Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-237/2023 18.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 16:30 xx xxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Port-İliç (indiki Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsi ev 87-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev X2 şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram, 0,181 qram ümumi təmiz çəkisi 0,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 yanvar 2023-ci il tarixdə saat 10:20-də Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Şirinsu kəndində olan zaman saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, avtoyuma məntəqəsində işləyir. Narkotik vasitə heroindən 2 ilə yaxındır ki, tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitə heroini Lənkəran şəhərinin müxtəlif yerlərində üzdən tanıdığı, lakin adını bilmədiyi müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 08 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri “kiçik bazar” adlanan əraziyə getmişdir. Orada bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış, ondan ona satması üçün üzərində nakotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün 15 manat qarşılığında 2 büküm narkotik vasitə heroin alaraq ağrıları olan zaman qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. “Kiçik bazar” adlanan ərazini tərk edib Lənkəran rayonu, Şiriunsu kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin gün, yəni 08 yanvar 2023-cü il tarixində Lənkəran rayonu, Şirinsu kəndində olarkən səhər aldığı narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibində olmuşdur. Bu zaman tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Liman polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşlarından biri ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Liman polis bölməsinin inzibati binasına dəvət etmişdir. O da razılaşmış və polis bölməsinə getmişdir. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədi ilə aldığı, əynində olan şalvarının sağ yan cibində qoyduğu 2 ədəd heroin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 15 manat qarşılığında Lənkəran şəhəri “kiçik bazar” ərazisində üzdən tandığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 2 bükümdə heroin elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 0,48 qram olmuşdur. Sonra 2 bükümdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Liman PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ev 87-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 özü etmişdir. Onunla birlikdə polis nəfərləri o və Şahid2 də olmuşdur. 08 yanvar 2023-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Onu təxminən 15-20 dəqiqə izlədikdən sonra Lənkəran rayonu, Şirinsu kəndində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və onu PB-yə gətirmişlər. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra 1 ədəd büküm elektron tərəzidə çəkildikdə isə 0,48 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmuşdur, lakin keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni kimdən və yaxud kimlərdən almasını müəyyən etmək mümkün olmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, icraatına Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ev 87-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Onunla birlikdə polis nəfərləri Şahid3 və Şahid2 də olmuşdur. 08 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Onu, təxminən, 15-20 dəqiqə izlədikdən sonra Lənkəran rayonu, Şirinsu kəndində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və onu PB-yə gətirmişlər. Polis bölməsinə gətiriləndən sonra araşdırmanın aparılması təhqiqatçı Mircan Quliyevə tapşırılmışdır. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 2 ədəd bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra 1 ədəd bükümü elektron tərəzidə çəkildikdə isə 0,48 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmuşdur, lakin keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni kimdən və yaxud kimlərdən almasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Liman PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ev 87-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraata daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 özü etmişdir. Onunla birlikdə polis nəfərləri o və Şahid3 də olmuşdur. 08 yanvar 2023-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Onu təxminən 15-20 dəqiqə izlədikdən sonra Lənkəran rayonu, Şirinsu kəndində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşmış və onu PB-yə gətirmişlər. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra 1 ədəd büküm elektron tərəzidə çəkildikdə isə 0,48 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmuşdur, lakin keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni kimdən və yaxud kimlərdən almasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 08 yanvar 2023-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 10:20 radələrində Liman PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 02(iki) ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,48 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Lənkəran şəhəri kiçik bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bölməsinin ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 19/20 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram; 0,181 qram; ümumi təmiz çəkisi 0,384 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 22 fevral 2022-ci il tarixli, 334 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Əliyev X2 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram, 0,181 qram, ümumi təmiz çəkisi 0,384 qram narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0.284 qram qalığı və “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş heroinin ekspertizadan qaytarılmış 0.284 qram qalığı saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Əliyev X2 ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Liman şəhəri H.Aslanov küçəsi ev 87-də tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini, nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək 3 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd bükümdə 0.284 narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək 3 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd bükümdə 0.284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-237/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-237/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver