Məhkəmə qərarları › İş №1(049)-239/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-239/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-239/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, iki azyaşlı uşağı olan, 2-ci Qarabağ Müharibəsi veteranı, orqanizmin funksiyasının 31- 60 % pozulmasına görə əlilliyi olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olmayan, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, 03 dekabr 2024-cü il tarixdə, saat 16.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 fevral 2024-cü il tarixdə, saat 21 radələrində əvvəlcədən qəbul etdiyi spirtli içkinin təsirindən yaranan yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi Mercedes Benz markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, H.Aslanov küçəsi ilə üzü X4 doğru hərəkətdə olarkən həmin istiqamətdə “Changan Unive” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilinin yaxınlığından təhlükəli manevr etməsi səbəbindən sonuncu onun qarşısını kəsərək nə üçün avtomobili təhlükəli manevr etməklə qəza təhlükəsi yaratmasına görə iradını bildirdiyi zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verərək qarşılıqlı dalaşmış, dalaşma zamanı Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra yumruq və təpik zərbələri ilə sonuncunun sol bud və boyun nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol bud nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması, boyun nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərdi ki, zərəçəkmiş şəxsi əvvələr tanımamışdır. Hadisə günü Lənkəran şəhəri “Darçın” restoranının qarşısında, o idarə etdiyi avtomobillə zərəçəkmiş şəxsin idarə etdiyi avtomobili ötüb keçmiş, bundan sonra zərəçəkmiş şəxs avtomobilindən düşərək ona yaxınlaşmış və nə səbəbdən onu ötdüyünü soruşmuşdur. Cavabında ona bildirmişdir ki, o, “QAİ” işçisi deyil ki, ona protokol yazsın. Bundan sonra zərəçəkmiş şəxs onu təhqir etmiş, buna görə də o, onu sillə ilə vurmuş, zərəçəkmiş şəxs yerə yıxılmış, bu zaman onun qıçına da zərbə endirmişdir. Hazırda zərəşəkmiş şəxslə barışmışdır. İbtidai istintaq zamanı isə o göstərmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində “Mercedes Benz” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, H.Aslanov küçəsi ilə Lənkəran rayon Dəmir yolu vağzalı istiqamətində hərəkətdə olarkən “Darçın” çay evinin qarşısında idarə etdiyi avtomobilin qarşısında “Changan” markalı, nömrəsinə baxmadığı avtomobil dayanaraq qarşısını kəsmiş, sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs avtomobildən düşüb ona yaxınlaşan zaman özü də avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs ondan nə üçün yolunu kəsməsi barədə soruşduqda xəbəri olmadığını, yolunu kəsmədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona “qələt eləmisən” demiş və buna görə aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, əlbəyaxa olmuşlar. Əlbəyaxa zamanı Zərərçəkmiş şəxs əynində olan köynəyi cırmışdır. Bu zaman o, bir dəfə şillə ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbə vurmuşdur. Əlbəyaxa olub ikisi də yerə yıxılmışdır. Bundan sonra ətrafda olan şəxslər yaxınlaşıb onları ayırmışlar. Həmin gün Lənkəran ŞRPŞ-nə gəlib Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə ərizə yazmışdır. Həmin vaxt hadisənin kimlərin gördüyünü bilmir. Avtomobildə tək olmuş, sadəcə olaraq ətrafda olan döyüş yoldaşları hadisəni görüb onlara yaxınlaşıb ayırmışlar. Bədəni üzərində olan xəsarəti xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla mübahisə edib əlbəyaxa olduğu zaman itələyib onu yerə yıxması nəticəsində almışdır. Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub yerə yıxıldığı zaman sonuncunun xəsarət aldığını düşünür. Zərərçəkmiş şəxs təpiklə zərbə vurmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünün etirafı ilə bərabər, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşmə protokolu, hadisə yerinə baxış protokolu, ekspertiza rəyi, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ibtidai sitintaqa zamanı göstərmişdir ki, idarə etdiyi “Changan Unive” markalı, **- UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, H.Aslanov küçəsi ilə üzü Lənkəran şəhər Dəmir yol vağzalı istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən, arxa tərəfdən qara rəngli “Mercedes” markalı avtomobil idarə etdiyi avtomobilin yanından sürətlə keçmiş və həmin avtomobilin onun avtomobilinə toxunduğunu hiss etdiyi üçün arxasınca sürmüşdür. Həmin qara rəngli “Mercedes” markalı avtomobil “Darçın” çay evinin qarşısında dayanmış, o da öz avtomobilimi həmin avtomobilin arxasında saxlayıb avtomobildən düşmüşdür. Həmin avtomobilə yaxınlaşıb sürücüdən nə üçün avtomobili kobud formada idarə etməsinin səbəbini soruşduqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzünə baxıb “yaxşı etmişəm” deyə cavab vermişdir. Alimin cavabından əsəbiləşdiyi üçün ona “qələt etmisən” deyə cavab vermişdir. Bunu dedikdən sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs onunla mübahisə edib əlbəyaxa olaraq yumruq zərbələri ilə sağ üz, boğaz və baş nahiyəsinə vurmuşdur. Həmin vaxt özünü qorumaq üçün Təqsirləndirilən şəxs ilə əlbəyaxa olub sonuncuya bir neçə yumruq zərbəsi vurub köynəyini cırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu yerə yıxmış və təpiklə sol bud nahiyəsinə zərbə vurub iki əli ilə başını sıxan zaman orada olan tanımadığı şəxslər Nurlan Şükürzadəni ondan aralamışlar. Bundan sonra Lənkəran ŞRPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. İdarə etdiyi “Changan Unive” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir ziyan dəyməmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs yanında tanımadığı bir neçə şəxs olmuş, onlar baş vermiş hadisəni görmüşlər. Həmin xəsarətləri Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində onunla əlbəyaxa olub təpik və yumruq zərbələri ilə yetirmişdir. Hadisə təxminən 3-5 dəqiqə baş vermişdir. Təqsirləndirilən şəxs ilə əlbəyaxa olmuş, sonuncu onu yerə yıxıb bədəninə təpiklə vurub başını sıxmışdır. Təqsirləndirilən şəxs həmin vaxt dizinin yerə dəyməsi nəticəsində xəsarət aldığını düşünür. Həmin xəsarəti Təqsirləndirilən şəxs yetirməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyan tam olaraq ödədiyini, sonuncudan şikayət və tələbinin olmadığını bildirib onu cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs döyüş yoldaşıdır, münasibətləri həmişə yaxşı olmuş, aralarında narazılıq və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs tanımır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhər Həzi Aslanov parkında olduğu zaman ondan təxminən 8-10 metr aralıda Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Darçın” çay evinin qarşısında döyüşçü yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobilin qarşısını kəsən tanımadığı şəxsin idarə etdiyi Changan markalı avtomobilin dayanıb sürücüsünün avtomobildən düşərək Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüşdür. Təqsirləndirilən şəxs də avtomobildən düşmüş və onların mübahisə etdiklərini görüb yaxınlaşmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birbirinin yaxasından tutub mübahisə etmiş, bir neçə saniyə ərzində əlbəyaxa olub dalaşmağa başlamış və yerə yıxılmışlar. Onların dalaşdıqlarını görüb o və digər döyüş yoldaşları Şahid1 və Şahid3lə birlikdə onları ayırmışlar. Sonradan Təqsirləndirilən şəxs eşitmişdir ki, adını sonradan bildiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısında dayanıb sonuncuya qarşı kobudluq etdiyi üçün aralarında dava-dalaş olmuşdur. Dava-dalaş təxminən 2-3 dəqiqə baş vermiş və orada o, digər döyüş yoldaşları Şahid3, Şahid1 və ətrafda tanımadığı bir neçə şəxs olmuşdur. Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs söyüş söymələrini eşitməmişdir. Hadisə qısa müdətdə davam etmiş və həmin vaxt avtomobil yolu bağlanmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs idarə etdikləri avtomobillərdə özlərindən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir- biriləri ilə qarşılıqlı dalaşmış, əlbəyaxa olmuşlar. Həmin vaxt kimin kimə hansı xəsarət yetirməsini bilmir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyini təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, Alimlə döyüş yoldaşı olmuş, zərəçəkmiş şəxsi əvvəllər tanımamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 fevral 2024-cü il tarixli, 156 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bud nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Lənkəran şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Darçın house” çay evinin qarşısında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan DSMF-nin 1 saylı X1 27 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs filialdan xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə prezident təqaüdü alır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla CM-nin 128-ci maddəsi ilə tərəflərin barışması və vurulmuş ziyanın tam ödənməsi əsası ilə CPM-nin 40.3cü maddəsi ilə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında əlavə olunmuş Lənkəran rayon İcra və Probasiya şöbəsinin 02 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdən hesablasnmaqla cəzasının 03 ay 23 gününü çəkmiş, 02 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 000272 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 23.13-də yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-də xx.xx.2024-cü il tarixdə verdiyi ərizədən görünür ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı, xx.xx.2017-ci il təvəllüdlü oğlu Hüseyn və xx.xx.2021-ci il təvəllüdlü qızı Zeynəb ilə birlikdə Lənkəran rayonu, Hirkan qəsəbsəində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və bunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarxili əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyasının 31-60 % pozulmasına görə əlildir və prezident təqaüdü alır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət işində qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı ödəməsini, əməlindən peşman, Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif edilməsini, Vətən müharibəsində iştirak etməklə orqanizmin funksiyasının 31-60 % pozulmasına görə əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.1.4, 59.1.12 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəzasını çəkib qurtarmamışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə iclasında müəyyən olundu ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü 20 gündən sonra qanuni qüvvəsini almışdır. Bundan əvvəl isə, yəni hazırki əməli törətdiyi xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “məhkum” statusunda olmamışdır. Buna görə də o, hazırki iş üzrə məhkum olunmamış hesab edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı hökmlə ona cəza CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X5 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3- cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1- ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1 -ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 1 -ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Yuxarıda şərh olunduğu kimi Təqsirləndirilən şəxs artıq Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyi üçün, yəni barəsində CM-nin 72-ci maddəsi tətbiq edildiyi üçün hazırda onun barəsində olan cinayət təqibinə xitam verilməsi istisna edilir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nion 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 52-1 -ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-150/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 1(049)-150/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-150/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar