Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-24/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.55 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 02 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadonu əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyul 2024-cü il tarixdə Lənkəran şəhəri ərazisində tanışı Şahid4 90 manata 6 (altı) ədəd qəhvəyi rəngli, dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı - 0,24 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxlamış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nın əməkdaşlarının 20 iyul 2024-cü il tarixdə, saat 04:00da Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə olarkən tanışı Şahid4 ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış aparılarkən 6 ədəd narkotik vasitə metadon həbləri əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid4 qoşusu kimi tanıyır, sonuncudan hər hansı psixotorp maddə və ya narkotik vasitə almamışdır. Tutulan zaman onun üzərində heç bir narkotik vasitə və ya psioxtrop maddə olmamışdır. Polis şöbəsində ona hədə-qorxu gələrək üzərindən guya metamfetamin olmasına dair sənədlərə imza etdirmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 84-86-cı vərəqlərində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, «o, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə metadon həbindən qəbul edir. Adətən istifadəsi üçün narkotik vasitə metadonu Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 19 iyul 2024-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhərində tanışı Şahid4la rastlaşdıqda ondan istifadəsi üçün narkotik vasitə metadon həbi satmasını istəmişdir. İlqarın da metadon qəbul etdiyini və özündə metadon həbi olacağını düşünmüşdür. İlqar da özündə olan metadon həblərindən 6 ədədinin ona vermiş və həmin həblərin birini 15 manata satdığını bildirmiş, o da 6 ədəd metadon həbinə görə İlqara cəmi 90 manat pul vermişdir. İlqardan aldığı 6 ədəd metadon həblərini daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sol yan cibinə qoymuşdur. 20 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı Ş.İ.Xətai küçəsində olduğu zaman İlqarla rastlaşmış, İlqarla birlikdə küçədə söhbət edib piyada hərəkət etdiyi zaman mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşmışlar, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmaları barədə onlarda məlumatın olduğunu deyib, onları Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib və onun üçün müdafiəçi dəvət etmişlər. Daha sonra müdafiəçilərin iştirakı ilə onun və Şahid4 üzərinə axtarış aparmağa başlandı. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da İlqardan aldığı 6 ədəd metadon həblərini əynindəki şalvarın sol yan cibindən çıxarıb təqdim edərək, narkotik vasitə metadon həbləri olduğunu, onları İlqardan istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin də istifadə etdiyi “Pluzz” markalı mobil telefonu, portmanatını da cibindən çıxarıb təqdim etmişdir. Üzərinə axtarış keçirildikdə şalvarının cibindən 1 ədəd salfetdən başqa hər hansı predmet və əşya olunmamışdır. Üzərindən aşkar edilmiş 6 ədəd həblər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,45 qram olmuşdur. Sonra aşkar olunmuş 6 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlamış və möhürləmişlər. Zərfin üstünü o və müdafiəçisi İntiqam Hüseynov imzalamışdır. Bundan sonra Şahid4 üzərinə də şəxsi axtarış keçirilmiş, Şahid4 əynindəki şalvarın cibindən 4 ədəd həbləri çıxarıb təqdim edib, narkotik vasitə metadon həbləri olduğunu, onları üzdən tanıdığı şəxsdən istifadəsi üçün alıb saxladığını bildirmişdir. O həmçinin də əynindəki şalvarın ciblərindən 1 ədəd mobil telefon və 1 ədəd pul əskinası çıxarıb təqdim etmişdir. Şahid4 üzərindən aşkar edilmiş 4 ədəd metadon həbləri də elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,69 qram olmuşdur. Sonra aşkar olunmuş 4 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlamışlar və möhürləmişlər. Zərfin üstünü Şahid4 və müdafiəçisi imzalamışlar. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmış, axtarış aparılması barədə protokol yazıb onlara oxunmuş, protokolu onlar və başqa iştirakçılar imzalamışlar. Bildirirəm ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir və narkotik vasitələrin satışı ilə məşğul olmur. Bundan başqa polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Narkotik vasitə olan metadon həbləri onun özünə məxsusdur. » Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Əməliyyat qrupuna polis nəfərləri Şahid3 və Şahid2 daxil edilmişlər. 20 iyul 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs və Şahid4 Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 06 ədəd həb çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd həbləri tanışı Şahid4 istifadəsi üçün aldığını bildirmişdir. Üzərində aşkar edilmiş portmanatdan 02 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra həmin həblər zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarışın davamı olaraq Şahid4 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. O da əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 04 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Daha sonra həmin həblər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəyi Şahid4dur. Nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 20 iyul 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs və Şahid4 Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 06 ədəd həb çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd həbləri tanışı Şahid4 istifadəsi üçün aldığını bildirmişdir. Üzərində aşkar edilmiş portmanatdan 02 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra həmin həblər zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarışın davamı olaraq Şahid4 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. O da əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 04 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Daha sonra həmin həblər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsində göstərmişdirki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 20 iyul 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs və Şahid4 Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 06 ədəd həb çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd həbləri tanışı Şahid4 istifadəsi üçün aldığını bildirmişdir. Üzərində aşkar edilmiş portmanatdan 02 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra həmin həblər zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarışın davamı olaraq Şahid4 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. O da əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 04 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Daha sonra həmin həblər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 58-61-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli, 19/560 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,24 qramdır. (bir həbdə 0,04 qr). Ekspertiza tədqiqatınən dəyəri 65 manatdır. Cinayət işinin 112-113-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 iyul 2024-cü il tarixli, 674 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin 114-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 iyul 2024-cü il tarixli, 603 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 40-42-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs və Şahid4 20 iyul 2024-cü il tarixdə saat 04:00-da Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində birlikdə olduqları zaman saxlanılmış, üzərlərinə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığından Lənkəran ŞRPŞ-nə gətirilmişlər və gətirildikdən sonra göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışa başlandıqda əvvəlcə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 6 ədəd həb çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd həblərin narkotik vasitə metadon həbləri olduğunu, narkotik vasitə metadon qəbul etdiyini, üzərindən aşkar edilmiş 6 ədəd həbləri tanışı Şahid4 istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi portmanatda 2 ədəd 1 manatlıq pul əskinasları aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 6 ədəd həbdən başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimdən keçirilən şəxsi axtarış zamanı onun əynindəki şalvarın arxa cibindən 1 ədəd salfet aşkar edildi, üzərindən başqa hər hansı əşya, predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş metadon həbinə bənzər həblər elektron tərəzidə çəkildi, ümumi çəkisi 2,45 (iki tam yüzdə qırx beş) qram oldu. Həmin metadon həblərinə bənzər həblər ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırıldı və DİN-nin 135 saylı möhürü ilə möhürləndi. Bundan sonra şəxsi axtarış hərəkətinin davamı olaraq Şahid4 təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Şahid4 əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 4 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə metadon həbləri olduğunu bildirdi. Şahid4 təqdim etdiyi həmin 4 ədəd həbdən başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdi. Bundan sonra Şahid4 üzərinə tərəfimdən keçirilən şəxsi axtarış zamanı onun üzərindən hər hansı əşya, predmet aşkar edilmədi. Şahid4 aşkar olunaraq götürülmüş metadon həbinə bənzər 4 ədəd həblər elektron tərəzidə çəkildi, ümumi çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram oldu. Həmin metadon həblərinə bənzər həblər ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırıldı və DİN-nin 135 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd portmanat, 1 ədəd salfet, 2 ədəd pul əskinası və Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən özlərinə qaytarıldı. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd “Pluzz” markalı və Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd “Nokia” markalı mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar ola biləcəyindən götürüldü. Şifahi sorğu zamanı Şahid4 bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə metadon həblərini öz istifadəsi üçün 2 gün əvvəl üzdən tanıdığı şəxsdən bir ədədini 6 manata olmaqla almış və saxlamışdır. Şəxsi axtarış keçirilərkən polis serjantı Şahid3 tərəfindən videoçəkiliş aparılaraq görüntü protokola əlavə olunması üçün DVD diskə köçürüldü. Bu da, bir daha təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs və Şahid4 törətdiyi cinayət əməllərini sübut edir. Cinayət işinin 137-141-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 02 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 137-141-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, 76 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının 1 il 9 ayını çəkmiş, cəzasının çəkilməmiş 6 ay 28 günü qalmışdır. Cinayət işinin 135-136-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 23 ünvanında arvadı, xx.xx.2013-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, yaşadığı müddətdə ailə üzvlərinə və sakinlərə münasibəti qənaətbəxş olmuş, barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 17-18-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutma protokoldan görünür ki, 20 iyul 2024-cü il tarixdə, saat 04:30 dəqiqədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 104-109-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(049)-255/2024 nömrəli hökmündən görünür ki, Şahid4 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli Göstərişindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(049)-255/2024 nömrəli hökmü 08 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinin 158-163-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0,20 qram çəkidə 5 ədəd narkotik vasitə metadon maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və preyudisial qaydada müəyyən edilmiş məhkəmə hökmü ilə mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 111-ci qrafasına əsasən 0,02 qram narkotik vasitə metadon xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadonun miqdarı 0.24 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumkluq ödənilmiş hesab edirlir. Hazırda Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 28 gün müddətinin çəkilmədiyi müəyyən olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə narkotik vasitənin şəxsi istehlak miqdardından az miqdarda çox olmasını müəyyən etsə də, yuxarıda sadalanan cinayət qanunvericilyinin normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa da əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 ay 28 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 22 iyul 2024-cü il tarixli, 674 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.20 qram qalıq çəkisi olan 5 ədəd narkotik vasitə metadon CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 ay 28 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3 ay 14 gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.20 qram qalıq çəkisi olan 5 ədəd narkotik vasitə metadon məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-24/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-24/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver