Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-252/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:50 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi olaraq 20 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Lənkəran rayonu, Mamusta kənd sakini X1 paybəlli torpaq sahəsindən qanunsuz torpaq daşınması ilə bağlı sonuncudan izahat alarkən həmin kənd sakini Zərərçəkmiş şəxs binaya daxil olaraq əleyhinə izahat almasına görə ona kəskin iradlarını bildirməsi və əlində tutduğu mobil telefonla onu videogörüntüyə alması səbəbindən izahat almağı yarımçıq dayandırıb kənd icra nümayəndəliyinin inzibati binasını tərk edərkən aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı mobil telefonla videoçəkiliş aparan Zərərçəkmiş şəxs mane olmaq məqsədi ilə sonuncunun üzərinə hücum edib əlləri ilə qəsdən sol əlini burub sıxaraq, sonra isə divara çırparaq və dirsəyi ilə sinəsinə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol əl nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması, sol əlin İİ barmağı nahiyəsində sıyrıqlar və döş qəfəsi nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində çalışır. Zərərçəkmiş şəxs tanıyır. Vüsal onun həmkəndlisidir. Həmçinin, Mamusta kənd məscidinin axundu vəzifəsində çalışır. 20 oktyabr 2022-ci il tarixdə Mamusta kənd sakini X14 Cəfərova icarəyə verdiyi torpaq sahəsindən qanunsuz olaraq torpaq daşınması ilə bağlı X12 kənd icra nümayəndəliyinə dəvət edərək izahatını alan zaman Zərərçəkmiş şəxs kənd icra nümayəndəliyinə daxil olaraq yüksək səslə nalayiq ifadələrlə onun üzərinə hücum çəkmişdir. Belə ki, Zərərçəkmiş şəxs İltifat Rufiyevdən izahat almağının əleyhinə olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu çıxararaq onu çəkməyə başlamışdır. O, Vüsala vəzifəsini icra etdiyini bildirmiş və onu çəkməməyi xahiş etmişdir. Bundan sonra Vüsal onun sözünə məhəl qoymayaraq yenidən çəkməyə başlamışdır. Bundan sonra o, icra nümayəndəliyini tərk etmək istəmişdir ki, Zərərçəkmiş şəxs onun qarşısını kəsib otaqdan çıxmağına mane olmuşdur. O, əli ilə Vüsalı qabağından çəkilməsi üçün qırağa tərəf çəkmiş və inzibati binanı tərk etmişdir. Həmin gün o, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs qarşı hər hansı bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətin harada, nə vaxt və kim tərəfindən xəsarət yetirilməsi barədə heç bir məlumatı yoxdur. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin gün AR DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs dediklərinin yalan olduğunu, Vüsalın əlini tutub divara çırpmadığını, Vüsala məxsus mobil telefona heç bir fiziki təsir göstərmədiyini bildirmişdir. Buna görə də barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində icarə əsasında götürüb çəltik əkini ilə məşğul olduğu pay torpaq sahəsinin sahibi həmkəndlisi İltifat Rufiyevin 1 saylı X3 İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən Mamusta kənd ərazi İcra nümayəndəliyinə çağrılaraq Təqsirləndirilən şəxs onun həyətinə izahatında göstərdiyi şəxslərin təşkilatçılığı və iştirakları ilə daşınmış torpağın guya ki, onun tərəfindən İltifat Rufiyevə məxsus torpaq sahəsindən daşınması barədə izahat almaq istəməsi barədə məlumat almışdır. O, bunu eşitdikdə dərhal kənd icra nümayəndəliyinin inzibati binasına getmiş və Təqsirləndirilən şəxs həqiqətən də inzibati binanın ikinci mərtəbəsində yerləşən kənd ərazi icra nümayəndəsi müavinin otağında İltifat Rufiyevin öz hüquqlarını bilməməsindən istifadə edərək, İltifatdan ona qarşı izahat almasının şahidi olmuşdur. Həmin vaxt Raminə etirazını bildirmiş və bunu əyani şəkildə sübut etmək üçün həmin şəxslərin qeyri-qanuni fəaliyyətini öz şəxsi mobil telefonu ilə video çəkilişlə qeydə almağa başlamışdır. Bunu görən Təqsirləndirilən şəxs qəfil üstünə hücum çəkərək əli ilə sinə nahiyəsinə zərbələr vurmuş, sonra əli ilə telefon tutduğu əlini tutub sıxaraq divara çırpmış, digər əli ilə də sol əlini tutub sıxmağa başlamışdır. Həmçinin başı ilə sifət nahiyəsinə zərbələr vurmağa çalışmış və onu divara sıxmışdır. Təqsirləndirilən şəxs sol əlini tutub sıxdığı zaman əlində olan hansısa bilmədiyi bir əşya ilə sol əlinin barmağına xəsarət yetirmiş, digər barmaqları isə əlinin divara çırpılması nəticəsində aldığı zərbələrin təsirindən əzilmişdir. Ramin barmaqlarını xüsusi fənd vasitəsilə sındırmağa cəhd etmişdir. Həmçinin, Raminin onu divara sıxdığı zaman sinə nahiyəsinə dirsəyi ilə vurduğu zərbələrin nəticəsində ürək nahiyəsində və sinənin digər nahiyəsində küt ağrı, daxili göynəmə baş vermişdir. Ramin bir neçə dəfə üstünə hücum edərək təkrar onu vurmağa çalışsa da o, keçirtdiyi ağır cərrahiyə əməliyyatlarını düşünüb Raminin hərəkətlərinə qarşılıq verməmiş və endirdiyi zərbələrdən yayınmağa çalışmışdır. Raminin ona qarşı tətbiq etdiyi fiziki zor nəticəsində əlində tutduğu “Redmi 9 T” markalı mobil telefonunun gövdəsi deformasiyaya uğramış və bunun nəticəsində ekranı zədələnmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərbələr və xəsarətlərin nəticəsində keçirtdiyi ağrılardan, xüsusən ürək nahiyəsində baş verən ağrıların təsirindən sağlamlığına görə narahat olub, oradan uzaqlaşmışdır. Sonra isə polisin 102 xidmətinə zəng edib, Ramin tərəfindən döyülməyi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışlar. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinin sanksiyası həddində ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Cəfərov Vsal icarə əsasında götürüb çəltik əkini ilə məşğul olduqları pay torpaq sahəsinin sahibi, həmkəndliləri İltifat Rufiyevin 1 saylı X3 İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən Mamusta kənd ərazi İcra nümayəndəliyinə çağrılaraq onun əleyhinə izahat almaq istəməsi barədə məlumat almışdır. Zərərçəkmiş şəxs bunu eşitdikdə dərhal kənd icra nümayəndəliyinin inzibati binasına getmiş və Təqsirləndirilən şəxs həqiqətən də inzibati binanın ikinci mərtəbəsində yerləşən kənd ərazi icra nümayəndəsi müavinin otağında İltifat Rufiyevin öz hüquqlarını bilməməsindən istifadə edərək, Vüsala qarşı izahat almasının şahidi olmuşdur. Bu səbəbdən ona etirazını bildirmiş və bunu əyani şəkildə sübut etmək üçün həmin şəxslərin qeyri-qanuni fəaliyyətini əri Vüsal öz şəxsi mobil telefonu ilə video çəkilişlə qeydə almağa başlamışdır. Bunu görən Təqsirləndirilən şəxs qəfil ərinin üstünə hücum çəkərək əli ilə ərinin sinə nahiyəsinə zərbələr vurmuş, sonra əli ilə telefon tutduğu əlini tutub sıxaraq divara çırpmış, digər əli ilə də sol əlini tutub sıxmağa başlamışdır. Həmçinin, başı ilə Vüsalın sifət nahiyəsinə zərbələr vurmağa çalışmış və divara sıxmışdır. Təqsirləndirilən şəxs ərinin sol əlini tutub sıxdığı zaman əlində olan hansısa bir əşya ilə sol əlinin barmağına xəsarət yetirmiş, digər barmaqları isə əlin divara çırpılması nəticəsində aldığı zərbələrin təsirindən əzilmişdir. Ramin əri Vüsalın barmaqlarını xüsusi fənd vasitəsilə sındırmağa cəhd etmişdir. Həmçinin, Ramin Vüsalı divara sıxdığı zaman sinə nahiyəsinə dirsəyi ilə vurduğu zərbələrin nəticəsində Vüsal ürək nahiyəsində və sinənin digər nahiyəsində küt ağrı, daxili göynəmə hiss etmişdir. Ramin bir neçə dəfə ərinin üstünə hücum edərək təkrar vurmağa çalışsa da, Vüsal keçirtdiyi ağır cərrahiyə əməliyyatlarını düşünüb Raminin hərəkətlərinə qarşılıq verməmiş və endirdiyi zərbələrdən yayınmağa çalışmışdır. Raminin əri Vüsala qarşı tətbiq etdiyi fiziki zor nəticəsində Vüsalın əlində tutduğu “Redmi 9 T” markalı mobil telefonunun gövdəsi deformasiyaya uğramış və bunun nəticəsində ekranı zədələnmişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs polisin 102 xidmətinə zəng edib, Ramin tərəfindən döyülməyi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs icra nümayəndəliyinə gələrək orada Mamusta kənd sakini X14 Cəfərova icarəyə verdiyi torpaq sahəsindən qanunsuz olaraq torpaq daşınması ilə bağlı İltifat Rufiyevi nümayəndəliyə dəvət edərək izahatının almasından ötrü çağırmışdır. Bu zaman Zərərçəkmiş şəxs kənd icra nümayəndəliyinə daxil olaraq Raminin izahat almasına mane olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs İltifat Rufiyevdən izahat alınmasının əleyhinə olduğunu bildirmişdir. Daha sonra İltifat Rufiyev otağı tərk etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu çıxararaq Təqsirləndirilən şəxs çəkməyə başlamışdır. Ramin Vüsala vəzifəsini icra etdiyini bildirmiş və Vüsaldan çəkməməyi xahiş etmişdir. Bundan sonra Vüsal Raminin sözünə məhəl qoymayaraq yenidən çəkməyə başlamışdır. Bundan sonra Ramin icra nümayəndəliyini tərk etmək istəmişdir ki, Zərərçəkmiş şəxs Raminin qarşısını kəsib otaqdan çıxmağına mane olmuşdur. Ramin əli ilə Vüsalı qabağından çəkilməsi üçün qırağa tərəf çəkmiş, onun telefon çəkən əlini tutub yuxarı qaldırmış, özünün çəkməsinə mane olmuş və bundan sonra inzibati binanı tərk etmişdir. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən vurmamışdır. Raminin Zərərçəkmiş şəxs qarşı hər hansı bir xəsarət törətməsinin şahidi olmamışdır. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs bədənində xəsarət olmuşdur. Lakin, həmin xəsarətin kim tərəfindən yetirilməsi barədə heç bir məlumatı yoxdur. Daha sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin gün AR DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində çalışır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs Mamusta kənd məscidinin axundu vəzifəsində çalışır. 20 oktyabr 2022ci il tarixdə Mamusta kənd sakini X14 Cəfərova icarəyə verdiyi torpaq sahəsindən qanunsuz olaraq torpaq daşınması ilə bağlı iş yoldaşı Quliyev X5 Rufiyevi Mamusta kənd icra nümayəndəliyinə dəvət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs kənd icra nümayəndəliyinə daxil olaraq yüksək səslə nalayiq ifadələrlə Raminin üzərinə hücum çəkmişdir. Belə ki, Zərərçəkmiş şəxs İltifat Rufiyevdən izahat almağının əleyhinə olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu çıxararaq Təqsirləndirilən şəxs çəkməyə başlamışdır. Ramin Vüsala vəzifəsini icra etdiyini bildirmiş və Vüsaldan Ramini çəkməməyi xahiş etmişdir. Bundan sonra Vüsal Raminin sözünə məhəl qoymayaraq yenidən çəkməyə başlamışdır. Bundan sonra Ramin icra nümayəndəliyini tərk etmək istəmişdir ki, Zərərçəkmiş şəxs Raminin qarşısını kəsib otaqdan çıxmağına mane olmuşdur. Ramin əli ilə Vüsal Ramini qabağından çəkilməsi üçün qırağa tərəf çəkmiş, onun çəkməsinə mane olmuş və bundan sonra inzibati binanı tərk etmişdir. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin gün AR DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 67-74-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən ərazi icra nümayəndəliyinin inzibat binasıdır. Həmin inzibati binanın ikinci mərtəbəsində yerləşən otaqların birində Quliyev X5 Rufiyevdən izahat alan zaman Zərərçəkmiş şəxs ora gəlmiş və Təqsirləndirilən şəxs İltifat Rufiyevdən izahat almasının qanunsuz olduğunu bildirərək etiraz etmişdir. Daha sonra İltifat Rufiyev izahat verməyərək otağı tərk etmiş və bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus “Redmi 9t” markalı mobil telefonla Təqsirləndirilən şəxs çəkməyə başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu çəkməsinə etiraz edərək onun üzərinə getmiş və Vüsaldan onu çəkməməyi tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdirdiyini görən Təqsirləndirilən şəxs inzibati binanı tərk edərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında iş materiallarına əlavə edilən DVD diskdə olan videoçəkilişə baxış keçirilərkən müəyən edildi ki, Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonla videokameranı qoşub Mamusta kənd icra nümayəndəliyin inzibati binasında otaqların birinə daxil olur. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs təqdim edir və onun qeyriqanuni fəaliyyət apardığını qeyd edir. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əli ilə onun video çəkməsinə mane olur. Həmin vaxt Zərərçəkmiş şəxs Mobil telefonu yerə düşür və videoçəkiliş bitir. 2-ci video görüntüsündən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bələdiyyədən qanunsuz sənəd istəməsini bildirir, Təqsirləndirilən şəxs yenidən onu çəkməməyi bildirərək əli ilə kənara itələyir və icra nümayəndəliyin binasını tərk edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-18-ci vərəqələrində olan 21 oktyabr 2022-ci il tarixli, 1062 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol əl nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması, sol əlin İİ barmağı nahiyəsində sıyrıqlar, döş qəfəsi nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 57-58-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7 və övladları – xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs vurmaması, Zərərçəkmiş şəxs qarşı hər hansı bir xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs qabağından çəkilməsi üçün qırağa tərəf çəkmiş və inzibati binanı tərk etməsi, Zərərçəkmiş şəxs bədənində olan xəsarətin harada, nə vaxt və kim tərəfindən xəsarət yetirilməsi barədə heç bir məlumatının olmaması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyi, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində isah işləri növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Arzuman Əliyev ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunsun. İslah işləri cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-252/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-252/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver