Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-255/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 12:45 xx.xx.1971-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmaqla üzərində 01 il 01 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtardığından xx.xx.2023cü il tarixdə qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Təqsirləndirilən şəxs, 2024-cü il ilin iyul ayının əvvəllərində Lənkəran şəhəri ərazisində təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram olan 10 (on) ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə metadon həblərindən 6 (altı) ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram narkotik vasitə metadon həblərini 19 iyul 2024-cü il tarixdə Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində tanışı Şahid4 qanunsuz olaraq 90 manat pula satmış, qalan 4 (dörd) ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon həblərini üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 20 iyul 2024-cü il tarixdə saat 04:00-da Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində tanışı Şahid4 ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra əvvəlcə Şahid4 üzərinə şəxsi axtarış keçirilərkən ondan aldığı 6 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olan metadon həbləri əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, sonra öz üzərinə şəxsi axtarış keçirilərkən qalan 4 (dörd) ədəd təsiredici maddəsinin ümumi miqdarı -0,16 qram olan narkotik vasitə metadon həbləri əyində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə metadon həbindən qəbul edir. Adətən istifadəsi üçün narkotik vasitə metadonu Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 20 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində siqareti olmadığı üçün küçəyə çıxmışdır. Həmin vaxt tanışı Şahid4 da küçədə olmuşdur. Bir qədər söhbət etdikdən sonra mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilərkən nə onun, nə də Şahid4 üzərində heç bir narkotik vasitə olmamışdır. Şöbədə olarkən polis əməkdaşlarının təzyiqi və döyülmə nəticəsində məcbur qalaraq ona verilmiş metadon həbləri öz üzərinə götürməyə məcbur olmuş, qonşusu Şahid4 da polis əməkdaşları tərəfindən məcbur edildiyi üçün metadon həblərini üzərinə götürərək guya həmin həbləri ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan olunmuş ittihamla təqsirli bilmədiyini göstərərək barəsinə bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Hazırda ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Təxminən 2 ilə yaxın müddətdir ki, narkotik vasitə metadon həbindən qəbul edir. Adətən istifadəsi üçün narkotik vasitə metadonu Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 18 iyul 2024-cü il tarixdə gündüz saatlarında Lənkəran Mərkəzi bazarı ərazisində olduğu zaman əvvəldə narkotik vasitə aldığı üzdən tanıdığı şəxslə rastlaşdıqda ondan özünə narkotik vasitə metadon satmasını istəmişdir. O da özündə 10 ədəd metadon həbi olduğunu və bir ədədini 6 manata satdığını bildirmişdir. O da 60 manat verib 10 ədəd metadon həbini ondan almış və daha sonra ağrıları olduqda istifadə etmək məqsədi ilə cibinə qoyub saxlamışdır. 19 iyul 2024-cü il tarixdə tanışı olan Şahid4 ona metadon həbinin olubolmamasını soruşmuşdur. O da Novruza metadon həbinin onda olduğunu və bir ədədini 15 manata satdığını bildirmişdir. Novruz da ona 90 manat verərək ondan 6 ədəd metadon həbi istəmişdir. O da pulun müqabilində Novruza 6 ədəd metadon həbi satmışdır. 20 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində siqareti olmadığı üçün küçəyə çıxıb tanış kimisə gördükdə siqaret istəmək üçün küçədə piyada gəzişməyə başlamış, şəhərin Ş.İ.Xətai küçəsində tanışı Şahid4la rastlaşdıqdan sonra birlikdə küçədə söhbət edib piyada hərəkət etdiyi zaman mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşmışlar, özlərini təqdim edib, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları onlara narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmaları barədə onlarda məlumatları olduğunu deyib, onları Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirmişlər. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğu elan edilib, onun üçün müdafiəçi dəvət etmişlər. Daha sonra müdafiəçilərin iştirakı ilə onun və Şahid4 üzərinə axtarış aparmağa başlamışlar. Şahid4 üzərinə axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Şahid4 da 6 ədəd metadon həblərini əynindəki şalvarın cibindən çıxarıb təqdim edərək, narkotik vasitə metadon həbləri olduğunu, onları istifadəsi üçün ondan alıb saxladığını bildirmişdir. Şahid4 həmçinin istifadə etdiyi “Pluzz” markalı mobil telefonu, portmanatını da cibindən çıxarıb təqdim etmişdir. Şahid4 üzərinə axtarış keçirildikdə şalvarının cibindən 1 ədəd salfetdən başqa hər hansı predmet və əşya aşkar olunmamışdır. Aşkar edilmiş 6 ədəd həblər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,45 qram olmuşdur. Sonra aşkar olunmuş 6 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlalınmış və möhürlənmişdir. Zərfin üstünü Şahid4 və müdafiəçisi imzalamışlar. Bundan sonra onun üzərinə də şəxsi axtarış keçirilməyə başlanmış və ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da istifadəsi üçün alıb saxladığı 4 ədəd narkotik vasitə metadon həblərini əynindəki şalvarın cibindən çıxarıb təqdim edib, narkotik vasitə metadon həbləri olduğunu, onları üzdən tanıdığı şəxsdən istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin də əynindəki şalvarın ciblərindən 1 ədəd mobil telefonunu və 1 ədəd pul əskinasını çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 4 ədəd metadon həbləri də elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,69 qram olmuşdur. Sonra aşkar olunmuş 4 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərfin üstünü o və müdafiəçisi Müdafiəçi imzalamışlar. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxunmuş, protokolu onlar və başqa iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir. O, əldə etdiyi metadon həblərindən 6 ədəd metadon həbini tanışı Şahid4 satmışdır. Şahid4 başqa heç kimə narkotik vasitə olan metadon həbləri satmamışdır. Bundan başqa o, verilən suala cavab olaraq bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsin deyə Lənkəran Rayon Məhkəməsində üzərində aşkar edilmiş narkotik vasitə olan metadon həblərinin özünə məxsus olmadığını bildirmişdir. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsi, ev 23-də yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və narkotik vasitələri Lənkəran şəhəri, M.R.Vəssab küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxslərin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir, Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 isə qrupun üzvləri olmuşlar. 20 iyul 2024-cü il tarixdə, saat 04:00 radələrində Şahid4 və Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində olmasını müşahidə etmişlər. Sonra onlara yaxınlaşaraq özülərini təqdim etmiş, onlara üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Şahid4 və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 06 ədəd həb çıxarıb təqdim etmişdir. Şahid4 təqdim etdiyi 6 ədəd həbi tanışı Təqsirləndirilən şəxs istifadəsi üçün aldığını bildirmişdir. Üzərində aşkar edilmiş portmanatdan 02 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin 6 ədəd həb elektron tərəzidə çəkilmiş və 2,45 (iki tam yüzdə qırx beş) qram olması müəyyən edilmişdir. Daha sonra həmin həblər zərfdə qablaşdırılaraq DİN-in 135 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı aşkar olunmuş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin Şahid4 portmanatından aşkar edilmiş 02 manat pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarışın davamı olaraq Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğ halda təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 04 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd həbdən başqa üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş həmin 4 ədəd həb elektron tərəzidə çəkilmiş və çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram olmuşdur. Daha sonra həmin həblər qablaşdırılaraq DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və 01 ədəd 5 manatlıq pul əskinası əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, özü aradabir narkotik vasitə marixuana istifadə edir. Təqsirləndirilən şəxs onun tanışıdır. 20 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində küçədən səs-küy gəldiyi üçün yaşadığı evdən çölə çıxmışdır. Tanışı Təqsirləndirilən şəxs da həmin vaxt küçədə olmuşdur. Polis əməkdaşlarını görüb nə baş verdiyini soruşduqda onların ikisini də polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilərkən nə onun, nə də Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində təzyiq qarşısında məcbur qalaraq ona verilmiş metadon həbləri öz üzərinə götürməyə məcbur olmuş, həmin metadon həblərini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə metadon həbindən qəbul edir. Adətən istifadəsi üçün narkotik vasitə metadonu Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 19 iyul 2024-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhərində tanışı Təqsirləndirilən şəxsla rastlaşdıqda ondan istifadəsi üçün narkotik vasitə metadon həbi satmasını istəmişdir. Təqsirləndirilən şəxs da metadon qəbul etdiyini və özündə metadon həbi olacağını düşünmüşdür. Təqsirləndirilən şəxs da özündə olan metadon həblərindən 6 ədədini ona vermiş və həmin həblərin birini 15 manata satdığını bildirmiş, o da 6 ədəd metadon həbinə görə İlqara cəmi 90 manat pul vermişdir. İlqardan aldığı 6 ədəd metadon həbini daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sol yan cibinə qoymuşdur. 20 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı Ş.İ.Xətai küçəsində olduğu zaman İlqarla rastlaşmışdır. Təqsirləndirilən şəxsla birlikdə küçədə söhbət edib piyada hərəkət etdiyi zaman mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşmışlar, özlərini təqdim edib, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmaları barədə onlarda məlumatın olduğunu deyib, onları Lənkəran ŞRPŞ-yə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib və onun üçün müdafiəçi dəvət etmişlər. Daha sonra müdafiəçilərin iştirakı ilə onun və Təqsirləndirilən şəxs üzərinə axtarış aparmağa başlanmışdır. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da İlqardan aldığı 6 ədəd metadon həbini əynindəki şalvarın sol yan cibindən çıxarıb təqdim edərək, narkotik vasitə metadon həbləri olduğunu, onları İlqardan istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin də istifadə etdiyi “Pluzz” markalı mobil telefonu, portmanatını da cibindən çıxarıb təqdim etmişdir. Üzərinə axtarış keçirildikdə şalvarının cibindən 1 ədəd salfetdən başqa hər hansı predmet və əşya olunmamışdır. Üzərindən aşkar edilmiş 6 ədəd həb elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,45 qram olmuşdur. Sonra aşkar olunmuş 6 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürləmişlər. Zərfin üstünü o və müdafiəçisi İntiqam Hüseynov imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə də şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 4 ədəd həbləri çıxarıb təqdim edib, narkotik vasitə metadon həbləri olduğunu, onları üzdən tanıdığı şəxsdən istifadəsi üçün alıb saxladığını bildirmişdir. O həmçinin də əynindəki şalvarın ciblərindən 1 ədəd mobil telefon və 1 ədəd pul əskinası çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd metadon həbi də elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,69 qram olmuşdur. Sonra aşkar olunmuş 4 ədəd metadon həbi ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlamışlar və möhürləmişlər. Zərfin üstünü Təqsirləndirilən şəxs və müdafiəçisi imzalamışlar. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmış, axtarış aparılması barədə protokol yazıb onlara oxunmuş, protokolu onlar və başqa iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir və narkotik vasitələrin satışı ilə məşğul olmur. Bundan başqa polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 20 iyul 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-da şübhəli şəxs qismində tutulmuşdur. 14 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Şahid4 və Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə saat 04:00da Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsində birlikdə olduqları zaman saxlanılmış, üzərlərinə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığından Lənkəran ŞRPŞ-nə gətirilmişlər və gətirildikdən sonra göstərilən şəxslərin iştirakı ilə Şahid4 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışa başlandıqda əvvəlcə Şahid4 təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Şahid4 əynində olan şalvarın arxa ciblərindən bir ədəd portmanat və 1 ədəd mobil telefon, sol yan cibindən isə 6 ədəd həb çıxarıb təqdim etdi. Şahid4 təqdim etdiyi 6 ədəd həblərin narkotik vasitə metadon həbləri olduğunu, narkotik vasitə metadon qəbul etdiyini, üzərindən aşkar edilmiş 6 ədəd həbləri tanışı Təqsirləndirilən şəxs istifadəsi üçün aldığını bildirdi. Şahid4 təqdim etdiyi portmanatda 2 ədəd 1 manatlıq pul əskinasları aşkar edildi. Şahid4 təqdim etdiyi həmin 6 ədəd həbdən başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdi. Bundan sonra Şahid4 üzərinə tərəfimdən keçirilən şəxsi axtarış zamanı onun əynindəki şalvarın arxa cibindən 1 ədəd salfet aşkar edildi, üzərindən başqa hər hansı əşya, predmet aşkar edilmədi. Şahid4 aşkar olunaraq götürülmüş metadon həbinə bənzər həblər elektron tərəzidə çəkildi, ümumi çəkisi 2,45 (iki tam yüzdə qırx beş) qram oldu. Həmin metadon həblərinə bənzər həblər ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırıldı və DİN-nin 135 saylı möhürü ilə möhürləndi. Bundan sonra şəxsi axtarış hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və sağ yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinası, 4 ədəd həb çıxarıb təqdim edərək, təqdim etdiyi həblərin narkotik vasitə metadon həbləri olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 4 ədəd həbdən başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimdən keçirilən şəxsi axtarış zamanı onun üzərindən hər hansı əşya, predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş metadon həbinə bənzər 4 ədəd həblər elektron tərəzidə çəkildi, ümumi çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram oldu. Həmin metadon həblərinə bənzər həblər ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırıldı və DİN-nin 135 saylı möhürü ilə möhürləndi. Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd portmanat, 1 ədəd salfet, 2 ədəd pul əskinası və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən özlərinə qaytarıldı. Şahid4 aşkar edilmiş 1 ədəd “Pluzz” markalı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Nokia” markalı mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar ola biləcəyindən götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə metadon həblərini öz istifadəsi üçün 2 gün əvvəl üzdən tanıdığı şəxsdən bir ədədini 6 manata olmaqla almış və saxlamışdır. Şəxsi axtarış keçirilərkən polis serjantı Şahid3 tərəfindən videoçəkiliş aparılaraq görüntü protokola əlavə olunması üçün DVD diskə köçürüldü. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli 19/561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,16 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər...” və “Şahid4 üzərindən aşkar edilmiş 6 ədəd metadon həbi Rəy №-19/560.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 10 ədəd metadon həbləri həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Ekspertiza tədiqaqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli 19/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən aşkar edilmiş 6 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,24 qramdır.(bir həbdə 0,04 qr). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. 22 iyul 2024-cü il tarixli 600 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur və 19 iyul 2024-cü il tarixdə Şahid4 90 manat pulun qarşılığında Təqsirləndirilən şəxs 06 ədəd narkotik vasitə olan metadon həbi almışdır. Şahid4 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Bundan başqa, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs aşkar olunmuş 10 ədəd narkotik vasitə olan metadon həbini kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayonlararası psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmü ilə barəsində 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkumluğu olmayan şəxsdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-222/2021 №-li, 03 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 7(049)-79/2022 №-li, 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-222/2021 №-li, 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 02 il 01 ay 27 gün çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 01 il 01 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 39 №-li məlumatından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtarmış və xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 4(049)-114/2024 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs arasında keçirilmiş 22 iyul 2024-cü il tarixli “üzləşdirmə”dindirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı Şahid4 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona 90 manat məbləğində pulun qarşılığında narkotik vasitəni satdığını bildirmişdir. Təqsirləndirilən şəxs da həmin xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, adına tibbi kitabça açılmış və ilkin tibbi müayinə zamanı sol bazunun içəri səthində sarımtıl qançır aşkar edilmişdir. Məhkəmə tibb ekspertızasının 22 iyul 2024-cü il tarixli 672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X1 tərəfindən qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə Bakı İstintaq Təcridxanasının məlumatı əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şükürov X2 şəhəri, M.R.Vəssab küçəsi, ev 23 ünvanında qeydiyyatda bacıları ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 23 sentyabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təsiredici maddəsinin ümumi miqdarı -0,16 qram olan 04 ədəd metadon həbi (təsiredici maddəsinin ümumi miqdarı - 0,12 qr, qalıq 03 ədəd), ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 üzərindən aşkar olunmuş təsiredici maddəsinin ümumi miqdarı -0,24 qram olan 06 ədəd metadon həbi (təsiredici maddəsinin ümumi miqdarı -0,20 qr, qalıq 05 ədəd) və iş üzrə 01 ədəd DVD diskdə videogörüntü maddi sübut qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, onun polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq üzərinə narkotik vasitə qoyulması, ibtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur edilməsi, habelə təqsirləndirildiyi maddə üzrə Təqsirləndirilən şəxs bəraət verilməsi” barədə ifadə və çıxışlarına, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında “narkotik vasitənin satışı ilə məşğul olmaması barədə” ifadəsində göstərdiklərinə qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə metadon həblərini əldə etməsi, üzərində saxlamaqla daşıması və satması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu və videogörüntüsü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, üzləşdirmə protokolu, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə tibb ekspertiza rəyi ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş, buna görə də həmin idarənin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X1 tərəfindən müvafiq yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, həmçinin ibtidai istintaq zamanı, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, polis əməkdaşları barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 03 ədəd -0,12 qr narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspert tədqiqatından sonra qalıq qalmış 03 ədəd -0,12 qr narkotik vasitə metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-255/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-255/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver