Məhkəmə qərarları › İş №1(049)-241/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-241/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-241/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1958-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, pensiyaçı, 3-cü qrup əlil, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında 19 noyabr 2024-cü il tarixdə saat 16.21 - də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü ilin may ayının sonlarında istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını Lənkəran rayonu, Darquba kəndində yerləşən özünə məxsus olan torpaq sahəsində 02 ədəd dibçəkdə qanunsuz olaraq əkib, onlardan bitən 9 ədəd olub xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə həmin vaxtdan etibarən aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri xeyli miqdarda kultivasiya etmiş, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 19 iyun 2024-cü il tarixdə, saat 10:30 dəqiqədən etibarən iştirakı və icazəsi ilə Lənkəran rayonu, Darquba kəndində yerləşən ona məxsus olan torpaq sahəsinə baxış keçirilərkən oradan əkilib-becərilməsi qadağan olunmuş, boyu 15sm-20sm olan, xeyli miqdarda, 1 ədəd dibçəkdə 04 ədəd digər dibçəkdə 05 ədəd olmaqla cəmi 09 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumi təmiz çəkisi 0,244 qram olmaqla, əkildiyi dibçəklərdə kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, pensiyaçıdır. Ara-sıra narkotik vasitə marixuanadan istifadə edir, buna görə də Lənkəran rayonu Darquba kəndində yerləşən özünə məxsus olan torpaq sahəsində çətənə bitkilərini əkmək, becərmək və gələcəkdə qurudulmuş marixuana əldə edib istifadə etmək üçün özündə olan həmin toxumları əkmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını çay kənarında balıq tutan zaman tanış olduğu üzdən tanıdığı, lakin ad, soyadını bilmədiyi şəxsdən aldığı qurudulmuş marixuananın içərisində əldə etmişdir. Həmin əldə etdiyi toxumları 2024-cü ilin may ayının sonlarında iki ədəd dibçəkdə əkmiş və qulluq göstərmişdir. Həmin toxumları əkməyi barədə heç kimin məlumatı olmamışdır. 19 iyun 2024- cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Darquba kəndində yerləşən Zos adlanan ərazidə olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, onlarda qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməyi barədə məlumatları olduğunu ona bildirib, onun iştirakı ilə torpaq sahəsinə baxacaqlarını bildirmişlər. O, torpaq sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı əkdiyi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı torpaq sahəsində dibçəkdə əkdiyi və qulluq etdiyi 9 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. O, saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin gətirildikdən sonra ona qarşı heç kim zor tətbiq etməyib, heç kəs ona hədə-qorxu gəlməmişdir. Son süzündə isə məhkəməyə bildirmişdir ki, etdiyi əməldən peşmandır və onun bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli, öz etirafı ilə yanaşı şahidlərin ifadələri, torpaq sahəsinə baxış keçirilməsi haqqında protokol, baxış zamanı aşkar edilmiş 09 ədəd çətənə bitkiləri, istintaq hərəkətinin görüntülərinin əks olunduğu 01 ədəd DVD diski, məhkəməbioloji, məhkəmə narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə Darquba kəndi ərzazisində, Veləd çayının yuxarı hissəsinə aid ərazidə narkotik vasitələrinin əkilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuş, o da əməliyyat qrupunun üzvü kimi həmin ünvana getmiş, orada təqsirləndirlən şəxs tərəfindən çətənə bitikilərini əkib becərildiyini aşkar etmiş, bununla bağlı müvafiq tədbirlər görmüşlər. Sorşu zamanı Təqsirləndirilən şəxs bildrmişdir ki, narkotik vasitəni qəbul edən şəxsdir, çətənə bitkilərini özü çəkmək üçün əkmişdir. Hadisə yerində 9 kol aşakar edilmiş, baxış zamanı aqranom da onların yanında olmuşdur. Çətənə bitkilərinin təxmini hündürlüyü 25 - 30 sm. olmuşdur. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdəki Lənkəran şəhər-rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 19 iyun 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus Darquba kəndində yerləşən torpaq sahəsində narkotik xassəli “çətənə” bitkilərinin qanunsuz əkilibbecərilməsi barədə əməliyyat məlumatları almış və həmin tarixdə göstərilən şəxs barəsində alınmış məlumatların yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. İşdəki 19 iyun 2024-cü il tarixli baxış protokolundan görünür ki, Lənkəran rayonu, Darquba kəndində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə baxış keçirilmiş, baxış keçirilən ərazi Darquba kəndində Zos adlanan ərazidə yerləşən əkin sahəsi olmuş, baxış zamanı sözügedən torpaq sahəsində, ağaclıq ərazidə, kolların arasında Təqsirləndirilən şəxs əkdiyi 02 ədəd dibçəkdə tökmə torpaqda, hündürlüyü 15-25 sm. olan çətənəyəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olara suvarma işləri aparılmış, həmin çətənəyə bənzər bitkilər torpaqdan çıxarılmış və sayılaraq sayının 09 ədəd olması müəyyən edilmiş, baxışda iştirak etmiş aqronom həmin bitkilərə baxaraq onların çətənə bitkisi olmasını bildirmişdir. İşdəki xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Lənkəran rayonu Darquba kən Zos adlanan ərazisində yerləşən əkin sahəsinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs əkin sahəsində, 2 ədəd dibçəkdə, tökmə torpaqda hündürlüyü 15-25 sm olan çətənəyə bənzər 9-ədəd olan bitkilər aşkar edilmiş, aşkar edilmiş çətənəyə bənzər bitkilərin toxumu bir ay öncə torpağa toxum şəkilində əkilmiş, həmin çətənəyəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. İşdəki narkotik vasitələrin məhkəmə-bioloji ekspertizasının 20 iyun 2024-cü il tarixli, 19/499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və üzərində “Təqsirləndirilən şəxs əkin sahəsində 9 ədəd çətənə bitkisi....” sözlər və imzalar olan zərfin içərisində, ümumi sayı 9 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi -0,244 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir, bioloji komponenet tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqatdan sonra qalıq çəkisi,154 qr. təşkil eləyir. Ekspertiza xərci 65 manatdır. İşdəki məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin yanında DSMF-nin tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məhkumluq yoxdur. İşdəki “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus torpaq sahəsindən aşkar edilərək götürülmüş 09 ədəd, ümumi təmiz çəkisi 0,244 qram çətənə bitkiləri, videoçəkilişlərin yazıldığı 02 ədəd DVD-disklər maddi sübut kimi tanınmış və ekspertizadan qaytarılmış 09 ədəd, 0,244 qram çəkidə çətənə bitkisinin qalıq qalmış -0,154 qram qalığı saxlanması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, DVD disklər işə əlavə edilmişdir. İşdəki “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 66 yaşında olmaqla əməlindən peşman, pensiyaçı və 3-cü qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs etdiyi əməlindən peşmanşılıq keçirməsini, 3-cü qrup əlil olamasını və 66 yaşında olmasını nəzərə alınaraq cəzası cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, CM-nin 237.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə bərabər digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə məhz bunu, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,154 qram olan, 09 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn 65 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,154 qram olan, 09 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, videogörüntülər olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar