Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-233/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim X2, məhkəmə iclasının katibi X9, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə 18 aprel 2023-cü il tarixdə, saat 10.50-də Lənkəran Rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Mircəlal Ağa oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi başlanılıb hökm çıxarılmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında şikayətçi X8 məhkəməyə ərizə təqdim edərək şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1 302.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. X10
Məhkəmə qərarları › İş №1(049)-233/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-233/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver