Məhkəmə qərarları › İş №1(049)-257/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-257/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-257/2024 28.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsi ev 94-də qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 02 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni Zərərçəkmiş şəxs ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boyun nahiyəsinə qəsdən sillə ilə vurub, sinə nahiyəsindən itələyərək yerə yıxmaqla ona – döş qəfəsi nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində sıyrıqlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Evlidir və 3 övladı vardır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun baldızı Ülkərlə uzun müddət qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuşdur. Lakin son zamanlar Ülkərlə Tehran arasında olan narazılıq səbəbindən Ülkər Tehrandan ayrılaraq qonaq kimi onun Lənkəran şəhəri, Liman şəhəri H.Aslanov küçəsi ev 21-də yerləşən fərdi yaşayış evinə gəlmişdir. Lakin Tehran hər gün onun fərdi yaşayış evinə gələrək onu narahat etdiyi üçün o, Tehrandan onun evinə gəlməməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinin yaxınlığına gələrək onu söhbət etmək üçün evinin yaxınlığında yerləşən qəbiristanlığa çağırmışdır. Həmin vaxt Tehranın yanında adını bilmədiyi bir nəfər şəxsdə olmuşdur. O, evinin yaxınlığında yerləşən qəbiristanlığa gedərək, Tehrana evinin yaxınlığına gəlməməsini bildirsə də, Tehran ona kobud cavab vermişdir. Tehran ona kobud cavab verdiyi üçün Tehranın yaxa nahiyəsindən tutub itələmiş və Tehran yerə yıxılmışdır. Daha sonra Tehran onun barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. O, 10 ildir ki, Təqsirləndirilən şəxs baldızı Ülkər Əskərova ilə qeyri-rəsmi nikah münasibətlərində olmuşdur. Lakin onunla Ülkər arasında olan narazılıq səbəbindən X9 Yusubovun Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçsəi ev 21-də yerləşən fərdi yaşayış evində qonaq kimi yaşayır. O da Ülkər Əskərova ilə arasında olan narazılığa aydınlıq gətirmək üçün həmin ünvana getmişdir. Lakin Təqsirləndirilən şəxs telefonda onu nalayiq ifadələrlə təhqir edərək, ondan yaşadığı evin ətrafında gəzməməyini istəmişdir. O da həmin söhbəti aydınlaşdırmaq üçün xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Liman şəhərində olan zaman Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçsəi ev 21-də yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt Hüseynli Asimana 10-15 metr aralıda dayanıb gözləməsini bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs gəldiyini görüb Fəxrəddini çağıraraq onunla söhbət etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla söhbət etmək üçün həmin küçədə yerləşən qəbiristanlığın yanına getmişdir. O, Fəxrəddindən Ülkərlə barışmağına niyə mane olduğunu soruşduqda, Fəxrəddin kobud şəkildə onun evinin ətrafına gəlməyini istəmədiyini bildirmişdir. O isə Fəxrəddinə istədiyi yerdə dayana biləcəyini dedikdə, Təqsirləndirilən şəxs sillə ilə onun boyun nahiyəsinə bir zərbə vuraraq onu sinə nahiyyəsindən itələmiş və o, yerə yıxıldıqda sinə nahiyyəsindən xəsarət almışdır. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 02 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 947 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3817 saylı arayışından görünür ki, Yusubov X1 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə AR CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində açılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı Lənkəran rayon Məhkəməsinə göndərilmiş, tərəflər barışdığı üçün Lənkəran rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində açılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialına AR CPM-in 40.2.2-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Yusubov X1 rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 94 ünvanında arvadı X4, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli cinayət məsuliyyətdən azad olunmaqla barəsində olan CM-nin 128-ci maddəsi ilə olan işə xitam verilməsinə dair qərarı xx.xx.2017-ci il tarixli Qanunla qəbul edilmiş “dəyişiklikdən əvvəl qəbul edilmişdir. Odur ki, “Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” qanunun mövqeyi Təqsirləndirilən şəxs şamil edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar