Məhkəmə qərarları › İş №1(049)-243/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-243/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-243/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(089)- 160/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti cəza olaraq 9 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 4 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, 2023-cü yanvar ayının ortalarında Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,314 qram, 0,167 qram, 0,205 qram, 0,159 qram, 0,399 qram, ümumi təmiz çəkisi 1,244 qram olan ağ rəngli kristal formada olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, sonra həmin psixotrop maddə metamfetamindən təmiz çəkisi 0,399 qram olan hissəsini xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri Füzuli küçəsində tanışı X6 10 manata satmış, narkotik vasitənin qalan 4 bükümdə, 0,845 qramdan ibarət olan hissəsini üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 18:50-də Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş əməliyyat axtarış tədbirləri nəticəsində X9 şəhəri Füzuli küçəsində piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Əli Abdullazadəyə satdığı 1 ədəd bükümdə təmiz çəkisi 0,399 qram olan psixotrop maddə metamfetamin Əli Abdullazadənin əynindəki şalvarın sol yan cibində, 1 ədəd sellofan bükümün içərisində aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20:10-da Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Hamil Əsgərov küçəsində olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibinbən 4 ədəd sellofan bükümün içərisindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin və şalvarın sağ yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhərində yerləşən “Aeroport” adlanan ərazinin yaxınlığında Ruhid adlı şəxsdən 40 manata 5 bükümdə narkotik vasitə almışdır. Həmin gün tanışı Əli Abdullazadə ilə telefonla danımış və saat 17 radələrində Lənkəran şəhəri Füzuli küçəsində onunla görüşmüşdür. Əli bədənində ağrılar olduğunu bildirərək ondan qəbul etmək üçün narkotik vasitə istəmişdir. O da özündə olan narkotik vasitədən bir büküm Əliyə vermiş və Əli də bunun müqabilində ona 10 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evə yaxın ərazidə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada onun üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş və o da həmin vaxt üzərində olan 4 ədəd bükümdə narkotik vasitəni şalvarının sol yan cibindən, elektron tərəzini isə şalvarının sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim edərək bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda o, narkotik vasitəni Ruhid adı ilə tanıdığı şəxsdən 40 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkisini bilməkdən ötrü istifadə etdiyini demişdir. Üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə elektron tərəzidə çəkilmiş, 4 bükümdə narkotik vasitə və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədilə kağız zərfə qoyularaq möhürlənmişdir. Sonra da barəsində protokol yazılmış və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir, həmin əməlin ictimai təhlükəliliyini, zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək səmimi peşmandır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materiallarında olan, məhkəmə baxışı iclasında tədqiq edilmiş ekspertiza rəyləri və digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran şəhəri Hamil Əsgərov küçəsi ev 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş məlumatların dəqiqləşdirilməsi ilə bağlı polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, o özü qrupun rəhbəri, cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 isə qrupun üzvləri olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qrup üzvlərinin iştirakı ilə Lənkəran şəhəri Hamil Əsgərov küçəsinə, Təqsirləndirilən şəxs yaşadığı küçəyə çıxıb müşahidələr aparmağa başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs küçədə tək və piyada hərəkətdə olduğunu görmuşlər. Ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində daxil olmuş əməliyyat məlumatlarının icrası ilə əlaqədar saxlanıldığını və üzərində şəxsi axtarış həyata keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birgə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. X2 tərəfindən müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, o da əynində olan sarı rəngli şalvarının sol yan cibindən 4 ədəd şəffaf sellofan büküm, həmin şalvarın sağ yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, lakin digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikən sonra cəmi çəkisinin 1,03 qram olması müəyyən edilmiş, bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə psixotrop maddə olan narkotik vasitə vardır, həmin bükümləri xx.xx.2023-cü il tarixdə Lənkəran Beynəlxlaq hava limanına gedən yolda Ruhid adlı şəxsdən şəxsi istifadəsi üçün almış, elektron tərəzini isə psixotrop maddə alan zaman aldanmamaq üçün üzərində saxlamışdır. Sonda isə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar protokolu imzalanmışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin bir bükümünü xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Lənkəran şəhər sakini olan tanışı Əli Abdullazadəyə satdığı bəlli olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə, elektron tərəzini isə əldə etdiyi bükümləri daha xırda hissələrə bölüb realizə etmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 Baləddin oğlunun ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Lənkəran şəhər-rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, Lənkəran şəhəri, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik maddələrdən istifadə edir və həmin maddəni həmişə Lənkəran şəhəri mərkəzi bazar ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alır. Təqsirləndirilən şəxs onun tanışı və qonşusudur. Həmçinin, o, Ramizin də narkotik vasitə istifadəçisi olduğunu bilir. xx.xx.2023-cü il tarixdə o, Ramizlə telefon vasitəsilə əlaqə saxlayaraq narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra həmin gün axşam vaxtı narkotik vasitə almaq üçün yaşadığı evdən çıxıb piyada Ramizin yaşadığı evin qarşısına getmişdir. O, Ramizi küçəyə çağırmış və 10 manat verib ondan istifadəsi üçün bir bükümdə narkotik vasitə almışdır. Sonra Lənkəran şəhəri H.Əsgərov küçəsi ilə piyada gedərkən yanında bir avtomobil dayanmış və həmin avtomobildən bir neçə şəxs düşərək ona yaxınlaşmışdır. Onlar polis əməkdaşları olduqlarını deyərək onu özləri ilə birlikdə Lənkəran şəhər-rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərində videoçəkilişlə axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan şalvarının sol yan cibində olan bir büküm narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdür. O, həmin bükümdə narkotik vasitə olduğunu, narkotik vasitəni qonşusu Təqsirləndirilən şəxs aldığını demişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da tərtib edilən protokola imza etmişdir. Həmin əməlinə görə narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirli bilinərək bir neçə gün əvvəl Lənkəran Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitəyə bənzər maddə olan 4 ədəd şəffaf sellofan büküm, həmin şalvarın sağ yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə olduğunu, narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikən sonra cəmi çəkisinin 1,03 qram olması müəyyən edilmiş, bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/55 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,314 qram, 0,167 qram, 0,205 qram, 0,159 ümumi təmiz çəkisi 0,845 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd elektron tərəzi...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetmin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, üzərlərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə...” və “X5 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin Rəy №-19/54...” sözləri və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 5 ədəd bükümdə olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına daxildir. Tədqiqat obyektlərinin hər birindən 0,05 qram - cəmi 0,2 qramdan ibarət hissələri tədqiqata istifadə olunduqdan sonra cəmi 0,645 qram çəkidə qalan narkotik vasitə olan metamfetamin bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/54 nömrəli rəyinin surətindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. X5 üzərindən götürülən psixotrop maddəyə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki bükümdə təmiz çəkisi 0,399 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,314 qram, 0,167 qram, 0,205 qram, 0,159 qram, ümumi təmiz çəkisi 0,845 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,645 qram qalığı, üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd işlək vəziyyətdə elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, həmçinin, X4 götürülmüş 1 ədəd bükümdə, təmiz çəkisi 0,399 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,349 qram qalığı, Əli Abdullazadənin üzərində şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Narkotik vasitə olan metamfetaminin ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,645 qram və 0,349 qramdan ibarət qalıqları, həmçinin, 01 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 36 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdə saat 20:10-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 219 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6513 nömrəli arayışdan müəyyən edilir ki, Cavadov X7 şəhəri H.Əsgərov küçəsi ev 22 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə ərazi nümayəndəliyinə hər hansı ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(089)-160/2012 nömrəli hökmünün, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-496/2020 nömrəli qərarının surətlərindən və xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(089)-160/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti cəza olaraq 9 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 4 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci tarixdə cəza müddəti bitmiş, onun məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-289/2023 nömrəli hökmünün surətindən müəyyən edilir ki, X5 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması faktı ilə bağlı Əli Abdullazadənin barəsində olan cinayət işi üzrə hökm çıxarılarkən sonuncunun Təqsirləndirilən şəxs satın aldığı və üzərindən götürülmüş, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1 ədəd bükümdə, 0,349 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı vaxtdan hazırki cinayət əməlini törətdiyi vaxtadək altı il müddət keçmədiyindən o, məhkumluğu ödənilməmiş hesab olunur və onun tərəfindən hazırki cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 18.1 və 83.3.4-cü maddələrinin tələblərinə əsasən cinayətin residivini yaradır. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini könüllü etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin (2011-ci ildə törədilmiş və hazırda da məhkumluğu ödənilməmiş cinayət əməli üzrə isə külli miqdarda) qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, buna görə iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən onun törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna və narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görüldüyünə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan 1 ədəd tərəzi, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdə, cəmi 0,645 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs X1, sonuncudan götürülmüş, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1 ədəd bükümdə, 0,349 qram psixotrop maddə metamfetamindən ibarət maddi sübuta Əli Abdullazadənin barəsində olan cinayət işi üzrə hökm çıxarılarkən hüquqi qiymət verildiyi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və X5 üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair cəmi 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan 1 ədəd tərəzi, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdə, cəmi 0,645 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs X1, sonuncudan götürülmüş, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1 ədəd bükümdə, 0,349 qram psixotrop maddə metamfetamindən ibarət maddi sübuta Əli Abdullazadənin barəsində olan cinayət işi üzrə hökm çıxarılarkən hüquqi qiymət verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və X5 üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair cəmi 2 DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar