Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-238/2024 29.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əİbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər, Lənkəran Vəkil Bürosunun vəkilləri, müvafiq olaraq Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 20 avqust 2005-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuş, savadı olmayan, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxx 1994-cü ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxx 1985-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuş, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 oktyabr 2024-cü il tarixdə, saat 17.55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, təkrarən, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 25 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Lənkəran rayonu, Gərmətük qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 məxsus tövlədən oğurluq, yəni özgənin əmlakı olan xırda buynuzlu heyvanları (qoyunları) gizli olaraq talayıb Bakı şəhərində sataraq əldə ediləcək qazancı öz aralarında bölməklə bağlı razılığa gəlib, bu məqsədlə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun olaraq 26 iyul 2023-cü il tarixə keçən gecə, saat 02 radələrində hər üçü görüşüb, birlikdə Zərərçəkmiş şəxs1 məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evə doğru piyada gedərək, həmin evin həyətindəki tövləyə çatdıqdan sonra, qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli hal olduqda dərhal qrup üzvlərini məlumatlandırmaq üçün tövlənin yaxınlığında dayanaraq müşahidə aparmış, bu vaxt özü mişar daşlarından hörülmüş divardan keçərək həyətə, oradan da saxlanc yeri olan tövləyə qanunsuz daxil olmaqla, tövlədə saxlanılan qoyunları küçəyə çıxararaq digər qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müşayiəti ilə yaxınlıqdakı çay kənarına apararaq, orada həmin xırda buynuzlu heyvanlardan təxmini ət çəkisi 20 kq. bir başının qiyməti 300 manat, cəmi qiyməti 3300 manat olan on bir baş xırda buynuzlu heyvanı birlikdə tııtub, ayaqlarından bağlayaraq, qalan heyvanları isə tövləyə qaytararaq, həmin on bir baş heyvanı hər üçü birlikdə yaxınlıqdakı evlərdən birinin yanına daşıdıqdan və qrup üzvü Təqsirləndirilən şəxs1 tanınmaması üçün oradan uzaqlaşdıqdan sonra, onları qrup üzvü Təqsirləndirilən şəxs2 həmin yerə dəvət etdiyi, əsl niyyətlərindən xəbərsiz olan Şahid4 idarə etdiyi “Ford" markalı 42 BX-012 dövlət qeydiyyat nişanlı avtomobilə birlikdə yükləyərək hadisə yerini tərk etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlancyerinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 3300 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, təkrarən, 31 iyul 2024-cü il tarixdə, saat 07 radələrində Lənkəran rayonun Aşağı-Nüvədi qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus olan, nəzarətsiz halda buraxılmış ağ-qırmızı rəngli, təxmini diri çəkisi 160 kq. bir baş, qiyməti 1700 manat olan iri buynuzlu heyvanı (erkək dananı) yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən otlaq sahəsində özünə məxsus iri buynuzlu heyvanlara (inəklərə) qoşulduğunu görüb, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, həmin iri buynuzlu heyvanı oğurlayıb otlaq sahəsində yerləşən, kənarları çəpərə alınmış ərazidə bağlamış, daha sonra iri buynuzlu heyvanı sataraq qazanc əldə etməkdən ötrü 03 avqust 2024-cü il tarixdə oğurladığı yerdən yaşadığı evin həyətinə aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 1700 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 25 iyul 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ona və digər tanışı Təqsirləndirilən şəxs1 yaşadıqları Lənkəran rayonu, Gərmətük qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 məxsus tövlədən oğurluq, yəni özgənin əmlakı olan xırda buynuzlu heyvanları (qoyunları) gizli olaraq talayıb, Bakı şəhərində sataraq, əldə ediləcək qazancı öz aralarında bölməklə bağlı razılığa gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğıın olaraq 26 iyul 2023-ciı il tarixə keçən gecə, saat 02 radələrində hər üçü görüşüb, birlikdə Zərərçəkmiş şəxs1 məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evə doğru piyada gedərək, həmin evin həyətindəki tövləyə çatdıqdan sonra, özü və qrup üzvü Təqsirləndirilən şəxs1 şübhəli hal olduqda dərhal qrup üzvlərini məlumatlandırmaq üçün tövlənin yaxınlığında dayanaraq müşahidə aparmış, bu vaxt digər qrup üzvü Təqsirləndirilən şəxs3 mişar daşlarından hörülmüş divardan keçərək həyətə, oradan da saxlanc yeri olan tövləyə qanunsuz daxil olmaqla, tövlədə saxlanılan qoyunları küçəyə çıxararaq, onun və digər qrup üzvü Təqsirləndirilən şəxs1 müşayiəti ilə yaxınlıqdakı çay kənarına aparmış, orada həmin xırda buynuzlu heyvanlardan təxmini ət çəkisi 20 kq, 1 başının qiyməti 300 manat, cəmi qiyməti 3300 manat olan on bir baş xırda buynuzlu heyvanı birlikdə tutub ayaqlarından bağlayaraq, qalan heyvanları isə tövləyə qaytarıb, həmin on bir baş heyvanı birlikdə yaxınlıqdakı evlərdən birinin yanına daşıdıqdan və qrup üzvü Təqsirləndirilən şəxs1 tanınmaması üçün oradan uzaqlaşdıqdan sonra, onları həmin yerə dəvət etdiyi, əsl niyyətlərindən xəbərsiz olan Şahid4 idarə etdiyi “Ford” markalı, 42 BX-012 dövlət qeydiyyat nişanlı avtomobilə qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə yükləyərək, hadisə yerini tərk etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlancyerinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 3300 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 25 iyul 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ona və digər tanışı Təqsirləndirilən şəxs2 yaşadıqları Lənkəran rayonu. Gərmətük qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 məxsus tövlədən oğurluq, yəni özgənin əmlakı olan xırda buynuzlu heyvanları (qoyunları) gizli olaraq talayıb, Bakı şəhərində sataraq əldə ediləcək qazancı öz aralarında bölməklə bağlı razılığa gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun olaraq 26 iyul 2023-cü il tarixə keçən gecə, saat 02 radələrində hər üçü görüşüb birlikdə Zərərçəkmiş şəxs1 məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evə doğru piyada gedərək, həmin evin həyətindəki tövləyə çatdıqdan sonra, özü və qrup üzvü Təqsirləndirilən şəxs2 şübhəli hal olduqda dərhal qrup üzvlərini məlumatlandırmaq üçün tövlənin yaxınlığında dayanaraq müşahidə aparmış, bu vaxt digər qrup üzvü Təqsirləndirilən şəxs3 mişar daşlarından hörülmüş divardan keçərək həyətə, oradan da saxlanc yeri olan tövləyə qanunsuz daxil olmaqla, tövlədə saxlanılan qoyunları küçəyə çıxararaq, onun və digər qrup üzvü Təqsirləndirilən şəxs2 müşayiəti ilə yaxınlıqdakı çay kənarına aparıb, orada həmin xırda buynuzlu heyvanlardan təxmini ət çəkisi 20 kq, 1 başının qiyməti 300 manat, cəmi qiyməti 3300 manat olan on bir baş xırda buynuzlu heyvanı birlikdə tutub, ayaqlarından bağlayaraq, qalan heyvanları isə tövləyə qaytarıb, həmin on bir baş heyvanı birlikdə yaxınlıqdakı evlərdən birinin yanına daşıdıqdan və özü tanınmaması üçün oradan uzaqlaşdıqdan sonra, onları qrup üzvü Təqsirləndirilən şəxs2 həmin yerə dəvət etdiyi, əsl niyyətlərindən xəbərsiz olan Şahid4 idarə etdiyi “Ford” markalı, 42 BX-012 dövlət qeydiyyat nişanlı avtomobilə qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə yükləyərək hadisə yerini tərk etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 3300 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilib, ifadə vermək istəmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır. Evdə xəstə anası Elbəniz Nağıyeva, bacıları Aytac və Xanımla birlikdə yaşayır. Atası İlkin 2012-ci ildə vəfat etmişdir. Qəsəbədə evlərin həyətlərində işləməklə və şəxsi təsərrüfatında qoyun və inək saxlamaqla dolanır Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğu ilə qəsəbə sakini kimi münasibətləri olmuşdur. Onların hər ikisi ondan yaşca böyükdürlər. Hətta Mehdinin yaşadığı evin həyətində də işləmişdir. Mehdi özü Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Şah” şadlıq sarayının həyətində yerləşən qəssabxanada işləyir. Azər isə məişət əşyaların ustalığı ilə məşğul olur. Azər və Mehdi ilə münasibəti olsa da, onlarla birlikdə heç vaxt gedib çay içməmiş və yemək yeməmişdir. Əvvəllər arabir “Şah” sarayına gedib orada fəhləlik etdiyi üçün Mehdini tanımışdır. Azəri də Mehdiyə görə tanımışdır. Azərlə Mehdi dostdurlar. Atası vəfat etdiyi üçün, dolanmaq çətin olmuşdur. Anası da xəstə olduğundan onun müalicəsi üçün pul tapa bilmirdi. Mehdi işlədiyi vaxtlar ona köməklik edirdi. Mehdi sonradan işləmədiyi üçün ona kömək edən olmamışdır. Ona görə də, fikirləşmişdir ki, oğurluq etsin. Fikirləşmişdir ki, qoyun-quzu oğurlasın, Mehdi qəsasab işlədiyi üçün ona desin və satsın. 21 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Mehdi və Azərlə məhəllədə görüşmüşlər. O, Mehdi və Azərlə məhəllədə görüşüb söhbət edən zaman Mehdiyə demişdir ki, “əvvəl işləyib pul qazanırdın, mənə də verirdin, hazırda işləmirsən, pulun da yoxdur”. Mehdi və Azərə təklif etmişdir ki, oğurluq etsinlər. Mehdi nə oğurluq edəcəyini soruşanda, demişdir ki, qəsəbədə qoyun saxlayan var, onların qoyunlarından oğurlasın, ona versin satıb dolansınlar. Mehdiyə bunu deyəndə razılaşmış, Azər isə əvvəl istəməmiş, lakin sonra razılaşmışdır. O onlara demişdir ki, vəziyyəti pisdir, artıq dolana bilmir, bu işdə ona kömək etsinlər. Mehdi və Azər demişlər ki, qəsəbədə qoyun saxlayanları tanımırlar. Cavabında bildirmişdir ki, qəsəbədə qoyun-quzu saxlayan var, onlardan oğurlayarlar. O, qəsəbədə tanıdığı adamların bir neçəsinin və Yadigarın adını çəkmişdir. Demişdir ki, Yadigarın çoxlu qoyunu vardır. Mehdi demişdir ki, Yadigarı tanımır, lakin Azər onu tanıdığını bildirmişdir. Nəhayət qərara gəlmişlər ki, o, özü qoyun oğurladığı yeri tapıb xəbər verəcək. Səhəri gün o, Yadigarın evin yanında küçəyə getmiş, görmüşdür ki, həyətdə tövlə vardır, tövlənin qarşısında qoyunları saxlamaq üçün kənarları məftillə bağlanmış yer vardır. Həmin yerdən tövləyə giriş qapı vardır, tövəlinin içindən də küçəyə dəmir qapı vardır. Fikirləşmişdir ki, həyətə girib oradan tövləyə girəndən sonra qoyunları arxa qapıdan küçəyə çıxarıb oğurlayarlar. Bu barədə gəlib Azər və Mehdiyə demişdir. Onlar da razılaşmışlar. 25 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Azər ona zəng etmiş və küçəyə çağırmışdır. O, küçəyə gəlmiş və görmüşdür ki, Mehdi də Azərin yanındadır. Birlikdə küçədə söhbət etmişlər. Söhbət zamanı o, demişdir ki, artıq Yadigarın evin həyətində olan tövləyə küçədən baxmış, hər şey hazırdır, oğurluq edə bilərlər. Azər və Mehdi razılaşmışlar. Qərara gəlmişlər ki, qoyunları oğurladıqdan sonra Mehdi aparıb satar, sonra pulu bölərlər. Qərara gəlmişlər ki, gecə saat 02 radələrində görüşüb oğurluğa getsinlər. Mehdi də demişdir ki, oğurluq edəndən sonra oğurladığı qoyunları Bakı şəhərinə aparıb satar. Mehdi yük maşının sürücüsünə zəng etmiş və demişdir ki, özünə məxsus qoyunları var, Bakı şəhərinə satmağa aparacaqdır. Həmin şəxsdə razılaşmışdır. O, özü sürücünü tanımır. Həmin gecə Mehdi və Azərlə dediyi vaxtda, saat 02 radələrində Azərin yaşadığı evin qarşısında, küçədə görüşüb, piyada Yadigarın evinə doğru getmişlər. O, özü ilə ip də götürmüşdür ki, qoyunları oğurladıqdan sonra ayaqlarını bağlasın. Onlar küçə ilə təxminən 1 km getmişlər. Küçədə o, Yadigarın evini göstərib demişdir ki, bu ev Yadigarındır, həm də həyətdə yerləşən tövlənin də yerini göstərmişdir. O, Azər və Mehdiyə demişdir ki, istəsələr gözləsinlər, özü gedib qoyunları çıxarıb gətirsin. Mehdi və Azər razılaşmışlar. Fikirləşmişlər ki, təxminən 10 baş qoyun oğurlayarlar. Azər və Mehdi tövlədən təxminən 50 metr uzaqda, küçədə qalmışlarr. O, özü tək tövləyə yaxınlaşmış, küçədən mişar daşları ilə hörülmüş çəpərdən içəri daxil olmuşdur. Tövləyə yaxınlaşıb qoyunların olduğu məftillə kənarları bağlanmış yerin məftillərini ayırıb içəri girmişdir. Mehdi və Azər küçədə dayanmışlar ki, gələn olsa xəbər etsinlər. O da qoyunları olduğu yerindən tövləyə daxil olmuş və dəmir qapını açmışdır. Qoyunlar özləri tövləyə daxil olmuşlar. Daha sonra tövlənin küçəyə tərəf olan qapını içəridən açmış və qoyunlar küçəyə çıxmışlar. O, qapını açıb küçəyə çıxdıqdan sonra, qoyunlar da küçəyə çıxmışlar. Təxminən 70-80 baş qoyun olmuşdur. Qoyunlar özləri qəsəbədə, çay kənarına doğru getmişlər. Çünki qoyunların hər gün getdiyi otlaq sahəsidir. Azər və Mehdi qoyunlardan əvvəl çay kənarına getmişlər. O, qoyunlardan aralıda, arxada getmişdir. Tövlədən çay kənarına təxminən 500- 600 metr məsafə olmuşdur. Artıq saat 03 radələri olanda, onlar qoyunları saxlamışlar, birlikdə cəmi 11 baş qoyunların ayaqlarını bağlayıb orada saxlamışlar. Qalan qoyunları da, oğurladığı evə doğru sürmüşlər ki, yenidən tövləyə getsinlər. Qoyunların hamısı quzu idi. Gecə olduğu üçün quzuların dişi və erkək olduğuna baxmamışlar. Həmin vaxt Mehdi sürücüyə zəng edib demişdir ki, gəlsin. Sürücüyə ünvanı demişlər. Qoyunları, ayaqlarını bağladığı yerdən təxminən 100 metr aparıb bir evin yanında qoymuşlar. Azər avtomobilin gəldiyini bilib çıxıb getmişdir. O və Mehdi isə orada qalmışlar. Sürücü “Ford” markalı yük avtomobili ilə gəlmişdir. Sürücünün adı Rəsul idi. Mehdi Rəsula demişdir ki, qoyunlar onun babasınındır, tövlədən çıxarıb burada saxlamışlar. Rəsula bunun oğurluq olduğunu deməmişlər. Oradan çıxıb yola düşmüşlər. O, avtomobilə əyləşib, küçədə düşüb evə getmişdir. Mehdi də demişdir ki, paltarlarını dəyişib Bakı şəhərinə gedəcəkdir. Daha sonra onlardan xəbəri olmamışdır. Səhər eşitmişdir ki, Yadigar şikayət etmişdir. Sonra bilmişdir ki, Mehdi həmin qoyunları Bakı şəhərinə aparıb orada satmışdır. Mehdi qoyunları satdıqdan sonra pulu aralarında bölməli idi. Bundan əlavə o, hər gün səhər inəkləri və qoyunları qəsəbədə yerləşən otlaq sahəsinə aparıb orada otarırdı. O, səhər tezdən, saat 06 radələrində inəkləri və qoyunları otlaq sahəsinə aparmışdır. 31 iyul 2024-cii il tarixdə, saat 06 radələrində inəkləri otlaq sahəsinə aparıb orada onlara su vermişdir. Sonra evə qayıdıb qoyunları otlaq sahəsinə aparmış və artıq saat 07 radələri olardı ki, görmüşdür ki, ağ-qırmızı rəngli erkək dana inəklərinin yanında otlayır. O, həmin dananı inəklərdən uzaqlaşdırmaq istəsə də, dana uzaqlaşmamış və yenidən inəklərə qoşulmuşdur. Ətrafda heç kim olmamışdır. Görmüşdür ki, həmin dana inəklərindən ayrılmır. Odur ki, həmin dananı oğurlamaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, dananı inəkləri ilə birlikdə otarar və həyətində saxlayar. Həmin gün saat 10 radələrində dananı inəkləri ilə birlikdə evin yaxınlığında yerləşən, kənarları çəpərə alınmış sahəyə gətirmişdir. Dananı inəkləri ilə birlikdə həmin yerə salıb qapını da bağlayıb qoyunları oradan həyətə aparmışdır. Beləliklə həmin dana inəklərlə qalmışdır. Həmin gecə inəkləri evə gətirəndə dananı gətirməyib həmin yerdə bağlamış, qapını da örtmüşdür. Səhəri gün yenidən inəkləri otarmağa aparanda dananı da həmin yerdən çıxartmış və inəklərə qoşmuşdur. Həmin gündən dananı inəklərlə birlikdə otarıb saxlamışdır. İki gün sonra, təxminən 02 avqust 2024-cü il tarixdə bacısı Xanımın nişanlısı Şahid1 zəng edib demişdir ki, onun özünə məxsus danası var, satmaq istəyir. Anası Elbəniz həmin dananı inəklərlə birlikdə görəndə ondan həmin dananın kimə məxsus olduğunu soruşanda demişdir ki, dana özü inəklərə qoşulub getmir, yəqin qəsəbədə kiminsə danası olar, soraqlaşır kimin olsa, qaytaracaqdır. Anası da ona demişdir ki, dana inəklərlə qalmasın. Rəşada demişdir ki, həmin dananı 1000 manata satır, qəssab tanış varsa gəlib baxıb alsın. Rəşada bunun oğurluq olduğunu deməmişdir. Rəşada demişdir ki, o, sata bilmir, çünki tanış qəssabı yoxdur. O, dananı evin yaxınlığında yerləşən sahədə bağlamışdır. Rəşada demişdir ki, nə vaxt istəsə gəlib baxsın və aparsın. 02 avqust 2024-cü il tarixdə, saat 22 radələrində o evdə olmuş, dananı da, nəzarət etdiyi sahədə bağlamışdır. Öz inəkləri isə həyətdə olmuşdur. Həmin vaxt Rəşad ona zəng edib demişdir ki, qəssab gətirib inəyə baxacaqdır. Həmin vaxt Rəşad bir qəssabla gəlmişdir. Rəşad daha evə gəlməyib birbaşa sahəyə getmişdir. Rəşad tanıdığı taksi sürücüsü Elmarla gəlmişdir. Elmarı tanıyır, çünki, o, Rəşadı bir neçə dəfə evlərinə gətirmişdir. Elmar küçədə qalmışdır. Rəşad qəssabla gəlib danaya baxmışlar. Rəşad dananı satmaq üçün qəssabla danışmış, qəssab danaya baxıb demişdir ki, biraz arıqdır, gedib fikirləşəcək, almaq istəsə, Rəşada deyəcəkdir. O, daha heç nə deməmiş və onlar çıxıb getmişlər. Həmin gün daha Rəşadla danışmamışdır. Səhəri gün, yəni 03 avqust 2024-cü il tarixdə yenidən dananı inəklərə otlaq sahəsinə aparmışdır. Rəşaddan da xahiş etmişdir ki, müştəri tapsın ki, dananı satsın. Həmin gün saat 17 radələrində Rəşad zəng edib demişdir ki, ola bilsin ki, axşamçağı gəlib dananı aparıb satacaqdır. Həmin gün saat 19 radələrində, otlaq sahəsində olduğu zaman Rəşad ona zəng edib demişdir ki, həyətə gəlir, dananı aparacaqdır. O, dananı inəklərdən ayırıb həyətə gətirmiş və bağlamışdır. Bir az keçəndən sonra görmüşdür ki, bir «QAZel” markalı avtomobil həyətə gəlmişdir. Rəşad sonradan adını bildiyi Nicat adlı şəxslə gəlmişdir. O, Nicatla birlikdə dananı avtomobilə yükləmişdir. Rəşad demişdir ki, dananı aparıb satacaq və pulunu gətirib verəcəkdir. O, razılaşmış və onlar çıxıb getmişlər. Onlar Elmar adlı taksi sürücüsü ilə gəlmişlər. Onlar dananı aparmışlar. O, daha Rəşadın inəyi hara apardığını bilməmişdir. Səhəri gün eşitmişdir ki, inəyi bir qəssaba göstərmişlər, həmin qəssab inəyi almamış və daha sonra inək Nicat adlı şəxsin həyətində saxlayıb 04 avqust 2024-cü il tarixdə başqa bir qəssaba satmışlar. O, dananın oğurluq olduğunu heç kimə deməmişdir. Rəşada da bunu deməmişdir. O, bu oğurluğu tək törətmiş, bu işdə ona kömək edən və görən olmamışdır. Həmçinin, Elmar və Nicat adlı şəxslər də dananın oğurluq olduğunu bilməmişlər. O bundan başqa oğurluqlar etməmişdir. Oğurluq etdiyim üçün əməlindən peşmandır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 bir həmkəndlisi kimi tanıyır və sonuncu ilə ədavət və düşmənçiliyi yoxdur. Onun həyətindən Mehdi və Azərlə birkildə 11 baş qoyun oğurlamışdır. Oğurluğun üstü açıldıqdan sonra həmin qoyunları Yadigara qaytarmışlar. Yadigarın həyətindən oğurluq etməyini kim təklif etdiyini xatırlamır. X5 tanımır. Bundan əlavə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus bir erkək dananı tək oğurlamış, sonradan həmin dana ona qaytarılmaqla ona vurulmuş ziyan ödənilmişdir. Son sözündə isə bildirmişdir ki, törətdiyi oğurluq əməlindən peşimandır, zərəçəkmiş şəxslərdən üzr istəyir və bir daha belə əmələ yol verməyəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilib, utandığından ifadə vermək istəmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Bundan əvvəl yaşadığı qəsəbədə yerləşən “Şah” şadlıq sarayın idman zalında işləmişdir. Həmçinin sarayda yerləşən qəssabxanada işləmişdir. Təxminən 2023-cu ilin iyul ayın ilk günlərindən saraydan, işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs3 ilə qəsəbə sakini kimi münasibətləri olmuşdur. Turac ondan çox balacadır. Turacın atası vəfat etdiyi üçün evində işləyəni olmadığından ona çox köməkliklər etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 da, köməkliklər etmişdir. İşdən çıxandan sonra 21 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Azər və Turacla məhəllədə görüşmüşlər. O, işlədiyi vaxtlar həmişə Turaca kömək etmişdir. Çünki Turacın atası vəfat etdiyi üçün onun vəziyyətinin ağır olduğunu bilirdi. İşdən çıxandan sonra heç bir yerdə işləmədiyi üçün Turaca kömək edə bilmirdi. O, Turac və Azərlə məhəllədə görüşüb söhbət edən zaman Turac ona demişdir ki, iş yoxdur, işləyə bilmir, istəyir ki, oğurluq etsin. Turac ona demişdir ki, qəsəbədə yaşayan şəxslərin həyətində yerləşən tövlədən qoyun oğurlayıb ona versin, qəssab olduğu üçün o da onları satsın. Cavabında Turaca demişdir ki, o qəsəbədə qoyun saxlayanları tanımır. Turac demişdir ki, qəsəbədə qoyun-quzu saxlayan var, onlardan oğurlayarlar. Turac ona qəsəbədə tanıdığı adamların bir neçəsinin və Yadigarın adını çəkmişdir. Turac demişdir ki, Yadigarın çoxlu qoyunu vardır. O, özü də Yadigarı tanıyır, hətta evinin yerini də bilir. Turacın təklifi onda da, maraq oyatmışdır. Bunu Azərə demişdir. Azər də yanında olduğu üçün əvvəl demişdir ki, oğurluq etməsinlər, sonra isə razılaşmışdır. O işləmədiyi üçün razılaşmışdır. Turac demişdir ki, özü qoyunları oğurlayıb gətirib onlara verə bilər. Bu söhbəti edən zaman Azər də yanlarında olmuşdur. Azər də kömək edə biləcəyini bildirmişdir. Nəhayət qərara gəlmişlər ki, Turac özü qoyun oğurladığı yeri tapacaq və xəbər edəcəkdir. 25 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Azər ona zəng edib görüşmək istədiyini demişdir. O, Azərin evin qarşısına, küçəyə çıxmışdır. Həmin vaxt Azər Turaca da zəng etmiş və Turac da gəlmişdir. Birlikdə küçədə söhbət etmişlər. Söhbət zamanı Turac təklif etmişdir ki, gecə gedib qoyunları Yadigarın həyətindən oğurlasınlar. Azər də demişdir ki, bu yaxşı fikirdir. Qərara gəlmişlər ki, qoyunları oğurladıqdan sonra o, onları aparıb satar, sonra pulu bölərlər. Qərara gəlmişlər ki, gecə saat 02 radələrində görüşüb oğurluğa getsinlər. O, fikirləşmişdir ki, oğurluq edəndən sonra oğurladığı qoyunları Bakı şəhərinə aparıb satar. Ona görə də, tanışı Lənkəran rayonu Velədi kəndində yaşayan Rəsul adlı sürücüyə zəng edib demişdir ki, qoyunları var, gündüzlər isti olduğundan gecə saat 03 radələrində qoyunları Bakı şəhərinə, satmağa aparacaqdır. Rəsul onun qəssab işlədiyini bilirdi. Rəsul demişdir ki, evdədir, zəng etsə, gələr. Rəsul özü “Ford” markalı yük avtomobili idarə edir. Rəsula demişdir ki, zəng etssə, Gərmətük qəsəbəsinə gəlsin. Rəsulla telefonda Bakı şəhərinə qoyunları 250 manata apardığını razılaşmışlar. Rəsula hansı sayda qoyun apardığını deməmişdir. Həmin gecə Azər və Turacla dediyi vaxtda, saat 02 radələrində Azərin yaşadığı evin qarşısında, küçədə görüşüb piyada Yadigarın evinə doğru getmişlər. Turac özü ilə ip götürmüşdür ki, qoyunları oğurladıqdan sonra ayaqlarını bağlasın. Onlar küçə ilə təxminən 1 km getmişlər. X8 evini gösətrib demişdir ki, bu ev Yadigarındır, həm də həyətdə yerləşən tövləni də göstərmişdir. O, daha tövlədə olan qoyunları görə bilməmişdir. Turac demişdir ki, Azərlə gözləsin, özü gedib qoyunları gətirəcəkdir. O, küçədə qalmış. Turac tək tövləyə yaxınlaşıb həyətə girmişdir. Turac əvvəl mişar daşları ilə hörülmüş hasardan həyətə girib və məftillə çəpərə alınmış qoyunların saxladığı yerə girmişdir. O, Azərlə tövlədən təxminən 50 metr aralıda qalmışlar. Turac tövləyə girmişdir. Turac tövlənin içərisindən küçəyə tərəf olan qapını açmış və qoyunlar küçəyə tərəf çıxmışlar. Görmüşdür ki, çoxlu sayda qoyun-quzu gəlir. Turac da qoyunların arxasında gəlir. O, Azərlə çay kənarına getmişdir. Turac qoyunları sürə-sürə çay kənarına gətirmişdir. Təxminən 70-80 baş qoyun olmuşdur. Turac qoyunları gətirib çay kənarında saxlamışdır. O, Turac və Azər cəmi 11 baş qoyunların ayağını bağlayıb orada saxlamışlar. Qalan qoyunları da Turac oğurladığı evə doğru sürmüşdür ki, yenidən tövləyə getsinlər. Qoyunların hamısı quzu idi. Gecə olduğu üçün quzuların dişi və erkək olduğuna baxmamışlar. Həmin vaxt Rəsul adlı sürücüyə zəng edib demişdir ki, gəlsin. Sürücü Rəsula ünvanı demişdir. Qoyunların ayaqlarını bağladığı yerdən təxminən 100 metr aparıb bir evin yanında qoymuşlar. Azər avtomobilin gəldiyini bilib çıxıb getmişdir, o və Turac isə orada qalmışlar. Sürücü Rəsula olduğu yeri demiş və gəlmişdir. Rəsul gələndən sonra 11 baş qoyunu avtomobilə yükləmişlər. O, Rəsula demişdir ki, qoyunlar Turacın babasınındır, tövlədən çıxarıb orada saxlamışlar. Rəsula bunun oğurluq olduğunu deməmişlər. Onlar oradan çıxıb yola düşmüşlər. Turac da avtomobilə əyləşib, küçədə düşüb evinə getmişdir. O da evə getmiş, evdə paltarlarını dəyib sürücü Rəsulla birlikdə saat 04 radələrində Bakı şəhərinə yola düşmüşlər. Saat 09 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərində bir neçə qoyunquzu satılan və ət bazarına dəysələr də qoyunları alan olmamış, ucuz qiymətə istəmişlər. Buna baxmayaraq oradan Maştağa kəndinə getmişlər. Maştağa kəndində, yol kənarında qəssab dükanı görüb qoyun satdığını demişlər. 11 baş qoyunu həmin şəxsə 1000 manata satmışlar. Həmin şəxs bunun oğurluq olduğunu bilməmişdir. O, görmüşdür ki, qoyunları alan yoxdur, ona görə də ucuz qiymətə vermişdir. Aldığı puldan 250 manatını sürücüyə vermişdir. Oradan çıxıb qayıdanda mağazaya girmişdir. Mağazadan çıxıb avtomobilə əyləşəndə Rəsul ona demişdir ki, ona polisdən zəng gəlib ki, qoyunları geri qaytarsınlar. Rəsul ondan qoyunların kimə məxsus olduğunu soruşmuşdur. O, Rəsulun artıq qoyunların oğurluq olduğunu bildiyini bilib ona heç bir söz demədən oradan çıxıb getmişdir. Bundan sonra Rəsulun daha nə etdiyini bilməmişdir. Oradan Lənkərana qayıtmışdır. Həmin gün bilmişdir ki, Yadigar polisə şikayət etmişdir. O bundan başqa oğurluq etməmiş, oğurluq etdiyi üçün peşmandır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, qoyunları oğurlamaq təklifini o, verməmiş, X5 o, dəvət etmiş, lakin sonuncunun qoyunların oğurluq mal olmasından xəbəri olmamışdır. Oğurluğu borcu olduğu üçün etmişdir. Qoyunların Maştağa qəsəbəsində satmaqlarını özü təklif etmiş, çünki, Maştağa oğurluq etdikləri yerdən uzaq məsafədədir. Onları 1000 manata satmışdır. Sonradan həmin 1000 manat pulu geri qaytarıb, qoyunları satdıqları şəxsdən geri götürüb, vurduqları ziyanı oğurladıqları qoyunları sahibinə qaytarmaqla ödəmişlər. Əməlindən peşmandır. Son sözündə isə bildirmişdir ki, törətdiyi oğurluq əməlindən peşimandır və bir daha belə əmələ yol verməyəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilib, ifadə vermək istəmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır. Evdə arvadı iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. O, məişət texnikaların təmiri ustasıdır. Bununla dolanır. Bundan başqa ev ustalığı ilə də məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğu ilə qəsəbə sakini kimi münasibətləri olmuşdur. Turac azyaşlıdır. Hər ikisi ilə bir məhəllədə yaşayır. Turac özü fəhləlik edir. Mehdi özü əvvəllər Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Şah” şadlıq sarayının həyətində yerləşən qəssabxanada işləmişdir. Son zamanlar işdən çıxmışdır. Mehdi ilə münasibəti normaldır, birlikdə gedib arabir çay içirib söhbət edirlər. 21 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Mehdi və Turacla məhəllədə görüşmüşlər. Mehdi işlədiyi vaxtlar həmişə Turaca kömək etmişdir. Çünki, Turacın atası vəfat etdiyi üçün onun vəziyyətinin ağır olduğunu bilirdi. İşdən çıxandan sonra heç bir yerdə işləmədiyi üçün Turaca kömək edə bilmirdi. Söhbət etdikləri zaman Turac Mehdiyə demişdir ki, iş yoxdur, işləyə bilmir, istəyir ki, oğurluq etsin. Turac demişdir ki, qəsəbədə yaşayan şəxslərin həyətində yerləşən tövlədən qoyun oğurlayıb, Mehdiyə versin, Mehdi qəssab olduğu üçün onları satsın. Mehdi Turaca demişdir ki, o, qəsəbədə qoyun saxlayanları tanımır. Turac demişdir ki, qəsəbədə qoyun-quzu saxlayan var, onlardan oğurlayarlar. Turac onlara qəsəbədə tanıdığı adamların bir neçəsinin və Yadigarın adını çəkmişdir. Turac demişdir ki, Yadigarın çoxlu qoyunu vardır. Mehdi Yadigarı tanımadığını demiş, özü isə Yadigarı üzdən tanımış, lakin qoyun-quzusunun olduğunu bilməmişdir. O, demişdir ki, oğurluq etmək istəmir, lakin sonra vəziyyəti ağır olduğu üçün, razılaşmışdır. Mehdi də işləmədiyi üçün razılaşmışdır. Turac demişdir ki, özü qoyunları oğurlayıb gətirib Mehdiyə verə bilər. Nəhayət qərara gəlmişlər ki, Turac özü qoyun oğurladığı yeri özü tapacaq və xəbər edəcəkdir. 25 iyul 2023-cü il tarixdə, saat 21 radələrində evdən çıxıb Mehdiyə zəng edib görüşmək istədiyini demişdir. Mehdi evin qarşısına, küçəyə çıxmışdır. Həmin vaxt Turaca da zəng etmiş və Turac da gəlmişdir. Birlikdə küçədə söhbət etmişlər. Söhbət zamanı Turac demişdir ki, gecə gedib qoyunları Yadigarın həyətindən oğurlayarlar. Qərara gəlmişlər ki, qoyunları oğurladıqdan sonra Mehdi aparıb onları satar, sonra pulu bölərlər. Razılaşmışlar və qərara gəlmişlər ki, gecə saat 02 radələrində görüşüb oğurluğa getsinlər. Mehdi də demişdir ki, oğurluq edəndən sonra oğurladığı qoyunları Bakı şəhərinə aparıb satacaqdır. Mehdi yük maşını sürücüsünə zəng etmişdir. Mehdi həmin şəxslə danışmış və demişdir ki, özünə məxsus qoyunları var, Bakı şəhərinə, satmağa aparacaqdır. Həmin şəxs də razılaşmışdır. O, sürücünü tanımır. Həmin gecə Mehdi və Turacla saat 02 radələrində onun yaşadığı evin qarşısında, küçədə görüşüb piyada Yadigarın evinə doğru getmişlər. Turac özü ilə ip götürmüşdür ki, qoyunları oğurladıqdan sonra ayaqlarını bağlasın. Onlar küçə ilə təxminən 1 km getmişlər. X8 evini gösətrib demişdir ki, bu ev Yadigarındır, həmdə həyətdə yerləşən tövləni də göstərmişdir. Turac demişdir ki, Mehdi ilə o, gözləsin, özü gedib qoyunları gətirəcəkdir. Qərara gəlmişlər ki, o, Mehdi ilə küçədə gözləsin. Turac tövləyə daxil olub qoyunları çıxartsın və birlikdə biraz kənara aparıb orada ayaqlarını bağlayarlar. O, Mehdi ilə küçədə qalmışlar ki, kimsə gələndə Turaca xəbər etsinlər və tez çıxsınlar. O Mehdi ilə birlikdə ətrafa göz gəzdirirmişdir ki, görən olmasın, əgər görən olsa və yaxud gələn olsa tez Turaca xəbər etsinlər. Turac tək tövləyə yaxınlaşıb həyətə girmişdir. Turac əvvəl mişar daşları ilə hörülmüş hasardan həyətə girib və məftillə çəpərə alınmış qoyunların saxladığı yerə girmişdir. O, Mehdi ilə tövlədən təxminən 50 metr aralıda qalmışlar. Turac tövləyə girmişdir. Turac tövlənin içərisindən küçəyə tərəf olan qapını açmış və qoyunlar küçəyə tərəf çıxmışlar. Görmüşdür ki, çoxlu sayda qoyun-quzu gəlir. Turac da qoyunların arxasında gəlir. O, Mehdi ilə birlikdə qoyunların qarşısında getmişlər ki, görən olsa Turaca xəbər edib qaçsınlar. Turac da arxada qoyunları sürə-sürə çay kənarına doğru gəlmişdir. Təxminən 70-80 baş qoyun olmuşdur. Turac qoyunları gətirib çay kənarında saxlamışdır. O, Turac və Mehdi cəmi 11 baş qoyunların ayaqlarını bağlayıb orada saxlamışlar. Qalan qoyunları da Turac oğurladığı evə doğru sürmüşdür ki, yenidən tövləyə getsinlər. Gecə olduğu üçün quzuların dişi və erkək olduğuna baxmamışlar. Həmin vaxt Mehdi sürücüyə zəng edib demişdir ki, gəlsin. Onlar qoyunların ayaqlarını bağladığı yerdən təxminən 100 metr kənara aparıb bir evin yaxınlığında qoymuşlar. Qərara gəlmişlər ki, o, getsin, çünki sürücü onların üçünüdə də görsə şübhələnər və bilər ki, qoyunlar oğurluqdur. Çünki, Mehdi sürücüyə qoyunların oğurluq olduğunu deməmişdir. O, avtomobilin gəldiyini bilib çıxıb getmişdir. Mehdi və Turac orada qalmışlar. O, gedəndə sürücünün gəldiyini görmüşdür. Daha orada qalmayıb evə getmişdir. Səhəri eşilmişdir ki. Yadigar polisə şikakyət etmişdir. Sonra bilmişdir ki, Mehdi həmin qoyunları Bakı şəhərinə aparıb orada satmış, sürücünün adı isə Rəsuldur. Turac özü onu və Mehdini Yadigarın evin küçəsinə aparmış və orada tövləni onlara göstərib demişdir ki. qoyunlar tövlədədir və həmin qoyunları birlikdə oğurlasınlar. Mehdi qoyunları satdıqdan sonra pulu aralarında bölməli idilər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq etməyi heç kəs təklif etməmiş, elə bir yerdə oğurluq etmişlər. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 əvəllər tanımamışdır. Vurduqları ziyanı ödəmişlər. Oradan başqa heç yerdə oğurluq etməmişdir. Əməlindən peşimandır. Son sözündə isə bildirmişdir ki, oğurluq etməkdə səhv etmiş və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətmələri özlərinin cinayəti etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış keçirilməsi protokolları, ifadələrin yerində yoxlanması protokolları, maddi sübutlar, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirlən şəxslərdən yalnız Turacı tanımışdır. Onunla ədavəti yoxdur. Hadisə günü gecə saat 02 radələrində həyətindən səs gəlmiş, buna görə də həyətə çıxmış, lakin heç nə tapmamış, qoyunlar isə mağarada olmuşlar. Bundan sonra evinə getmiş, işığı söndürüb, yenidən sürünərək həyətə çıxmış, lakin kimisə görməmişdir. Daha sonra həyətindəki it hürmüş, çıxdıqda Turacın yolda dayanıb kiməsə işarə etdiyini görmüşdür. Bir müddətdən sonra press bağlamağa getmiş, orada olduğu zaman ona evdən zəng edərək qoyunların olmadığını bildirmişlər. Buna görə də o, polisə şikayər etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, onun mağarasından 11 baş qoyunu oğurlanmış və onlara 3300 manat qiymət qoymuş, həmin qoyunları özü gedib Maştağa qəsəbəsindən öz vəsaiti hesabına geri qaytarmışdır. Hazırda təqsirləndirlən şəxslərdən şikayətçi deyil, onlarla barışmış, onlar tərəfindən vurulmuş ziyan qaytarılmışdır. Zərərçəkmiş şəxs1 əlavə olaraq bu barədə yazılı ərizəni də məhkəməyə təqdim etmişdir. Çıxışında isə bildirmişdir ki, təqsirləndirlən şəxslər cavandırlar, birinci dəfədir ki, oğurluq etmişlər, onlara güzəşt edir və onları bağışlayır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı isə göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır. Ailəlidir, heç bir yerdə işləmir. Şəxsi təsərrüfatla dolanır. Şəxsi təsərrüfatında 86 baş qoyun-quzu saxlayır. Həmin qoyunları yaşadığı evin həyətində yerləşən tövlədə saxlayır. Yay aylarında qoyunları tövləyə bitişik kənarları məftillə hörülmüş tövlədə saxlayır. Həmin tövlənin küçə tərəfdən dəmir qapısı vardır. Dəmir qapını qoyunlar tövlədə olan zaman içəridən bağlayır. Qapını küçə tərəfdən açmaq mümkün olmur. Qoyunları qəsəbədə olan otlaq sahəsinə aparıb otarır. Axşamlar isə qoyunları gətirib tövləyə salır. 25 iyul 2023-cü il tarixdə, yenidən qoyunları otlaq sahəsinə aparmışdır. Həmin gün axşam saat 20 radələrində qoyunları gətirib həyətdə yerləşən tövləyə salmışdır. Tövlənin qapısını da bağlamışdır. Həmin gecə, yəni 26 iyul 2023-cü il tarixinə keçən gecə saat 02 radələrində evdə yatdığı zaman küçədə itin hürdüyünü eşidib oyanmış və həyətə düşmüşdür. Həyətə düşüb tövləyə baxmış və görmüşdür ki, qoyunlar tövlənin bir küncündə dayanmışlar. Elə fikirləşmişdir ki, yəqin itlər hürdüyü üçün qoyunlar qorxmuşlar. Biraz keçəndən sonra evə qalxıb yatmışdır. 26 iyul 2023-cü il tarixdə, saat 07 radələrində həyətə düşüb tövləyə baxmışdır. Görmüşdür ki, tövlənin küçə tərəfdən qapısı açıqdır. Baxıb görmüşdür ki, qoyunlar tövlədən çıxıb küçədə qalmışlar. Qoyunları sayanda görmüşdür ki, 11 baş qoyunu yoxdur. Bilmişdir ki, qoyunları oğurlanmışdır. Çünki, küçə tərəfdən tövlənin dəmir qapısı içəridən açılmışdır. Bilmişdir ki, naməlum şəxs və ya şəxslər küçədən həyətə girdikdən sonra tövləyə daxil olub, dəmir qapını küçə tərəfdən açıb içəri daxil olmuşlar və 11 baş qoyunlarını oğurladıqdan sonra qapını açıq saxlamışlar. Oğurlanmış qoyunları demək olar ki, eyni çəkidə və 2 illik olmaqla 20 kq olmuşlar, hər birinin qiyməti 300 manat olardı. Həmin gün qoyunlarının oğurlandığını bilib DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin əizə ilə də müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, qoyunları qəsəbə sakinləri Mehdi, Turac və Azər oğurlanmışlar. Onun Azər, Mehdi və Turacla heç bir düşmənçiliyi olmamışdır. Mehdi, Azər və Turac qoyunlarını oğurlamaqla ona 3300 manat ziyan vurmuşlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxslərdən heç kimi əvəllər tanımamışdır. Ayın 3-də İmam ehsanını vermiş, ayın 1-də isə xəstələnmişdir. Əri Rusiyada olur, özləri isə sahədə mal-qara saxlayaraq orada olurlar. Həmin gün oğlundan xahiş etmişdir ki, gedib inəyə baxsın ki, itməsin. Elə həmin gün bir nəfər arıq oğlanın velosipedlə küçədən getdiyini görmüş, axşam isə inəyinin gəlmədiyi görmüşdür. Buna görə də 4-5 gün inəyini axtarmış, tapmadığını gördükdə, qayınanası DİN-nin 102 Xidmətinə zəng vurmuşdur. Bunun sabahısı günü polislər inəyi tapıb ona təhvil vermişlər. İnəyin qiyməti 1700 manat olardı. Onun Turaldan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 əlavə olaraq bu barədə yazılı ərizəni də məhkəməyə təqdim etmişdir. Çıxışında isə bildirmişdir ki,o, məhkəmədən Turalın bağışlanmasını istəyir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı isə göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ailəlidir, heç bir yerdə işləmir. X11 və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. X6 qəsəbədə ayrı evdə yaşayır. Əri Amil işləməkdən ötrü Rusiya Federasiyasına getmişdir. Onun şəxsi təsərrüfatında 8 baş iribuynuzlu inəkləri vardır. Onlardan biri erkək danadır. İnəklərini hər gün səhər saat 07 radələriııdə evin yaxınlığında yerləşən otlaq sahəsinə buraxır və hər gün axşam saat 18-19 radələrində özləri həyətə gəlirlər. 31 iyul 2024-cü il tarixdə səhər saat 07 radələrində yenidən şəxsi təsərrüfatında olan 8 baş iribuynuzlu inəklərini otlaq sahəsinə ötürmüşdür. Həmin gün saat 18 radələrində 7 baş inəklər geri qayıtsa da, 1 baş erkək dana həyətə qayıtmamışdır. Həmin gündən həmin erkək dananı axtarmağa başlamışdır. Həmin gün və səhərisi dananı axtarsa da tapa bilməmişdir. Buna görə X6 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Buna baxmayaraq yenidən dananı axtarsalar da, tapa bilməmişlər. O, bu barədə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmiş və izahat vermişdir. Sonradan bilmişdir ki, ona məxsus erkək danası Lənkəran rayonu Gərmətük qəsəbə ərazisində oğurlanmışdır. Gərmətük qəsəbəsi yaşadığı qəsəbə ilə qonşuluqda yerləşir. Ola bilsin ki, ona məxsus dana Gərmətük qəsəbə ərazisinə keçdikdən sonra orada oğurlanmışdır. Həmin dananı görüb tanımışdır. Ona məlum olmuşdur ki, dananı Turac oğurlamışdır. O, Turacı tanımır və onu heç vaxt görməmişdir. Turacla heç bir ədavəti və düşmənçiliyi də olmamışdır. Oğurlanmış dananın diri çəkisi 160 kq olmaqla, cins danadır. Dana ağ-qırmızı rənglidir və qiyməti 1700 manatdır. Təqsirləndirilən şəxs3 onun danasını oğurlamaqla ona 1700 manat ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs2 qaynanasıdır. Təqsirləndirlən şəxsləri əvvələr tanımamışdır. Oğurlanmış dana həyətlərində olmuş, oğurlandıqdan sonra onu çox axtarmış, lakin tapa bilməmişlər. Dananı polis əməkdaşları tapıb onları dəvət etdikdə, tapılmış dananın özlərinə məxsus olan dana olduğunu görmüşlər və onu evlərinə gətirmişlər. O, da Turalı bağışlayır. İbtidai sitintaq zamanı isə o, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Oğlu Alimlə birlikdə yaşayır. Digər oğlu Amil ailə üzvləri ilə birlikdə qəsəbədə, başqa evdə yaşayırlar. Oğlu Amil işləməkdən ötrü Rusiya Federasiyasına getmişdir. Amilin arvadı Zərərçəkmiş şəxs2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Gəlini Aygün şəxsi təsərrüfatında 8 baş iribunuzlu inəklər saxlayır. Həmin inəklərdən biri erkək danadır. İnəkləri hər gün səhər saat 08 radələrində Aygün evin yaxınlığında yerləşən otlaq sahəsinə buraxır və hər gün axşam saat 18-19 radələrində özləri həyətə gəlirlər. 31 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Aygün ona xəbər etmişdir ki, inəkləri həmin gün səhər otlaq sahəsinə ötürmüş, bir erkək dana qayıtmamışdır. Həmin gündən bir baş erkək dananı axtarmağa başlamışlar. Həmin gün və səhərisi dananı axtarsalar da, tapa bilməmişlər. Buna görə o, 02 avqust 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Aygün də ərizə yazmışdır. Buna baxmayaraq yenidən dananı axtarsalarda, tapa bilməmişlər. Sonradan bilmişlər ki, dana Lənkəran rayonu Gərmətük qəsəbə ərazisində oğurlanmışdır. Ona məlum olmuşdur ki, dananı Lənkəran rayonu Gərmətük qəsəbə sakini Təqsirləndirilən şəxs3 oğurlamışdır. O, Turacı tanımır və onu heç vaxt görməmişdir. Gərmətük qəsəbəsi yaşadığı qəsəbə ilə qonşudur. Ola bilsin ki, dana Gərmətük qəsəbə ərazisinə keçdikdən sonra orada oğurlanmışdır. Oğurlanmış dananın diri çəkisi 160 kq olmaqla, cins maldır. Dana ağ-qırmızı rənglidir və qiyməti 1700 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxslərdən yalnız Mehdini tanıyır. Özü ölkədaxili yük daşıma ilə məşğul olur və VÖEN-i də var. Hadisə təxminən bir il yarım bundan əvvəl baş vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Lənkəran şəhərində olmuş və gecə saat 3-radələrində Mehdi ona zəng vuraraq qoyunlarını satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. Səhər bazarına çatmaq məqsədilə Mehdinin qoyunlarını avtomobilinə yükləyib Maştağa qəsəbəsinə gətirmişdir. Mehdidən soruşduqda, həmin qoyunların özünə məxsus olduğunu bildirmişdir. Qoyunların daşınması üşün ona 200 manat zəhmət haqqı verilmişdir. Polis əməkdaşları ona zəng vurduqdan sonra həmin qoyunların oğurluq mal olduğunu bilmiş və o, polislərə konumunu atmış, qoyunların olduğu ünvanı demiş, daha sonra polis əməkdaşları həmin yerə gəlmişlər. İbtidai istintaq zamanı isə göstərmişdir ki, idarə etdiyi “Ford-Transit” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşımaqla məşğul olur. Avtomobil əmisi Zahir Fərziyevin adınadır. Əmisi ona etibarnamə vermişdir. Lənkəran rayonu Gərmətük qəsəbə sakini Təqsirləndirilən şəxs2 2019-cu ildən tanıyır. Mehdi ilə əvvəllər Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Mandarin’' əyləncə mərkəzində birlikdə işləmişlər. Sonra o, işdən çıxmışdır. 2023-cü ilin yanvar-fevral ayında Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən “Şah” sarayının yanında, ət dükanında görmüşdür. Mehdi ondan nə işlə məşğul olduğunu soruşanda demişdir ki, idarə etdiyi avtomobili ilə yük daşıyır. Mehdi onun mobil telefon nömrəsini götürmüşdür və demişdir ki, ona yük maşını lazım olsa əlaqə saxlayacaqdır. 25 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Mehdi ona zəng edib demişdir ki, ona bir yük avtomobili lazım olacaqdır, avtomobillə təxminən 10 baş qoyunu Bakı şəhərinə satmağa aparacaqdır. Mehdi demişdir ki, gündüz isti olduğuna görə, qoyunları gecə aparmaq istəyir. O demişdir ki, Bakı şəhərinə 200 manata aparar. Mehdi razılaşmışdır. Təxminən 10 dəqiqə keçməmiş Mehdi zəng edib demişdir ki, saat 04 radələrində çıxarlar. O razılaşmışdır. Mehdi demişdir ki, saat 04 radələrində ona zəng edəcək, onun dediyi yerə gəlsin. Gecə saat 03:50 radələrində Mehdi ona zəng edib demişdir ki, Gərmətük qəsəbəsinə gəlsin, məhəllərin birində onu qarşılayacaqdır. O, Mehdinin dediyi yerə getmişdir. Mehdi onu küçələrin birində qarşılamışdır. Mehdi onu küçələrin birinə aparmış və küçədə evlərin yanında bir yeri göstərib demişdir ki, qoyunlar burdadır. Qoyunların ayaqları bağlı vəziyyətdə, yerdə qoyulmuşdur. Baxıb görmüşdür ki, orada sonradan adını bildiyi Turac adlı şəxs də var. Mehdi və Turac 11 baş qoyunu avtomobilə yükləmişlər. Turacı ilk dəfə idi ki, görürdü. Mehdi demişdir ki, qoyunlar Turacın babasınındır, tövlədən çıxarıb orada qoymuşlar. Qoyunlar olan yer həyətin yanı idi. Turac həmin həyəti göstərib demişdir ki, babasının həyətidir. O da, inanmışdır. Turac demişdir ki, qoyunlar onundur, Mehdiyə satmışdır. Mehdi də aparıb satacaqdır. O inanmışdır. Daha sonra avtomobilə əyləşib birlikdə Mehdinin yaşadığı evin küçəsinə getmişlər. Mehdi avtomobildən düşüb evinə getmişdir ki, paltarlarını dəyişsin. Təxminən 10 dəqiqə ərzində Mehdi paltarlarını dəyişib gəlmişdir. Turac orada qalmış və onlar yola düşmüşlər. Onlar Bakıya getmişlər. 8-ci km bazarında bir neçə yerə dəymişlər. Qoyunları sala bilməmişlər. Sonra kimsə demişdir ki, aparıb Maştağa kəndində sata biləcəklər. O demişdir ki, 200 manat azdır, çünki Bakını hamısını gəzmişlər. Mehdi demişdir ki, 250 manat verəcəkdir. Maştağa kəndində, bir neçə yerə dəymişlər və qoyunları alan olmamışdır. Sonra bir nəfər demişdir ki, kimsə var qoyunları alacaqdır. Həmin şəxs onalara ünvan demiş və ora getmişlər. Orada qoyunları yol kənarında Mehdi bir nəfərə 1000 manata satmışdır. Həmin şəxs qoyunları ucuz almışdır. Mehdi ona 250 manat vermişdir. Yolda gələndə hələ Bakı şəhərində olduğu zaman Mehdi avtomobildən düşüb mağazaya girmişdir. Həmin vaxt ona zəng gəlmiş və polis əməkdaşı olduğunu, qoyunların da oğurluq olduğunu demişdir. O, demişdir ki, Mehdi ona qoyunların özününkü olduğunu demişdir. Ondan qoyunları hara verdiyini soruşmuşlar. Həmin vaxt Mehdi mağazadan çıxıb avtomobilə əyləşmiş və ona qoyunların oğurluq olduğunu bilə-bilə ona niyə demədiyini soruşmuşdur. O, Mehdiyə demişdir ki, ona polis zəng etmiş, qoyunları geri aparmaq lazımdır. Mehdi bunu eşidib, maşından düşmüş və demişdir ki, heç bir yerə gedə bilməz. Mehdi çıxıb getmişdir. O da, polisə zəng edib demişdir ki, Mehdi çıxıb getmiş və o, gözləyə bilər. Daha sonra orada gözləmiş, polis əməkldaşı gəlmiş və o, ona qoyunların satdığı yeri göstərmiş və qoyunları avtomobilə yükləyib Lənkərana qayıtmışdır. O, qoyunların oğurluq olduğunu bilməmişdir. Qoyunları Gərmətük qəsəbəsində avtomobilə yükləyəndə Mehdi demişdir ki, qoyunları Turacın babasından almışdır. Həmin vaxt Turac da orada olmuşdur. Onun bu işdə təqsiri yoxdur, hətta Mehdidən bunun oğurluq olubolmadığını da soruşmuş. Mehdi də oğurluq olmadığını demişdir. İşdə olan 26 iyul 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus tövlə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşir və həmin tövlədə oğurluq hadisəsi baş vermişdir. İşdə olan 02 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus bir baş erkək dananı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbə ərazisində yerləşən otlaq sahəsinə ötürmüş, həmin dana Lənkəran rayonu Gərmətük qəsəbə ərazisinə keçərək otlaq sahsindən oğurlanmışdır. İşdə olan ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə onun ifadəsi hadisə yerlərində yoxlanılarkən o, ifadəsində göstərdiklərini yəni, Zərərçəkmiş şəxs1 məxsus tövləyə daxil olduğunu, qoyunları oradan çıxarıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə çay kənarına doğru apardığını, orada qoyunlardan on bir baş ayırıb əl-ayaqlarını bağlayıb oğurlayaraq avtomobilə yüklədiyi yerləri, həmçinin, yaşadığı Lənkəran rayonmu Gərmətük qəsəbəsində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus bir baş erkək dananı oğurladığı yeri əyani şəkildə göstərmişdir. İşdə olan ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə onun ifadəsi hadisə yerlərində yoxlanılarkən o, ifadəsində göstərdiklərini yəni. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 məxsus tövləyə daxil olduğunu, qoyunları oradan çıxarıb Təqsirləndirilən şəxs2 ilə birlikdə çay kənarına doğru apardığını, orada qoyunlardan on bir baş ayırıb əl-ayaqlarını bağlayaraq oğurladığı yerləri əyani şəkildə göstərmişdir. İşdə olan ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə onun ifadəsi hadisə yerlərində yoxlanılarkən o, ifadəsində göstərdiklərini yəni. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 məxsus tövləyə daxil olduğunu, qoyunları oradan çıxarıb Təqsirləndirilən şəxs1la birlikdə çay kənarına doğru apardığını, orada qoyunlardan on bir baş ayırıb əl-ayaqlarını bağlayıb oğurlayaraq avtomobilə yüklədiyi yerləri əyani şəkildə göstərmişdir. İş üzrə alınmış əməliyyat tapşırıqları cavablarından görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1nıın 11 baş qoyunlarının oğurlanması faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus həmin qoyunları qəsəbə sakinləri 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1994-cti il təvəllüdlü Təqsirləndirilən şəxs2 birlikdə oğurlamışlar. Lənkəran rayonu Aşağı-Niivədi qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 bir baş inəyinin otlaq sahəsindən itməsi ilə bağlı etdiyi şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin bir baş dananı Lənkəran rayonu Gərmətük qəsəbə sakini 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 otlaq sahəsindən oğurlamışdır. İşdə olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında «Ensefolopatiya, davranış pozuntusu və intellektin enməsi» diaqnozu ilə qeydiyytdadır. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2809 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə də, “yüngül dərəcəli əqli gerilik" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs3 qeyd olunan əqli gerilik (kəmağıllıq) ifadə dərəcəsinə görə onu öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə məcburi müalicə ehtiyacı yoxdur. İşdə olan mütəxəssis rəylərindən görünür ki, təqdim olunmuş ət çəkisi 20 kq. olan, on bir baş qoyunun bir başın orta bazarda təklif qiyməti 300 manat olmaqla, cəmi qiyməti 3300 manat, təqdim olunmuş diri çəkisi 160 kq. olan, bir baş erkək cins dananın orta bazarda təklif qiyməti 1300 manatdır. Həmin mütəxəssis rəylərinə əlavə edilmiş bildirşlərindən görünür ki, hər bir aparılmış qiymətləndirmənin dəyəri 20 manat olmaqla cəmi 40 manatdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 isə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Nağızadə X3 qəsəbəsində yaşamaqla, yaşayış yeri üzrə normal sakin kimi xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gərmətük qəsəbəsində yaşamaqla, yaşayış yeri üzrə normal sakin kimi xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. İşdə olan arayış, doğum haqqında şəhadətnamələrin surətləri və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gərmətük qəsəbəsində yaşamaqla, himayəsində xx.xx.2008-ci il təvəllüdlü Əli və xx.xx.2010-cu il təvəllüdlü Nicat adlı yetkinlik yaşına çatmayan iki uşağı olmaqla yaşayış yeri üzrə normal sakin kimi xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olduğunu göstərsə də, yuxarıda qeyd olunmuş arayış və doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olmuşdur ki, onun himayəsində olan uşaqlar azyaşlı deyil, yetkinlik yaşına çatmamış uşaqlardırlar. İşdə olan qəbzdən görünür ki, zərəçəkmiş şəxs Yadigar Hüseynov tövləsindən oğurlanmış və istintaqa təqdim edilmiş on bir baş qoyunu xx.xx.2023-cü il tarixdə saxlamaq üçün təhvil almışdır. İşdə olan qəbzdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 otlaq sahəsindən oğurlanmış və istintaqa təqdim edilmiş bir baş erkək dananı xx.xx.2023-cü il tarixdə saxlamaq üçün təhvil almışdır. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarix, saat 04.00-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarix, saat 23.00-də Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, tutulmadan azad edilmişdir. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarix, saat 00.50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarix, saat 21.40-da Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, tutulmadan azad edilmişdir. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarix, saat 02.10-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarix, saat 22.15-də Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, tutulmadan azad edilmişdir. İşdə olan” Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübutlar olan on bir baş qoyun və bir baş erkək dananın zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İşə əlavə edilmiş zərərçəkmiş şəxslərin məhkəmə iclasında təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirlən şəxslər tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmiş, onlar təqsirləndirlən şəxslərlə barışmış və onlara qarşı tələb və şikayətləri yoxdur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən, zərəçəkmiş şəxsləri və şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlLƏRi istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 cə 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri isə, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onlar göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və barələrində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun tərəfindən bir epizod üzrə cinayət əməlini yetkinlik yaşma çatmayan zaman törətməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarix, saat 04.00-dan xx.xx.2023-cü il tarix, saat 23.00-dək şübhəli şəxs qismində tutulduğu 02 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs3 qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarix, saat 00.50-dən xx.xx.2023-cü il tarix, saat 21.40-dək şübhəli şəxs qismində tutulduğu 02 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarix, saat 02.10-dan xx.xx.2023-cü il tarix, saat 22.15-dək şübhəli şəxs qismində tutulduğu 02 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müşətərək qaydada 40 manat məhkəmə xərci tutularaq “Liman şəhər İstehsal-İstehlak Kooperativi Cəmiyyəti”nin hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) 04 (dörd) ay il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 40 (qırx) manat məhkəmə xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Bank Respublika Lənkəran filialı, kod 200383 VOEN **********, m/h AZ37NABZ********************, h/h AZ 44AİİB********************, VÖEN **********. İş üzrə maddi sübutlar olan on bir baş qoyun və bir baş erkək dananın zərərçəkmiş şəxslərə qaytarılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(049)-238/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-238/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver