Məhkəmə qərarları › İş №1(049)-249/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-249/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-249/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədazdə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1959-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi. İ/B, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 dekabr 2024-cü il tarixdə, saat 10.41-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 2021-ci ilin oktyabr ayının əvvəlində Lənkəran rayonu Boladi kəndində olan zaman tanışı Şahid vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs ‘'Azəriqaz" ASC-nin Lənkəran rayonu Qaz İstismar İdarəsində mühasib vəzifəsinə düzəlmək istəməsi barədə məlumatı aldıqdan sonra etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs 6500 manat pul müqabilində guya yaxın əlaqələri vasitəsi ilə işə qəbul edilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, onu özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə, vədinə əməl etmək niyyətində olmadan, əskinə maddi vəziyyətini yaxşılaşdırmağa yönələn niyyətinə çatmaq üçün razılaşdıqları xeyli miqdar təşkil edən 6500 manat pulu 05 oktyabr 2021-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində yerləşən evinin qarşısında Şahid avtomobilinin salonunda alaraq. Zərərçəkmiş şəxs ümumilikdə 6500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur, hal-hazırda ünvan 1, ev 1 ünvanında ailəsiylə birlikdə yaşayır. Evlidir, üç övladı vardır, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Emin onun həmkəndlisidir. O, ürəkdən əməliyyat olunduqdan sonra daha işləyə bilmirmiş. Əvvəllər məhkum olunmamışdır, Zərərçəkmiş şəxs barəsində Lənkəran rayon Prokurorluğuna verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, tanışı Şahidla növbəti danışığlarından birində Elvin ona bildirmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxs da işsizdir və mümkündürsə onu da Lənkəran şəhərində yerləşən Azəriqazın mühasibi vəzifəsinə düzəltdirsin. O da bununla maraqlanacağını bildirmişdir və onu da işə düzəltməyə çalışacağını bildirmişdir. Bundan sonra o, Şahid zəng edib xalası oğlu Zərərçəkmiş şəxs istədiyi həmin mühasib vəzifəsinə düzəldə bilər, lakin bunun müqabilində 6500 manat pul lazım olacaq. Üzərindən bir neçə gün keçmişdir ki, 2021-ci ilin oktyabr ayında o, Lənkəran rayonu, Boladi kəndinə gəlmiş, həmin vaxt Şahidla görüşmüş və o, xalası oğlu Zərərçəkmiş şəxs sadaladığı 6500 manat pulu hazırladığını və ona vermək istədiyini bildirmişdir. Bundan sonra o, Şahid aftomobili ilə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmiş və burada Zərərçəkmiş şəxs gəlib avtomobilə oturmuşdur. Şahid yanında 6500 manat pulu sayaraq ona vermiş və o da X4 vasitəsi ilə onu Lənkəran RQİİdə mühasib vəzifəsinə işə düzəltdirəcəyini vəd vermişdir. Lakin o, Zərərçəkmiş şəxs işə düzəldilməsi ilə bağlı Qabil Rzayevə heç bir söz deməmiş və onlardan aldığı pulu ehtiyacı olduğundan özü üçün xərcləmişdir. 2023-cü ilin may ayında Lənkəran rayon Prokurorluğundan müstəntiq ona zəng edərək məlum dələduzluq cinayətini törətdiyini ona bildirmiş, bundan sonra onu rayon prokurorluğuna dəvət etmişdir. O isə ona səhhətiylə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. 11 avqust 2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Ora gəldikdən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları özlərini təqdim edib onun cinayət işi ilə bağlı axtarışda olduğunu bildirib onlarla birlikdə Lənkəran ŞRPŞ-na gəlməyini istəmişlər. O da polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-ya gəlmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, bir daha bu cür cinayət əməli törətməyəcəkdir. O, Zərərçəkmiş şəxs pulları alan zaman onu işə Qabil Rzayev vasitəsi ilə işə düzəltdirəcəyini bildirsə də, lakin bu barədə Qabil Rzayevə heç bir məlumat və hər hansı bir pul məbləği verməmişdir. Zərərçəkmiş şəxs aldığı 6500 manat pulu özü şəxsi tələbatları üçün xərcləmişdir. Hazırda isə onlara vurduğu ziyanı tam olaraq ödəmiş, zərəçəkmiş şəxslə barışmış, sonuncunun ondan şikayətçi və tələbkar deyildir və barəsində olan işin icraatına xitam verilməsiuni xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də digər istintaq materialları ilə təsdiq edilərək tam sübuta yetirilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, 2014-cü ildən “Azəriqaz” İB-nin Lənkəran RQİİ- nin Lənkəran Xidmət sahəsinin QAİT üzrə çilingəri vəzifəsində işləyir. Onun işi təbii qaz istehlakçılarına aylıq bildirişin verilməsindən, qaz pulunun yığılmasına nəzarət, təbii qazdan qanunsuz istifadə edən abonentlərə qaz verilməsinin dayandırılmasından ibarətdir. O, işlədiyi vəzifə orta təhsilli şəxslərin işləməsi üçün nəzərdə tutulduğundan o, həmişə fikirləşirdi ki, gələcəkdə ali təhsil tələb olunan vəzifəyə yüksələr. Şahid onun xalası oğludur. 2021-ci ilin sentyabr ayında xalası oğlu Şahid ona bildirmişdir ki, dayısı Mahir Bağırovun dostu olan Təqsirləndirilən şəxs onu “SOCAR"-da işə düzəldəcəkdir. Elvin ona demişdir ki, Təqsirləndirilən şəxs Qabil adlı tanışının vasitəsilə “Azəriqaz” İB-də yüksək vəzifə tutan Maarif Nəcəfova pul verməklə işə düzəldə bilir. Həmçinin Elvin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona deyib ki, əgər başqa kimsə işə düzəlmək istəyirsə ona müraciət edə bilər və eyni üsulla işə düzəldə bilir. Elvin ona bildirmişdir ki, işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vermişdir. Elvin bu sözləri ona deyəndən sonra o da həvəsə gəlib, hazırda işlədiyi “Azəriqaz” İB- nin Lənkəran RQİİ-də mühasib ştatının boş olduğu üçün həmin vəzifədə işləmək istədiyini Elvinə demişdir ki, əgər alınarsa Təqsirləndirilən şəxs onu da işə düzəltsin. O da Təqsirləndirilən şəxs həmin vaxta qədər tanımamışdı, lakin onun Maarif Nəcəfovun adından istifadə etməsi onu da inandırmışdır ki, işə düzəldə bilər çünki Maarif Nəcəfov yüksək vəzifədə işləyir. Elvin onun da işə düzəlmək istədiyini Təqsirləndirilən şəxs dedikdən sonra. Münasib Elvinə bildirmişdir ki, onu Lənkəran RQİİ-də mühasib vəzifəsinə düzəlməyi üçün 6500 manat məbləğində ona pul verməlidir. O da Elvinə demişdir ki, pulu hazırlayacaq, yəni razıdır. xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs Elvinə zəng vurub demişdir ki, Lənkəran rayonu Boladi kəndinə bacısı gilə gəlmişdir və onu işə düzəlməyi üçün razılaşdığı 6500 məbləğində pulu ona çatdıraq. O da Elvinlə birlikdə Təqsirləndirilən şəxs Lənkəran rayonu Boladi kəndində Elvinin idarə etdiyi “Mersedes” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib həmin kənddə onun yaşadığı evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 25 oktyabr 2021 -ci il tarixdə Bakı şəhərində test imtahanına, 05 noyabr 2021 -ci il tarixdə isə müsahibədə iştirak edəcək və onu Lənkəran RQİİ-də mühasib vəzifəsinə təyin etdirəcəkdir. Təqsirləndirilən şəxs Şahid avtomobilində 6500 manat məbləğində pulu vermiş. Münasib pulu ondan aldıqdan sonra bildirmişdir ki, həmin pulu Qabil Rzayevə verəcəkdir və Qabil də Maarif Nəcəfova çatdıracaqdır ki, onu işə qəbul etdirsin. Sonra Təqsirləndirilən şəxslə sağollaşmış və o getmişdir. 15 noybar 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs dəvəti ilə imtahanda iştirak etmək üçün Elvinlə birlikdə Bakı şəhərinə getmiş, Bakı şəhəri Q.Qarayev metronun yaxınlığında “SOCAR”ın “İnsan Resursları” şöbəsinin qarşısında imtahan vermək üçün gözləmiş, lakin idarədə yoxlama olduğundan imtahan təxirə salınmışdır və yaxın vaxtlarda onları yenidən imtahan dəvət edəcəklərini bildirmişdir. xx.xx.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs onu və Elvini yenidən imtahan vermək adı ilə Bakı şəhərinə dəvət etmiş, onlar yenə də “SOCAR”ın “İnsan Resursları” şöbəsinin qarşısında imtahan vermək üçün gözləmiş, lakin Təqsirləndirilən şəxs yenə də onlara bildirmişdir ki. imtahan vermək təxirə salınmışdır və onları başqa vaxt dəvət edəcəklərmiş. Sonra o, Elvinlə qayıdıb Lənkəran rayonuna gəlmişdir. Onlar gələndən sonra Təqsirləndirilən şəxs hər dəfə Elvinlə əlaqə saxlayıb bildirmişdir ki, yaxın vaxtlarda işi düzələcəkdir. Artıq işinin düzəlmədiyini görüb, 2022-ci ilin əvvəllərindən Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamış, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək guya yaxın vaxtlarda işin düzələcəyini, onlardan aldığı pulu Qabil Rzayevə verdiyini, pulu alıb geri qaytaracağını bildirmişdir. 2022-ci ilin aprel ayında Qabil Rzayev həbs olunduqdan sonra onlar tam əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edib, pullarını ələ keçirmişdir. Lakin Münasib hər dəfə onlara vaxt verməyini istədiyindən, 2023-cü ilin may ayında onun barəsində Lənkəran rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. O, Təqsirləndirilən şəxs pulu əlbəəl vermişdir, həmin onun yanında xalası oğlu Şahid olmuşdur. O, Təqsirləndirilən şəxs pulu işə düzəlməyi üçün verdiyi üçün pulun nə vaxtsa qayıtmasını düşünməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını və ic üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 15655 №li mədaxil qəbzindən görünür ki, təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-i olan 1625 manat pulu dövlət nəfinə ödəmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə qeyristabil stenokardiya diaqnozu ilə X2 daxil olmuş və xx.xx.2015-ci il tarixdə oradan çıxmışdır. İşdə olan Zərərçəkmiş şəxs imzası notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənilmiş, sonuncuya qarşı şikayət və tələbi yoxdur, cinayəty işi üzrə işin icraatına xitam verilməsinə etiraz etməyir. İşdəki “Axtarışda olan şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12.50-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdəki “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, saat 19.00da müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar