Məhkəmə qərarları › İş №1(049)-26/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-26/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-26/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 10:20 xx xxxx 1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 iyul 2024-cü il tarixdə Lənkəran şəhəri ərazisində tanışı Şahid4 20 manat pul müqabilində 7 (yeddi) ədəd qəhvəyi rəngli, dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı -0,28 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxlamış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 19 iyul 2024-cü il tarixdə saat 16:00-da Lənkəran şəhəri, M.Əsədov küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə olarkən tanışı Şahid4 Əzizəli oğlu ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinin Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış aparılarkən 7 ədəd narkotik vasitə metadon həbləri konvolyut kəsiyində əynində olmuş şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həbs olunanadək ünvan 1-də küçəsində yaşamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. 4-5 ilə yaxındır ki, narkotik vasitə metadon həbindən istifadə edir. Bu səbəbdən həmin maddələrə asılılığı yaranmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul etmişdir. Şahid4 tanıyır. O, yaşadığı evin qonşuluğunda yaşayır. Şahid4la müasibəti normal olmuşdur. Şahid4 heç vaxt narkotik vasitə almamışdır. 19 iyul 2024-cü il tarixdə polis əməkdaşları yaşadığı Lənkəran şəhəri, M.Əsədov küçəsində saxlayaraq polis şöbəsinə gətirmişdir. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu polis əməkdaşları Lənkəran ŞRPŞyə aparmışlar. Təzyiqlər göstərərək onun cibinə narkotik vasitə metadon həbini polis əməkdaşları qoyublar. Polis əməkdaşları onu döyərək üzərində narkotik vasitə metadon həbiolmadığı halda ona istinad edilən cinayət əməlini etiraf eləməyə məcbur etmişlər. Bədənində aşkar edilmiş xəsarətlər yıxılma nəticəsində yaranmış, polis işçiləri tərəfindən yetirilməmişdir. Buna görə də prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı ekspertizadan keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bildiyini, lakin ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək himayəsində azyaşlı uşaqlarının olmasını, əmisi oğlu X5 “Vətən müharibəsi” iştirakçısı olması və göstərdiyi şücaətlərə görə bir sıra medallarla təltif edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Həbs olunanadək ünvan 1-də küçəsində yaşamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. 4-5 ilə yaxındır ki, narkotik vasitə metadon həbindən istifadə edir. Bu səbəbdən həmin maddələrə aslılığı yaranmışdır. Narkotik vasitələri çox tanımadığı şəxslərdən alıb qəbul edir. Şahid4 tanıyır. O, yaşadığı evin qonşuluğunda yaşayır. Şahid4la müasibəti normal olmuşdur. Onun narkotik vasitələrin istifadəçəsi olduğunu bilmişdir. 19 iyul 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Lənkəran şəhəri, M.Əsədov küçəsində dostu Şahid4 ilə rastlaşdıqda Şahid4 halının pis olduğunu və narkotik vasitələrə təlabatının yarandığını, metadon həbləri varsa ona verməyini xahiş etmişdir. Şahid4 da ona metadon həblərinin olmasını bildirib, münasib qiymətə sata biləcəyini demişdir. Ondan istifadəsi üçün pulunu sonra vermək şərti ilə narkotik vasitə metadon həbi satmasını istəmişdir. O da özündə olan metadon həblərindən 7 ədədini ona vermiş və həmin həblərə görə ona 20 manat verməli olduğunu bildirmişdir. Şahid4 aldığı metadon həblərini özündə olan boş kibrit qutusuna yerləşdirib daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Şahid4 metadon həbi aldıqdan bir qədər sonra küçədə dayanıb onunla söhbət etmişdir. Həmin zaman mülki geyimdə olan üç nəfər şəxs onlara yaxınlaşıb, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmaları barədə məlumatları olduğunu deyib, Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, hüuqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Daha sonra müdafiəçiləri iştirakı ilə o və Şahid4 üzərinə birgə şəxsi axtarış aparılmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunduqda o və Şahid4 aldığı 7 ədəd metadon həblərin olduğu kibrit qutusunu əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim edərək, qutuda narkotik vasitə metadon həbləri olduğunu, onları dostu İlkin ona 20 manat qiymətinə borc olaraq istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin də istifadə etdiyi “Nokia” markalı mobil telefonu da cibindən çıxarıb təqdim etmişdir. Üzərinə axtarış keçirildikdə başqa hər hansı predmet və əşya olunmamışdır. Üzərindən aşkar edilmiş 7 ədəd həblər elektron tərəzidə çəkildikdə ümumi çəkisi 2,86 qram olmuşdur. Sonra aşkar olunmuş 7 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərfin üstünü o və müdafiəçisi Müdafiəçi imzalamışdır. Bundan sonra Şahid4 üzərinə də şəxsi axtarış keçirilmişdir. Şahid4 əynindəki şalvarın cibindən parçaya bükülmüş həb listlərini təqdim edib, narkotik vasitə metadon həbləri olduğunu, onları zibilxanadan tapdığını bildirmişdir. Şahid4 üzərindən aşkar edilmiş 43 ədəd metadon həbləri də elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 17,68 qram olmuşdur. Sonra aşkar olunmuş 43 ədəd metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərfin üstü Şahid4 və müdafiəçisi imzalanmışdır. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxunmuş və protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş və ona hansısa qanunsuzluq edilməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə istifadəsi üçün dostu Şahid4 bircə dəfə 7 ədəd metadon həblərini aldığını, ondan aldığı metadon həblərini alarkən onun həmin həbləri hardan əldə etməsi barədə məlumatının olmadığını, həmin həblərini hardan əldə etməsini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, Lənkəran ŞRPŞ-nın cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. Polis baş leytenantı rütbəsindədir. İcraatına etimad doğuran, məlum və qərəzsiz mənbədən Lənkəran şəhəri, M.Əsədov küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüldü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şahid4 əldə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o, rayon polis şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Liman polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid4 əvvəllər tanımamış, onlarla heç bir qərəzli münasibətləri olmamışdır. 19 iyul 2024cü il tarixdə, saat 16:00 dəqiqədə Təqsirləndirilən şəxs və Şahid4 Lənkəran şəhəri, M.Əsədov küçəsi ərazisində hərəkətdə olduğunu görüb onları nəzarətə götürmüşlər. Onlara yaxınlaşıb özlərinin polis əməkdaşları olduğunu təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə şübhələrin olduğundan üzərilərinə şəxsi axtarış keçirilməsini bildirib və onların ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçilərin iştirakları ilə videoçəkiliş baş əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunduqda üzərində qanunla qadağan qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu və sol yan cibindən isə 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim edib, kibrit qutusunda narkotik vasitə metadon həbləri olduğunu bildirmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində 7 ədəd narkotik vasitə metadona bənzər həblər olduğunu və həmin həbləri tanışı Şahid4 Əvəz oğlundan 20 manata borc aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya predmet aşkar edilməmişdir. Məhhərrəm Qurbanovun üzərindən aşkar edilmiş 7 ədəd metadon həbləri elektron tərəzidə çəkildikəd çəkisi 2,86 qarm olmuşdur. Sonra həmin metadon həblərini ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılaraq DİN-in 135 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra şəxsi axtarış istintaq hərəkətinin davamı olaraq Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid4 bu təklifdən sonra şalvarın sol yan cibindən kiçik ölçülü parçaya bükülmüş həb listlərini təqdim edərək, narkotik vasitə həbləri olduğunu bildirmiş, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin həblər 4 ədəd listdə və 3 ədəd ayrılıqda olmaqla ümumilikdə 43 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər olması müəyyən edilmişdir. Bundan başqa üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 43 ədəd metadon həbləri elektron tərəzidə çəkilmiş və çəkisi 17,68 qram olması məlum olmuşdur. Həmin metadon həbləri ekpertizaya təqdim olunmasından ötrü möhürlənərək qablaşdırılmışdır. Aşkar edilmiş mobil telefon iş üçün əhəminyyət kəsb edəcək məlumatlar ola biləcəyindən götürülmüşdür. Şifahi sorğu zamanı Şahid4 metadon həblərini zibilxanadan tapdığını, təxminən 7-8 ay öncə metadon həblərindən istifadə etdiyini, dostu Təqsirləndirilən şəxs 20 manata metadon həblərini satmasını bildirmiş, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifədə etməsi, üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını göstərmişdir. İcraatına Şahid4 narkotik vasitələrdən istifədə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması, həmçinin tanışı Təqsirləndirilən şəxs 7 ədəd metadon həbi satması barədə əməliyyat məlumatları daxil olduğunu, onun şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə metadonu zibilxanadan tapdığını bildirsə də, bu istiqamətdə əməliyyat tədbirləri dava etdirildiyini, müsbət nəticə əldə olunacağı təqdirdə əlavə məlumat veriləcəyini bilmişdir. Məhkəmə istintaqında Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Qonşudurlar. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəni təzyiq altında vermişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə metadon satmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə saat 16:00-da saxlanılmış, həmin gün saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. 19 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 19 iyul 2024-cü il tarixdə saat 16:00-da Ləkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, M.Əsədov küçəsində hərəkətdə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərilərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sağ yan cibindən kibrit qutusu içərisində 7 ədəd narkotik vasitə metadon həbləri, Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş şalvarın sol yan cibindən kiçik ölçülü parçaya bükülmüş 4 ədəd konvolyutda və 3 ədəd konvolyut kəsiyində olmaqla 43 ədəd narkotik vasitə metadon həbləri aşkar edilmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkəti zamanı Məhərəm Qurbanov üzərindən aşkar edilmiş 7 ədəd metadon həblərini tanışı Şahid4 20 manat pulunu sonra vermək şərti ilə istifadəsi üçün aldığını, Şahid4 isə metadon həblərini zibillik ərazidən tapdığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli 19/559 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən aşkar edilmiş 43 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 43 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, təsirdici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eyndirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 1,72 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən aşkar edilmiş 43 ədəd narkotik vasitə metadon həblərinə bənzər hələr.....” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd metadon həbi Rəy №19/558....” sözlər və imzalariki ədəd zərfdəki, ümumilikdə 50 ədəd metadon həbləri həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyndirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli 19/558 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, təsirdici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eyndirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,28 qramdır. (bir həbdə 0,04 qr). Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024-ci il tarixli 604 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq zamanı verilmiş ямялиййат тапшырыьынın ъавабында эюстярилмишдир ки, ünvan 1-də qeydiyyatda olmalqa yaşamış Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, istifadəsi və qəbulu ilə məşğul olmuşdur. Onun üzərindən aşkar olunmuş kibrit qutusu içərisində 7 ədəd narkotik vasitə metadon həblərini 19 iyul 2024-cü il tarixdə tanışı Şahid4 20 manat pulu sonra vermək müqabilində şəxsi istifadə məqsədilə almışdır. Həmçinin, əməliyyat tədbirləri zamanı Lənkəran şəhəri, M.Əsədov küçəsi ev 15-da yaşayan Şahid4 narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş 43 ədəd narkotik vasitə metadon həblərini Lənkəran şəhəri, Ş.Xiyabanı ərazisində yerləşən zibillik ərazidən tapdığını bildirməsi göstərilsədə, onun həmin narkotik vasitələri kimdən və hardan əldə etməsi barədə müvafiq tədbirlər həyata keçirilmiş lakin, bu barədə müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə metadon həblərini bir qrup şəxs halında əldə etmələri, birlikdə satmaq üçün üzərlərində gəzdirmələri və bu məqsədlə əvvəlcədən sövdələşmələri barədə əməliyyat məlumatları daxil olmuşmamış və bu fakt təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə metadon həblərini alan zaman şəxsi istifadəsi üçün ondan aldığını bildirmiş, həmçinin Şahid4m narkotik vasitə metadon həblərinin aldığı mənbə barədə ona hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Qurbanov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökümü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-cü il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 3770 nömrəli Lənkəran Şəhər Psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda deyildir. 02 oktyabr 2024-cü il tarixli “CD-R diskdə olan məlumatlara baxış keçirilməsi məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifdəsində olmuş ***-***-**-** və Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələri ilə bağlı DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş CD- R modelli diskdə olan telefon danışıqlarına və anten məlumatlarına «HP» markalı komputerdə baxış keçirilən zaman 19 iyul 2024-cü il tarixdə saat 00:03-də Təqsirləndirilən şəxs istifdəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid4 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsi ilə 8 saniyə, həmin tarixdə saat 14:09-da 30 saniyə, həmin tarixdə saat 14:22-da 38 saniyə telefon danışığı olması müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 iyul 2024-cü il tarixdən hesablanmışdır. 22 iyul 2024-cü il tarixli, 673 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - döş qəfəsi, sağ almacıq, alın nahiyələrində sıyrıqlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən ilkin tibbi müayinələrdən keçirilmiş, adına tibbi kitabça açılmışdır. Baxış zamanı onda sağ dirsək nahiyəsində, döş qəfəsinin sağ nahiyəsində 2-3 sm ölçüdə üzəri qartmaqlı sıyrıqlar, sağ almacıq nahiyəsində köhnə çapıq toxuması aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq həmin idarənin prokuroru vəzifəsini, İİ icra edən dərəcəli hüquqşünas X4 tərəfindən 21 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İ-2781 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X9 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-9965 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X9 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-6377 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X9 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-8981 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X9 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X7 xx.xx.2023-cü il tarixdə verilmiş 128120 №-li vəsiqənin surətindən görünür ki, vəsiqə sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1071/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qurbanov X2 şəhəri, M.Əsədov küçəsi ev 1/12 ünvanında qeydiyyatda olmaqla arvadı və uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Maddi sübut hesab edilmə barədə” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram olan, 7 ədəd narkotik vasitə metadon həbləri, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsinin əks olunduğu videoçəkilişlərə dair 01 ədəd DVD diski, telefon danışıq və anten məlumatlarının əks olunuğu 01 ədəd CD-R diski maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış na saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsinin əks olunduğu videoçəkilişlərə dair 01 ədəd DVD diski və telefon danışıq və anten məlumatlarının əks olunuğu 01 ədəd CD-R diski disk cinayət işi materiallarına əlavə edilmişdir. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində narkotik vasitə metadon həbləri olmaması, onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalara üzərinə narkotik vasitə metadon həbləri qoyulması», habelə ibtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur edilməsi barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə tibb ekspertiza rəyi ilə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyi ilə Bakı İstintaq Təcridxanasında keçirilmiş tibbi müayinənin nəticələri üst-üst düşməklə həmin xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanasının məlumatına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında həmin xəsarətlərin bir qisminin köhnə olduğunu, digərlərinin isə polis əməkdaşları tərəfindən deyil, saxlanılan zaman öz ehtiyatsızlığı üzündən yıxılma nəticəsində meydana gəldiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əmisi oğlu X5 “Vətən müharibəsi” iştirakçısı olması və göstərdiyi şücaətlərə görə bir sıra medallarla təltif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun əməlini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, əvvələr də bu qəbildən olan cinayətlə məhkum edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 06 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsinin əks olunduğu videoçəkilişlərə dair 01 ədəd DVD diski və telefon danışıq və anten məlumatlarının əks olunuğu 01 ədəd CD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Lənkəran ŞRPŞ-də saxlanılan narkotik vasitə olan 06 ədəd metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsinin əks olunduğu videoçəkilişlərə dair 01 ədəd DVD diski və telefon danışıq və anten məlumatlarının əks olunuğu 01 ədəd CD-R diski maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar