Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-234/2024 30.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2019-cu il tarixdə Lənkəran Ağır Cinayətlə Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.1-ci maddələri ilə təqsirli bilinib barəsində 03 il 06 ay müddətində azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməyən, Lənkəran rayonu Şağlaküçə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən yaşadığı evin eyvanında yerləşən dibçəkdə qanunsuz olaraq əkib, onlardan bitən 11 (on bir) ədəd olub xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə həmin vaxtdan etibarən aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb, diblərini yumşaldıb və gübrələyib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri xeyli miqdarda kultivasiya etmiş, əkib yetişdirdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından mütəmadi olaraq dərib qurudaraq, onlardan yaşadığı evdə kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi-6,801 qram olub xeyli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib, üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 03 iyun 2024-cü il tarixdə, saat 14:15 radələrindən etibarən Lənkəran rayonu Şağlaküçə kəndində keçirdikləri əməliyyat tədbirləri nəticəsində iştirakı və icazəsi ilə yaşadığı Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən evə baxış keçirilərkən evin birinci mərtəbəsində yerləşən eyvanında olan dibçəkdə boyu 15sm-25sm olan xeyli miqdarda həmin 11 (on bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumi təmiz çəkisi-4,706 qram olmaqla əkildiyi yerdə kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 03 iyun 2024cü il tarixdə, saat 15:10 dəqiqədə Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən Lənkəran şəhər polis şöbəsinin inzibati binasında isə üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynində olan şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd sarı rəngli plastik qutunun içərisində yerləşən bir ədəd sellofan bükümdə,-6,801 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ara-sıra narkotik vasitə marixuanadan istifadə edir. Buna görə də 2024-cü ilin may ayının əvvəllərində Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən evində narkotik maddə olan çətənə bitkilərini əkmək, becərmək və həmin narkotik maddəni gələcəkdə istifadə etmək üçün özündə olan həmin toxumları əkmişdir. Çətənə bitkisinin yaxşı becərməsi üçün torpağa gübrə qatmış, həmin gündən etibarən o, evinin birinci mərtəbəsində gizli olaraq əkdiyi dibçəkdəki həmin çətənə bitkilərinə arabir su verirmiş. 03 iyun 2024-cü il tarixdə, saat 14 radələrində o, Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən evinin yaxınlığındakı küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşdılar, özlərini təqdim etdilər və onun yazılı razılığı ilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirirmşlər. O, da razılıq vermiş və baxış zamanı evinin birinci mərtəbəsində yerləşən dibçəkdə qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə həmin dibçəyə baxış keçirmişlər. Baxış zamanı dibçəkdə əkdiyi, aqrotexniki qaydada qulluq etdiyi 11 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis işçiləri 11 ədəd çətənə bitkilərini çıxardıb yerə qoymuş, aşkar edib götürdükləri 11 ədəd narkotik tərkibli çətənə bitkilərini 1 ədəd sellofana qoyub və asma elektron tərəzi ilə çəkmişlər. Daha sonra o, əvvəlcədən həmin çətənə bitkisinin üzərindən qopardıb qurutduğu və üzərində saxladığı sarı rəngli qutunun içərisindəki qurudulmuş marixuananı polis əməkdaşları ilə Lənkəran polis şöbəsinə gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman polis işçilərinə təqdim etmişdir. Əkdiyi tərkibində narkotik maddə olan bitkiləri gələcəkdə istifadə etməyi üçün əkmişdir. Bədənində ağrılar olduğu üçün ara-sıra narkotik vasitə marixuanadan istifadə edir. Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən evində dibçəkdə əkdiyi tərkibində narkotik maddə olan çətənə bitkilərini istifadə etmək məqsədilə əkmişdir. Həmin toxumlar uzun müddətdir ki, onda olmuşdur. Həmin toxumları 2024-cü ilin may ayında əkmişdir. O, saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin gətirildikdən sonra ona zor tətbiq edilməyib və heç kəs ona hədə-qorxu gəlməmişdir. Əməlindən peşmandır. Ona ttiham olunduğu maddələrin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 iyun 2024-cü il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi, Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən evində narkotik xassəli çətənə bitkilərinin qanunsuz əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı əldə etmişdir. Bununla bağlı şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü qərar qəbul olunmuş və qərar qəbul edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla yanaşı Lənkəran ŞRPŞ-nin polis əməkdaşları Şahid2, Şahid1 və Şahid4, həmçinin mütəxəssis-alim aqronom X2 da iştirak etmişdir. 03 iyun 2024-cü il tarixdə, saat 14:15 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, Təqsirləndirilən şəxs Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən ünvanında yaşadığı evdə olduğundan əməliyyat-qrupunun üzvləri ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs ilə görüşüb, ona hüquq və vəzifələri izah olunmuş, həyətinə axtarış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alındıqdan sonra videoçəkiliş vasitəsilə, mütəxəssisin iştirakı ilə fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə, həmin evin həyətyanı sahəsində, orada olan tikililərdə narkotik vasitə və ya narkotik xassəli bitkilər, həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs yaşayış evinin birinci mərtəbəsində eyvanda dibçəkdə əkdiyi 11 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər bitkiləri təqdim etdi. Dibçəkdə becərilmiş 11 ədəd çətənəyə bənzər bitkilərin hündürlükləri 15-25 sm-dək olması aşkar olundu. Aşkar edilmiş çətənəyə bənzər bitkilər torpaqdan çıxarılmaqla yerdə qoyuldu. Mütəxəssis aqronom Qulaməli Hüseynov həmin bitkilərə baxıb bitkilərin çətənə bitkisi olmasını təsdiqlədi. Həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Lənkəran ŞRPŞya gəldi. Polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sarı rəngdə plastik qabı çıxararaq təqdim etmiş və həmin qabın içərisinə baxış keçirilən zaman içərisində şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə tərkibli kolları gələcəkdə istifadə etməsi üçün qulluq etdiyini bildirmişdir. Qurudulmuş marixuananı isə öz şəxsi istifadəsi üçün əkdiyi çətənə bitkilərindən qurudaraq əldə etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş şahidlər - polis əməkdaşları Şahid1 və Şahid4 ifadələrində Şahid3 ifadəsində bildirdiyi xüsusatları təsdiqləmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, həmin tarixdə saat 14:15-də videoçəkiliş vasitəsilə, mütəxəssis X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evinə, evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evin yerləşdiyi həyət məftil çəpərlərlə əhatələnmiş, həyətdə Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə isə müxtəlif növ meyvə və digər növ ağaclar olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə və ya narkotik xassəli bitkilər, həmçinin daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşayış evinin birinci mərtəbəsində yerləşən eyvanda əl-üz yuyanın üzərində olan dibçəkdə 11 ədəd çətənə bitkisinə bənzər bitkiləri təqdim edib onları 2024-cü ilin may ayında əkdiyini bildirmişdir. Sibçəkdə torpaqda becərilmiş 11 ədəd çətənəyə bənzər bitkilərin hündürlükləri 15 sm-25 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş çətənəyə bənzər bitkilər torpaqdan çıxarılmaqla yerdə qoyulmuşdur. Mütəxəssis aqronom Qulaməli Hüseynov həmin bitkilərə baxıb bitkilərin çətənə bitkisi olmasını təsdiqləmişdir. Həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 01 ədəd sellofan torbada qablaşdırılmışdır və Lənkəran ŞRPŞ-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə tərkibli bitkilərə gələcəkdə istifadə etməsi üçün qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 iyun 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, həmin tarixdə saat 15:10-da Lənkəran ŞRPŞ-də xidməti otaqlarının birində müdafiəçinin iştirakı, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli qutu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin qutuya baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir əşya, predmet aşkar olunmamış və götürülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə bioloji ekspertizasının 03 iyun 2024-cü il tarixli 19/464 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evində dibçəkdə əkilmiş 11 ədəd çətənə bitkisi.....” sözlər və imzalar olan zərfdəki, ümumi sayı 11 (on bir) ədəd, ümumi təmiz çəkisi:-4,706 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə bioloji ekspertizasının 03 iyun 2024-cü il tarixli 19/465 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd büküm çəkisi 7,37 qr.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 6,801 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “Ambulator məhkəmə psixiatrik” ekspertizasının xx.xx.2024-cü il tarixli, 2358 saylı ekspert rəyindən görünür ki, -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddənin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 500 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 03 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı, Lənkəran rayonu Şağlaküçə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən eyvanında əlüz yuyanın üzərində yerləşən 01 ədəd dibçəkdə 15- 25 sm hündürlükdə olan çətənəyə bənzər 11 ədəd olan bitkilər aşkar edilmişdir. Aşkar edilmiş çətənəyə bənzər bitkilərin toxumu təxminən 2 ay övcə torpağa toxum şəklində əkilmişdir. Həmin çətənəyə bənzər bitkilərə bir sıra aqrotexniki xidmətlər göstərilmişdir. Bitkilərin dibi suvarılıb, yumşaldılmış, alaq otlardan təmizlənərək qulluq göstərilmişdir. Həmin çətənəyəbənzər bitkilər torpaqdan çıxarıldı sayıldı, ümumilikdə sayı 11 ədəd oldu. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə Lənkəran Ağır Cinayətlə Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.1-ci maddələri ilə təqsirli bilinib barəsində 03 il 06 ay müddətində azadlıqdan məhrum etməcəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsin 4(049)-101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 03 iyun 2024-cü il saat 14:15-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şağlaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, Bağırov X5 rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla həmin ünvanda 1977-ci il təvəllüdlü arvadı X6 və 2004-cü il təvəllüdlü oğlu X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. . Sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4,706 qram narkotik vasitə olan 11 ədəd çətənə bitkisi, -6,801 qram narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs evinin həyətində, evində aparılan axtarış və üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün yazıldığı 02 ədəd DVD-disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 4,156 qram narkotik vasitə olan 11 ədəd çətənə bitkisi, -6,701 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı özünün etirafedici ifadəsi, şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. CM-nin 237.1-ci maddəsinin dispozisiyasına görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin qanunun 1.0.6 maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin qərarın 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən səmimi peşmançılıq keçirməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələrinin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin saxlandığı 03 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi çəkisi 4,156 qram narkotik vasitə olan 11 ədəd çətənə bitkisi, -6,701 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs evinin həyətində, evində aparılan axtarış və üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün yazıldığı 02 ədəd DVD-disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,156 qram narkotik vasitə olan 11 ədəd çətənə bitkisi, -6,701 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-234/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-234/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver