Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-247/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:45 xx xxxx 1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, M.Maqomayev küçəsi, ev 5-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 (dörd) bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,187 qr, 0,297 qr, 0,281 qr və 0,248 qram; ümumi təmiz çəkisi - 1,013 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər- rayon polis şöbəsinin əməkdaşlarının 10 fevral 2023-cü il tarixdə saat 15:25-də Lənkəran şəhəri, M.Maqomayev küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş qara şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ildən çoxdur ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri qəbul etmədiyi vaxtlarda bədənində şiddətli ağrılar olur. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün Lənkəran şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən narkotik vasitələr alıb qəbul etmişdir. 10 fevral 2023-cü il tarixdə saat 14 radələrində narkotik vasitə heroin almaqdan ötrü Lənkəran şəhərində yerləşən yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri “böyük bazar” ərazisinə getmişdir. Lənkəran şəhəri, “böyük bazar” ərazisində əvvəllər də narkotik vasitə heroin aldığı, üzdən tanıdığı, lakin adını bilmədiyim şəxsi görmüşdür. Bu zaman onu küçədə görüb yaxınlaşıb ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümdə heroin çıxarıb onları 20 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan cəmi 20 manat pulu verib, heroin bükümlərini ondan alıb, oradan uzaqlaşıb yaşadığı evə tərəf piyada yola çıxmışdır. Bu zaman Lənkəran şəhəri, M.Maqomayev küçəsinə çatmışdır. Həmin vaxt aldığı narkotik vasitə heroini istifadə etmək üçün cibindən çıxardığı zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu zaman o da tanımadığı şəxsdən 30 manata istifadəsi üçün aldığı və üzərində saxladığı 4 ədəd bükümdə heroinin bükümlərini polis əməkdaşlarının üzərinə axtarış keçirdiklərində cibindən aşkar ediləcəyini bilib, həmin bükümləri əynindəki qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 4 bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,15 qram olmuşdur. Sonra aşkar olunmuş 4 bükümdə heroini ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Baləddin oğlunun icraatına ünvan 1-də qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Şahid1in icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü onun tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək o və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Maqomayev küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinəə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Raminn Quliyevə üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməyi təklif olunduqda, o da bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 (dörd) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,15 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 10 fevral 2023-cüil tarixdə Lənkəran şəhəri “böyük bazar” ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadə etmək məqsədilə aldığını bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid1 Baləddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 1-də qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Toğrul Ramazanovun cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək Lənkəran ŞRPŞ-nın Cab-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və PPXB-nın polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Ramil Quliyevi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə, saat 15:25 dəqiqədə X3 şəhəri, M.Maqomayev küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını təqdim etmiş və Ramil Quliyevə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Ramil Quliyevə hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Ramil Quliyevə üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda, o da, bu təklifən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 (dörd) ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və şalvarın sağ yan cibindən isə 2 ədəd mobil telefonu təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,15 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Ramil Quliyev üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 10 fevral 2023-cüil tarixdə Lənkəran şəhərin “Böyük Bazar” ərazisində olan zaman tanımadığı şəxsdən 20 şəxsi istifadə etmək məqsədilə aldığını bildirmişdir. Həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 10 fevral 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sol yan cibindən 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər şəffaf rəngli bükümləri təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “böyük bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2023-cü il tarixli 19/186 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqad təmiz çəkiləri: -0,187 qr; -0,297 qr; -0,281 qr; -0,248 qr: ümumi təmiz çəkisi -1,013 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 176 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2008-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli, 4(049)-60/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 587 №-li arayışından görünür ki, Quliyev X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Quliyev X1 şəhəri, M.Maqomayev küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla tək yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Maddi sübut hesab edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ümumi təmiz çəkisi -1,013 qram (qalıq -0,813 qram) olan narkotik vasitə heroin və şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, 0,813 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini və əldə etdiyi narkotik vasitənin miqdarını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış dörd ədəd bükümdə 0,813 qram qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış dörd ədəd bükümdə 0,813 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-247/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-247/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver