Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-246/2023 16.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 dekbar 1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(049)-262/2019 saylı hökmü ilə 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 1(bir) il müddətinə azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Səttərxan küçəsi, hərbi şəhərcik ev 14-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri «Kiçik Bazar» adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4(dörd) bükümdə ayrıayrılıqda təmiz çəkiləri – 0,264 qram, 0,244 qram, 0,199 qram, 0,276 qram – ümumi təmiz çəkisi 0,983 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 10 fevral 2023-cü il tarixdə saat 15:20-də Lənkəran şəhəri, Səttərxan küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən üzərinə şəxs axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə heroindən mütəmadi olaraq istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul edir. 10 fevral 2023-cü il tarixdə saat 14 radələrində narkotik vasitə heroin almaqdan ötrü Lənkəran şəhəri Səttərxan küçəsində yerləşən yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri Kiçik Bazar ərazisinə getmişdir. Kiçik Bazar ərazisində əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi küçədə görüb ona yaxınlaşıb, ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümdə heroin çıxarıb onları 25 manata satdığını bildirmişdir. O da həmin şəxsə üzərində olan cəmi 20 manat pulu verib, heroin bükümlərini ondan alıb, oradan uzaqlaşıb yaşadığı evə tərəf piyada yola çıxmışdır. Bu zaman həmin küçə ilə piyada hərəkət edərək, Lənkəran şəhəri Səttərxan küçəsinə yaxınlaşmışdır. Küçədə qalıb siqaret çəkib aldığı narkotik vasitə heroini çəkməkdən ötrü sakit bir yer axtaran zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış, özlərini Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını təqdim edib, onu narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğuna görə Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində saxladığı 4 ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 Ramazan oğlu ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. İcraatına Lənkəran şəhəri, Səttərxan küçəsi ev 14-də qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək Lənkəran ŞRPŞ-nın PPXB-nın polis nəfərləri, polis serjantları Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 11 fevral 2023-cüil tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttərxan küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını təqdim etmişlər Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda, o da, bu təklifən sonra əynində olan cins rəngli şalvarın sol yan cibindən 4 (dörd) ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və şalvarın sol yan cibindən isə “”Nokia” markalı mobil telefonu təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,08 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 10 fevral 2023-cü il tarixdə Lənkəran şəhərin Kiçik Bazar ərazisində olan zaman tanımadığı şəxsdən 20 şəxsi istifadə etmək məqsədilə aldığını bildirmişdir. Həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar əməliyyat məlumatları daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid3 və Şahid2 Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10 fevral 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş cins rəngli şalvarın sol yan cibindən 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər şəffaf rəngli bükümləri təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2023-cü il tarixli 19/187 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdime etdiyi kütlələr....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqad təmiz çəkiləri: -0,264 qr; -0,244 qr; -0,199 qr; -0,276 qr: ümumi təmiz çəkisi -0,983 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatı üçün – 0,2 qram (hər,ob,-0,05 qram) heroin istifadə edilmiş, 0,783 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-59/2023 saylı, 12 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nın 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli aminstiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Maddi sübut hesab edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümlərdə ayrı-ayrılıqad təmiz çəkiləri: -0,264 qr; -0,244 qr; -0,199 qr; -0,276 qr: ümumi təmiz çəkisi -0,983 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, heroinin ekspertiza tədqiqatından qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyrirəsmi həyat yoldaşı X3 birlikdə Lənkəran şəhəri, Səttərxan küçəsi, h/ş, ev 14-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş (CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməsə də, cəza təyin edilərkən residiv kimi nəzə alınmır.), habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Belə ki, əməlində cinayətlərin residivi olmasa da eyni cinayət əməlinin törətdiyinə görə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını çəksə də islah olunmamış, yenidən eyni cinayət əməlini törətmişdir ki, bu da ona hazırki törətdiyi cinayət əməlində görə yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin tələbi baxmından ədalətli hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cızasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 fevral 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,783 qram çəkidə dörd ədəd bükümdə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,783 qram çəkidə 4 ədəd bükümdə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-246/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-246/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver