Məhkəmə qərarları › İş №1(049)-232/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-232/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-232/2023 13.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu Şürük kəndində yaşayır.Evlidir, üç azyaşlı uşağı vardır və mağazada satıcı işİəyir. Lənkəran rayonu Şürük kəndində yaşayan X10 onun barəsində ağır cinayətin törədilməsində və həmin cinayətin törədilməsini açıq şəkildə istər polis orqanında və istərsə də ictimai yerlərdə (çayxana, kənddə olan üzr mərasimində) yaymışdır. Belə ki, xx.xx.2023-cü il tarixində onun şəxsi istifadəsində olan mobil telefonunun vatsap sistemində X6 məxsus olan ********** mobil nömrəsindən yazaraq onu hədələməyə başlamış və barəsində X13 ünvanladığı ərizəsinin şəklini ona atmışdır. Onu ağır cinayət törətməkdə şərləməklə barəsində düzgün olmayan, dövlətə xəyanətdə və cəsusluqla ağır ittihamlarla müraciət etdiyini bildirmişdir. O, da dərhal DİN-nin 102 nömrəli qaynar xəttinə zəng edərək Lənkəran rayonu Şürük kənd sakini X10 barəsində şikayyət etmişdir. Mehdiyev Mircalal bununla kifayyətlənməyərək ictimai yerlərdə onun İran İslam respiblikasının adamı və həmin respublikaya işlədiyini açıq şəkildə bəyan etmişdir. Bunları eşidən valideynləri və arvadı bu əsassız şayə dolu xəbərlərə görə xəstələnmiş və uşaqları qorxu keçirmişlər. Eyni zamanda yaşadığı kəndə onun barəsində pis fikirlər və rəylər formalaşmışdır. Bu onun hüquqlarının məhdudlaşdırılması anlamına gətirilmişdir. X10 xx.xx.2023-cü il tarixində heç bir əsası və sübutu olmadan onun barəsində etdiyi müraciət ona qarşı şəxsi qərəzliyin nümunəsidir. Bütün bunların hamısı onun şərəf, ləyaqətinin və işgüzar nüfuzunun alçadılması anlamına gətirib çıxarır. Bütün bunlar onu depresiya və əsəb xəstəliynə gətirib çıxarmışdır. O, həmin hadisədən sonra depresiya keçirmişdir və hazırda əsəb xəstəsi kimi müalicə olunur. Dəfələrlə özünü öldürməyə cəhd etməyə çalışsa da və bunun qarşısını yoldaşı almışdır. X10 Azərbaycan Respublikasının müxtəlif hüquq orqanlarına, eyni zamanda şəxsi insanlara onun haqqında düzgün olmayan məlumatlar vermiş və barəsində mənfi rəyin formalaşmasına səy göstərmişdir. X10 mütamadi olaraq onun haqqında ictimai yerlərdə, cəmiyyətdə və rayonun müəyyən yerlərində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, barəsində ağır ittihamlar səsləndirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində şikayət verilmiş şəxs X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cu il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdqki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yeni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini, nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər kl, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi İnformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet İnformasiya ehtiyatında yayılmış olsun. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X2 Mircalal Ağa oğlunun onun barəsində polis orqanına ünvanlandığı müraciətinə istinad etməklə xüsusi ittiham qaydasında şikayət etmişdir. Bundan əlavə X11 şikayət ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində onun şəxsi istifadəsində olan mobil telefonunun vatsap sistemində X6 məxsus olan ********** mobil nömrəsindən yazaraq onu hədələməyə başlamış və barəsində X13 ünvanladığı ərizəsinin şəklini ona atmışdır. Bu hal məhkəmə tərəfindən X3 qeyd edilən məlumatı X9 təklikdə bildirilməsi və həmin məlumatın kütləvi çıxış şəklində yayılmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. X11 həmçinin şikayətində qeyd etmişdir ki, X10 onun barəsində ağır cinayətin törədilməsində və həmin cinayətin törədilməsini açıq şəkildə ictimai yerlərdə (çayxana və kənddə olan üzr mərasimində) yaymışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, xüsusi ittihamçı öz şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yuxarıda qeyd etdiyi əməli (cinayətin törədilməsini açıq şəkildə ictimai yerlərdə (çayxana və kənddə olan üzr mərasimində) yaymasını) harada, nə vaxt və necə törətdiyini konkret göstərməli idi. Lakin bu barədə X11 tərəfindən şikayətdə qeyd edilməmişdir və bu barədə məhkəməyə hər-hansı əsaslı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi qaldırılmaqla, cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar