsi kimi inşa edilməsini, mansarda mərtəbəsinin örtüyünün 70 millimetr qalınlıqda dəmir-betondan yerinə yetirildiyindən normativ tələblərə cavab vermədiyini, yaşayış binasının dəriniyinin «Az.DTN 2.3-1, dəyişiklik №2, bənd 9.3.18» tələblərinə uyğun gəlmədiyini nəzərə alaraq, ünvan 7 (əvvəlki adı ünvan 8 ünvanında inşa edilmiş yeddi mərtəbə və mansarda qatından ibarət çoxmənzilli yaşayış binasının konstruktiv möhkəmlik, davamlılıq, seysmik dayanıqlılıq və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, «Az.DTN» tələblərinə əsasən bünövrənin qoyma dərinliyi planlaşdırma səviyyəsindən binanın yerüstü hissəsinin hündürlüyünün 10%-dən çox olmalıdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin texniki rəyinə əsasən, sözügedən yaşayış binasının yerüstü hissəsinin hündürlüyünün 27,15 metr təşkil etməsini nəzərə alaraq, ünvan 7 (əvvəlki adı ünvan 9 ünvanında inşa edilmiş yeddi mərtəbə və mansardadan ibarət çoxmənzilli yaşayış binasının bünövrəsinin qoyma dərinliyi 2,715 metrdən çox olmalıdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin yaşayış binasının texniki vəziyyəti haqqında arayışına əsasən, ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. İş materiallarında olan əlavə tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının 24 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1833 nömrəli rəyindən görünür ki, həmin binanın arxa sərhədinin tikintialtı sahəsindən 1,5-6 metr məsafədə, Lənkəran şəhəri, ünvan 3 ünvanında yerləşən, 17 oktyabr 2011-ci il tarixli «Texniki pasport» əsasında X5 adına qeydiyyata alınmış iki mərtəbəli fərdi yaşayış evinin pilləkən qəfəsi, açıq eyvanı, mətbəx və ayaqyolunun öz şaquli vəziyyətindən əyilməsi və qəzalı vəziyyətə düşməsi, pilləkən qəfəsinin aşağı hissəsində və həyətyanı sahədə yerə düzülmüş tamet daşlarında boşalmalar, deformasiyalar, aralanmalar, sonuncuya məxsus fərdi yaşayış evi ilə üzbəüz istiqamətdə, sözügedən binanın arxa sərhədinin tikintialtı sahəsindən 5,4 metr məsafədə, Lənkəran şəhəri, ünvan 3 ünvanında yerləşən, 01 iyul 2005-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya qiymətləndirilməsinə aid» pasport əsasında % hissəsi X15, Vz hissəsi isə X8 adına qeydiyyata alınmış bir mərtəbəli fərdi yaşayış evinin arxa fasad divarında iki ayrı hissədə evin hündürlüyü boyunca qalınlığı 1-3 santimetr olan keçici (iki tərəfli) çatlar, evin daxili hissəsindəki əsas yükdaşıyan divarlarında - divar birləşmələrində hündürlük boyunca, qapı- pəncərə boşluqları ətrafında şaquli istiqamətli keçici çatlar aşkar edilmişdir. Fərdi yaşayış evinə Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitunun mühəndiskonstruktorunun iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilənlərə əsasən, Əşrəf Məmmədov, Anar Məmmədov və Vüqar Məmmədova məxsus fərdi yaşayış evlərində mövcud olan qüsurların həmin evlərin ünvan 7 ünvanında inşa edilmiş yeddi mərtəbə və mansarda qatından ibarət yaşayış binası istiqamətində artmasını, torpaq sahəsinin binaya tərəf olan hissəsində yerə vurulmuş tamet daşlarının aralanmasını, sərhəd hasarında yaranan çatları, eyni zamanda ünvan 7 ünvanında inşa edilmiş yeddi mərtəbə və mansarda qatından ibarət yaşayış binasının tikinti norma və qaydalarının tələblərinə əməl edilmədən inşa edilməsini, binanın tikinti-texniki layihə sənədlərinin (işçi layihələrin) olmamasını, binanın inşası zamanı ərazidə ağır texnikaların müntəzəm olaraq işləməsini nəzərə aldıqda, sözügedən evlərdə yaranmış qüsurların həmin yaşayış binası ilə əlaqədar olması müəyyən edilmişdir. Smeta üzrə aparılan hesablamalara əsasən, X14 və X10 yaşadığı bir mərtəbəli yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün orta bazar qiymətlərinə uyğun olaraq 15.145 manat (texniki pasportda qeyd olunan sahə üzrə 8.720 manat, texniki pasportda əks olunmayan sahələr üzrə 6.425 manat), X5 yaşadığı iki mərtəbəli yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün orta bazar qiymətlərinə uyğun olaraq 11.988 manat vəsait tələb olunması müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** və adına olan ***-***-**-** saylı mobil nömrələr ilə Təqsirləndirilən şəxs məxsus 051-988- 55-65 saylı mobil nömrənin arasında hər hansı danışıq və ya mesajlaşma müəyyən edilməmişdir. Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 22 iyun 2021 -ci il tarixdə saat 21:24-də 16 saniyə, 26 iyun 2021-ci il tarixdə 12:32-də 48 saniyə, 18 avqust 2021-ci il tarixdə saat 10:11-də 38 saniyə, saat 11:24-də 325 saniyə, saat 11:31-də 67 saniyə, saat 12:24-də 67 saniyə, saat 14:34-də 35 saniyə, saat 15:33-də 14 saniyə, saat 15:52-də 26 saniyə, 25 avqust 2021- ci il tarixdə saat 13:05-də 17 saniyə, 15 sentyabr 2021-ci il tarixdə saat 09:59- da 63 saniyə, 28 sentyabr 2021-ci il tarixdə saat 16:38-də 80 saniyə, 01 oktyabr 2021-ci il tarixdə saat 09:28-də 59 saniyə, saat 09:41-də 18 saniyə, 05 oktyabr 2021-ci il tarixdə saat 10:22-də 68 saniyə, saat 15:25-də 10 saniyə, 12 oktyabr 2021-ci il tarixdə saat 12:27-də 81 saniyə, 23 oktyabr 2021-ci il tarixdə saat 09:34-də 79 saniyə, 27 oktyabr 2021-ci il tarixdə saat 11:51-də 20 saniyə, 02 noyabr 2021-ci il tarixdə saat 21:42-də 63 saniyə, 03 noyabr 2021-ci il tarixdə saat 10:16-da 12 saniyə, saat 14:13də 191 saniyə, 10 noyabr 2021-ci il tarixdə saat 12:13-də 34 saniyə, saat 19:21-də 20 saniyə, saat 19:26-da 19 saniyə, 23 noyabr 2021-ci il tarixdə saat 14:08-də 10 saniyə, saat 15:48-də 38 saniyə, saat 19:58-də 45 saniyə, saat 20:09-da 06 saniyə, 24 noyabr 2021-ci il tarixdə saat 10:54-də 09 saniyə, saat 18:45-də 19 saniyə, saat 19:01-də 05 saniyə, 30 noyabr 2021-ci il tarixdə 12:07-də 139 saniyə, saat 18:55-də 15 saniyə, 03 dekabr 2021-ci il tarixdə saat 10:20-də 48 saniyə, saat 17;52-də 24 saniyə, 04 dekabr 2021-ci il tarixdə saat 12:43-də 34 saniyə, 21 dekabr 2021-ci il tarixdə saat 14:40-da 55 saniyə, 28 dekabr 2021-ci il tarixdə saat 14:34-də 22 saniyə, 19 yanvar 2022-ci il tarixdə saat 09:59-da 65 saniyə, saat 10:24-də 13 saniyə,saat 10:45-də 10 saniyə, 22 fevral 2022-ci il tarixdə saat 16:55-də 47 saniyə, 26 aprel 2022-ci il tarixdə saat 11:29-da 150 saniyə, 25 oktyabr 2022-ci il tarixdə saat 09:52-də 41 saniyə, 09 dekabr 2022-ci il tarixdə saat 11:40-da 151 saniyə, 12 dekabr 2022-ci il tarixdə saat 13:57-də 39 saniyə və saat 18:23-də 26 saniyə olmaqla, ümumilikdə 48 danışıq olmuş, həmin danışıqlardan 28-də Təqsirləndirilən şəxs Şahid2 zəng etmiş, qalan 20 danışıqda isə əksinə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 25 dekabr 2013-cü il tarixli 1866/Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisinin 08 fevral 2021 -ci il tarixli «Müfəttişliyin işinin daha səmərəli təşkil edilməsi məqsədilə mütəxəssislərin Bakı şəhəri, eyni zamanda Respublikanın şəhər və rayonları üzrə təhkim edilməsi barədə» əmrinin surətindən görünür ki, həmin əmrlə Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinə Lənkəran şəhəri, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonları üzrə tikinti obyektlərinə nəzarət etmək vəzifəsi həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası fövqəladə hallar naziri müavininin 08 iyul 2019- cu il tarixli 20/04-005 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi» haqqında Əsasnamənin 1 -ci bəndindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi - ölkə ərazisində tikinti işlərinin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi prosesində obyektin inşası və ya əsaslı təmiri, yenidən qurulması, bərpası yaxud sökülməsi işlərinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinin struktur bölməsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası fövqəladə hallar naziri müavininin 08 iyul 2019- cu il tarixli 20/04-005 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi» haqqında Əsasnamənin 8- ci bəndinə əsasən Müfəttişliyin səlahiyyətlərinə tikintisinə icazə tələb olunan obyektlərin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə, habelə məlumatlandırma icraatı çərçivəsində inşa olunan obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmasına nəzarət etmək, tikintidə sifarişçi tərəfindən 'texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına, tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin və tikinti layihəsinin tələblərinə əməl edilməsinə nəzarət etmək, tikintidə aşkarlanmış pozuntuların qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda, tikinti-quraşdırma işlərinin müvafiq qaydada dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə podratçı təşkilatın lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada Tikintidə X2rşısında məsələ qaldırmaq, tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək, inzibati tənbeh vermə haqqında qərarın çıxarılması üçün müvafiq qaydada Agentliyə təqdim etmək və Baş Dövlət Tikinti Müfəttişliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 13 sentyabr 2023-cü il tarixli 1793/Ş nömrəli əmrinin surətindən görünür ki, həmin tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin rəisi Təqsirləndirilən şəxs öz xahişi ilə dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan lisenziya əsasında fəaliyyət göstərən memar X11 tərəfindən təsdiq edilmiş Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında Şahid3 xüsusi mülkiyyətində olan torpaq sahəsində layihələndirilən üç mərtəbə və mansardalı fərdi yaşayış evinin planından görünür ki, plan 2021 -ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının baş memarı Elgün Abdullayev tərəfindən razılaşdırılmaqla icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Agentliyin əməkdaşları tərəfindən mansardanın yerinə əlavə mərtəbədə tikinti- quraşdırma işlərinin aparılması aşkar edildiyinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 -ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi barədə göstəriş verilmiş və pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 23 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, fərdi yaşayış evinin tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş qərara əməl olunmadan tikinti işləri davam etdirildiyinə görə, Şahid3 İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Cənub regional tikinti müfəttişliyinin baş məsləhətçisi Şahid1 və Lənkəran Şəhər İcra Hakmiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Elvin Səmidov tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Şahid3 tərəfindən Tikintidə X6 Agentliyinin 20 avqust 2021- ci il tarixli qərarına və 23 sentyabr 2021-ci il tarixli inzibati cəriməyə məhəl qoyulmadan tikinti işləri davam etdirildiyinə görə, tikinti obyektində işlər dayandırılmış, lent və möhürlə möhürlənmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2- 1(120)-2087/2022 nömrəli qərarından görünür ki, həmin tarixdə Şahid3 Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş sahəsi 4060,98 kvadratmetr təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilməsi ilə bağlı iddiası təmin edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» çıxarışının surətindən görünür ki, Şahid3 adına ünvan 10 ünvanında xüsusi mülkiyyətdə olan 0,06751 hektar torpaq sahəsində yerləşən 4.060,1 kvadratmetr sahəli çoxmərtəbəli yaşayış binası 08 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X3 Sistemindən 12 avqust 2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 314-3.1 və 311.1-ci maddələrin tərkibi müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli araış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmış uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi» Qaydalarının 1.2, 1.5 və 3.1.6-cı bəndlərinə əsasən - tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə X6 Agentliyi və Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilməklə, tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığının (dayanıqlılığını və möhkəmliyini) təmin edilməsi, dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri isə tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Şəhərsalma və Tikinti Məcəlləsinə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziyanın dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2 və 95.3-cü maddələrindən görünür ki, həmin Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən bir il ərzində (30 may 2023-cü il tarixli dəyişiklikdən sonra 06 ay ərzində) tikintiyə icazə alınmadıqda müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi) tikintisi başa çatmış obyektin sökülməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin hansı qanunvericilik aktları ilə müəyyən edildiyini, məhz hansı vəzifələri yerinə yetirməli olduğunu tam dərk etmiş, yaxın münasibətdə olduğu Şahid2 və onun biznes ortaqları üçün qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratmaq məqsədilə tutduğu vəzifəyə görə ona verilmiş qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə, onun vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilinməsi ilə bağlı verdiyi ifadəsinə qiymət verərək qeyd edir ki, tikintidəki pozuntularla bağlı tərtib etdikləri akt əsasında Şahid3 inzibati daydada məsuliyyətə cəlb edilməsini, rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə həmin tikintini lentə alınmasını, məlum pandemiya dövrünə düşdüyündən həmin tikintiyə lazımınca nəzarət edə bilməməsini, istismar aktı olmadan həmin tikiliyə dövlət qeydiyyatına alınması üçün məhkəmə tərəfindən Çıxarış verilməsi ilə bağlı qərar verilməsini, məhkəmə Ali orqan olduğundan qərarının dəyişilməz olmasının, bu səbəbdən tikintinin sönülməsi ilə bağlı rəsmi olmasa da, şifahi məlumat verməsini Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla özünün qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla təkzib edildiyindən, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin himayəsində iki tələbə uşağının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olması, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, təqsirləndirilən şəxsə CM-nin 46.2-ci maddəsinin tələbi baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsinə zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən onun himayəsində tələbə olmaqla iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəyə yeganə gəlir gətirən şəxsi olmasını, həmçinin təyin ediləcək əlavə cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görədə məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən halları nəzərə almaqla əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilərsə ailənin yeganə qazanc gətirənindən məhrum olacağını və ailənin ağır maddi ehtiyac içərisində tam təminatsız qalacağını, övladlarının gələcək təhsil almasında və ailəsinin maddi xərclərini qarşılaya bilməyəcəyini və çətinliklərə səbəb olacağını, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını müstəsna hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2 tələbə uşağının olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə aslınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə aslınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X21
Məhkəmə qərarları › İş №1(049)-231/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-231/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver