Məhkəmə qərarları › İş №1(049)-24/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-24/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-24/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hüquq təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin Məcəllənin 66.3cü maddəsi tətbiq edilməklə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2 və 234.1-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 16 gün vaxtindan əvvəl şərti azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 11 iyun 2024-cü il tarixdə, 16.15-də açıq məhkəmə iclasında, videokonfrans əlaqə sitemi vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 04 may 2023-cü il tarixdə, Lənkəran şəhərində, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,397 qram; 0,521 qram ümumi təmiz çəkisi-0,918 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 04 may 2023-cü il tarixdə saat 20:20 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Həzi Aslanov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirildikdən sonra, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman, həmin iki ədəd sellofan bükümdə və çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, polislər onu ittiham aktında göstərildiyi kimi, Lənkəran şəhəri Həzi Aslanov küçəsində deyil, Səttərxan küçəsində saxlayaraq polis şöbəsinə aparmışlar. Belə ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 20 radələrində əməliyyatçılar, əslən Lerik rayonundan olan Əlvan və daha iki nəfər, adlarını bilmədiyi, lakin birinin bığı olan şəxs cəld onu arxadan tutaraq ona bildirmişlər ki, ondan polis şöbəsinə şikayət daxil olmuşdur və onlarla birlikdə şöbəyə getməlidir. Onlar şöbəyə gəldikdən sonra şöbənin 2-ci mərtəbəsində həmin bığlı əməliyyatçı onun qabağına tərəzi qoyaraq bildirmişdir ki, “onun əməlini bununla oformit eləyin”. O buna öz etirazını bildirdikdə, Əlvan və həmin bığlı əməliyyatçı onu vurmuş, nəticədə burnu partlamış, üzgözü qan içində olmuşdur. Həmin vaxt orada Amil adlı əməliyatçı da olmuş, lakin sonuncu onu vurmamışdır. Bundan sonra onun həmin vəziyyətdə olduğunu görüb barəsində CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlayaraq ona bildirmişlər ki, narahat olmasın onu məhkəmədən azad etdirəcəklər. Polislərin təziqindən qorxub və məhkəmənin ədalətli araşdırmasına güvənərək etmədiyi cinayəti etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, epilepsiyadan əziyyət çəkdiyi üçün həblərdən istifadə etmiş, sonuncu dəfə tutulmamışdan 05 ay əvvəl Lənkəran şəhər Mədəniyyət Evinin qarşısında Zaur adlı şəxsdən narkotik vasitə almış, lakin onun adını polisə verməmiş, Kürdaxanıda, İstintaq Təcridxanasında olduğu zaman polislər tərəfindən döyülməyi barədə 60-a yaxın şikayət ərizəsi yazmış, lakin onun şikayətləri lazımi orqanlara çatdırılmamış, 2014-cü ildən xəstəliyi ilə əlaqədar dərman qəbul etsə də, narkotik vasitələrdən istifadə etməmiş, alnındakı xəsarətlər epilepsiya zamanı alnının bir neçə dəfə döşəməyə dəyməsi nəticəsində baş vermiş, biləyindəki cızıqları məcbur olub özü lezva ilə kəsərək etmiş, barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə burnunun polislər tərəfindən sındırıldığını, qolunda xəsarət olduğunu söyləməmiş, üzərindən aşkar olunaraq götürülmüş metamfetamin ona məxsus olmamış, onu onun üstünə polislər qoymuş, əvvələr daha ağır maddələrlə cinayət məsuliyyətinə cəlb edilsə də, təqsirli olduğundan heç bir yerə şikayətlər etməmiş, hazırki işi törətmədiyi və metamfetamini onun üstünə qoyduqları üçün şikayətçidir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq məhkəməyə yazılı surətdə müraciət təqdim edərək müraciətində qeyd etmişdir ki, gepatitdən, böyrək daşlarından, ağ ciyərlərindəki ağrılardan şikayətlənir. 2014-2020-ci illərdə, iyun-avqust aylarında epilepsiyadan, psixiki gərginlikdən müalicələr almışdır. Lakin müalicələrin nəticəsi olmamış və dəfələrlə epilepsiya zamanı yıxılaraq bədənini, başını, qol və ayalarını əzmiş, dişləri zədələnmişdir. Ondan aşkar olunmuş “patı”nı əməliyyatçılar onun üzərinə qoymuşlar. O, saxlanılan zaman üzərində yalnız bir ədəd epilepsiyaya qarşı dərman olmuşdur. Bunu əməliyyatçılar bildiyi üçün onun cibinə “patı”nı qoymuşlar. Çünki bilmişlər ki, analizlər nəticəsində qanında psixatrop maddə olduğu təsdiqlənəcək. Həmin epilepsiyaya qarşı dərmanları xx.xx.2023-cü il tarixdə həkim reseptinə əsasən Loğmanın aptekindən almış, onlardan ikisini qəbul etmiş, birisini cibinə qoymuşdur ki, halı pisləşəndə qəbul etsin. Resept həmin aptekdə qalmış, lakin onun surətini ona vermişlər ki, onu saxlayan olsa göstərsin. Lakin o, əməliyyatçılara həmin reseptin surətini göstərsə də, onlar ona əhəmiyyət verməmişlər. 2014-cü ildən narkotik vasitələrdən uzaqlaşmış, lakin epilepsiyaya görə bir iki dəfə metadondan istifadə etmişdir. Buna görə də cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmışdır.Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun sayəsində epilepsiyadan qurtulmaq üçün xəstəxanaya yerləşdirilsə də, xeyri olmamışdır. Gün ərsində 8-10 dəfə epilepsiyaya tutulur. Elə vaxtları olur ki, divarnan, televizornan söhbətlər edir. Televizora baxarkən TV də danışan şəxsin elə bil onunla danışdığını düşünür və danışmağa başlayır. Onun özünü lezva ilə qolunu kəsməsi də psixiki problemlərindən və günahsız yerə tutulduğundan irəli gəlmişdir. Əgər polisdlərin günahı ucbatından o cəza alarsa, aclıq elan edib öz canını alacaqdır. 26 oktyabr 2023-cü il tarixdə, məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, əməliyyatçılardan Şahid2 onu döyməmiş, onu Şahid1 döyərək psixotrop maddəni onun üzərinə qoymuşdur. Hazırki məhkəmə iclasında o, verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyatçılar tərəfindən saxlanılan zaman onun sinəsini, sifətini, kürəyini və burnunu vurmuşalr. Kürdaxanıda olduğu zaman bu barədə şikayətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. 26 oktyabr 2023-cü il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatları daxil olmuş, əməliyyat qrupu yaradılaraq qrupa o, Amil və Ruslan daxil olmuşlar. 04 may 2023-cü il tarixdə, Lənkəran şəhəri Həzi Aslanov küçəsində Təqsirləndirilən şəxs saxlayaraq Polis şöbəsinə gətirmiş, orada müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Azərin üzərindən 2 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, o, döyülməmişdir. Azər saxlanılan zaman tək olmuşdur. Onlara məlumat Azərin narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlara məlumat Azərin narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuşdur. Azəri 04 may 2023-cü il tarixdə saxlasalar da, həmin vaxt hava qaranlıq olduğundan saxlandığı yerdə üzərində şəxsi axtarış aparmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasaına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında onun ibtidai isatintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmiş, o, şahid qismində ibtidai istintaq zamanı bildirmişdir ki, şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Ruslan Hacıyevin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna o da, daxil olmuşdur. Təqsirləndirilən şəxsla heç bir qərəzli münasibətləri də, olmayıb. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 04 may 2023-cü il tarixdə, saat 20:20 radələrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirilmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da, əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd bükümü təqdim etmişdir. Bükümlərin içərisinə baxış zamanı içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Azər Zülfüqarov özü də, şifahi sorğu zamanı bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən Mədəniyyət evinin qarşısında tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir.Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,04 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış tərəfindən videoqeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə CAB-nə əməliyyat məlumatları daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni: İşdə olan 04 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 20:20 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Həzi Aslanov küçəsində saxlanılmış, şəxsi axtarışın əvvəlində təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qra rəngli şalvarın sağ yan cibindən şəffaf sellofanda 2 ədəd bükümü təqdim etmiş, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdi. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs içərisində psixotrop maddə metamfetamin olan iki ədəd bükümü 04 may 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən Mədəniyyət evinin qarşısında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi 1,04 qram olmuşdur. Üzərindən aşkar edilmiş bükümlər ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. . İşdə olan məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 19/514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxsZ oğlunun üzərindən aşkar olunan kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,397 qram; 0,521 qram ümumi təmiz çəkisi 0,918 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonra metamfetaminin qalığı 0,818 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 06 may 2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Həmin rəydə qeyd edilmişdir ki, “Müayinə olunanın deməsinə görə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları şübhəli şəxs qismində onu tutaraq polis şöbəsinə gətirmişlər” İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bır sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. İlkin həyata keçirilmiş əməliyyat tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində daşınması, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir əməliyyat məlumat əldə olunmamışdır. İşdə olan “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 02 ədəd bükümdə qalıq çəkisi -0,818 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, hökmlərin surətlərindən görünür ki, Məmmədov X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin Məcəllənin 66.3cü maddəsi tətbiq edilməklə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2 və 234.1-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 16 gün vaxtindan əvvəl şərti azad olunmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İşdə olan “Təqsirləndirlən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokola edilmiş qeyddən görünür ki, təqsirləndirlən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini əsas gətirərək etiraz olaraq protokola imza etməsindən imtina etmişdir. İşdə olan xasiyyətnamə və arayışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs evlidir, himayəsində 2007-ci ildə doğulmuş X8 var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni: İşə əlavə edilmiş Lənkəran rayon prokurorluğundan məhkəməyə xx.xx.2023-cü il tarixdə imzalanmış və məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş 496ş-23 nömrəli sorğudan görünür ki, təqsirləndirlən şəxsin anası X4 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Çağrı Mərkəzinə müraciət edərək oğlu barəsində Lənkəran ŞRPŞ-nin İB-də başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparıldığını və bu səbəbdən də oğlunun özünü öldürməyə cəhd etdiyini bildirmişdir. Buna görə də, Lənkəran rayon prokurorluğunun köməkçisi X10 tərəfindən Lənkəran ŞRPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs izahatının alınmasına şərait yaradılması xahiş olunmuşdur. İşə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin Lənkəran rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1(049)-344/2023 nömrəli cavabdan görünür ki, məhkəmə Lənkəran rayon prokurorluğunun köməkçisi X9 tərəfindən Lənkəran ŞRPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs izahatının alınmasına etiraz etmir. İşə əlavə edilmiş Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayətiçinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli 2526 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədilən xx.xx.2023-cü il tarixdə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə hesabat vermək və həmin hərəkətləri idarə etmək imkanındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə qeyd olunan ekspert rəyinə təqsirləndirlən şəxsin münasibətini öyrəndikdə, o, ümumiyyətlə Məhkəmə X1madığını və ekspertizadan keçmədiyi bildirmişdir. Bununla bağlı məhkəmə müvafiq sorğular vermiş və həmin sorğulara cavab olaraq Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 649 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından müşayiətçi konvoy tabur xidməti vasitəsilə Mərkəzə gətirilərək ekspertizadan keçmişdir. Həmin tarixli kamera yaddaşı texniki cəhətdən saxlanılmadığına görə saatla bağlı dəqiq məlumat verə bilmirlər. Lakin onun komissiyadan keçməsi barədə Ambulator şöbənin həkim ekspert komissiyasının jurnalının səhifəsini məhkəməyə göndərirlər. Həmin cavaba əlavə edilmiş həkim ekspert komissiyasının jurnalının səhifəsinindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həkim ekspert komissiyasından keçmişdir. Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3659 nömrəli cavaba əlavə edilmiş “Həbs edilmiş şəxslərin və məhklumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”a Əlavə adlanan sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 09.00-da Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə müşayiət edilmiş şəxs kimi 168-cı sırada göstərilmişdir. Göründüyü kimi, təqsirləndirlən şəxs özünün Məhkəmə X1madığını və ekspertizadan keçmədiyi bildirsə də, onun dedikləri yuxarıda qeyd olunamuş cavablarla təkzib olunur. İşə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin Lənkəran rayon polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1(049)-344/2023 saylı sorğudan görünür ki, məhkəmə təqsirləndirlən şəxsin şəxsi işinə baxış keçirilməsinə zərurət yarandığı üçün, onu xx.xx.2023-cü il tarixədək məhkəməyə təqdim olunması xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin sorğu polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilcə də, təqsirləndirlən şəxsin şəxsi işi məhkəməyə təqdim edilməmişdir. İşə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli və eyni məzmunlu xx.xx.2024-cü il tarixli cavablarından və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı yanağın sol nahiyəsində 7-8 sm ölçüdə sıyrılmış yara müşahidə olunmuşdur. Təcridxanada saxlanıldığı dövrdə Masallı RPİ-nin MSY-də istintaqın gedişatına etiraz olaraq özünə xəsarət yetirmişdir. Müayinə zamanı qarının sol divarında 4-5 sm ölçüdə kəsilmiş yara müşahidə olunmuşdur. İşə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2- 4065/2024 nömrəli məlumatından görünür ki, özünə xəsarət yetirməyə, intihar etməyə meyilli şəxs kimi profilaktik qeydiyyata götürülmüş həbs edilmiş şəxs Təqsirləndirilən şəxs özünün bildirdiyinə görə saxlandığı kameranın sanitar qovşağında cinayət işinin gedişatına etiraz olaraq üz qırxmaq məqsədilə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş ülgüclə sol 5ci barmağını kəsərək özü-özünə xəsarət yetirmişdir. Məhkəmə cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki:

1. İşdə olan məhkəmə-tibbi ekspertizasının 06 may 2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Lakin işə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli və eyni məzmunlu xx.xx.2024-cü il tarixli cavablarından və onlara əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı yanağın sol nahiyəsində 7-8 sm ölçüdə sıyrılmış yara müşahidə olunmuşdur. Təcridxanada saxlanıldığı dövrdə Masallı RPİ-nin MSY-də istintaqın gedişatına etiraz olaraq özünə xəsarət yetirmişdir. Müayinə zamanı qarının sol divarında 4-5 sm ölçüdə kəsilmiş yara müşahidə olunmuşdur. Göründüyü kimi, məhkəmə-tibbi ekspertizası formal keçirilmiş, təqsirləndirlən şəxsin üzərində xəsarətlər olduğu halda, rəydə həmin xəsarətlərin aşkar edilməməsi göstərilmişdir. Həmin xəsarətlərin Lənkəran RŞPŞ-nin MSY-nə daxil olanadək və ya daxil olandan sonra alındığına dair Lənkəran RŞPŞ-nə məhkəmə tərəfindən sorğu verilmiş, lakin həmin sorğu cavalbandırılmamışdır. Buna görə də məhkəmə qeyd edir ki, onda aşkar edilmiş xəsarətlərin əməliyyatçılar və ya digər şəxslər tərəfindən deyil, özü tərəfindən törədilməməsini sübut etmə vəzifəsi Dövlətin üzərinə, indiki halda isə istintaq orqanının üzərinə düşür. Lakin istintaq orqanı həmin xəsarətlərə ümumiyyətlə qiymət verməmişdir. Buna görə də təqsirləndirlən şəxsdə aşkar olunmuş xəsarətlərlə bağlı bütün şübhələr onun xeyrinə yozulmalıdır.

2. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Həmin qərarda qeyd edilmişdir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Cinayət-Prosessual MəcəlləsininHəmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunan Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;... Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının sübut kimi istifadə etdiyi və istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrini sübut kimi qəbul etmək olmaz. Belə ki, həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Belə ki, hər ikisi Təqsirləndirilən şəxs əməli barəsində ifadələr versələr də, hər ikisinin ifadəsində göstərilmişdir ki,”...Rəhbərlik tərəfindən Ruslan Hacıyevin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmı və əməliyyat qrupuna mən də, daxıl olmuşdum”. ( i.v. 117 və 120). Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı həm də Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələri mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X3rşı» və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir.

3. Məhkəmə Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi etirafedici ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etirafedici ifadələrini könüllü olaraq deyil, hədə qoxu, təziq altında vermişdir. Belə ki, təqsirləndirlən şəxsin anasının Ombudsmana elədiyi şikayəti əsasında Lənkəran rayon prokurorluğunun köməkçisi X10 tərəfindən araşdırma aparılmış, lakin həmin araşdırma zamanı BİT-dan təqsirləndirlən şçəxsin tibbi kartoşkası tələb olunaraq tədqiq olunmamış, Təqsirləndirilən şəxs təcridxanaya daxil olduğu zaman, yanağının sol nahiyəsində 7-8 sm ölçüdə aşkar olunmuş sıyrılmış yaranın yaranma mexanizmi, hansı şəraitdə yarandığını, həmin xəsarətin kənar şəxslər tərəfindən, yoxsa özü tərəfindən yetrildiyini araşdırmamış, formal araşdırma aparmışdır. Belə ki, işə əlavə edilmiş və məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli müşayət məktubu ilə məhkəməyə ünvanlanmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, həmin ərizədə göstərmişdir ki, onu Lənkəran ŞRPŞ-nin MSY-dən çıxarıb qəbul otağına aparmışlar. Qəbulda iki nəfəri görmüş, onlardan bir kompüter arxasında, digəri isə onunla üzbəüz oturmuşdur. Onunla üzbəüz oturan şəxs ondan onu tanıyıb-tanımadığını soruşduqda, ona tanımadığını bildirmişdir. O həmin şəxsdən kim olduğunu soruşsa da, sonuncu özünü ona təqdim etməmişdir. Sonradan otağa daha bir şəxs daxil olub onunla üzbəüz oturmuşdur. Ondan həmin şəxsin kim olduğunu bilib-bilmədiyini soruşduqda, onu da tanımadığını bildirmişdir. Onlardan heç biri özlərini ona təqdim etməyib hər ikisi otaqdan çıxıb getmişlər. Kömpüter arxasında əyləşmiş şəxs ona bildirmişdir ki, o, Ombudsmanın göstərişi ilə gəlmişdir. Həmin şəxs ona bir yazılı izahat uzadaraq onu imzalamağı xahiş etmişdir. O, həmin izahatı oxumadan imza etməyəcəyini bildirdikdə, ona həmin izahatı oxumaq üçün təqdim etmişdir. İzahatı oxuduğu zaman görmüşdür ki, güya Əlvan adlı əməliyyatçı ona demişdir ki, “sən 234.1-ə qol çəkməsən gedib həyətinə 1 kilogram mal basdıracam, 234.4.3-nən göndərərəm səni”. O, kompüter arxasında oturmuş şəxsə demişdir ki, ona heç kim həyətində 1 kilogram mal basdıracağını deməmişdir. Ancaq demişlər ki, 234.1-nən getməsən 234.4.3-nən göndərəcəyik. Həmin səxs ona bildirmişdir ki, sən qol çək, bunları çıxaracam. Otaqdan çıxanda polislərdən həmin otağa daxil olmuş iki şəxsin kim olduğunu soruşduqda, ona onlardan birinin əməliyyatçı Səbuhi, digərinin isə əməliyyatçı Əlvan olduğunu bildirmişlər. Bundan sonra anlamışdır ki, otağa onu döyənləri deyil, başqa əməliyatçıları dəvət etmişlər. Onu döyən şəxs babaca boz bığlı idmançı bədənli şəxs olmuşdur. Şahid qismində dindirilərkən, görsə onu tanıyar. Eyni məzmunlu ərizə ilə o, bir daha Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli müşayət məktubu ilə məhkəməy müraciət etmişdir. Göründüyü kimi, prokurorun köməkçisi tərəfindən araşdırma formal olaraq, istintaq materiallarındakı ifadələrə və sənədlərə istinad edilməklə aparılmış, nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərarla bağlı məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0, 818 qram psixotrop maddə-metamfetamin və bir ədəd CD disk iş materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 60 manat ekspertiza xərcinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,818 qram olan psixotrop maddə-metamfetamin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar