Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-260/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 03 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmayan, Lənkəran rayonu, Hirkan kəndində qeydiyyatda olmaqla Şağlaküçə kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 05 noyabr 2024-ci il tarixdə, saat 12:33-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Kərgəlan kəndində yerləşən “Uğur Oil” yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səsləməsi, lakin sonuncunun ona əhəmiyyət verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən yumruq zərbəsi vurmuş, həmçinin stolun üzərində olan qayçını götürüb Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə qəsdən zərbə vurmaqla - sol bazu nahiyəsində kəsilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəməiclasından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. Onun zərərçəkmiş şəxslə ədavəti yoxdur. Zərəçəkmiş şəxs YDM-də işləyir. O, əlində kanistrlə YDM-nə gəlib onu benzinlə doldurtmaq istəmiş, buna görə də zərəçəkmiş Pərvizi səsləmişdir. Lakin sonuncu onun yanına gəlməmişdir. Buna görə də ona demişdir ki, o, niyə onun yanına gəlmir. Daha sonra isə onu itələmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə YDM-nə taksi avtomobilində gəlmiş, Pərvizə yaxınlaşaraq ona “qardaş səni çağırdım, sən baxmadın” demiş, sonra Pərvizi itələmiş və həmin vaxt “içkili” olmamış, Pərviz onu nə söyməmiş, nə də ki, təhqir etməmiş, sonradan kanistri doldurub getmiş, Pərvizə hədə-qorxu gəlmək məqsədilə orada olan stolun üstündə olan qayçını əlinə götürmüş, əməlindən peşmandır. Zərəçəkmiş şəxslə barışmağa cəhd göstərmiş, lakin sonuncu onunla barışmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, heç kimlə düşmənçilik, ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Kərgəlan kəndində yerləşən “Uğur Oil” yanacaq doldurma məntəqəsinə getmişdir. 5 litr kanisterə benzin doldurması üçün YDM-nin qarşısında, uzaqdan işçini səsləmişdir. Lakin həmin şəxs ona heç bir əhəmiyyət verməmişdir. O, bu səbəbdən əsəbləşib həmin şəxsə irad bildirmişdir. Həmin şəxs də onunla aqressiv formada danışmağa başlamışdır. Həmin şəxsin adının Pərviz olduğunu bilmişdir. Pərvizlə aralarında sözlü mübahisə baş vermişdir. Bundan sonra o, Pərvizə yaxınlaşıb onun qarın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra stolun üzərində olan qayçını götürüb Pərvizin sol qol nahiyəsinə qayçı ilə zərbə vurmuşdur. YDM-nin digər işçisi olan Orxan onu ayırmışdır. Bundan sonra o, oradan uzaqlaşmışdır. Həmin qayçını da yolda, bilmədiyi əraziyə tullamışdır. O, Pərvizin qarın nahiyəsinə yumruq zərbəsi vurmasını, həmçinin sonuncunun sol qol nahiyəsinə qayçı ilə qəsdən zərbə vurmasını, mübahisəyə səbəb benzin doldurmaq məqsədilə Pərvizi səsləsə də sonuncunun ona heç bir əhəmiyyət verməməsi olduğunu, mübahisə zamanı Orxan adlı həmkəndlisinin orada olmasını, Pərviz ilə aralarında olan münaqişənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası rəyi və digər təhqiqat sənədləri ilə də təsdiq edilərək sübuta yetirilir. Belə ki məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. O, YDM-də operator işləyir. Hadisə günü İmran əlində kanistrlə avtomobildən düşüb onu səsləmişdir. Həmin vaxt YDM-nə başqa avtomobil daxil olduğundan, o, həmin avtomobilə qulluq etməyə başlamışdır. Çünki müdirlərinin göstərişi vardır ki, əvvəl avtomobillərə xidmət göstərilməli, sonra kanisrlə doldurulmalıdır. İmran bundan sonra onu söyməyə başlamışdır. Lakin o, onun söyüşlərinə əhəmiyyət verməmişdir. Bu zaman İmran onun qarnına yumruq vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, İnranı əvvələr tanımamışdır. Hadisə günorta vaxtı və əynində işçi forması olmuşdur. Ondan başqa YDM-də işçiləri Orxan da olmuş, İmran onu nə səbəbdən vurduğunu bilməmiş, mübahisə 05 dəqiqə davam etmiş, kanistra benzin doldurduqdan sonra, qayıdıb qayçı ilə də onu vurmuşdur. İmran özündə deyildi, narkotik vasitə qəbul edən şəxsə bənzəyirdi. O, İmranı bağışlamır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, heç kimlə düşmənçilik, ədavəti yoxdur. Lənkəran rayonu Kərgəlan kəndində yerləşən “Uğur Oil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində işdə olduğu zaman bir nəfər şəxs YDM-nin qarşısına gələrək uzaqdan onu səsləmişdir. Lakin o, ona əhəmiyyət verməmişdir. İş yoldaşı Orxan həmin şəxsin onun həmkəndlisi İmran olduğunu bildirmişdir. İmran ona yaxınlaşaraq 5 litrlik kanisterə benzin doldurmağını tələb etmişdir. O, digər işçinin müştəri ilə işini yekunlaşdırdan sonra onu yola salacağını demişdir. Bu zaman İmran onu təhqir etmişdir. Aralarında sözlü mübahisə baş vermişdir. O, kassada olan zaman İmran onu üzərinə gələrək qarın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Stolun üzərində olan qayçını götürüb onun sol qol nahiyəsinə də qayçı ilə zərbə vurmuşdur. Orxan adlı iş yoldaşı İmranı ayırmışdır. İmran oradan uzaqlaşmışşdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. O, mübahisəyə səbəb İmranın onu uzaqdan səsləməsi, lakin İmrana əhəmiyət verməməsi olduğunu, mübahisə zamanı ətrafda kənar şəxslərin olmamasını, iş yoldaşı Şahid orada olmasını, İmran ilə aralarında olan münaqişənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, İmran həm kəndçisi, həm də qohumudur. Pərviz isə iş yoldaşıdır. Onlarla düşmənçilik, ədavəti yoxdur. Lənkəran rayonu Kərgəlan kəndində yerləşən “Uğur Oil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. xx.xx.2024-cii il tarixdə, saat 14 radələrində işdə olduğu zaman YDMdə bir avtomobilə xidmət göstərdiyi zaman ora daha bir avtomobil daxil olmuşdur. O, Pərvizdən xahiş etmişdir ki, çek vuran kassa aparatına baxsın. O, avtomobilə benzin vurmağa başlamışdır. Benzini vurub qurtardıqdan sonra görmüşdür ki, İmran Pərvizlə mübahisə edir. O, onları ayırmış və bundan sonra sakitlik düşmüşdür. Bundan sonra onlar yenidən mübahisə etməyə başlamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Pərviz YDM-də İmrana daha yaxın məsafədə olmuşdur. İmran Pərvizdən onu “yola salmağı” xahiş etmişdir. Pərviz isə ona deyirdi ki, əlimdə iş var, onu qurtarıb onu “yola salacaqdır”. İmran ikinci dəfə nə səbəbdən “qıcıdlandığını” bilmir. Həmin hadisə nəticəsində, işlərində ləngimə yaranmışdır. YDM-nə gəlmiş müştərilər də İmranla Pərvizi ayırmağa çalışmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, İmran YDM-nin qarşısına gələrək uzaqdan Pərvizi səsləmişdir. X6 əhəmiyyət verməmişdir. Pərviz yaxınlaşıb 5 litrlik kanisterə benzin doldurmasını Pərvizə bildirmişdir. Daha sonra İmran ona niyə əhəmiyət verməməsini Pərvizdən soruşmuşdur. Pərviz kassada əməliyyat apardığını bildirmişdir. Bu zaman İmran Pərvizi təhqir etsə də sonuncu İmrana heç bir əhəmiyyət verməmişdir. İmran Pərvizə yaxınlaşıb qarın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra İmran stolun üzərində olan qayçını götürüb Pərvizin sol qol nahiyəsinə də qayçı ilə zərbə vurmuşdur. Şahid İmranı ayırmışdır. İmran YDM-dən uzaqlaşmışdır. Bundan sonra Pərviz DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. O.X2rın nahiyəsinə yumruq zərbəsi vurmasının və sonuncunun sol qol nahiyəsinə də qayçı ilə zərbə vurmasının şahidi olduğunu, mübahisəyə səbəb İmranın Pərvizi səsləməsi, lakin sonuncunun ona əhəmiyyət verməməsi olduğunu, mübahisə zamanı ətrafda kənar şəxslər olmamasını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Materialda olan 04 oktyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Kərgəlan kəndində yerləşən “Uğur Oil” yanacaq doldurma məntəqəsində baş vermişdir. Materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 956 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində- sol bazu nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət uclu alətin təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Materialda olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materialda olan xasiyyətnamə, arayış və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayətlərin daxil olmamış və himayəsində xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədəli, xx.xx.2013-cü il təvəllüdlü Hüseynəli və xx.xx.2014-cü il təvəllüdlü Həsənəli adında 03 azyaşlı uşaqları vardır. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 – ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(049)-260/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-260/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver