Məhkəmə qərarları › İş №1(049)-240/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-240/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-240/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Səttarxan küçəsi ev 132-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 01 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,161 qram, 0,204 qram, 0,152 qram və 0,219 qram, ümumi təmiz çəkisi-0,736 qram olan ağ rəngli kristal formada olan eyni tərkibli psixotrop maddə metamfetamini edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 20:00-da Lənkəran şəhəri, F.Məmmədov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Classic” markalı siqaret qutusunun içərisində saxladığı qeyd olunan bükümlərdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Əldə etdiyi metamfetamini Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bədənində ağrılar olduğuna görə metamfetamin istifadə edir. 01 fevral 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran rayonu, Sütəmurdov kəndində, dəmir körpünü keçdikdən sonra çay qırağında, üzdən tanıdığı, adını Ceyhun kimi bildiyi şəxsdən 20 manata dörd bükümdə metamfetamin almışdır. Həmin günü, saat 20 radələrində, yaşadığı evin yaxınlığında, Lənkəran şəhəri F.Məmmədov küçəsində piyada gedərkən yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan gödəkcənin sağ yan cibində, “classic” siqaret qutusunun içərisində saxladığı 4 bükümdə metamfetamini və gödəkcənin sağ yan cibindən “samsung” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməlindən son dərəcə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi məlumat əsasında cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmışdır. 2023-cü ilin fevral ayının 1-də, saat 20:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri F.Məmmədov küçəsində piyada hərəkətdə olarkən saxlayıb Lənkəran ŞRPŞ-yə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstündə vəkilin və əməliyyat tədbirinin iştirakçıları kimi onların iştirakı ilə şəxsi axtarış aparmağa başlamış və şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd üzərində “Classic” sözləri yazılmış siqaret qutusunu və gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisində 4 bükümdə metamfetamin olduğunu, həmin bükümləri saxlanılan günü Lənkəran rayonu Sütəmurdov kəndində adını “Ceyhun” kimi bildiyi şəxsə 20 manat verərək aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 109-111ci vərəqlərində olan ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsinə dair məlumat əsasında cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmışdır. 2023-cü ilin fevral ayının 1-də, saat 20:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri F.Məmmədov küçəsində piyada hərəkətdə olarkən saxlayıb Lənkəran ŞRPŞ-yə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstündə vəkilin və əməliyyat tədbirinin iştirakçıları kimi onların iştirakı ilə şəxsi axtarış aparmağa başlamış və şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd üzərində “Classic” sözləri yazılmış siqaret qutusunu və gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisində 4 bükümdə metamfetamin olduğunu, həmin bükümləri saxlanılan günü Lənkəran rayonu Sütəmurdov kəndində adını “Ceyhun” kimi bildiyi şəxsə 20 manat verərək aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 113-115ci vərəqlərində olan ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının 1-də aldığı əməliyyat məlumatlarında ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, özü həmin maddələrdən qəbul etməsi, üzərində saxlaması və daşıması göstərilmişdir. Əməliyyat marağı kəsb edən məlumatın alınması barədə müvafiq qaydada şöbə rəhbərliyinə məruzə edəndən sonra, həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərar təsdiq olunandan sonra onun rəhbərliyi altında Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvlərini təlimatlandırandan sonra birlikdə əraziyə çıxıb Təqsirləndirilən şəxs olduğu ərazilərdə müşahidələr aparmağa başlamışlar. Müşahidələr apardıqları zaman saat 20:00-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri F.Məmmədov küçəsində piyada hərəkətdə olmasını aşkar etmişlər. Bir qədər müşahidələrini davam etdirəndən sonra münasib məqam seçib, Təqsirləndirilən şəxs aradan çıxmaması üçün gözlənilməzliyi təmin etməklə Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamışlar. Bundan sonra o, özlərini polis əməkdaşları kimi təqdim edib, Saleh Abdulayevdən kimliyini soruşmuşdur. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək ünvan 3 ünvanında qeydiyyatda olub T.Abdullayev küçəsində ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə alınmış əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbiri keçirilməsi qərara alınıb, qəbul edilmiş qərara əsasən saxlanılır, araşdırmanın davam etdirilməsi üçün onlarla polis şöbəsinə getməlidir. Təqsirləndirilən şəxs əvvəl sərbəst buraxılmasını xahiş etməyə başlamış, buna baxmayaraq, polis şöbəsinə getmək barədə tələblərin qəti olduğunu bildirəndən sonra razılaşıb onlarla avtomobilə oturub Lənkəran ŞRPŞ-yə gəlmişdir. Saxlanıldığı yerdən polis şöbəsinə gətirilib üstündə şəxsi axtarış aparılanadək nəzarət altında olduğuna görə Təqsirləndirilən şəxs üstündən nə isə atmaq imkanı olmamışdır. Əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin polis şöbəsinə gətirilməsi barədə şöbə rəhbərliyinə məruzə ediləndən sonra araşdırmanın davam etdirilməsi təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Baxşəli Rufullayevə tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarını elan edib vəkil dəvət etmiş, vəkil Bəhram Muxtarovun iştirakı ilə hüquqlarını izah etmişdir. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılacaqdır, sonra vəkilin və əməliyyat tədbirinin iştirakçıları kimi onların iştirakı ilə şəxsi axtarış aparmağa başlamış və şəxsi axtarışın əvvəlində Təqsirləndirilən şəxs təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd üzərində “Classic” sözləri yazılmış siqaret qutusunu və gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisində 4 bükümdə metamfetamin olduğunu, həmin bükümləri saxlanılan günü Lənkəran rayonu Sütəmurdov kəndində adını “Ceyhun” kimi bildiyi şəxsə 20 manat verərək aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı aşkar edilən sellofan bükümləri onlara göstərəndə sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr olduğunu görmüşlər. Götürülən maddələrin çəkilərini müəyyən etmək üçün həmin maddələri təhqiqatçı özünün elektron tərəzisində çəkmiş və məlum olmuşdur ki, metamfetaminə bənzər maddələr olan dörd ədəd sellofan bükümlərin ümumi çəkisi isə 0,81 qramdır. Şəxsi axtarış zamanı təhqiqatçının tapşırığı ilə videoçəkiliş polis nəfəri Şahid2 tərəfindən aparılmışdır. Təhqiqatçı götürülən metamfetaminə bənzər dörd bükümü bir kağız zərfə qoyub zərfi bağlamış, möhürləmiş, üstündə yazılı qeydlər aparmış, zərflər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışın sonunda təhqiqatçı iştirakçılara müraciət edərək kimin sualı olduğunu soruşmuş, müdafiəçi kimi iştirak edən vəkil X5 Abdullayevə sual verərək, ona qarşı qanunsuz təsir olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir qanunsuz təsirə məruz qalmadığını, polis əməkdaşlarından şikayətinin olmadığını bildirmişdir. Videoçəkiliş dayandırılandan sonra təhqiqatçı protokol tərtib etmiş, protokol bütün iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 çəkdiyi videogörüntüləri bir ədəd diskə köçürərək təhqiqatçıya vermişdir. Vətəndaş Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanandan sonra psixotrop maddəni hansı mənbədən əldə etməsini, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş, keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, eyni zamanda psixotrop maddələr satmasına dair faktlar, psixotrop maddə satdığı şəxslər barədə sübut əhəmiyyətli məlumatların alınması mümkün olmamışdır. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş DVD-R diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üstündə şəxsi axtarış aparılan zaman üstündə qanunsuz saxlanıları təqdim etmək barədə təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd “Classic” markalı siqaret qutusunu və gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb stolun üstünə qoymaqla təqdim edir. Təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs bildirir ki, siqaret qutusunun içərisində dörd ədəd sellofan bükümdə olan maddələr metamfetamindir. Götürülən maddələrin çəkilərini müəyyən etmək üçün təhqiqatçı tərəfindən dörd ədəd sellofan bükümdə olan maddələrin ümumi çəkisi isə 0,81 qram müəyyən edilir. Götürülən içində metamfetaminə bənzər maddələr olan bükümlər kağız zərfə qablaşdırılır, möhürlənir və imzalanır. Təqsirləndirilən şəxs suallara cavabında üstündən götürülən maddələri Lənkəran rayonu Sütəmurdov kəndində “Ceyhun” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirir. Cinayət işinin 45-46-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli, 19/144 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,161 qr; -0,204 qr; -0,152 qr; -0,219 qr; ümumi təmiz çəkisi: -0,736 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatlarının dəyəri 60 manatdır. Cinayət işinin 48-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq məhkəmənarkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 113№-li rəyinə əsasən, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-117-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş dörd ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,736 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs şəxsi axtarışının 01 fevral 2023-cü il tarixdə çəkilmiş videoyazısı olan bir ədəd DVD-R formatlı disk maddi sübut qismində tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0.736 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-84-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 93-95-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttarxan küçəsi ev 132-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında arvadı, 2011 və 2013-cü il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, tüfeyli həyat tərzi keçirmiş, ailə üzvləri ilə münasibətləri normal olmamışdır. Cinayət işinin 98-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşaığının olması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış psixotrop maddənin miqdarını, eyni zamanda toksikomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 113 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.536 qram qalıq çəkisi olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD-R disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.536 qram qalıq çəkisi olan metamfetamin məhv edilsin, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar