Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-241/2023 13.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 13 iyun 2023-cü il tarixdə, saat 12.55-də Lənkəran şəhərində xx xxxx 2005-ci ildə Lənkəran rayonu Şürük kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri M.P.Vaqif küçəsi ev 30 A-da qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx xxx 2001-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, 2-ci Qarabağ Müharibəsi iştirakçısı Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək, saxlamış və daşımışdır. Belə ki, o, 08 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə öz vəsaitləri hesabına Lənkəran rayonu Nərimanabad qəsəbəsində qurudulmuş marixuana əldə edib birlikdə qəbul etmək qərarına gələrək, bu məqsədlə özü 20 manat, Təqsirləndirilən şəxs1 isə 30 manat qoyduqdan sonra aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq 50 manat pul müqabilində Lənkəran rayonu Nərimanabad qəsəbəsində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,891 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışlar, həmin tarixdə o, narkotik vasitədən 1,519 qramını bir ədəd kağız bükümdə götürüb satış məqsədi olmadan istifadə etməkdən ötrü üzərində saxlamaqla daşımış, qalan bir ədəd kibrit qutusunda 6,372 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istifadə etməkdən üçün üzərində saxlamaqla daşımış, o, həmin gün saat 19:00-da Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında saxlanılaraq polis şöbəyə gətirilib üzərində şəxsi axtarış aparılarkən bir bükümdə həmin 1,519 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, həmin əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 08 yanvar 2023-cü il tarixdə saat 21:00-da Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd kibrit qutusunda ümumi 6,372 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edərək, saxlamış və daşımışdır. Belə ki, o, 08 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birgə öz vəsaitləri hesabına Lənkəran rayonu Nərimanabad qəsəbəsində qurudulmuş marixuana əldə edib birlikdə qəbul etmək qərarına gələrək, bu məqsədlə özü 30 manat, Təqsirləndirilən şəxs2 isə 20 manat qoyduqdan sonra aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq 50 manat pul müqabilində Lənkəran rayonu Nərimanabad qəsəbəsində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,891 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışlar, həmin tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitədən 1,519 qramını bir ədəd kağız bükümdə götürüb satış məqsədi olmadan istifadə etməkdən ötrü üzərində saxlamaqla daşımış, qalan bir ədəd kibrit qutusunda 6,372 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özü satış məqsədi olmadan istifadə etmək üçün üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs2 həmin gün saat 19:00-da Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən bir bükümdə həmin 1,519 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, həmin əməliyyat tədbirinin davamı olaraq o, 08 yanvar 2023-cü il tarixdə saat 21:00-da Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda ümumi 6,372 qram çəkidə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə qanunu nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə ay bundan əvvəl marixuanadan istifadə etməyə başlamışdır. Hal-hazırda istifadə etmir. 2023-cü ilin yanvar ayının Nərimanabad qəsəbəsində Möhübbətlə görüşüb çayxanada çay içdiyi zamanı Möhübbətə bildirmişdir ki, marixuana istifadə etmək istəyir. Çünki onunla birlikdə bir neçə dəfə marixuandan istifadə etmişlər. Möhübbətlə qərara gəlmişlər ki, gedib Habildən marixuana alıb, istifadə etsinlər. Habil onu tanımadığına görə onlara marixuana satmamışdır. Möhübbətlə qərara gəlmişlər ki, marixuana tapsa ona deyəcək və birlikdə pul qoyub onu alıb istifadə edəsəklər. 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yenidən qəsəbəyə getmiş və Möhübbətə demişdir ki, marixuana alıb birlikdə istifadə etmək istəyir. Bundan sonra o, Möhübbətə 20 manat vermiş, Möhübbət də 30 manatı üstünə qoymuş və Habildən 50 manata marixuana almışdır. O, 20 manatlıq dəyərində marixuana götürmüşdür. Qalanı da Möhübbətə vermişdir. Möhübbət demişdir ki, birlikdə çəksinlər. O görmüşdür ki, orada şərait yoxdur ona görə qalmamış və Lənkəran şəhərinə qayıtmışdır. Lənkəran şəhərində həmin narkotik vasitədən biraz istifadə etmişdir. Qalanı da onda qalmışdır. Həmin gün saat 18 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsindən polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının cibindəki bir ədəd kağız bükümdə marixuananı təqdim etmişdir. Polis əməkdaşı həmin marixuanaya baxmışdır. Polis əməkdaşı onun üzərindən aşkar etdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkmiş, sonra isə bükümü zərfə qoyub qablaşdırmış və zərfin üstünü imzalamışlar. Bu barədə protokol tərtib edilmiş və protokolu imzalamışlar. Daha sonra ondan izahat almışlar. Orada bildirmişdir ki, onlar razılaşaraq o, 20 manat, Möhübbət də 40 manat qoymuş və sonuncu gedib narkotik vasitə almışdır. Son sözündə bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Boksçudur. Başından zədə aldığı üçün əsəbi olmuşdur. Əsəblərini sakitləşdirmək üçün marixuanadan istifadə etmişdir. Cavan olduğunu nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək o, 2019-cu ildə hərbi xidmətə getmiş və 2020-ci ildə hərbi xidmətdə olduğu zaman Suqovuşanın azad olunmasına görə və vətən müharibəsi iştirakçısına görə medallarla təltif olunmuşdur. Həm də müharibədə kontuziya almışdır. Buna görə də, bir neçə ay bundan əvvəl qurudulmuş marixuanadan istifadə etmişdir. Onu Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan tanışı Habil Baxşiyevdən alır. 2023-cü ilin yanvar ayının ilk günlərində tanışı Təqsirləndirilən şəxs2 qəsəbəyə gələrək ona bildirmişdir ki, marixuana istifadə etmək istəyir. O Hüseynlə birlikdə əvvələr bir neçə dəfə marixuanadan istifadə etmişdir. O, Hüseynlə birlikdə özü Habilin yanına gedib marixuana almaq istəsə də, Habil Hüseyni tanımadığı üçün marixuana satmaqdan imtina etmişdir. Bundan sonra Hüseynlə qəsəbədə görüşüb ayrılmışlar. 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Hüseyn yenidən qəsəbəyə gələrək marixuana alıb birlikdə istifadə etmək məqsədilə ona 20 manat vermişdir. Özü də onun üstünə 40 manat qoyub Habildən bir kibrit qutusunda marixuana almışdır. Habildən qurudulmuş marixuananı alandan sonra qəsəbədə Hüseynin yanına gəlmişdir. Hüseynə demişdir ki, 50 manata almışdır. Kibrit qutusunu Hüseynə verib demişdir ki, istədiyi qədər götürsün. Hüseyn həmin marixuanadan biraz götürüb qalanı ona vermişdir. Onun fikri var imiş ki, Hüseynlə birlikdə marixuananı çəksin. Sonra işi çıxdığı üçün Hüseynlə ayrılmışlar. Həmin gün saat 21 radələrində Lənkəran şəhərinə gəlmək məqsədilə Göyşaban kəndində yolda olarkən bir neçə polis əməkdaşları onu saxlayıb Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin cibindəki bir ədəd kibrit qutusunda marixuananı təqdim etmişdir. Polis əməkdaşı həmin marixuanaya baxmışdır. Polis əməkdaşı üzərindən aşkar etdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkmiş və sonra həmin bükümü zərfə qoyub qablaşdırmış və zərfin üstünü imzalamışlar. Bu barədə protokol tərtib edilmiş və protokolu imzalamışlar. Daha sonra ondan izahat almışlar. O da izahatında olanları bildirmişdir. Sonra ona məlum olmuşdur ki, o tutulmamışdan əvvəl həmin gün polis əməkdaşları Hüseyni də tutmuşlar və onun üzərindən də, birlikdə əldə etdikləri qurudulmuş marixuananı götürmüşlər. Son sözündə bildirmişdir ki, törətdiyi əməldən peşmandır. İlk dəfə cinayət törətdiyini və Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin cinayəti etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokollar, videoçəkilişə dair disklər, götürülmüş maddi sübutlar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Bahəddin oğlu göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında, o və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 yanvar 2023-cü il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan ərazidə saxlanılaraq, Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən bir ədəd kağız büküm çıxarıb həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitəni Möhübbətlə birlikdə 20 manata özlərinin istifadələri üçün alımışlar. Həmin bir büküm maddə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin büküm zərfə qoyulmuş və həmin zərfin üzərinə möhür vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 da saat 21 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərindən 6,372 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 narkotik vasitəni birlikdə qəsəbə sakini Habil Baxşıyevdən almışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirtdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 ilə birlikdə özlərinin istifadələri üçün aldığını bildirmişdir. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid6 və ŞRPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 yanvar 2023-cü il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq, Lənkəran ŞRPŞ-yə gətirilmişdir. O, saxlanılan zaman onun yanında sonradan adının X5 olduğunu bildiyi şəxs olmuşdur. Polis Şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu açılaraq içərisinə baxdıqda orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Həmin bir kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin büküm zərfə qoyulmuş və həmin zərfin üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd büküm narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Habil adlı şəxsdən 75 manata alaraq istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 narkotik vasitəni birlikdə qəsəbə sakini Habil Baxşıyevdən alıb, istifadə etməkdən ötrü öz üzərlərində saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatlar yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid6 və ŞRPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid5 da Şahid4 ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 08 yanvar 2023-cü il tarixli, baxış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən bir bükümdə 2,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İşdə olan 08 yanvar 2023-cü il tarixli, baxış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə 8,85 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin ona məxsus olduğunu və Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Habil adlı şəxsdən istifadəsi üçün əldə etdiyini bildirmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 19/18 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -1,519 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 1,499 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 19/19 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -6,372 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 6,352 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 2 ədəd zərfdəki ümumilikdə 2 büküm marixuanalar bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Lənkəran şəhəri M.P.Vaqif küçəsi ev 30 A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində gəzdirməklə istifadəsi ilə məşğuldur, onların üzərindən aşkar olunaraq götürülmüş ümumi 7,891 qram narkotik vasitə olan qurudulmuş marixuananı Lənkəran rayonu Nərimanabad qəsəbə sakini X3 əldə etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələri satması barədə məlumatlar daxil olsa da, fakt təsdiqini tapmamışdır. İşdə olan xasiyyətnamələrdən görünür ki, hər iki təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşdə olan vəsiqələrin surətlərindən və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif və 15-ci batareyanın komandiri tərəfindən müsbət xarakterizə olunmuşdur. İşdə olan tutma protokollarından görünür ki, hər iki təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İşdə olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməklə onlar MSY-dən azad olunmuşlar. İşdə olan DİN BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışlar. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, hər iki təqsirləndirlən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, onlar göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və barələrində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmələr aşağıdakıları rəhbər tutmalıdırlar: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 tərəfindən cinayəti yetkinlik yaşına çatmayan zaman törətdiyini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini səmini etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Vətən müharibəsi iştirakçısı olmasını, əməlini səmini etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, yuxarıda sadalanmış cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb belə hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, cəzalarını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkmələri daha məqsədə uyğundur və onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, hər iki təqsirləndirlən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdırlar. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə bir bükümdə qalıq çəkisi 6,352 qram və 1 ədəd zərfdə bir bükümdə 1,499 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 60 manat, cəmi 120 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülıməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlağıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müalicə müəssisələrinə gedib-gəlməsi istisna olmaqla Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyatda alınsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zərfdə bir bükümdə qalıq çəkisi 6,352 qram və 1 ədəd zərfdə bir bükümdə 1,499 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 2 ədəd DVD disk iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 60 manat, cəmi 120 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
X8