Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-239/2023 05.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2(iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Fizuli küçəsində, Ramiz adlı şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,399 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 14 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 18:50 dəqiqədə Lənkəran şəhəri H.Əsgərov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1(bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, hərdən bir psixotrop maddə olan metamfetamindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Son 15-20 gün ərzində istifadə etdiyi metamfetamini Lənkəran şəhəri, H.Əsgərov küçəsində yaşayan tanışı Ramizdən almışdır. Ramizin yaşadığı evlə onun yaşadığı evin araməsafəsi təxminən 150-200 metrdir.14 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində metamfetamin almaq üçün yaşadığı evdən çıxıb piyada Ramizin yaşadığı evin qarşısına getmişdir. O, Ramizi küçəyə çağırmış və Ramiz təxminən 10 dəqiqədən sonra küçəyə çıxmışdır. O, Ramizə 10 manat verib, ondan bir bükümdə metamfetamin almışdır. Sonra isə Ramizdən ayrılıb, aldığı metamfetamini istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. O, Lənkəran şəhəri H.Əsgərov küçəsində piyada getdiyi zaman yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs yerə düşərək ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində 2 azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdən etibarən tanıyır.Onunla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 14 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsində, üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Bu barədə tərəfindən dərhal şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında,Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ŞRPŞ-nin, NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 18:50 dəqiqədə Lənkəran şəhəri H.Əsgərov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir.Sonra isə Təqsirləndirilən şəxs ŞRPŞ-nin, Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadənin xidməti otağına aparmışlar.Məhəmməd Abdullazadə tərəfindən,onun, Şahid2, Şahid3 və Lənkəran rayon Vəkil bürosunun vəkili Vəliəhəd Həbibovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl X2 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra, Şahid3 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.X2, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd ağ rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur.Məhəmməd Abdullazadə, həmin bükülünün içərisində olan kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir ədəd bükülüdə olan kütlənin metamfetamin olduğunu və həmin metamfetamini özü istifadə etmək üçün 14 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Fizuli küçəsində tanışı Ramizdən aldığını bildirmişdir.Bundan sonra, Məhəmməd Abdullazadə, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də təqdim etdiyi həmin bir bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir.Bundan sonra, Məhəmməd Abdullazadə, Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və onun üzərindən heç nə aşkar olunmamışdır.Məhəmməd Abdullazadə içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,46 qram olduğunu görmüşdür.Bundan sonra, Məhəmməd Abdullazadə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə ŞRPŞ-nin 135 nömrəli möhürünü vurmuşdur.Təqsirləndirilən şəxs, müdafiəçisi Vəliəhəd Həbibovla birlikdə həmin bir ədəd zərfin üzərinə imza etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Vəliəhəd Həbibov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır.Bundan sonra, Şahid3 videoçəkilişi dayandırmışdır.Məhəmməd Abdullazadə protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 18:50 dəqiqədə Lənkəran şəhəri H.Əsgərov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir.Sonra isə Təqsirləndirilən şəxs ŞRPŞ-nin, Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadənin xidməti otağına aparmışlar.Məhəmməd Abdullazadə tərəfindən,onun, Şahid2, Şahid3 və Lənkəran rayon Vəkil bürosunun vəkili Vəliəhəd Həbibovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl X2 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra, Şahid3 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.X2, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd ağ rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur.Məhəmməd Abdullazadə, həmin bükülünün içərisində olan kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir ədəd bükülüdə olan kütlənin metamfetamin olduğunu və həmin metamfetamini özü istifadə etmək üçün 14 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Fizuli küçəsində tanışı Ramizdən aldığını bildirmişdir.Bundan sonra, Məhəmməd Abdullazadə, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də təqdim etdiyi həmin bir bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir.Bundan sonra, Məhəmməd Abdullazadə, Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və onun üzərindən heç nə aşkar olunmamışdır.Məhəmməd Abdullazadə içərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,46 qram olduğunu görmüşdür.Bundan sonra, Məhəmməd Abdullazadə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü bir ədəd zərfə qoymuş və həmin zərfin üzərinə ŞRPŞ-nin 135 nömrəli möhürünü vurmuşdur.Təqsirləndirilən şəxs, müdafiəçisi Vəliəhəd Həbibovla birlikdə həmin bir ədəd zərfin üzərinə imza etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Vəliəhəd Həbibov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır.Bundan sonra, Şahid3 videoçəkilişi dayandırmışdır.Məhəmməd Abdullazadə protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18:50-də saxlanılmış, saat 19:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. 14 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu və həmin maddəni Ramiz adlı şəxsdən aldığını bildirir. Məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2023-cü il tarixli, 19/54 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən götürülən psixotrop maddəyə bənzər kütlə...... " sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd bükümdə təmiz çəkisi:-0,399 qram olan ağ rəngli kristal şəkilli formada olan maddə metamfetamindir. Ekspertiza tədqiqatı üçün 0,05 qram metamfetamin istifadə edilmiş, 0,349 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 38 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır.Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ümumi təmiz çəkisi 0,399 qram metamfetamin və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin ekspertizadan sonra qalıq qalan hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X3, həyat yoldaşı X5, övladları 2016-cı il təvəllüdlü X7 və 2018-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,349 qram narkotik vasitə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,349 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-239/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-239/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver