Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-236/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Şahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Aprel Döyüşlərinin iştirakçısı, “Fəxri Fərman”la təltif olunmuş, işləməyən, Lənkəran rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması azaldılmaqla üzərində 06 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Lənkəran rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 29 gün müddəti 02 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Raspublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 05 may 2023-cü il tarixdə, saat 09.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kibrit qutusunda təmiz çəkisi:-6,401 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 24 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 14:50 dəqiqədə Lənkəran şəhəri Ləvəngi dairəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd kibrit qutusunda əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2016-cı il Aprel Döyüşlərinin iştirakçısıdır. “Fəxri Fərman”la təltif olunmuşdur. Həmin döyüşlərdən sonra başında ağrılar olduğu üçün marixuanadan istifadə etmişdir. Marixuananı Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsində üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində həmin dairəyə gedib həmin şəxsdən 30 manata bir kibrit qutusunda marixuana alıb evlərinə qayıtmışdır. Evlərində qulaqlarından kar və xəstə atası, və anası ilə yaşayır. Atası və anası bundan xəbər tutmasınlar deyə başı ağrıdığından həmin gün saat 15 radələrində evlərindən çıxıb Ləvəngi dairəsinə getmiş və üzərində olan marixuanadan istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman polis işçiləri ona yaxınlaşaraq onu Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəşinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan şalvarının cibində olan kibrit qutusunu çıxarıb təqdim etmiş və onun işərisində marixuana olduğunu, onu adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş, sonra bir zərfə qoyulmuş, həmin zərf möhürlənmişdir. O, vəkili zərfin üzərinə imza etmişlər. Daha sonra bildirmişdir ki, ona marixuana satmış şəxsin adını və harada yaşadığını bilmir. Amma həmin şəxs arıq bədən quruluşlu, qarabuğdayı,boyu 170-175 sm olan 40-45 yaşlarında kişidir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, Aprel döyüşlərinin iştirakçısı və atasının qulaqdan tamamilə kar olaraq xəstə olduğunu, evdə yaşlı atası ilə anasının tək qaldığını, ailəni yeganə dolandıran olduğunu, etdiyi əməli tam dərk etdiyini, peşmançılıq keçirdiyini, sonuncu dəfə cinayət əməlini törətdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün cinayəti etiraf ifadələri ilə yanaşı, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-ambulator narkoloji ekspertizalarının rəyləri, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 14 mart 2023-cü il tarixli raportu, şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılmasını məqsədilə əməliyyat qrupunun tərkibində, ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və ŞRPŞnin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə 24 yanvar 2023-cü il tarixdə, saat 14:50 dəqiqədə Lənkəran şəhərində yerləşən "Ləvəngi" dairəsində Təqsirləndirilən şəxs saxlayaraq Lənkəran ŞRPŞ-ə gətirmişlər. Orada videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə onun üzərində axtarış keçirilmiş, bundan əvvəl isə o, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, kibrit qutusunda qurudulmuş marixuana olduğunu bildirmiş, onu 24 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Ləvəngi dairəsində adını bilmədiyi, ancaq üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 30 manata aldığını bildirmişdir. Onun üzərindən aşkarlanmış bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan həmin kibrit qutusunu ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu təsdiq edir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 19/105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şəxsin üzərindən aşkar olunan kütlə......" sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd kibrit qutusunda təmiz çəkisi:- 6,401 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 6,381 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 90 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabionidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan 14 mart 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi:-6,401 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq və 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran səhərində yerləşən "Ləvəngi" dairəsində 30 manat müqabilində 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,401 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana satmış arıq bədən quruluşlu, qarabuğdayı, boyu 170-175 sm, 40-45 yaşlarında olan naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi:-6,401 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 6,381 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılır. İş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə olunmuşdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və “N” saylı hərbi hissənin rəhbərliyi tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanmış “Fəxri Rərman”dan görünür ki, əsgər Təqsirləndirilən şəxs “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci il dönümü” münasibətilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə təltif olunmuşdur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarix hesab edilməklə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, "8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 il 06 ay 29 gün çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 06 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 29 gün müddəti Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. İşdə olan Lənkəran rayonu İcra və Probasiya şöbəsinin 16 mart 2023-cü il tarixli, 79 nömrəli məktubundan və hökmün surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin 1(049)-334/2021 saylı,21 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lənkəran rayon məhkəməsinin 7(049)-115/2021 saylı,17 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs "8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Lənkəran rayon Məhkəməsinin 1(049)-334/2021 saylı,21 iyun 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 il 06 ay 29 gün çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 06 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran rayon məhkəməsinin 7(049)-18/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərarına əsasən Lənkəran rayon məhkəməsinin 1(049)-334/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 29 (iyirmi doqquz) gün müddəti Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.Ona görə də,Lənkəran rayon məhkəməsinin 1(049)-334/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmün icrası dayandırılmış və xx.xx.2022-ci ildə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əlizadə X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası azaldılaraq 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Penitensiar Xidmətinin 16 saylı CÇM-nin xx.xx.2022-ci il tarixli, 230 nömrəli arayışından görünür ki, 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Aprel Döyüşlərinin iştirakçısı olmaqla “Fəxri Fərman”la təltif olunduğunu, atasının qulaqdan kar olmaqla xəstə və ailəyə yeganə qazan gətirən olduğunu, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən edilir ki, Əlizadə X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Cəza çəkdiyi zaman Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə "8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 il 06 ay 29 gün çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 06 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan sonra Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 29 gün müddəti Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, o, məhkəmə iclası zalında həbs edilmiş,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2023-ci il tarixdən 05 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 6,381 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2023-ci il tarixdən 05 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 22 (iyirmi iki) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,381 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-236/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-236/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver