Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-250/2024 16.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat:16:05 xx xxx 1961-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını Lənkəran rayonu, Velədi kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində 6 (altı) ədəd plasmas dibçəklərdə qanunsuz olaraq əkib, onlardan bitən 2 dibçəkdə hər birində 2 ədəd və 4 dibçəkdə hər birində 1 ədəd olmaqla, cəmi 8 (səkkiz) ədəd olub xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə həmin vaxtdan etibarən aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və əkib yetişdirdiyi tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkilərinin yarpaqlarından 2024-cü ilin iyun ayının sonlarında dərib qurudaraq, yaşadığı Lənkəran rayonu, Velədi kəndində yerləşən evdə kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 23,596 qram olub xeyli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib, onu əkdiyi çətənə (kannabis) bitkilərinin yanında gizlədərək saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 iyun 2024-cü il tarixdə saat 11 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində iştirakı və icazəsi ilə yaşadığı Lənkəran rayonu, Velədi kəndində yerləşən evə baxış keçirilərkən evin həyətyanı torpaq sahəsindəki feyxoa ağaclarının arasından cəmi 6 (altı) ədəd dibçəklərdə boyu 30 sm-70 sm olan xeyli miqdarda həmin 8 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumi təmiz çəkisi 1090,0 qram olmaqla əkildiyi yerdə kök üstə yaş vəziyyətdə və onların yanında gizlədib satış məqsədi olmadan qanunsuz olaraq saxladığı xeyli miqdarda-23,596 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana şəffaf sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Velədi kəndində yaşayır. 2023-cü ilin aprel ayında işləmək üçün Ukraynanın Mariupol şəhərinə getmişdir. O, Mariupol şəhərində qurudulmuş marixuanadan siqaret kağızında çəkməklə istifadə etməyə başlamışdır .2023-cü ilin oktyabr ayında Azərbaycana gələn zaman özü ilə nəşə (çətənə) toxumları gətirmişdir ki, həyətində əkib becərərək ondan özü üçün istifadə etsin. 2024-cü ilin aprel ayının əvvəllərində qərara gəlmişdir ki, Mariupol şəhərindən gətirdiyi nəşə (çətənə) toxumlarını dibçəkdə əkib becərsin və onun yarpaqlarından qurudub siqaret kağızında çəkməklə istifadə etsin. Buna görə də altı ədəd plasmas dibçək almış və dibçəklərin içərisinə torpaq tökmüşdür. Sonra isə nəşə toxumlarını həmin dibçəkdə olan torpaqda basdırmışdır. Həmin dibçəkləri ailə üzvləri görməsin deyə yaşadığı evin həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasına qoymuşdur. Sonra isə hər gün əkdiyi nəşə toxumlarını sulayaraq onlara qulluq etməyə başlamışdır. Toxumlar cücərdikdən sonra isə tərkibində narkotik maddə olan çətənə bitkilərinin diblərini mismarla boşaldaraq qulluq etməyə başlamışdır. O, havalar istiləşdiyindən həmin çətənə kollarına iki gündən bir su verib, kollara qulluq etmişdir. Əkib-becərdiyi çətənə kolları müəyyən qədər böyüdükdən sonra onları saymış və 2 ədəd dibçəkdə hər birində 2 ədəd və 4 ədəd dibçəkdə hər birində 1 ədəd olmaqla cəmi 8 ədəd çətənə kollarının olduğunu görmüşdür. Təxminən 5-6 gün əvvəl istifadə etmək üçün həmin çətənə kollarının yarpaqlarından qırıb qurutmaq üçün kiçik sellofan torbanın üzərinə qoymuşdur. Təxminən 3 gündən sonra həmin yarpaqların quruduğunu görmüşdür. O, qurumuş marixuananın az bir hissəsini siqaret kağızına doldurub çəkməklə istifadə etmişdir. Qalan qurudulmuş marixuananı isə kiçik şəffaf sellofan torbaya qoymuş və dibçəklərin birinin yanına atmışdır. 28 iyun 2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı evin həyət qapısının qarşısında dayandığı zaman Lənkəran ŞRPŞ-nin işçiləri ona yaxınlaşmışlar və narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsində şübhəli olduğunu bildirib, onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. O da polis işçiləri ilə razılaşmış və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis işçisinə vermişdir. Polis işçisi hüquq və vəzifələrini ona izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışı videoçəkilişlə aparacağını bildirmişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonla çəkiliş aparmağa başlamışdır. Polis işçisi ona yaşadığı evdə və evin həyətyanı torpaq sahəsində qanunla qadağan olunmuş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O da həyətində özü istifadə etmək üçün əkdiyi marixuana kollarını təqdim edəcəyini bildirmişdir. Bundan sonra, o, polis işçiləri və sonradan adını bildiyi “Qulaməli” adlı şəxslə birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. O, polis işçilərini evinin həyətyanı torpaq sahəsinə aparmış və əkib becərdiyi narkotik tərkibli çətənə kollarını polis işçilərinə təqdim etmişdir. Həmin vaxtı polis işçisi onun dibçəklərin birinin yanına qoyduğu içərisində qurudulmuş marixuana olan sellofan torbanı görmüş və ondan sellofan torbanın içərisində nə olduğunu soruşmuşdur. O da həmin sellofan torbanın içərisindəkinin qurudulmuş marixuana olduğunu və çətənə kollarının yarpaqlarından yığaraq özü istifadə etmək üçün qurutduğunu bildirmişdir. Polis işçisi 06 ədəd dibçəkdə olan 8 ədəd çətənə kollarını dibçəklərdən çıxardıb yerə qoymuşdur. Bundan sonra, polis işçisi 8 ədəd çətənə kollarını bir ədəd ağ rəngli sintetik kisəyə qoymuş və elektron tərəzidə çəkmişdir. O, elektron tərəzinin ekranına baxan zaman içərisində 8 ədəd çətənə kolları olan həmin kisənin çəkisinin 1365 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi içərisində qurudulmuş marixuana olan sellofan torbanı elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman çəkisinin 26,19 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi içərisində qurudulmuş marixuana olan kiçik sellofan torbanı bir ədəd zərfə qoymuşdur. O, polis işçisinin ağ rəngli kisənin üzərinə yazıb qoyduğu kağıza və bir ədəd zərfin üzərinə imza etmişdir. Polis işçisi videoçəkilişi dayandırmışdır. Bundan sonra polis işçisi həmin kisəni, 6 ədəd dibçəyi və zərfi götürmüş, onlar həyətdən küçəyə çıxmışlar. Polis işçisi həmin kisəni, 6 ədəd dibçəyi və zərfi maşına qoymuşdur. O da həmin avtomobilə əyləşmiş və polis işçiləri ilə birlikdə Lənkəran ŞRPŞyə gəlmişdir. Polis işçisi yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı protokol tərtib etmiş və o, baxışda iştirak etmiş şəxslərlə birlikdə həmin protokola imza etmişdir. Bundan sonra, polis işçisi ona üzərində axtarış aparılacağını bildirmişdir. Özünün seçdiyi vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Polis əməkdaşı axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Polis işçisi üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə olduğu halda təqdim etməsini ona təklif etmişdir. O da üzərində narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddənin olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış və axtarış zamanı üzərindən narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla, digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşını, qardaşı nəvəsi X3 Vətən müharibəsində şəhid olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 28 iyun 2024-cü il tarixdə, saat 09 radələrində icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıyaraq gəzdirməsi, narkotik xassəli bitkiləri əkib-becərməsi və kultivasiyası ilə məşğul olması, həmin narkotik vasitəni yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat məlumatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ətrafında və evinin həyətyanı sahəsində təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisləri, polis mayoru Şahid4 və polis kapitanı Şahid3, polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirində ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Qurbanov da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmək üçün Lənkəran rayonunun Şilavar kəndində yaşayan, ali təhsili, alim-aqronom Şahid2 tərəfindən Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət olunmuşdur. Bundan sonra, onlar 28 iyun 2024-cü il tarixdə, saat 11 radələrində avtomobillərə əyləşib Lənkəran rayonunun Velədi kəndinə getmişlər. Həmin günü, saat 10:35 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonunun Velədi kəndində yerləşən evinin həyət qapısının qarşısında saxlanılmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməkdə və narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsində şübhəli olduğunu və buna görə də onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X12 Məmmədova hüquq və vəzifələrini izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra, polis serjantı Şahid5 "Honor X9 B" markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparmağa başlamışdır. Bəhruz Qurbanov, Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı torpaq sahəsində qanunla qadağan olunmuş əşya və predmet olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da həyətində özü istifadə etmək üçün əkdiyi marixuana kollarını təqdim edəcəyini bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs icazəsi ilə onun evinin həyət qapısından içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasında saxladığı, 6 ədəd plasmas dibçəklərdə, 2 ədəd dibçəkdə hər birində 2 ədəd, 4 ədəd dibçəkdə hər birində 1 ədəd olan əkib-becərdiyi narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri onlara təqdim edərək, həmin bitkilərin narkotik vasitə olan marixuana kolları olduğunu və özü istifadə etmək üçün narkotik tərkibli çətənə toxumlarını həmin dibçəklərdə əkib becərməklə yetişdirdiyini bildirmişdir. Həmin vaxtı dibçəklərin birinin yanında içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanın olduğunu görmüşlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan torbanın içərisindəki qurudulmuş marixuanadır və çətənə kollarının yarpaqlarından yığaraq özü istifadə etmək üçün qurutmuşdur. 6 ədəd dibçəklərdə əkilmiş 8 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilərin diblərinin yumşaq və nəm halda olduğu, hündürlüklərinin isə 30-70 sm-dək olduğu müəyyən olunmuşdur. Həmin vaxtı mütəxəssis Şahid2 bildirmişdir ki, 6 ədəd dibçəklərdə olan 8 ədəd bitkilər narkotik tərkibli çətənə kollarıdır və həmin çətənə bitkiləri 3 ay əvvəl dibçəklərdə olan torpağa toxum şəklində əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarılmış və becərilmişdir. Bundan sonra, Bəhruz Qurbanov tərəfindən həmin 8 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər 6 ədəd dibçəkdə olan torpaqdan çıxarılaraq 1 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış və elektron tərəzidə çəkilərkən çəkisinin 1365 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Bundan sonra, Bəhruz Qurbanov tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan şəffaf sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 26,19 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Bəhruz Qurbanov içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı bir ədəd zərfə qoyub qablaşdırmışdır. Bundan sonra, onlar içərisində 8 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər olan sintetik kisəni, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd zərfi və 6 ədəd plasmas dibçəkləri avtomobilə qoymuşlar. Sonra isə Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş və onlar Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişlər. X12 Məmmədovun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bundan sonra, Bəhruz Qurbanov, üzərində şəxsi axtarış keçiriləcəyi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Özünün seçdiyi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış aparılmazdan əvvəl Bəhruz Qurbanov tərəfindən üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bəhruz Qurbanov, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən 20 manat pulu çıxardıb təqdim edərək bildirmişdir ki, həmin 20 manat puldan başqa üzərində narkotik vasitə, hər hansı bir qanunsuz əşya və maddə yoxdur. Bundan sonra 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmış və onun üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Sonda tətrtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 Hökməli Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəlikdə mühasib işləyir. Ali təhsilli alim-aqronomdur. 28 iyun 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı Lənkəran rayonunun Şilavar kəndində olduğu zaman Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı Şahid1 onun mobil telefon nömrəsinə zəng edərək, Lənkəran rayonu Velədi kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu, onun evinə baxış keçirdəcəklərini bildirib, həmin evə baxışda mütəxəssis kimi iştirak etməyini ondan xahiş etmişdir. O da Şahid1 ilə razılaşmış və Lənkəran ŞRPŞ-yə gəlmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Qurbanov, onu, Təqsirləndirilən şəxs adlı şəxsin evinin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda mütəxəssis qismində iştirak etməyi barədə qərarla tanış etmiş və ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə Lənkəran rayonunun Velədi kəndinə getmişdir. Həmin gün, saat 11 radələrində Təqsirləndirilən şəxs adlı şəxslə yaşadığı Velədi kəndi ərazisində yerləşən evin həyət qapısının qarşısında görüşmüşlər. X12 Məmmədova narkotik vasitələrdən istifadə etməkdə və narkotik tərkibli çətənə kollarının əkilibbecərilməsində şübhəli olduğunu və onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Bəhruz Qurbanov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışın videoçəkilişlə aparılacağı barədə məlumat vermişdir. Bundan sonra polis işçisi videoçəkiliş aparmağa başlamışdır. Bəhruz Qurbanov, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə və yaxud da narkotik tərkibli bitkilər olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da həyətində özü istifadə etmək üçün əkdiyi marixuana kollarını təqdim edəcəyini bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs icazəsi ilə onun evinin həyət qapısından içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasında saxladığı, 6 ədəd plasmas dibçəklərdə, 2 ədəd dibçəkdə hər birində 2 ədəd, 4 ədəd dibçəkdə hər birində 1 ədəd olan əkib-becərdiyi narkotik tərkibli çətənə kollarını onlara təqdim edərək, həmin bitkilərin narkotik vasitə olan marixuana kolları olduğunu və özü istifadə etmək üçün narkotik tərkibli çətənə toxumlarını həmin dibçəklərdə əkib becərməklə yetişdirdiyini bildirmişdir. Həmin vaxtı dibçəklərin birinin yanında sellofan torbanın olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan torbanın içərisindəki qurudulmuş marixuanadır və çətənə kollarının yarpaqlarından yığaraq özü istifadə etmək üçün qurutmuşdur. O, həmin narkotik tərkibli çətənə kollarına baxan zaman həmin çətənə bitkilərinin 3 ay əvvəl dibçəklərdə olan torpağa toxum şəklində əkildiyini, aqrotexniki qaydada qulluq edildiyini, dibinin yumşaldıldığını, gübrələndiyini, mütəmadi olaraq suvarıldığını və becərildiyini görmüşdür. Bundan sonra, o, sellofan torbanın içərisinə baxan zaman sellofan torbanın içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra, Bəhruz Qurbanov tərəfindən həmin 8 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər 6 ədəd dibçəkdə olan torpaqdan çıxarılaraq yerə qoyulmuşdur. O, həmin 8 ədəd olan narkotik tərkibli çətənə bitkilərinin hündürlüklərini ölçmüş və müəyyən olunmuşdur ki, onların hündürlüyü 30-70 sm-dir. Bəhruz Qurbanov tərəfindən həmin 8 ədəd narkotik tərkibli çətənə kolları 1 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış və elektron tərəzidə çəkilərkən çəkisinin 1365 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Bundan sonra, Bəhruz Qurbanov tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 26,19 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Bəhruz Qurbanov içərisində qurudulmuş marixuana olan sellofan torbanı bir ədəd zərfə qoyub qablaşdırmışdır. Bundan sonra, polis işçisi videoçəkilişi dayandırmışdır. Polis işçiləri içərisində 8 ədəd narkotik tərkibli çətənə kolları olan sintetik kisəni, içərisində qurudulmuş marixuana olan zərfi və 6 ədəd plasmas dibçəkləri avtomobilə qoymuşlar. Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş və onlar Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişlər. X12 Məmmədovun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Təqsirləndirilən şəxs Lənkəran rayonu Velədi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan, həmçinin baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasından 06 (altı) ədəd plasmas dibçəklərdə əkilmiş, yaş vəziyyətdə cəmi 08 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 01 (bir) ədəd şəffaf sellofan torba aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin narkotik təbiətli çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədi ilə əkib-becərərək, kultivasiya etməklə yetişdirdiyini və qurudulmuş marixuananı da əkib-becərərək, kultivasiya etməklə yetişdirdiyi həmin narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından qıraraq qurudub hazırlamaqla özü istifadə etmək məqsədi ilə şəffaf sellofan torbada saxladığını təsdiq edir. 28 iyun 2024-ci il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, 28 iyun 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Velədi kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasından aşkar olunaraq götürülmüş 06 ədəd plasmas dibçəklərdə olan tökmə torpaqda 2 ədəd dibçəkdə hər birində 2 ədəd, 4 ədəd dibçəkdə hər birində 1 ədəd olmaqla, köküstə cəmi 8 ədəd, uzunluqları 30 smdən,70 sm-dək olan narkotik tərkibli çətənə bitkiləridir.Həmçinin dibçəklərin birinin yanında olan sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş həmin narkotik tərkibli çətənə bitkiləri 3 ay əvvəl 6 ədəd plasmas dibçəklərə tökülmüş torpağa toxum şəklində əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarılmış və becərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 29 iyun 2024-cü il tarixli, 19/530 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs əkin sahəsində bir ədəd qurudulmuş marixuana......." sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd bükülüdə təmiz çəkisi:-23,596 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs həyətində 8 ədəd çətənə bitkisi ........" sözlər və imzalar olan kisədəki, ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi:-1090,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 18 iyul 2024-cü il tarixli, 597 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə saat 10:35-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli, 662 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 12 iyul 2024-cü il tarixli, 2690 nömrəli arayışdan görünür ki, Məmmədov X8 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00-da tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Velədi kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan feyxoa ağaclarının arasından aşkar edilərək götürülmüş təmiz çəkisi -23,596 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 23,496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 08 ədəd hündürlükləri 30-70 sm olan yaş vəziyyətdə ümumi təmiz çəkisi -1090,0 qram narkotik təbiətli çətənə (kannabis) bitkilərindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1089,2 qram çəkidə 08 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkilibbecərildiyi 6 ədəd plasmas dibçəklər maddi sübut qismində tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə baxış keçirilməsi və əşyanın götürülməsi və şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətlərini özündə əks etdirən 2 (iki) ədəd DVD diskdə olan video görüntülər maddi sübut qismində tanınmış, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda, arvadı, oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran ŞİHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İkinci Qarabağ müharibəsi şəhidi X1 rayonu, Təqsirləndirilən şəxs qardaşı nəvəsidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2711 nömrəli Sərəncamı ilə verilmiş İ-22377 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X7 ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2724 nömrəli Sərəncamı ilə verilmiş İ-7611 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X7 ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2349 nömrəli Sərəncamı ilə verilmiş İ-3452 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X7 ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 237.1-ci maddəsinin dispozisiyasına görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hiss keçirərək həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini, 63 yaşında olmasını, qardaşı nəvəsi X3 Vətən müharibəsində şəhid olmasını və yaşayış yeri müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılaraq qəti cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə saat 10:35-dən 30 iyun 2024-cü il tarixə saat 10:00-dək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan ekspert tədqiqatından sonra qalıq qalmış 23,496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və ekspert tədqiqatından sonra qalıq qalmış 1089,2 qram çəkidə 08 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkilib-becərildiyi 6 ədəd plasmas dibçəklər hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, baxış keçirilməsi və əşyanın götürülməsi və şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətlərini özündə əks etdirən 2 (iki) ədəd DVD diskiş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn 65 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə, CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 23,496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və ekspert tədqiqatından sonra qalıq qalmış 1089,2 qram çəkidə 08 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkilibbecərildiyi 6 ədəd plasmas dibçəklər məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-250/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-250/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver