Məhkəmə qərarları › İş №1(049)-250/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-250/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-250/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış olan, 03 fevral 2023-cü il tarixdə Lənkəran rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla barəsində 03 ay müddətdə “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının əvvəllərində, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 05 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,193 qram, -0,153 qram, -0,198 qram, -0,130 qram və -0,166 qram; ümumi təmiz çəkisi -0,840 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixdə, saat 12:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşadığı evin yaxınlığındakı küçədə saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni istifadə etməyəndə bədənində ağrılar olur. 01 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində 05 bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı bükümü əynində olan şalvarın sağ yan cibinə qoyaraq gələcəkdə qəbul etməyi üçün üzərində saxlamışdır. Sözügedən 05 ədəd bükümdə narkotik vasitə olan heroini aldıqdan sonra şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 01 fevral 2023-cü il Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşadığı evə tərəf piyada hərəkətdə olan zaman Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Liman polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində üzərində şəxsi-axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 05 ədəd narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Himayəsində yaşlı anası və iki azyaşlı övladı vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 da qrupun üzvləri olmuşlar. 01 fevral 2023-cü il tarixdə, saat 12:20-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşadığı evə yaxın yolda hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən videoçəkilişlə, vəkiln iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 05 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd büküm olan heroin elektron tərəzidə çəkilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlələr özünə məxsusdur. Üzərindən aşkar edilmiş həmin kütlələr 01 fevral 2023cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük Bazar deyilən yerdə tanımadığı şəxsdən 25 manat pulun qarşılığında əldə etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis serjantları Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 fevral 2023-cü il tarixli protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin 05 ədəd narkotik vasitə olan heroinin təqribi çəkisi 0,92 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə adını bilmədiyi şəxsdən 05 bükümdə, 25 manat qarşılığında almışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarına əlavə edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qablaşdırılaraq götürülmüş bir ədəd paketdə olan tərəziyə baxış keçirilmiş və həmin elektron tərəzinin işləmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 02 fevral 2023-cü il tarixli 19/147 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus 5 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,193 qr; -0,153 qr; -0,198 qr; -0,130 qr; -0,166 qram: üzmumi təmiz çəkisi -0,840 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 02 fevral 2023-cü il tarixli 112 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Məhkumluğu yoxdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 4(049)-44/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,193 qr; -0,153 qr; -0,198 qr; -0,130 qr; -0,166 qram: üzmumi təmiz çəkisi -0,840 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotiv vasitə - heroinin ekspertizadan sonra qalıq qalmış 0,640 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X1, həyat yoldaşı X2 və iki övladı – X5 və X6 ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,640 qram təşkil edən narkotik vasitə – heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 01 fevral 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,640 qram təşkil edən narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar