Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-259/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində etibarnamə ilə idarə etdiyi, faktiki istifadəsində olan “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsi ilə Lənkəran rayonu Şağlaser kəndi istiqamətində 80 km/saat sürətlə idarə edərkən, sürücü olaraq hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini və yolun döngəli olmasını nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməklə avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əsasən nəqliyyat vasitələri nişanda göstərilən sürətdən çox olmayan sürətlə hərəkət etməlidirlər) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərinə əməl etməyərək idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 240C minik” markalı avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 40 km/saat həddində məhdudlaşdırılmış həmin yolda icazə veriləndən artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməyib idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxaraq yolun sol kənarında dayanmış piyada - Lənkəran rayonu Girdəni kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin arxa sağ qanadı ilə ehtiyatsızlıqdan vurub, Zərərçəkmiş şəxs həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan, baş beynin yumşaq qişasına və mədəciklərinə yayılmış qansızma, alın nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların iki tərəfli sınıqları (sol İİ-V, sağ İİ- Xİ), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1200 ml), döş qəfəsinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ baldır və sağ mil-bilək sümüklərinin sınıqları, çənəaltı, qarın nahiyələrində əzilmiş yaralar, alın, boyun, döş qəfəsi, sol bazu, hər iki diz oynağı nahiyələrində sıyrıqlar, hər iki əl, sağ baldır nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş, döş qəfəsi və qarının küt travması ilə əlaqədar baş beyin, ağciyərlər və dalağın zədələnməsi, daxili qanaxma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Evlidir, 2012 və 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil onun faktiki sahibliyindədir və nəqliyyat vasitələrini idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi də vardır. Rusiya Federasiyasından Azərbaycan Respublikasına, yaşadığı Lənkəran rayonu Şağlaser kəndinə qonaq gəlmiş bacısı oğlu Maxsum Mirzoevin ad günü olduğundan, həmçinin, avtomobilinin yağı azaldığı üçün xx.xx.2024-cü il tarixdə sonuncu ilə birlikdə özünün idarə etdiyi “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərinə gəlmiş və birlikdə yaşadığı kəndə, yəni Lənkəran rayonu Şağlaser kəndinə doğru hərəkətə başlamışlar. Avtomobili o özü idarə etmiş, Maxsum Mirzoev avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində idarə etdiyi avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolu ilə Lənkəran rayonu Şağlaser kəndinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən yolun Girdəni kəndindən keçən hissəsində körpünü keçdikdən sonra əks istiqamətdə yolun ortası ilə bir avtomobilin gəldiyini görmüşdür. Qarşısına çıxmış avtomobil ağ rəngdə “VAZ-2107” markalı avtomobil olmuş, lakin o, avtomobilin dövlət qeydiyyat nişanına baxmamışdır. Həmin vaxt aralarında təxminən 7-8 metr məsafə olmuş, o, avtomobilini bir qədər yolun sağ tərəfinə çəkmiş və avtomobilin sağ təkərləri yolun ehtiyat hissəsinə çıxdığından avtomobili yenidən asfalt yola qaytarmaq üçün sükanı sola çəkmişdir. Bu zaman avtomobilin arxa hissəsi sürüşməyə başlamış və avtomobil saat əqrəbinin əksinə doğru çevrilib yolun digər, yəni Şağlaser kəndi istiqamətində sol tərəfində yerləşən ehtiyat hissəyə çıxıb orada dayanan iki nəfər piyadanı vurmuş, daha sonra telefon dirəklərinə çırpılıb xəndəyə düşmüşdür. Avtomobilin sağ arxa qanad hissəsi piyadaları vurmuşdur. O, əvvəlcə piyadaları görməmiş, lakin avtomobilin nəyə isə toxunduğunu hiss etmişdir. Hadisə vaxtı əyləcdən istifadə edə bilməmişdir. Belə ki, həmin vaxt avtomobilin arxa hissəsi sürüşdüyünə görə əyləci basmasının heç bir əhəmiyyəti olmamışdır. Bundan sonra avtomobildən düşmüş, bu zaman yolun Şağlaser kəndi istiqamətində sol ehtiyat hissəsində iki nəfərin yerdə uzanıb zarıdıqlarını görmüşlər. Dərhal həmin şəxslərə kömək etmək üçün getmiş, lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Bu zaman bir neçə şəxs də hadisə yerinə gəlmiş, onlardan biri təcili tibbi yardıma zəng etmiş, o da hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Təxminən, 5 dəqiqə sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlib həmin şəxsləri xəstəxanaya aparmışdır. Hadisə ilə bağlı özünü təqsirli hesab edir. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti 80 km/saat olmuşdur. xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Piyadaları əvvəlcədən görməmiş, lakin onlar yolun Masallı rayonu istiqamətində sol ehtiyat hissəsində dayanmış vəziyyətdə olmuşlar. O, avtomobilinin sağ arxa qanadı ilə piyadaları vurmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Həmin vaxt avtomobilində bacısı oğlu Maxsum Mirzoyevdən başqa heç kim olmamışdır. Vurduğu piyadaları hadisədən sonra yerdə beli üstə uzanmış vəziyyətdə görmüş və aralarında, təxminən, 2 metr məsafə olmuşdur. Onlardan birinin baş tərəfi Lənkəran şəhəri istiqamətində, digərinin ayaq tərəfi yola perpendekulyar vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərmişdir ki, o, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuş, hadisənin baş verməsindən dərhal sonra zərərçəkmiş şəxslərin xəstəxanaya aparılaraq onlara tibbi yardım göstərilməsini təşkil etmişdir. Lakin zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs aldığı xəsarətlərin dərəcəsi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmamışdır. O, Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərində də iştirak etmiş, həmin mərasimlərin təşkili üçün onun ailə üzvlərinə maddi yardım etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan şikayət tələbi yoxdur və onunla barışmışdır. Himayəsində azyaşlı uşaqları vardır və ailəsində yeganə qazanc gətirən şəxsdir. Barəsində olan cinayət işi üzrə qərar qəbul edərkən qeyd etdiyi halları nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi məhkəmə iclasında elan olunmuş ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş, zərərçəkmiş şəxs - ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun oğludur. Zərərçəkmiş şəxs onlarla birlikdə yaşamış və Lənkəran şəhərində yerləşən obyektlərdə ofisiant kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə, gecə saat 03 radələrində evdə olduğu zaman qohumlarından biri onun mobil telefonuna zəng edib Girdəni kəndində yolnəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin oğlu Zərərçəkmiş şəxs və digər həmkəndlisi Şahid1 vurduğunu, oğlunun ayağının sındığını demişdir. O, çox narahat olmuş, lakin xəstəliyi ilə bağlı hadisə yerinə, həmçinin, xəstəxanaya gedə bilməmişdir. Həmin gecə saat 04-05 radələrində ona demişlər ki, oğlu hadisə nəticəsində aldığı xəsarətlərdən Lənkəran RMX-da ölmüşdür. Məlum olmuşdur ki, Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən küçən hissəsində üzü Lənkəran rayonu Şağlaser kəndi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıq edərək həmin istiqamətdə yolun sol ehtiyat hissəsində dayanmış piyadalar - oğlu Zərərçəkmiş şəxs və həmkəndlisi Şahid1 vurmuş, nəticədə oğlu aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs yas mərasimlərinin keçirilməsinə və mərhumun baş daşının qoyulmasında köməklik etmişdir. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs - ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X4 məhkəməyə ünvanladığı, notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını, səhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Lənkəran rayonu Girdəni kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində dostu Zərərçəkmiş şəxs ilə birlikdə atasına məxsus plastik kartdan pul çıxarmaq üçün kənd məscidinin yaxınlığında yerləşən bankomata getmişlər. Kartda pul olmadığını görüb geri dönmüş və Lənkəran şəhəri istiqamətində piyada hərəkət etməyə başlamışlar. Təxminən, 50 metr getdikdən sonra Zərərçəkmiş şəxs ayağına nə isə ilişdiyini deyib əyilmiş və o da dayanmışdır. Həmin vaxt Lənkəran şəhəri istiqamətindən Boradigah qəsəbəsi istiqamətinə doğru bir avtomobil ani olaraq yüksək sürətlə gəlib körpünü keçdikdən dərhal sonra avtomobilin arxa hissəsi saat əqrəbinin əksinə doğru fırlanmış və yolun ehtiyat hissəsində onları vurmuşdur. Avtomobilin orta hissəsi ona, sağ arxa qanad hissəsi isə əyilmiş vəziyyətdə olan dostu Zərərçəkmiş şəxs dəymişdir. Avtomobilin zərbəsi onun sol ayaq nahiyəsinə, Zərərçəkmiş şəxs isə baş və döş qəfəsi nahiyəsinə dəymişdir. Avtomobilin zərbəsi onu, təxminən, 10 metr kənara atmışdır. Bundan sonra qışqırıb kömək istəmiş, bu zaman xatırlamadığı şəxslər kömək üçün gəlmişlər. Bir müddət sonra TTY avtomobili gələrək əvvəlcə Zərərçəkmiş şəxs, daha sonra isə onu Lənkəran RMX-na aparmışlar. Ertəsi gün onu X12 Klinikasına aparıb orada əməliyyat etmişlər. Sürücü Təqsirləndirilən şəxs onun əməliyyat xərclərini ödəmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sol incik sümüyünün yerini dəyişən qapalı sınığı, sağ baldır nahiyəsində əzilmiş yaralar kimi xəsarətlər almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. O da Təqsirləndirilən şəxsla barışmış, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Hadisə yüksək sürət üzündən baş vermişdir. “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə Boradigah qəsəbəsi istiqamətində idarə edərkən körpünü keçdikdən sonra idarəetməni itirmiş və avtomobil sola doğru fırlanıb yolun ehtiyat hissəsində onları vurmuşdur. Həmin vaxt onlar yolun Boradigah qəsəbəsi istiqamətində sol ehtiyat hissəsində, o özü ayaq üstə, Zərərçəkmiş şəxs isə əyilmiş vəziyyətdə olmuşdur. Elmarla onun arasında, təxminən, 40-50 sm məsafə olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs qarşısına hər hansı avtomobilin çıxmasını görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Lənkəran rayonu Girdəni kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində küçədə möhkəm səs eşitmiş, həmin səsin avtomobil qəzası səsi olduğunu hiss etdiyi üçün dərhal həyətə düşüb küçəyə doğru qaçmışdır. Küçəyə çıxarkən sonradan tanıdığı, Lənkəran rayonu Şağlaser kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E240 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi Şağlaser kəndi istiqamətində xəndəyə düşdüyünü, həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 yaralı vəziyyətdə yerdə uzandıqlarını görmüşdür. Dərhal onlara kömək üçün yaxınlaşmış, Şahid1 vəziyyəti nisbətən yüngül olsa da, Zərərçəkmiş şəxs vəziyyəti ağır olmuş, onun ağzından qan axmışdır. Zərərçəkmiş şəxs gözünü yummağa qoymayıb dərhal TTY bölməsinə zəng edib həkim çağırmış, daha sonra isə Zərərçəkmiş şəxs əmisi Şahid2 zəng edib hadisə barədə məlumat verərək təcili gəlməsini demişdir. Hadisə yerinə ən tez o özü gedib çatmış, həmin vaxt sürücü Təqsirləndirilən şəxs da şok vəziyyətində olmuş, nə baş verdiyini dərk etməmişdir. Bir neçə dəqiqə sonra TTY avtomobili hadisə yerinə gəlib ilk olaraq Zərərçəkmiş şəxs, daha sonra isə Şahid1 Lənkəran RMX-na aparmışdır. Hadisə yerində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində Şağlaser kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun həmin istiqamətdə sol tərəfində dayanmış vəziyyətdə olan piyadalar - həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 vurmuş, daha sonra yolun kənarında olan internet dirəyinə çırpılmış və xəndəyə düşüb dayanmışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən Lənkəran RMX-da ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, yolnəqliyyat hadisəsinin sxemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində idarə etdiyi “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən Boradigah istiqamətində yolun sol çiynində dayanmış piyadaları avtomobillə vurmuşdur. Vurulma yerindən asfaltın sağ kənarına qədər məsafə 8,7 metr, asfaltın sol kənarına qədər məsafə isə 1,7 metrdir. Yol örtüyünün eni 7 metr olmaqla, yol quru, qismən döngəli, üfuqi istiqamətli və asfalt örtüklüdür. Yolun hər iki istiqamətində eni 2 metr olan yol çiyni vardır. Yolun sağ kənarında hərəkət nişanı və piyada keçidinin olması barədə xəbərdarlıq nişanı quraşdırılmışdır. Piyadaların vurulma yerindən həmin yol nişanına qədər məsafə 25 metrdir. Yolda hərəkət sürəti 40 km/saat müəyyən edilmişdır. Piyadalar yolun Boradigah istiqamətində sol çiynində vurulmuşlar. Piyadalar Boradigah qəsəbəsi istiqamətində, yolun sol çiynində dayanmış vəziyyətdə və yüksüz olmuşlar. Baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi çəkilmiş, hadisənin baş vermə şəraiti, vaxtı və yeri barədə müvafiq sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi və yol-nəqliyyat hadisəsi törətdiyi “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun özünün iştirakı ilə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, meyidin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli rəydən müəyyən edilir ki, mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində baş beynin yumşaq qişasına və mədəciklərinə yayılmış qansızma, alın nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların iki tərəfli sınıqları (sol İİ-V, sağ İİ-Xİ), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1200 ml), döş qəfəsinin yumşaq toxumaları altına yayılmış qansızma, sağ baldır və sağ mil-bilək sümüklərinin sınıqları, çənəaltı, qarın nahiyələrində əzilmiş yaralar, alın, boyun, döş qəfəsi, sol bazu, hər iki diz oynağı nahiyələrində sıyrıqlar, hər iki əl, sağ baldır nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş, döş qəfəsi və qarının küt travması ilə əlaqədar baş beyin, ağciyərlər və dalağın zədələnməsi, daxili qanaxma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 573 nömrəli rəydən müəyyən edilir ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sol incik sümüyünün yerini dəyişən qapalı sınığı, sağ baldır nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 512 nömrəli rəydən müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərnişin X2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1801 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əhmədov hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir). İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000803 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da tibbi müayinədən keçirilərkən onun ayıq olduğu, alkoqol sərxoşluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2033-cü il tarixədək müəyyən edilmiş B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Lənkəran rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-5/2-5005/2024 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunmamış və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinin və xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamənin surətlərindən görünür ki, “Mercedes Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 adlı şəxsə məxsusdur və Təqsirləndirilən şəxs həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Qeyd olunan etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 2590 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağlamlığına az ağır zərər vurulmuş Şahid1 Təqsirləndirilən şəxs ilə barışması və ona dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmaqla, həmin xüsusat üzrə icraata xitam verilmiş və qeyd olunan hissə ittihamdan xaric edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mercedes-Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanması üçün onun özünə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli 847 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Əhmədov X9 rayonu Şağlaser kəndində ailə üzvləri ilə birlikdə yaşayır, ailə üzvləri anası, arvadı, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli 846 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş, X1 notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir və o, həmin şəxslə barışmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hadisənin baş verməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsi Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi və mənəvi yardım göstərməklə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin şərtlərinə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı dövründə tam əməl etdiyinə görə onun barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi zərurəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes-Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra avtomobilin mülkiyyətçisi X5 qaytarılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan cəmi 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut - iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Mercedes-Benz 240C minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra avtomobilin mülkiyyətçisi X5 qaytarılsın. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-259/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-259/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver