Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-248/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Lerik rayonu, Hamarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, işləməyən, evli, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Hamarat kəndində kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, 05 noyabr 2024-cü il tarix, saat 16:37-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 11 mart 2024-cü il tarixdə, saat 11 radələrində atası Şahid1 sahibliyində olub, idarə etməsi üçün ona verdiyi və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “QAZ 3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran- Lerik avtomobil yolunun Lənkəran rayonu Darquba kəndi ərazisindən keçən hissəsində 60 km/saat sürətlə üzü Lerik rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin “Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçilməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini qeyd olunan yol şəraitində 60 km/saat sürətlə davam etdirib, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını ala biləcəyi düzgün ara məsafəsi seçmədən idarə etməklə Şahid2 idarə etdiyi “Mercedes Benz E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaldaraq sola dönmə əməliyyatı apararkən həmin avtomobillə arxadan toqquşmuş və toqquşmanın təsirindən avtomobili qarşı əks hərəkət zolağına çıxararaq qarşıdan əks istiqamətdə, yəni Lənkəran şəhəri istiqamətində hərəkətdə olan, Lənkəran rayonu Şağlaküçə kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 avtomobilin salonunun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələn, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sol bud sümüyünün yerdəyişmiş sınığından ibarət xəsarət almasına və ehtiyatsızlıqdan hadisə zamanı sonuncunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Lənkəran rayonu Şağlaküçə kənd sakini Zərərçəkmiş şəxs2 avtomobilin salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələn, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sol V, Vİİİ, İX qabırğaların sınıqları, başın ənsə nahiyəsində əzilmiş yara, sol diz qapağı, sol baldır, döş qəfəsi nahiyələrində sıyrıqlar, sol pəncə nahiyəsində qançırdan ibarət xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə günü, xx.xx.2024-cü il tarixdə Liman şəhərindən mal alıb atası ilə birlikdə Lerik rayonuna getmək istəmişlər. Həmin gün saat 10-11 radələrində Darquba kəndinə çatanda, birdən qabağında avtomobilini idarə edən və sonradan adını bildiyi İsmayıl avtomobilinin əyləcini basmışdır. O özü, idarə etdiyi avtomobili saxlaya bilməmiş, avtomobili, yol yaş olduğuna görə sürüşərək qarşı zolağa çıxıb qarşıdan gələn “Mersedes” markalı avtomobillə, daha sonra isə “06 markalı” Jiguli avtomobili ilə toqquşmuşdur. Həmin avtomobildə olan zərəçəkmiş şəxs Ağasifi avtomobildən çıxarsalar da, Ramini dərhal çıxara bilməmişlər. Sonradan inların hər ikisini də xəstəxanaya aparmışlar. Həmin hadisə nəticəsində sürücü, zərəçəkmiş şəxs Ramin xəsarət almışdır. Hadisə zamanı “içkili” olmamış, narkotik vasitələr qəbul etmir. Avtomobilini sürücülük vəsiqəsi əsaslnda idarə etmişdir. Xəsarət alanlara köməklik göstərmiş, onlarla barışmağa cəhd göstərsə də, onlar onunla barışmamışlar. Ramin və Ağasif “06”markalı avtomobildə olmuşlar. Avtomobilini 50-60 km/saatda idarə etmişdir. “Mersedes”in sürücüsü əyləcə basdığı zaman idarə etdiyi avtomobili ilə hgəmin avtomobil arasında 8-10 metr məsafə olmuşdur. Hadisədən sonra Raminin müalicələrinə 4100 manat vəsait sərf etmişdir. Əlavə qardaşı ona 220 manat dəyərində dəva-dərman da alınmışdır. Əlavə olaraq bir baş quzunu “Qurbanlıq” adı ilə onların həyətində kəsdirmişlər. Əvvəl Ramin onlar tərəfindən çəkilən xərclərlə razı olmuşlar. Lakin, sonradan fikrini dəyişmişdir. Ağasifə isə müstəntiq vasitəsilə 1000 manat yardım təklif etmişlər, lakin o, həmin pulu müstəntiqdən qəbul etməkdən imtina etmişdir. Əslində ona görə Ağasif hər-hansı bir xəsarət almamışdır. Sadəcə o, şikayət etməsin deyə ona 1000 manat təklif etmişdir. Ağasif Raminin avtomobilində olsa da, xəsarət almamışdır. İbtidai istintaq zamanı isə o, göstərmişdir ki, Lerik rayonu Hamarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Evlidir, 2016 və 2018-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Nəqliyyat vasitələrini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Atası Şahid1 adına “«Qazel»” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobili etibarnamə ilə idarə edir. 11 mart 2024-cü il tarixdə, saat 08-09 radələrində Lənkəran rayonu Liman şəhərinə atası Şahid1la birlikdə gedib orada Nicat adlı şəxsdən bir baş iribuynuzlu heyvan alıb idarə etdiyi «Qazel» markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib Lerik rayonuna doğru hərəkətə başlamışlar. Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonu Darquba kəndindən keçən hissəsində üzü Lerik rayonu istiqamətində 60 km/saat sürətlə hərəkət etmişdir. Yolda quraşdırılmış radarı keçib təxminən 200 metr hərəkət etdikdən sonra qarşısında onunla eyni istiqamətdə hərəkət edən “Mercedes E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ani şəkildə tormozladığını və avtomobillə sola dönmək istədiyini görmüş, həmin vaxt aralarında ara məsafəsi az olduğundan avtomobili dayandıra bilməyib güclü toqquşmanın qarşısını almaq üçün avtomobilini bir qədər sola döndərmiş, lakin idarə etdiyi yük avtomobilinin qabaq sağ tərəfi “Mercedes” markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş və idarəetməni itirdiyindən avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq həmin yolda üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “VAZ- 2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Avtomobildən düşüb xəsarət almış şəxslərə kömək etmək üçün yaxınlaşmışdır. Hadisə yerinə ətrafda olan bir neçə şəxs də toplaşmış və təcili yardım avtomobili hadisə yerinə gəlib xəsarət almış şəxsləri, “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Zərərçəkmiş şəxs1 və sərnişin Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmışlar. O da Hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs1 müalicə və əməliyyat xərclərinin 4000 manatdan artıq hissəsini ödəmişdir. Həmçinin 200 manat civarında dərman almış, bundan başqa Zərərçəkmiş şəxs1 həyətində bir baş quzunu qurban kəsib vermişlər. Həmin vaxt idarə etdiyi «Qazel» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti təxminən 60 km/saat olmuşdur. Həmin avtomobili gördüyü anda aralarında az məsafə olmuşdur. “Mercedes” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşduqdan sonra əks istiqamətli yola çıxdığı anda həmin yolda Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, hadisə saniyə ərzində baş vermişdir. Avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Həmin vaxt avtomobilində atası Şahid1 olmuşdur. 11 mart 2024-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs1 əməliyyat xərclərinə 4000 manatdan çox pul xərcləmişdir. Sonra isə maddi vəziyyəti pisləşdiyindən əlavə hər hansı bir ödəniş edə bilməmişdir. Lakin imkanı çatan qədər zərərçəkmiş şəxslərə köməklik edəcəkdir. O, mülki iddiaçıların iddiasının təmin ediməməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs son sözündə bildirmişdir ki, himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alıb, barəsində yüngül cəza çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxsin cinayət əməli, öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, işin digər halları və mötəbər sübutların məcmusu, məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvələr təqsirləndirlən şəxs tanımamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində dostu Agasiflə idarə etdiyi avtomobildə hərəkətdə olduğu zaman, Draquba kəndi ərazisində yolundan çıxmış “Qaz”el avtomobili onun idarə etdiyi avtomobilin hərəkət zolağına çıxaraq onun avtomobili ilə toqquşmuş, nəticədə o, huşunu itirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə qəflətən baş vermiş, “Qaz”el onun avtomobilini qabaq hissədən vurmuş, Ağasif də xəsarət almış, gecə yağış yağsa da, yol islanmamışdır. Təqsirləndirlən şəxs ona görə 3400 manat əməliyyat xərci, sonradan daha 500 və 100 manat ödəmişdir. Onlar hətta həyətlərində bir quzu “Qurbanlı”da kəsmişlər. 07 aydır ki, işləmir. Buna görə də ondan 6900 manat maddi ziyan tələb edir. Hadisədən qabaq Rusiyada işləmiş, xəsarət aldığı üşün ora qayıdıb işləyə bilmir. Təqsirləndirlən şəxs onun müalicəsi üçün dəva-dərman almışdır, lakin hansı məbləğdə aldığını bilmir. Təqsirləndirlən şəxs ona ğlənə kimi qulluq göstərəcəyini bildirmişdir. Ümumilikdə müalicəsinə 5200 manat məbləğində xərc çəkmişdir. Lakin təqsirləndirlən şəxs cəmi ondan 4100 manat ödəmişdir. Həmin xərci ödəməsəydi ondan şikayətçi olacaqdı. Əlilik almamışdır. Mülki iddiasına hər hansı bir sübutunu əlavə etməmişdir. Lakin 07 aydır ki, evdə oturmuş və ərzağı nisyə alırlar. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvələr təqsirləndirlən şəxs tanımamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində dostu Raminin idarə etdiyi avtomobildə hərəkətdə olduğu zaman, Darquba kəndi ərazisində yolundan çıxmış “Qaz”el avtomobili Raminin idarə etdiyi avtomobilin hərəkət zolağına çıxaraq onun avtomobili ilə toqquşmuş, nəticədə o, huşunu itirərək koma vəziyyətinə düşmüşdür. Ayılanda özünü xəstəxanada görmüş, orada müalicə aldıqdan sonra onu evə buraxmışlar. O, xəstəxanada 04 saat qalmış, onun 03 qabırğası sınmışdır. Hadisənin ilk günləri təqsirləndirlən şəxs onun yanına gəlsəydi, bəlkə onu bağışlayardı. Müstəntiq ona bildirmişdir ki, təqsirləndirlən şəxs ona vermək üçün 1000 mant pul vermişdir. Lakin o, həmin 1000 manat pulu müstəntiqdən qəbul etməmişdir.Ona ümumilikdə 6200 manat məbləğində maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Raminin idarə etdiyi “06” markalı avtomobldə olmuş, toqquşmanı görmüş, lakin toqquşmadan sonra hüşünü itirmişdir. Başına 03 tikiş atılmış, qabırğaları sınmış, ayağında sinir problemi var, işləyə bilmir. Özü fəhlə işləmiş, lakin bunu təsdiqləyən sübutu yoxdur. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda mülki qaydada iddia verərək təqsirləndirlən şəxsdən ayrı-ayrılıqda xeyirlərinə müvafiq olaraq 6900 və 6200 manat məbləğində maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra onlar MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcmini artıraraq təqsirləndirlən şəxsdən ayrı-ayrılıqda xeyirlərinə müvafiq olaraq 6900 manat maddi və 5000 manat mənəvi və 6200 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş ziyana görə 6900 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Lənkəran ŞRPŞ-nin İB-yə müraciət etmişdir. Sözügedən cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Baş vermiş avtoqəza ilə bağlı cinayət işi materiallarından da görünür ki, o, xəsarət almışdır. Hadisə nəticəsində və hadisədən sonra təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəməməsi və bundan əlavə olaraq baş vermiş xəsarətlə bağlı mən fiziki və ya psixoloji ağrı və əzab çəkmiş, sıxıntı,narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi ilə yaşamıs və hal-hazırda da bu hisslərlə yaşayır, həyatı pozulmuş və real imkansızlıqdan əziyyət çəkir. 11 mart 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığımı evdən çıxıb Lənkəran şəhərinə doğru getmişlər. Həmkəndlisi Zərərçəkmiş şəxs2 qabaq sərnişin oturacağında oturmuşdur. Həmin gün, saat 11 radələrirıdə Lənkəran - Lerik avtomobil yolunun Lənkəran rayonu Darquba kəndindən keçən hissəsində, üzü Lənkəran şəhəri istiqamətində, təxminən 50-60 km/saat surətlə hərəkətdə olarkən “Qaz”el markalı yük avtomobili öz hərəkət zolağında dönmə siqnalını yandıraraq dönmək istəyən ağ rəngdə “Mercedes” markalı avtomobillə arxadan toqquşub qəfildən hərəkətdə olduqları yola çıxmış və saniyə içərisində onlarla toqquşmuşdur. O, hadisənin necə baş verdiyini dəqiq xatırlamır. Hadisə yerindən onu Lənkəran RMX- na və oradan da əməliyyat olunmaq üçün Masallı şəhərində yerləşən X5 aparmışlar. Qeyd etmək istəyir ki, hadisə baş verən gündən bu günə kimi Təqsirləndirilən şəxs onun müalicə xərclərinə 4100 manat pul vermişdir. Belə ki, X3 əməliyyat olunmağı üçün 5200 manat maddi vəsait sərf olunmuşdur. Həmin məbləğin 3900 manatını vermiş və əlavə olaraq digər zəruri xərclər üçün 200 manat pul vermişdir. Toplam 4100 manat ona dəymiş ziyandan ödəmişdir. Hadisədən sonra müalicəsinə hissə-hissə 2000 manat yaxın vəsait sərf etmişdir. Lakin, hüquqi savadı olmadığından həmin qəbzləri apteklərdən tələb etməmişdir. O, özü Rusiya Federasiyasının Moskva şəhərində “Food City” meyvə bazarında fərdi əməklə məşğul olmuş və gündəlik 5000-6000 rubl, bizim pul ilə 50-60 manat gəliri olmuşdur. Ailələrində də yeganə qazanc gətirən şəxs o olmuş və hazırki hadisə ilə əlaqədar işləyə bilmir və beləliklə gündəlik gəlirlərindən məhrum edilmişdir. Həkim onu müayinə edərkən ona hələ bundan sonra da 7-8 ay pəhriz saxlamağını, işlədiyi fərdi əməklə məşğul olmamağını demişdir. Yəni, ayağındakı sınıqlar müəyyən müddət tələb etdiyindən və bundan əlavə səhhəti ağır işlə məşğul olmağa imkan vermədiyindən həkim 7-8 ay bundan sonra işlədiyi fərdi əməklə məşğul olmağını qadağan etmiş, istintaq zamanı ifadə verərkən müstəntiq gündəlik 50- 60 manat günəmuzd işləməyi ilə bağlı sübut tələb etsə də, o, heç bir sübut təqdim edə bilməmişdir. Çünki, özü Azərbaycan Respublikası vətəndaşı olduğundan Rusiya Feerasiyasında qeyri-rəsmi işləmiş və onunla heç kim əmək müqaviləsi bağlaya bilməzdi. Həm də ki, işi günəmuzd olduğundan əmək müqaviləsi bağlanılmamışdır. Odur ki, onun bununla bağlı heç bir sübut təqdim edə bilməməyi onun həqiqətən işləməməyi anlamına gəlməməlidir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan ödəməmişdir. 2024cü il üçün orta aylıq əmək haqqı 980 manat müəyyən edilmişdir. Onun da, gündəlik 50-60 manat fərdi əməklə məşğul olmağı nəzərə alınsa, təxminən orta aylıq əmək haqqının 2 misli miqdarında aylıq pul qazanmışdır ki, hal-hazırda da bundan məhrum edilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş ziyana görə 6200 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Lənkəran ŞRPŞ-nin İB-yə müraciət etmişdir. Sözügedən cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Hadisə nəticəsində və hadisədən sonra təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəməməsi və bundan əlavə olaraq baş vermiş xəsarətlə bağlı mən fiziki və ya psixoloji ağrı və əzab çəkmiş, sıxıntı,narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi ilə yaşamıs və hal-hazırda da bu hisslərlə yaşayır, həyatı pozulmuş və real imkansızlıqdan əziyyət çəkir. 11 mart 2024-cü il tarixdə, saat 11 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evdən çıxıb Lənkəran şəhərinə doğru getmişlər. Avtomobili Zərərçəkmiş şəxs1 idarə etmiş, o isə qabaq sərnişin oturacağında oturmuşdur. Həmin gün, saat 11 radələrirıdə Lənkəran - Lerik avtomobil yolunun Lənkəran rayonu Darquba kəndindən keçən hissəsində, üzü Lənkəran şəhəri istiqamətində, təxminən 50-60 km/saat surətlə hərəkətdə olarkən “Qaz”el markalı yük avtomobili öz hərəkət zolağında dönmə siqnalını yandıraraq dönmək istəyən ağ rəngdə “Mercedes” markalı avtomobillə arxadan toqquşub qəfildən hərəkətdə olduqları yola çıxmış və saniyə içərisində onlarla toqquşmuşdur. O, hadisənin necə baş verdiyini dəqiq xatırlamır. Toqquşmadan sonra məni Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar və həmin gün də oradan evə aparmışlar. Huşumu itirdiyimdən həmin hadisəni dəqiq xatırlamıram. Qeyd etmək istəyirəm ki, hadisə baş verən gündən bu günə kimi təqsirləndirilən şəxs ona nə maddi, nə də ki, mənəvi bir dəstək olmamışdır. Hazıradək müalicəsinə 1300 manata yaxın pul xərcləmişdir. Həkim ona müalicə üçün Bakı şəhərinə getməyini məsləhət görmüş, lakin maddi imkanı olmadığından və Təqsirləndirilən şəxs ona köməklik göstərmədiyindən müalicəsini davam etdirə, yəni Bakı şəhərinə gedə bilməmişdir. O, özü fəhləliklə məşğul olmuş və gündəlik 30 manat pul gəliri olmuşdur. Ailələrində də yeganə qazanc gətirən şəxs olmuş və hazırki hadisə ilə əlaqədar işləyə bilmir və beləliklə gündəlik gəlirlərindən məhrum edilmişdir. Həkim onu müayinə edərkən ona 1 il pəhriz saxlamağını, işlədiyi fərdi əməklə məşğul olmamağını demişdir. Yəni, qabırğalarındakı sınıqların bərpa edilməsi müəyyən müddət tələb etdiyindən və bundan əlavə səhhəti ağır işlə məşğul olmağa imkan vermədiyindən həkim 1 il işlədiyi fərdi əməklə məşğul olmağını qadağan etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 303 nömrəli rəyindən də görünür ki, bədəni üzərində sol V, Vİİİ İX qabırğaların sınıqları, başın ənsə nahiyəsində əzilmiş yara, sol diz qapağı, sol baldır, döş qəfəsi nahiyələrində sıyrıqlar, sol pəncə nahiyəsində qançırla nəticələnən xəsarətlər aşkar olunmuşdur. İstintaq zamanı ifadə verərkən müstəntiq gündəlik 30 manat günəmuzd işləməyi ilə bağlı sübut tələb etsə də, o, heç bir sübut təqdim edə bilməmişdir. Çünki, hamıya məlumdur ki, onların işi günərnuzd adi fəhləlikdir. 3 gün bir insanın qapısında işləyir, 2 gün bir insanın qapısında və s. Məlum məsələdir ki, günəmuzd fəhlə ilə heç kim rəsmi olaraq müqavilə bağlamır. Odur ki, onun bununla bağlı heç bir sübut təqdim edə bilməməyi onun həqiqətən işləməməyi anlamına gəlməməlidir. Təqsirləndirilən şəxs mənə dəymiş maddi ziyan ödəməmişdir. 2024-cü il üçün orta aylıq əmək haqqı 980 manat müəyyən edilmişdir. Onun da gündəlik 30 manat fərdi əməklə məşğul olmağı nəzərə alınsa, təxminən orta aylıq əmək haqqı miqdarında aylıq pul qazanmışdır ki, hal-hazırda da bundan məhrum edilmişdir. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, təqsirləndirlən şəxs onun oğludur və o, ifadə vermək istəyir. Hadisə günü oğlunun idarə etdiyi “Qaz”el markalı avtomobildə olmuş, “zapravka”dan çıxdıqdan sonra qabaqlarına avtomobil çıxmış, oğlu avtomobilini sola çəksə də, onun avtomobili qabaqdan gələn avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində zərəçəkmiş şəxslər xəsarət almış, onlardan Ağasifi Lənkəran, Ramini isə Masallı xəstəxanasına aparmışlar. Sonradan özü, oğlunun avtomobilində olan mal-qaranı satıb, əldə olunmuş pulla Masallıya getmişdir. Onlara pul da, quzu da gönərmişdir. Özü şəxsən zərəçəkmiş şəxslərlə söhbət etməmişdir. İbtidai istintaq zamanı Şahid1 göstərmişdir ki, Lerik rayonu Hamarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs oğludur. Mülkiyyətində “Qaz”el markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobili idarə etməsi üçün oğlu Təqsirləndirilən şəxs etibar etmişdir. 11 mart 2024-cü il tarixdə, saat 08-09 radələrində oğlu Təqsirləndirilən şəxsla birlikdə Liman şəhərinə gedib orada Nicat adlı şəxsdən bir baş iribuynuzlu heyvan alıb Ağaddinin idarə etdiyi “Qaz”el markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib Lerik rayonuna doğru hərəkətə başlamışlar. Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonu Darquba kəndindən keçən hissəsində üzü Lerik rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdikləri zaman qarşılarında onlarla eyni istiqamətdə hərəkət edən “Mercedes E320 “ markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ani şəkildə tormozladığını və avtomobillə sola dönmək istədiyini görmüşlər. Həmin vaxt aralarında ara məsafəsi az olmuş və Ağaddin avtomobili dayandıra bilməyib avtomobili bir qədər sola döndərmiş, lakin yük avtomobilinin qabaq sağ tərəfi “Mercedes” markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş və Ağaddin idarəetməni itirib avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış və həmin yolda üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Bundan sonra avtomobildən düşüb xəsarət almış şəxslərə kömək etmək üçün yaxınlaşmışlar. Hadisə yerinə ətrafda olan bir neçə şəxs də toplaşmış və təcili yardım avtomobili hadisə yerinə gəlib xəsarət almış şəxsləri, “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Zərərçəkmiş şəxs1 və sərnişin Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmışlar. Oğlu Təqsirləndirilən şəxs da hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Oğlu Təqsirləndirilən şəxs hadisədən sonra Zərərçəkmiş şəxs1 Əliabas oğlunun müalicə və əməliyyat xərclərinin 4000 manatdan artıq hissəsini ödəmiş, həmçinin 200 manat civarında dərman almış, bundan başqa Zərərçəkmiş şəxs1 həyətində bir baş quzunu qurban kəsib vermişdir. Hadisə zamanı yüngül xəsarət almışdır, bununla bağlı oğlu Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz”el markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti təxminən 60 km/saat olmuşdur. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, təqsirləndirlən və zərəçəkmiş şəxsləri əvvələr tanımamışdır. Hadisə günü idarə etdiyi “Mecedes” markalı avtomobillə üzü Lerik rayonu istiqamətində hərəkətdə olmuşdur. Darquba kəndinin ərazisində, döngədə onun idarə etdiyi avtomobili “Qaz”el markalı avtomobil vurmuş, daha sonra isə “06” markalı avtomobili vurmuşdur. İbtidai istintaq zamanı Şahid2 göstərmişdir ki, adında “Mercedes E320” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Nəqliyyat vasitələri idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 11 mart 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi “Mercedes E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran- Lerik avtomobil yolunun Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində 50-60 km/saat sürətlə Lerik rayonu istiqamətində hərəkət etmişdir. Yolda quraşdırılmış MMX radarını keçib təxminən 200-300 metr hərəkət edib Lənkəran rayonu Darquba kəndinə daxil olmaq üçün sola dönmə siqnalını yandırıb avtomobilin sürətini təxminən 20 km/saat sürətə qədər azaldıb avtomobili sola döndərmək istədikdə, arxasınca hərəkətdə olan “Qaz”el markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil güclü zərbə ilə onun avtomobilinin arxa sol tərəfi ilə toqquşub dərhal da əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Dərhal avtomobildən düşmüş, “VAZ-2106” markalı avtomobilin sürücüsü və yanında olan sərnişin şok vəziyyətində olmuşdur. Bu zaman ətrafda olan şəxslər hadisə yerinə toplaşmış və “Qaz”el markalı avtomobili arxaya çəkmişlər. “Qaz”el markalı avtomobil avtomobilinə arxadan vurduğu zaman avtomobilinin sürətini sola dönmək üçün təxminən 15-20 km/saat sürətlə idarə etmişdir. “Qaz”el markalı avtomobil sürətlə gəldiyi və düzgün ara məsafəsi saxlamadığı üçün avtomobilini arxadan vurmuşdur. Qarşı hərəkət zolağından “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini gördüyü zaman aralarında təxminən 30-40 metr məsafə olmuşdur. Həmçinin sola dönməyə başlamaq istədiyi anda isə aralarında təxminən 3-4 metr məsafə olmuşdur. Avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Həmin vaxt avtomobilində heç kim olmamışdır. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən yer Lənkəran-Lerik avtomobil yolunun 1-ci km-də, yolun Lənkəran rayonu Darquba kəndi ərazisindən keçən hissəsində yerləşir, yaşayış məntəqəsidir. Yol iki istiqamətlidir. Yolda hər hansı yol nişanı və ya asfaltın üzərində nişanlanma xətti yoxdur. Yol örtüyünün eni 7 metr olmaqla, yol quru, düz, üfuqi olmaqla asfalt örtüklüdür. Asfaltın üzərində piyada keçidi və ya başqa yol nişanları yoxdur. QAZ 3302 yük markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mercedes Benz E320 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerindən üzü Lerik rayonu istiqamətində asfaltın sağ kənarına qədər məsafə 3 metr, asfaltın sol kənarına qədər məsafə isə 4 metrdir. Mercedes markalı avtomobil toqquşmadan sonra 5,4 metr irəli hərəkət edib tam dayanmışdır. Mercedes markalı avtomobilin qabaq sağ təkərindən asfaltın sağ kənarına qədər məsafə 1,9 metr, arxa sağ təkərindən isə 1,6 metrdir. QAZ 3302 yük yük markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Mercedes Benz E320 markalı avtomobillə toqquşduqdan sonra avtomobili sola döndərib qarşı hərəkət zolağında üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan VAZ-21063 markalı, 42-CE- 466 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin toqquşma yerindən üzü Lerik rayonu istiqamətində asfaltın sol kənarına qədər məsafə 2 metr, həmin istiqamətdə asfaltın sağ kənarına qədər məsafə isə 5 metrdir. 1-ci toqquşma yerindən 2-ci toqquşma yerinə qədər məsafə 4 metrdir. VAZ-21063 markalı avtomobil üzü Lənkəran şəhəri istiqamətində, arxa hissəsi Darquba kənd yolunda, qabaq hissəsi isə ehtiyat hissədə durmuşdur. Həmin avtomobilin qabaq sol təkərindən asfaltın kənarına qədər məsafə 1,3 metr, arxa sol təkərindən isə asfaltın kənarına qədər məsafə 1 metrdir. QAZ 3302 yük markalı avtomobil üzü Lerik rayonu istiqamətində sağ ehtiyat hissədə dayanmışdır. Avtomobilin qabaq sol təkərindən asfaltın sağ kənarına qədər məsafə 1,9 metr, arxa sol təkərindən isə 3,2 metrdir. QAZ 3302 yük markalı avtomobilin qabaq sağ təkərindən Mercedes markalı avtomobilin arxa sağ təkərinə qədər məsafə 8 metr, QAZ 3302 yük markalı avtomobilin qabaq sol təkərindən VAZ- 21063 markalı avtomobilin qabaq sol təkərinə qədər məsafə 12,3 metrdir. VAZ-21063 markalı avtomobilin arxa sol təkərindən Mercedes markalı avtomobilin qabaq sol təkərinə qədər məsafə 4,7 metrdir. 1-ci toqquşma yerindən QAZ 3302 yük markalı avtomobilin qabaq sol təkərinə qədər məsafə 5 metr, VAZ-21063 markalı avtomobilin qabaq sol təkərinə qədər məsafə isə 7,5 metrdir. 2-ci toqquşma yerindən VAZ- 21063 markalı avtomobilə qədər məsafə 3,5 metr, QAZ 3302 yük markalı avtomobilə qədər məsafə 8,2 metr, Mercedes markalı avtomobilə qədər məsafə isə 4,5 metrdir. QAZ 3302 yük markalı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan olmuşdur. QAZ 3302 yük markalı avtomobilin qabaq sağ tərəfi Mercedes markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş, bundan sonra QAZ 3302 yük markalı avtomobilin qabaq tərəfi VAZ-21063 markalı avtomobilin ön, əsasən qabaq sol tərəfi ilə toqquşmuşdur. Baxış zamanı yolnəqliyyat hadisəsinin sxemi, həmçinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 12 aprel 2024-cü il tarixli, 344 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sol bud sümüyünün yerdəyişmiş sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 29 mart 2024-cü il tarixli, 303 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol V, Vİİİ, İX qabırğaların sınıqları, başın ənsə nahiyəsində əzilmiş yara, sol diz qapağı, sol baldır, döş qəfəsi nahiyələrində sıyrıqlar, sol pəncə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 13 may 2024- cü il tarixli, 8/965 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən QAZ-3302 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 11 mart 2024-cü il tarixli 000171 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü - Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan AD339538 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Lerik rayonu Hamarat kənd sakini Şahid1 mülkiyyətindədir. İşdə olan AE421697 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ vardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə “BC” kateqoriyalı AE421697 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu yoxdur. İşdə olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Valanaz və xx.xx.2018-ci il təvəllüdlü Rəhman adlı iki azyaşlı uşaq olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində şikayət daxil olmamışdır. İşdə olan “Sübutların qaiymətləndirlməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Şahid1 məxsus “QAZ-3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, X2 məxsus “VAZ- 21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və Şahid2 məxsus “Mercedes Benz E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması qərara alınmışdır. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, dövlət ittihamçısını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması tam sübuta yetirilir, buna görə də onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini onun əməlində yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxslərin sağlamlıqlarına vurduğu zərərin xarakteri, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələblərinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Şahid1 məxsus “QAZ-3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, X2 məxsus “VAZ- 21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və Şahid2 məxsus “Mercedes Benz E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza dəyərini təşkil edən 128 manat tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçıların mülki iddiaları ayrı-ayrılıqda qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəydiyi maddi ziyanın müvafiq olaraq 6900 və 6200 manat məbləğində olması ilə bağlı təqsirləndirilən şəxsdən tələbləri ilə bağlı iddialarına qiymət verərək məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 X3 əməliyyat olunmağı üçün 5200 manat maddi vəsait sərf olunduğunu, hadisədən sonra müalicəsinə hissə-hissə 2000 manat yaxın vəsait sərf etdiyini, lakin, hüquqi savadı olmadığından həmin qəbzləri apteklərdən tələb etmədiyini, özünün Rusiya Federasiyasının Moskva şəhərində, “Food City” meyvə bazarında fərdi əməklə məşğul olmaqla gündəlik 5000-6000 rubl, bizim pul ilə 50-60 manat gəliri əldə etdiyini, ailələrində yeganə qazanc gətirən şəxs olduğunu, həkim onu müayinə edərkən ona hələ bundan sonra da 7-8 ay pəhriz saxlamağını, mülki iddiaçı Zərərçəkmiş şəxs2 isə hazıradək müalicəsinə 1300 manata yaxın pul xərclədiyini, fəhləliklə məşğul olmaqla gündəlik 30 manat gəlirinin və ailələrində yeganə qazanc gətirən şəxs olduğunu, həkim onu müayinə edərkən ona 01 il pəhriz saxlamağını göstərsələ də, bunları təsdiqləyən sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istrinad etdiyi halları sübut etməlidir. Bunda əlavə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ziyan vurulduğu sübuta yetirilsə də, hansı məbləğdə maddi ziyanın vurulması sübuta yetirilmir. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi ziyan kimi təqsirləndirilən şəxsdən hər birinə 1000 manat olmaqla, cəmi 2000 manat tutularaq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə mülki iddiaçıların ayrı-ayrılıqda 5000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə yuxarıda qeyd olunmuş şərtlərlə bağlı qeyd edirki, MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hamıya bəllidir ki, yol-nəqliyyat hadisəsindən sonra mülki iddiaçlar xəsarətlər almış, bunun nəticəsində onlar fiziki və mənəvi sarsıntılara məruz qalmışlar. Həmin sarsıntılar mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, həmin qanunsuz hərəkət və mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxsin təqsiri üzündən baş vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənəvi zərərin əvəzi olaraq hər birinə 1000 manat olmaqla, cəmi 2000 manat tutularaq zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməli, mülki iddialar qalan hissədə təmin edilməməlidir. Belə ki, həmin zərər müəyyən edilərkən, mülki cavabdehin də maddi vəziyyəti, ailə şəraiti və ailə tərkibi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə ...səhhətə digər xəsarətlər yetirilməsinə ... dəvən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, mülki iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq mülki cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki iddia 2000 manat məbləğində təmin edildiyindən, mülki cavabdehdən 40 manat (30 + 10=40) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şahid1 məxsus “QAZ-3302 yük” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, X2 məxsus “VAZ- 21063” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və Şahid2 məxsus “Mercedes Benz E320” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxsdan tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Mülki iddialar qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi zərərin əvəzi olaraq hər birinə 1000 manat olmaqla, cəmi 2000 manat tutularaq zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilsin. Mülki iddialar qalan hissədə təmin edilməsin. Mülki iddialara görə ödənilməli 40 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutlaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(049)-248/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-248/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver