Məhkəmə qərarları › İş №1(049)-245/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-245/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-245/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Lənkəran rayonun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, İ Qarabağ Müharibəsi iştirakçısı, məhkumluğu olmayan, Lənkəran rayonun Girdəni kəndində qeydiyyatda olmalqa yaşayan və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında 10 dekabr 2024-cü il tarixdə saat 16.33-də baxaraq, məhkəmə müəyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, 2024-cü ilin iyun ayında, Lənkəran şəhərin Böyük-bazar adlanan ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,346 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 21 iyun 2024cü il tarixdə saat 18:1 O-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Girdəni kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda əvvəl özünü təqsirli bilməsə də, sonradan tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, tutduğu əməlindən peşmandır, xəcalət çəkir və ona yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Böyük-bazar ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat 18 radələrində kənddə piyada yol kənarı ilə gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu demimş və sonra o Lənkəran polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilərək vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt üzərində saxladığı bir ədəd bükümdə olan metamfetamini əynində olan şalvarının sağ yan cibində çıxarıb təhqiqaçıya təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirmiş və bükümün içərisində metamfetamin aşkar etmişidir. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş bükümün içərisində metamfetamin olduğunu və həmin metamfetamin səhər saatlarında böyük bazar ərazisində tanımadığı şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,47 qram olmuşdur. Üzərində aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Bildirir ki, etdiyi əməldən peşman olmuşdur. O metamfetamin Böyük bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manat alaraq qəbul etmək üçün üzərində saxlamışdır. O həmin metamfetamini bədənidə ağrıları olduğundan özü istifadə etməkdən ötrü üzərində saxlamışdır. Əldə etdiyi metafetamindən heç kəsə satmamış və heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli, öz etirafı ilə yanaşı, şahidlərin ifadələri, maddi sübut, şəxsi axtarış və götürmə protokolu və həmin protokola əlavə edilmiş fotoşəkillər, ilkin təhqiqat materialları, məhkəmə-narkoloji və məhkəmə- kimyəvi ekspertizalarının rəyləri ilə təsdiq edilərək sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 21 iyun 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 18:10-da Təqsirləndirilən şəxs Lənkəran rayonun Girdəni kəndində avtomobil yolunun kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Bəhruz Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb təqdm etmişdir. Təhqiqatçı tərəfində Təqsirləndirilən şəxs təqim etdiyi həmin bükümə baxış keçirildikdə, bükümün içərisində psixotrop maddə metamfetainə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 1,47 qram olmuşdur. Təqsirləndirilən şəxslə ilə bu barədə sorğu sual edildikdə, o təqdim etdiyi bükümün içərisində olan maddənin metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Lənkəran şəhərində Böyük-bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir irad, təklif deyilməmiş, protokolun məzmunu doğru bilinib imzalarla təsdiq edilmişdir. Şəxsi-axtarış zamanı aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi metamfetamini mənbəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri - Şahid2 və Məmmədov X3 ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdəki xx.xx.2024-cü il tarixli şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardıb təqdim edərək götürlür, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin metamfetamin olduğunu və özün məxsus olmasını təsdiq etmişdir. İşdəki məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2024-cü il tarixli 19/505 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət: Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 büküm...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,346 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 1,246 qr. və ekspertiza xərci 60 manat təşkil eləyir. İşdəki xx.xx.2024-cü “Sübutların qiymətlənrilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddə 1,346 qram metamfetamin və videoçəkilişə dair disk maddi sübut qismində tanınmış, metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyun 2024-cü il tarixli, 560 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stımulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomanıya xəstəliyi) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdəki məhkəmə tibbi ekspertizasının 27 iyun 2024-cü il tarixli 574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdəki xx.xx.2024-cü il tarixli CAB-nin baş əməliyyat müvəkilinin raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,346 qram olan 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə tədbirlər görülərək müvafiq istiqamətdə əməliyyat-axtarış tədbirləri görülməsi üçün tapşırıq verilmiş, lakin keçirilmiş tədbirlərlə psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə qəbul etməsi barədə əlumat əldə olunsada, onun narkotik vasitələrin satışı ilə məşqul olması barədə CAB-nə heç bir məlumat daxil olmamışdır. İşdəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının, Sankt-Peterburg şəhərin, Kalininski Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cü maddəsinin 3 hissəsi, 228-1 -ci maddəsinin 1 hissəsi, 228-ci maddəsinin 2 hissəsi və 69cü maddəsinin 3 hissəsi iilə təqsirli bilinərək 04 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşə əlavə edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmasına dair hökmlərin Azərbaycan Respubliklasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. İşdəki “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Lənkəran rayonu, Girdəni kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs 1993/1994-cü illərdə İ Qarabağ Müharibəsində, onun əmisi X2 da həmin İ Qarabağ Müharibəsində, əmisi oğlu X4 İİ Qarabağ Müharibəsində iştirak etməklə, medallarla təltif olunmuşlar. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsində iştirak etdiyini, etdiyi əməldən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alınaraq cəzası cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə bərabər digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə məhz bunu, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RŞPŞ-də saxlanılan qalıq çəkisi 1,246 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn 60 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1,246 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar