Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-256/2023 17.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, müvəqqəti olaraq Lənkəran rayonu Separadi kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran-Boradigah kəndi istiqamətində asfalt yoldan sol tərəfdə 50 metr aralıda yerləşən kənd yolunda tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində, yəni Zərərçəkmiş şəxs bacısı Şahidəyə Təqsirləndirilən şəxs onu təhqir etdiyini deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu qəsdən yumruq ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vurmaqla - sol qaşüstü nahiyəsində əzilmiş yara, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır, sağ yanaq nahiyəsində sıyrıq ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qudası Şahidənin qardaşıdır. Zahid eyni zamanda onun həmkəndlisidir. Zahid ilə münasibətləri yaxşı olmuşdur. 1 il əvvəl qudası ilə aralarında ailədaxili mübahisə yaranmışdır. O, həmin mübahisəni qaydasına qoymaq məqsədilə qudasının qardaşı Zahidə zəng etmişdir. Zahidə məsələ barədə bildirib ağsaqqallıq etməsini xahiş etmişdir. Lakin Zahid həmin mübahisədə onu günahlandıraraq təhqir etmişdir. Lakin o, Zahidə əhəmiyyət verməmişdir. Bundan sonra Zahidlə aralarında olan münasibətlər pozulmuşdur. Həmin vaxtdan 2-3 ay sonra da evdə olduğu zaman Zahid onun mobil nömrəsinə zəng edərək, onu nalayiq ifadələrlə təhqir etmişdir. Zahid onu söhbət etmək üçün evinə dəvət etmişdir. Lakin o, Zahidə heç bir əhəmiyyət verməmişdir. Həmin vaxtdan etibarən Zahidlə heç vaxt qarşılaşmamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonu Separadi kəndində hərəkətdə olduğu zaman Zahidin yol kənarında olmasını görmüşdür. O, Zahidə yaxınlaşaraq kənara çəkilməsini xahiş etmişdir. Zahid onunla birlikdə kənara çəkilmişdir. O, Zahiddən hansı səbəbə bacısı Şahidəni təhqir etdiyi barədə sonuncuya xəbər etməsini soruşmuşdur. Zahid Şahidəyə yaxşı edib deməsini bildirərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Zahidin onu təhqir etməsinə görə o, Zahidin yaxasından tutmuşdur. Zahid də eyni zamanda onun yaxasından tutaraq sıxmışdır. Həmin vaxt o, əsəbi olduğundan Zahidin sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Şahidənin qudasıdır. Rauf eyni zamanda onun həmkəndlisidir. Raufla münasibətləri yaxşı olmuşdur. Rauf bacısının qudası olduqdan sonra onunla münasibətləri pozulmuşdur. Buna səbəb də Raufun Şahidəni təhqir etməsi səbəbindən onun Raufa irad bildirməsi olmuşdur. 1 il əvvəl Rauf ona zəng edərək bacısı Şahidəni təhqir etmiş, bu səbəbdən o, Raufa acıqlanmışdır. Həmin vaxtdan bəri Raufla heç vaxt qarşılaşmamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonu, Separadi kəndində iməcilik işləri apardığı zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Rauf onunla söhbət etmək istədiyini demişdir. Lakin o, Raufa hal-hazırda işi olmasını, sonra söhbət edəcəklərini bildirmişdir. Rauf israrla onunla söhbət etmək istədiyini dediyindən o, razılaşmışdır. Söhbət etmək üçün o, Raufla birlikdə kənara çəkilmişdir. Rauf ondan Şahidəni təhqir etməsini sonuncuya niyə xəbər etməsini soruşmuşdur. O, bacısı barəsində işlətdiyi nalayiq ifadələri Şahidəyə dediyini bildirmişdir. Bundan sonra Rauf onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Şavər onlara yaxınlaşaraq ayırmaq istəsə də, Rauf əli ilə onun sifət nahiyəsinə yumruq zərbələri vurmuşdur. Zərbələrin təsirindən o, yerə yıxılmışdır. Şavər onları ayırdıqdan sonra Rauf çıxıb getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonu Separadi kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə iməcilik işləri apardığı zaman Rauf Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Rauf Zahidə sözü olmasını, kənara çəkilməsini bildirmişdir. Zahid Raufa hal-hazırda işi olmasını, sonra söhbət edəcəklərini demişdir. Lakin Rauf israrla Zahidlə söhbət etmək istədiyini dediyindən Zahid Raufla birlikdə kənara çəkilmişdir. Təxminən 5 dəqiqə sonra Zahidin Raufla geri qayıtmadığından o, narahat olmuşdur. Bu səbəbdən Zahidi səsləmişdir. Lakin Zahid ona səslənmədiyindən onlara yaxınlaşmışdır. Bu zaman Raufun Zahidin yaxasından tutmasını, Zahidin sifət nahiyəsindən qan axmasının şahidi olmuşdur. O, qaçaraq Raufa yaxınlaşmış, Raufdan Zahidi buraxmasını xahiş etmişdir. Lakin Rauf ona heç bir əhəmiyyət verməyərək, Zahidin sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, küçəyə qaçaraq kömək çağırmışdır. Bundan sonra o, təkrar həmin şəxslərə yaxınlaşaraq onları ayırmışdır. O, mübahisəyə səbəb Zahidin deməsinə görə 1 il əvvəl Raufun onun bacısı Şahidəni təhqir etməsini Şahidəyə xəbər etməsi olduğunu, mübahisə zamanı ətrafda kənar şəxs olmamasını, Zahid ilə Rauf arasında olan münaqişənin təxminən 10-15 dəqiqə davam etməsini bildirmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 09 aprel 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran-Boradigah kəndi istiqamətində asfalt yoldan sol tərəfdə 50 metr aralıda yerləşən kənd yoludur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 335 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədənin üzərində - sol qaşüstü nahiyəsində əzilmiş yara, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır, sağ yanaq nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 663 saylı arayışından görünür ki, Əkbərov X1 rayon Psixitariya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 72 ******* nömrəli pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Pasport xx.xx.2014-cü il tarixdə verilmiş, etibarlılıq müddəti 10 il təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-256/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-256/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver