Məhkəmə qərarları › İş №1(049)-240/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-240/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-240/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Mübariz oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Lənkəran rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 05 noyabr 2024-cü il tarixdə, saat 17.32-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağir zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 mart 2024-cü il tarixdə, saat 21 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus, "VAZ 2106 minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi istiqamətindən Həzi Aslanov küçəsi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinə əsasən, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq,avtomobili Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi istiqamətindən Həzi Aslanov küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq,yəni 80-90 km/saat sürətlə idarə edərkən hərəkətin təhlükəsizliyini təmin edə bilməyib,yol həıəkəti qaydalarını pozaraq,yolun hərəkət hissəsinin sol kənarından sağ kənarına keçmək üçün asfaltın üzərində düz xətt boyunca bir-birinin arxasınca piyada adi yerişlə hərəkət edən xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Mübariz oğlu və xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ayaq üstə yolun hərəkət hissəsinin sol kənarından sağ kənarına doğru 7,8 metr məsafədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, minik avtomobilinin xarici qabarıq hissələrinin güclü zərbələri nəticəsində Zərərçəkmiş şəxs1 Mübariz oğlunun ehtiyatsızlıqdan sol bud sümüyünün distal ucunun oynaqdaxili sınığı,sağ baldır sümüklərinin oynaqdaxili sınığı,sol bazu sümüyünün boynunun sınığı, İ bel fəqərə cisminin və yan çıxıntısının sınığı,sol İ metakarp əsasının oynaqdaxili sınıqları, sol bud- çanaq oynağında güclü dərəcədə kəskin nəzərə çarpan kontraktura (bükülmə 60,açılma 45,uzaqlaşdırma 35), sağ diz oynağında güclü dərəcədə kəskin nəzərə çarpan kontraktura ilə nəticələnən dərəcəsinə görə ümumi əmək qabliyyətinin üçdə bir hissəsindən az olmamaqla daimi (35-40% ) itirilməsi ilə əlaqədar sağlamlığa agır zərər vurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sağ gicgah sümüyünü kəllə əsasına keçən xətti sınığı,sol təpə sümüyünün xətti yerdəyişməmiş sınığı,sağ beyin yarımkürəsinin gicgah-təpə payının hemoragik əzilməsi,hər iki beyin yarımkürəsinin təpə payları üzərində subaraxnoidal qansıxma,sağ baldır sümüklərinin açıq sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü əvvəl qismən, daha sonra tam təqsirli bilərək göstərmişdir ki, hadisə zamanı avtomobilini sürətlə sürməmiş, güclə 50 km/saatda idarə etmişdir. Hərəkətdə olduğu zaman qarşıdan gələn avtomobilin işıqları gözünə düşmüş, bundan sonra qabağına maneənin gəldiyini görmüşdür. Hadisə xx.xx.2024-cü il tarixdə, axşam saat 09-a işləyəndə baş vermişdir. Həmin gün **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və Lənkəran şəhəri Z.Əliyeva küçəsindən polis yoluna dönmək istəmişdir. Avtomobilini 45-50 km/saat sürətlə idarə etmişdr. Həmin ərazidə hərəkətin sürəti 60 km/saatdır. O, zərəçəkmiş şəxsləri əvvələr tanımış və onlarla ədavəti yoxdur. Hadisə zamanı hava tam qaralmamış, yol quru olmuş, yağış yağmamışdır. O, zərəçəkmiş şəxsləri avtomobili ilə vurduqdan sonra Farizin onun avtomobilinin qarşısında olduğunu, Raminin isə xəndəyə düşdüyünü görmüşdür. Hadisədən sonra TTY avtomobilini dəvət edib zərəçəkmiş şəxsləri xəstəxanaya yola salmışdır. Avtomobilində tək olmuşdur. Zərərçəkmiş şəxslərin müalicəsinə 10000 mantdan çox pul sərf etmişdir. Verilən sullara cavab olaraq bildirmişdir ki, nə səbəbdən idarə etdiyi avtomobilin sürətinin 80-90 km/saat göstərdiyini müstəntiqdən soruşduqda, sonuncu cavabında bildirmişdir ki, “sürət belə göstərilir”. Lakin, müstəntiqin qərarından şikayət etməmişdir. Qarşıdan gələn avtomobilin işıqları gözünə düşdükdən sonra avtomobilinin sürətini azaltsa da, tam dayandırmamışdır. Sürücülük vəsiqəsini 1974-cü ildə almışdır. Əlavə olaraq bildirmişdir k, hazırda o, zərəçəkmiş şəxslərlə barışmış, onlara vurduğu ziyanı ödəmiş, sonuncular ondan şikayətçi və tələbkar deyillər, buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Digah kəndində yaşayır. Onun "BC" kateqoriyalı sürücülük vəsiqəsi və “VAZ-2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, idarə etdiyi həmin avtomobili ilə 14 mart 2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində Şəhidlər Xiyabanı küçəsi istiqamətindən, Həzi Aslanov küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman qəflətən iki nəfər şəxsin yolun sol kənarından sağ kənarına tərəf, piyada hərəkətdə olduqlarını görmüş və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə onları vurmuşdur. Piyadanın biri yolun sağ kənarında yerləşən su arxına yıxılmış, biri isə maşının alın şüşəsinə dəyərək, qabaq qapotun üstündə qalmışdır. O, maşını təxminən 7 metr irəli sürüb saxladıqdan sonra həmin piyada maşının qapotunun üzərindən asfaltın üzərinə yıxılmışdır. O, dərhal maşından yerə düşmüş və su arxına yıxılmış piyadaya yaxınlaşmışdır. Sonra isə həmin piyadanı su arxından dartıb asfaltın üzərinə çıxartmışdır. Həmin vaxtı tanımadığı şəxslər onlara yaxınlaşmışlar. O, avtomobillə vurduğu 2-ci piyadanın yanına getmiş və həmin piyadanın asfaltın üzərində yıxılmış vəziyyətdə qaldığını görmüşdür. O, ətrafa toplaşmış şəxslərdən tez X8 zəng etmələrini xahiş etmişdir. Həmin şəxslərdən biri X8 zəng etmişdir. Bir neçə dəqiqədən sonra X11 maşınları hadisə yerinə gəlmişlər və maşınla vurduğu həmin iki nəfər şəxsi Lənkəran Mərkəzi rayon xəstəxanasına aparmışlar. Bir neçə dəqiqədən sonra polis işçiləri hadisə yerinə gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O, hadisə zamanı heç bir xəsarət almamışdır. O, həmin piyadaları hadisədən əvvəl təxminən 20 metr məsafədən görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin piyadalardan birinin adı Ramin, birinin adı isə Farizdir. Baş vermiş hadisə zamanı avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı ondan başqa avtomobilində heç kim olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli, özünün etirafı ilə yanaşı, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə olunmuş hadisə yerinin sxemi, fotoşəkillər, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 000378 nömrəli tibbi müayinə protokolu, məhkəmə-tibbi və məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının rəyləri, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 09 avqust 2024-cii il tarixli, 3-13-16-5/2-7062/2024 nömrəli məktubu, Lənkəran ŞRPŞ-nin 27 avqust 2024-cii il tarixli, 3-13-96/2-12681/2024 nömrəli məktubu, zərərçəkmiş şəxs və digər zərəçəkmiş şəxsin etibarnamə üzrə nümyəndəsinin ifadələri, həmçinin işin sair halları ilə tam subuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə yadında qalmamışdır, çünki, hadisədən sonra 15 gün koma vəziyyətində olmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini valideynlərinin ona verdiyi məlumatlar əsasında vermişdir. Daha sonra o, məhkəməyə imzası notarial qaydada təsdiqlənmiş ərizəsini təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. "xxxx" MMC-nin ünvan 2 vəzifəsində işləyir. Əvvəllər Zərərçəkmiş şəxs1 Mübariz oğlu ilə birlikdə "xxxx" MMC-nin Lənkəran rayon filialında işləmişdir. 14 mart 2024-cii il tarixdə, saat 21 radələrində Raminlə Lənkəran şəhəri H.Aslanov küçəsində görüşmüş və onlar piyada Z.Əliyeva küçəsi ilə Ş.Xiyabanı dairəsi istiqamətində, yolun sağ kənarında olan səki ilə yaşadıqları evə tərəf getməyə başlamışlar. Ramin Z.Əliyeva küçəsində yerləşən binaların birində yaşayır. Onlar Z.Əliyeva küçəsində Ş.Xiyabanı dairəsi istiqamətində yolun sol tərəfində yerləşən 78/9 saylı binanın bərabərinə çatanda, Ramin yolu keçib evinə gedəcəyini ona bildirmişdir. O da Raminə "mən də səninlə gedirəm, bir az "Dünya market" mağazasının qarşısında dayanıb söhbət edək, sonra evə gedərik" demişdir. Bundan sonra, o və Ramin Z.Əliyeva küçəsində Ş.Xiyabanı dairəsi istiqamətində yolun sağ kənarından asfaltın üzərinə çıxmışlar. Sonra isə hər iki tərəfdən avtomobillərin hərəkətdə olmadığını gördükdən sonra, onlar bir-birinin arxasınca, piyada, düz xətt boyunca, adi yerişlə yolun sol kənarına tərəf hərəkət etməyə başlamışlar. Həmin vaxtı Ramin qabaqda, o isə Ramindən bir addım arxada, Raminin arxasınca hərəkət etmişdir. Yolun sol kənarına çatmağa təxminən 4-5 metr qalmış sağ tərəfdən, yəni Ş.Xiyabanı dairəsi istiqamətindən, H.Aslanov küçəsi istiqamətində hərəkətdə olan bir maşının işığının gəldiyini görmüş və o, sağ tərəfə çevrilib baxan zaman, həmin avtomobil qabaq tərəfi ilə onu və Ramini vurmuşdur. O, zərbənin təsirindən huşunu itirmişdir. Təxminən 10-15 gündən sonra ayılanda Bakı şəhəri 1 saylı Kliniki xəstəxanada olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində Raminin qılçaları və qolu sınmışdır. Həmçinin ona məlum olmuşdur ki, onları vuran avtomobil “VAZ- 2106” markalıdır və həmin avtomobilin sürücüsü İzafət adlı şəxsdir. 30 aprel 2024-cü il tarixədək Bakı şəhəri 1 saylı X5 yatıb müalicə olunmuş və 01 may 2024-cü il tarixdə Lənkəran şəhərinə qayıtmışdır. Hadisə zamanı “VAZ-2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil 80-90 lcm/saat sürətlə hərəkətdə olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Mübariz oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, Ramin onun əridir. Yataq xəstəsi olduğu üçün əri məhkəmə iclasında iştirak edə bilmir. Əri zərəçəkmiş şəxslərlə barışmış, ona vurduğu ziyanı ödəmiş, təqsirləndirilən şəxsdən şikayətçi və tələbkar deyillər. Zərərçəkmiş şəxs1 Mübariz oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, heç bir yerdə işləmir. Əvvəllər Zərərçəkmiş şəxs2 ilə birlikdə "xxxx"un ünvan 4 ünvanında yaşayır. Fariz "xxxx"un ünvan 5şləyir. O, 14 mart 2024-cü il tarixdə, saat 21 radələrində X9 küçəsində görüşmüş və onlar piyada Zərifə Əliyeva küçəsi ilə Şəhidlər Xiyabanı dairəsi istiqamətində yolun sağ kənarında olan səki ilə yaşadıqları evə tərəf getməyə başlamışlar. X10 küçəsində, Şəhidlər Xiyabanı dairəsi istiqamətində, yolun sol tərəfində yerləşən 78/9 saylı binanın bərabərinə çatanda, o, Farizə "gecən xeyirə qalsın, mən yolu keçib yaşadığım evə gedirəm" demişdir. Fariz də ona "mən də səninlə gedirəm, "Dünya market" mağazasının yanında dayanıb bir az söhbət edərik, sonra mən evə gedərəm" demişdir. O da Farizlə razılaşmışdır. Farizin gözləri zəif gördüyü üçün gözlərinə linza taxır. Bundan sonra, o və Fariz, Zərifə Əliyeva küçəsində, Şəhidlər Xiyabanı dairəsi istiqamətində yolun sağ kənarından asfalt yola çıxmışlar və hər iki tərəfdən avtomobillərin hərəkətdə olmadığını gördükdən sonra piyada düz xətt boyunca, bir-birilərinin arxasınca, adi yerişlə yolun sol kənarına tərəf hərəkət etməyə başlamışlar. Həmin vaxt, o qabaqda hərəkət etmiş, Fariz isə ondan təxminən bir addım arxada, onun arxasınca hərəkət etmişdir. Yolun sol kənarına çatmağa təxminən 4-5 metr qalmış sağ tərəfdən, yəni Şəhidlər Xiyabanı dairəsi istiqamətindən Həzi Aslanov küçəsi istiqamətində hərəkətdə olan bir maşının işığı gözünə düşmüş və o, sağ tərəfə baxan zaman həmin avtomobil onu və Farizi vurmuşdur. O, zərbənin təsirindən asfalt yolun sol kənarında yerləşən su arxına yıxılmışdır. Həmin vaxtı onu və Farizi vuran avtomobilin bir neçə metr qabağa gedib dayandığını eşitmişdir. Bu zaman tanımadığı şəxslər onu su arxından çıxardıb asfaltın üzərinə uzatmışlar. Ətrafına toplaşmış tanımadığı şəxslərin danışdıqlarından ona məlum olmuşdur ki, Fariz ondan bir neçə metr qabaqda yerdə uzanıqlı vəziyyətdədir. Bir neçə dəqiqədən sonra X11 maşını və polis işçiləri hadisə yerinə gəlmişlər. Sonra isə onu və Farizi X11 maşınına qoyub Lənkəran Mərkəzi rayon xəstəxanasına göndərmişlər. Xəstəxanada həkimlər onu tibbi müayinədən keçirdikdən sonra məlum olmuşdur ki, sağ və sol ayağı, sol kürəyi, sol əli sınmışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Fariz koma vəziyyətinə düşüb və qulaqlarından qan gəlir. Səhərisi günü onu və Farizi X11 maşını ilə Bakı şəhərində yerləşən 1 saylı X7 xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, onu və Farizi vuran maşın “VAZ-2106” markalıdır və həmin maşının sürücüsü də onun tanıdığı İzafət kişidir. O, 06 aprel 2024-cii il tarixdə xəstəxanadan çıxmış və yaşadığı Lənkəran şəhərinə gəlmişdir. Hadisə zamanı “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. İşdə olan “Sərxoşluq hallarının bütün növlərinin təyini” haqında 000378 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə, saat 21:12 dəqiqədə tibbi müayinədən keçmiş və hadisə zamanı sərxoş olmaması müəyyən edilmişdir. İşdə olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi ekspertinin 24 iyun 2024-cü il tarixli, 568 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində-sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol təpə sümüyünün xətti yerdəyişməmiş sınığı, sağ beyin yarımkürəsinin gicgah-təpə payının hemoragik əzilməsi, hər iki beyin yarımkürəsinin təpə payları üzərində subaraxnoidal qansızma, sağ baldır sümüklərinin açıq sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aiddirlər. İşdə olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi ekspertinin 03 sentyabr 2024-cü il tarixli, 826 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Mübariz oğlunun bədəni üzərində-sol bud sümüyünün distal ucunun oynaqdaxili sınığı, sağ baldır sümüklərinin oynaqdaxili sınığı, sol bazu sümüyünün boynunun sınığı, İ bel fəqərə cisminin və yan çıxıntısının sınığı, sol İ metakarp əsasının oynaqdaxili sınıqları, sol bud-çanaq oynağında güclü dərəcədə kəskin nəzərə çarpan kontraktura (bükülmə 60, açılma 45, uzaqlaşdırma 35), sağ diz oynağında güclü dərəcədə kəskin nəzərə çarpan kontraktura aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər,o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla daimi (35-40 %) itirilməsi ilə əlaqədar sağlamlığa ağir zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 8/1625 nömrəli rəyindən görünür ki, “VAZ-2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Hüseynov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nın 09 avqust 2024-cii il tarixli, 3-13-16-5/2-7062/2024 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdə "B, C" kateqoriyalı BD421993 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar arasında olmadığı müəyyən olunmuşdur. İşdə olan Lənkəran ŞRPŞ-nin 27 avqust 2024-cii il tarixli, 3-13-96/2-12681/2024 nömrəli məktubundan görünür ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi yaşayış məntəqəsi daxilində olduğundan, avtomobillərə maksimum icazə verilən sürət 60 km/saatdır. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, “VAZ 2106 minik” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınması qərara alınmışdır. İşdə olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “VAZ 2106 minik” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təqsirləndirlən şəxsə təhvil verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş zərəşəkmiş şəxslərin imzaları notarial qaydada təsdiqlənmiş birgə ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı ödəmiş, ona qarşı heç bir şikayətləri yoxdur və gələcəkdə də olmayacaqdır. İşə əlavə edilmiş zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs1 teleqramı və ərizəsindən görünür ki, o, məhkəmə iclasını iştirakı olmadan keçirib işə xitam verilməsini xahiş etmiş, şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X13 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “VAZ 2106 minik” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutulub X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “VAZ 2106 minik” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X13 Şöbəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar