Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-24/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə 31 avqust 1974-cü ildə Cəlilabad rayonu, Pirişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi ev 14-də qeydiyyatda olmaqla Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 1772.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə təkrarən qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 03:30-da yaşadığı Lənkəran rayonu, Nərimanabad qəsəbəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, həmkəndlisi Zərərçəkmiş şəxs1 ərzaq mağazasına qanunsuz olaraq mağazanın plastik qapısını dəmir parçası ilə aralama yolu ilə qapını açmaqla qanunsuz olaraq mağazaya daxil olub, orada soyuducunun üzərindən 15 manat qiymətində 3 ədəd 5 manatlıq, 12 manat qiymətində 4 ədəd 3 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq və 25 manat qiymətində 25 ədəd 1 manatlıq sim kontur, 15 manat qiymətində 3 ədəd 5 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq nar kontur, 9 manat qiymətində 3 ədəd 3 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq, 4 manat qiymətində 4 ədəd 1 manatlıq cin kontur, bir qutusunun qiyməti 2.30 manat cəmi qiyməti 105 manat olmaqla 50 qutu prima markalı, bir qutusunun qiyməti 2.40 manat cəmi qiyməti 72 manat olmaqla 30 qutu klassik-kompakt, bir qutusunun qiyməti 2.40 manat cəmi qiyməti 36 manat olmaqla 15 qutu klassik markalı, bir qutusunun qiyməti 2.90 manat cəmi qiyməti 87 manat olmaqla 30 qutu LD kompakt markalı, bir qutusunun qiyməti 2.80 manat cəmi qiyməti 70 manat olmaqla 25 qutu palma markalı, bir qutusunun qiyməti 2.40 manat cəmi qiyməti 14.40 manat olmaqla 6 qutu klassik qalın markalı, bir qutusunun qiyməti 3.20 manat cəmi qiyməti 16 manat olmaqla 5 qutu LD markalı, bir qutusunun qiyməti 3.50 manat cəmi qiyməti 17.50 manat olmaqla 5 qutu vinston-kompakt markalı, bir qutusunun qiyməti 2.20 manat cəmi qiyməti 6.60 manat olmaqla 3 qutu yava markalı, bir qutusunun qiyməti 2.50 manat cəmi qiyməti 7.50 manat olmaqla 3 qutu vinston nazik markalı, bir qutusunun qiyməti 2.20 manat cəmi qiyməti 8.80 manat olmaqla 4 qutu palma qalın markalı, bir qutusunun qiyməti 2.50 manat cəmi qiyməti 75 manat olmaqla 30 qutu vest qalın markalı, bir qutusunun qiyməti 3.50 manat cəmi qiyməti 21 manat olmaqla 6 qutu vinston-kompakt markalı, bir qutusunun qiyməti 3.80 manat cəmi qiyməti 45.60 manat olmaqla 12 qutu davidov nazik markalı, bir qutusunun qiyməti 2.70 manat cəmi qiyməti 45.50 manat olmaqla 15 qutu vinçester-kompakt markalı, bir qutusunun qiyməti 3.80 manat cəmi qiyməti 26.60 manat olmaqla 7 qutu kent-8 markalı, bir qutusunun qiyməti 3.80 manat cəmi qiyməti 22.80 manat olmaqla 6 qutu kent-4 markalı, bir qutusunun qiyməti 3.40 manat cəmi qiyməti 30.40 manat olmaqla 8 qutu kent-4 nazik markalı siqaretləri oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 811,70 manat qiymətində əmlakını mağazaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 03:30-da yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, həmkəndlisi Zərərçəkmiş şəxs2 evində heç kimin olmamasından istifadə edərək, qanunsuz olaraq evin həyətinə sökülmüş çəpərdən keçməklə daxil olmuş, daha sonra həyətdəki bir mərtəbəli evə pəncərəni açmaqla qanunsuz olaraq daxil olub, orada 1 ədəd 900 manat qiymətində “LG” markalı soyuducunu, 1 dəst 330 manat qiymətində bagema meyvə-qənd qabını və çöldə evin qarşısında divara quraşdırılmış 80 manat qiymətində su qızdırıcını oğurlamaqla Zərərçəkmiş şəxs2ynın ümumilikdə 1310 manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, oğurluq etməmişdir, ittihamda zərərçəkmiş şəxs kimi qeyd edilmiş şəxsləri yaşadığı Nərimanabad qəsəbəsindən tanıyır, lakin onlara məxsus mağaza və evdən heç nə oğurlamamışdır. Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq çoxdan olmuşdur və həmin vaxt o, cəzaçəkmə müəssisəsində olmuşdur. İbtidai istintaq zamanı polislər tərəfindən təzyiqə məruz qaldığı üçün yazılanlara məcbur imza etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 80-82-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarla tanış olmuş, özünü elan olunmuş ittiham üzrə təqsirli bilir. Tutduğu əməlindən peşmandır. İşin mahiyyəti üzrə göstərmiş ki, qeyd etdiyi ünvanda anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Psixi xəstəliklərdən əziyyət çəkmir. Əvvəllər məhkum olunmuşdur. Əvvəllər ailəli olub ayrılmışdır. Spirtli içkilərin aludəçisidir. O spirtli içkilərə pul tapa bilmir. Ona görədə oğurluq etmişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 Nərimanabad qəsəbəsində evinin qarşısında ərzaq mağazası vardır. Həmin mağazanı oğurlamaq qərarına gəlmiş və 29 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində həmin mağazanın qarşısına getmişdir. Mağazanın plastik qapısını yerdən tapdığı dəmir parçası ilə aralamış və qapını açıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olandan sonra alışqanın işığı ilə mağazanı axtarmağa başlamışdır. Soyuducunun üzərində telefon danışıq kartları görmüşdür. Həmin danışıq kartlarını oğurlamışdır. Bundan sonra mağazada olan müxtəlif növ siqaret qutularını oğurlamışdır. Sonradan mağazadan çıxıb getmişdir. Oğurladığı siqaretləri və konturları Nərimanabad qəsəbəsində yolun kənarında bir yarımtikilinin içərisində gizlətmişdir. Həmin vaxt oğurladığı əşyalara baxanda ona məlum olmuş ki, o mağazadan 3 ədəd 5 manatlıq, 4 ədəd 3 manatlıq, 4 ədəd 2 manatlıq və 25 ədəd 1 manatlıq sim kontur, 3 ədəd 5 manatlıq, 4 ədəd 2 manatlıq nar kontur, 3 ədəd 3 manatlıq, 4 ədəd 2 manatlıq, 4 ədəd 1 manatlıq cin kontur, 50 qutu prima markalı, 30 qutu klassik-kompakt, 15 qutu klassik markalı, 30 qutu LD kompakt markalı, 5 qutu vinston-kompakt markalı, 3 qutu yava markalı, 3 qutu vest markalı, 4 qutu Palma markalı, 30 qutu vest markalı, 6 qutu Viniston kompakt markalı, 12 qutu davudov markalı, 15 qutu vinçester-kompakt markalı, 7 qutu kent-8 markalı, 6 qutu kent 4 markalı, 8 qutu kent-4 markalı siqaretləri oğurlamışdır. Həmin siqaretlərdən 2 qutu pirima və 3 qutu Pall mall siqaretləri qalmışdır. Onları istintaqa təqdim etmişdir. Qalan siqaretləri və konturları yarısını özü istifadə etmiş, yarısını da Masallı rayon Kolxoz bazarında satmışdır. Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 Nərimanabad qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs2 Nərimanabad qəsəbəsində ata evi vardır. Həmin ev nəzarətsizdir. Evə arada Zərərçəkmiş şəxs2 nəzarət edir. 05 fevral 2022-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində öz yaşadığı evində spirtli içki qəbul etmiş və sipirtli içki qurtarmış, lakin o yenədə spirtli içki içmək istəmişdir. Yaşadığı evindən çıxıb oğurluq etmək üçün Zərərçəkmiş şəxs2 ata evinə getmişdir. Evdən gedən də əl arabasınıda özü ilə aparmışdır. Həmin gecə yəni 05 fevral 2022-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs2 ata evinin həyətinə gəlmişdir. Həyətin mişar daşları ilə hörülmüş çəpəri sökülmüşdür. Həmin sökülmüş yerdən həyətə daxil olmuşdur. Həyətdə köhnə 1 mərtəbəli ev vardır. Həmin evin pəncərəsini əli ilə açmış və evə daxil olmuşdur. Evdə olan elci markalı soyuducunu evə girdiyi pəncərədən həyətə çıxartmışdır. Sonra oğurlamağa başqa əşya axtarmağa başlamışdır. Bir dəst meyvə qabı tapmış və həmin qablarıda oğurlamışdır. Daha sonra evin qarşısında divara bağlanmış su qızdırıcısını divardan sökmüş və özü ilə gətirdiyi arabaya oğurladığı əşları qoyub dəniz kənarına gəlmişdir. Dəniz kənarında arabada olan əşyaları araba ilə birlikdə gizlətmişdir. Lakin soyuducunun matorunu sökmüşdür. Matoru evinə gətirmişdir. Sonra evində yatmışdır. Həmin gün saat 17 radələrində dəniz kənarında, yolda, oğurladığı əşyaları 80 manata tanımadığı bir motesiklet sürücüsünə satmışdır. Əldə etdiyi pulla özünə sipirtli içkilər almışdır. Soyuducunun matorunu isə istintaqa təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı evin qarşısında özünə məxsus ərzaq dükünı var. Həmin ərzaq dükanını hər gün səhər saat 08 radələrində açıb, axşam saat 22-23 radələrində bağlayır. 28 yanvar 2022-ci il tarixdə saat 22 radələrində ərzaq dükanını bağlayıb evinə getmişdir. 29 yanvar 2022-ci il tarixdə səhər saat 07 radələrində həyətinə düşmüş və mağazanın həyət tərəfdən olan qapısını açıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olanda çörəklərin yerə düşdüyünü görmüşdür. Daha sonra mağazanın küçə tərəfdən qapısının kilidinin sındırıldığını və qapının açıq olduğunu görmüşdür. Həmin vaxt anlamış ki, mağazadan oğurluq olunub. Daha sonra mağazada olan soyuducunun üstündə qoyduğu 15 manat qiymətində 3 ədəd 5 manatlıq, 12 manat qiymətində 4 ədəd 3 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq, 25 manat qiymətində 25 ədəd 1 manatlıq sim kontur, 15 manat qiymətində 3 ədəd 5 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq nar kontur, 9 manat qiymətində 3 ədəd 3 manatlıq, 8 manat qiymətində 4 ədəd 2 manatlıq, 4 manat qiymətində 4 ədəd 1 manatlıq cin kontur və yerdə olan iki ədəd kardon qutunun içərisində olan bir qutusunun qiyməti 2.30 manat olan cəmi qiyməti 105 manat 50 qutu Prima markalı siqaret, bir qutusunun qiyməti 2.40 manat olan cəmi qiyməti 72 manat 30 qutu Klassik-kompakt markalı siqaret, bir qutusunun qiyməti 2.40 manat olan cəmi qiyməti 36 manat 15 qutu Klassik (nazik uzun) markalı siqaret, bir qutusunun qiyməti 2.90 manat olan cəmi qiyməti 87 manat 30 qutu LD-kompakt markalı siqaret, bir qutusunun qiyməti 2.80 manat olan cəmi qiyməti 70 manat 25 qutu Palma markalı siqaret, bir qutusunun qiyməti 2.40 manat olan cəmi qiyməti 14.40 manat 6 qutu Klassik qalın markalı siqaret, bir qutusunun qiyməti 3.20 manat olan cəmi qiyməti 16 manat 5 qutu LD-nazik markalı siqaret, bir qutusunun qiyməti 3.50 manat olan cəmi qiyməti 17.50 manat 5 qutu Vinstonkompakt markalı siqaret, bir qutusunun qiyməti 2.20 manat olan cəmi qiyməti 6.60 manat 3 qutu yava markalı siqaret, bir qutusunun qiyməti 2.50 manat olan cəmi qiyməti 7.50 manat 3 qutu Vest (nazik) markalı siqaret, bir qutusunun qiyməti 2.20 manat olan cəmi qiyməti 8.80 manat 4 qutu Palma (qalın) markalı siqaret, bir qutusunun qiyməti 2.50 manat olan cəmi qiyməti 75 manat 30 qutu Vest-qalın markalı siqaret, bir qutusunun qiyməti 3.50 manat olan cəmi qiyməti 21 manat 6 qutu Vinston-kompakt markalı siqaret, bir qutusunun qiyməti 3.80 manat olan cəmi qiyməti 45.60 manat 12 qutu Davidov-nazik markalı siqaret, bir qutusunun qiyməti 2.70 manat olan cəmi qiyməti 40.50 manat 15 qutu vinçester-kompakt markalı siqaret, bir qutusunun qiyməti 3.80 manat olan cəmi qiyməti 26.60 manat 7 qutu Kent-8 markalı siqaret, bir qutusunun qiyməti 3.80 manat olan cəmi qiyməti 22.80 manat 6 qutu Kent-4 markalı (qalın) siqaret, bir qutusunun qiyməti 3.80 manat olan cəmi qiyməti 30.40 manat 8 qutu Kent-4 markalı siqaretlərin oğurlanmasını aşkar etmişdir. Mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ona 811 manat 70 qəpik maddi ziyan dəymişdir. Bunlardan başqa mağazadan heç bir şey oğurlanmamışdır. Ona sonradan məlum olmuş ki, mağazasından oğurluq edən şəxs əslən Cəlilabad rayon sakini olan, lakin Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində ata evi var. Həmin evdə əvvəllər bacısı X6 yaşamışdır. X10 ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Aynurə Əliyevaya məxsus olan əşyaları Bakı şəhərinə köçəndə götürmüş və evdə qalan digər əşyalar ona məxsusdur. O da arada həmin evə gəlib baş çəkir. Evdə heç kim yaşamır. O sonuncu dəfə 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində evə baş çəkməyə gedəndə evin sol tərəfində olan pəncərənin kilid yerindən açıldığını, evin içərisində olan məişət əşyalarının yerdə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evə ümumən nəzər yetirəndə ona məlum olmuş ki, evdən 1 ədəd 900 manat dəyərində “Elci” markalı soyuducunu, 1 dəst 330 manat dəyərində bagema meyvə və qənd qabıların, evin çöl divarında quraşdırılmış 80 manat qiymətində su qızdırıcının oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 1310 manat maddi ziyən dəymişdir. Sonradan ona məlum olmuş ki, evindəki əşyaları oğurlayan şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan əslən Cəlilabad rayon sakini olan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayon Nərimanabad qəsəbəsi onun inzibati ərazinə daxildir. 07 fevral 2022-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Əliyeva X5 ŞRPŞ-nin Liman PB-nə ərizə ilə müraciət edərək atasından ona miras qalmış yaşayıyış olmayan evindən naməlum şəxslərin ona məxsus olan 1 ədəd soyuducunu, 1 dəst meyvə-qənd qabılarını və 1 ədəd su qızdırıcısını oğurladığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Zərərçəkmiş şəxs2 yaşayış olmayan Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən evinə gedib hadisə yerinə baxış keçirtmişlər. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində sahə rəisi polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs2 evindən oğurluq edən şəxs əslən Cəlilabad rayonunda qeydiyyatda olan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Liman PB-nə dəvət olunmuşdur. Bölmədə onunla keçirilən şifahi sorğu-sual zaman o, səmimi olaraq 05 fevral 2022-ci il tarixdə Nərimanabad qəsəbə sakini Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyini etiraf etmişdir. Bundan başqa Nərimanabad qəsəbə sakini olan Zərərçəkmiş şəxs1 mağazasından da oğurluq hadisəsi törətdiyini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 94-95ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin sahə rəisi vəzifəsində xidmət edir. Lənkəran rayon Nərimanabad qəsəbəsi onun inzibati ərazinə daxildir. 07 fevral 2022-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Əliyeva X5 ŞRPŞnin Liman PB-nə ərizə ilə müraciət edərək atasından ona miras qalmış yaşayıyış olmayan evindən naməlum şəxslərin ona məxsus olan 1 ədəd soyuducunu, 1 dəst meyvə-qənd qabılarını və 1 ədəd su qızdırıcısını oğurladığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs2 evindən oğurluq edən şəxs əslən Cəlilabad rayonunda qeydiyyatda olan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Liman PB-nə dəvət olunmuşdur. Bölmədə onunla keçirilən şifahi sorğu-sual zaman o, səmimi olaraq 05 fevral 2022-ci il tarixdə Nərimanabad qəsəbə sakini Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyini etiraf etmişdir. Bundan başqa Nərimanabad qəsəbə sakini olan Zərərçəkmiş şəxs1 mağazasından da oğurluq hadisəsi törətdiyini səmimi olaraq etiraf etmişdir. Cinayət işinin 29-33-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən mağazada baş vermişdir. Cinayət işinin 29-33-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və fotocədvəldən görünür ki, Kazımov X4 rayonu, Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan və Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etdiyini əyani şəkildə göstərmişdir. Cinayət işinin 29-33-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan və Zərərçəkmiş şəxs2 məxsus evdən götürdüyü soyuducu mühərriki, 3 qutu palma mall və 2 qutu prima siqaretlərini təqdim etmişdir. Cinayət işinin 117-118-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 iyun 2022-ci il tarixli mütəxəssis rəyinində göstərilmişdir ki; qeyd olunmuş 1 ədəd LG markalı soyuducunun qiyməti 900 manatdır. Qeyd olunmuş bir dəst “Bohema” markalı billür (xrustal) meyvə qabı dəstinin qiyməti 180 manatdır. Qeyd olunmuş bir dəst “Bohema” markalı billür (xrustal) qənd qabları dəstinin qiyməti 150 manatdır. Qeyd olunmuş bir ədəd su qızdırıcısının qiyməti 80 manatdır.Qeyd olunmuş 3 ədəd 5 manatlıq 15 manat, 4 ədəd 3 manatlıq 12 manat, 4 ədəd 2 manatlıq 8 manat, 25 ədəd 1 manatlıq sim kontur kartlarının cəmi qiyməti 60 manatdır.Qeyd olunmuş 3 ədəd 5 manatlıq 15 manat, 4 ədəd 2 manatlıq 8 manat nar kontur kartlarının cəmi qiyməti 23 manatdır. Qeyd olunmuş 3 ədəd 3 manatlıq 9 manat, 4 ədəd 2 manatlıq 8 manat, 4 ədəd 1 manatlıq 4 manat cin kontur kartlarının cəmi qiyməti 21 manatdır. Qeyd olunmuş 50 qutu Prima markalı siqaret bir ədədinin qiyməti 2.30 manat olmaqla cəmi qiyməti 105 manatdır. Qeyd olunmuş 30 qutu Klassik-kompakt markalı siqaretin bir qutusunun qiyməti 2.40 manat olmaqla cəmi qiyməti 72 manatdır. Qeyd olunmuş 15 qutu Klassik (nazik uzun) markalı siqaretin bir qutusunun qiyməti 2.40 manat olmaqla cəmi qiyməti 36 manatdır. Qeyd olunmuş 30 qutu LD-kompakt markalı siqaretin bir qutusunun qiyməti 2.90 manat olmaqla cəmi qiyməti 87 manatdır. Qeyd olunmuş 25 qutu Palma markalı siqaretin bir qutusunun qiyməti 2.80 manat olmaqla cəmi qiyməti 70 manatdır. Qeyd olunmuş 6 qutu Klassik qalın markalı siqaret bir qutusunun qiyməti 2.40 manat olmaqla cəmi qiyməti 14,40 manatdır. Qeyd olunmuş 5 qutu LD-nazik markalı siqaretin bir qutusunun qiyməti 3,20 manat olmaqla cəmi qiyməti 16 manatdır. Qeyd olunmuş 5 qutu Vinston-kompakt markalı siqaretin bir qutusunun qiyməti 3.50 manat olmaqla cəmi qiyməti 17,50 manatdır. Qeyd olunmuş 3 qutu yava markalı siqaretin bir qutusunun qiyməti 2,20 manat olmaqla cəmi qiyməti 6,60 manatdır. Qeyd olunmuş 3 qutu Vest (nazik) markalı siqaretin bir qutusunun qiyməti 2,50 manat olmaqla cəmi qiyməti 7,50 manatdır. Qeyd olunmuş 4 qutu Palma (qalın) markalı siqaretin bir qutusunun qiyməti 2,20 manat olmaqla cəmi qiyməti 8,80 manatdır. Qeyd olunmuş 30 qutu Vest-qalın markalı siqaretin bir qutusunun qiyməti 2,50 manat olmaqla cəmi qiyməti 75 manatdır. Qeyd olunmuş 6 qutu Vinston-kompakt markalı siqaretin bir qutusunun qiyməti 3,50 mmanat olmaqla cəmi qiyməti 21 manatdır. Qeyd olunmuş 12 qutu Davidov-nazik markalı siqaretin bir qutusunun qiyməti 3,80 manat olmaqla cəmi qiyməti 45,60 manatdır. Qeyd olunmuş 15 qutu vinçester-kompakt markalı siqaretin bir qutusunun qiyməti 2,70 manat olmaqla cəmi qiyməti 40,50 manatdır. Qeyd olunmuş 7 qutu Kent-8 markalı siqaretin bir qutusunun qiyməti 3,80 manat olmaqla cəmi qiyməti 26,60 manatdır. Qeyd olunmuş 6 qutu Kent-4 markalı (qalın) siqaretin bir qutusunun qiyməti 3,80 manat olmaqla cəmi qiyməti 22,80 manatdır. Qeyd olunmuş 8 qutu Kent-4 markalı siqaretin bir qutusunun qiyməti 3,80 manat olmaqla cəmi qiyməti 30,40 manatdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs özünü oğurluq cinayətləri ilə təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Kazımov X4 rayonu, Nərimanabad qəsəbəsində X2 məxsus mağazadan 811.70 manat dəyərdində əmlakı, Zərərçəkmiş şəxs2 məxsus evdən isə 1310 manat dəyərində əmlakı oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 54-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-94-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 101-103-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə ACDİÜ məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 18.1.2.1; 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirili bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirili bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirili bilinib 03 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirili bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 prel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Maddi sübut - Lənkəran ŞRPŞ-da saxlanılan soyuducu mühərriki Zərərçəkmiş şəxs2, 3 qutu “pallma mall” və 2 qutu “Prima” siqaretləri isə zərərçəkmiş şəxs X3 qaytarılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Lənkəran ŞRPŞ-da saxlanılan soyuducu mühərriki Zərərçəkmiş şəxs2, 3 qutu “pallma mall” və 2 qutu “Prima” siqaretləri isə zərərçəkmiş şəxs X3 qaytarılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-24/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-24/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver