Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-238/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2001-cı ildə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 07 fevral 2023-cü il tarixdə, Astara rayonu ərazisində, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,319 qram ayrı-ayrılıqda təmiz çəkiləri- 0,381qram; 0,379 qram; 0,253 qram; 0,306 qram olan psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımış və 09 fevral 2023-cü il tarixdə, saat 12:05 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran rayonu Siyavar kəndində, küçədə, piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhəri Tofiq İsmayılov 26 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, 09 fevral 2023-cü il tarixdə saat 12:45 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin sayda və çəkidə psixotrop maddə metamfetamin əynində olan gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş “Winston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Siyavar kəndində valideynləri ilə birlikdə yaşayır. Başında olan ağrılara görə təxminən bir il olar ki, psixotrop maddə metamfetamindən zərdə tüstüsünü iyləməklə qəbul edir. Əldə etdiyi psixotrop maddələri adətən Astara rayonu Şahağacı kəndində tanımadığı şəxslərdən əldə edir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında Astara rayonu Şahağacı kəndinə narkotik vasitə almaq məqsədilə getmişdir. Şahağacı kəndinin mərkəzində, dəmir yolunun yanında bir nəfər adını bilmədiyi şəxsdən bir neçə gün istifadə etməyi üçün psixotrop maddə almışdır. O, həmin şəxsə 20 manat verib 4 büküm metamfetamin almışdır. O, həmişə aldığı “malları” üzərində saxlayır ki, kimsə evdə olanda və ya başqa yerdə olanda tapa bilməsin. Həmin bükümləri də, çəkdiyi “Winston” markalı siqaret qutusunun içərisində saxlamışdır. 09 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Siyavar kəndində küçədə piyada tək hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onların onu nəyə görə saxldıqlarını bildiyinə görə birlikdə ünvan 3 ünvanında yerləşən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, istifadəsi üçün aldığı və əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd elektron tərəzini və içərisində 4 büküm metamfetamin olan “Winston” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı həmin dörd büküm aşkar edilmişdir. O, bükümlərin içərisində metamfetamin olduğunu və istifadəsi üçün üzərində saxladığını demişdir. Tərəzini də, çəkidə aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. Üzərimdən başqa bir ədəd özünə məxsus “Samsung “ markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Başqa, qanunsuz əşya və ya predmet götürülməmişdir. Götürülmüş bükümlər ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Əməlindən çox peşmandır. İttiham olunduğu maddənin sanksiyası həddində ona ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Lənkəran rayon Siyavar kənd sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 09 fevral 2023cü il tarixdə, saat 12 radələrində Lənkəran rayonu Siyavar kəndində yolda, Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd “vinston” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı içərisindən 4 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü də, şifahi sorğu zamanı sellofan bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün Astara rayonu Şahağacı kəndində üzdən tanıdığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,39 qram olmuşdir. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən təqdim etdiyi “Winston” markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümlərin içərisində metamfetamin olduğunu, istifadəsi üçün Astara rayonu Şahağacı kəndində tanımaıdğı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 04 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və üzərindən aşkar edilmiş elektron tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarına əlavə edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qablaşdırılaraq götürülmüş bir ədəd paketdə olan tərəziyə baxış keçirilmiş və həmin elektron tərəzinin işləmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 10 fevral 2023-cü il tarixli 19/179 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,381 qram; 0,379 qram; 0,253 qram; -0,306 qram ümumi təmiz çəkisi-1,319 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi..” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda, bir ədəd elektron tərəzi üzərində psixotrop maddə izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 10 fevral 2023-cü il tarixli 170 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-56/2023 nömrəli 11 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,319 qram psixotrop maddə metamfetamin və CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, 04 ədəd bükümdə qalıq çəkisi -1,119 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Siyavar kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1967-ci il təvəllüdlü atası X3 və xx.xx.1979-cu il təvəllüdül anası X2 ilə birlikdə Lənkəran rayonu, Siyavar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu və yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2023-cü ildən bu günədək həbsdə saxlanıldığı 3 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 7 ayına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Viravul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilməli, o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli və onun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,119 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 fevral 2023-cü ildən bu günədək həbsdə saxlanıldığı 3 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Siyavar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,119 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-238/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-238/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver