Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-261/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağının olması, məhkum olunmamış, hal-hazırda Masallı rayon Gəyəçöl kəndində qeydiyyatda olmaqla orada yaşayan və barəsində 28 sentyabr 2024-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, himayəsində iki azyaşlı uşağının olması, hal-hazırda Lənkəran şəhəri S.Vurğun küçəsi ev 2/2-də qeydiyyatda olmaqla orada yaşayan və barəsində 28 sentyabr 2024-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 05 iyul 2024-cü ildə saat 12:50 radələrində idarə etdiyi “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara– İran sərhədi yolunun Liman şəhər ərazisindən keçən 185,5-ci km\də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olması müəyyən edildiyi, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, ötmə əməliyyatı aparmaq üçün yolun sol hərəkət zolağına çıxmış, bu zaman yolun sağ zolağından sola doğru dönmək istəyən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Azsamand LX” minik markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 ənsə sümüyünün xətti sınığı, çənəaltı nahiyyəsində əzilmiş yara, hər iki dirsək, sağ said nahiyyələrində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 sağ kürək sümüyünün sınığı, sağ qaş, sol üst göz qapağı nahiyyələrində kəsilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin “Volkswagen Passat” minik markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs1 sol Vİ, Vİİ qabırğaların yerini dəyişməyən sınığı, İ bel fəqərəsinin sol yan çıxıntısının sınığı, sağ baldır nahiyyəsində qançır kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 05 iyul 2024-cü ildə saat 12:50 radələrində idarə etdiyi “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt- Astara–İran sərhədi yolunun Liman şəhər ərazisindən keçən 185,5-ci km\də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sola doğru manevr etməzdən əvvəl ondan arxada sol zolaqla hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli, daha sonra manevrə başlamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ zolağından sola doğru dönmək istəmiş, bu zaman arxadan Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 ənsə sümüyünün xətti sınığı, çənəaltı nahiyyəsində əzilmiş yara, hər iki dirsək, sağ said nahiyyələrində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 sağ kürək sümüyünün sınığı, sağ qaş, sol üst göz qapağı nahiyyələrində kəsilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin “Azsamand LX” minik markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs2 sağ sirkə kasasının orta divarının sınığı, sağ bud sümüyünün travmatik çıxığı, sağ əlin İİİ, İV barmaqlarının açıcı vətərlərinin zədələnməsi, sol Vİİİ qabırğanın yerini dəyişməyən sınığı, sağ mil sümüyünün tipik yerdən sınığı, alın-təpə nahiyyəsində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 05 iyul 2024-cü ildə saat 12:50 radələrində idarə etdiyi “Azsamand LX” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 70-80 km sürətlə hərəkətdə olmuşdur. Liman şəhər ərazisindən keçdikdə, qarşısında eyni istiqamətdən hərəkətdə olan sonradan adını bildiyi Emin adlı oğlanın idarə etdiyi “Volkswagen Passat” minik markalı avtomaşının ani anda sağ zolağın sağ hissəsindən sola doğru manevr etdiyi görmüş, bu zaman avtomaşının əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmişdir. Lakin məsafə yaxın olduğundan hadisədən yayına bilməmiş, nəticədə idarə etdiyi avtomaşının qabaq hissəsi “Volkswagen Passat” minik markalı avtomaşının sol yan hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarəti almışdır. O, hazırda Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs1 da ona dəymiş ziyanı ödəmişdir. Həmin şəxslər tərəfindən ona qarşı heç bir şikayət və tələb yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 05 iyul 2024-cü ildə saat 12:50 radələrində idarə etdiyi “Volkswagen Passat” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Liman şəhər ərazisində yerləşən Boladi kəndi yoluna dönmək üçün avtomaşının sürətini saatda təxminən 15 km-ə qədər azaltmış, daha sonra yolun sağ zolağından sola doğru manevr etmişdir. Lakin Boladi kəndi yoluna çıxdığı anda Ələt istiqamətdə sol zolaqla hərəkətdə olan sonradan adını bildiyi Aslan adlı oğlanın idarə etdiyi “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmaqla xəsarət almışdır. O, hazırda Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs2 da ona dəymiş ziyanı ödəmişdir. Həmin şəxslər tərəfindən ona qarşı heç bir şikayət və tələb yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 iyul 2024-cü ildə saat 12:50 radələrində Aslanın idarə etdiyi “Azsamand LX” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 70-80 km sürətlə hərəkətdə olmuşlar. Həmin vaxtda qabaq sərnişin oturacaqda əyləşmişdir. Liman şəhər ərazisindən keçdikdə, əlindəki telefonla məşğul olmuş, ani anda səs eşitdiyindən yola baxdıqda olduqları avtomaşının sola doğru dönmək istəyən “Volkswagen Passat” minik markalı avtomaşınla toqquşduğunu görmüşdür. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarəti almışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, həmin şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 iyul 2024-cü ildə saat 12:50 radələrində Aslanın idarə etdiyi “Azsamand LX” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 70-80 km sürətlə hərəkətdə olmuşlar. Həmin vaxtda arxa sərnişin oturacaqda əyləşmişdir. Liman şəhər ərazisində ani anda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığından huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu bilmişdir. Sonradan hadisə barədə soraqlaşdıqda, Aslanın idarə etdiyi “Azsamand LX” minik markalı avtomaşının “Volkswagen Passat” minik markalı avtomaşınla toqquşduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, həmin şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onlardan heç bir şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda BDYPİ-nin YPXA-nın 11-ci taqımında inspektor vəzifəsində işləyir. 05 iyul 2024-cü ildə saat təxminən 12:50 radələrində xidmətdə olduğu zaman köhnə Ələt-Astara yolunun Liman şəhər əraizisndə yol nəqliyyat hadisəsinin baş verməsi bardə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getdikdə Aslan adlı şəxsin idarə etdiyi “Azsamand LX” minik markalı avtomaşının qabaq hissəsinin, yolu sağdan sola doğru dönmək istəyən Emin adlı şəxsin idarə etdiyi “Volkswagen Passat” minik markalı avtomaşınla toqquşduğunu bilmişdir. Hadisə zamanı hər iki sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Sonra baş təhqiqatçı H.Şahbazov tərəfindən hadisə yerinin müayinəsi aparılmış, protokola və sxemə imza etmişdir. İşin məhkəmə baxışında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Şirvan şəhərində yaşayır. Özünə məxsus “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə sürmək üçün Təqsirləndirilən şəxs2 vermişdir. 05 iyul 2024-cü ildə “Azsamand LX” minik markalı avtomaşının Lənkəran rayon Liman şəhəri ərazisində yol qəzasına düşdüyünü eşitmişdir. Sonradan hadisə barədə soraqlaşdıqda Aslanın idarə etdiyi “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşının Ələt istiqamətdə hərəkətdə olduğu zaman, sola dönmək istəyən “Volkswagen Passat” minik markalı avtomaşınla toqquşduğunu bilmişdir. Hadisə zamanı “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayonlararası narkoloji xəstəxananın 05 iyul 2024-cü il tarixli 000477 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs2 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Lənkəran rayonlararası narkoloji xəstəxananın 05 iyul 2024-cü il tarixli 000478 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Masallı RPŞ-də, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli material olmuş, xx.xx.2023-cü ildə həmin material CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. DİN-nin BDYPİ-in Lənkəran RQİ və TBŞ-nin 13 avqust 2024-cü il tarixli 3-13-16-5\2- 7199\2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə AF serialı 138441 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. DİN-nin BDYPİ-in Lənkəran RQİ və TBŞ-nin 13 avqust 2024-cü il tarixli 3-13-16-5\2- 7198\2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə BC serialı 375204 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Lənkəran rayon “MTE və PA” şöbəsinin 29 iyul 2024-cü il tarixli 621 nömrəli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində - sol Vİ, Vİİ qabırğaların yerini dəyişməyən sınığı, İ bel fəqərəsinin sol yan çıxıntısının sınığı, sağ baldır nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 iyul 2024-cü il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Lənkəran rayon “MTE və PA” şöbəsinin 29 iyul 2024-cü il tarixli 619 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - ənsə sümüyünün xətti sınığı, çənəaltı nahiyyəsində əzilmiş yara, hər iki dirsək, sağ said nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 iyul 2024-cü il tarixdə sərnişini olduğu minik avtomaşın, digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Lənkəran rayon “MTE və PA” şöbəsinin 29 iyul 2024-cü il tarixli 706 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sağ kürək sümüyünün sınığı, sağ qaş, sol üst göz qapağı nahiyyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 iyul 2024-cü il tarixdə sərnişini olduğu avtomaşın digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Lənkəran rayon “MTE və PA” şöbəsinin 06 sentyabr 2024-cü il tarixli 840 nömrəli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində - sağ sirkə kasasının orta divarının sınığı, sağ bud sümüyünün travmatik çıxığı, sağ əlin İİİ, İV barmaqlarının açıcı vətərlərinin zədələnməsi, sol Vİİİ qabırğanın yerini dəyişməyən sınığı, sağ mil sümüyünün tipik yerdən sınığı, alın-təpə nahiyyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 iyul 2024-cü il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə əlavə yol-nəqliyyat hadisəsi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli 3-16-16\2-8\2437 nömrəli rəyindən görünür ki, “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni rəyə əsasən “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 256 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınlar maddi sübut kimi tanınmışdır. “Qəbz” dən görünür ki, “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. “Qəbz”dən görünür ki, “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2024-cü il tarixdə Şahid2 təhvil verilmişdir. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx-xx/1950 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Şükürov X5 şəhəri, Səməd Vurğun küçəsi ev 2/2 ünvanında qeydiyyatdadır və ailə üzvləri: həyat yoldaşı 1986-cı il təvəllüdlü X3, qızı 2007-ci il təvəllüdlü X7, oğlu 2012-ci il təvəllüdlü X4 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiqlənmiş (reyestr № 8i-25265, xx.xx.2024) ərizədə qeyd edilmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiqlənmiş (reyestr № 8i-25266, xx.xx.2024) ərizədə qeyd edilmişdir ki, o, təqsirləndirilən şəxs X2 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiqlənmiş (reyestr № 8i-15635, xx.xx.2024) ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiqlənmiş (reyestr № 8i-24643, xx.xx.2024) ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və onların təqsirləndirilmələrinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı) tələblərinə tələblərinə uyğunsuzluq olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.), (Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.) tələblərinə uyğunsuzluq olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs2 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X11 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşının qanuni sahibi Şahid2, “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının qanuni sahibi Təqsirləndirilən şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli 8/2437 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat, 21 avqust 2024-cü il tarixli 8/1985 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat, ümumilikdə 256 (iki yüz əlli altı) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 256 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 Bölməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 Bölməsinə göndərilsin. Maddi sübut – “Azsamand LX” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşının qanuni sahibi Şahid2, “Volkswagen Passat” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının qanuni sahibi Təqsirləndirilən şəxs1 təhvil verilməsi nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-261/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-261/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver