Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-242/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X34 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemi vasitəsilə 10 dekabr 2024-cü il tarixdə saat 12:15 - də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla barəsində məlumatlandırma icraatı tətbiq edilən tikili ilə bağlı irad təqdim etməmişdir. Belə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 14 avqust 2020-ci il tarixli, 297 nömrəli əmri ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsinə təyin edilməklə, 10 oktyabr 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməyə və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 14 avqust 2020-ci il tarixdə təsdiq edilmiş «Vəzifə təlimatı»na əsasən müvafiq ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət siyasəti və dövlət nəzarətinin həyata keçirilməsi, qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlərin keçirilməsi, normativ sənədlərin tələblərinin pozulması ilə bağlı faktların araşdırılması, pozuntu hallarının aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə ümumi rəhbərlik etməklə tikintiyə icazə sənədlərinin hazırlanması, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılması, cavablandırılması, icrası və lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək, bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil etmək, məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə, tikintisinə icazə verilən obyektlərə dair məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işləri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi fəaliyyət göstərdiyi dövrdə yaxın münasibətdə olduğu tanışı Şahid1 2021-ci ilin əvvəllərində ona müraciət edərək, 25 dekabr 2009-cu il tarixli çıxarış əsasında Lənkəran şəhəri, ünvan 1 ünvanında X12 xüsusi mülkiyyətində olan 0,06751 hektar torpaq sahəsində özü, Hünər Hadızadə və X20 rəhbərliyi ilə yarımzirzəmi, üç mərtəbə və mansarda mərtəbəsindən ibarət fərdi yaşayış evi inşa etmək istədiklərini bildirməklə, həmin tikinti obyekti ilə bağlı hazırlanmış tikinti layihəsini fərdi yaşayış evi kimi razılaşdırmasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin layihələrini sərbəst şəkildə razılaşdırmaq səlahiyyətinə malik olan vəzifəli şəxs kimi xidməti vəzifəsi ilə əlaqədar qulluq mövqeyinə görə ona göstərilən etimaddan qəsdən istifadə etməklə, 2021-ci ilin mart ayında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.13-cü bəndinə əlavə olunmuş cədvələ əsasən, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri üçün tikinti əmsalının yuxarı həddi (bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti) - 0,4, tikinti sıxlığının əmsalının yuxarı həddi isə (bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti) - 0,6 kimi nəzərdə tutulduğu halda, həmin hədlərdən daha çox, yəni tikinti əmsalı 0,62, tikinti sıxlığının əmsalı isə 3,99-ya bərabər olan, habelə, yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 9-cu bəndinə əsasən (barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi qəbul edilir) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində divarının ümumi hündürlüyü (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə rəsmi nəşr edilmiş AzDTN 2.7-2 «Yaşayış binaları. Layihələndirmə normaları»na əsasən torpağın planlaşdırma səviyyəsi – binanın səkisi ilə yer səthinin sərhədində səviyyəsi, binanın hündürlüyü – binanın səkisi və ya binaya bitişik torpağın planlaşdırma səviyyəsindən sonuncu mərtəbə örtüyünün alt səviyyəsinədək olan hündürlük qəbul edilir) 15,45 metr ölçüdə layihələndirilən fərdi yaşayış evinə 4,63 metr ara məsafəsinin tətbiq edilməli olduğu halda, layihədə daha az, yəni fərdi yaşayış evinin yola tərəf (şərq) istiqamətində torpaq sahəsinin sərhədinin üzərində, cənub istiqamətdə torpaq sahəsinin sərhədindən 0,9-1,47 metr məsafədə, qərb istiqamətdə torpaq sahəsinin sərhədindən 0- 2,6 metr məsafədə başqa torpaq sahələrinin sərhədlərinin yerləşməsinə baxmayaraq, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla, eləcə də, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.4-cü maddələri (80.1 mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü «0» səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. 80.4 - sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları»nın 3.6-cı bəndinin (binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır) tələblərinə zidd olaraq, memarlıq-planlaşdırma bölməsində yaşayış evinin 3,95 metr hissəsi torpağın planlaşdırma səviyyəsinin üst hissəsində, 1,3 metr hissəsi isə alt hissəsində layihələndirilməklə (yəni, əslində kürsü mərtəbəsi kimi) həmin mərtəbə yarımzirzəmi mərtəbəsi kimi qeyd olunaraq, +0 səviyyəsi isə torpağın planlaşdırma səviyyəsindən 3,95 metr yuxarıda göstərildiyi üçün ümumi hündürlüyü - 11,5 metr (12 metrdən az), mərtəbəliliyi isə - 3 kimi göstərilsə də, faktiki yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü isə 12 metrdən çox, yəni 15,45 metr olan tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri ilə bağlı qeyd edilən normativ hüquqi aktlara istinad olunmaqla və pozulan tələbləri dəqiq göstərib əsaslandırmaqla irad təqdim etməyərək, 2021-ci ilin mart ayında Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında X12 xüsusi mülkiyyətində olan torpaq sahəsində layihələndirilən yarımzirzəmi, üç mərtəbə və mansarda mərtəbəsindən ibarət fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma və baş planını şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd olaraq məlumatlandırma icraatı çərçivəsində təsdiq etməklə razılaşdırmış və tikinti layihəsini birbaşa Şahid1 təqdim etmişdir. Nəticədə əsl niyyətləri çoxmərtəbəli, çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olan, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş X25, Şahid1 və X29 tikinti işlərinin aparılmasına dair qanunsuz hüquq əldə etməklə, 2021ci ilin mart ayının sonlarından etibarən həmin ünvanda tikinti-quraşdırma işlərini aparmağa başlamış, bundan sonra onlar cinayətkar niyyətlərini davam etdirməklə 2022-ci ilin aprel ayınadək olan müddət ərzində ümumi sahəsi 4.060,1 kvadratmetr təşkil edən, yeddi mərtəbə və mansarda mərtəbəsindən ibarət çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının özbaşına tikintisini həyata keçirmişlər. Bununla da, Təqsirləndirilən şəxs ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla barəsində məlumatlandırma icraatı tətbiq edilən tikili ilə bağlı irad təqdim etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, onun vəzifəsi vətəndaşın təqdim etdiyi eskizi qəbul edib, həmin eskizdəki çatışmamazlıqları aradan qaldırıldıqdan sonra onu təsdiq etmək, daha sonra, həmin layihəni şəhərsalmaya təsdiq olunması üçün göndərmək, təsdiqlənmiş uyğunlaşdırma rəyi hazırlandıqdan sonra, tikilinin tikintisinə icazə verməkldən ibarət olmuşdur. Buna görə də o, ona təqdim olunmuş rəyi təsdiq edib poçt vasitəsilə şəhərsalmaya göndərməliydi. Lakin, vətəndaş ondan xahiş etmişdir ki, təsdiq etdiyi layihəni ona versin ki, tez bir zamanda şəhərsalmaya aparıb orada onu təsdiq etdirsin. Buna görə də, təsdiq etdiyi layihəni vətəndaşa vermiş, vətəndaş onu şəhərsalmaya apararaq orada təsdiq etdirmək əvəzinə, onun layihəsindən istifadə edib tikinti işlərini aparmışdır. Özünü məhz həmin layihəni vətəndaşa təqdim etməkdə təqsirli bilir. O, vətəndaşdan tikintinin dayandırılmasını tələb etsə də, dayandırmamışdır. Onlar vətəndaşa lazımi xəbərdarlıqlar da etmişlər. Şəhərsalmaya təsdiq olunması üçün olan layihələr onlardan təsdiqlənib ora getməlidir. Ay ərzində yüzlərlə layihələr təsdiqlənib. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, layihəni təsdiq etdikdən sonra hökmən şəhərsalma onu təsdiqləyib, uyğunluq rəyini onlara göndərməli idi. Ondan sonra tikintiyə icazə rəyi verməliydilər. İcazə rəyini icra hakimiyəti ilə onlar birlikdə verirlər. Qanunsuz tikilmiş bina, tikintisinə xüsusi icazə tələb olunan tikilidir. Buna görə də, onun tikintisi üçün şəhərsalmadan rəy alınmalı idi. Məlumtlandırma icrata tətbiq olunmalı tikililər torpaqdan 0 dan 12 metrədək hündürlükdə olan tikililərdir. Bu zaman onun dam hissəsi nəzərə alınmır. Məlumtlandırma icrata tətbiq olunmalı tikililərə görə birbaşa özü məsuliyət daşıyır, aşırımlar arası məsafə 6 metrə keçmirsə onlar tərəfindən baxılır, bütün tələblər yoxlanılır, onlar tərəfindən təsdiqlənib verilir ya da ki, 15 günə irad verilməzsə, vətəndaşın xeyrinə təsdiqlənmiş sayılır. 7+1 tikintisi üçün icazə tələb olunan layihələrə onu təsdiq etmək hüququ yoxdur. Ona təqdim olunmuş layihə 3+1 tikililərinə aid olmuşdur. Özünü bir daha ona görə günahkar sayır ki, layihəni, şəxsən əlbəəl vətədaşa vermişdir. Həmin şəxs ondan xahiş etmişdir vaxt itkisi olmasın, layihəni əlbəəl ona versin, buna görə də o, onu ona vermişdir. Həmin layihəni özü ilkin olaraq təsdiqlədikdən sonra, əlbəəl layihəni vermiş şəxsin həmin layihəyə düzəliş etmə ehtimalı olmur. Layihəni ona Hikmət təqdim etmişdi. Hikməti normal adam kimi tanıyır. Hünərlə ümumiyətlə görüşməmiş, çayxana məsələsi yadında deyil. Sənədlər təqdim ediləndə orada Hünərin adını görmüşdür. Hünərlə ümumiyətlə münasibəti olmayıb. Prokrorluqda, üzləşmədə onunla görüşmüşdür. O, Şahid1la bir yerdə iş görürdülər. Fariz Cabbarovla, Hikmətlə olanda görüşmüş, deyilənə görə tikintidən yaxşı anlayışı var və şərikdir. Farizi Hikmət xalası oğlu kimi təqdim etmişdi. Onlar onunla görüşəndə tikintinin 7 mərtəbəli olduğunu bilməmişdir. Şahid1 bilavasitə onun yanına gələn şəxs olmuşdur. Layihə məlumatlandırma icraatı tələblərinə uyğun olmadığı üçün ona uyğun qaydada təsdiq etmişdir. O layihədə imza və möhür var, onlar onundur. Layihənin birbaşa Hikmətə vermə səbəblərindən biri, onlardan şəhərsalma göndərilən layihələrin poçtdan sonra itmələri olmuşdur. Həm də vaxt itkisi var idi, xahiş elədi, ona görə də sənədi ona vermişdir. Həmin dövrdə bütün sifarişçilərlə bu hərəkətləri etməmiş, 1-2 istisna olmaqla layihəni əlbəəl vermişdir. Şəhərsalmadan müsbət cavab alınmadığın görüb, Hikmələ görüşüb ona öz iradını bildirmiş, Hikmət ona şəhərsalmadan narahat olmamağını bildirmişdir. Özü bilavasitə şəhərsalma ilə əlaqə saxlamış, oradan ona bildirmişlər ki, onlarda belə bir layihə yoxdur. Buna görə də qanunsuz tikili barədə onlar icra hakimiyəti başçısına məlumat vermişlər. Daha sonra bildirmişdir ki, o, qeyd olunan layihəni şəhərsalmaya təqdim etmək məqsədilə təsdiqləmişdir. Tikinti yarımzirzəmili olduğundan, onun hündürlüyü 12 metri keçmirdi. Həmin tikilini yarımzirzəmi kimi təsdiq etmişdir, o məlumatlandırma icratına aid deyildi. Yarımzirzəmi olmadan tikinti aparıldığı üçün etiraz etmiş, lakin tikintini aparanlar onun etirazına əhəmiyyət verməmişlər. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 14 avqust 2020-ci il tarixli 297 nömrəli əmri ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işlədiyi müddətdə, 2021-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayının ortalarınadək olan müddət ərzində çoxsaylı şəxslərdən yaşayış və qeyriyaşayış obyektlərində tikinti aparılmasına razılıq verilməsi, tikintiyə icazə sənədinin təsdiq edilməsi müqabilində rüşvət qismində pul vəsaitlərini aldığına görə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən barəsində cinayət işi başlanılmaqla 04 oktyabr 2022-ci il tarixdə həbs olunmuş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməyə və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 14 avqust 2020-ci il tarixdə təsdiq edilmiş «Vəzifə təlimatı»na əsasən müvafiq ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət siyasəti və dövlət nəzarətinin həyata keçirilməsi, qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlərin keçirilməsi, normativ sənədlərin tələblərinin pozulması ilə bağlı faktların araşdırılması, pozuntu hallarının aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə ümumi rəhbərlik etməklə tikintiyə icazə sənədlərinin hazırlanması, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılması, cavablandırılması, icrası və lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək, bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil etmək, məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə, tikintisinə icazə verilən obyektlərə dair məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işləri yerinə yetirmək və digər səlahiyyətlərə malik olmuşdur. ünvan 2 ünvanında yerləşən, X12 xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət yaşayış evinin tikilməsi ilə bağlı tikinti layihəsinin memarlıq planlaşdırma və baş planı bölmələri onunla razılaşdırılmış və tərəfindən təsdiq edilmişdir. Hünər Hadızadəni şəxsən tanımamış, onunla həmin işlə bağlı görüşən Şahid1 və bir neçə dəfə də sonuncunun yanında gəlmiş X29 olmuş, amma hər üçünün binanın inşasına faktiki rəhbərliyi həyata keçirdiklərini bilmişdir. Belə ki, 2021-ci ilin təxminən fevral-mart aylarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı X33 onun otaq telefonuna zəng edərək yanına Şahid1 gələcəyini, sonuncunun qəbul edib nə istədiyi barədə ona məlumat verməsini demişdir. Şahid1 onun xidməti otağına yaxınlaşmış, Hünər Hadızadəyə məxsus torpaq sahəsində yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət fərdi yaşayış evi inşa etmək fikrində olduqlarını bildirmiş və layihəninin karandaşla cızma-qara edilmiş nüsxəsini ona təqdim etmişdir. O, həmin layihə haqqında icra başçısına məlumatlandırmış və icra başçısı kompüterdə işləyib son variantı gətirdikdən sonra layihəni təsdiqləməsini və bundan sonra özlərinin Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi almalarını demişdir. O, bu barədə Şahid1 məlumat vermiş, təxminən 2021-ci ilin mart ayının ortalarında Şahid1 layihənin son variantını ona gətirib təqdim etmiş, o, layihənin sonuncu variantını təsdiq etməzdən əvvəl yenə də icra başçısına göstərmiş, sonuncu ona layihəni təsdiq etməsini, lakin özlərinin Şəhərsalma və Arxitektura Komitəsindən rəy almalarını bildirmiş, o da layihəni təsdiq edib, Şahid1 vermiş və icra başçısının sözlərini Şahid1 çatdırmışdır. Lakin, təxminən 2021-ci ilin aprel-may aylarında həmin ərazidə monitorinq apararkən Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alınmadan artıq tikinti işlərinin başlanıldığını görmüş, buna görə də, tikinti ərazisinə daxil olmuş, qarşısına yenə də Şahid1 və başqa bir neçə nəfər çıxmış, qalanlarını tanımamış, Şahid1 onu kənara çəkmiş, ona «Ay, Elgün, biz artıq işi başçı ilə həll etmişik, sən narahat olma.» sözlərini demişdir. O, işə gedib, otaq telefonu ilə icra başçısı ilə əlaqə saxlamış, uyğunluq rəyi alınmadan ərazidə artıq tikinti işlərinin başlandığını demiş, həmin vaxt icra başçısı tikintiyə mane olmamasını, Şahid1 və tanışlarının Şəhərsalma və Arxitektura Komitəsi ilə danışdıqlarını, uyğunluq rəyini gətirəcəklərini, sonra tikintiyə icazə sənədi verəcəklərini bildirmişdir. Lakin, 2021-ci ilin iyul ayının sonlarında şəhər ərazisində Memarlıq və tikinti şöbəsi tərəfindən monitorinqlər keçirilən zaman binanın yarımzirzəmi, üç mərtəbə və mansardalı deyil, mansardanın yerinə əlavə mərtəbə inşa edildiyini aşkarlamış, yəni şəhərsalma sənədlərinə uyğunluq rəyi olmadan tikinti işlərinin aparılması qalsın bir yana, artıq onun tərəfindən təsdiq edilmiş layihədən də kənara çıxılmışdır. Bununla bağlı o, icra başçısına məruzə etmiş və sonuncunun göstərişi əsasında 23 iyul 2021-ci il tarixdə torpaq sahəsinin mülkiyyətçisi Hünər Hadızadəyə icra başçısının birinci müavini Şahid3 tərəfindən məktubla müraciət edilərək tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edilmiş, bundan başqa həmin tarixli məktubla Şahid3 tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət edilmişdir. Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilmiş, qeyd edilən pozuntular sənədləşdirilmiş və Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə tikinti işlərinin dayandırılması qərara alınmışdır. Lakin, qərara əməl olunmadan tikinti işləri davam etdirildiyinə görə Hünər Hadızadənin barəsində cərimə tətbiq edilmiş, 24 noyabr 2021-ci il tarixdə Müfəttişliyin əməkdaşı Ağababa Hüseynov və icra hakimiyyətinin böyük məsləhətçisi Elvin Səmidovun iştirakı ilə tikintiyə baxış keçirilərkən məlum olmuşdur ki, obyektdə nöqsanlara yol verilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmuş, Tikintidə X11 Agentliyi tərəfindən verilmiş qərar və inzibati cəriməyə məhəl qoyulmadan tikinti işləri davam etdirilmişdir. Ağababa Hüseynov tərəfindən tikinti obyektində işlər dayandırılmış, lent və möhürlə möhürlənmiş, lakin buna baxmayaraq, binada tikinti işləri qanunsuz olaraq davam etdirilmiş və 2022-ci ilin aprel ayında tam yekunlaşdırmışdır. O, həmçinin bildirmişdir ki, iş materiallarında olan və ona təqdim edilən layihədə olan yazılar, imzalar və möhür əksləri onun tərəfindən icra olunmuş, bu hadisə 2021-ci mart ayında baş vermişdir. Əvvəlcədən tanıdığı Şahid1la münasibəti yaxşı olsa da, sonuncunu qəbul etməyi ona icra başçısı tapşırmış, layihə və müraciət rəsmi qaydada Memarlıq və tikinti şöbəsinə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş «Vəzifə təlimatı»nın sonunda adının qarşısında olan imza ona məxsus olmuş, təlimatı həmin vəzifəyə təyin olunduğu gün, yəni 14 avqust 2020-ci il tarixdə imzalamış, məlumatlandırma icraatı çərçivəsində inşa edilən tikinti obyektləri ilə bağlı tikinti layihələrini təsdiq etmək, yəni həmin layihələri müstəqil şəkildə razılaşdırmaq onun səlahiyyətinə aid edilmiş, bu səlahiyyətini həyata keçirmək üçün onun sərəncamına Memarlıq və tikinti şöbəsinə məxsus möhür verilmişdir. Faktiki hündürlük 12 metrdən, yerüstü mərtəbələrin sayı isə 3dən çox olduğu halda, layihədə «0» səviyyəsinin torpağın planlaşdırma səviyyəsindən 3,95 metr yuxarıda, ümumi hündürlüyün - 11,5 metr (12 metrdən az), mərtəbəliliyin isə - 3 kimi, yəni məlumatlandırma icraatının tələbləri çərçivəsində göstərilməsinə baxmayaraq, bu layihə məlumatlandırma icraatının tələblərinə uyğun olmamış, o, layihəni məlumatlandırma icraatı çərçivəsində təsdiq etməmiş, icazə tələb olunan tikinti obyekti olduğuna görə Şahid1 və tanışlarına gedib Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi almalarını demişdir. Lənkəran şəhəri ərazisində qüvvədə olan müfəssəl plan yalnız Liman şəhərində olmuş, digər ərazilər ilə bağlı müfəssəl plan hazırki vaxta kimi hazırlanmamış, ona görə də, tikinti obyektlərinin tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğu Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əsasən yoxlanılmış, həm bu qaydalar, həm də yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»da nəzərdə tutulan tələblər sözügedən layihədə pozulmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin qeyd edilən ünvanda tikintinin dayandırılması barədə 20 avqust 2021-ci il tarixli qərarı tikinti ərazisinə nəzarət etmək üçün məktubla Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olmuş, dərkənarla onun üzərinə yazılmış, bu qərardan sonra da, tikintinin davam etdirilməsi aşkar edildikdə bu barədə zəng edib şifahi qaydada Cənub regional tikinti müfəttişliyinin hansısa əməkdaşına məlumat vermiş, başqa hər hansı tədbir görməmiş, çünki bu qərar ilə bağlı hansı tədbirlərin görülməli olması ilə bağlı dəqiq mexanizm olmamışdır. Eləcə də, o, etiraf etmişdir ki, həmin layihənin Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsini özü təmin etməli olsa da, layihəni təsdiq etdikdən sonra birbaşa Şahid1 təqdim etmiş, əvvəlki ifadələrində layihəni təsdiq etdikdən sonra birbaşa Şahid1 verilməsini də icra başçısının tapşırığı əsasında etdiyini desə də, ola bilsin ki, fikrini düz ifadə etməmiş, əslində icra başçısı ona belə bir tapşırıq verməmiş, bunu etməkdə məqsədi tanışı Şahid1 və şəriklərinin işlərini bir az da olsa tezləşdirmək olmuşdur. Son sözündə qanun aliliyi və məhkəmənin ədalətinizə inandığını bildirib məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları, ekspertiza rəyi və cinayət işinin başqa materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elgünü tanıdığı üçün 3+1 tikilinin “çızma-qara”sını aparıb ona göstərmiş, Elgün həmin “çızma-qara”ya iradlarını bildirib ona düzəlişlər etmişdir. Elgünün tikilinin 7+1 olmasından məlumatı olmamışdır. “Cızma-qara” üçün Elgünə pul və s. verməmişdir. “Cızma-qara”nın yekun variantını Hünər Elgünün yanına aparmış və sonuncu da onu təsdiq etmişdir. Təstiq etmədə o, iştirak etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, layihənin təsdiq edilməsi vaxtı “biz artıq işimizi həll etmişik” ifadəsini Elgünə dediyini xatırlamır. Nə üçün tikilinin 3+1 əvəzinə 7+1 tikilmə səbəbini Hünər bilir, onun ondan xəbəri olmamışdır. Hazırda barəsində cinayət işi var və o, sadəcə bu işdə vasitəçi olmuşdur. Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, hələ tikinti başlamazdan bir il əvvəl Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə münasibəti yaxşı olmuş, bunu görə də təxminən 2021-ci ilin əvvəllərində o, Hünər Hadızadənin xahişi ilə Təqsirləndirilən şəxs zəng edib qəbuluna getmiş, dostu Hünər Hadızadənin mülkiyyətində olan torpaq sahəsində yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət fərdi yaşayış evi inşa etmək istədiklərini bildirmiş və layihənin Hünər Hadızadə ilə birlikdə etdiyi cızma-qarasını sonuncuya göstərmişdir. Təqsirləndirilən şəxs layihəni nəzərdən keçirib öz əlavələrini şifahi qaydada bildirmiş, həmin nöqsanları aradan qaldırdıqdan sonra yekun varinatı gətirməsini demişdir. Yekun varinatı təqdim edənədək bir neçə dəfə işlədiyi idarədə, bir dəfə isə Lənkəran şəhərində yerləşən «Məkan» çay evində Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs bu söhbətlər zamanı bəzi nöqsanları demiş, onlar da nöqsanları düzəltmişlər. Nəhayət, yekun variant hazır olanda Hünər Hadızadə ilə birlikdə aparıb layihənin təsdiq edilməsi üçün Təqsirləndirilən şəxs vermiş, sonuncu bir neçə gündən sonra layihəni təsdiq edib, onlara təhvil vermişdir. Bu layihənin təsdiq edilməsi müqabilində nə Təqsirləndirilən şəxs, nə də ki, icra başçısına o, Hünər Hadızadə və Fariz Cabbarov tərəfindən pul və ya başqa bir maddi nemət verilməmiş, yaxud belə vəd edilməmişdir. Nə o, nə Hünər Hadızadə, nə də ki, Fariz Cabbarov icra başçısı Taleh Qaraşovu əvvəllər tanımamış və sonuncu ilə münasibətləri olmamışdır. İcra başçısı Taleh Qaraşov yalnız 2024-cü ilin fevral-mart aylarında ona zəng etmiş və yanına çağırmışdır. O da həmin vaxt icra başçısının yanına getmiş, Taleh Qaraşov onu qəbul etmiş, Hünər Hadızadənin tikinti qanunvericiliyinin pozulmasına görə həbs olunduğunu, həmin binanın möhkəmləndirilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə məktub daxil olduğunu, bu işlə məşğul olmaq lazım olduğunu demiş və öz köməyini təklif etmişdir. Təqsirləndirilən şəxs ifadəsində guya Taleh Qaraşovun tapşırığı əsasında onu qəbul etməsi, Taleh Qaraşovun yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət tikinti layihəsini təsdiq etməsi ilə bağlı ona göstəriş verməsi, tikinti obyektinə gəldikdə ona «Ay, Elgün, biz artıq işi başçı ilə həll etmişik, sən narahat olma» sözlərini deməsi, sözügedən ünvanda özbaşına tikinti işlərinin aparılması barədə məruzə etdikdə Taleh Qaraşovun ona «sən narahat olma, qoy tiksinlər, Şəhərsalma və Arxitektura Komitəsi ilə danışıblar, uyğunluq rəyini gətirəcəklər, sonra tikintiyə icazə sənədini verərik» sözlərini deməsi özünün uydurması olmuş, ola bilər ki, Təqsirləndirilən şəxs cəza çəkdiyinə görə Taleh Qaraşova qarşı qərəzli mövqə tutmuşdur. Təqsirləndirilən şəxs nə ona, nə də ki, Hünər Hadızadə və Fariz Cabbarova bu layihə ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmələrini deməmiş, sonuncu bu layihəni məlumatlandırma icraatı qaydasında təsdiq etdiyini, təsdiq etdikdən sonra artıq tikinti işlərinə başlaya biləcəklərini bildirmişdir. Layihədən də görünür ki, həmin bina fərdi yaşayış binasıdır, yəni hündürlüyü 12 metri, mərtəbələrin sayı üçü, aşırımların uzunluğu 6 metri keçməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hünərin tikintisinin layihəsini o işləmişdir. Hünərlə yanvar ayında görüşmüş, Hünər ona sifariş vermiş, onlara qanuna müvafiq normalar, əmsal sıxlığı ilə bağlı bir sıra problemlərin olduğunu bildirmişdir. Bundan sonra layihəni düzəldib Hünərə vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ondan “cızma – qara” istəmişlər, o da, 3+1 tikilinin layihəsini tərtib etmişdir. O, onlara bildirmişdir ki, qanuna uyğun olmayan pozuntular vardır. Qrup şəklində ham ona demişlər ki, “sən layihəni çək, biz həll edəcəyik”. Onun layihəsini icra hakimiyəti yoxlayıb cavabı sifarişçiyə verməli idi. Onu baş memar təsdiq etməlidir. O, Elgünü əvvələr tanımamışdır. Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 2021-ci ilin fevral ayının ortalarında Hünər Hadızadə, Şahid1 və Fariz Cabbarov ilə Nərimanov rayonu ərazisində, metronun yanında yerləşən parkın içərisində görüşmüş, razılıqlarına əsasən o, yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət binanın layihəsini tərtib etməyi öhdəsinə götürmüş, təxminən 2021-ci ilin mart ayının ortalarında həmin layihəni tərtib etmiş, lakin özündə lisenziya olmadığına görə tanışı X7 hazır layihəni möhürləməsini xahiş etmişdir. Layihə Lənkəran Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla təsdiq edilmiş və onlar 2021-ci ilin mart ayından etibarən tikinti-quraşdırma işlərinə başlamış, bundan sonra xahişləri əsasında yeddi mərtəbə və mansarda qatından ibarət layihəni eyni qaydada hazırlayıb onlara təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, onun tərəfindən hazırlanmış yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət layihədə Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın, habelə, yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi və Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın tələbləri pozulmuşdur. Belə ki, «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.13-cü bəndinə əlavə olunmuş cədvələ əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri üçün tikinti əmsalının yuxarı həddi - 0,4, tikinti sıxlığının əmsalının yuxarı həddi isə - 0,6 kimi nəzərdə tutulur. Layihədən də görünür ki, yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət fərdi yaşayış binasının altında olan sahə 421,6 kvadratmetr (həmin ölçü layihənin baş planında əks olunmuşdur), planlaşdırılan ərazi, yəni X12 xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü isə 675,1 kvadratmetrə (həmin ölçü çıxarışda əks olunmuşdur) bərabərdir ki, həmin sahələr üzrə tikinti əmsalı da 0,62 təşkil etmiş və bu əmsal yolverilən həddən, yəni 0,4-dən böyük olmuşdur. Bundan əlavə tikinti sıxlığının əmsalını hesablamaq üçün əvvəlcə bina və qurğuların bütün yerüstü mərtəbələrinin ümumi sahəsini (həmin mərtəbələrə, kürsü mərtəbə və mansarda mərtəbəsi də aiddir) bilmək lazımdır. Layihədə kürsü mərtəbəsinə nisbətən (yarımzirzəmi kimi qeyd olunan) yuxarı mərtəbələrin çıxıntılı olması nəzərə alındıqda, tərtib edilmiş ölçülərə əsasən həmin mərtəbələrin, yəni 1, 2, 3 və mansarda mərtəbəsinin hər birinin 569,04 kvadratmetr olması müəyyən edilir və beləliklə bütün yerüstü mərtəbələrin ümumi sahəsi 2.697,76 kvadratmetr (569 x 4 + 421,6) təşkil edir ki, tikinti sıxlığı əmsalı da 3,99-a bərabərdir və bu da yolverilən həddi aşır. Göstərilən hədlər hesablanarkən binanın mərtəbələrinin xarici ölçülərinin sahəsi nəzərə alınır. O, həmçinin qeyd etmişdir ki, bu qaydada layihəni hazırlamasını ona Hünər Hadızadə, Fariz Cabbarov və Şahid1 sifariş vermiş, onların dediyi formada layihə hazırlamış, bu nöqsanları da bildirdikdə sonuncular icra hakimiyyəti ilə razılaşdıqlarını demişlər. Bu layihə yekun sənəd sayılmır, əgər icra hakimiyyəti təsdiq etməzsə, iradlar bildirirək layihəni geri qaytaracaqdı, o da nöqsanları aradan qaldıracaqdı, ona görə də layihəni bu qaydada hazırlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elgünü tanıyır, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək şəhər icra hakimiyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır. Onun Elgünün işi ilə bağlılığı olmamışdır. Lakin qanunsuz tikili gedirsə, bu barədə memarlıq şöbəsi tikinti aparana onun tikintisinin dayandırılmasını bildirir, memarlıq şöbəsi bildirəndən sonra tikinti aparılması dayandırılmırsa, icra hakimiyəti tərəfindən müvafiq məktublar hazırlanıb müvafiq qurumlara göndərilir. Verilən suallara cavab olaraq bildirmişdir ki, İcra hakimiyyətinin qanunsuz tikililərin dayandırma səalhiyəti yoxdur, onlar ancaq müvafiq qurumlara bu barədə məktublar göndərirlər. Elgün hazırki işdə adı çəkilən tikinti ilə bağlı ona sənəd verməyib. Layihədən xəbəri olmayıb. Hikməti, Hünəri tanımır, onlarla əlaqəsi yoxdur. Elgün Abdulayev tərəfindən o layihənin təsdiq olunması ilə bağlı ona məlumat verməyib. Həmin binanın tikintisi, tikintinin dayandırılıb-dayandırılmaması ilə bağlı məsələlərdə müvafiq qurumlara məktub hazırladıqdan sonra bilmişdir. O, Elgünün adından FHN-ə ünvanlanmış məktubları imzalayaraq göndərmişdir. Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 2017-ci ilin may ayının 30-dan 26 fevral 2024-cü il tarixədək şəhər icra hakimiyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır. Bundan sonra yaş məhdudiyyəti ilə əlaqədar təqaüdə çıxmış, 01 aprel 2024cü il tarixdən isə Lənkəran Dövlət Universitetində Mülki müdafiə qərargahının rəhbəri vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirmək istəyir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində icra başçısının birinci müavini, habelə hümanitar məsələlər, şəhər təsərrüfatı və iqtisadiyyat sahəsi üzrə müavinləri ştatları vardır. Birinci müavin kimi onun xidməti vəzifələrinə icra hakimiyyəti aparatında işlərin təşkili, qəbulların və kütləvi tədbirlərin keçirilməsi aid edilmişdir. İcra başçısının şifahi tapşırıqlarını yerinə yetirmək, şəhər ərazisində inşa edilməsi planlaşdırılan qeyri-yaşayış binaları və ya çoxmərtəbəli (icazə tələb olunan) yaşayış binaları ilə bağlı İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən təqdim edilən Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarına göndərilən məktubların imzalanması da onun səlahiyyətlərinə aid edilmişdir. 2021-ci ildə X4 şəhəri Əli Mehdizadə küçəsi (köhnə adı ilə ünvan 3 ünvanında yerləşən özünə məxsus torpaq sahəsində üç mərtəbə və mansardan ibarət yaşayış evinin tikilməsi ilə bağlı tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin icra hakimiyyətinin sabiq baş memarı Təqsirləndirilən şəxs ilə razılaşdırmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin sonlarında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətdiyinə görə tutularaq məhkəməyə verilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən eskiz layihəsi təsdiq olunduqdan sonra ərazidə tikinti işləri başlanılmışdır. 2021-ci ilin iyul ayının sonlarında şəhər ərazisində Memarlıq və tikinti şöbəsi tərəfindən monitorinqlər keçirilən zaman Hünər Hadızadənin üç mərtəbə və mansardalı deyil, mansardanın yerinə əlavə mərtəbə inşa etdiyini aşkarlanmış, bununla bağlı 23 iyul 2021-ci il tarixdə Memarlıq və tikinti şöbəsinin məlumatı əsasında tərəfindən torpaq sahəsinin mülkiyyətçisi Hünər Hadızadəyə məktubla müraciət edilərək tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa həmin tarixli məktubla tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin rəisi Cəbrayıl Xanlarova Azərbaycan Respublikası Prezidentinin 22 may 2015ci il tarixli 533 nömrəli fərmanın tələblərinə əsasən «Tikinti işlərinin dayandırılması Qaydası»na uyğun müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi ilə bağlı müraciət edilmişdir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilmiş və torpaq sahəsinin mülkiyyətçisi X24 Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə əks olunmuş üç mərtəbə və mansarda tikilməsi nəzərdə tutulmasına baxmayaraq, mansardanın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri apardığı müəyyən edilmişdir. Qeyd olunan pozuntular Tikintidə X11 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən sənədləşdirilmiş və FHN-nin Tikintidə X11 Agentliyinin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə tikinti işlərinin dayandırılması qərara alınmışdır. X43 tikintinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli qərara əməl olunmadan tikinti işlərini davam etdirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir və həmin protokol əsasında Agentliyin rəisinin qərarı ilə Hünər Hadızadənin barəsində cərimə tətbiq edilmişdir. 24 noyabr 2021-ci il tarixdə Müfəttişliyin əməkdaşı Ağababa Hüseynov və icra hakimiyyətim əməkdaşı Elvin Səmidovun iştirakı ilə tikintiyə baxış keçirilərkən məlum olmuşdur ki, vətəndaş obyektdə nöqsanlara yol vermiş, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmuş, Tikintidə X11 Agentliyi tərəfindən veririlmiş xx.xx.2021-ci il tarixli qərar və xx.xx.2021-ci il tarixli inzibati cəriməyə məhəl qoymadan tikinti işlərini davam etdirilmişdir. Onlar tərəfindən tikinti obyektində işlər dayandırılmış, lent və möhürlə möhürlənmişdir. Lakin buna baxmayaraq, Hünər Hadızadə binada tikintini davam etdirmiş və 2022-ci ilin aprel ayında tikintini tam yekunlaşdırmışdır. İşdəki məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş layihənin baş planında fərdi yaşayış evinin tikintialtı sahəsi 421,6 kvadratmetr olmaqla, yola tərəf (şərq) istiqamətində torpaq sahəsinin sərhədinin üzərində, cənub istiqamətdə torpaq sahəsinin sərhədindən 0,9-1,47 metr məsafədə, qərb istiqamətdə torpaq sahəsinin sərhədində 0-2,6 metr məsafədə planlaşdırılmışdır. Yaşayış evinin xarici divarının hündürlüyü 15,45 metr nəzərdə tutulmuşdur. Həmçinin, memarlıq-planlaşdırma bölməsindən görünür ki, 3,95 metr hissəsi torpağın planlaşdırma səviyyəsinin üst hissəsində, 1,3 metr hissəsi alt hissəsində planlaşdırılan mərtəbə yarımzirzəmi mərtəbəsi kimi nəzərdə tutulmuş, +0,00 nöqtəsi planlaşdırma səviyyəsindən 3,95 metr yuxarıda göstərilmiş, 1-3-cü mərtəbələrin hər birinin hündürlüyü 3,3 metr, mansarda mərtəbəsinin hündürlüyü fasad divarı boyunca 1,6 metr göstərilmiş, mansardanın tavanına qədər olan məsafə göstərilməmişdir. Məhkəmə tikinti texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl» Qaydalara əsasən tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Adıçəkilən qaydalara və Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi tətbiq edilir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və Şəhərsalma və Arxitektura Komitəsinin «AzDTN 2.7-3. Fərdi yaşayış evləri. Layihələndirmə normaları»na əsasən fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Bundan əlavə Komitənin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması» Qaydalarına əsasən binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2 metrdən az olmadıqda) nəzərə alınır. Beləliklə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən 2021-ci ildə təsdiq edilmiş yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5 və 80.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl» Qaydaların tələblərinə uyğun olmamışdır. X5 tərəfindən təsdiq edilməklə Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında X12 xüsusi mülkiyyətində olan torpaq sahəsində layihələndirilən üç mərtəbəli mansardalı fərdi yaşayış evinin tikinti layihəsindən görünür ki, layihənin memarlıq-planlaşdırma bölməsinin üzərində «Razılaşdırılmışdır: Lənkəran şəhərinin baş memarı Təqsirləndirilən şəxs» sözləri yazılmış və sonuncunun imzası ilə təsdiq edilmişdir. Eyni zamanda layihənin həmin bölməsi üzərində, o cümlədən mövqe planı, baş plan, yarımzirzəminin planı, 1-ci mərtəbənin planı, 2-ci mərtəbənin planı, 3-cü mərtəbənin planı, mansardanın planı, 1-7 oxlar arası fasad, C-A oxları arası fasad, 7-1 oxlar arası fasad, A-C oxları arası fasad, Kəsik A-A və perspektiv görünüşün planlaşdırılmasının üzərində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin möhürü vurulmuşdur. İşdəki Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında inşa edilmiş binaya baxış keçirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli və 07 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi ilə Əli Mehdiyev küçəsinin kəsişməsində yerləşın binanın sol yan divarı boyunca Əli Mehdiyev küçəsi, sağ yan divarı boyunca isə fərdi həyət evləri var. Bina ilə küçə və həyət evləri arasında ara məsafəsi yoxdur, yeddi mərtəbə və mansarda qatından ibarətdir. Binada tikinti işləri başa çatdırılmış, damına şifer vurulmuş, üz divarı rənglənmişdir. Binanın birinci mərtəbəsi qeyriyaşayış sahəsi üçün nəzərdə tutulmuş, mansarda mərtəbəsi daxil olmaqla, 2-8 mərtəbələr isə mənzillərdən ibarət olmuşdur. Bina bir girişlidir, giriş Füzuli küçəsi istiqamətində qarşı tərəfdən ortadadır. Birinci mərtəbənin eni 12,4 metr, uzunluğu isə 34 metr olmaqla 421 kvadratmetrdir. Yuxarı mərtəbələrə qalxmaq üçün lift boşluğu mövcuddur. 1-ci mərtəbədə giriş hissəsində və pilləkən qəfəsinin alt hissəsində zirzəmi vardır. Mərtəbələr üzrə dəhliz və mənzillərə giriş sərbəstdir, qapılar qoyulmamış, binada yaşayış olmamışdır. İşdəki ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 22 avqust 2024-cü il tarixli ittiham aktının surətindən görünür ki, həmin cinayət işi 07 iyun 2024-cü il tarixdə tərəfimdən - ünvan 4 ünvanında (əvvəlki adı ünvan 5barət çoxmənzilli yaşayış binasının inşa edilməsi faktı əsasında istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş ********* nömrəli cinayət işinin materiallarından ayrıca icraata ayrılmış və icraatıma qəbul edilmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X3 Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub regional tikinti müfəttişliyinin rəisi vəzifəsində işləyərkən, Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər, yəni yaxın münasibətdə olduğu Şahid1 və onun biznes ortaqları üçün qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək, tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarının qərəzli olaraq icra edilməməsinin qarşısını almamış, eləcə də tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən bir il ərzində tikintiyə icazə alınmadığı üçün tikintisi başa çatmış tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşısında məsələ qaldırılmasını təmin etməmişdir. 09 avqust 2024-cü il tarixdə X21 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və 22 avqust 2024-cü il tarixdə onun Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşdəki ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 29 iyun 2024-cü il tarixli ittiham aktının surətindən görünür ki, həmin cinayət işi X12 qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməməsi faktı üzrə 19 aprel 2023-cü il tarixdə Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Taryel Ələkbərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3 və 308.1-ci maddələri ilə başlanılmış, 30 avqust 2023-cü il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilməklə, iş üzrə ibtidai istintaqın davam etdirilməsi mənə həvalə edilmişdir. Həmin iş üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X25, Şahid1 və X29 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarı qərəzli olaraq icra edilmədən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) alınmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tikintisinə icazə tələb olunduğu halda, belə icazə alınmadan insanların həyatı və sağlamlığı üçün real təhlükə yaradan ümumi sahəsi 4.060,1 kvadratmetr təşkil edən, yeddi mərtəbə və mansarda mərtəbəsindən ibarət çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının özbaşına tikintisi həyata keçirilmiş, habelə aparılan tikintiquraşdırma işləri zamanı Lənkəran şəhəri, ünvan 6 ünvanında həmin tikintialtı sahəsindən 1,5-6 metr məsafədə yerləşən X13 məxsus mənzilə və 5,4 metr məsafədə yerləşən X27 və X16 məxsus mənzilə isə xeyli miqdarda ziyan vurulmaqla həmin fərdi yaşayış evləri ehtiyatsızlıqdan zədələnmiş, eləcə də qeyd edilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 38 ədəd yaşayış və 02 ədəd isə qeyri-yaşayış sahəsini notariat qaydada alqı-satqı və bağışlama yolu ilə özgəninkiləşdirib dövlətə külli miqdarda - 203.420 manat 89 qəpik məbləğdə ziyan vurmuşlar. 08 iyun 2024-cü il tarixdə X17 17 fevral 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 222-1.1 və 222-3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222-1.1 və 222-3-cü maddələri ilə ittiham elan edilmiş, 10 iyun 2024-cü il tarixdə Şahid1 və X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222-1.1 və 222-3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara həmin maddələr ilə nəzərdə tutulan ittihamlar elan olunmuşdur. 29 iyun 2024-cü il tarixdə X25, Şahid1 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1, 192.2.1, 222-1.1 və 222-3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşdəki "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 05 avqust 2024cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 09 mart 2021-ci il tarixdə saat 10:55-də 32 saniyə, 10 mart 2021-ci il tarixdə saat 14:21-də 27 saniyə, saat 14:57-də 09 saniyə, 18 mart 2021-ci il tarixdə saat 18:32-də 22 saniyə, saat 18:33-də 19 saniyə, 28 aprel 2021-ci il tarixdə 14:04-də 118 saniyə, saat 14:57-də 75 saniyə, 06 iyul 2021-ci il tarixdə saat 18:10-da 165 saniyə, 12 avqust 2021-ci il tarixdə saat 10:06-da 37 saniyə, 14 oktyabr 2021-ci il tarixdə saat 18:51-də 43 saniyə, 16 oktyabr 2021-ci il tarixdə saat 12:58-də 38 saniyə, 17 oktyabr 2021-ci il tarixdə saat 15:08-də 101 saniyə, saat 15:30-da 06 saniyə, 18 oktyabr 2021-ci il tarixdə saat 10:48-də 67 saniyə, saat 12:01-də 02 saniyə, saat 12:01-də 11 saniyə, saat 12:18-də 08 saniyə, 15 noyabr 2021-ci il tarixdə saat 12:24-də 36 saniyə, 29 noyabr 2021-ci il tarixdə saat 18:15-də 41 saniyə, 30 noyabr 2021-ci il tarixdə saat 16:41-də 09 saniyə, 09 dekabr 2021-ci il tarixdə saat 12:58-də 61 saniyə, 13 dekabr 2021-ci il tarixdə 17:28-də 14 saniyə, saat 17:42-də 21 saniyə, 07 iyun 2022-ci il tarixdə saat 17:57-də 100 saniyə, 13 iyun 2022-ci il tarixdə saat 16:13-də 132 saniyə, 30 iyun 2022-ci il tarixdə saat 13:11-də 24 saniyə, saat 15:50-də 17 saniyə, 05 iyul 2022-ci il tarixdə saat 18:57-də 106 saniyə, saat 19:20-də 13 saniyə, 14 sentyabr 2022-ci il tarixdə saat 12:04-də 285 saniyə olmaqla ümumilikdə 30 danışıq olmuş, həmin danışıqlardan 10-də Təqsirləndirilən şəxs Şahid1 zəng etmiş, qalan 20 danışıqda isə əksinə olmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında isə 28 mart 2021ci il tarixdə saat 20:40-da 110 saniyə, saat 20:46-da 14 saniyə, 15 sentyabr 2021-ci il tarixdə saat 10:02-də 15 saniyə, saat 10:46-da 08 saniyə, saat 11:56-da 18 saniyə, saat 12:03-də 06 saniyə, saat 14:23-də 26 saniyə, saat 14:54-də 15 saniyə, 16 noyabr 2021-ci il tarixdə saat 18:23-də 24 saniyə, 19 noyabr 2021-ci il tarixdə saat 12:42-də 107 saniyə, 22 noyabr 2021-ci il tarixdə saat 10:23-də 53 saniyə, saat 14:39-da 16 saniyə olmaqla ümumilikdə 12 danışıq qeydə alınmış, həmin danışıqlardan 07-də Təqsirləndirilən şəxs Şahid1 zəng etmiş, qalan 05-də isə əksinə olmuşdur. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 və Hünər Hadızadənin istifadəsində olmuş mobil nömrələr ilə X28 məxsus mobil nömrənin arasında hər hansı danışıq və SMS yazışmaları olmamışdır. İşdəki "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 05 avqust 2024cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus olan və 04 fevral 2021-ci il tarixədək "xxxx" MMC-yə daşınmış ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 07 yanvar 2021-ci il tarixdə saat 10:47-də 40 saniyə, saat 13:32-də 16 saniyə, saat 16:01-də 18 saniyə, 11 yanvar 2021-ci il tarixdə saat 16:04-də 135 saniyə, saat 17:22-də 49 saniyə, 28 yanvar 2021-ci il tarixdə saat 12:40-da 65 saniyə olmaqla, ümumilikdə 06 danışıq olmuş, danışıqlardan 04-də Şahid1 Təqsirləndirilən şəxs zəng etmiş, 02-də isə əksinə olmuşdur. Bundan əlavə, Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 05 yanvar 2021-ci il tarixdə saat 09:34-də 118 saniyə, saat 12:01-də 28 saniyə, 11 yanvar 2021-ci il tarixdə saat 17:30-da 18 saniyə, saat 18:01-də 26 saniyə, 20 yanvar 2021-ci il tarixdə saat 19:48-də 12 saniyə, saat 19:59-da 157 saniyə, 27 yanvar 2021-ci il tarixdə saat 12:18-də 96 saniyə, saat 14:31-də 0 saniyə, 28 yanvar 2021ci il tarixdə saat 14:33-də 19 saniyə, saat 14:44-də 21 saniyə olmaqla ümumilikdə 10 danışıq olmuş, həmin danışıqlardan 07-də Təqsirləndirilən şəxs Şahid1 zəng etmiş, 03-də isə əksinə olmuşdur. Baxış zamanı Şahid1 və Hünər Hadızadəyə məxsus mobil nömrələr ilə X28 məxus mobil nömrənin arasında hər hansı danışıq və mesaj mətnləri aşkar edilməmişdir. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 14 avqust 2020-ci il tarixli 297 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsinə təyin olunmuşdur. İşdəki Təqsirləndirilən şəxs «Vəzifə təlimatı»ndan görünür ki, o, Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə müvafiq ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət siyasəti və dövlət nəzarətinin həyata keçirilməsi, qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlərin keçirilməsi, normativ sənədlərin tələblərinin pozulması ilə bağlı faktların araşdırılması, pozuntu hallarının aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə ümumi rəhbərlik etməklə tikintiyə icazə sənədlərinin hazırlanması, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılması, cavablandırılması, icrası və lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək, bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil etmək, məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə, tikintisinə icazə verilən obyektlərə dair məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işləri yerinə yetirmək və digər səlahiyyətlərə malik olmuşdur. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 10 oktyabr 2022-ci il tarixli 134 nömrəli əmrindən görünür ki, həmin tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Təqsirləndirilən şəxs dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir X45 Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 1(099)-336/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə 2021-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayınının ortalarınadək olan müddət ərzində çoxsaylı şəxslərdən yaşayış və qeyri-yaşayış obyektlərində tikinti aparılmasına razılıq verilməsi, tikintiyə icazə sənədinin təsdiq edilməsi müqabilində rüşvət qismində pul vəsaitlərini aldığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X26 Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 1(106)-62/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25 dekabr 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, X12 adına Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında ümumi sahəsi 73 kvadratmetr olan birmərtəbəli qeyri-yaşayış binası **********17-06301 reyestr nömrəli 0,06751 hektar torpaq sahəsində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Şahid3 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinə ünvanladığı 23 iyul 2021-ci il tarixli 10-54/2-890 nömrəli məktubdan görünür ki, Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında X12 xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasına baxmayaraq, tikilidə mansardanın yerinə əlavə mərtəbədə tikintiquraşdırma işlərinin aparıldığı müəyyən edilmiş və qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət X2 ünvanladığı 23 iyul 2021-ci il tarixli 10-54/2-878 nömrəli məktubdan görünür ki, sonuncunun mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazə alınmadan mansardanın əvəzinə əlavə mərtəbənin inşa edilməsi aşkar olunduğuna görə tikinti işlərinin dayandırılması tələb edilmişdir. X31 Nazirliyinin Tikintidə X11 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Agentliyin əməkdaşları tərəfindən mansardanın yerinə əlavə mərtəbədə tikintiquraşdırma işlərinin aparılması aşkar edildiyinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi barədə göstəriş verilmiş və pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir X31 Nazirliyinin Cənub regional tikinti müfəttişliyinin baş məsləhətçisi Ağababa Hüseynov və Lənkəran Şəhər İcra Hakmiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Elvin Səmidov tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Hünər Hadızadə tərəfindən Tikintidə X11 Agentliyinin 20 avqust 2021-ci il tarixli qərarına və 23 sentyabr 2021-ci il tarixli inzibati cəriməyə məhəl qoyulmadan tikinti işləri davam etdirildiyinə görə, tikinti obyektində işlər dayandırılmış, lent və möhürlə möhürlənmişdir. X38 Məhkəməsinin hakimi X9 14 oktyabr 2022-ci il tarixli 2-1(120)-2087/2022 nömrəli qərarından görünür ki, həmin tarixdə X12 Lənkəran şəhəri, Füzuli küçəsi 7 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş sahəsi 4060,98 kvadratmetr təşkil edən çoxmərtəbəli yaşayış binasına dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilməsi ilə bağlı iddiası təmin edilmişdir. İşdəki Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» çıxarışının surətindən görünür ki, X12 adına ünvan 7 ünvanında xüsusi mülkiyyətdə olan 0,06751 hektar torpaq sahəsində yerləşən 4.060,1 kvadratmetr sahəli çoxmərtəbəli yaşayış binası 08 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin 07 dekabr 2022-ci il tarixli 10961 nömrəli texniki pasportunun surətindən və ona əlavə edilmiş yaşayış binası haqqında məlumatlardan görünür ki, binanın tikildiyi il 2022, mərtəbəliliyi 7 + mansarda, girişlərin sayı bir, ümumi sahəsi 4.060,1 kvadratmetr, mənzillərin sayı 62 (50 ədəd iki otaqlı, 12 ədəd üç otaqlı), qeyri-yaşayış sahəsinin ölçüsü 388,7 kvadratmetr kimi qeyd olunmuşdur. İşdəki Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında inşa edilmiş bina ilə bağlı tikintiyə icazə verildikdən sonra müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün yerli icra hakimiyyəti tərəfindən Komitəyə müraciət edilməmiş, qeyd edilən ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar hər hansı tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Komitə tərəfindən rəy verilməmişdir. İşdəki Lənkəran Şəhər İcra Hakimiyyətindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli 5-2/2-748/2024 nömrəli məktubdan görünür ki, Lənkəran şəhəri, ünvan 1 ünvanı ilə bağlı hazırki vaxtadək müfəssəl plan tərtib edilməmişdir. İşdəki Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdül X22 və xx.xx.2011-ci il təvəllüdlü X18 adında bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaq olmaqla valideynləri və arvadı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdəki Penitensiar Xidmətin 10 saylı CÇM-nin xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə aparılan fərdi söhbətlərdən belə qənaətə gəlmək olur ki, törətdiyi cinayəti qismən etiraf edir və əməlindən peşmançılıq hissi keçirir. O, islah yoluna qədəm qoymağa çalışır. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 314.-2.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Şəhərsalma və Arxitektura Komitəsinin «AzDTN 2.7-3. Fərdi yaşayış evinin layihələndirmə normaları»na əsasən fərdi yaşayış evi dedikdə - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi başa düşülür. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.13-cü bəndinə əlavə olunmuş cədvələ əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri üçün tikinti əmsalının yuxarı həddi (bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti) - 0,4, tikinti sıxlığının əmsalının yuxarı həddi isə (bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti) - 0,6 kimi nəzərdə tutulur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 9-cu bəndinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qədər ara məsafəsi qəbul edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə rəsmi nəşr edilmiş «AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normaları»na əsasən torpağın planlaşdırma səviyyəsi – binanın səkisi ilə yer səthinin sərhədində səviyyəsi, binanın hündürlüyü – binanın səkisi və ya binaya bitişik torpağın planlaşdırma səviyyəsindən sonuncu mərtəbə örtüyünün alt səviyyəsinədək olan hündürlük qəbul edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.4-cü maddələrinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü «0» səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (yerli icra hakimiyyətləri) tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları»nın 3.6-cı bəndinə əsasən binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsinə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs tanışı Şahid1 və ortaqlarına köməklik etmək məqsədilə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə açıq-aşkar surətdə zidd olan layihəni qəsdən məlumatlandırma icraatı çərçivəsində razılaşdırmaqla təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilinməsi ilə bağlı verdiyi ifadəsinə qiymət verərək qeyd edir ki, verdiyi ifadədə icazə tələb olunan tikinti obyekti olduğuna görə tikinti layihəsini məlumatlandırma icraatı çərçivəsində təsdiq etməməsi, Şahid1 Şəhərsalma və Arxitektura Komitəsindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy alınmasını təmin etməyi bildirməsini göstərsə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla özünün qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla təkzib edildiyindən, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş yarımzirzəmi, üç mərtəbə və mansarda qatından ibarət tikinti layihənin üzərində «Lənkəran şəhəri, Füzuli küçəsi ev 7 ünvanında X12 xüsusi mülkiyyətində olan torpaq sahəsində layihələndirilən 3 mərtəbəli mansardalı fərdi yaşayış evi» sözləri yazılmışdır ki, Şəhərsalma və Arxitektura Komitəsinin «AzDTN 2.7-3. Fərdi yaşayış evinin layihələndirmə normaları»na əsasən fərdi yaşayış evi dedikdə - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi başa düşülür. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Eyni zamanda, qeyd edilən layihədə olan ölçülər, yəni əslində hündürlüyü 15,45 metr olan binanın «0» səviyyəsinin yerin planlaşdırma səviyyəsindən 3,95 metr yuxarıda göstərilməklə, ümumi hündürlük süni şəkildə azaldılaraq 11,50 metr kimi, eləcə də mərtəbələrin sayının hesablanması zamanı kürsü və mansarda mərtəbələrinin nəzərə alınmayaraq, binanın mərtəbəliliyinin üç mərtəbə kimi layihələndirilməsi sözügedən tikinti layihəsinin onun tərəfindən məhz məlumatlandırma icraatı çərçivəsində inşa ediləcək layihə kimi razılaşdırmaqla təsdiq etməsi ilə bağlı nəticələri bir daha təsdiq edir. «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 04 nömrəli qərarının 3.1.5 və 4.2-1-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatın tətbiq edildiyi tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazilərinin baş planı bölmələrinin surəti yerli icra hakimiyyəti orqanı tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən üç iş günü ərzində Şəhərsalma və Arxitektura Komitəsinin Reyestrinə təqdim edilir. Lakin memarlıq və tikinti şöbəsinin rəisi kimi bu vəzifə birbaşa Təqsirləndirilən şəxs səlahiyyətinə aid olduğu halda, o, layihəni Şəhərsalma və Arxitektura Komitəsinin Reyestrinə təqdim etmək əvəzinə, onun əlbəəl tanışı Şahid1 vermiş, bununla da qanunsuz tikilinin tikintisinə şərait yaratmışdır. Azərbaycan Respublikası CM-nin 314-2.1-ci maddəsinə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən himayəsində daha bir yetkinlik yaşına çatmayan uşağın olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 1(099)-336/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə iclasında müəyyən olundu ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 1(099)-336/2023 nömrəli hökmün çıxarılması üçün əsas olmuş əməlləri törədən vaxt, təqsirləndirlən şəxs hazırda onun tərəfindən törədilməsi istinad olunan əməli də törətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “məhkum” statusunda olmamışdır. Buna görə də o, hazırki iş üzrə məhkum olunmamış hesab edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs hazırki istinad olunan CM-nin 314-2.1-ci maddəsi ilə olan əməli barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 1(099)- 336/2023 nömrəli hökmün çıxarılmazdan əvvəl törətmişdir. Bu zaman hazırkı hökmlə ona cəza CM-nin 66.4 və 66.5-ci maddələrinin tələblərinə uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CMnın 66.1-66.3-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza olaraq təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər məhkəməsininin 1(099)-336/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxsn 100 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmamış, əmlak müsadirəsi olmamış və musadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər məhkəməsininin 1(099)-336/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər məhkəməsininin 1(099)-336/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-242/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-242/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver