Məhkəmə qərarları › İş №1(049)-259/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-259/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-259/2023 26.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi Telman oğlunun iştirakları ilə, xx xxxx 1977-ci ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 26 may 2023-cü il tarixdə saat 11.55-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında Lənkəran şəhəri, Qalayçılar adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 05 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,208 qram, -0,211 qram, -0,163 qram, -0,215 qram və -0,224 qram, ümumi təmiz çəkisi-1,021 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə eib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 09 fevral 2023-cü il tarixdə, saat 18:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu Liman şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, əvvələr məhkum olunmuş, bədənində kəskin ağrılar olduğu üçün heroindən istifadə edir. 09 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Qalayçılar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata 05 ədəd bükümdə heroini öz istifadəsi üçün almışdır. Həmin gün Liman şəhərinə gəlmiş və saat 18 radələrində küçə ilə hərəkətdə olduğu zaman Liman polis bölməsinin işçiləri onu saxlayaraq Liman polis bölməsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan şalvarın cibində olan həmin 05 ədəd şəffaf sellofana bükülmüş heroin bükümlərini çıxarıb təqdim etmişdir. Bundan sonra heroin olan 05 ədəd bükülü bir zərfə qoyularaq həmin zərf möhürlənmiş və o, vəkili ilə birlikdə həmin zərfin üzərinə imza etmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, bədənidə kəskin ağrıları olur və himayəsində azyaşlı uşaq vardır. Xəstəliyini və azyaşlı uşağını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarışın keçirilməsi protokolu, protokola əlavə edilmiş DVD disk, məhkəmə-kimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertiza üzrə rəylər və digər ibtidai araşdırma sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməliyyat müvəkkili, Şahid1 göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Liman polis bölməsinin sahənin polis nəfərləri Şahid3 və Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Liman şəhərində piyada hərəkətdə olarkən saxlanılaraq, Liman polis bölməsinə gətirilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 05 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümlərin içərisindən heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisindəkinin heroin olduğunu və həmin heroinin özünə məxsus olduğunu, onu 09 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Qalayçılar deyilən ərazidə tanımadığı şəxsdən 20 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Daha sonra 05 ədəd büküm bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərinə möhür vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin sahənin polis nəfərləri Həmidli X2 Nicat Elman oğlu ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 09 fevral 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 05 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin çəkisi 1,15 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Qalayçılar deyilən ərazidə tanımadığı şəxsdən 05 bükümdə, 20 manat qarşılığında almışdır. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli 19/177 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aid 5 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,208 qram, -0,211 qram, -0,163 qram, -0,215 qram, -0,224 qram, ümumi təmiz çəkisi -1,021 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqatdan sonra qalıq çəkisi 0,821 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələrdən əldə edərək istifadə etməyə başlamışdır. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində cinayət əməlini törətdiyi zaman azyaşlı olan xx.xx.2009-cu il təvəllüdlü Nihad və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Elmirə adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarix hesab edilməklə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, hökmün, qərarın və Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin xx.xx.2021-ci il tarixli 021 nömrəli arayışının surətlərindən görünür ki, Nəcəfov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuş, Bakı şəhər, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş narkomaniyadan məcuri müalicə tədbiri ləğv edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Məhkəmə işdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. İşdə olan maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1,021 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,821 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, istintaq orqanından fərqli olaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərar qüvvəyə mindiyi günədək az ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər həmin Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzalardan azad edilirlər. Müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.4-cü bəndinə tətbiq edilərək o, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzadan azad edilmişdir. Bakı şəhər, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin olunmuş narkomaniyadan məcuri müalicə tədbiri ləğv edilmişdir. Amnistiya Qərarının 7-ci bəndinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Göründüyü kimi, qeyd olunan Qərarının 2.4-cü bəndinə əsasə Təqsirləndirilən şəxs üzərindən məhkumluq cəzadan azad edildiyi andan götürülmüşdür. Buna görə də o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Bununla yanaşı məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs əvvəlki cəzadan azad olunduqdan sonra islah yoluna qədəm qoymadığı üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,821 qram olan heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,821 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar